1992
İYUN
Birləşmiş Millətlər Təşkilatının Elm,
Təhsil və Mədəniyyət üzrə təşkilatı olan
YUNESKO 1945-ci il noyabr ayının 16-
da yaranıb. Təşkilatın nizamnaməsi 1945-
ci ildə London konfransında qəbul edilib,
1946-cı il noyabrın 4-də qüvvəyə minib.
Hal-hazırda 191 ölkə bu təşkilatın üzvüdür.
İrqindən, cinsindən, dilindən və dinindən
asılı olmayaraq təhsil, elm və mədəniyyət
sahələri üzrə xalqların əməkdaşlığını
genişləndirmək yolu ilə sülhün və
təhlükəsizliyin möhkəmlənməsinə kömək
etmək YUNESKO-nun əsas məqsədidir.
1972-ci ildə YUNESKO ümumdünya
mədəni və təbii irsin qorunması haqqın-
da konvensiya qəbul edib. Azərbaycan
1992-ci il iyunun 3-də YUNESKO-ya üzv
qəbul edilib, 1996-cı ildə isə YUNES-
KO ilə Azərbaycan arasında əməkdaşlıq
sahəsində memorandum imzalanıb.
Həmin vaxtdan etibarən Azərbaycanla
YUNESKO arasında əlaqələr inkişaf
etməyə başlayıb.
Bu illər ərzində Azərbaycan bu
təşkilatın bir sıra konvensiyalarına qo-
şulub. YUNESKO-nun himayədarlığı ilə
Azərbaycanda elm, təhsil, və mədəniyyət
sahəsində bir sıra layihələr həyata keçiri-
lib. Bakı şəhərinin tarixi mərkəzi olan İçəri
şəhər memarlıq kompleksi 2000-ci ilin
dekabr ayında Ümumdünya İrs siyahısına
salınıb. Lakin təşkilatın İçərişəhərlə bağ-
lı tövsiyələri tam yerinə yetirilmədiyinə
görə o, 2004-cü ilin iyulunda YUNESKO-
nun təhlükədə olan abidələr siyahısına
daxil edilib. 2000-ci ildə Azərbaycanda
Beynəlxalq Sülh Mədəniyyəti ili geniş
qeyd edilib, “Manifest – 2000” adı altın-
da seminarlar, sərgilər, konsertlər təşkil
edilib. Azərbaycan muğamları qurumu-
nun “Şah əsərləri”, Qobustan abidələri
“Ümumdünya mədəni irs” siyahılarına
daxil edilib. Azərbaycanda YUNESKO ilə
birlikdə təhsilin, mədəniyyətin ayrı-ayrı
sahələrini əhatə edən beynəlxalq miqyaslı
tədbirlər təşkil olunub.
YUNESKO-nun İcra Şurasının 177-
ci sessiyasında təşkilat tərəfindən 2008-
2009-cu illər üçün əlamətdar tarixlərin
qeyd edilməsi məsələsinə baxılıb. Şura
Azərbaycanın elm və ədəbiyyat tarixində
özünəməxsus yer tutmuş Mir Cəlal Paşaye-
vin, məşhur rəssam Səttar Bəhlulzadənin
100 illik yubileylərinin və Şərq dünya-
sının ilk operası hesab edilən “Leyli və
Məcnun”un səhnəyə qoyulmasının 100
illiyinin YUNESKO çərçivəsində qeyd
olunması barədə qərar qəbul edilib.
2004-cü il avqustun 13-də Azərbay-
canın şifahi xalq ədəbiyyatının və musi-
qi irsinin qorunub saxlanması və inkişaf
etdirilməsi sahəsində yorulmaz səylərinə
görə Milli Məclisin üzvü, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım
Əliyeva YUNESKO-nun Xoşməramlı
Səfiri adına layiq görülüb. Məhz bundan
sonra bu təşkilatla Azərbaycan arasında
əlaqələr daha da sürətlə inkişaf etməyə
başlayıb.
28 iyul 2010-cu ildə YUNESKO-nun
baş direktoru İrina Bokova Azərbaycana
rəsmi səfər edib. O, Bakıda Azərbaycanın
YUNESKO üzrə Milli Komissiyasının
təşkilatçılığı ilə dəyirmi masada işti-
rak edib. Xoşməramlı səfir “Azərbaycan
mədəniyyətlərarası dialoq və yaxınlaşma-
da unikal yerə malikdir” kimi əhəmiyyətli
bəyanat vermişdir.
Ə d ə b i y y a t
Azərbaycan və YUNESKO
[Mətn].- Bakı: Əbilov,
Zeynalov və oğulları, 2002.-
47 s.
İ n t e r n e t d ə
www.healt.gov.az
www.mfa.gov.az
www.unesco.org
3
142
Tarixdə bu gün
SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ
2001
İYUN
17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı
tarixdir və bu günün səhiyyə işçilərinin peşə bayramı
kimi qeyd olunması da elə bu amillə bağlıdır.
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qay-
ğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İn-
san sağlamlığını qoruyan qədim peşə sahibləri isə
həkimlərdir. Hələ lap qədim zamanlardan insanın sağ-
lamlıq problemləri elmli adamları çox maraqlandırırdı.
Qədim Misir kahinləri həm də tibb elminə bələd idilər.
Onlar fironların və əyanların meyitlərini mumiyalamaq
üçün onların bədənini yarır və insan orqanizminin qu-
ruluşu ilə tanış olurdular. Arxeoloji qazıntılar zamanı
tapılmış cərrahiyyə alətləri də bunu sübut edir. Qədim
şumerlər, hindlilər, çinlilər və başqa xalqlara da tibbi
biliklər məlum idi. Şərq müdriki, böyük türk alimi İbn
Sinanın tibb kitabları uzun illər boyu Avropa alimlərinin
stolüstü kitabı olmuşdur.
Ümumilikdə isə “Loğmanlar ölkəsi” adlandırılan
Azərbaycanda səhiyyənin tarixi çox qədimdir. Belə
ki, yerli təbiətin dərman bitkiləri ilə zəngin olma-
sı ölkədə təbabətin inkişafına əlverişli şərait yaradıb.
Xidmətinin bünövrəsi təbii müalicəvi üsullarla qoyu-
lan səhiyyəmiz getdikcə təkmilləşərək bugünkü inki-
şaf səviyyəsinə çatıb. Beləliklə də, Azərbaycanda ilk
iri müalicə müəssisəsi yaranıb ki, bu da XIX əsrin
sonlarına təsadüf edir. 1870-ci ildə Bakı şəhərinin ilk
xəstəxanası - Mixaylov adına xəstəxana açılıb və cəmi
25 çarpayıdan ibarət olub. Burada çalışan ilk həkimlər
isə Larionov və Medvani soyadlı tibbi işçiləri idi. XIX
əsrin sonu - XX əsrin əvvəllərində neft şirkətlərinin
rəhbərləri fəhlələrin sağlamlığına nəzarət üçün öz
vəsaitləri hesabına xəstəxanalar tikdiriblər. Balaxa-
nı, Sabunçu, Ramanadakı xəstəxanalar məhz neftçilər
üçün nəzərdə tutulmuşdu.
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə
bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan
sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən
biri də sağlamlığı mühafizə ilə bağlı idi. Bununla
əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il
tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
İlk Səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni
təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş ya-
yılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçi-
ci xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer
məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıla-
rı hazırlamaq kimi vəzifələr dururdu. Bu məqsədlə
Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün
göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik
ixtisasına yiyələnənlər də var idi.
Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin
nəzarətində olan və daimi inkişaf edən bir sahə olub.
Belə ki, bu illərdə tibb işçilərinin sayı xeyli artıb,
müxtəlif rayon və kəndlərdə tibbi xidmətin səviyyəsi
yüksəlib. Azərbaycanlı tibb işçiləri isə biliklərini artır-
maq üçün adətən Rusiyaya - Moskvaya göndəriliblər.
Bildirək ki, bu ənənə indi də davam etdirilir və
səhiyyənin müxtəlif sferalarında çalışan azərbaycanlı
kadrlar təkmilləşdirilmələri üçün Rusiya da daxil ol-
maqla dünyanın bir çox ölkəsinə göndərilirlər. Bun-
dan əlavə, Azərbaycan tibbi ümumdünya səhiyyəsi
ilə əlaqələr qurur, ölkəmizdə vaxtilə çətin hesab olu-
nan cərrahiyyə əməliyyatları gerçəkləşdirilir. Əhaliyə
göstərilən tibbi xidmətdə aparılan dəyişikliklərin
ən yaddaqalanı isə 2008-ci il fevralın 1-dən dövlət
tibb müssisələrində pulsuz tibbi xidmətin tətbiqini
göstərmək olar.
XX-XXI əsrin hüdudlarında insanın sağlamlığı
daha çox diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın
ən əsas hüquqlarından hesab edilir.
İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən
bələd olan, insanların sağlamlığı keşiyində duran
minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublika-
sı Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarix-
li Sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü
kimi qeyd olunur.
17
143
Tarixdə bu gün
NARKОMANİYAYA VƏ NARKОBİZNЕSƏ
QARŞI BЕYNƏLXALQ MÜBARİZƏ GÜNÜ
İYUN
Bu gün bəşəriyyəti düşündürən və ra-
hatsız edən ən ağrılı problemlərdən biri də
cəmiyyətin ciddi bəlasına, xalqın, millətin
təhlükə mənbəyinə çevrilən narkomaniya
və geniş anlamda narkotizmdir.
Narkomanlığın tarixi çox qədimdir.
Hələ eramızdan əvvəl narkotik tərkibli
vasitələr haqqında məlumatlara yunan,
roma, ərəb alim və həkimlərinin əsərlərində
rast gəlinir. Ümumiyyətlə, tiryəkli prepa-
ratlar Orta əsrlərdə təbabətdə geniş yayıl-
mış, tiryəkdən hazırlanan dərmanlardan
ruhi xəstələri sakitləşdirmək, əzabları
azaltmaq, spazma və sarsıntıları götürmək,
pozulmuş əsəb-sinir sistemini bərpa etmək
kimi müalicə işlərində istifadə olunub.
Son illər respublikamızda narkotik
vasitələrə və bihuşedici maddələrə qarşı
mübarizə xeyli güclənmiş, bu sahəyə ca-
vabdeh olan dövlət orqanları ilə yanaşı,
ictimai təşkilatlar da fəallığı xeyli artır-
mışlar. Rəsmi statistikaya görə son beş
ildə Azərbaycanda narkomanların sayı 10
dəfə artıb. Son məlumatlara əsasən res-
publikada narkomanların rəsmi sayı 22
min nəfərdən artıqdır. Azərbaycanda daha
geniş istifadə olunan narkotiklər tiryək,
heroin, çətənə, həşiş, ekstazi, kokain və
LSD-dir.
Azərbaycan Respublikası mühüm tran-
zit məntəqəsidir, xüsusən Əfqanıstandan
Rusiya və Avropaya heroin nəqlində
Azərbaycan Respublikasında narkotik
maddələrin daxili istehlakı artmaqda da-
vam edir. Ölkəmizdə tələbələr narkoman-
ların üçdə birindən çoxunu 30-35% təşkil
edir. Heroin istifadəçilərinin əksəriyyəti
64,6% iri şəhərlərdə Bakı, Sumqayıt,
Gəncə və Lənkəranda cəmlənib.
Narkomanlıq cəmiyyətin özəyi olan
ailəni dağıdır, qeyri stabil şəraitin yaranma-
sına səbəb olur. Narkomaniya təhlükəsinə
qarşı mübarizəni gücləndirmək məqsədilə
Azərbaycan Respublikasının Preziden-
ti 26 avqust 1996-cı ildə “Narkomaniya
və narkotika dövriyyəsinə qarşı tədbirlər
haqqında” Fərman vermişdir. 1999-cu
ildə Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən “Narkotik vasitələr psi-
xotron maddələrin qanunsuz dövriyyəsi
haqqında” qanun qəbul etmişdir.
Bu fərman əsasında ölkəmizdə 2000-ci
ilədək narkomanlığın yayılmasına, narko-
tik vasitələrin və psixotrop maddələrin qa-
nunsuz dövriyyəsinə qarşı mübarizə üzrə
Ümummilli Proqram hazırlanmış, Narko-
manlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyası yaradılmış, 18 iyun 1999-
cu ildə isə Milli Məclis tərəfindən “Nar-
kotik vasitələrin, psixotrop maddələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikası Qa-
nunu qəbul olunmuşdur. Bu Qanunun
başlıca əhəmiyyəti ondan ibarətdir ki,
Azərbaycanda narkotik tərkibli bitkilərin
kultivasiyası, narkotik vasitələrin və psi-
xotrop maddələrin istehsalı, dərman pre-
paratlarının və xammalın hazırlanması
qanunla qadağan edilmişdir.
Narkomanlıq cinayətkarlığı, zorakılığı
və korrupsiyanı yaradır, QİÇS-in sürətlə
artmasına təkan verir, sosial-iqtisadi inki-
şafı səngidir, ailə və icmaları dağıdır, so-
sial partlayışlara sürükləyir.
Ə d ə b i y y a t
Cəfərov, R. Azərbaycan və
hüquqi islahatlar [Mətn]:
məqalələr və çıxışlar toplusu
/Ramiz Cəfərov .- Bakı ,
2005.- 208 s.
Narkomaniya IV/QİÇS
[Mətn] /Sağlam İnkişaf və
Maarifləndirmə İctimai
Birliyi; Azərb. Resp. Gənclər
və İdman Nazirliyi; tərt. ed.
İ.Əsədli; layihənin rəhbəri:
A. Xəlilov.- Bakı : Müəllim ,
2009.- 39 s.
İ n t e r n e t d ə
www.narkomaniya.narod.ru
www.az.wikipedia.org
26
144
Milli Qəhrəmanlar
45
illiyi
MÖVSÜM MƏMMƏDOV
1967
İYUN
Mövsüm Şahin oğlu Məmmədov
1967-ci il iyun ayının 6-da Xocalı ra-
yonunun Kosalar kəndində dünyaya
göz açmışdır.
Canhəsən kənd ibtidai məktəbini
bitirdikdən sonra orta təhsilini 1984-
cü ildə doğma kəndində başa vurmuş-
dur.
1985-ci ildə ordu sıralarına çağırıl-
mışdır. 1987-ci ildə ordudan tərxis olu-
naraq Vətənə dönmüşdür. O, 1988-ci
ildə Şuşa elektrik Şəbəkəsi Birliyində
ilk əmək fəaliyyətinə başlayır.
M. Məmmədov 1990-cı ildən
həyatını Daxili İşlər orqanlarına bağ-
layır. 1992-93-cü illərdə ağır döyüş
əməliyyatlarında fəal iştirak edir. 1994-
cü ildə Şuşa Rayon Polis şöbəsinin
Post-Patrul Xidməti bölüyünə koman-
dir təyin edilmişdir.
1995-ci ildə PPX-nin komandiri
vəzifəsinə irəli çəkilir.
Azərbaycan Respublikası Prezi-
dentinin 25 fevral 1997-ci il tarixli 553
saylı Fərmanı ilə Məmmədov Möv-
süm Şahin oğluna “Azərbaycanın Mil-
li Qəhrəmanı” fəxri adı verilmişdir.
1998-ci ildə DİN-nin Polis Akde-
miyasını bitirmişdir.
Şuşa Rayon Polis Şöbəsinin xidmət
üzrə rəis müavini vəzifəsində çalış-
mışdır.
Ə d ə b i y y a t
Mövsüm Şahin oğlu
Məmmədova “Azərbaycanın
Milli Qəhrəmanı” adı
verilməsi haqqında :
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 25
fevral 1997-ci il [Mətn]//
Azərbaycan.- 1995.- 26
fevral.- S.1.
Əsgərov, V. Məmmədov
Mövsüm Şahin oğlu [Mətn]
//Əsgərov, V. Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı
,2005.- S.243.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
6
Milli Qəhrəman
145
Milli Qəhrəmanlar
60
illiyi
İSRAFİL ŞAHVERDİYEV
1952-1994
İYUN
İsrafil Şahverdi oğlu Şahverdiyev
1952-ci il iyun ayının 11-də Laçın ra-
yonunun Unannovu kəndində anadan
olmuşdur. 1959-cu ildə Unannovu
kənd orta məktəbinə getmiş, 1969-cu
ildə həmin məktəbi bitirmişdir. 1971-
1974-cü illərdə ordu sıralarında ol-
muşdur. 1975-ci ildə Laçın rayon Da-
xili İşlər şöbəsində milis nəfəri kimi
əmək fəaliyyətinə başlamışdır.
Yağı düşmən torpaqlarımıza bas-
qın edən vaxtdan, bir polis işçisi
kimi əhalinin təhlükəsizliyinin təmin
edilməsində və quldurların tutulub
zərərsizləşdirilməsində yaxından işti-
rak etmiş, fədakarlıqlar göstərmişdir.
Onun şücaəti nəticəsində Qaladərəsi
kəndini keçməyə cəhd edən iki
erməni cəsusu yaxalanmışdır. Salatın
Əsgərovanın həyatına qəsd edən qul-
durların ələ keçirilməsində də onun
böyük əməyi olmuşdur.
1991-ci ilin yazında Qaladərəsi
kəndini erməni quldurlarından təmiz-
ləmək məqsədilə plan hazırlanır.
Gecədən səhərə kimi davam edən
ağır döyüşdə erməni yaraqlıları güc-
lü müqavimətlə rastlaşdılar və geri
çəkilməyə məcbur oldular.
İsrafil Şahverdiyev öz rotası ilə
1992-ci il sentyabrın 19-dan noyabrın
17-nə qədər Hocaz qayası və Hocaz
kəndi uğrunda gedən döyüşlərdə iş-
tirak etmişdir. O, dəfələrlə kəşfiyyata
getmiş, düşmənin yerinin təyin olun-
masında qəhrəmanlıq göstərmişdir. 6
yanvar 1994-cü il... Onun rotası Fü-
zuli rayonunun kəndlərini erməni iş-
ğalından azad etmək üçün döyüşə ge-
dir. Rota Horadiz qəsəbəsini, eləcə də
digər 4 kəndi azad edir.
İgid komandirin son döyüşü 13
yanvar 1994-cü ildə olur. Rota bir
neçə istiqamətdən hucuma keçərək,
düşmənin əsas qüvvəsini sarsıdır.
Düşmənin müqaviməti qırılmaqda idi.
Cəsur komandir yaralı döyüşçülərinə
kömək etmək üçün pulemyotun arxa-
sına keçir. Bu an qarşı tərəfdən atılan
mərmi onun həyatına son qoyur.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 15 yanvar 1995-ci il tarixli
262 saylı Fərmanı ilə Şahverdiyev İs-
rafil Şahverdi oğluna ölümündən son-
ra “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyaba-
nında dəfn edilib.
Laçın rayon orta məktəblərindən
biri qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Leytenant Şahverdi-
yev İsrafil Şahverdi oğlu – Azərbaycan Respublikasının suverenliyi və ərazi bü-
tövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalından müdafiə
edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və
şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirılməsindəki
misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı,
15 yanvar 1995-ci il [Mətn]// Azərbaycan.-1995.-17 yanvar.-S.-1. (ölümündən
sonra).
Əsgərov, V. Şahverdiyev İsafil Şahverdi oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 207.
Şahverdiyev İsrafil Şahverdi oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioq-
rafiya /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.-
Bakı, 2008.- S.193.
11
Milli Qəhrəman
146
Milli Qəhrəmanlar
50
illiyi
MALİK ƏSƏDOV
1962-1992
İYUN
Malik Hamil oğlu Əsədov 1962-ci
il iyun ayının 27-də Yevlax rayonu-
nun Havarlı kəndində doğulmuşdur.
1979-cu ildə orta məktəbi bitirmiş,
sonra ordu sıralarına çağırılmışdı. Qa-
zaxıstanda hərbi xidmətini başa vur-
duqdan sonra Mingəçevir şəhər 45
saylı Müstəqil Hərbiləşdirilmiş Yan-
ğından Mühafizə Hissəsində əmək
fəaliyyətinə başlamışdır.
Qarabağ hadisələri başlayanda
o, əsgər paltarı geyinərək Xocalıda,
Əsgəranda, Ağdamda, Şuşada gedən
ağır döyüşlərdə iştirak edir. Çox keç-
mir ki, onu bölmə müdiri təyin edirlər.
Göstərdiyi əla xidmətlərə görə bir
neçə dəfə DİN-nin Fəxri Fərmanlarına
və mükafatlarına layiq görülür.
1992-ci il yanvar ayının 12-də onu
Mingəçevirdən 20 nəfərlə birlikdə
Şuşa şəhərinə göndərdilər. Onlar bu-
rada mühafizə məqsədilə postlarda
dururdular. Sonra isə onları Daşal-
tı kəndinin yaxınlığındakı Nəbilər
kəndinə göndərdilər. Yanvarın 18-də
ermənilər kəndə hər tərəfdən hücuma
keçmişdilər. Yaraqlıların sayı yüzə ya-
xın idi. Onlar isə cəmi 6 nəfər idilər.
Polislər geri çəkilməyə məcbur oldu-
lar. Malik Əsədov bir neçə yara al-
mışdı. Amma o, yenə də cəsarətlə dö-
yüşürdü. Şuşa polisinin əməkdaşları
özlərini onlara yetirdilər. Lakin artıq
gec idi. Malik gözlərini əbədi yummuş-
du, erməni faşistləri onu qəddarlıqla
qətlə yetirmişdilər. Ancaq Malik də
son məqamında belə borclu qalmamış-
dı, ətrafda onlarla düşmən cəsədi yerə
sərilmişdi.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci tarixli 264 saylı
Fərmanı ilə Əsədov Malik Hamil oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmiş-
dir.
Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta
məktəbi onun adını daşıyır. Həmin
məktəbdə və Mingəçevir şəhərində –
işlədiyi idarənin önündə qəhrəmanın
büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Əsədov Malik Hamil
oğlu – daxili xidmət serjantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə görə] : Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 8 oktyabr 1992-ci il [Mətn]//Azərbaycan.- 1992.- 9 oktyabr.- S. 1.-
(ölümündən sonra).
Əsədov Malik Hamil oğlu [Mətn]: biblioqrafiya //Azərbaycanın Milli
Qəhrəmanları /tərt. ed. H.Hərifət; M.F.Axundov adına kitabxana.- Bakı, 2008.- S.
68-69.
Əsədov Malik Hamil oğlu [Mətn] /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S. 67.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
27
Milli Qəhrəman
147
Milli Qəhrəmanlar
60
illiyi
ƏNVƏR FƏRƏCOV
1952-1991
İYUN
Ənvər Səyyad oğlu Fərəcov 1952-
ci il iyun ayının 28-də Goranboy ra-
yonunun Sarov kəndində doğulmuş,
1968-ci ildə Sarov kənd orta məktəbini
bitirmişdir. Sonra Azərbaycan Kənd
Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1990-cı ildə Özbəkistan Milis Akade-
miyasını bitirərək Azərbaycan DİN-
nin sərəncamına göndərilir.
18 avqust 1991-ci il. Ənvər Fərəcov
yoldaşlarını mühasirədən çıxart-
maq üçün qeyri-bərabər döyüşə girir.
Ermənilərin mühasirəsini yararaq po-
lis əməkdaşlarını itkisiz azad edirlər.
Bu əməliyyata görə bölmə rəisi DİN
tərəfindən mükafatlandırılır. 11 sent-
yabr 1991-ci ildə yağı düşmən böyük
qüvvə ilə Goranboy rayonunun Erkəç,
Mənəşli, Buzluq kəndlərinə hücu-
ma keçmişdi. Bu, Ənvər Fərəcovun
son döyüşü idi. O, bu döyüşdə
qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar
qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
214 saylı Fərmanı ilə Fərəcov Ənvər
Səyyad oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı “
fəxri adına layiq görülmüşdür.
Goranboy rayonunda dəfn edilmiş-
dir və büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Fərəcov Ənvər
Səyyad oğlu – Goranboy polis şöbəsinin Todan PB-nin rəisi – Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]:
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il [Mətn]//
Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (ölümündən sonra).
Əsgərov, V. Fərəcov Ənvər Səyyad oğlu [Mətn] /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S. 71.
Nazim, N. Fərəcov Ənvər Səyyad oğlu: (1952-1991) [Mətn] /N.Nazim //İstiqlal
ulduzları.- Bakı, 1995.- S. 52-53.
Seyidzadə, M. Fərəcov Ənvər Səyyad oğlu [Mətn] /M.Seyidzadə //Milli
qəhrəmanlar zirvəsi.- Bakı, 2010. - S. 77.
Zeynalov, R. Fərəcov Ənvər Səyyad oğlu [Mətn] /R.Zeynalov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 1996.- S. 76.
Dostları ilə paylaş: |