İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.milliqahraman.az
www. adam.az
28
Milli Qəhrəman
148
Mühəndis işi.Texnika
95
illiyi
HÜSEYN RƏSULBƏYOV
1917-1984
İYUN
Hüseyn Cümşüd oğlu Rəsulbəyov
1917-ci il iyun ayının 26-da Dərbənd
şəhərində anadan olmuşdur.
O, 1936-cı ildə Leninqrad Elektro-
texniki Rabitə İnstitutuna daxil olmuş-
dur. 1938-ci ildə həmin institutdan
Moskvanın F.E.Derjinski adına Hərbi
Artelleriya Akademiyasının 3-cü kur-
suna köçürülmüşdür və 1941-ci ildə
oranı bitirmişdir.
H.Rəsulbəyov 1938-ci ildən so-
vet ordusunda xidmət etmişdir. O,
Böyük Vətən Müharibəsində Hava
Hücumundan Müdafiə dairəsi qo-
şunları tərkibində briqada, diviziya
birləşmələri qərargahında müxtəlif
mühəndis vəzifələrində çalışmış,
Odessa, Kerç, Sevastopol və Şimali
Qafqazın (Krasnodar, Novorossiysk,
Tuapse) müdafiəsində iştirak etmişdir.
Müharibədən sonra Qırmızı Bayraq
ordenli Bakı HHM dairəsi qoşunların-
da məsul hərbi vəzifələrdə xidmətdə
olmuşdur.
H.Rəsulbəyov 1960-1965-ci illərdə
Bakı HHM dairəsi hərbi hissələrində
komandan müavini, 1966-1975-
ci illərdə hərbi hissə komandanı
işləmişdir.
Hüseyn Rəsulbəyov 1968-ci ildə
artilleriya general-leytenantı rütbəsini
almışdır. 1978-ci ildə SSRİ-nin fəxri
radisti, 1966-cı ildə Azərbaycan SSR
Əməkdar mühəndisi adına layiq görul-
müşdür.
O, zenit artilleriyası sahəsində
bir sıra səmərələşdirici təkliflərin və
əsərlərin müəllifidir. Ehtiyata çıxandan
sonra 1975-ci ildə Azərbaycan SSR
Rabitə naziri vəzifəsində işləmişdir.
Hüseyn Rəsulbəyov Lenin ordeni,
2-ci dərəcəli Vətən müharibəsi, Qır-
mızı Əmək Bayrağı, Ulduz ordenləri
və medallarla təltif edilmişdir.
Artilleriya
general-leytenantı,
Azərbaycanın Əməkdar mühəndisi
Hüseyn Cümşüd oğlu Rəsulbəyov
1984-cü ildə Bakı şəhərində vəfat et-
mişdir.
2000-ci ildə onun xatirəsini
əbədiləşdirmək məqsədi ilə Heydər
Əliyevin sərəncamı ilə Hüseyn Cüm-
şüd oğlu Rəsulbəyovun yaşadığı bina-
ya xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
Hüseynov, Ö. Yaddaşlarda
qaldı... [Mətn]: [General,
rabitə təşkilatçısı Hüseyn
Rəsulbəyov haqqında]
/Ö.Hüseynov //Xalq qəzeti.
-1997.-21 fevral.- S.5.
Rəsulbəyov məktəbi
[Mətn]: [General Hüseyn
Rəsulbəyov haqqında
xatirələr].- Bakı: İsmayıl
NPM, 1997.- 40 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
26
Mühəndis
149
Teatr.Kino.Estrada.Sirk
80
illiyi
HACIBABA BAĞIROV
1932-2006
İYUN
Hacıbaba Ağarza oğlu Bağırov 1932-
ci il iyun ayının 12-də Bakı şəhərində
fəhlə ailəsində anadan olmuşdur. 1947-
ci ildə orta məktəbi bitirəndən sonra,
kiçik yaşlarından teatr sənətinə olan bö-
yük həvəsi onu Azərbaycan Dövlət Aka-
demik Dram Teatrı nəzdindəki aktyor
studiyasına gətirib çıxarmışdır. Orada
sənət korifeylərindən dərs alan Hacıbaba
Bağırov 1950-ci ildə Lənkəran Dövlət
Dram Teatrında ilk müstəqil yaradıcılıq
fəaliyyətinə başlamışdır.
H.Bağırov 1953-cü ildə Azərbaycan
Dəmiryol Məktəbini bitirmiş, bir müddət
Biləcəri deposunda maşinist köməkçisi
işləmişdir. 1959-1960-cı illərdən isə Da-
xili İşlər Nazirliyinin Klubuna rəhbərlik
etmişdir.
O, 1960-cı ildə C.Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrının aktyor truppası-
na qəbul olmuşdur. Bu kollektivdə Fuad
(Almas), Şahsuvar (Komsomol poeması),
Rəşid (Anacan) kimi müxtəlif səpkili rol-
lar oynayan Hacıbaba 1962-ci ildə Mu-
siqili Komediya Teatrına dəvət almışdır.
Burada fəaliyyət göstərdiyi 26 il ərzində
yaratdığı 50-dən çox rolun onun gülüş
ustası kimi püxtələşməyində və populyar
olmağında böyük təsiri olmuşdur.
Hacıbaba Bağırovun iştirak etdiyi -
Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında
Soltan bəy, “O olmasın, bu olsun”da
Məşədi İbad, Z.Hacıbəyovun “50 yaşın-
da cavan”ında Orduxan, S.Ələsgərovun
“Həmişəxanım”ında Cəbi Cüməzadə,
“Hardasan, ay subaylıq”da Novruzəli,
Ə.Abbasovun “Həyətim mənim – həyatım
mənim”də
Qulam,
E.Sabitoğlunun
“Hicran”ında Mitoş, “Nəğməli Könül”də
Fərzəli, V.Adıgözəlovun “Nənəmin şah-
lıq quşu”nda Cəsarət, S.Hacıbəyovun
“Qızılgül”ündə Nadir, A.Məşədibəyovun
“Toy kimindir?”ində Uzun, E.Sabitoğlu,
T.Vəliyevanın “Bankir Adaxlı”, “Sizinlə
gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92
dəqiqə gülüş” trilogiyasında Sonqulu,
“Məhəbbət oyunu”nda Nuruş, “On min
dollarlıq keyf”də Fərzəli kimi rolları ta-
maşaçıların dərin rəğbətini qazanmışdır.
H.Bağırovun teatrla yanaşı kino
sahəsində də fəaliyyəti uğurlu olmuşdur.
“Ulduz”da Möhsün, “Mehman”da Arif,
“Onun bəlalı sevgisi”ndə Qaraxalov,
“Alma-almaya bənzər”də Məmmədəli,
“Şirbalanın məhəbbəti”ndə Şirbala rolları
kino həvəskarları tərəfindən maraqla qar-
şılanmışdır.
Hacıbaba Bağırov 1989-cu ildə
“Tənqid-Təbliğ” Teatrını yaratmış, bura-
da 1996-cı ilədək teatrın direktoru və bədii
rəhbəri vəzifələrində çalışmışdır. 1996-cı
ildən isə Ş.Qurbanov adına Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının di-
rektoru, bədii rəhbəri olmuşdur. O, 2001-ci
ildə E.Sabitoğlu ilə T.Vəliyevanın yazdığı
“Bankir adaxlı” tamaşasına görə “Qızıl
Dərviş” mükafatına layiq görülmüşdür.
Onun teatr və kino sahəsindəki
uğurlu fəaliyyəti dövlət tərəfindən
qiymətləndirilmiş – 1974-cü ildə Res-
publikanın Əməkdar artisti, 1982-ci ildə
Azərbaycanın Xalq artisti fəxri adlarına
layiq görülmüşdür.
Hacıbaba Ağarza oğlu Bağırov 6 okt-
yabr 2006-ci il tarixində Bakıda vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Ağaoğlu, T. Zəmanəsinin
gülüş ustası [Mətn]
/T.Ağaoğlu //Azərbaycan .-
2008.- 13 iyun.- S. 6 .
Fərəcova, Z. Sev məni
dəlilər kimi… [Mətn]:
[Arzu Bağırova həyat
yoldaşı Hacıbaba Bağırov
haqqında] //El.- 2009.- №
74.- S.16-25.
Komik obrazların mahir
ifaçısı [Mətn]: Hacıbaba
Bağırov //Mədəniyyət .-
2010.- 11 iyun.- S. 14.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
12
Aktyor
150
Musiqi.Opera.Balet
75
illiyi
ZEMFİRA SƏFƏROVA
1937
İYUN
Zemfira Yusif qızı Səfərova 1937-
ci il iyun ayının 10-da Bakıda ziyalı
ailəsində anadan olmuşdur.
Z.Səfərova 1960-cı ildə Azərbaycan
Dövlət Konservatoriyasının Nəzəriyyə
fakültəsini bitirmişdir.
Görkəmli müsiqişünas alim Zem-
fira Səfərova 1962-ci ildə AMEA-nin
Memarlıq və İncəsənət İnstitutunun
aspiranturasına daxil olmuş, kiçik
elmi işçi vəzifəsindən şöbə müdiri
vəzifəsinədək yüksəlmiş və 1980-cı
ildən bu günədək “Azərbaycan musi-
qisinin tarixi və nəzəriyyəsi” şöbəsinə
rəhbərlik edir.
20-dən çox kitab, 150-dən artıq elmi
əsərin müəllifi olan Z.Səfərovanın ya-
radıcılığı ən qədim yazılı abidəmiz
olan “Dədə Qorqud”un musiqi dün-
yasına, orta əsrlərin musiqi elminə,
Azərbaycan bəstəkarlıq məktəbinin
klassikləri Üzeyir Hacıbəyli və Qara
Qarayevə, müasir yaradıcılıq prosesi
və ifaçılıq sənətinə həsr edilmişdir.
Z.Səfərova qədim və orta əsr
Azərbaycan musiqi tarixini tədqiq et-
miş, Səfiəddin Urməvi, Əbdülqadir
əl-Marağainin, eləcə də XIX əsrin
görkəmli musiqişünası Mir Möhsüm
Nəvvabın və b. yaradıcılığını dərindən
tədqiq etmiş və “Azərbaycanın musiqi
elmi (XIII-XX əsrlər)” adlı fundamen-
tal monoqrafiyasını yazmışdır.
O, bir sıra beynəlxalq elmi simpozi-
um və konqreslərdə müasir musiqişü-
naslığın mühüm və aktual problemləri
mövzusunda çıxış etmişdir.
Uzun illər Bəstəkarlar İttifaqının
üzvü olan Z.Səfərova hal-hazırda İt-
tifaqın “Musiqişünaslıq və tənqid”
bölməsinin rəhbəri, “Musiqi dünyası”
jurnallarının redaksiya heyətinin, elmi
şuranın üzvüdür.
Z.Səfərova 1989-cu ildə Əməkdar
incəsənət xadimi, 1996-cı ildə
sənətşünaslıq doktoru, 1998-ci ildə isə
professor adı almışdır. Zemfira xanım
həmçinin “Humay ilahəsi – 96” müka-
fatı laureatıdır.
Professor Zemfira Yusif qızı
Səfərova hal-hazırda Azərbaycan Res-
publikasının Prezidenti yanında Ali At-
testasiya Komissiyasının sənətşünaslıq
və memarlıq üzrə ekspert komissiyası-
nın sədridir.
Ə d ə b i y y a t
Əfəndiyev, R. Musiqi
elmimizin fədası [Mətn]
/R.Əfəndiyev.- Bakı: Elm,
2010.- 54 s.
Müstəqillik dövründə
Azərbaycan musiqisinə bir
baxış [Mətn] // Qobustan.-
2009.- №2.- S.12-14.
Nəbiyev, B. Musiqi tarixi-
mizin yorulmaz tədqiqatçısı
[Mətn] /B.Nəbiyev.- Bakı:
Elm, 2010.- 47 s.
Şərq və Qərbin möhtəşəm
vəhdəti [Mətn] // Musiqi
dünyası.-2009.-№3-4.-S.22-
24.
Tahirzadə, Ü. Zemfira
Yusif qızı Səfərova [Mətn]:
biblioqrafik göstərici
/Ü.Tahirzadə.- Bakı: Elm,
2010. - 61 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
10
Musiqişünas
151
Musiqi.Opera.Balet
65
illiyi
FİDAN QASIMOVA
1947
İYUN
Fidan Əkrəm qızı Qasımova 1947-
ci il iyun ayının 17-də Bakı şəhərində
ziyalı ailəsində anadan olmuşdur.
Hələ uşaq yaşlarından musiqi
sənətinə, müğənniliyə böyük həvəs
göstərən Fidan Qasımova ilk musi-
qi təhsilini Bakı şəhərindəki Bülbül
adına Musiqi məktəbində almışdır.
O, 1966-ci ildə Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət Konserva-
toriyasının əvvəlcə simli alətlər, son-
ra isə dünya şöhrətli maestro Niyazi-
nin məsləhəti ilə vokal sinifinə daxil
olur. Burada o professional musiqi
nəzəriyyəçilərindən kamil təhsil alır,
simli alətlər üzrə professor Sərvər
Qəniyevin, vokal üzrə isə dosent
İ.A.Lvoviçin sinifində oxuyur.
Fidan Qasımova 1971-ci ildə skrip-
ka simli alətləri, 1972-ci ildə isə vokal
sənəti üzrə ali təhsilini başa vurmuşdur.
O, 1972-1973-cü illərdə P.Çaykovski
adına Moskva Dövlət Konservatoriya-
sının aspiranturasında təhsil almış və
1974-cü ildə oranı bitirmişdir.
F.Qasımova tələbəlik illərində vo-
kal müsabiqələrində fəal iştirak etmiş,
Vokalçıların Zaqafqaziya festivalında
birinci yer, 1973-cü ildə Cenevrədə
keçirilən II Beynəlxalq müsabiqədə
gümüş medala layiq görülmüş, 1975-
ci ildə Niderlandda Hertogenbosda
yenə də Beynəlxalq müsabiqədə dip-
lomla mükafatlandırılmışdır.
Fidan xanım Beynəlxalq müsa-
biqələr laureatı adına layiq görülmüş
ilk azərbaycanlı qadın müğənnidir.
1974-cü ildən başlayaraq Fidan
Qasımova Azərbaycan Dövlət Opera
və Balet Teatrının aparıcı solisti kimi
milli və dünya opera sənətinin repertu-
arlarına daxil olan əsərlərdəki partiya-
ların mahir ifaçısı kimi şöhrət qazan-
mışdır.
Fidan Qasımovanın ən böyük
uğurlarından biri 1986-cı ildə Mosk-
vada Böyük Teatrın səhnəsində
P.Çaykovskinin “Yevgeni Onegin”
operasında Tatyana rolunda çıxış
etməsidir.
F.Qasımova
1974-cü
ildən
Azərbaycan Dövlət Konservatoriya-
sında dərs deyir. 1990-cı ildən konser-
vatoriyanın, 1992-ci ildən isə İstanbul
Dövlət Universiteti Konservatoriyası-
nın professorudur.
Dünyanın bir cox səhnələrində
(ABŞ, Çexiya, Almaniya, Danimarka,
Portuqaliya, Belçika, Rumıniya, Hol-
landiya, Türkiyə və s.) konsert proq-
ramları ilə çıxış etmişdir.
Fidan Qasımova 1982-ci ildə Res-
publikanın Xalq artisti, 1988-ci ildə
SSRİ Xalq artisti fəxri adlarına la-
yiq görülmüşdür. 1984-cü ildə isə
Azərbaycan Respublikasının Dövlət
Mükafatını almışdır. Fidan xanım
1997-ci ildə Azəbaycan Respublikası
Prezidenti Heydər Əliyevin Fərmanı
ilə “Şöhrət” ordeni , 2010-cu ildə isə
Prezident İlham Əliyevin Fərmanı ilə
“Şərəf nişanı” ordeni ilə təltif edilmiş-
dir.
Ə d ə b i y y a t
Cabbari, R. Fidan və
Xuraman Qasımovaların
konsert fəaliyyətləri [Mətn]
/R.Cabbari //Mədəni-
maarif.-2011.-№ 2.-S.48-50.
Əliyeva, F. Azərbaycandan
böyük məhəbbətlə [Mətn]
/F.Əliyeva //Azərbaycan-
İrs.-2002. №13.- S.26-41.
Сюрприз от Фидан и
Хураман Гасымовых
[Текст] //Каспий.-2011.-11
марта.-С.8.
Музыка возвыщающая,
облагораживающая
[Текст] //Бакинский
рабочий.-2011.-10 марта
.-С.8.
Микаладзе, Г.
Музыкальный подарок
Фидан Касимовой
[Текст] /Г.Микаладзе
// Азербайджанские
известия.- 2009.- 25
июня.- С. 4.
Оперные дивы [Текст]
//Бакинский рабочий.-
2009.- 9 июля.- С. 4.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
17
Opera müğənnisi
152
Musiqi.Opera.Balet
95
illiyi
CÖVDƏT HACIYEV
1917-2002
İYUN
Əhməd Cövdət İsmayıl oğlu Hacı-
yev 1917-ci il iyun ayının 18-də Şəki
şəhərində anadan olmuşdur.
O, 1935-1938-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasında L.M.Ru-
dolfun bəstəkarlıq sinifində, 1938-1941
illərdə Moskva Konservatoriyasında
A.N.Aleksandrovun sinfində oxumuş-
dur. 1947-ci ildə isə D.D.Şostakoviçin
sinfində təhsilini başa vurmuşdur.
Onun ilk böyük əsəri “Simfoniya”nı
1936-cı ildə yazmışdır. O, tələbəlik
illərində “Sosialist Azərbaycanı”
(1936-cı ildə), A.S.Puşkinin ölümünün
100 illiyinə həsr etdiyi “Sibirə məktub”
(1937-ci ildə) simfonik poemaları-
nı, üç hissəli “Azərbaycan süitası”nı,
simli kvartet və s. bəstələmişdir.
1947-ci ildən o, Azərbaycan Dövlət
Konservatoriyasında dərs demiş,
1957-1969-cu illərdə oranın rektoru,
1963-cü ildən isə professor işləmişdir.
Cövdət Hacıyev 8 saylı simfoniya-
sını hörmət və ehtiram əlaməti olaraq
ümummilli liderimiz Heydər Əliyevə
həsr etmişdir.
O, 1985-ci ildən Bəstəkarlar İttifa-
qı İdarə Heyətinin katibi olmuşdur.
Onun Azərbaycan milli simfo-
nik musiqisinin inkişafında əvəzsiz
xidmətləri olmuşdur.
Azərbaycan bəstəkarlarından Nazim
Əliverdibəyov, Nəriman Məmmədov,
Fəridə Quliyeva, Aqşin Əlizadə, Ra-
miz Mirişli, Oleq Felzer və başqaları
onun yetişdirmələridir.
Cövdət Hacıyev 1945-ci ildə Qara
Qarayevlə birlikdə Böyük Vətən
müharibəsinə həsr olunmuş “Vətən”
operasını bəstələmiş, bu əsərə görə
1946-cı ildə SSRİ Dövlət Mükafa-
tına, 1952-cı ildə simfonik musiqi
sahəsindəki xüsusi xidmətlərinə görə
ikinci dəfə SSRİ Dövlət Mükafatı
laureatı, 1960-cı ildə Azərbaycanın
Xalq artisti adına, Oktyabr İnqila-
bı, Qırmızı Əmək Bayrağı və “Şərəf
nişanı”ordenləri ilə, eləcə də medal-
larla, 1998-ci ildə isə Azərbaycan
Respublikasının Prezidenti Heydər
Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni
ilə təltif edilmişdir.
Əhməd Cövdət İsmayıl oğlu Ha-
cıyev 2002-ci il yanvar ayında Bakı
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Onu zaman seçib [Mətn]:
[poema] /C.Hacıyev,
F.Ləman; red. və tərc. ed.
S.Əhmədli.- Bakı: Qanun,
2008.- 62 s.
Hacıyev, İ. Onlar bir-
birlərini dəlicəsinə
sevirdilər [Mətn]:
[Əməkdar incəsənət xadimi
İsmayıl Hacıyev ilə rəqqasə
Əminə Dilbazi və bəstəkar
Cövdət Hacıyev haqqında]
müsahibə /İ.Hacıyev //
Ekspress.- 2009.- 21-23
noyabr.- S. 18.
Məmmədova, H. Q.Qarayev
və C.Hacıyevin “Vətən”
operasının dramaturji
inkişafında xorların rolu
[Mətn]: musiqişünaslıq
/H.Məmmədova //Musiqi
dünyası .- № 3-4.- 2010.-
S.45-50.
Tağızadə, A. Cövdət Hacı-
yev [Mətn]: monoqrafiya
/A.Tağızadə.- Bakı: Şur,
1992.- 17 s.
18
Bəstəkar
153
Musiqi.Opera.Balet
115
illiyi
MURTUZA MƏMMƏDOV
1897-1961
İYUN
Bülbül (Murtuza) Məşədi Rza oğlu
Məmmədov 1897-ci il iyun ayının 22-də
Şuşa şəhərində dabbaq ailəsində anadan
olmuşdur.
Bülbülün teatr səhnəsində ilk çıxı-
şı M.C.Əmirovun 1916-cı ildə Gəncədə
tamaşaya qoyulmuş “Seyfəlmülk” ope-
rası ilə bağlıdır. Bülbül 1920-ci ildən
Birləşmiş Dövlət Teatrının Opera truppa-
sının (1924-cü ildən Azərbaycan Opera
və Balet teatrı) solisti olmuş, ilk illərdə
Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli
və Kərəm”, Z.Hacıbəyovun “Aşıq Qərib”
operalarında İbn Səlam, Kərəm, Qərib
rollarını oynamışdır.
Bülbül 1927-ci ildə Bakı Konserva-
toriyasını bitirmiş, həmin ildə vokal tex-
nikasını daha da təkmilləşdirmək üçün
dövlət tərəfindən Milana göndərilmişdir
(İtaliyada birinci dəfə 1924-cü ildə ol-
muşdur). 1931-ci ilədək burada Delliponti
və P.Qranidən dərs almışdır. 1931-ci ildən
Azərbaycan Dövlət Konservatoriyasında
dərs demişdir. Geniş diapazonlu, gözəl,
məlahətli, axıcı səsi olan müğənni böyük
aktyorluq istedadına malik idi.
O, yaratdığı obrazların xarakterini, da-
xili aləmini tamaşaçılara realist boyalarla
çatdıra bilmişdir. Əsas partiyaları: Koroğ-
lu - “Koroğlu”, Əsgər - “Arşın mal alan”,
Qərib - “Şahsənəm”, Əliyar - “Nərgiz”,
Nizami - “Nizami”, Fərhad - “Xosrov və
Şirin”, Aslan - “Vətən” və s. olmuşdur.
Koroğlu partiyası Bülbülün opera yaradı-
cılığının əlçatmaz zirvəsidir, o, romantik
ruhlu xalq qəhrəmanının daxili aləmini
hərtərəfli aça bilmişdir. Bülbülün ifasında
Koroğlu partiyası müasir Azərbaycan mu-
siqi teatrı tarixində mühüm bir mərhələ
təşkil edir.
Bülbül Azərbaycan xalq mahnılarını,
təsnifləri böyük sənətkarlıqla ifa etmişdir.
(“Süsən-sünbül”, “Yaxan düymələ”, “Qara
gözlər”, “Çal oyna”, “Segah təsnifləri”
və s.). Böyük Vətən müharibəsinin ağır
günlərində Bülbül xalqın ümumi işinə
fədakarlıqla kömək etmişdir. O, sovet
ordusu hissələri ilə İranda, Qafqaz və
Bryansk cəbhələrində olmuş, eyni za-
manda ölkənin hərbi xəstəxanalarında
öz konsertləri ilə yaralı döyüşçüləri
mübarizəyə, fədakarlığa ruhlandırmışdır.
Bülbülün yaradıcılığı Azərbaycan vo-
kal sənətinin inkişafında mühüm rol oyna-
mışdır. Geniş səs imkanlarına malik olan
Bülbülün ifaçılığında milli vokal üslubu
ilə İtalyan vokal məktəbi ənənələri üzvi
şəkildə birləşmişdir.
Bülbülün redaktəsi ilə “50 Azərbaycan
el mahnısı” (1938) və “Azərbaycan xalq
mahnıları” (1956, 1958) topluları çap
edilmişdir. Bülbül dünyanın bir çox
ölkələrində qastrolda olmuşdur. Hal-
hazırda Azərbaycan Dövlət Konserva-
toriyası nəzdindəki orta ixtisas musiqi
məktəbi Bülbülün adını daşıyır. Bakı
prospektlərindən birinə Bülbülün adı ve-
rilmişdir.
Bülbül dövlətin ən yüksək mükafatları
və adlarıyla təltif olunmuşdu: Ona SSRİ
Xalq artisti adı və Lenin ordeni verilmiş-
dir. O, Stalin mükafatı laureatı adına layiq
görülmüş, Ali Sovetin deputatı seçilmiş,
professor adı almışdır.
Bülbül 1961-ci il sentyabr ayının 26-
da əbədiyyətə qovuşmuşdur.Fəxri Xiya-
banda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Quliyeva, G. Bülbül
[Mətn]: fotokitab /
mətnin müəl. və tərt. ed.
G.Quliyeva; xüs. red.
G.Məmmədova.- Bakı :
İşıq,1983.- 36 s.
Şuşinski, F. Bülbül [Mətn]
/F.Şuşinski; Azərbaycan
xalq musiqiçiləri.- Bakı,
1985.-S.406-426.
Vəlizadə, M. Bülbülün
Azərbaycan muğamları
və Avropa musiqisinin
sintezində rolu [Mətn]
/M.Vəlizadə //Mədəni-
maarif işi. - 2005.- №12.-
S.4-6.
Рза, Р. О Бюль-Бюле
[Текст] //Рза, Р. Поет,
поэзия и творчество.-
Москва, 1978.- С.191-200.
İ n t e r n e t d ə
www.musiqi-dünya.az
www.azeri-art.net
22
Opera müğənnisi
154
İYUL
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Azərbaycan Pоlisi Günü (02.07.1998)
•
Bakı-Sabunçu-Suraxanı xəttində SSRİ-də ilk
•
dəfə olaraq elektrik qatarının hərəkət etməsinin
(06.07.1926) 85 illiyi
Azərbaycanın milli valyutasının-manatın
•
dövriyyəyə buraxılması barədə Prezident fərman
imzalamışdır (15.07.1992)
Milli Mətbuat və Jurnalistika Günü (22.07.1875)
•
Dostları ilə paylaş: |