§ 6. BORC-BANK İDARƏLƏRİ
XX əsrin əvvəllərində Azərbaycanda borc-bank sisteminin inkişafı, borc
verən idarələrin ayrı-ayrı ərazilər üzrə qeyri-bərabər paylan ması bəzi rayonlarda
bank kapitalının daha çox, digərində isə az cəmlənməsi kapitalist təsərrüfat sisteminə
xas olan sənaye kapitalı ilə bank kapitalının çu lğaşması ilə xarakterizə o lunurdu.
Neft sənayesinin XX əsrin əvvəllərindəki dünya böhranının nəticələrinə
məruz qalmış Bakı şəhərində 1909-cu ilə qədər, 1907-ci ildə fəaliyyətə başlayan
şəhər xüsusi lombardından başqa, borc verən heç bir yeni idarə açılmamışdı. Neft
istehsalının və neft məhsulları ilə ticarətin həcminin azaldığı, gəmiçilikdə yük
daşınmasının ixtisara düşdüyü, əməyə tələbatın xeyli azaldığı, vergilərin ço xunun
geri qaytarıldığı və bir çox idarənin iflasa uğradığı
127
şəraitdə Rusiya səhmdar
kommersiya bankları öz fəaliyyət dairələrini genişləndirmə k, Bakı rayonunda yeni
şöbələr açmaq istəmirdi.
1909-cu ildə neft sənayesi və onunla bağlı istehsal müəssisələri
53
uzunmüddətli durğunluqdan sonra öz fəaliyyətini bərpa etdiyi bir şəraitdə Bakıda
kredit -bank sistemin in yeni inkişaf mə rhələsi başladı. 1909-cu ildə Sankt-Peterburq
Beynəlxalq Ko mmersiya Bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı
128
.
1914-cü il aprelin 15-də ilk yerli səhmdar kommersiya bankı - Bakı Tacir Bankı açıldı
129
.
Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə H.Z.Tağıyev idi.
1900-1913-cü illərdə Bakıdakı 9 bank kontoru arasında ən mühümləri Əbdül
Həmid Ələsgərov, Hacı Şıxəli Dadaşov, H.Z.Tağıyev və Tu manyan qardaşlarına
məxsus idi, onlar ko mmersiya banklarından daha çox ixtisaslaşması ilə fərqlənirdi
130
.
Səhmdar bankların inkişafı ilə əlaqədar olaraq onların rolu heçə endi.
Bakıda borc (kredit) verən Qarşılıqlı Borcvermə Cəmiyyəti, Şəhər
Borcvermə Cəmiyyəti, xəzinəyə və xüsusi şəxsə məxsus olan şəhər lombard ı kimi
idarələr də fəaliyyət göstərirdi.
Gəncə, Şuşa, Şəki, Lənkəran və Naxçıvan kimi ticarət-sənaye mər-
kəzlərində də kredit-bank sistemi in kişaf edirdi. Bu şəhərlərdəki kred it-bank
sistemin in xüsusiyyəti dünya sənaye sistemin i bürü müş böhrandan sonrakı
durğunluq dövründə də inkişaf etməsi id i. Bunun başlıca səbəbi böhranın, neft
sənayesindən fərqli o laraq, yerli sənaye sahələrinə və sənətkarlığa göstərdiyi təsirin zəif
olmasında idi. Əvvəlki dövrlərin kapital yığımı sayəsində Şuşada yerli tacirlərin və sənaye
sahiblərinin təşəbbüsü ilə 1904-cü ildə ilk kredit idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti
131
,
1910-cu ildə Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin komisyonerliyi
132
, 1914-cü il
iyulun 25-də isə nizamnaməsi hələ 1905-ci ildə təsdiq olunmuş Qarşılıqlı Kənd təsərrüfatı
Kredit Cəmiyyəti açıldı
133
.
Bank idarələrinin mövcud olduğu Gəncə şəhərində 1905-ci il yanvarın 3-dən
Qarşılıqlı Borcvermə Cəmiyyəti, iki ildən sonra isə 1910-cu il yanvarın 1-dən
Yelizavetpol Qarşılıqlı Kredit Kommersiya Cəmiyyəti adlandırılan ikinci belə cəmiyyət
134
,
həmin il Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin 1913-cü ildən həmin bankın agent-
liyinə çevrilən komisyonerliyi, 1912-ci il avqustun 16-dan Tiflis kommersiya bankın ın
şöbəsi fəaliyyətə başladı
135
.
Şəkidə ilk bank idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti 1908-ci il mayın 20-də
136
,
bir ildən sonra Əhmədov qardaşlarının Banklar Evi
137
və 1910-cu ildə isə Tiflis Kommersiya
Bankının şöbəsi açıldı
138
.
Ulu xanlıdan İran sərhədinə qədər dəmir yol xətti çəkildikdən sonra XX əsrin
əvvəllərində mühüm ticarət mərkəzinə çevrilmiş Culfada 1910-cu ildə Azov-Don
Kommersiya Bankının şöbəsi
139
, 1911-ci ildə İran Hesab-Borc Bankının şöbəsi
140
və 1912-ci
ildə isə Tiflis Ko mmersiya bankının şöbəsi yaradıldı
141
.
Azərbaycanın başqa şəhərlərində - 1910-cu ildə Naxçıvanda Qarşılıqlı Kredit
Bankının şöbəsi, 1911-ci ildə Lənkəranda Rus-Asiya bankının 1913-cü ildə həmin bankın
şöbəsinə çevrilən komisyonerliyi, 1913-cü ildə, Astarada İran Hesablama-Borc Agentliyinin
şöbəsi açıldı.
Kommersiya bankları XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif
şəhərlərində fəaliyyət göstərən kredit-bank sistemində əsas həlqə idi. Rusiyanın
54
Azərbaycan ərazisini fəaliyyət mühiti etmiş dövlət və səhmdar torpaq bankları
sırasına 1900-cü ildən Don Səhmdar Torpaq Bankı, 1903-cü ildən Yaroslavl-
Kostroma Səhmdar Torpaq Bankı
142
,1907-ci ildən Poltava Səhmdar Bankı
143
, 1906-
cı il fevralın 15-dən Kəndli Torpaq Bankın ın Zaqafqaziya şöbəsi daxil idi
144
. Dövlət
zadəgan torpaq bankı Zaqafqaziya şöbəsinə öz fəaliyyətini Azərbaycanda yaymağa
icazə vermişdi, lakin bankın mərkəzi idarəsinin siyasəti yerli mülkədar və bəyləri
onun müştərisi olmaqdan məhrum etmişdi. Bunun başlıca səbəbi onların imtiyazlı silkə
mənsubluğunu və mülklərinin sərhədlər üzrə onların mü lkiyyətində olduğunu
təsdiqləyən sənədlərin olmaması idi. Yerli və Qafqaz in zibati orqanları bankın
mərkəzi idarəsi qarşısında dəfələrlə vəsatət qaldırdığına baxmayaraq, bəylər öz
torpaqlarını burada girov qoymaq hüququ ala bilməmişdilər. Yaln ız xan nəslindən
olanlar və rus əsilzadələri ö z torpaqlarını bu banka g irov qoya bilərdilər.
Azərbaycanın kredit -bank sistemin in digər bir həlqəsi kiçik kredit
(borcvermə) idarə ləri id i. Rusiyanın, o cü mlədən Azə rbay canın kənd təsərrüfatında
XX əsrin əvvəllərində kapitalist münasibətlərinin in kişafı ö lkədə kiçik kreditin
vəziyyətini əsaslı surətdə dəyişməyi tələb edird i. Çar höku mət in in 1904-cü il
iyunun 7-də təsdiq etdiyi "Kiçik kredit idarə ləri haqqında əsasnamə"yə görə,
Rusiya dövlət bankı - kiçik kredit işləri ü zrə idarə yaradıld ı və ona tapşırıldı ki,
kiçik kredit müəssisələri yaradılmasına himayədarlıq, onların fəaliyyətinə nəzarət
və rəhbərlik etsin
145
.
Bu qanun Rusiyada kiçik kredit idarələri şəbəkəsinin yaradılması işini
geniş inkişaf yoluna saldı. Azərbaycanda bu istiqamətdə ilk addımlar 1906-1907-ci
illərdə atıldı. Dövlət bankının Tiflis və Bakı şöbələrin in nəzdində kiçik kred it üzrə
Bakı və Yelizavetpol quberniya komitələri yarad ıld ı. Bank şöbələrində çalışan
müfəttişlər kəndli təsərrüfatların ın xahişlərin i nəzərdən keçirməli, imkan olduqda
kiç ik kredit müəssisələri aç ma lı id ilə r.
Kiçik kred it müəssisələri açılması Maliyyə Nazirliy inin 1905-ci ilin
noyabrında təsdiq etdiyi Nizamnamə əsasında tənzimlən məli idi. Bu sənəd
Azərbaycanda kiçik kred it müəssisələrinin iki növünün -kredit və borc-kred it
şirkəti açılmasına yol verirdi.
Lakin kiçik mü fəttişlərin sayca məhdudluğu, haqq-hesabın yerli dildə
aparılmaması, qolço maq-sələmçilərin müqaviməti və s. ona gətirib ona çıxartdı ki,
Azərbaycanda ilk kiçik kred it müəssisəsi yalnız 1908-ci ildə açıld ı. 1909-1913-cü
illərdə kiçik kredit müəssisələrinin artım mən zərəsi belə id i: 1909-cu ildə 9, 1910-
cu ildə 12, 1911-ci ildə 5, 1912-ci ildə 42, 1913-cü ildə 19, ü mu miyyətlə isə həmin
müddətdə cəmi 86 kiçik kredit müəssisəsi açılmışdı
146
.
Kiçik kred it müəssisələrinin ço xu Bakı quberniyasında, 8-i Naxçıvan
qəzasında, 2-si isə Zaqatala dairəsində idi. Kredit şirkətləri ço xluq, borc-əmanət
şirkətləri isə azlıq təşkil ed ird i. Azərbaycanda kiçik kredit müəssisələri şəbəkəsinin
genişliyi öz əksini bankir idarələri, qarşılıqlı kredit cəmiyyətləri və Bakı tacir bankı
yaradılmasında tapırdı.
55
Kredit-bank müəssisələrinin sürətli artımı Azərbaycan iqtisadiy yatında kapitalist
inkişafının tələbi ilə şərtlənirdi. Bank kapitalı kredit müəssisələri çoxaldıqca və
fəaliyyətlərini genişləndirdikcə yerli sənayenin, ticarət və kənd təsərrüfatının, əhalinin
təsərrüfat həyatının bütün sahələrini əhatə edirdi. Girov əvəzinə verilən borclar,
bankların fəal əməliyyatının yayılma dairəsinin həcmi və s. bank kreditinin Azərbaycan
iqtisadiyyatı ilə nə qədər geniş qovuşduğunu sübut edir.
Bakı banklarının, demək olar ki, hamısı əsasən neft sənayesi, ona xid mət edən
sənaye sahələri və neft məhsulları ticarəti ilə bağlı idi və onlara xidmət edirdi. Veksel və
əmtəə kreditlərinin əsas hissəsi neft sənayesi sahəsinə düşürdü. Çəltik və buğda
dəyirmanları, tütün fabrikləri, balıq sənayeçiləri, manufaktura tacirləri, qənd, meyvə,
pambıq və s. ilə ticarət edənlər də bank kreditindən geniş istifadə edirdilər.
Rusiya kommersiya banklarının Bakı şöbələri neft sənayesi ilə, yerli sənayenin
başqa sahələri və ticarətlə qovuşdu, bank kapitalı sənaye kapitalı ilə qaynayıb qarışdı. Bu
isə maliyyə oliqarxiyasının hakimiyyətinə gətirib çıxardı. Bankların şöbələri kapitalın və
inhisarların təmərküzləşməsi prosesini sürətləndirib gücləndirdi, iqtisadiyyatın müxtəlif
sahələrindəki qarşılıqlı əlaqələri yüksək dərəcədə qüvvətləndirdi. Bankların şöbələri
təsərrüfat həyatının mərkəzinə çevrildi.
Bank şöbələrinin Gəncə qrupu 7-10 mln rubulluq veksellərin hesabını
aparırdı
147
. Gəncədəki bütün bank şöbələri kənd təsərrüfatının müxtəlif sahələrini, əsasən
isə çaxır və araq istehsalını, pambıqçılığı və ipəkçiliyi kreditlə təmin edirdi. Nuxa və
Şuşa bankları baramaçılığa və ipək sənayesinə, həmçinin başqa istehsal sahələrinə
kredit verirdi. Bank şöbələrinin apardığı veksel hesabının məbləği hər il Nu xada 3-4,
Şuşada isə 2-3 mln rubul olurdu.
Torpaq banklarının bir qrupu özlərinin 1916-cı ilə qədərki fəaliyyəti dövründə
kənd malikanələrini girov götürməklə, Azərbaycanın torpaq sahiblərinə 7 mln rubl
uzunmüddətli borc vermişdi
148
. Mülkədarlar bu kapitalın müəyyən hissəsini öz
təsərrüfatlarını genişləndirməyə, onları kapitalist yolu ilə inkişaf etdirməyə yönəltmişdilər.
Bu banklar, yəni Bakıda fəaliyyət göstərən Bakı şəhər Kredit Cəmiy yəti, Tiflis
Zadəgan Torpaq Bankı, Don Torpaq Ban kı, Tiflis Zadəgan Bankının Şuşadakı
agentliyi, Poltava torpaq bankının Gəncədəki agentliyi hə min şəhərlərdə aparılan
inşaat işləri üçün girov müqabilində borc vermişdi.
Azərbaycanda fəaliyyət göstərən kiçik kred it müəssisələri 1909-cu ildən
1913-cü ilədək xırda kənd burjua ziyasından olan ü zvlərinə 6,5 -7 mln rubla qədər
borc vermişdi. Bu məbləğ kənd təsərrüfatının mü xtə lif sahələrinə qoyulmuşdu.
Beləliklə, müharibədən qabaqkı illərdə Azərbaycanda iqtisadiyyatın
mü xtəlif sahələrinə - sənaye, kənd təsərrüfatı və ticarətə hər il 100-150 mln rubl
bank kapitalı yönəldilmişdi.
Bank kapitalı Azərbaycan iqtisadiyyatının bütün sahələrinə daxil o lmuş,
təsərrüfatı aparmaq üsulların ı, onun strukturunu, bütün pul münasibətlərin in
mah iyyətini dəyiş miş, sənayedə, kənd təsərrüfatında və ticarətdə əmtəə təsərrüfatı
və kapitalizmin inkişafını sürətləndirmişdi.
56
§ 7. İSTEHSALIN TƏMƏRKÜZLƏŞMƏSİ PROSESİNİN
GÜCLƏNMƏSİ
Neft istehsalının təmərküzləşməsi. Azərbaycanın neft sənayesinin
xüsusiyyətlərindən biri iri kap italist ko mpaniyaları qrupunu, eyni zamanda kiçik və
orta firmala rın böyük kütləsini özündə birləşdirməsi idi. Ayrı-ayrı ne ft
ko mpaniyalarının XIX əsrin 90-c ı illə rindən birləş mə səylərin in güclən məsi, XX
əsrin əvvəllərindən isə neft istehsalının təmərküzləşməsi daha geniş vüsət aldı.
Sənaye istehsalının inkişafının gedişi onun ayrı-ayrı sahələri daxilində
özünəməxsus təmərkü zləşməsi prosesində özünü göstərirdi. Bu şəraitdə ümu mi
istehsal həcmində neft hasilatı və emalı arasında mühüm dəyişiklik baş verdi.
Məsələn, 1890-1900-cü illərdə neft çıxaran müəssisələrin istehsal həcmi 12 dəfə,
neft emalı müəssisələrin inki isə 5 dəfə artmışdı. Əsas məsələ onda idi ki, b irinci
müəssisələrin sayı iki dəfə artmışdısa, ikincilər 1/3 dəfə azalmışdı
149
. 1900-1908-ci
illərdə isə neft hasil edən müəssisələrlə neft emalı müəssisələri arasındakı fərq
böyük deyildi.
Neft sənayesində təmərküzləşmənin xüsusiyyəti onda idi ki, bu prosesə əsasən
iri, getdikcə əhəmiyyəti artan firmalar cəlb olunmuşdu. İllər keçdikcə iri qruplaşan
firmalar dəyişirdi. XX əsrin lap başlanğıcında neft istehsalı ilə məşğul olan 152 firmadan
67-sinin hər birinin illik neft istehsalı 1 mln puddan çox idi və 570,7 mln pud neft hasil
etmişdilər ki, bu da ümumi məhsulun 93,3 faizini təşkil edirdi
150
. Onlardan ildə 5-10 mln
pud arasında neft çıxaran firmaların xüsusi çəkisi 20 faiz, 10-20 mln pud arasında neft
istehsal edən firmalarınkı isə 39,4 faiz idi. Əgər 1904-cü ildə hər biri ildə 20 mln puddan
çox neft hasil edən 9 firmanın ümumi məhsulda payı 54,5 faizə bərabər idisə, 1910-cu
ildə 7 firmanın payına 44 faiz düşürdü. Neft hasilatının təmərküzləşməsi bütün neft
sənayesinin təmərküzləşməsinin əsasını təşkil edirdi. Neft emalı sənayesində də təmər-
küzləşmə səmərəli olmuşdu. 1901-1911 -ci illər arasında ağ neft zavodlarının sayı 83-
dən 53-ə enmişdi. İşləməyən zavodların sayını (1901-ci ildə 14, 1909-cu ildə 52) nəzərə
alsaq, təmərküzləşmənin miqyası daha böyük idi. Ən iri neft emalı zavodları (ildə 5 mln
puddan artıq istehsalı olan) 1903-cü ildə bütün ağ neft istehsalının 63 fa izin i, 1909-cu
ildə isə 72 faizini verirdi
151
.
1911-ci ildə Bakı rayonunda 47 səhmdar neft sənayesi müəssisəsi var idi.
Onların əmlaklarının balans qiyməti 212,4 mln rubla bərabər idi və onlar bütün Rusiya
neft səhmdar cəmiyyətlərinin 77,6 faizin i təşkil edirdi
152
.
XX əsrin birinci onilliyindən fərqli olaraq, ikinci onilliyin müharibə ərəfəsində
neft istehsalının təmərküzləşməsi prosesi yeni mərhələyə qədəm qoydu. Bu
mərhələnin əsas xüsusiyyəti ondan ibarət idi ki, yeni cəmiyyətlərin yaranması ilə
köhnələrin yenidən qurulması prosesi gedirdi. Belə cəmiyyətlər köhnədən fəaliyyətdə
olan müəssisələrə, ticarət evlərinə əsaslanırdılar. Çar mütəxəssisləri yazırdılar ki, 23 il
müddətində (1890-cı ildən 1913-cü ilə qədər) 479 firmadan 298-i sıradan çıxmışdı
153
.
Lakin qeyd etməliyik ki, onların bir hissəsi ya sahibini, ya da adını dəyişmiş, bir təşkilat
57
kimi fəaliyyətdən qalmayaraq ya başqa qrupa keçmiş, yaxud da inkişaf edərək daha da
güclənmişdi. Deməli, müəssisələr yalnız öz lövhələrini dəyişmişdi. Məsələn,
N.Krasilnikovun Tiflis şirkətinin, Y.A.Mansvetovun və bir neçə başqasının firmalarının
adları 1913-cü ilə aid olan siyahıda artıq yox idi. Lakin onlar Lianozovla birləşmişdilər. Bu
münasibətlə məşhur mütəxəssis V.İ.Frolov yazırdı: "Bu o demək deyilmi ki, Lianozovla
bir firmada birləşənlər keçmiş daşnak firmalarındakından daha güclü yeni aqreqat
yaratdılar?"
154
Həqiqətən də öz fəaliyyətlərini dayandırmaq təhlükəsi qarşısında qalan kiçik
və orta firmalar daha güclü firmalarla birləşməyə can atırdı.
Müharibə ərəfəsində Azərbaycanın neft sənayesində neft çıxarmaqla məşğul
olan 173 firma fəaliyyətdə idi. Onlar hasil etdikləri neftin miqdarına görə beş qrupa
bölünürdülər. Birinci dörd qrupdakı 37 müəssisənin illik məhsulu 350 min pud, sonuncu
qrupdakı 136 müəssisənin isə illik məhsul istehsalı 69 mln pud idi
155
. Bu, neft istehsalı
sənayesinin iri firmaların əllərində cəmləşdiyini göstərir. Müharibəqabağı illərdə
firmaların yeni qruplaşması baş verdi, onların çoxu bu və ya digər güclü iri neft istehsalı
firması ilə birləşdi.
Bu dövrdə Azərbaycan neft emalı sənayesində də təmərküzləş mə prosesi gedir,
istehsal edilən məhsulların 65 faizini 6 iri neft emalı zavodu verird i ki, onun da 30 faizi
"Nobel qardaşları" və "S.M.Şibayev və K°" şirkətlərinin payına düşürdü
156
.
Neft ixracı da iri firmaların əllərində cəmləşməkdə davam edirdi. 1913-1914-cü
illərdə dəniz vasitəsilə neftin daşınmasına dair məlu matlar bunu bir daha sübut edir.
1913-cü ildə neft ticarəti ilə məşğul olan bütün firmalar 5,1 mln. pud 1914-cü ildə 9,8 mln
pud
157
, "Nobel qardaşları" şirkəti, müvafiq olaraq, 1,5 mln pud (29,7 faiz) və 4,5 mln pud
(46,7 faiz) ixrac etmişdi. "Nobel qardaşları" şirkəti müharibə ərəfəsi illərdə Bakıdan ixrac
olunan bütün neft məhsullarının üçdə birini çıxarmışdı; 1910-cu ildə 31 faiz, 1911-ci ildə
32 faiz, 1912-ci ildə isə 34 faiz
158
. Ölkənin daxili bazarlarında özlərinin hakim vəziyyətini
yaratmaq üçün ixracla məşğul olan iri firmalar nəqliyyat vasitələrinin çoxunu öz əllərində
cəmləşdirməyə çalışırdı. Məsələn, "Nobel qardaşları" şirkəti idarəsinin Bakı kontoruna
göndərdiyi məktubunda qeyd olunurdu ki, 1913-cü ildə Lianozovun on benzin sisterni,
hər sistern üçün gündə 1 man. 15 qəp. ödəməklə, "Nobel qardaşları" şirkətinə icarəyə
verilmişdi
159
. Bu icarənin məqsədi yükdaşıma vasitəsinin çatışmazlığı ilə əlaqədar olsa da,
başlıcası "rəqibə Bakıdan benzin və Suraxanı neftini ixrac etmək üçün bu sisternlərdən
istifadə etmək imkanı verməmək" idi. "Nobel qardaşları" şirkəti ilə "Okean" cəmiyyəti
arasında bağlanan üç naviqasiya müddətində (1914-1916-c ı illər) hər ili 5,3 mln
pud ma zut nəql et mə k üçün 8 gə mi icarəyə götürmək b arədə müqavilə də bu
məqsədi güdürdü
160
.
Neft istehsalının təmərkü zləşməsi p rosesinin nəticələrindən biri də
fəhlələrin iri firmalarda cəmləşməsi id i. 1907-ci ildə Bakının neft-mədən
rayonlarındakı 23 firmadan cəmi 26929 nəfər, yəni hər müəssisədə orta hesabla
1171 nəfər, qalan orta və kiçik müəssisələrin hər b irində isə 76 nəfər fəhlə
işləyird i
161
. Fəhlələrin təmərküzləşməsi neft emalı sənayesində daha yüksək
səviyyədə idi. Əgər 1912-ci ildə hər birində 500-dən ço x fəh lə çalışan mədən
58
müəssisələri bütün fəhlələrin 42,7 faizini təşkil ed irdisə, bu qədər fəhləsi olan emal
zavodlarında hələ 1910-cu ildə bütün fəhlələrin 57,2 faizi çalışırd ı. Fəhlələrin
təmərkü zləş məsinin özünəməxsus xüsusiyyətləri var idi. 500-dən bir neçə minə
qədər fəhləsi olan iri və ən iri zavodlardakından fərqli olaraq, mədən fəh lələri
dağınıq id i, onlar ayrı-ayrı firma və rayonlarda onlar və yü zlərlə mədənlərə səpə-
lən mişdilər.
Neft sənayesi fəhlələrin in təmərküzləş məsində tərəddüd nəzərə çarpırd ı.
1907-c i ildə 500 və daha çox fəhləsi o lan iri və on iri müəssisələr bütün
müəssisələrin 11,6 faizini təşkil edir və bütün fəhlələrin 67 faizini özündə
cəmləşdirirdi. 1910-cu ildə həmin müəssisələrdə fəhlələrin 40,4 faizi işləyirdi.
Fəhlələrin sayındakı azalma ölkənin siyasi və iqtisadi həyatında baş vermiş
dəyişikliklərlə bilavasitə bağlı idi.
Müharibə ərəfəsində də neft sənayesində fəhlələrin sayının tərəddüdü
mey lləri ö zünü göstərirdi. Materialların bahalaşması ilə əlaqədar o laraq, bir sıra
firma lar buruq qazıma işin i və neft hasilat ını ixt isara salmış, 1911-c i ildə təkcə
qazıma işində fəhlələrin sayı 40 faiz azalmışdı
162
. Bu, əsasən bir sıra firmaların
qazıma işindən imtina etməsi ilə bağlı idi. Lakin 1913-cü ildə fəhlə və
qulluqçuların sayı artaraq 45 minə (1903-cü ildə 28,6 min id i) çatdı. Onlardan neft
istehsalında 29 min, buruq qazımada 8,3 min, zavodlarda 4 min, yardımçı
müəssisələrdə 3,7 min fəhlə çalışırdı
163
.
Azərbaycan neft sənayesinin təmərkü zləşməsinin xarakteri ABŞ -dan
fərqli id i. ABŞ-da xırda istehsal üstünlük təşkil edir, iri kapital isə neft ixracını öz
əllərində cəmləşdirərək, neft istehsalı sahəsini öz nəzarəti altında saxlayırdı.
Azərbaycanda isə təmərküzləşmə prosesi neft işinin bütün sahələrini əhatə etmişdi.
Neftin iri neft kompaniyalarının əlində cəmləşmiş torpaqlardan çıxarılması, neft emalı və
onun daşınması üzərində nəzarəti asanlaşdırır, çox da böyük olmayan vəsait hesabına neft
sənayesində onların ABŞ inhisarları kimi aparıcı olmalarına şərait yaradırdı.
Beynəlxalq korporasiyalar: "Şell", "Nobel" və "Oyl". XX əsrinə
əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyət miqyasına görə beynəlxalq səciyyə
daşıyan sənaye-maliyyə birliklərinin yaranması prosesi başa çatdı.
İri müəssisələrin neft istehsalının bütün sahələrini, nəqliyyatı və ticarəti öz
nəzarətləri altına alması onların təşkili və fəaliyyətində yeni firmalar yaratması və iri neft
sənaye-maliyyə korporasiyası qurması üçün münbit zəmin idi. Onlar Rusiyanın sosial-
iqtisadi quruluşu üçün xarakterik olan istehsalı böyütmək işini neft sənayesinə də tətbiq
etmişdilər. Azərbaycanda iri neft birləşmələrinin yaradılması Qərbin eyni cür qruplarına
qarşı durmaq üçün də zəruri idi.
Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın neft sənayesində bir neçə
qüdrətli birliklər yarandı. Onlar Rusiya bankları ilə sıx qarşılıqlı münasibət qurmuşdu və o
qədər qüdrətli idi ki, nəinki öz müstəqilliklərini hər hansı bankdan, yaxud qrupdan qoruyub
saxlaya b ilir, hətta Rusiya və xarici banklardan öz məqsədləri üçün istifadə edirdilər.
Onlardan ən iriləri "Royal datç Şell ənd K°", "Şell", "Nobel" və "Oyl" qrupları idi.
59
1907-ci ildə yaradılmış ingilis -holland "Şell" tresti öz nəhəng məqsədlərinə
çatmaq üçün diqqətini Bakı rayonuna yönəltdi. Birinci dünya müharibəsinin başlanmasına
yaxın "Şell" neft istehsalında yalnız məşhur Amerika "Standart Oyl və K°" şirkətindən
geri qalırdı. Rusiya neftini ələ keçirmək planının reallaşmasında Q.Deterdinqin ("Şell"in
başçısı) dünya bazarları uğrunda Rotşildlərlə mübarizəsində ona öz partnyorları ilə
qarşılıqlı əlaqələri dayaq oldu.
1912-ci ildə "Şell" Rotşildlərin Paris Bankir Evinə məxsus olan, Xəzər-Qara
dəniz Cəmiyyətindəki səhmlərinin 80 faizini (bir qədər sonra daha on faizini) və "Mazut"
cəmiyyətinə məxsus olan səhmlərin çoxunu ələ keçirdi. Ən iri Bakı firmaları olan bu
müəssisələrin kapitalı müvafiq surətdə 10 və 12 mln rubla bərabər idi
164
və öz gücünə görə
yalnız "Nobel qardaşları" şirkətindən geri qalırdı. Onların satılmasının başlıca səbəbi
Rotşildlərin xarici bazarlarda Amerika kompaniyasının rəqiblərinə müqavimət göstərə
bilməməsi, daxili bazarlarda isə Nobelin üstünlüyü ilə hesablaşması idi. Onlar bu cə-
miyyətlərdə iştiraka görə 27,5 mln rubl (hər iki cəmiyyətin əmlakının qiyməti ilə), o
cümlədən Azərbaycanda olan müəssisələrinin əvəzinə "Şell" trestinin səhmlərinin 20
faizini əldə etdilər
165
.
Daha sonra əsası ingilis kapitalı hesabına 1900-1902-ci illərdə qoyulmuş
"S.M.Şibayev və K
0M
, "İ.Q.Tumayev və K°" və "Şəriklər" cəmiyyətləri "Şell"in tərkibinə
qatıldı
166
. 1913-cü ildə bu müəssisələrin əsasında Londonda Yeni Şibayev neft komissiyası
yaradıldı. "Şell" beynəlxalq bazarlarda sürtkü yağlarına tələbatın artdığı bir vaxtda
(Şibayevin məhsulları yaxşı keyfiyyəti ilə şöhrət tapmışdı) bu kompaniyanı ələ keçirməklə
sürtkü yağı istehsal edən Rusiya sənayesində mühüm yer tutmaq imkanı qazandı. "Şibayev
kompaniyası" isə trestdə özünün mühüm məqsədini həyata keçirməklə yanaşı, Qərbin bir
neçə iri müəssisəsinin daxil ola bildiyi sürtkü yağları bazarına yol tapdı. "Mazut" cəmiyyəti
və Şibayev firması "Şell"in bazasını təşkil edirdi. Bu kompaniyalarda Sibir ticarət,
S.Peterburq və Moskva kommersiya bankları fəal iştirak edirdi. 1914-cü ildə trest 11 neft
müəssisəsinə nəzarət edirdi
167
və onun 1637 min funtsterlinq (1913-cü ildə 1535 funt-
sterlinq) xalis gəliri əsas kapitalın 35 faizinə bərabər id i
168
.
Rusiya neft sənayesini inhisara almaq uğrunda mübarizə "Nobel qrupu"nun
mövqeyini möhkəmləndirdi. Hələ XIX əsrdə "Nobel qardaşları" şirkəti artıq trest
səviyyəsinə yüksəlmişdi. Çar xəzinəsi heç bir başqa neft kompaniyasından "Nobel"
şirkətindən götürdüyü qədər gəlir götürmürdü. XX əsrin əvvəllərində o, bütün Rusiyada
neft istehsalı və tica rəti nəhənginə çevrilmişdi.
1913-cü ildə "Nobel qardaşları" şirkəti ilə "Mazut" şirkəti arasındakı növbəti
müqavilənin vaxtı bitəndə, onun Amerika "Stand" Oyl və K°" tresti ilə müqavilə
bağlayacağı barədə şayiə yayılmışdı. Çünki onların arasında sıx münasibət yaranmışdı
170
, bu
isə "Nobel qardaşları" şirkətini xarici bazarlarda rəqabətlərə daha dözümlü etdi.
Həmin illərdə "Nobel qrupu"nun təsir dairəsi xeyli genişləndi. O,
"M.A.Kələntərov və K°" ticarət evinin "Kolxida", "V.İ.Raqozin'" cəmiyyətlərinin
nəzarət zərflərini aldı, "Emba" və "Çimion" cəmiyyətini nəzarətinə götürdü
171
. "Nobel
qardaşları" şirkəti Uzaq Şərqdə neft məhsullarını satmaqla məşğul olan Şərqi Asiya
60
Cəmiyyətini yaratdı.
1912-ci ildə "Nobel qardaşları" şirkəti öz kapitalını 15 mln rubl artırdı və öz
səhmlərini Berlin birjasında yerləşdirdi. Bununla əlaqədar olaraq şirkətin səhm kapitalı 30
mln, istiqraz kapitalı 16,34 mln və ehtiyat kapitalı 32 mln. rubl o ldu
172
.
Birinci dünya müharibəsi ərəfəsində "Nobel qrupu" özünün maliyyə fəaliyyəti
nəticəsində 9 neft sənayesi və nəqliyyat firmasını öz nəzarəti altında birləşdirdi
173
. Bu qrup
başqa firmaların neft məhsullarının ticarətini təşkil edən çox iri ticarət təşkilatı idi. 1913-cü
ildə başqa firmalardan 52,5 mln pud neft, 17 mln. pud ağ neft, 40 mln pud neft qalıqları, 2,7
mln pud sürtkü yağları və s. satın alınmışdı
174
.
"Nobel qardaşları" şirkətinin bu dövrdə 13 dəniz və 6 çay gəmisi, 147 barjı, 2
minə qədər sistern-vaqonu, külli miqdarda anbarları və neft bazarları var id i
175
.
Bank kapitalı ilə sənaye kapitalının çulğalaşmasının mühüm nəticələrindən biri
də 1912-ci ildə Rus baş neft korporasiyasının yaranması oldu. 7 iri rus bankı, həmçinin ingilis
və Fransa bankları onun təşkilatçıları idi. Korporasiyanın özəyini "Q.M.Lianozov və
oğulları" şirkəti, "Neft" rus şirkəti, "A.İ.Mantaşov və K°" və "Kaspi" şirkəti" təşkil
edirdi. Belə nəhəng birləşməni yaratmaqda məqsəd bütün Rusiya neft sənayesini özünə
tabe etmək və "Nobel qrupu"nun fəaliyyətini məhdudlaşdırmaq idi. Bu məqsədi həyata
keçirmək üçün korporasiya ticarət-nəqliyyat qrupu yaratdı. Bu qrupa, ilk növbədə, Şərq
cəmiyyəti daxil oldu. Bunun nəticəsində o, 79 neft stansiyasını, 23 gəmini, 29 barjı öz
nəzarəti altına aldı
176
"Oyl" isə Volqa-Qara dəniz Cə miyyəti (" Voçeto") adlı sindikat
yaratdı.
1913-cü ilin noyabrında "Şərq Cəmiyyəti" ilə "Volqa" Cəmiyyəti müqavilə
bağladı. Bu müqaviləyə əsasən, onlar 1914-cü il yanvarın 1-dən neft və neft qalıqlarını
birgə satmağı qərara aldılar
177
. Firmaların ticarətdə iştirakı aşağıdakı qaydada
müəyyənləşdirildi: "Şərq Cəmiyyəti" 48 faiz, "Volqa" Cəmiyyəti 36 faiz və "Kaspi şir-
kəti" 16 faiz. Müqavilədə qeyd olunurdu ki, "Şərq cəmiyyəti"nin payında "Q.M.Lianozov
və oğulları" şirkəti, "A. İ. Mantaşev və K°" Cəmiyyəti, "İ.N.Ter-Akopov" Cəmiyyəti və
"Neft" şirkəti iştirak etməlidir. "Oyl‖un ən iri müəssisəsi - "A.İ.Mantaşov və K°" "Nob-
mazut"la əlaqəsini kəsdi və hazır məhsullarını "Okean" Cəmiyyətinə verməyə başladı
178
.
Sindikat öz ətrafında başqa müəssisələri də birləşdirdi. Onların arasında "Nobmazut"un
çoxdankı rəqibi Ş.Əsədullayevin də firması var idi. 1913-cü ildə "Oyl" korporasiyasının
yaratdığı sindikat ağ neft ticarətinin yalnız 15-17 faizinə nəzarət edirdi. Bu, payına ağ neft
ticarətinin 77 faizi düşən "Nobmazut‖u sarsıtmaq üçün çox a z idi
179
.
Onu da qeyd etmək vacibdir ki, "Oyl"un iştirakçıları olan neft sənaye firmaları qısa
müddətdə böyük vəsaitlər əldə etməyə müvəffəq oldular, lakin onu daha çox təsərrüfatlarını
genişləndirməyə yox, yalnız üzdə öz müstəqilliklərini qoruyub saxlamış firmaları ələ
keçirməyə yönəltdilər
180
.
"Oyl" qarşıya qoyduğu məqsədlərə nail ola bilmədi. Xarici müştəriləri geniş
surətdə cəlb etmək istəyinin baş tutmaması onun maliyyə vəziyyətini sarsıtdı. Bunu "Nobel
qardaşları" şirkətinə nisbətən "Oyl‖un gəlirinin nə qədər azalması sübut edir. Əgər 1912-ci
ildə Nobel müəssisələrinin gəliri 22 faizə, "Oyl"unki isə 17,2 faizə bərabərdirsə, 1914-cü
61
ildə "Nobel qardaşları" şirkəti öz səhmdarlarına 26 faiz gəlir (divident) verdi, "Oyl‖da bu
rəqəm 5,9 faizə bərabər idi
181
.
Müharibə ərəfəsində Bakıda fəaliyyət göstərən ingilis neft müəssisələri əsasında
Londonda Neft sənaye və maliyyə korporasiyası yaradıldı. Bütün ticarət fəaliyyəti "Şell"
qrupunun ixtiyarında olan bu korporasiyanın səhm kapitalı 28 mln rubl idi
182
.
Sənaye-maliyyə korporasiyalarının yaranması neft mənbələrini, neft emalı və
daşınması sahələrini ələ keçirmək uğrunda amansız rəqabət şəraitində baş verirdi.
Birinci dünya müharibəsi ərəfəsində adları çəkilən korporasiyalar Bakı neft
müəssisələrinin kapitalı ilə istədikləri kimi rəftar edirdilər. Bu kapital xarici kapitalistlərin
qoyduğu kapitaldan çox idi. 1914-cü ildə üç birliyin ("Şell", "Nobel" və "Oyl")
səhmdar kapitalı, Rusiyanın bütün səhmdar kapitalının 86 faizini təşkil edirdi (1911-
1914-cü illərdə neft istehsalı həcmi 1.127,8 mln.pud idi)
183
.
Bu korporasiyaların neft istehsalının həcmini ölkədə istehsal edilənlə müqayisə
etsək, "Oyl"a 28 faiz, "Şell"ə 20 faiz və "Nobel"ə 14 faiz pay düşürdü
184
. Bundan başqa, ağ
neft istehsalının 2/3-si, sürtkü yağları istehsalının isə hamısı və neft kəmərlərinin xeyli hissəsi
də onlara məxsus idi
185
. Beləliklə, bir-biri ilə bağlı olan bu üç iri birlik ölkənin neft
sənayesində istehsal və ticarətin əsas hissəsini öz nəzarəti altına almışdı.
Neft sənayesində firmaların və şirkətlərin yenidən qurulması kapitalın milli
tərkibində də dəyişiklik yaratdı. Məsələn, "Oyl"da fransız kapitalının payı 6 mln rubla
bərabər idi
186
. Fransız kapitalının mənafeyi "Mazut" cəmiyyəti vasitəsilə "Şell" və
"Nobel" qruplarında təmsil olunurdu. O da qeyd edilməlidir ki, Amerikanın "Standart Oyl
və K°" şirkətini tabe etmək və onun vasitəsilə Rusiya neft sənayesinə daxil olmaq
cəhdləri baş tutmadı. Nobel öz uzaqgörən siyasəti sayəsində 1920-ci ilə qədər öz
müstəqilliyini qoruyub saxlaya bildi
187
. Bu siyasətin nəticələrindən biri o oldu ki, "Şell" və
"Nobel" qrupları öz aralarında qarşılıqlı xeyir götürmək barədə razılığa gəlib,
mənafelərində bəzi ziddiyyətlər olmasına baxmayaraq, "Oyl"a qarşı birləşdilər.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan neft sənayesindəki iri
firmaların mövqeyində müəyyən dəyişikliklər baş verdi. Onların müxtəlif maliyyə və
istehsal fəaliyyəti, bank və sənaye kapitallarının təmərküzləşməsinin güclənməsi və
korporasiyaların yaranması neft kompaniyalarının ölkənin iqtisadiyyatındakı rolunu
artırd ı.
|