§ 8. AZƏRBAYCAN NEFT SƏNAYESİNDƏ MİLLİ KAPİTAL
Azərbaycanda iqtisadiyyatın kapitalist inkişafı bir çox sosial qrupların
nümayəndələrini müxtəlif sahələrdə sahibkar fəaliyyətinə cəlb edirdi. Bu qruplardan ən
kütləvisi - hələ kapitalist istehsal münasibətlərinin hakim mövqe tutmasından qabaq
formalaşmış xırda burjuaziya əslində əmtəə təsərrüfatı şəraitində xüsusi mülkiyyəti,
həmçinin istehsal vasitələri olan, eyni zamanda istehsal prosesində iştirak edən azad xırda
istehsalçıların nümayəndəsi idi. Məhz onlar iri burjuaziya sırasına daxil olanların əsas
mənbəyini təşkil edirdilər. Onlar iri kapital sahibləri mühitinə təkcə özlərinin əmtəə-
istehsal bacarıqlarını, öz müəssisələrini yaratmaq kimi təşkilati təcrübələrini deyil,
həmçinin milli ənənələrini də gətirirdilər.
Bakı neft sənayesinin kapitalist inkişaf yoluna düşməsinin lap başlanğıc
mərhələsində burada milli kapitalın xüsusi çəkisi yüksək idi. Hələ 70-ci illərdə, neft
sənayesində iltizam sisteminin ləğv olunduğu, neft quyularının və neftverən ərazilərin
hərrac vasitəsilə xüsusi şəxslərə icarəyə verildiyi vaxt neft quyularının 88 faizi, hərrac za-
manı ödənilmiş məbləğin 94,5 faizi yerli sahibkarlara məxsus idi ki, onların da əsas
kütləsini milli kapital nümayəndələri təşkil edirdi. Milli kapital nümayəndələri bu dövrdə
neft emalı sənayesi sahəsində də aparıcı rola malik idilər. Bu dövrdə Bakının neft-mədən
rayonunda fəaliyyət göstərən 46 neft emalı zavodundan 25-i, yəni 54 faizi milli kapital
nümayəndələrinin sərəncamında idi.
H.Z.Tağıyevin 1873-cü ildə yaratdığı kiçik neft firması əsrin sonuna qədər
keçən müddətdə özündə neft istehsalı, buruq qazıma, neft emalı və onu daşımaq vasitələrini
birləşdirən iri kapitalist müəssisəsinə çevrildi. Bu, istehsalın ən müasir, eyni zamanda
bilavasitə istehlakçılıqla əlaqədar təşkilat forması id i.
Kapitalist təsərrüfat sistemini dərindən öyrənən H.Z.Tağıyev qısa müddətdə
öz müəssisələrini dövrün tələblərinə uyğunlaşdıraraq böyük uğurlar qazana b ilmişdi.
Eyni yolu keçmiş digər azərbaycanlı sahibkarlardan Şəmsi Əsədullayev XX
yüzilliyin əvvəllərində öz müəssisələri əsasında səhmdar cəmiyyəti yaratmışdı. Onun
yaratdığı cəmiyyət 1913-cü ildə Bakıda neft hasilatının 60 faizinə qədərini öz əlində
cəmləmiş 12 firmadan biri idi. 1913-cü ildə "Ş.Əsədullayev" cəmiyyəti Ramanada,
Sabunçuda, Suraxanıda şəxsi mülkiyyət və icarə əsasında 37 qazıma buruğuna, Bakıda
zavod və mexaniki emalatxanalara, Xəzər dənizində gəmi və barjlara, neft çənləri və
kəmərlərinə, neft-mədən rayonunda torpaq sahələrinə, şəhərdə binalara malik idi.
Muxtarov "Qazıma istehsal alətlərinin sahibkarları sindikatı"nın və "Bakı neft
quyuları qazan istehsalçılar cəmiyyəti"nin ən əsas üzvlərindən biri idi. Muxtarovun
zavodlarının illik istehsal həcmi 2 mln rubla çatırdı. 1908-1910-cu illərdə Bakı neft istehsalı
rayonunda 60 azərbaycanlı sahibkar fəaliyyət göstərirdi və onların sərəncamında 80
firma var idi. Onlardan 8-i hər biri ildə 1 mln puddan çox neft istehsal edən sahibkarlar
sırasına daxil idi. 1913-1914-cü illərdə neft çıxarmaqla məşğul olan 165 neft
firmasından 48-i, yəni 30 faizi azərbaycanlı sahibkarların sərəncamında idi. Neft emalı
sənayesi sahəsində isə 1906-cı ildə fəaliyyət göstərən 77 zavoddan 20-si milli
63
kapital nü mayəndələrinə məxsus id i. Bakıda istehsal olunan ağ neftin beşdə bir
hissəsi onların payına düşürdü.
Azərbaycanlı sahibkarlar neft sənayesindən əldə etdikləri külli miqdarda
vəsait hesabına yerli iqtisadiyyatın digər sahələrində də aparıcı mövqe tuturdular.
Milli kap italın yüksək inkişaf mərhələsi və onun qüdrəti özünü Tağıyev
və Əsədullayevin şəxsi bank kontorları əsasında, M.Nağ ıyev, M.Mu xtarov,
F.Rüstəmbəyov və başqalarının iştirakı ilə 1914-cü ildə Bakı Tacir bankın ın
yaradılmasında göstərdi. Onun kapitalı 1914-cü ildə 3 mln 1915-ci ildə isə 5 mln
rubl idi. Bu bankın məqsədi neft, pa mb ıq, balıq, dənüyütmə, me xan iki və s. istehsal
sahələrində ilk növbədə milli kap ital nümayəndələrinə kö mək et mək id i. Bunu
təsdiqləyən "Birja" qəzet i yazırd ı ki, bankın müştərilərinin böyük əksəriyyəti
müsəlman lardır.
Beləliklə, milli burjuaziya, müstəmləkə məngənəsində sıxılan yaradıcı
fəaliyyətinə mane olun masına baxmayaraq, iqtisadiyyatın bir sıra sahəsində, o
cümlədən neft sənayesində müəyyən mövqe tutmağa nail olmuşdu.
§ 9. TİCARƏT, NƏQLİYYAT VƏ RABİTƏ
Ticarət XX əsrin əvvəlləri Azərbaycan ticarət kapitalının təmər-
küzləşməsi və mərkəzləşməsi p rosesinin sürətlənməsi, inhisar və kredit ticarətin in
inkişafı, ticarət müəssisələrinin sayının ço xalması, iri topdansatış ilə yanaşı, xırda
ticarətin də inkişafı, iri şirkət və ko mpaniyaların satışı geniş ölçüd ə təşkil etməsi
ilə, həm də möhtəkirliy in geniş yayılması ilə xarakterizə o lunurdu. Bu dövrdə
daxili ticarətin təşkilat sistemi təkmilləşir, onun formaları genişlənir və keyfiyyətcə
yeni məzmun kəsb edirdi.
Azərbaycanda ticarət əlaqələri başlıca olaraq inhisarlar tərəfindən təşkil
edilir, mal aparılıb -gətirilməsi işi əsasən ticarət evləri, səhmdar cəmiyyətləri və
onların nü mayəndələri vasitəsilə görülürdü. A zərbaycanın ticarət əlaqələri
coğrafiyasını genişləndirir, getdikcə daha ço x qarşılıq lı xarakter daşıyır, t icarətin
stasionar forması inkişaf edir, milyonlarla manat ticarət dövriyyəsi olan ticarət
mərkəzləri yaranır, ticarətdə kapitalist münasibətlərinin inkişafına müsbət təsir
göstərən əlverişli şərait formalaşırdı. Bu dövrdə Azərbaycanın mühüm şəhərlərində,
birinci növbədə, Bakıda müasir avadanlıqla təchiz olunan ən iri universal və
ixtisaslaşmış mağazaların, passajların sayı çoxalır, qəzalarda da illik mal dövriyyəsi
böyük məbləğə çatan yüzlərlə ticarət müəssisələri açılırdı.
64
Bütün Rusiyada olduğu kimi, Azərbaycanda da ticarət müəssisələri beş
dərəcəyə bölünürdü. Ticarət müəssisələrinin birinci dərəcəlisində topdansatış, ikinci
dərəcəlisində topdan və pərakəndə satış, üçüncü dərəcəsində yalnız pərakəndə satış,
dördüncü dərəcəlisində isə xırda satış təşkil edilirdi. Beşinci dərəcəyə malı yüklə və ya
əllə gəzdirib satmaqla məşğul olanlar daxil idi. Bundan əlavə, Rusiya imperiyasının
ərazisi ticarət və sənayenin inkişaf səviyyəsinə görə 5 sinfə bölünürdü ki, burada da
birinci sinif istisna olmaqla qalanlarına qoyulan verginin məbləği mü xtəlif idi.
Azərbaycanda Bakı şəhəri ikinci, Bakı qəzası və Gəncə şəhəri üçüncü, qalan yerlər isə
dördüncü sinfə aid edilmişdi.
Bakı quberniyasında 1900-cü ildə əlavə vergiyə cəlb edilən və mənfəətdən
faiz verən, illik dövriyyəsi 155,8 mln. rubl illik mənfəəti 17,5 mln rubl olan 5468
ticarət müəssisəsi, 1904-cü ildə isə illik dövriyyəsi 104 mln rubl, illik mənfəəti 11,4 mln
rubl olan 5154 ticarət müəssisəsi var idi. Bakı quberniyasında olan ticarət müəssisələrinin
böyük əksəriyyəti Bakı şəhərində və Bakı qəzasında yerləşirdi. Beynəlxalq ticarətin
mühüm mərkəzlərindən birinə çevrilən Bakı şəhəri Azərbaycan ticarətinin ümumi inkişaf
meylini, xarakterini və istiqamətlərini müəyyən edirdi. Bakı quberniyasında 1900-cü
ildə olan ticarət müəssisələrinin 63,7 faizi, 1904-cü ildə isə 64,4 faizi Bakı şəhəri və
Bakı qəzasında yerləşirdi. Ticarət müəssisələrinin illik dövriyyəsinin həcminə görə
Bakının xüsusi çəkisi daha böyük idi. Ticarət müəssisələrinin illik dövriyyəsinin 1900-
cü ildə 88,4 faizi, 1904-cü ildə isə 87,7 faizi Bakının payına düşürdü. 1910-cu ildə
Azərbaycanın hər iki quberniyasındakı 8311 ticarət müəssisəsinin 36,6 faizi Bakıda
idi.
Bakı şəhəri ticarət müəssisələrinin iriliyi, müasir avädanlıqla təchizatı,
ticarətin təşkilində mütərəqqi formaların tətbiqi cəhətindən də Azərbaycanın digər
şəhərlərindən fərqlənirdi. Topdansatış ticarət müəssisələrinin, demək olar ki, hamısı,
pərakəndə satış iri ticarət müəssisələrinin isə xeyli hissəsi Bakıda yerləşirdi. Bakı
quberniyasında götürülən birinci dərəcəli ticarətə aid sənədlərin 1901-ci ildə 96,1, 1906-cı
ildə isə 86,2 faizi Bakının payına düşürdü.
1900-cü ildə Bakıda əlavə vergiyə cəlb edilən və mənfəətdən faiz verən 3438
ticarət müəssisəsinin illik dövriyyəsi 137,7 mln, illik mənfəəti isə 16,3 mln rubl olmuşdu.
Ticarət müəssisələri üçün götürülən sənədlərin miqdarı 1901-ci ildə 6164, 1904-cü ildə
6576 və 1906-c ı ildə isə 4754 olmuşdur.
Azərbaycanın Yelizavetpol quberniyasında da ticarət müəssisələrinin sayı
çoxalır, illik dövriyyənin həcmi artırdı. Burada 1909-cu ildə 6970, 1912-ci ildə isə 9015
ticarət sənədi əldə edilmişdi. Ticarət müəssisələrinin illik dövriyyəsi 1909-cu ildə 17
mln, 1910-cü ildə isə 16,7 mln rubl idi. Yelizavetpol quberniyasında Gəncə, Nuxa və
Şuşa şəhərləri öz qəzaları ilə birlikdə ticarətin inkişaf səviyyəsinə görə başqa qəzalardan
kəskin surətdə fərqlənirdi.
1909-cu ildə ticarət-sənaye müəssisələrinin 22083 min rubldan ibarət illik
dövriyyəsindən 3989 min rubl Gəncə şəhərinə, 4 mln rubl Nuxa qəzasına, 5760 min
rubl isə Şuşa qəzasına aid idi.
65
Azərbaycanda birja, yarmarka və bazar ticarəti də xeyli inkişaf etmiş və ticarət
dövriyyəsinin ümumi yekununda onların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdı.
Bakıda hər ilin baharında təşkil olunan Nikolay yarmarkasında keçirilən və
ildən-ilə genişlənən ticarət əməliyyatı şəhərin ticarət dövriyyəsində əhəmiyyətli yer
tuturdu. Məsələn, 1903-cü ildə buraya gətirilən malların məbləği əvvəlki ilə nisbətən
146,4 min, satılan malların məbləği isə 98,7 min rubl artmışdı. Bu yarmarkada yerli
mallarla yanaşı, Saratov, Tiflis, Yekaterinodar, Yaroslavl, Yekaterinburq, İrkutsk, Rostov,
Dağıstan və başqa yerlərdən gətirilən mallar da satılırd ı.
Bakı birjasının mal dövriyyəsinin həcmi 1900-cü ildə 23,4 milyon, 1908-ci ildə
55 milyon rubl, burada sövdə edilən neft məhsullarının miqdarı isə 1900-cü ildə 140,3
milyon, 1910-cu ildə 213,9 milyon pud olmuşdu.
Azərbaycanın daxili ticarətinin yeni bir forması-istehlak kooperasiyası
meydana gəlmiş və daxili ticarətin inkişafında onun əhəmiyyəti artmışdı. Artıq 1904-cü
ildə Bakıda 10 istehlak kooperasiyası var idi. İstehlak kooperasiyalarının illik dövriyyə
məbləği də artmaqda idi. 1913-cü ildə Bakıda 12 istehlak kooperasiyasının illik
dövriyyəsi 76 min rub l olmuşdu. 1913-cü ildə Azərbaycandakı 39 istehlak
kooperasiyasından 28-i Bakı, 11 -i isə Yelizavetpol quberniyalarında idi.
XX əsrin əvvəllərində Azərbaycanda ticarət kapita lın ın tə mər küzləşməsi
və mərkəzləş məsi p rosesi daha da sürətlənmişdi. Lakin əvvəllərdə olduğu kimi,
yenə də inhisarçı ticarət əsasən Bakı şəhərində in kişaf edirdi. Bakının birja
cəmiyyəti, bank-kredit müəssisələri burada ticarət kap italının təmərküzləşməsi
prosesinin sürətlənməsinə təsir göstərirdi. Bakı şəhərində 1904-cü ildə 56, 1910-cu
ildə 98, 1913-cü ildə 200 ticarət evi var id i. On lardan 30-u məhsulun istehsalı və
tədavülü ilə məşğul olurdusa, 170-i bilavasitə tədavül dairəsində fəaliyyət
göstərirdi.
Bakı şəhərindəki ticarət evlərinin diqqəti cəlb edən cəhəti onların bütün
ticarət sahələrinə nüfu z etmələri idi. Bu dövrdə neft məhsulları və digər mallarla da
ticarət edən ticarət evlərinin sayı da sürətlə artırdı. Ancaq neft məhsulların ın
ticarəti ilə məşğul olan ticarət evləri bütün ticarət evlərin in 1904-cü ildə 51,8
faizini (29 ticarət ev i), 1913-cü ildə isə 17,5 faizini təşkil edirdi. 1913-cü ildə Bakı-
dakı ticarət evlərin in 67-sin in hər birinin kapitalı 50 min rubldan ço x id i. Şəhərdə
möhkəm maddi-texn iki bazaya əsaslanan ən iri topdansatış ticarət müəssisələri
ticarət evlərinə məxsus idi. 1913-cü ildə Bakıda mövcud olan 138 birinc i dərəcəli,
yəni topdansatış ticarətlə məşğul olan ticarət müəssisələrinin 94-ü və ya 60,8 faizi
ticarət evlərinə a id id i.
Azərbaycanın digər şəhərlərində də ticarət evləri açılırdı. 1910-cu ildə
Azərbaycanda olan 105 ticarət evinin 98—i Bakıda, 7-si isə digər şəhərlərdə,
məsələn, Gəncədə, Nu xada, Şuşa və Naxçıvanda yerləşird i.
Neft məhsulları ticarətində "Nobel qardaşları", "Mazut" və qismən
"A.İ.Mantaşov və K°" səhmdar cəmiyyətləri həlled ici yer tuturdu.
Nobel və Rotşild nəinki Rus iyada inhisarçı mövqe tutmağa, habelə dünya
66
neft bazarını Rokfellerin A merika "Ağ neft tresti" ilə bölüşdürməyə müvəffəq
olmuşdular.
Neft və neft məhsulları ilə bərabər, metal və metal məmu latı,
:
pambıq-
parça məmu latı, qənd və un, ət və ət məhsulları və s. malların ticarətində də
inhisarlar meydana gəlmişdi. Ne ft və neft məhsullarının, metal və metal
məmu latın ın, un, çörək və çörək məmu latın ın və digər taxıl məhsulların ın
ticarətində sindikatlar yaran mışdı.
Beynəlxalq ticarətin mühüm mərkəzinə çevrilən Bakı şəhərində tacirlərin sayı,
onların kapitalları daha sürətlə artır, ticarət əməliyyatları genişlənirdi. 1903-cü ildə Bakı
şəhərində 14945 nəfər tacir var idisə, 1913-cü ildə onların sayı 19545 nəfərə çatmışdı.
Bilavasitə malların alqı-satqısı ilə məşğul olanlar tədavül dairəsində çalışanların 83,1
faizini təşkil edird i.
Bakı tacirlərinin tərkibi çoxmillətli idi. Şəhər tacirləri arasında onlarca millətin
nümayəndələrinə rast gəlinirdi. 1903-cü ildə 14945 tacirin 7084 nəfəri azərbaycanlı, 3559
nəfəri erməni, 2489 nəfəri rus və 1873 nəfəri digər millətlərin nümayəndəs i id i.
Azərbaycanın digər şəhərlərində də ayrı-ayrı malların ticarətində həlledici
mövqe tutan, Rusiyanın daxili rayonları və xarici ölkələrlə geniş ticarət aparan, çox böyük
kapitalı olan tacirlər zümrəsi meydana gəlmişdi.
Azərbaycanın şəhər və qəzaları arasında mal dövriyyəsinin həcmi xeyli
genişlənmişdi. Azərbaycan kəndləri sürətlə artan ticarət-sənaye əhalisini ərzaqla təmin
etməklə bərabər, şəhərlərdən də müxtəlif istehlak şeyləri və istehsal alətləri əldə edirdilər.
Bakı ilə Azərbaycan qəzaları arasında nəqliyyat vasitələrinin ilbəil yaxşılaşması ticarət
dövriyyəsinin artmasına müsbət təsir göstərdi. Məhsulun ticarətə daxil olan hissəsinin artım
sürəti xeyli çoxaldı.
Bu dövrdə Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələri daha da genişlənmiş, o,
dünya bazarına neft məhsulları, balıq məhsulları, ipək və s. ixrac etməklə bərabər, eyni zamanda
xarici ölkələrdə istehsal olunmuş malların da mühüm istehlakçısına çevrilmişdi.
Mühüm ticarət mərkəzi olan Bakıda bir-birinin ardınca təşkil edilən xarici şirkət və
kompaniyaların kontorları, şöbələri və agentlikləri şəhərin əhalisini və Azərbaycanın digər
yerlərini lazımi mallarla təmin edirdi. Bakı şəhərində bilavasitə xarici firmalara məxsus olan
mağaza, kontor, anbar və s. fəaliyyət göstərirdi. Birinci dünya müharibəsi ərəfəsində burada
xarici ölkə tacirlərinə məxsus 389 ticarət müəssisəsi var idi.
Əvvəllərdə olduğu kimi, yenə də Azərbaycanın ticarət əlaqələri dəniz və dəmir yol
nəqliyyatı vasitəsilə təşkil edilirdi. Hər iki halda Bakı şəhəri müstəsna əhəmiyyət kəsb edirdi.
XX əsrin əvvəllərində Bakı şəhərinin müxtəlif malların ən mühüm istehlakçısına çevrilməsi,
ölkənin daxili rayonları, eləcə də Rusiya və İran arasında ticarət-iqtisadi əlaqələrin
genişlənməsində rolunun yüksəlməsi onun mal dövriyyəsinin xeyli artmasına səbəb oldu.
1900-cü ildə Bakıdan dənizlə 353 milyon, dəmir yolla isə 84,8 milyon pud mal
aparılmış, buraya dənizlə 30,6 milyon, dəmir yolla 16,7 milyon pud mal gətirilmişdi. 1913-cü
ildə Bakıdan dənizlə 307,7 milyon, dəmir yolla isə 72,6 milyon pud mal aparılmış, buraya isə
müvafiq surətdə 33 və 46,3 milyon pud mal gətirilmişdi.
67
Azərbaycanın ticarət əlaqələrinin inkişafinda Xəzər dənizi sahilində yerləşən digər
limanlar - Lənkəran və Astara, habelə mühüm dəmir stansiyaları - Hacıqabul, Kürdəmir, Ucar,
Yevlax, Gəncə, Ağstafa və da mühüm rol oynayırdı. Onlar Azərbaycanın, demək olar ki, bütün
ərazisini Rusiyanın daxili rayonları və xarici ölkələrlə əlaqələndirirdi.
Azərbaycandan neft məhsullarından əlavə ipək, pambıq, yun, taxıl, meyvə və onlarla
digər kənd təsərrüfatı məhsulları aparılır, buraya əhalinin istehlak şeylərinə, sənaye, kənd
təsərrüfatı, nəqliyyat, tikinti və istehsal vasitələrinə olan tələbatını ödəmək üçün çox adda,
müxtəlif növ və çeşiddə mal gətirilirdi.
1909-cu ildə Ye lizavetpol quberniyası ərazisində olan dəmir stansiyalarından
8148 min və 1913-cü ildə 9972 min pud mal aparılmış, həmin illərdə müvafiq surətdə 6761 və
11962 min pud mal gətirilmişdi.
Azərbaycanın ticarət əlaqələrində İran yenə də mühüm yer tutur, Bakı şəhəri
böyük rol oynayırdı. 1908-ci ildə Azərbaycan ərazisində olan bütün gömrükxanalardan
İrana ixrac edilən 18710 min rublluq malın 11101 min rublluğu və ya 59,3 faizi Bakıdan yola
salınmışdı. həmin gömrükxanalara daxil olmuş 18454 min rublluq malın 12327 min
rublluğu və ya 66,8 faizi isə Bakıya idxal edilmişdi.
Azərbaycandan İrana aparılan malların içərisində neft məhsulları, qənd, metal,
pambıq-parça məmulatı, maşın və avadanlıq xüsusi yer tutur, oradan gətirilən mallardan isə
düyü, meyvə, pambıq, balıq məhsulları və s. həlledici əhəmiyyət kəsb edirdi.
Nəqliyyat və rabitə. XX əsrin əvvəllərində ticarət gəmilərinin kiçikləri ixtisar
edilib, irilərilə əvəz olunurdu. Donanmada 1908-ci ildən başlayaraq daxili yanacaqla
hərəkətə gətirilən gəmilər (teploxodlar) meydana çıxdı. Xəzər ticarət donanmasında
1910-cu ildə beş, 1914-cü ildə 17 teploxod var idi ki
188
, onlar da Rusiyadakı bütün gəmilərin
28,8 və bütün teplo xodların 84,8 faizini təşkil edirdi
189
. Ümu miyyətlə, Xəzər dənizində ən
iri teploxodlar üzürdü. 1914-cü ilin əvvəlində Xəzər donanmasında buxarla işləyən
teploxodlar və başqa gəmilər bütün gəmilərin 72 faizi qədər idi və onlar gəmi ilə
yükdaşımanı artıq laması ilə təmin ed ird ilər.
Rusiya gəmiqayırma zavodları gəmiyə olan tələbatı vaxtında yerinə
yetirirdi. 1914-cü ilə qədərki dövrdə Xəzə r donanmasın da fəaliyyət göstərən
buxarla işləyən gəmi və teplo xod ların 47 fa izi Rusiyada istehsal edilmişdi
190
.
XX əsrin əvvəllərində çay nəqliyyatı da xey li inkiş af etdi. 1907-ci ildə
Kür çay ında 10 gəmi üzürdü. On lar Bakı liman larına da gəlir, əsasən isə Bakı-
Salyan arasında işləyirdi. Digər bu xarla işləyən və yelkənli gəmilər daxili
yükdaşıma ilə məşğul olur, əsasən neft və taxıl daşıyırdılar. Bu gəmilərin yük
dövriyyəsi 1905-ci ildə 4,7 mln pud, 1911-ci ildə isə 10 mln pud olmuşdu
191
.
Sonrakı üç ildə çayla ü zən gəmilərin yük dövriyyəsi 2 dəfə artmış, 1912-ci ildə 25
mln pud, 1914-cü ildə isə 26 mln pud olmuşdu
192
.
Azərbaycanın Rusiya bazarlar, həmçin in İranla iqtisadi əlaqələrində ən
mühü m rolu Xəzər dənizində ən iri liman o lan Bakı limanı oynayırdı
193
. Böhran və
uzun çəkmiş durğunluq illərində Bakı limanın ın yük dövriyyəsinin xeyli azalmasına
baxmayaraq (1901-ci ildə 407 mln puddan 1913-cü ildə 342,2 mln puda qədər)
194
,
68
onun ümu mi yük dövriyyəsi Rusiyanın Peterburq və Odessa kimi iri liman la -
rınkından çox idi
195
. Ancaq Bakıda liman təsərrüfatında əhəmiyyətli irəliləyiş
olmamış və o, birinci dərəcəli limanlar sırasına daxil edilməmişdi.
XX əsrin əvvəllərində Xəzər gəmiçiliyində azərbaycanlı sahibkarların ro lu
yüksək idi. 1906-cı ildə Xəzər gəmiçiliyində gəmilərin 41 faizi, yük dövriyyəsinin
isə 41,7 faizi onlara məxsus idi'
96
. Ən çox gəmisi olan sahibkarlar Useynovlar,
Dadaşovlar və Rəsulovlar idi.
H.Z.Tağıyev də Xə zər dənizində ən çox gəmisi olan sahibkarlardan biri
sayılırd ı. O, 1905-ci ildə ö zünün "Kaspi" gəmiçilik şirkətini Kür-Kaspi səhmdar
gəmiçilik cəmiyyətinə çevirmişdi. Bu cəmiyyət Peterburq gəmiçilik cəmiyyətləri -
"Qafqaz və Merkuri" və VOTS-a ciddi rəqib idi
197
.
1907-c i ildə azə rbaycanlı gə mi sahibkarla rın neftdaşıma donan masında
xüsusi çəkisi 52 faiz (gəmilərin sayına görə isə 45,1 faiz) id i
198
, 1914-cü ilə ya xın
onların Xəzər gəmiçiliyindəki payı bir qədər azalsa da, neftdaşıma donanmasının
40,1 fa izi onların sərəncamında qalırdı.
XX əsrin əvvəllərində Xəzər ticarət gəmiçiliyində inh isarlaşma p rosesi
daha da dərin ləşdi. Burada nəqliyyatı idarəetmən in kapitalistcəsinə təşkili daha da
qüvvətləndi və bu prosesə başlıca səbəb bir tərəfdən, kapitalist təmərküzləşməsi, digər
tərəfdən isə onun ən çox inhisarlaşma prosesinə məruz qalmış neft sənayesi ilə bağlı
olması idi
199
.
Xəzər bu xar gəmiçiliyində səhmdar kompaniyaların mövqeyi daha güclü idi.
Əgər 1907-ci ilin başlanğıcına yaxın onların payına gəmilərin 45 faizi, yük dövriyyəsinin
isə 43 faizi düşürdüsə, müharibə ərəfəsindəki ildə buxarla və daxili yanacaqla hərəkətə
gətirilən gəmilərin 53,2 faizi, mal daşınmasının isə 58,4 faizi 12 səhmdar cəmiyyətin
əlində cəmlənmişdi. Teploxodların 47 faizi və onların daşıdıqları yükün 98 faizi də onlara
məxsus idi
200
. Tək-tək sahibkarların payına isə buxarla hərəkətə gətirilən gəmilərin və
teploxodların daşıdıqları yüklərin 20 faizi (1907-ci ildə 28 faizi) düşürdü.
Xəzər buxar gəmiçiliyində də iqtisadi proseslər dövrün kapitalist təsərrüfatının
yüksək inkişaf formasına uyğun gedirdi, yəni gücü azlar müflisləşir, onların mülkləri
qüdrətlilərin əllərində cəmlənirdi. 1909-cu ildə "Nadejda" şirkəti öz fəaliyyətini
dayandırmalı oldu və onun bütün əmlakı "Qafqaz və Merkuri" və "Şərq" kompaniya-
larının ixtiyarına keçdi
201
. 1911-ci ildə həmin kompaniyalar H. Z. Tağıyevin "Kür-Kaspi
gəmiçiliyi"ni satın aldılar
202
. 1913-cü ildə "Təyyarə" və "Tacir" Volqa gəmiçiliyi
birləşdi və "Kaspi gəmiçiliyi" yarandı. Onun sərəncamında buxarla hərəkətə gətirilən 8
gəmi var idi
203
.
1914-cü il ərəfəsində ən iri gəmiçilik müəssisələri "Qafqaz və Merkuri" və
"Şərq" cəmiyyəti idi. Xəzər buxar gəmiçiliyi gəmilərinin 34,5 faizi və yükdaşımanın 26,2
faizi, mal və sərnişin daşıyan gəmilərin 61 faizi onların əllərində cəmlənmişdi. 1907-ci ilə
nisbətən onların əllərində olan gəmilərin sayı və yük daşıması 1,5 dəfə artmışdı. "Volqa"
cəmiyyətinin də maye daşıyan bir neçə iri gəmisi və bir teplo xodu var id i.
1907-ci ildə H. Z. Tağıyevin başçılığı altında yaranmış "Bakı gəmi sahiblərinin
69
cəmiyyəti"
204
"Nobel qardaşları" şirkəti, "Mazut" və "Gəmi sahibləri ittifaqı" cəmiyyətləri
ilə rəqabətə tab gətirə bilməyib 1911-ci ildə dağıldı
205
.
Xəzər dənizi ilə sərnişinlərin və quru yüklərin daşınması iki iri Rusiya
cəmiyyəti - "Qafqaz və Merkuri" və "Şərq" cəmiyyətinin inhisarında idi. 1913-cü ildə
Xəzər dənizi ilə daşınmış bütün quru yüklərin 60 faizi bu cəmiyyətlərin payına düşürdü.
Müharibədən əvvəlki illər (1910-1913) Xəzər gəmiçiliyinə ma liyyə kapitalının
daha fəal nüfuz etməsi və inhisarçı birliklərin daha yüksək təşkilatçılıq formalarına daxil
olması ilə xarakterizə olunur
206
. Müharibə ərəfəsində Xəzər mayedaşıma donanmasının iri
müəssisələrinin qarşılıqlı münasibətlərini onların üzərində nəzarətçi olan, arxalarında iri
banklar dayanmış "Rus ali neft korporasiyası", "Oyl", "Şell", "Nobel qardaşları" kimi
trestlər idarə edirdilər
207
. "Qafqaz və Merkuri" və "Şərq" cəmiyyətlərinin işində Peterburq
beynəlxalq kommersiya və Rus-Asiya bankları fəal iştirak edirdilər
208
.
Azərbaycanın Mərkəzi Rusiya ilə əlaqələrində 1900-cü ildə istismara verilən və
Şimali Qafqazdan keçən dəmir yolunun böyük əhəmiyyəti oldu. Onun Dərbənd-Biləcəri
xəttinin işə düşməsi ilə Azərbaycan dəmir yolunun uzunluğu 746 km-ə çatdı
209
.
1904-cü ildə Zaqafqaziya dəmir yolunun yük dövriyyəsi XIX əsrin sonlarına
nisbətən 2 dəfə artaraq 292.7 mln puda çatdı. Həmin vaxtda sərnişin daşınması isə 5 dəfə
çoxalmışdı. 1904-cü ildə dəmir yolun gəliri 33,3 mln rubl oldu və 1894-cü ilə nisbətən
iki dəfə artd ı
210
.
XX əsrin əvvəllərində Azərbaycanda yeni dəmir yol xəttinin çəkilməsi
sahəsində elə bir əhəmiyyətli iş görülməmişdi. Yalnız 1908-ci ildə Uluxanlı və Culfa
stansiyalarını birləşdirən dəmir yolun çəkilişi sona yetdi
211
.
Ticarətin inkişafı ilə əlaqədar Azərbaycan dəmir yolunun yükdaşıma
dövriyyəsi artırdı
212
. Yalnız Yelizavetpol quberniyası ərazisindən keçən Azərbaycan dəmir
yolu ilə quberniyanın qəzalarına 1912-ci ildə 11,2 mln pud, 1913-cü ildə isə 11,9 mln
pud müxtəlif yüklər gətirilmişdi
213
. Bakıdan Bakı-Tiflis və Bakı-Dərbənd yolu ilə yük
daşınması 1906-1913-cü illər arasında 584300 puddan 72 mln puda qədər artmışdı.
İri dəmir yol qovşağı olan Bakıdan daşınan yüklər içərisində çoxunu ağ neft
təşkil edən neft məhsulları mühüm yer tuturdu
214
. 1901-ci ildə Bakı-Dərbənd yolu ilə
Rusiyaya 51,7 mln pud ağ neft daşınmışdı
215
.
Neft sənayesində uzun müddət davam etmiş durğunluq dövründə dəmir yolla
xam neft və neft məhsulu daşınması xeyli azalsa da
216
, onun Bakı neftinin dünya bazarına
çıxarılması üçün mühüm əhəmiyyəti var idi. Ən əsas ağ neft ixracçıları "Nobel qardaşları",
"Kaspi-Qara dəniz cə miyyəti", "A.İ.Mantaşov və K°" şirkətləri idi. Həril "Nobel
qardaşları" şirkəti 6 mln pud, "Kaspi-Qara dəniz cəmiyyəti" isə 4 mln pud ağ nefti Batum
vasitəsilə ixrac edirdi
217
.
Dəmir yol nəqliyyatı ilə marqans filizi, daş kömür, taxıl, pambıq, yun, ipək, çaxır,
tütün, meyvə və s. ixrac olunurdu. 1910-1914-cü illərdə dəmir yol vasitəsilə hər il Bakıya
28-40 mln pud mal daşınmışdı
218
. Təkcə 1912-ci ildə Bakı stansiyasına 16202 dəmiryol
qatarı gəlmişdi. Onlardan 8532-si vasitəsi ilə bütün Rusiya ilə əlaqə saxlanmış, 7850-si
Bakı-Sabunçu xəttində xidmət etmiş və hər il 12 mln sərnişin daşımışdı
219
.
70
Azərbaycanda quru yolların vəziyyəti o qədər də yaxşı deyildi. Əsrin
əvvəllərində Bakı quberniyasında Quba ilə Xaçmaz stansiyası arasında poçt yolu işə salındı.
1901-ci ildə uzunluğu 32 verst olan Kürdəmir-Ağsu yolunda hərəkət başlandı
220
. 1907-ci
ildə Quba-Rostov, Qusar-Xudat, Xaçmaz-Mixaylovka arasında yollar da istismara
buraxıldı. Yelizavetpol quberniyasında da bu istiqamətdə görülən işlər çox cüzi idi. 1901-
ci ildə Şuşa-Gorus yolu təmir olundu. Nuxa qəzasında Vartaşendən Bayana, oradan isə
Ərəş qəzasının Yaqublu kəndinə qədər yol salındı, Yevlax-Nuxa-Zaqatala yolu təmir
olundu
221
.
1917-ci il ərəfəsində Azərbaycanda 1.423 verst uzunluğunda şose və torpaq
yolu var idi. İqtisadi cəhətdən ən əsas yollar aşağıdakılar idi: Quba-Dəvəçi-Qızılburun,
Lənkəran-Prişib, Lənkəran-Lerik, Bakt-Şamaxı-Kürdəmir, Nuxa-Zaqatala-Laqodexi,
Yevlax-Şuşa, Ağdam-Cəbrayıl, Şuşa-Gorus və Qaramarlı-Ordubad-Culfa
222
.
Bütün poçt yolları əsasən qəza şəhərlərini bir-birilə əlaqələndirirdi. Cənubi
Qafqazda hər 100000 adama 33 verst yol düşürdü. Bu rəqəm Rusiyanın Avropa
hissəsində 40,2 verstə bərabər idi.
Kapitalist
təsərrüfatçılığının
inkişafı
poçt-teleqraf
xid mətinin
genişləndirilməsini tələb edirdi. Bakıda cəmisi bir poçt-teleqraf kontoru fəaliyyət
göstərirdi. O, mərkəzi hissədən çox kənarda idi və şəhərin tələbatını ödəyə bilmirdi. 1902-
ci ildə neft sənayeçiləri qurultayının vasitəsi ilə daha iki belə rabitə kontoru açıldı
223
.
Azərbaycanın Rusiya ilə teleqraf rabitəsi də zəif idi. Azərbaycanı Rusiya ilə
birləşdirən Bakı-Tiflis teleqraf xətti yeganə idi və gündə 1000-1500 teleqram göndərə
bilirdi. Digər tərəfdən, Tiflis-Gəncə teleqraf xəttindən Tərtər, Ağdam, Xankəndi də istifadə
etdiyi üçün böyük çətinliklər törənirdi
224
. Bakıdan Xəzər dənizi boyu Həştərxana gedən
teleqraf xətti ilə isə ayda 7600-dan çox teleqram göndərmək mümkün olmurdu
225
. Bunlardan
başqa, Bakıda olan bir neçə teleqraf xətti höku mətə məxsus idi.
1902-ci ilin yayında Minvod-Petrovski-Dərbənd xətti Bakı və Tiflis dəmir yol
stansiyaları arasındakı teleqraf xətti ilə birləşdirildi
226
. 1903-cü ildə Bakı ilə Salyan
arasında teleqraf xətti işə düşdü
227
, Prişib-Salyan teleqraf xətti yenidən quruldu. Təzəkənd-
Biləsuvar arasında yeni teleqraf xətti çəkildi
228
. 1908-ci ildə Xaldanda (Nuxa qəzası),
Petropavlovskidə (Cavadxan qəzası), 1912-ci ildə Hindarxda (Şuşa qəzası) teleqraf
rabitəsi, 1910-cu ilin dekabrında Nuxada, 1912-ci ilin fevralında Zurnabadda poçt-
teleqraf stansiyaları işə düşdü. 1913-cü ildə isə Bakı ilə Tiflis arasında birbaşa teleqraf
əlaqəsi yaradıld ı
229
.
1913-cü ildə bütün Rusiya imperiyasında 7618 dövlət poçt və teleqraf kontoru
var idi ki, onlardan cəmi 65-i (1 faizdən az) Azərbaycanda idi
230
.
Çox ləng olsa da, telefon rabitəsi də inkişaf edirdi. Bakıda fəaliyyət göstərən
telefon qovşağı 1907-ci ildə 20 il müddətinə "Bierinq İK° şirkətinə" verildi
231
. Bir il sonra
şirkət 1000 nəfərə xidmət edə biləcək stansiyadan birini Bakıda, digərini Balaxanıda
tikməyə başladı. Birinci stansiya 1910-cu ilin mayında fəaliyyətə başladı
232
.
Azərbaycanda telefon rabitəsi əsasən Bakıda və onun ətraflarında
genişlənərək, neft sənayesinə və ticarət-sənaye nümayəndələrinə xid mət edirdi. Şəhərin
71
iş adamları telefon rabitəsinin çoxalmasına çalışırdılar. 1910-cu ildə sənayeçilərin vəsaiti
hesabına Quba ilə Xaçmaz arasında teleqraf, digərlərinə 50 verstlik telefon xətləri
çəkildi
233
. 1910-cu ildə Gəncədə də telefon xətti çəkilmiş
234
, 1911-ci ildə buradakı dəmir
yol stansiyasında avtomat telefon aparatı qoyulmuşdu. Belə aparatlar Bakıda şəhər
idarəsi, şəhər məktəbləri və b. yerlərdə var id i
235
.
1911-c i ildə Bakı-Tiflis telefon xətti dövlət hesabına çəkilib, başa
çatdırılmışdı
236
. 1913-cü ildə Bakı telefon şəbəkəsi 4716 abonentə xid mət ed irdi
237
.
Dostları ilə paylaş: |