ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

DUVANLI KARXANASININ 
KANAT YOLU 
 
Maraqlı  və  əhəmiyyətli  iĢ  axtararkən  mən  Duvanlı  daĢ  karxanasında  
düzəldilmiĢ  kanat  yolu  üzərində  dayandım.  Bu  yolun  əsas  məqsədi  yüksəklikdə 
olan  karxanadan  yonulmuĢ  daĢları  yüksəkliyin  ətəyində  olan  dəmir  yoluna 
çatdırmaq  idi.  Yolun  layihələĢdirilməsi  və  tikilməsi  Gürcüstanda  olan  kanat 
nəqliyyatı qurğuları hazırlayan təĢkilat tərəfindən yerinə yetirilmiĢdi. Bir neçə yüz 
metr  uzunluğunda  olan,  çox  savadlı  Ģəxslər  tərəfindən  çəkilən  bu  yol,  çox  baha 
baĢa  gəlmiĢdi.  Dəqiq  rəqəmlər  yadımda  qalmamıĢdır.  Əsas  vardı  ki,  həmin  xərc 
iĢin hesabına ödəniləcəkdi. Çox təəssüf ki, belə olmadı. Məsələ onda idi ki, yolun 
istismarı bir sıra əlavələr tələb edirdi; karxanadan çıxan daĢları hərəkət edən kanat 
(yuxarı  stansiyada)  tutmalı  və  konteynerə  yığmalı,  aĢağıda  stansiyada  isə 
konteyneri boĢaltmalı idi. Köməkçi qurğular müvəffəqiyyət qazana bilməyən baĢqa 
təĢkilatda  layihələĢdirilirdi.  Lazım  olan  vasitələrlə  təmin  olunmamıĢ  yol  təyinatı 
üzrə istismar edilə bilmirdi. Bizim XKB təĢkil olunan zaman, kanat yolu artıq bir 
neçə ay idi ki, iĢləmirdi. Mənim beynimə kanat yolunu təkrarən iĢləyib hazırlamaq 
və bu bahalı,  mədəni  yoldan istifadə etmək  fikri düĢdü. Mən öz  fikrimi  institutun 
direktoruna  və  nazirliyin  rəhbərliyinə  çatdırdım.  DaĢ  karxanasının  baĢ  mühəndisi 
Saxno  idi.  Mənim  fikrim  bəyənildi.  Bu  tədbiri  həyata  keçirmək  üçün  çoxlu  xərc 
tələb  olunurdu,  buna  görə  də  mən  əvvəlcə  iĢin  iqtisadi  tərəfini  öyrənməyə 
baĢladım. Məhz bu iĢ üçün karxanaya iqtisadçı dəvət etdirdim, o mənim təklifimi 
təhlil  etməyə  baĢladı.  Ġqtisadi  hesablamalar  ümidverici  nəticələr  verdi.  Biz 
konteyner nəqliyyatı üçün bütün vasitələrin layihələrini verdik, bu zaman biz bütün 
əməliyyatları  avtomatlaĢdırmağa  çalıĢırdıq.  Bizim  çertyojların  hamısı  hazır 
olandan  sonra  mən  yenə  də  bu  iĢlə  əlaqədar  istehsalatda  iĢləyənləri  dəvət  etdim, 
bizim iĢimizlə onları tanıĢ etdim. Onlar iĢi bəyəndilər, öz təkliflərini əlavə etdilər. 
Biz  sayı  yüzdən  artıq  olan  çertyojlara  əsasən  ümumi  görünüĢünün  ətraflı  iĢləyib 
hazırlanmasına keçdik. Böyük əhəmiyyətə malik olan bir iĢ gördüyümüzdən sanki 
qanadlanaraq  iĢə  baĢladıq.  Birdən,  gözləmədiyim  bir  halda,  elə  bil  ki,  mənim 
baĢımın üstündə məni ĢaĢırdan bir ildırım çaxdı. Nazirlik Duvanlı daĢ karxanasının 
ləğv  edilməsi  haqqında  qərar  verdi:  guya  ki,  orada  daĢ  azalmıĢdı.  DaĢ  istehsalı 
özünü ödəmirdi. Bu qərar ilə təkcə bizim hazırladığımız layihə deyil, həm də çox 
baha baĢa gəlmiĢ və həm də heç istifadə edilməmiĢ kanat yolu məhv edilmiĢ oldu. 
Nə  üçün  bu  qərar  bu  qədər  xərc  çəkiləndən  sonra  qəbul  edilmiĢdi,  eləcə  də 
naməlum qaldı. 
 
 
 
 
 

81 
 
DAġKƏSƏN VƏ YIĞAN KOMBAYN 
 
Və nəhayət, bir daha lazımi tədbiri həyata keçirmək cəhdi. Bu, daĢ kəsən və 
yığan  kombayn  yaratmaq  cəhdi  idi.  Məsələ  həmin  məsələ  idi,  daĢ  kəsən  maĢının 
altından  daĢların  götürülməsi  və  onların  tikintilərə  çatdırılması  üçün  maĢınlara 
yığılması  əl  ilə  yerinə  yetirilirdi.  Bu,  çox  ağır  fiziki  əmək  idi  və  bu  iĢ  zamanı 
daĢların  çoxu  yararsız  hala  düĢürdü.  Kubiklərin  iti  bucaqları  sınır,  onların  zahiri 
görkəmləri dəyiĢir bu da divar tikilərkən bir sıra çətinliklərə səbəb olurdu. Mən bu 
sahədə  də  öz  gücümü  sınamaq  istədim.  Boynuma  almalıyam  ki,  məsələ  çox  çətin 
idi.  Gənc  mühəndislərlə  birlikdə  dostcasına  qarĢıya  qoyulan  problemin  bir  neçə 
variantını  verdik.  Mən  bu  variantlardan  birinin  üzərində  durdum  və  onu  təcrübəli 
mühəndislərin,  mexaniklərin,  Bakının  ali  məktəblərində  dərs  deyən  müəllimlərin 
müzakirəsinə  verdim.  Təkliflərimizi  onların  əlavələri  ilə  zənginləĢdirərək 
çertyojları hazırlamağa baĢladıq. Yaradıcılığımızın bəhrəsini “daĢkəsən kombayn” 
adlandırdıq. O SM-89M adlı daĢkəsən maĢın idi və aĢağıdakı iĢləri yerinə yetirirdi: 
1) hazır daĢın quyu dibindən qaldırılması; 2) süxurun çat olmasından əmələ gələn 
yaramaz daĢların seçilməsi; 3) hər birində müəyyən sayda daĢ olan daĢ qalaqlarının 
formalaĢdırılması; 4) daĢ qalaqlarının maĢınlara yığılacaqları yerlərə daĢınması; 5) 
daĢların  yonulması  zamanı  əmələ  gələn  xırda  daĢların  iĢ  sahəsindən 
uzaqlaĢdırılması.  Bütün  bu  əməliyyatlar  SM-89M  maĢınının  çərçivəsinə 
bərkidilmiĢ  xüsusi  hissələrlə  yerinə  yetirilməli  idi.  Bu  formalaĢdırma  üçün  heç 
olmasa  maĢının  qabaritini  uzatmaq  əsas  Ģərt  idi.  Biz  bütün  bu  tələbləri  ödəməyə 
çalıĢdıq.  HazırlanmıĢ  texniki  sənədlərin  həcmi  böyük  idi.  Tam  komplektin 
çertyojlarının sayı 400 vərəqdən artıq idi. Ədalətlə desək, mən bu iĢin üzərində çox 
əziyyət  çəkmiĢdim,  onu  əməyimin  bəhrəsi  hesab  etməyə  haqqım  var  idi.  Onu 
harada  və  necə  hazırlamaq  məsələsi  meydana  çıxdı.  Bunu  hazırlamaq  üçün 
institutun layiqli laboratoriyası yox idi. Bu iĢi özünü o qədər də yaxĢı tanıtmamıĢ 
Vorovski  zavoduna  tapĢırmaq  da  ümidverici  deyildi.  O  bizim  nazir,  məni  yaxĢı 
tanıyan  Ələkbərov  Mehman  Salman  idi.  Mən  ona  bu  mürəkkəb  maĢının 
hazırlanması zamanı  meydana  çıxacaq çətinliklərdən danıĢdım  və  təklif etdim  ki, 
bu  iĢ  üçün  təcrübəli  iĢçilərdən  ibarət  xüsusi  qruppa  yaradılsın.  Lakin,  Mehdi 
Salmanoviç  iĢə  ciddi yanaĢmadı.  O, kömək edəcəyinə  söz  verdi və  həmin dəqiqə 
də verdiyi sözü unutdu. Mən isə daima iĢə nəzarət etmək və bizim sifariĢin yerinə 
yetirilməsində  iĢtirak  etmək  üçün  bizim  mühəndislərdən  birini  həmin  zavoda 
göndərdim. 
Nazirlikdə 
daĢ  karxanalarında  bu  maĢının  labüdlüyü  və 
əhəmiyyətindən çox söhbət aparılırdı, əslində isə heç bir kömək göstərilmirdi. Heç 
bir  xüsusi  iĢçi  qrup  yaradılmadı.  HazırlanmıĢ  detalların  keyfiyyəti  ilə  heç  kəs 
məĢğul  olmurdu.  HazırlanmıĢ  detallar  yenidən  iĢlənərək  eybəcər  hala  salınırdı. 
Zavoda ezam edilmiĢ bizim mühəndis orada daima boĢ-bekar gəzir, iĢçiləri tez-tez 
baĢqa iĢə cəlb edirdilər. Zavodun texniki Ģöbəsində demək olar ki, açıq ziyankarlıq 
etdilər.  Biz  ora  səliqə  ilə  yığılmıĢ  hər  birində  1200  vərəqə  olan  400  çertyoj 

82 
 
komplekti  təqdim  etmiĢdik.  Texniki  Ģöbədə  bütün  komplektlər  qatıb-qatıĢdırılmıĢ 
və lazım olan çertyoju tapa bilməmiĢdilər. Sonra isə bütün çertyojları yük maĢınına 
yükləyib  bizə  göndərdilər  ki,  lazım  olan  çertyoj  orada  tapılmır.  Bu,  ağ  yalan  idi, 
çünki çertyojları bizim baĢ mühəndis komplektləĢdirmiĢdi və mən özüm də orada 
iĢtirak etmiĢdim. Texniki Ģöbənin bu xuliqancasına hərəkəti cəzasız qaldı. Zavodda 
qaydasız halda hazırlanmıĢ hissələr, daĢ karxanasının laboratoriyasına daĢınırdı ki, 
maĢını orada yığsınlar. Laboratoriya bu  iĢi çox da həvəslə  qarĢılamırdı, onlar 5 il 
bundan  öncə  müvəffəqiyyətsizliyə  uğradıqlarının  səbəbini  XKB-də  görürdülər. 
Maraqlı  odur  ki,  iĢin  çətinliyindən  gecə-gündüz  bar-bar  bağıran  karxanalar  da 
kombaynın  hazırlanmasına  biganə  yanaĢırdılar.  Fəhlələr  də  iĢə  baĢlamaq 
istəmirdilər.  Məsələ  aydın  idi;  ağır  əl  əməyini  görmək  üçün  baĢqa  kəndlərdən 
iĢləmək  üçün  gəlmiĢ  təsadüfi  Ģəxslərdən  istifadə  edilirdi.  YaxĢı  pul  alan  bu 
müvəqqəti  iĢçilər  pullarını  alıb  çıxıb  gedirdilər.  Bu  cür  külli  miqdarda  pul  ilə 
əməliyyat  aparmaq  karxananın  müdiriyyəti  üçün  də  əlveriĢli  idi.  Beləliklə, 
kombaynın ətrafında  yaradılmıĢ  mühit onu  məhvə gətirirdi. Yarıya qədər yığılmıĢ 
kombayn  daĢ  karxanası  laboratoriyasının  bir  küncündə  atılıb  qaldı.  Mən  bütün 
bunlar üçün dərin həyəcan, ürək ağrısı keçirsəm də, əlimdən heç bir iĢ gəlmirdi. 
Kombaynın  taleyi  haqqında  düĢünərkən,  mən  öz  günahlarımı  da  boynuma 
almalıyam. Mən Ģəraiti  nəzərə almamıĢ və  kombaynın qurulması  üçün  lazım olan 
təĢkilat iĢini qura bilməmiĢdim. Çertyojları birdən zavoda göndərmək lazım deyildi 
-  onlar  iĢin  həcmindən  qorxdular  və  ondan  canlarını  qurtarmağa  çalıĢdılar.  Gərək 
hər  bir  hissə  ayrılıqda  hazırlanaydı  və  ayrıca  sınaqdan  keçiriləydi.  Bu,  iĢi 
asanlaĢdırardı  və  konstruksiyada  əlavələr,  düzəliĢlər  verməyə  imkan  verərdi. 
Ancaq bu cür yoxlamadan keçirilmiĢ hissələr vasitəsilə maĢını yığmaq olardı. Bu, 
mənim  iĢdə  buraxdığım  böyük  səhvdir  və  mən  bunu  özümə  heç  vaxt 
bağıĢlamayacağam.  Ancaq  onu  da  demək  lazımdır  ki,  ətrafdakıların  bu  iĢə  olan 
laqeyd münasibəti ilə yenə də mən çox çətin yaxĢı nəticə qazana bilərdim. Lakin, 
bu  etiraf  da  mənim  günahlarımı  yüngülləĢdirmir.  Kombaynın  məhv  edilməsindən 
artıq on il keçmiĢdir. Mən bu  müvəffəqiyyətsizlikdən sonra on il ömür etsəm də, 
həyatımın son günlərində belə bu ağrılı itki hissi bir an belə məni tərk etmir. 
Faris bəy Vəkilov 
1977-ci il. 
 
GENERAL HƏBĠB BƏY SƏLĠMOV 
 
Ġyirminci  il  martın  iyirmi  ikisində,  Novruz  bayramı  axĢamı  daĢnaklar 
Əsgəran  keçidini  kəsdilər.  Onlar  bu  yeganə  keçidi  kəsməklə  Qarabağın  dağlıq 
hissəsini  Azərbaycandan  ayırmaq  istəyirdilər.  Top  və  pulemyotlarla  silahlanan 
qiyamçılara  Ġrəvandan  gələn  daĢnak  generalı  Dro  Kanayan  komandanlıq  edirdi. 
Azərbaycan Cümhuriyyətinin  Müdafiə Nazirliyi  Qarabağı düĢməndən xilas etmək 
üçün  fövqəladə  tədbir  hazırladı.  Nazir  Səməd  bəy  Mehmandarovun  əmri  ilə 

83 
 
Əsgəran  cəbhəsinə  güclü  qüvvə  ayrıldı.  Martın  iyirmi  üçündə  Azərbaycan 
ordusunun əsas hissəsi - iyirmi minə yaxın əsgər və zabiti bu cəbhəyə göndərildi. O 
cümlədən,  Üçüncü  Gəncə,  BeĢinci  Bakı,  Birinci  CavanĢir,  Dördüncü  Quba, 
Səkkizinci Ağdam alayları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı 
Qarabağa  yola  düĢdü.  Aprelin  üçündə  baĢlayan  bu  ölüm-dirim  savaĢı  on  iki  gün 
davam etdi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarıĢı uğrunda 
mərdliklə  vuruĢaraq  ġuĢa  qalasına,  Xankəndinə  daxil  oldular.  Yenilməz 
fədakarlıqla vuruĢan əsgərlərimiz daĢnak ordusunu darınadağın etdi. Erməni süvari 
dəstəsinin  baĢçısı  Dəli  Qazar  öldürüldü.  Əsgəranın  böyür-baĢında  gizlənən 
ermənilər xəndəklərdən çıxıb qaçmağa baĢladılar. 
Qarabağ  dağlarında  yenidən  Azərbaycan  bayrağı  dalğalandı.  Bu  vaxt 
cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düĢmən üzərində çalınan 
qələbəyə  görə  əsgərlərimizi  təbrik  edərək  demiĢdi:  “Qəhrəman  əsgərlər,  mən 
Ģəxsən  Almaniya  cəbhəsində  bir  çox  döyüĢlərdə  olmuĢam.  Fəqət  sizin  qədər 
qəhrəman 
əsgərlərə  az-az  təsadüf  etmiĢəm.  Siz  mənim  ümidlərimi 
qüvvətləndirdiniz.  Siz  canınızla  gənc  Azərbaycan  ordusunun  namusunu  müdafiə 
etdiniz”. 
Azərbaycan  hərb  tarixinin  səhifələrinə  yazılacaq  belə  parlaq  qələbələrin 
ömrü,  təəssüf  ki,  bundan  sonra  bircə  ay  davam  etdi.  Mikoyanın,  Qazarovun, 
Avetisovun,  Amazaspın  quyruq  bulayıb  qabaqlarına  düĢdüyü  bolĢevik-daĢnak 
ordusu bir ay sonra iĢğalçı kimi Bakıya soxuldu. 
Həyatının  son  dəqiqələrinə  kimi  o  məĢum  günü  ürək  ağrısı  ilə  xatırlayan 
Məmməd  Əmin  Rəsulzadə  yazırdı:  “Azərbaycan  Cümhuriyyəti  hökuməti  aprel 
ayının  27-də  yuxusundan  sərsəm  bir  halda  qalxdı.  Bir  tərəfdən  Bakı  limanında 
lövbər  salan  dəniz  qüvələrinin  üsyan  bayrağını  açdığını,  digər  tərəfdən  Benaqazi 
(Binəqədi)  Yanar  dağı  səmtdən  Qızıl  ordunun  atəş  saçaraq  gəldiyini  və  geri 
qaçmaq istərkən yolunun türkiyəli bir zabitin komandasında olan “Yardım alayı” 
tərəfindən kəsildiyi gördü”. 
Bununla  da  dəhĢətli,  qorxunc  bir  dövr  gəldi.  Xüsusi  bir  amansızlıqla 
Vətənimizə  hücum  edərək  bolĢevik-daĢnak  ordu  birləĢmələri  vətənpərvər 
oğullarımızı  qan  içində  boğdu.  Ölkəmiz  təqibə,  böhtana  məruz  qaldı.  Min  cür 
həngamələrlə,  izahı  olmayan  həbslərin  dalğası  gücləndi.  Azərbaycan  Milli 
Ordusunun min iki yüzdən çox əsgər və zabiti Arazı keçərək o taylı qardaĢlarımıza 
pənah  apardı.  Təqib  olunan  minlərlə  ziyalımız  Türkiyə,  Fransa  və  Almaniyaya 
mühacirətə  getdi.  BolĢevik-daĢnak  təqibinin  əzabkeĢlərindən  biri  -  zabit  Ələsgər 
Ələsgərov  -  Kəngərlinski  Ģahidlik  edir  ki,  “şəxsən  özüm  tərəfindən  yoxlanılmış 
siyahıya  görə,  bolşeviklərin  Azərbaycandakı  ağalığı  dövründə  ancaq  hərbi 
rütbəlilərdən  məhv  edilənlər:  generallar  -  on  iki,  polkovnik  və  podpolkovniklər  - 
iyirmi  yeddi,  kapitan  və  ştabs-kapitanlar-poruçik  və  podporuçiklər  -  qırx  altı, 
praporşik  və  podpraporşik  -  yüz  qırx  səkkiz,  qalan  iki  yüz  altmış  altı  (hamısı 
müsəlmanlar)...  1920-ci  ilin  aprelindən  1921-ci  ilin  avqustunadək  Azərbaycanda 

84 
 
qırmızı  terrordan  qırx  səkkiz  min  adam  öldürülmüşdü  ki,  bunun  da  çox  hissəsi 
ziyalıların payına düsürdü”. 
1920-ci il mayın 30-da “Kommunist” qəzeti bolĢevik terrorunun alçağlığına 
bəraət  qazandıraraq,  həyasızcasına  “Layiqli  cəza”  adlı  məqalədə  yazırdı:  “Ali 
inqilab  tribunalı  bu  iĢə  yalnız  həqiqi  proletar  ədliyyə  orqanları  nümayəndələrinə 
xas olan ehtiyat və təmkinlə nəzər salmıĢdır. Azərbaycanın azad əmək mənafeyini 
əsas  tutan  tribunal  heç  bir  “qanuni  intiqam”  duyğularına  yol  vermədən  özünün 
soyuq və ölçüb-biçilmiĢ qərarını vermiĢdir”. 
BolĢeviklər “təmkinlə”, “soyuq və ölçülüb-biçilmiĢ” haqsız qərarları ilə bizi 
Azərbaycan  Milli  Ordusunun  say-seçmə,  yüksək  rütbəli  zabitlərindən  və  general 
oğullarından məhrum etdilər. 
YetmiĢ  ildən  çox  adı  və  Ģöhrəti  bağlı  qapı  arxasında  qalan 
generallarımızdan  biri  də  Həbib  bəy  Səlimov  olmuĢdu.  1918-ci  ildə  Milli  Ordu 
yarananda polkovnik Həbib bəy BaĢ Qərargah və Dəftərxana rəisi olmuĢdur. 
Azərbaycan  Demokratik  Respublikasının  hərbi  naziri,  tam  artilleriya 
generalı  Səməd  bəy  Mehmandarovun  iyirmi  altı  fevral  min  doqquz  yüz  on 
doqquzuncu  ildə  otuz  nömrəli  əmri  ilə  general-mayor  rütbəsi  ilə  təltif  olunub, 
1920-ci ilin martında “Əsgəran müharibəsi”nin qəhrəmanı kimi ad-san qazanmıĢdı. 
1919-cu  il  iyul  ayında  briqada  generalı  Həbib  bəy  Səlimovun  komandanlığı  ilə 
Muğanda  və  Lənkəranda  Azərbaycan  milli  hakimiyətini  tanımaq  istəməyən 
malakan  və  rus-erməni  silahlı  qüvvələri  darmadağın  edilmiĢdi.  DüĢməndən 
qənimət  üçün  götürdüyü  bir  təyyarəni,  iyirmi  dörd  topu  və  altmıĢ  pulemyotu 
Azərbaycan  ordusunda  istifadəyə  vermiĢdi.  Muğan  və  Lənkaranı  ana  yurdu 
Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmiĢdi. 
1918-ci  ildə  Azərbaycanda  olmuĢ  türk  podpolkovniki  RüĢtü  bəy  “Bakının 
böyük hərb yollarında” (“Hərbi məcmuə”, 1934-cü il №93) jurnalında Həbib bəyi 
igid bir sərkərdə kimi xatırlayır. O yazır ki, cəsur və döyüĢ texnikasını gözəl bilən 
türk  ordusunun  yüksək  rütbəli  zabitləri  tərəfindən  layiqincə  qiymətləndirilən 
polkovnik  Həbib  bəy  rus  ordusunda  yetiĢmiĢ  azərbaycanlı  zabitlərdəndir. 
DöyüĢlərdə  cəbhə  iki  yerə  ayrılırdı:  Ģimal  və  cənub  qruplarına.  Cənub  qrupunun 
komandiri polkovnik Həbib bəy Səlimov idi. 
Hərbi  tədqiqatçı,  polkovnik-leytenant  Mehman  Süleymanov  Türkiyədə 
yaradıcılıq ezamiyyətində  olarkən general  eloğlumuz  Həbib bəy haqqında  dəyərli 
məlumatlar  əldə  etmiĢdir.  Həmin  faktlar  əyani  surətdə  göstərir  ki,  general  Həbib 
bəy  Səlimov  daim  ön  cəbhədə  olmuĢ  və  Azərbaycanı  bolĢevik-daĢnak  hərbi 
qüvvələrindən  xilas  etmək  üçün  mərdliklə  vuruĢmuĢdur.  Həbib  bəy  Səlimovun 
komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq stansiyalarının bolĢevik-daĢnak 
qüvvələrindən  azad  etdikdən  sonra  o,  Nuru  paĢaya  aĢağıdakı  məzmunda  raport 
göndərib: 
“Birinci - bu gün Ağbulaq stansiyasını işğal edirəm. Yarın (1 avust 1918-ci 
il) Ələti düşmən alsa da, dəxi Allahın inayəti ilə işğal etmək üzrə irəliləyəcəyəm. 

85 
 
İkinci  -  mütəanibən  (sonra)  Bakı  istiqamətində  hərəkət  edəcəyəm.  Fəqət 
qrupun  suyu  qətiyyən  yoxdur.  Susuzluqdan  əfrad  (bəzi  adamlar)  bayılmış  bir 
haldadır. Sürətlə su gətirilməsi üçün icad edənlərə əmr bulunmasını təkrar-təkrar 
rica edirəm. 
Üçüncü  -  Ələtdən  sonra  qaradan  (torpaq  yol)  hərəkət  edəcəyimdən  bir 
minik avtomobilinin təhriki üçün əmr bulunmasını edirəm. 
...Avqustun  birində  cənub  qrupunun  komandanı  Həbib  bəy  Səlimov 
bildirirdi  ki,  bu  axĢam  Ələti  iĢğal  etdim.  Dəfələrlə  müraciət  etməyimizə 
baxmayaraq,  biz  hələ  də  geridən  içməli  su  almamıĢıq.  DöyüĢçülər  susuz  qaldığı 
kimi,  su  olmadığı  üçün  lokomotivlər  iĢləmirlər.  Polkovnik  Həbib  bəy  Səlimov 
susuzluğun  qrupda  ağır  vəziyyət  yaratdığını  və  su  gətirilməyincə  Ələtdən  o  yana 
hərəkət etməyin mümkünsüzlüyünü vurğulayır.” 
Həbib  bəy  Səlimovun  milli  Azərbaycan  Ordusunun  formalaĢmasında  da 
böyük tarixi xidmətləri vardır. Hələ 1918-ci ilin avqustunda Qafqaz Ġslam Ordusu 
komandanı  Ordusunun  formalaĢmasında  da  böyük  tarixi  xidmətləri  vardır.  Hələ 
1918-ci  ilin  avqustunda  Qafqaz  Ġslam  Ordusu  komandanı  Nuru  paĢanın  əmri  ilə 
Azərbaycan  korpusu  yenidən  qurulmağa  baĢlayanda  hərbi  təcrübəsinə  və  biliyinə 
görə bu korpusun qərargah rəisi təyin edilmiĢdi. 
Gəncə-Bakı  dəmiryolu  ilə  irəliləyən  cənub  qrupunun  komandanı  kimi 
H.Səlimovun  göstərdiyi  təĢkilatçılıq  qabiliyyəti  və  igidliyi  Azərbaycan  hökuməti 
tərəfindən  layiqincə  qiymətləndirildi  və  elə  bolĢevik-daĢnak  qoĢunlarına  qarĢı 
döyüĢlərin gediĢində ona polkovnik rütbəsi verildi. 
1919-cu  ildə  Azərbaycan  ordusundakı  maddi  çətinliklərə  görə  polkovnik 
Həbib bəy Səlimov hökumətin adına göndərdiyi raportunda ürək ağrısı ilə yazırdı: 
“Demək  olar ki, bütün  əsgərlər Azərbaycan  əyalətlərində  yerli  əhalinin hesabına 
dolanır,  yarıac,  yarıtox  həyat  sürürlər.  Hətta  böyük  və  varlı  şəhər  olan  Bakıda 
əsgərlərə yemək tapılmır. Nə alayın, nə də korpusların anbarları yoxdur. Əsgərlərə 
həmişə “un şorbası” yedirtmək olmaz ki... Onuncu alayı çoxlu  əsgəri çəkməsiz və 
corabsızdır. Ordunu yeməksiz, paltarsız atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, 
paltarsız əsgər əlbbəttə ki, evə qaçmaq istəyəcək.  
Ona görə də özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi çatdırdım: 
1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün. 
2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır. 
3. Belə korpusun yaradılması və təminatı üçün vəsaiti əsirgəməməli. Böyük 
Napoleon  Bonapart  deyirdi  ki,  müharibə  üçün  üç  şey  lazımdır.  Birinci  pul,  ikinci 
pul, üçüncü yenə də pul. 
Ordunu  yedirmək,  geydirmək  və  bolşevikləri  nəzərdən  qaçırmadan  hər  cür 
xəstəliklərdən qorumaq lazımdır”. 
Cəsur general Həbib bəy Səlimovun müxtəlif arxivlərdən vətənpərvər ruhda 
yazılmıĢ bir neçə məktub və teleqramını əldə edə bildik. Bu məktub və teleqramları 
Həbib  bəy  Qarabağ  ərazi  qoĢunlarının  komandanı  olarkən,  -  odlu  döyüĢlər  gedən 

86 
 
ġuĢa  və  Ağdamdan  göndərmiĢdir.  Bunlar  Həbib  bəy  Səlimovun  döyüĢ  yolunu 
qismən də olsa öyrənməyə imkan verir. 
“Azərbaycan” qəzetinin 15 iyun 1919-cu il tarixdə dərc olunmuĢ “ġuĢadan 
axırıncı xəbər” yazısında deyilirdi: 
“Ermənilər səkkiz gün ara vermədən şose yolunu və ona yaxın olan kəndləri 
atəşə  tutublar.  General  Həbib  bəy  Səlimovun  avtomobili,  ingilislərin  avtomobili, 
sərnişinlə dolu altı fayton, atla və piyada keçib gedənlər atəşə tutulmuşlar. Yalnız 
bu gün atəş kəsilmişdir. 
Görüşmək üçün yerli əhalidən nümayəndələr də dəvət olunublar”. 
Qarabağın general-qubernatoru 
Xosrov bəy SULTANOV 
 
“Hərb nazirinə! 
 
Bakı  alayında  390  süngü  vardır.  Noyabrın  23-də  Qoçaz  istiqamətində 
vəziyyət  tədricən  bərpa  olunur.  DüĢmən  hər  tərəfdən  Zabuq  çayının  sağ  sahilinə 
atılmıĢdır. Ümid edirəm ki, bu günlərdə... rayonu tuta bilərik. Cəbrayıl dəstəsində 
vəziyyət  tam  baĢqadır.  Ora  iki  batalyon  -  1000  süngü  qüvvə  göndərilməsə, 
vəziyyəti  düzəltmək  mümkün  olmayacaqdır.  YaranmıĢ  vəziyətdə  bu  cür  qüvvəni 
Xaçmaz dəstəsinin tərkibindən çıxarmaq, məncə, mümkün deyildir. 
Mən  indi  sizin  barıĢıq  fikrinizlə  o  Ģərtlə  razıyam  ki,  barıĢandan  sonra 
gələcək üçün sürətlə hazırlıq iĢləri görülsün. 
General Həbib bəy SƏLİMOV 
20 aprel 1920-ci il, Şuşa.” 
 
“Bakı, general-leytenant Əliağa ġıxlinskiyə 
 
Dünənki  döyüĢ  göstərdi  ki,  ermənilər  bütün  vasitələrdən  istifadə  ediblər. 
Əsgəran  cəbhəsində  Dilicandan  gəlmiĢ,  əla  təlim  edilmiĢ  və  çox  gözəl  döyüĢ 
aparan  Dəli  Qazarın  partizanları  bir  yerə  cəmləĢiblər.  Ġndiki  partizanlara  ümid 
bəsləmək  olmaz.  Onlara  kəsərli  söz,  xalqa  çoxlu  pul  və  bütün  baĢqa  vasitələrlə 
köməklik göstərmək lazımdır ki, onlar Vətənə daha böyük həvəslə xidmət etsinlər. 
Təkrar  edirəm,  məsələ  çox  ciddidir,  artıq  Ermənistan  və  Azərbaycan  arasında 
Qarabağda  gizli  müharibə  gedir.  Hər  tərəfdən  patronlar  tələb  edirlər.  Onların 
neçəyə  olursa-olsun,  alınıb  gətirilməsi  vacibdir.  Hazırda  dövlətin  ehtiyatları 
Gəncədən Araza qədər ərazidəki cəbhə üçün düĢmən üçün müqayisədə həddindən 
artıq  azdır.  Ancaq  etibarlı  və  yaxĢı  təĢkil  olunmuĢ  partizanları  müvəqqəti  sizin  
tərəfə yönəldə bilərlər. 
General Həbib bəy SƏLİMOV, 
31 mart 1920-ci il.” 
 

87 
 
“Hərb nazirinə 
 
...Bu  vəziyyət  yerli  əhali  arasında  çaxnaĢma  yaratdı.  Onlar  bizim  Ağbulaq 
yaxınlığında  dayanan  alayımızı  xəbərdar  etmədən  çaxnaĢma  salır  və  qaçırlar. 
Abdal kəndində olan əsgərlərin bir hissəsini də arxalarınca aparırlar. 
Bütün bunlar aralarında iki minə yaxın silahlı Ģəxslər olan Ağdam əhalisinin 
gözləri qarĢısında baĢ verirdi. 
Bir nəfər belə gülablıların köməyinə gəlmədi, əksinə, iki-üç yüz erməninin 
Gülablıda  görünməsi  onları  çaxnaĢmaya  saldı,  əlbəttə,  onlar  səs-küyə  salaraq 
mərkəzə teleqram vurdular və Bakı da tez onların köməyinə gəldi. 
Mən Qarabağa baĢ verən hadisələrdən xəbərdaram və Ģəraitə görə mümkün 
olan bütün tədbirlərdən istifadə edirəm.  Lakin,  Abdallıların, Gülablıların, Xaçinki 
kənd əhalisinin arzusu ilə qoĢunu ata bilmirəm. Ayın on doqquzunda səhər saat 10-
da  mən  özüm  Ağdamda  oldum,  partizanlar  üçün  məhkəmə  qurdum,  lazım  olan 
tədbirləri gördüm. Nəticədə biz Güləbird kəndini, “Qızıl” hündürlüyünü tutmuĢuq, 
Abdal kəndinə hücumu davam etdiririk. 
Mənə  inanın  ki,  mən  özüm  qorumuram,  Ģəxsən  olduğum  və  komandirlik 
etdiyim yerlərdə düĢmənin qəflətən yaxalanmasına yol verməyəcəyəm. 
Tatar alayının dərhal Cəbrayıla gəlməsinin böyük əhəmiyyəti olar, çünki bu 
alayın əksəriyyətini ləzgilər təĢkil edir, bu da Quba qəzasında az fayda verə bilər. 
General Həbib bəy SƏLİMOV, 
10 aprel 1920-ci il, Şuşa.” 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin