“FENĠKS” ZAVODU
(1916-1917-ci illər)
“Feniks” zavodu Petroqradın əks tərəfinə diametral olaraq, Polyustrov
sahilində Finlandiya vağzalı rayonunda yerləĢmiĢdir.
Yeni Ģəraitdə ilk vaxtlar mən baĢ mühəndis “cənablarının” öhdəsində idim.
Sonra isə sexlərdən birinin rəisi oldum. “Feniks” zavodunda mən özümün
mühəndis bacarığımı göstərə bilmədim, çünki: əvvəla, təsərrüfat əvvəlcədən
iĢlənilmiĢ texniki proseslər və hərbi sifariĢ çərçivəsi ilə ciddi məhdudlaĢdırılmıĢdı.
Onlara dəqiq əməl edilməsinə, detalların hazırlanmasının keyfiyyətinə və
miqdarına nəzarət etmək lazım idi. Ġkincisi isə o zamankı düĢüncələr adi fəaliyyət
58
çərçivəsindən kənar idi. Bu, 1916-cı ilin ikinci yarısı, 1917-ci ilin ərəfəsi idi.
Zavodun rəhbərliyi sanki, qarĢıdakı hadisələrin nəhəngliyini, xarakterini görmür və
zavodun gələcək inkiĢafı haqqında perspektivlər hazırlayırdı.
Bizim zavodun direktoru gənc mühəndis Mixail Ġsayeviç Barski idi. Mən
yaxĢı iĢçilər sırasında idim və Amerikaya ezam ediləcək mühəndislərin siyahısına
daxil edilmiĢdim. Rusiyada baĢ verən hadisələr ilə əlaqədar olaraq, Amerika
məsələsi baĢ tutmadı. Mən texniki personal və qulluqçular tərəfindən yeni təĢkil
edilmiĢ zavod komitəsinə nümayəndə seçildim. O vaxtlar bizim zavodda iĢləyən
tokarlardan biri, yoldaĢ Kadatski mənim yaxĢı yadımdadır, yüksək zehni inkiĢafa
və erudisiyaya malik olduğu üçün sonralar o, partiya iĢçisi və Lensovetin sədri
olmuĢdu. 1917-ci ilin oktyabr ayında səhmdar cəmiyyət fəaliyyətini dayandırdı.
Zavod bağlandı, fəhlə və qulluqçular haqq-hesablarını aldılar. 1917-ci il, dekabr
ayının axırlarında mən Petroqraddan Tiflisə getdim, orada mənim qohumlarım
yaĢayırdı. O zaman Zaqafqaziyada federativ respublika yaratmaq cəhdi boĢa
çıxdıqdan sonra, müstəqil Gürcüstan, Azərbaycan və Ermənistan respublikaları
əmələ gəlmiĢdi. Bir neçə vaxt mən siyasi-ictimai iĢlə məĢğul oldum
8
. Ġxtisasım
üzrə iĢləməməyin qeyri-mümkün olduğunu görərək öz ixtisas dərəcəmi artırmaq
üçün oradan Fransaya getməyi qərara aldım.
Paris, Reno zavodu
(1923-1926-ci illər)
Paris Ģəhərinə gəldim. Fransız dilini az-çox bildiyimə görə, bir müddət
sonra RENO maĢınqayırma zavodunun konstruktor Ģöbəsinə iĢə düzəldim. RENO
zavodu daxiliyanma mühərriklərinin böyük çeĢidini buraxan nəhəng müəssisə idi.
Müxtəlif növ yük və minik avtomobillərindən baĢqa, zavod traktor, tank, stansional
mühərrikləri də istehsal edirdi. Zavod ən yeni texnika ilə təmin edilmiĢdi,
öyrənməli çox Ģey var idi. Zavodun konstruktor Ģöbəsində iĢlədiyim 4 il ərzində,
mən özümün texniki biliyimi xeyli artırdım. Paris Ģəhərində müvəqqəti qaldığıma
əmin idim, tez-tez Azərbaycanda qalmıĢ atam ilə əlaqə saxlayırdım. 1925-ci ildə
atam xəbər verdi ki, məni Peterburqdan Ģəxsən tanıyan Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əliheydər Qarayev təklif edir ki,
vətənə qayıdım və hadisələr zamanı dağıdılmıĢ təsərrüfatların bərpa edilməsində
iĢtirak edim. Mən bu təklifdən çox məmnun oldum. Sovet konsulluğundan lazım
olan sənədləri aldım və 1926-cı ilin fevral ayında öz həyat yoldaĢım ilə birlikdə
Bakıya qayıtdım.
8
Həmin vaxtlar Faris bəy Vəkilov Gürcüstan hökuməti yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi
olmuĢdur. - ġ.N.
59
AZƏRBAYCAN DÖVLƏT METAL SƏNAYESĠ
(1926-1932-ci illər)
Qarayev məni səmimi qarĢıladı, ev almaqda kömək etdi və Leytenant ġmidt
adına zavoda iĢə göndərdi. Mən orada vətəndaĢ Pavel Georgieviç Qolikov ilə tanıĢ
oldum. Onun zavodda hansı vəzifə daĢıdığını mən öyrənə bilmədim, ancaq o,
partiya və zavod komitələrində aparılan müxtəlif mövzuda olan söhbətlərdə fəal
iĢtirak edirdi. Onun ötkəmliyi və nüfuzlu olması böyük təsir göstərirdi, elə bil ki,
ona hamı qulaq asırdı. YaĢına görə məndən böyük mühəndis olduğunu zənn
edərək, onun hansı institutu bitirdiyi ilə maraqlandım. Qolikov cavab verdi:
“Peterburq Texnoloji Ġnstitutunu”, yəni mənim oxuduğum institutu. Ġnstitut yoldaĢı
ilə görüĢdüyümə sevinərək, onunla institut, professor və müəllimlər haqqında
xatirələri yada salmağa çalıĢdım. Bu zaman eĢitdiyim cavab məni sarsıtdı. Qolikov
dedi ki, vətəndaĢ müharibəsi iĢtirakçısıdır, vuruĢmalardan birində o, baĢından
kontuziya almıĢdır və bunun nəticəsində yaddaĢını tam itirmiĢdir, ona görə də o,
keçmiĢi, o cümlədən də institut haqqında heç bir Ģey xatırlamır. Bu hal qəribə
görünsə də, Qolikovun səsində olan qətiyyətlik onun dediklərinə Ģübhə etməyə
imkan vermirdi. ġmidt zavodunda mən cəmi 3-4 ay iĢləməli oldum. Bu zaman
ümumittifaq xalq təsərrüfatı sistemində xalq təsərrüfatının ehtiyaclarını ödəmək
üçün metal emal edən müəssisələr kompleksi yaradıldı. Kompleks beĢ müəsissədən
- iki mexaniki zavod, iki çuquntökmə zavodu, bir poladtökmə zavodu - ibarət
olmalı idi. Kompleksə partiya üzvü olan yoldaĢ Slavnitski direktor-administrator,
Qolikov baĢ mühəndis təyin edilmiĢdi.
Qolikov mənə texniki Ģöbəyə rəhbərlik vəzifəsini təklif etdi. Kompleksə
daxil olmuĢ müəssisələr çox acınacaqlı vəziyyətdə idi. Onlar vaxtı ilə hər hansı bir
Ģəxsə mənsub olmuĢ mümkün dərəcədə istifadə edilmiĢ kiçik emalatxanalardan
ibarət idi. KöhnəlmiĢ dəzgahlardan ibarət olan avadanlıq, dağılmıĢ binalarda
yerləĢirdi. Aparıcı orqan olan texniki Ģöbə dar bir dəhlizdə yerləĢdirilmiĢdi. Hər
hansı bir texniki ədəbiyyatdan danıĢmağın belə mənası yox idi. Tale Paris zavodu
RENO-dan sonra məni belə bir Ģəraitə atınıĢdı. Direktorun zavod iĢi haqqında
təsəvvürü belə yox idi. O, yalnız yanğın söndürdüyü zaman göstərdiyi Ģücaətlərdən
danıĢmağı bacarırdı. Kompleksə direktor təyin olunmazdan qabaq uzun illər boyu
o, yanğınsöndürmə komandasında iĢləmiĢdi. Aldığı kontuziyadan yaddaĢını,
institutda qazandığı “yüksək biliyi” itirmiĢ baĢ mühəndis öz “imkanlarından”
istifadə edə bilmirdi. (Ġnstitut haqqında təsəvvürü o, onu Peterburqda gəzdirən
faytonlardan əldə etmiĢdi). Mən yeni iĢ yerində bu cür rəhbərlərin baĢçılığı altında
iĢləməli idim.
Bu cür Ģəraitdə iĢləməyin əsəb gərginliyinə necə səbəb olmasını, yalnız bu
cür Ģəraitə düĢənlər baĢa düĢə bilər. Bu çətinliklərə əlavə olaraq mən adımın “Faris
bəy” ağırlığını da daĢımalı idim. O zaman bəylərə münasibət də kəskinləĢmiĢdi.
Ġndi, illər keçdikdən sonra mən səmimi qəlbdən deyə bilərəm ki, mənim çiyin-
60
çiyinə iĢlədiyim fəhlə kollektivinin qarĢılıqlı yoldaĢ etibarlığı sayəsində mənim
mənəvi gücüm möhkəmlənirdi. AĢağıdakı adlar həmiĢəlik mənim yadımda
qalmıĢdır; model ustası Makarov, əla qazan niĢanvuranı Ajotkin, frezerçi Obnosov,
niĢanlayıcılar - Lunin və Qalimov. Oz biliyimi onlarla bölüĢdürməklə yanaĢı, mən
özüm də onlardan çox Ģey öyrənirdim. Elə vaxt olurdu ki, mən onlar ilə birlikdə
saatlarla bir çertyojun üzərində iĢləyir, bu ağır Ģəraitdə detalları necə əldə etmək
haqqında fikirləĢirdik.
Bütün çətinliklərə baxmayaraq, bizim zavodun istehsal etdiyi ilk iĢlərdən
biri Bakı ticarət limanının tikilməsində monolitlərin döĢəməsi üçün düzəldilmiĢ 73
tonluq üzən kranın təchiz edilməsi idi. O zaman, 1927-ci ildə limanın rəisi yoldaĢ
Baqlay idi. O, limanın tikilməsi üçün bizim zavoddan ciddi iĢ, kömək gözləyirdi.
Bizim direktor və baĢ mühəndis iĢdən xəbərdar olan kimi, iĢin texniki Ģöbəyə
tapĢırıldığını Baqlaya çatdıraraq, onu mənə caladılar. Mən monolitləri qaldırmaq
üçün Ģtamp ilə sürgü qolunun konstruksiyası və hesabatı ilə məĢğul olmalı oldum.
Biz iĢi vaxında baĢa çatdırdıq və sifariĢçini tam razı saldıq. Bizim hazırladığımız
sürgü qolunu sınaqdan keçirdiyimiz zaman nə direktor, nə də ki baĢ mühəndis
orada yox idilər. Əgər ki, biz müvəffəqiyyətsizliyə uğrasaydıq, onlar bu hərəkətləri
ilə özlərini təmizə çıxarmıĢ olacaqdılar. 75 tonluq bir nəhəngin bizim
düzəltdiyimiz bir qoldan asılı vəziyyətdə sallanmalı olduğu 15 dəqiqəlik sınaq
müddətini mən böyük həyəcanla keçirdim. Sınaq müvəffəqiyyətlə keçdi. Zavoda
göndərdiyi xüsusi məktubda yoldaĢ Bəqlay mənə təĢəkkürünü bildirdi.
Bizim qüvvəmizin xeyli gərginliyini tələb edən ikinci böyük iĢimiz, Muğan
çölünün pambıq tarlalarının suvarılması üçün 5 nəhəng mərkəzdənqaçma
nasosunun düzəldilməsi oldu. Bu, Mərkəzi Komitənin xüsusi tapĢırığı idi. Cəmi 12
nasos - 7-sini ġmidt zavodu - 5-ni bizim zavodumuz - hazırlamalı idi. Bu tapĢırığın
yerinə yetirilməsi üçün bizdə olan imkanları ġmidt zavodu ilə müqayisə belə etmək
olmazdı. Ən böyük çətinlik onda idi ki, belə iri nasosların çertyojları yox idi.
Bunun üçün bu tip dağılmıĢ nasosların hissələrindən istifadə etmək, korpus və
təkərlərin tökmələri modellərinin çertyojunu çəkmək lazım gəlirdi. O zaman model
ustası yoldaĢ ġiryayevin mənə etdiyi köməyi qeyd etməyə bilmərəm. Biz ümumi
gücümüzü birləĢdirərək tapĢırığı yerinə yetirə bildik. Nasoslar hazır idi. Bu məsul
iĢdə bir direktor, bir də baĢ mühəndis iĢtirak etmirdi. Bizim nasoslardan üçü
Muğanın Zərdab kəndinə göndərildi. Onların montajı və iĢə salınması üçün
təcrübəli çilingər Stepan Borodin ezam edildi.
Nasosların hər biri daxiliyanma gücü 75-80 MN olan motorlarla hərəkətə
gətirilməli idilər. Motorlar vaqon təmiri zavodundan verilməli idi. Bu nəhəng
nasosların zavod Ģəraitində sınaqdan keçirilməsi mümkün deyildi, bu da çox ciddi
və təhlükəli hal idi. Biz onları sınaqdan keçirməmiĢ yollamalı olduq. Nasosları
quraĢdırılacaqları yerə göndərdikdən bir müddət keçdikdən sonra Borodindən
zavoda teleqram gəldi: “Nasoslar su vurmur, yəqin ki, çertyojlarda səhvləriniz
olub. Mühəndis göndərin. “Müvəffəqiyyətsizliyimizdən xəbərdar olan birinci katib
61
Bağırov - hidravlika üzrə mütəxəssis-professor Arxangelskinin nasosların
qurulacağı yerə getmələri haqqında əmr verir. Tiflisdən Zaqafqaziya su təsərrüfatı
baĢ mühəndisi Kondratyev və əlbəttə ki, nasosun hazırlandığını zavodun
nümayəndəsi də ora getməli idi. Bizim zavodun direktoru da, baĢ mühəndisi də
üzlərini turĢutmuĢdular. Əlbəttə ki, onlar heç bir iĢdə təqsirkar deyildilər, günahkar
təkcə Vəkilov idi. Təsəvvür edin ki, mən yola nə vəziyyətdə hazırlaĢırdım... Mən
böyük təhlükə qarĢısında idim. Nasosların hansı Ģəraitdə, hansı çətinliklər ilə
hazırlandığı heç kəsi maraqlandırmırdı. Muğana su gəlməyəcək, pambıq
olmayacaq, bütün bunların günahkarı Vəkilov idi. Bu hallarda Mir Cəfər
Bağırovun iĢə nə cür münasibət bəslədiyini yaxĢı bildiyim üçün, gələcək aqibətimi
təsəvvür edirdim. Çertyoj və indikatoru özümlə götürərək mən Ucar stansiyasına
yollandım. Ucar ilə Zərdab kəndinin arasında 20 kilometrlik məsafə var idi. Ucar
stansiyasında Zərdaba getmək üçün fayton gözlədiyim zaman Bakıya gedən bir
qrup yerli sakinlə rastlaĢdım. Mən onların Zərdabda nə hadisə baĢ verdiyini,
nasosların həqiqətən də su vermədikləri haqqında məlumat almaq istədim. Onlar
mənə dərhal cavab verdilər ki, düzdür nasoslar su vermir, lakin buna nasoslar
deyil, onları hərəkətə gətirən motorlar səbəbdir. Mən elə bil ki, bu xəbərdən özümə
gəldim və yenidən onlardan sual-cavab etməyə baĢladım. Onlar məni əmin etdilər
ki, doğrudan da nasosların iĢləməməsinin səbəbi motorların yararsız olmasıdır.
Mən Zərdaba gəldikdə, mühəndis Kondratyev artıq orada idi. Professorlar gəlib
çıxmırdılar. Kondratyev ilə birlikdə biz qurğunu sınaqdan keçirdik. Motor iĢə
düĢdükdə nasos bütün gücü ilə suyu atırdı, lakin həmin an gücdən düĢmüĢ motorlar
sönürdü. Məsələ aydın idi. Hər ehtimala qarĢı mən motorlardan birinin indikator
diaqrammasını çəkdim. Diaqramma göstərdi ki, porĢenin halqaları köhnəlib
yararsız hala düĢmüĢdür, buna görə də slindrlərdə lazım olan təzyiq alınmır.
Motorların yararsız olduğu sübut edildi. Mən nasosun suyu necə qovduğunu
müĢahidə etdikcə, böyük məmnunluq hissi keçirirdim. Kondratyev və kolxoz
sədrinin imzası ilə akt tərtib edib, mən Bakıya qayıtdım. Özümü yeni dünyaya
gəlmiĢ kimi hiss edirdim. Zavodun rəhbərliyi aktı götürərək yuxarıya getdilər və
qürurla məlumat verdilər ki, zavod ondan tələb edildiyindən də böyük iĢ
görmüĢdür. Lakin, məni özləri ilə aparmağı lazım bilmədilər.
Bu hadisədən bir qədər sonra zavodda gözlənilməz, bir az da qeyri-adi bir
hal baĢ verdi. Qolikovun ona məxsus olan xüsusiyyətlərindən biri də, nöqsanları
tez görmək və bunu o, adamın üzünə demək idi ki, bu da müxalifətçilik vəziyyəti
yaradırdı. Belə bir hal onunla Çingiz Ġldırım arasında yaranmıĢdı. Çingiz Ġldırım
Ümumittifaq Xalq Təsərrüfatı (ÜĠXT) sədri Ağababovun müavini vəzifəsində
iĢləyirdi. Çingiz onun özünə qarĢı çıxanları sevmirdi. Günlərin bir günü o, zavoda
gəldi, tələbə yoldaĢı kimi məndən texnoloji institutda oxuyarkən Qolikovla tanıĢ
olub-olmadığımı soruĢdu. Mən cavab verdim ki, tanımırdım, lakin yaĢı məndən
böyük olduğu üçün ola bilər ki, o, institutu tez bitirib. Onda Çingiz Ġldırım bu
haqda teleqram ilə instituta müraciət etdi, cavabında məlum oldu ki, Qolikov heç
62
vaxt institutun tələbəsi olmayıb. Qolikovun yalanı açıldı. Qolikov hiss etdi ki,
bundan sonra o, zavodda qala bilməz. Bundan bir neçə gün sonra Qolikov iĢə
gecikməyə baĢladı. Evinə nümayəndə göndərildi. Məlum oldu ki, ev boĢdur,
Qolikov yoxa çıxmıĢdır. Hara - məlum deyil.
Bizim zavodda iĢləyən Yenox Lvoviç Avajanskiy baĢ mühəndis vəzifəsinə
təyin edildi. O özündə olan çertyojlara əsasən, ancaq tara kimi istifadə edilən
boçkaların istehsal edilməsi üçün bondar dəzgahlarının hazırlanması ilə məĢgul
olurdu. BaĢ mühəndis vəzifəsinin icrasına baĢlayan kimi, Alajanski mənə bildirdi
ki, o ondar dəzgahlarının hazırlanmasından baĢqa, texniki Ģöbənin iĢinə,
ümumiyyətlə heç bir iĢinə qarıĢmayacaq. Bu bildiriĢ ilə o, zavodda baĢ verən hər
bir hadisə üçün məsuliyyət daĢımayacağını məlum etdi. BaĢ mühəndis vəzifəsinin
böyük hissəsi mənim üzərimə düĢürdü. Bu zaman zavodun fəaliyyət sahəsi xeyli
geniĢlənmiĢdi. SifariĢçilər çoxalır, onların tələbləri də artırdı. Azərdövlətmetal
sənayesinə baĢ zavodda hazırlanmıĢ ikinci marten peçi verilmiĢdi. Bu Ģəraitdə
kompressor təsərrüfatının zəifliyi aydın görünürdü. Marten peçi üçün, hava
çəkicləri polad təbəqələrin kəsilməsi üçün hava tələb olunurdu. Ġki az güclü
kompressor azlıq edirdi. Havanın çatmaması bu və digər sahədə iĢin dayanmasına
səbəb olurdu. Kompressorların gücünü artırmaq vacib idi. Təzə kompressorlar
almaq qeyri-mümkün idi. Yerli sənaye çox az kompressor buraxırdı. Çətin
vəziyyətdən çıxmaq lazım idi. Köhnədən qalmıĢ sınıq-salxaq maĢınların içində
mənə tanıĢ olmayan iki maĢın korpusu aĢkar etdim. Bunlar ya buxar
mühəriklərinin, ya da kompressorun korpusları idilər. Korpuslar yaxĢı qalmıĢdı.
Məncə, onlar heç iĢlənməmiĢdi, lakin detalların çoxu çatıĢmırdı. Üstlərindəki
yazılardan məlum olurdu ki, onlar Ġngiltərədə hazırlanmıĢdılar. Onların üzərində
firmanın adı və ünvanı olan etiketlər də var idi. Mən bizim Ġngiltərədə olan daimi
nümayəndəliyimizə məktub yazıb xahiĢ etdim ki, onlar həmin firmaya müraciət
etsinlər və maĢınların pasportlarını bizə göndərsinlər. Lakin, mən hiss edirdim
cavab çox gec gələcək, ona görə də risk edərək o maĢınlardan kompressor kimi
istifadə etməyi qərara aldım. Bu iĢdə mənə texniki Ģöbədə iĢləyən yaxĢı texnik
LatıĢ Siroqe kömək edirdi. Biz özümüz bildiyimiz kimi, çatıĢmayan detalların
çertyojunu çəkdik və zavodda hazırladıq. MaĢını yığdırdıqdan və onun altında
müvəqqəti bünövrə qurduqdan sonra, yaxın bazar günlərindən birində, zavod
iĢləməyən bir gün sınaq iĢi aparmağı qərara aldım. Sınaq haqqında Aljanskini və
direktoru xəbərdar etdim. Onlardan heç biri gəlmədi. Mən yığdırılmıĢ maĢını
kompressor üzrə növbətçinin və elektromontyorun köməkliyilə iĢə saldım. Bizim
xoĢbəxtliyimizdən əla nəticə alındı. Təzə kompressorun gücü köhnə iki
kompressorun gücünün cəminə bərabər idi. Müvəffəqiyyətdən ruhlanaraq, ikinci
kompressoru da bu cür sazladım. Bünövrə üstündə qurulmuĢ bu iki maĢın
zavodumuzun kompressor gücünü üç dəfə artırdı. Bu, çox böyük nailiyyət idi.
Zavoda, demək olar ki, bir qəpiksiz baĢa gəlmiĢ bu iĢ üçün, bu müvəffəqiyyətdə
heç bir iĢ görməyən Ģəxslər təĢəkkür qazandılar. Zavodda baĢ vermiĢ bu hadisədən
63
yuxarı təĢkilatlar da xəbərdar oldu. Yuxarı təĢkilatda iĢləyən bir nəfər söhbət
əsnasında mənə bildirdi: “bu nədir, Vəkilov, zəif iĢləyirsiniz... Zavodda
kompressor olduğu halda, siz zavod üçün kompressor tələb edirsiniz. YaxĢı ki,
Avajanskiy gəldi və kompressorlar aĢkar olundu”.
Beləliklə, bir daha qeyd etmək istəyirəm ki, bütün məsul hallarda baĢ
mühəndis və direktor kənarda qalmağı üstün tuturdular, hər Ģey müvəffəqiyyətlə
bitdikdə isə yuxarı təbəqələrdə onlar olurdular. Bakı limanı üçün yetmiĢ beĢ tonluq
kranı, Muğan üçün çətin nasosların və zavodun kompressor gücünün artırılması
iĢində də belə olmuĢdu.
1932-ci ildə Azərdövlətmetal sənayesi yenidən təĢkil edildi. Onun ġmidt
zavodunun yaxınlığında yerləĢən baĢ zavodu əraziyə görə həmin zavod ilə
birləĢdirildi. ġmidt zavodunun direktoru vətəndaĢ müharibəsi qəhrəmanı, ordenli
Qolubev idi. O, mənimlə görüĢdükdə bildirdi ki, məni birləĢdirilmiĢ ġmidt
zavoduna baĢ mühəndis təyin edirlər. Bu, məni təəcübləndirdi və mən bu hissi
Qolubevdən gizlətmədim. Əgər bu vəzifəyə bizim zavoddan namizəd verilirdisə,
onda bu Ģəxs AlĢanskiy olmalı idi, çünki zavodun baĢ mühəndisi o idi. Qolubev
cavabında bildirdi: “Elə bilməyin ki, bu məsələyə baxılmayıb, yəqin ki, buna səbəb
vardır. Bizə məlumdur ki, zavoda baĢqa bir Ģəxs deyil, yalnız sizin ağlınızla
rəhbərlik edilib”.
Beləliklə, mənim Azərdövlətmetalsənayesindəki iĢim baĢa çatdı. Burada nə
iki baĢ mühəndis, nə də direktor zərrə qədər belə mənə kömək etmirdilər. Beləliklə,
mən birləĢmiĢ ġmidt zavodunun baĢ mühəndisi oldum. Neft sənayesinin nəhəng
təsərrüfatına xidmət etmək üçün, kollektivi 4000 nəfər olan bir zavodun texniki
rəhbəri olmaq çox fərəhli idi. Ona görə də mən vəzifəni ləyaqətlə yerinə yetirməyi
qərara aldım. Çox təəssüf ki, mən buna nail ola bilmədim.
Azərdövlətmetalsənayesində iĢlədiyim vaxtı xatırlayarkən bir gülməli
hadisə yadıma düĢdü. Bizim poladtökmə sexində QriĢin adlı bir krançı iĢləyirdi. O
özü Ryazan Ģəhərindən, azsavadlı olsa da, təbiətən çox ağıllı və hiyləgər oğlan idi.
O öz iĢini yaxĢı öyrənmiĢ, kranı əla idarə edə bilirdi. Demək lazımdır ki, əridilmiĢ
poladın tökülmə prosesində kran çox böyük iĢ görürdü. Sex iki növbədə iĢlədiyi
üçün, o biri növbədə QriĢini əvəz edən var idi. Əvəz edən iĢi pis bilirdi, ona görə
də o, əridilmiĢ poladın tökmə prosesində iĢləmirdi. Günlərin bir günü Qolikov
mənim “kabinet” adlanan iĢ küncümə gəldi, onun əlində kranın əyilmiĢ bir detalı
var idi. O, bildirdi ki, kran xarab olub, xahiĢ etdi ki, mən sərəncam verim, zavodda
bu detalı hazırlasınlar. Bu zaman o, o biri növbə zamanı baĢ vermiĢ qəza ilə
əlaqədar olaraq, öz təəccübünü də bildirdi. Detalı tez hazırladılar, QriĢin razılıqla
çıxıb getdi. Kran iĢləməyə baĢladı. ƏrdilmiĢ poladı tökərkən qarmaqdan asılmıĢ
təknəni yuxarı qaldırmaq lazım gəlmir. Ertəsi gün səhər kranda yenə QriĢini əvəz
edən Ģəxs iĢləyirdi. Saat 12-ə yaxın yenə QriĢin yanıma gəldi və məlum etdi ki,
həmin detal yenidən sınmıĢdır. Mən onun nəzərinə çatdırdım ki, o, onu əvəz edənin
iĢi ilə lazımi qədər maraqlanmalıdır. Yeni detal hazırlanırdı, QriĢin iĢini davam
64
etdirdi. Mən QriĢinə tapĢırdım ki, səhər də iĢə çıxsın və kranın iĢini özü müĢahidə
etsin. Mən əmin idim ki, QriĢin qəzanın səbəbini özü ayırd edəcəkdir, ancaq ertəsi
gün səhər mən “kabinetə” daxil olduqdan bir az sonra o, yenidən əyilmiĢ detal ilə
mənim yanıma gəldi. O, elə bil ki, baĢını itirmiĢdi, əvvəlki sayıqlığından əsər-
əlamət belə yox idi. O, and içirdi ki, kranı özü idarə edirmiĢ, nə baĢ verdiyini ayırd
edə bilmirdi. Əlbəttə, çox təəccüblü hal idi, üç gün dalbadal eyni qəza baĢ verirdi.
O, mənə tərəf əyilərək, tam cəldliklə pıçıldadı: “Mənə inanın, yoldaĢ Vəkilov, bu
Ģeytan əməlidir. Nə edək?” ƏsəbiləĢsəm də, bu sözdən məni gülmək tutdu. Mən
ona cavab verdim: “Mən sənə göstərərəm Ģeytan əməlini, get burdan, get partkoma,
orada de ki, sənin sexində Ģeytan əmələ gəlmiĢdir, yoldaĢ Vəkilov da deyir ki,
Ģeytan onun sözünə baxmır. Partkomdan qayıdarkən yenə mənim yanıma gəl”. Tək
qaldıqdan sonra mən kranın kinemarik sxemini araĢdırmağa baĢladım. Bu hadisə
yalnız kranın həddən artıq yüklənməsi zamanı baĢ verə bilərdi. Bu yükü tapmaq
lazım idi. Yadıma düĢdü ki, kranın özünün məhdudlaĢdırıcısı vardır. Deməli,
QriĢini əvəz edən Ģəxs təcrübəsizliyin nəticəsi olaraq, məhdudlaĢdırıcını
çıxarmıĢdır, elə qəzaya da səbəb bu olur. Partkomda QriĢinə nə demiĢdilərsə, o,
mənim yanıma gözü yaĢlı qayıtdı. Mən gülməyimi güclə saxlayaraq ona dedim ki,
“Ģeytanı” tapmıĢam. QriĢin mütəəssir halda gözlərimin içinə baxaraq soruĢdu:
“Düz deyirsiniz, yoldaĢ Vəkilov, Ģeytan hanı?”. Mən qətiyyətlə dedim: “ġeytan ya
sənsən, ya da səni kranda əvəz edən Ģəxs”. QriĢin elə bildi ki, mən onu ələ salıram:
“Nə baxırsan? Yəqin ki, məhdudlaĢdrıcını çıxarmısınız”. MəhdudlaĢdırıcı sözünü
eĢidən QriĢin güllə kimi götürüldü.
“ġeytan”ı iĢdən qovdular. Çoxları zavodda QriĢinə “Ģeytan” deyirdi.
Sonralar biz QriĢin ilə birlikdə bu hadisəni tez-tez xatırlayırdıq.
Dostları ilə paylaş: |