BAKI. TĠKĠNTĠ MATERĠALLARI
BAġ ĠDARƏSĠ
(1938-1942-ci illər)
Vətənə qayıtdıqdan sonra, mən texniki kadrlar sırasına daxil oldum. Bu
zaman Azərbaycanda Tikinti Materialları BaĢ Ġdarəsi təĢkil olunurdu. O idarənin
səlahiyyəti təxminən nazirlik səlahiyyətinə bərabər idi və həmin idarə Ġttifaq
Tikinti Materialları Nazirliyinin tabeliyində idi. Bu idarəyə rəis mühəndis Əlizadə
Zeynəb Ġbrahim qızı təyin edilmiĢdi. Mir Cəfər onu vəzifəyə təyin etdikdə,
tapĢırmıĢdı ki, o, özünə müavin olaraq təcrübəli mühəndis seçsin. Əlizadə qabaqlar
Bakı Sovetinin mənim baĢ mühəndis iĢlədiyim yerli sənaye Ģöbəsinin sisteminə
daxil olan daĢ karxanalarında iĢləmiĢdi. Əlbəttə ki, o məni yaxĢı tanıyırdı və o,
Bağırova Vəkilovun namizədliyini təklif etdi. Bağırov soruĢdu: “O, Faris bəy?”
Etiraz etmirəm, götürün”. Beləliklə, mən BaĢ idarənin baĢ mühəndisi oldum. 1940-
cı il rəis Əlizadəni mühəndis ġərifov Məmməd Qasım oğlu əvəz etdi. Bu vaxt mən
10
Liya xanım Mirkazım xan qızı Vəkilova 1891-ci il fevralın 8-də Tiflisdə general-mayor Mirkazım
xan TalıĢxanovun ailəsində anadan olub. Ġkinci Tiflis qadın gimnaziyasını qızıl medalla bitirib. Bir
müddət Tiflisdəki müsəlman məktəbində müəllim iĢləyib. 1920-ci ildən sonra əri Faris bəy Vəkilovla
Fransada mühacirətdə olub. Vətənə qayıtdıqdan sonra C.Məmmədquluzadənin, Əbülhəsənin, Mehdi
Hüseynin, Mir Cəlalın, Süleyman Rüstəmin, Ənvər Məmmədxanlının, Süleyman Rəhimovun və baĢqa
yazıçıların əsərlərinin rus dilinə tərcüməsi ilə məĢğul olub. 1943-cü ildən SSRĠ Yazıçılar Ġttifaqının
üzvü idi. Anası Məsumə xanım Borçalının Təkəli kəndindən olan nüfuzlu Ağabəy Yadigarovun qızı idi.
Ədəbi ictimaiyyətdə və pedaqoji sahədə görkəmli mütəxəssis kimi tanınan Liya xanım Vəkilova 1965-
ci il fevralın 19-da Bakıda vəfat edib - Ş. N.
73
çox
əhəmiyyətli bir tədbir həyata keçirdim. Mən qır biĢirməyin
mexanikləĢdirilməsini iĢləyib hazırladım. Qır biĢirilərkən qazanlarda qır kütləsi
uzun polad Ģtanqalar vasitəsilə əl ilə qarıĢdırılırdı. Mən bu əməliyyatı
mexanikləĢdirdim. Elektrik mühərriki ilə iĢləyən qarıĢdırıcının layihəsini
hazırladım. Sınaq yaxĢı nəticə verdi. BaĢ idarədə rəisin təsdiq etdiyi hesablamalar
göstərdi ki, ölkə ildə 50000 manat məbləğində qənaət etmiĢ olacaqdır. Məni
mükafata təqdim etdilər, lakin bu zaman müharibə baĢlandı, mükafatın məbləği
çox böyük idi, mən yalnız onun bir hissəsini ala bildim. Söz verdilər ki, qalan
hissəsini müharibədən sonra verəcəklər. Müharibə baĢa çatdıqda (1945-ci il) mən
elə vəziyyətdə idim ki, mükafat haqqında danıĢmağa belə dəyməzdi. Mənə çatan
məlumatata görə mexanikləĢdirilmiĢ qırbiĢirmə prosesindən Xırdalandakı qır
zavodunda istifadə edilirdi. Sonra mənim cəbhəyə kömək əmək fəaliyyətim
baĢlandı. Hərbçilərin xahiĢi ilə əsgərlərin səngər Ģəraitində inkiĢaf edən, artan
parazitlərlə mübarizə üçün səyyar, daĢına bilən duĢxana qurğusunu sınaqdan
keçirdilər, kütləvi buraxılıĢa razılıq verildi. Hazır qurğuları hərbçilər lazım olan
yerlərə çatdırırdılar. Cəbhəyə ikinci xidmətim, Nalçik Ģəhərində yerləĢən Tırnauz
kombinatının mobildən istehsalında doğrama dəyirmanlarında süxurların
doğranması üçün kürələr ilə təchiz etməyim oldu. Mən Tırnauz kombinatına təklif
etdim ki, polad kürələr güclü manqalı çuqun kürələr ilə əvəz edilsin. Bu təklifim
bəyənildi və çuqunəritmə sexlərindən biri manqalı Ģarların hazırlanması ilə məĢğul
olmağa baĢladı. Bizim idarədən həmin kombinat minlərlə kürə alırdı.
1942-ci ilin gecələrindən birində məni telefon zəngi yuxudan oyatdı. Bu
zəng mənim cəbhəyə üçüncü xidmətimin zəmini oldu. YoldaĢ ġərifov xahiĢ etdi ki,
onun iĢ kabinetinə gəlim. Orada məni pencəyinin ilməsində üç Ģpal olan, DSĠ
(Dövlət Siyasi Ġdarəsinin) iĢçisi Medvedyev gözləyirdi. O mənə müraciət edərək,
söylədi: “YoldaĢ Vəkilov, biz bilirik ki, siz cəbhə üçün çox narahatlıq keçirirsiniz.
XahiĢ edirik cəbhə üçün üçüncü bir iĢ görəsiniz. Əl qumbaraları üçün çuqun
korpuslar hazırlamaq lazım idi. Mənə çertyoju göstərdilər, gördüm ki, çox çətin
məsələdir. Məsələ onda idi ki, qumbaranın divarları çox nazik olur, bunun üçün
çox duru çuqun tələb olunurdu. Bizim primitiv texnika Ģəraitində belə bir çuqun
almaq çox çətin iĢ idi. Öz mülahizəmi bildirərək, söz verdim ki, çalıĢaram bu
məsələni həll edəm. Səhəri gün məni DSĠ-nin rəis müavininin (Yemelyanov idi)
yanına çağırdılar. Mən yenə də Medvedyevə dediklərimi təkrar etdim, söz verdim
ki, bacardığımı əsirgəməyəcəyəm. Yemelyanov mənim əlimi sıxdı və
müvəffəqiyyətimə ümid bəslədiyini söylədi. Mən zavodda olan bütün qüvvələri
səfərbər etdim. Səkkiz gün keçdikdən sonra mən Medvedyevə zəng edib, xahiĢ
etdim ki, gəlib sınaq nümunələrini aparsın. Bır neçə saatdan sonra Medvedyev
mənə zəng çaldı və böyük sevinclə təbrik etdi. Zavod 10000 qumbara hazırlamaq
haqqında sifariĢ aldı. Bu sifariĢ yerinə yetirildi. Yemelyanov mənə təĢəkkürünü
bildirdi.
74
Müharibə dövrü ilə əlaqədar olan dördüncü tapĢırıq daha böyük həcmli idi.
Neft sənayesi özünün bəzi prosesləri üçün odadavamlı kərpic tələb edirdi. Bu
məhsul Bakıya Rusiyanın cənub zavodlarından gətirilirdi. Bu rayonlar düĢmən
tərəfindən zəbt olunmuĢdu və kərpic gətirilməsi çox çətinləĢmiĢdi.
Bakıda odadavamlı kərpicin istehsal edilməsi zəruri idi. Odadavamlı kərpic
sexinin layihəsini vermək və hazırlamaq lazım idi. Mənə iki köməkçi mühəndis
verdilər və biz iĢə baĢladıq. Bu, 1942-ci ilin yayı idi. Kərpic istehsalı bir yenilik
deyildi, onun üçün xüsusi qurğu hazırlamaq lazım deyildi, ancaq həmin qurğunu
hazırlamaq üçün çertyoj yox idi - onu hazırlamaq lazım idi. Biz bu məsələni həll
edib, çertyojları öz zavodumuza təqdim etdik. Hazırlanma nəzarəti də mənə
tapĢırılmıĢdı. 1942-ci ilin payızında mən xüsusi ayrılmıĢ bir binada qurğunun
montaj edilməsinə rəhbərlik etməli oldum. Ġndiki kimi yadımdadır. Bizim
yaratdığımız obyekt Ģəhərin qırağında “Ağ Ģəhər” deyilən yerdə yerləĢirdi, ora
getmək üçün mən iki tramvay dəyiĢməli olurdum. Nahar fasiləsində Ģəhərə gəlmək
mümkün deyildi. Səhərdən axĢama qədər iĢ yerində qalmalı olurduq. Tərslikdən
mən soyuqlamıĢdım, hər iki qulağım iltihablaĢmıĢdı. Qulaqlarım, baĢım bərk
ağrıyırdı, hərarətim yuxarı idi. Doktor ġıxlinski
11
evdə qalmaq lazım olduğunu
bildirdi, iĢdən azad edən bülleten verdi. Lakin mən bu hərəkəti edə bilməzdim,
bülleten cibimdə, baĢı sarıqlı iĢə davam edirdim. Bu vəziyyətdə iĢi baĢa çatdırdım
və sexi təhvil verməyə hazırladım. Sentyabr ayının 28-də sex iĢləməyə baĢladı.
Mən vəzifəmi bitirdim, lakin məni bülleten cibimdə, baĢı sarıqlı halda birbaĢa iĢ
yerimdən DSĠ-nə apardılar. Binaya girdikdən sonra mənim ciblərimi axtardılar,
Ģalvarımın metal düymələrini kəsdilər, mən bacardığım kimi Ģalvarımı əlimlə
saxlamalı oldum. Məni zirzəmiyə saldılar; kiçik qaranlıq bir otaq idi, divarlardan
axan su yerdə gölməçə yaratmıĢdı. BoĢ, soyuq dəmir çarpayının üstündə oturtdular
və paraĢa
12
ilə birlikdə qoyub çıxıb getdilər.
Həyatımın yeni mərhələsi baĢlandı. Mənə qarĢı bu münasibət nə ilə bağlı idi
- bilə bilmədim. Mənim gizli saxladığım cinayətkar fikirlərimi açmaq tapĢırığı alan
müstəntiq ĠĢxanov aĢağıdakı sözləri deməyə məcbur oldu: “Sizin istehsalat
fəaliyyətiniz bizə yaxĢı bəllidır - o nöqsansızdır (bu, onun dediyi sözlərdir), ancaq
siz düĢüncə tərzinizə görə cəzalanmalısınız”. O dedi ki, mənim xəstə-xəstə iĢə
çıxmağımdan, isti qum ilə qulaqlarımı qızdırdığımdan xəbərdardır, ancaq bütün
bunlar mənə bəraət qazandırmır. 18 il keçdikdən sonra mənim cinayət iĢimə
yenidən baxan Dövlət Təhlükəsizlik Ģöbəsinin polkovniki Veliçenko mənə dedi ki,
sənin heç bir günahın yoxdur, müstəntiq ĠĢxanovun sənin haqqında topladığı iki
11
Abdulla ağa Omar ağa oğlu ġıxlinski - 1899-cu il yanvarın 5-də Qazaxda anadan olub. 1918-ci il
aprelin 6-da Bakı Realnı Məktəbini bitirib. Azərbaycan Milli Ordusunda yunker kimi xidmət edib.
MəhĢur generalımız Əliağa ġıxlinskinin əmizadələrindəndir. Sovet tibb elmində görkəmli mütəxəssis,
tibb elmləri namizədi kimi məĢhur idi. Abdulla ağa 1970-ci il mayın 23-də Bakıda vəfat edib - Ş. N.
12
Həbsxanada ləyən, vedrə
75
cildlik sənədlər “heç bir çürük yumurtaya da dəyməz”. Lakin ömrümün bu
mərhələsi ondan baĢladı ki, məni 8 ay ibtidai həbsdə saxladılar, bu müddət ərzində
müstəntiq ĠĢxanov mənim pis düĢüncə tərzimi açmağa çalıĢır, iki tomluq sənədlərin
üstündə tərləyirdi.
Daha sonra hərbi tribunal məni, tanımadığım 32 nəfərlə birlikdə əmlakımız
müsadirə olunmaqla və cəzanı çəkib qurtardıqdan sonra 5 il seçicilik hüququndan
məhrum edilməklə 10 il həbs cəzasına məhkum etdi. Böyük əsəb və zehni əmək
sərf etməklə ağır zəhmət çəkdiyim 1926-1942-ci illər üçün Vətən məni bu cür
mükafatlandırdı. Bu zaman məni tanıyan çox yoldaĢlar mənə partiyaya daxil
olmağı təklif edirdilər. Mən bu təklifləri rədd edirdim. Ġstəmirdim ki, məni
partiyaya “soxulmaqda” günahlandırsınlar. Mən hiss edirdim ki, bu hal baĢ verməli
idi. Birinci iki ili mən Lənkəran rayonunda olan ümumi həbs düĢərgələrində
(cinayətkarın və siyasi dustaqların bir yerdə saxlandırıldıqları düĢərgələr ümumi
düĢərgələr adlanırdı) saxlanıldım. Lənkəran düĢərgələrində heç bir sənaye
müəssisəsi yox idi, ona görə də mən öz ixtisasım üzrə iĢləmirdim. 1946-cı ildə
Lənkəran düĢərgələri ləğv edildi. Dustaqları baĢqa düĢərgələrə payladılar -
düĢərgələrin sayı-hesabı yox idi. Mən Bakının KeĢlə rayonunda yerləĢən 3 nömrəli
düĢərgə məntəqəsinə düĢdüm. Burada məni çoxları bir mühəndis və bir insan kimi
tanıdı. Bizim düĢərgə məntəqəsinin rəisi əvvələr ġollar su kəmərinin - ikinci Bakı
xətti tikintisi rəisinin köməkçisi vəzifəsində iĢləmiĢdi. Bizim zavod su kəməri üçün
xüsusi hissələr hazırlayırdı. O zaman mən, zavodun texniki rəhbəri kimi, iĢçilər ilə
birlikdə bizim hissələrdən istifadə edilən sahələrə gedirdim. Məni su kəməri
tikintisindən tanıyırdılar. DüĢərgə məntəqəsinin rəisi düĢərgəyə gəlməyimi bilən
kimi, məni tikinti obyektlərindən biri olan BEMZ-nin texniki Ģöbəsinə göndərdi.
Orada məni tanıyan mühəndislərin əhatəsində idim. Mən bir az rahat nəfəs almağa
baĢladım. Lakin, bu səadət uzun çəkmədi. DSĠ-də mənim Bakıda olduğumu
bildilər, bu Mir Cəfər Bağırovun ora rəis təyin etdiyi Yaqubovu dəli kimi coĢdurdu
və o, Bağırova xoĢ olsun deyə məni ciddi rejimli düĢərgələrdən birinə yollamaq
haqqında əmr verdi. Bu zaman mən Lənkəranda qazandığım malyariya ilə əziyyət
çəkirdim. Mən düĢərgənin tibb məntəqəsində 39-40 dərəcə hərarətlə yatırdım.
Ancaq, xəstə dustaqları bir yerdən baĢqa yerə daĢımağa icazə verilmədiyinə
baxmayaraq, Yaqubovun tapĢırığı ilə məni xəstəxana çarpayısından qoparıb yataba
göndərdilər. On iki gün yük vaqonunda yol getdikdən sonra - vaqonda 70 nəfər
idik - məni Mordoviyada Penza Ģəhərinin Dubravlaq rayonunda yerləĢən
Tamnikovski düĢərgələrinə gətirdilər. Bu düĢərgələr ciddi rejimli düĢərgələr idi,
onlar hər birində 50 min dustaq olan bir neçə düĢərgə məntəqəsindən ibarət idi. Bu
zaman mən “xoĢbəxt” həyatımın yeddinci onilliyinə qədəm qoymuĢdum. Bu yaĢda
mən dustaqların meĢədə gördükləri ağır iĢi yerinə yetirə bilmirdim. Məndən
briqadaların yerinə yetirdikləri iĢlərin hesabını aparmaq üçün istifadə edirdilər.
1952-ci il-də mənim düĢərgədə qalmalı olduğum 10 il həbs cəzam tamam oldu.
Məni azadlığa buraxmalı idilər. Lakin, bir cinayətə görə iki cəza vermək olmaz
76
qanununa zidd olaraq, məni evə buraxmaq əvəzinə 10 gün xüsusi yaradılmıĢ, çox
çətin Ģəraitdə Stolipin vaqonunda Qazaxıstan vilayətinin Karaqanda Ģəhərinə
gətirdilər. Orada məni yarısökük kənd evində yerləĢdirdilər və iĢ təklif etdilər ki,
özümü dolandıra bilim. Yeni ixtisas - qamıĢdan həsir toxumağı öyrənməli idim. Bu
iĢi görməklə mən gündə 20 qəpikdən artıq pul qazana bilmirdim. Moskvaya inadlı
müraciətlərimdən sonra, məni nəhəng kompleks olan Qazaxıstan Maqnitkası
tikilən Temir-Tau Ģəhərinə, öz ixtisasım üzrə iĢləməyə göndərdilər.
TEMĠR-TAU. QAZAXMETALTĠKĠNTĠ
(1952-1958-ci illər)
Burada ĠMK-da (Ġstehsalat müəssisələri kombinatı) cürbəcür tapĢırıqları
yerinə yetirınək üçün mənə mühəndis vəzifəsi verdilər. Hər ehtimala qarĢı mənə
çatdırdılar kı, mən buraya “həmiĢəlik” göndərilmiĢəm. Atalar sözündə deyildiyi
kimi, hər anın bir hökmü var; mən Temir-Tauda həmiĢəlik qalmadım, ancaq
ömrümün yeddi ilini orada keçirməli oldum. Nəhəng miqyaslı tikinti Ģəraitində
mexaniki-konstruktor iĢləri görməkdə lazım gəlirdi. Mən orada olduğum müddətdə
bir neçə irihəcmli iĢləri yerinə yetirdim, o iĢlərə görə dəfələrlə mükafatlandırıldım,
təĢəkkürnamələr ilə təltif olundum.
Dəmir-beton hissələr hazırlayan sexə mexaniki betonyığan tələb olunurdu.
Bu, mənim ilk iĢlərimdən biri oldu. Bu betonyığanı Rusiyanın hər hansı bir
Ģəhərindən almaq mümkün olmadı. Onu hazırlamaq üçün 1 və ya 1,5 il vaxt
verilirdi, bu da tikinti iĢlərini poza bilərdi ki, ona yol vermək olmazdı. Onu özümüz
hazırlamalıydıq - Betonyığanı layihələĢdirdim, trestin emalatxanaları isə onu
qurdular. Bizim ümumi səyimiz müvəffəqiyyətlə nəticələndi; betonyığan bütün ili
dayanmadan iĢlədi. Soyuq qıĢ günlərində, o, açıq havada, buxarvermə kameranın
üstündə buz bağlayırdı, buna görə onu Çelyuskinə yürüĢ etmiĢ gəmilərin Ģərəfinə
“Çelyuskenli” adlandırırdılar. Beləliklə, mənim köməyimlə böyük bir məsələ həll
edilmiĢdi. Tikilməkdə olan beton qatıĢıq qovĢağının təchizatı zamanı da ikinci
böyük bir çətinliklə rastlaĢdım. Bu, hündürlüyü 30 metrə yaxın olan üçmərtəbəli
bir tikinti idi. Avtomobillərlə daĢınıb zirzəmilərə yığılmıĢ sement onun yuxarı
mərtəbəsinə verilməli idi. Binadan kənarda yerləĢmiĢ zirzəmilərdə olan sement,
yuxarı mərtəbəyə pnevmatik üsul ilə verilməli idi. Bina tikilmiĢdi, pnevmatika isə
yox idi. Onu yalnız 2 ildən sonra verməli idilər. Bu müddət dözülməli deyildi.
Vəziyyətdən çıxmaq üçün mənə xüsusi tapĢırıq verildi. Sementi yuxarı mərtəbəyə
vermək üçün mexaniki qurğu hazırlamalı idim. Məsələni çox mürəkkəb bir Ģəraitdə
həll etmək lazım idi. Mən, 70 yaĢlı bir qoca, 30 metr hündürlüyə qalxıb, lazım olan
ölçünü götürməli olurdum. Bu məsələ də müvəffəqiyətlə həll edildi. Yuxarı
mərtəbəyə sement vermək üçün istifadə edilməli qurğunun çertyojunu hazırladım,
onun layihəsi verildi. Bu, tikinti üçün böyük nailiyyət kimi qiymətləndirildi.
Mənim üçüncü diqqətəlayiq iĢim, taxtakəsən sexlə əlaqədar oldu. Həmin sexdə -
77
böyük məhsuldarlıqla taxtakəsən dəzgah üç “Bomender” iĢləyirdi. Çoxlu taxta
kəpəyi əmələ gəlirdi, təmizləmək çoxlu vaxt aparırdı və bu iĢlə adətən qadınlar
məĢğul olurdular. Hər bir iclasda bu iĢin yüngülləĢdirilməsi məsələsi ortada
qoyulurdu. Bu iĢ də pnevmatik görülməli idi, lakin məsələ açıq qalmıĢdı. Bu
məsələni də həll etmək mənə tapĢırıldı. Bu da çox çətin iĢ idi. Pnevmatik
nəqliyyatın layihələĢdirilməsi xüsusi bilik tələb edirdi. Bu iĢlə Leninqrad
Politexnik Ġnstitutunun professoru, gərək ki, ġemyakin məĢğul olurdu. Mən kömək
üçün ona müraciət etməyi qərara aldım. Professor cavabında mənə bildirdi ki, onun
kitabı çox kiçik tirajla buraxılmıĢ, tez satılmıĢ, hətta onun üçün bir nüsxə belə
qalmamıĢdır. Eyni zamanda o, mənə məsləhət görürdü ki, çox ehtiyatlı olum,
hesablamalar düzgün aparılmasa, mən böyük müvəffəqiyyətsizliyə uğraya bilərəm.
Lakin, nə isə etmək lazım idi. Mən bir neçə kitab, o cümlədən də bir ensiklopedik
lüğət tapa bildim, həmin lüğətdə bəzi hesablamaların formulları var idi. Öz
düĢüncəmə və bu formullara əsasən mən pnevmatik taxta kəpəkləri yığan
mexanizmin layihəsini hazırladım. Mən müvəffəqiyyətə əmin olmadığımı baĢ
mühəndisə bildirdim, bununla mən üzərimə düĢən məsuliyyəti onunla bölüĢmək
istəyirdim. Ġxtisasca inĢaatçı gənc oğlan baĢ mühəndis məsuliyyətə mənimlə
birlikdə cavabdeh olacağını söyləməklə, məni daha da ruhlandırdı. Ancaq
mexanizmi iĢə salarkən sexdəki iĢçilər ona sualla müraciət etdikdə cavab verirdi ki,
bu iĢdən o, xəbərdar deyildir. ĠĢi bu təcrübəli, qocaman Ģəxs həyata keçirir o da
müvəffəqiyyətə nail olmalıdır. BaĢ mühəndisin məsuliyyəti mənimlə bu cür
“bölməyi” mənim kefimi pozurdu. Mən hiss edirdim ki, vəziyyətdən tək çıxmalı
olacağam. Lakin tale mənə yar oldu, qurğu müvəffəqiyyətlə iĢləməyə baĢladı.
Rəhbərlik mənə təĢəkkürünü bildirdi. Qadınlar bu ağır iĢdən azad olmuĢdular.
Ancaq, onların narazı qalmaları mənim təəccübümə səbəb oldu. Onları
əvvəlkindən də ağır bir sahəyə keçirmiĢdilər. Bir az sonra onlar boyunlarına aldılar
ki, iĢ həqiqətən də çox ağır imiĢ, lakin onlar əmək haqqlarının artmasını tələb
etmək niyyətində imiĢlər, mənim belə bir qurğu yaratmağım onlara böyük zərər
gətirmiĢdi. Buna görə də onlar məni “lənətə gəlmiĢ qoca” adlandırırdılar. Temir-
Tau Ģəhərində mənim dördüncü iĢim ağackəsən maĢının bünövrəsinin
möhkəmləndirilməsi oldu. Bu aqreqatı quraĢdırarkən süxurun vəziyyətini nəzərə
almamıĢdılar. Süxurun möhkəm olmamasına görə maĢın möhkəmliyini itirirdi.
Ağackəsən dəzgah laxlamağa baĢlamıĢdı. Möhkəmlətmək üçün onu bünövrədən
çıxarmaq və yenidən quraĢdırmaq lazım idi. Bu da iĢin uzunmüddət dayanması
demək idi. Mən təklif etdim ki, onu sökmədən, bünövrəni möhkəmlətməklə bu
çətinlikdən çıxmaq olar. MaĢına lazım olan möhkəmliyi vermək üçün bünövrə Salı
ilə birləĢdirilmiĢ və sement qatıĢığı ilə üstü örtülmüĢ metal konstruksiyasının
layihəsini hazırlamalı olduq. Bütün əməliyyatı bir həftə ərzində yerinə yetirdik.
Beləliklə, mən Timur-Tauda yeddi illik sürgündə olduğum illər ərzində bir neçə
əmək qələbəsinə nail ola bildim. Rəhbərlik mənim iĢimi qiymətləndirirdi, bu haqda
Ģəhər və vilayət qəzetlərində yazılar çap edilirdi. 1958-ci ildə ittifaqda siyasi
78
Ģəraitdə olan dəyiĢikliklər ilə əlaqədar olaraq mən vətənə qayıtmaq hüququ əldə
etdim. Bu zaman Qazax-metal tikinti trestində mənə iĢ təklif etdilər və söz verdilər
ki, ailəli yaĢamaq üçün lazım olan hər bir Ģəraitlə təmin edəcəklər. Lakin, bu vaxtı
Bakıda Bağırov və məni həbsdə saxlamağa çalıĢan onun əlaltıları artıq həbs
edilmiĢdilər. Gələcəkdə mən bəraət qazana bilərdim, ona görə də evə qayıtmaq
qərarına gəldim.
BAKIYA QAYIDIġ
Vaxtı ilə mənimlə birgə iĢləmiĢ və məni yaxĢı tanıyan mərhum Bədəlov
Kamal Dəmir oğlu Temir-Tauya məktub yazır və təkid edirdi ki, mən Bakıya
qayıdım. Ömrün 18 ilini müxtəlif cəza yerlərində keçirdikdən sonra vətən məni
yaxĢı qarĢıladı. Bu zaman Kamal Dəmir oğlu Sovnarxozun nəzdində olan tikinti
materialları idarəsində rəis müavini vəzifəsində iĢləyirdi. O, idarənin bütün
iĢçilərini topladı və mənə Qazaxmetaltikintidə verilmiĢ xasiyyətnaməni onlara
oxudu. YoldaĢlar məni öz kollektivlərinə götürmək arzularını bildirdilər. Məni
Tikinti Materialları və Qurğuları Elmi Tədqiqat Ġnstitutunun direktoru yoldaĢ
Məlik-Yeqanova Tura xanım idi. Məlik-Yeqanova yüksək səviyyəli iĢçilər sırasına
daxil idi. Dərin, parlaq zəkaya malik olan bu qadın, öz mənəvi cəhətlərinə görə də
baĢqalarından kəskin surətdə fərqlənirdi. Onun yaratdığı Ģəraitdə iĢləmək özü də
böyük xoĢbəxtlik idi. Onun daxili aləmi ruhən kübar qadının aləmi idi. Hamı ilə
əlaqə saxlayan, dil tapan bu qadın yanındakılardan seçilirdi. Onun mənə qarĢı olan
münasibəti, baĢqalarına qarĢı olan münasibətdən seçilirdi. Mən onunla olan Ģəxsi
söhbətlərimdə heç bir vaxt 18 il cəza yerlərində olduğum illər haqqında söhbət
açmırdım. Ancaq buna baxmayaraq hiss edirdim ki, o, mənə qarĢı olan ədalətsizliyi
yaddan çıxartmır və çalıĢır ki, institutda iĢlədiyim Ģərait mənə keçmiĢləri yaddan
çıxartmağa kömək etsin. Bütün bunları yaxĢı baĢa düĢərək mən institut üçün
yaddaqalan, xüsusi əhəmiyyət kəsb edən bir iĢ görmək istəyirdim. Çox təəssüflər
olsun ki, bu mənə, müyəssər olmadı və institutda iĢlədiyim 8 il mənim üçün
peĢimanlıq illərinə döndü. Məni 80 yaĢın da, böyük hörmət və məhəbbətlə
pensiyaya çıxartdılar. Mən özümü bu Ģərəfə layiq bilmədiyim üçün əhəmiyyət kəsb
edən iĢlərimi yada salıb məmnum olurdum. Ancaq sonuncu mərhələdə mən heç bir
yadda qalan iĢ görmədən orqanı tərk etməli oldum. Mən Məlik-Yeqanovanın
ümidlərini boĢa çıxartmıĢ, onun gözlədiyi fəaliyyəti doğrultmamıĢ olduğumu
düĢündükcə, çox ağır bir hiss keçirirdim.
79
DAġÇIXARMA LABORATORĠYASININ
DAġYIĞAN MAġINI
Mənə institutda tikinti materiallarının hazırlanması prosesində lazım olan
maĢınların və qurğuların çertyojlarını iĢləyib hazırlayan xüsusi konstruktor
bürosuna (XKB) rəhbərlik etmək tapĢırılmıĢdı. XKB-nin birinci iĢi institutun
nəzdində olan daĢçıxartma laboratoriyasının təklifini iĢləyib hazırlamaq oldu, bu iĢi
xatırladıqca mən dərin bir peĢimançılıq hissi keçirirəm. Süxurlardan daĢ kubikləri
yonularkən, bu kubiklərin maĢınların altından yığılması çox ağır iĢdir. Bu iĢ bir əl
ilə yerinə yetirilirdi. Bu iĢi mexanikləĢdirmək lazım idi. Laboratoriyanın
iĢçilərindən biri Politexnik Ġnstitutunun üçüncü kurs tələbəsi Qabrielyan kəsilmiĢ
kubikləri yığan maĢın düzəltmək istəmiĢdi. O bu maĢının Ģəklini çəkmiĢ,
laboratoriyaya təqdim etmiĢdi. Lakin bu maĢın üzərində dərindən düĢünmək və
maĢınqayırma zavodlarında istifadə edilə bilən elmi çertyojlar hazırlamaq lazım
idi. Bu tapĢırığı ġmidt zavodunun konstruktorlarına vermək istəyirdilər. Bu eskizlə
tanıĢ olduqdan və onun çox savadsız tərtib edildiyini müəyyən etdikdən sonra
ġmidtçilər onu iĢləyib, hazırlamaqdan imtina etdilər. Ġnstitutun nəzdində XKB-nin
açılmasını eĢidən laboratoriya ilk növbədə həmin tapĢırığı yerinə yetiriləcəyinə
əmin idi. XKB-nin yarandığı ilk günlər idi, təklifi rədd etmək olmazdı. Mən
direktoru iĢin çətinliyindən, eskizin çox savadsız olmasından xəbərdar etdim, eyni
zamanda ona çatdırdım ki, bu iĢdən imtina etmək lazımdır. ĠĢə baĢlamağa məcbur
olduğumu gördükdə, xahiĢ etdim ki, Qabrielyanı da layihələĢdirmə iĢinə cəlb
etsinlər. FikirləĢdim ki, onun özünün iĢtirakı ilə, onun müəlliflik hüququna
toxunmadan layihədə lazım olan dəyiĢilikləri edərik. Aqreqatın üzərində nə qədər
çalıĢsaq da onu lazım olan tələblərə cavab verməli hala gətirə bilmədik. Mən bu
haqda təkcə öz direktorumuza deyil, eyni zamanda Sovnarxozun Tikinti
Materialları Ġdarəsinin rəisinə də məlumat verdim. XahiĢ etdim ki, idarəyə gəlsinlər
və çertyojlar ilə tanıĢ olsunlar. Rəhbərlik həmin maĢını qurmaq qərarına gəldi. Onu
qurdular, zavodda sınaqdan da keçirdilər. Zavodda elə bil ki, yaxĢı nəticə alındı,
lakin daĢ karxanasında, əsl iĢ Ģəraitində, o iĢə yaramırdı. Laboratoriyanın təĢəbbüsü
iflasa uğradı. Təklifin müəllifləri, o cümlədən də demək olar ki, maĢınqayırma
iĢindən tamamilə xəbərsiz olan laboratoriya müdiri Qarbulov özü
müvəffəqiyyətsizliyi XKB-da gördülər. Onların fikrincə guya XKB bu iĢi
“bacarmamıĢ”, ya da ki, bu təklifin həyata keçirilməsinə “bilə-bilə” - maneçilik
törətmiĢdir. Bu uzunu XKB-ya pis münasibətlənirdi. Bir istiqamətdə iĢləməli iki
orqan arasındakı bu münasibət müsbət nəticə verə bilməzdi.
|