YARALI SÖHBƏT
Bizim iĢimiz müqəddəs, haqq iĢidir, bizim ölməyimizlə o məhv
olmayacaq. - Qalibiyyət yolunda bizim qanımız hələ çox töküləcək, ancaq
göstərilən fədakarlıqla, verilən qurbanlarla böyük ideyalar qalib gəlir. Biz
ölməklə, al qanımıza boyanmıĢ azadlıq və bərabərlik bayrağını intiqam və
qalibiyyət irsini gələcək nəsillərə qoyub gedirik.
Spartak
Faris babanın kiçik qardaĢı polkovnik Qalib bəy Vəkilovun 1918-ci ildə
yaranan Milli Orduda böyük xidmətləri olub. Onu da otuz yeddidə həbs ediblər.
Arabir qardaĢı haqqında soruĢurdum. Hər dəfə də o, söhbətin yönünü dəyiĢir və bu
barədə danıĢmaq istəmirdi. Yüzü haqlayıb, uĢaq kimi kövrək olan qocanın qəlbinə
dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çingiz Ġldırımdan saldım. Bilirdim ki, Çingiz
Ġldırımla Qalib bəy dost olublar. Qoca məcbur olub ötəri bir əhvalat danıĢdı. Mən
əl çəkməyib, - Qalib bəy niyə tutulub? - deyə soruĢanda qoca əlimdən yapıĢıb:
- Bərk yorulmuĢam, - dedi. Qoy qardaĢım Qalib haqqında söhbət sonraya
qalsın, onun faciəsi çox uzundur. Bu, illərlə ürəyimdə gəzdirdiyim yaralı bir
söhbətdir.
Yazıq görkəm alan qoca üzrxahlıq elədi, - Ġncimə, gələn Ģənbə-bazar
gözləyəcəm...
Təəssüf ki, Faris baba mənə görüĢmək üçün vəd etdiyi bazar gününə kimi
yaĢamadı...
Sonralar Qalib bəy Vəkilovun doğma qızı Leyla xanımla bir neçə dəfə
görüĢdüm. Pedaqoji elmlər doktoru, professor Leyla xanım Vəkilova M.F.
Axundov adına Rus Dili və Ədəbiyyatı Ġnstitutunda iĢləyirdi.
General Əliağa ġıxlinskinin onlarda saxlanan nadir Ģəkillərinin üzünü
çıxartdıranda, general babası Ġbrahim ağa Vəkilov haqqında veriliĢ hazırlayanda
arabir atası haqqında da soruĢdum. O da əmisi kimi suallarıma çox qısa cavab verir
və nədənsə bu mövzunun üstündən sükutla keçirdi.
“...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressiya
olunanların, hətta uşaqları da bəzən öz ata-analarının günahkar olmasına inanır
50
və açıq-aşkar onlardan üz çevirirdilər. Bu, nə ilə əlaqədar idi? Qorxaqlıqla, yoxsa
öz şəxsi həyatını qorumaqla? Bu da vardı, amma əsas səbəb yalnız kor-koranə,
fanatik inam idi”.
Professor Nikolay TruĢenkonun bu sətirlərini “Smena” jurnalında (1988, №
9) oxuyanda dərhal Leyla xanımı xatırladım. Susmağının səbəbini sanki bu
sətirlərdə tapmıĢdım. Elə ki, atası haqqında danıĢmağa baĢladı, bir daha gördüm və
hiss etdim ki, Leyla xanımdan qorxu hissi, doğrudan da, çox uzaqdır. Zarafat
deyildi, doğma atadan danıĢmaq, yazmaq əlli ildən çox idi yasaq edilmiĢdi. O, heç
vaxt “xalq düĢməni” atasından üz döndərməmiĢdi. Nə kor-koranə, fanatikcəsinə
“ellər atası Stalinə”, nə də M.C.Bağırova özünün pənahı kimi pərəstiĢ edə
bilməmiĢdi. O illərdə incidilmiĢ əlli bir min “gözükölgəli” azərbaycanlı ailəsindən
biri kimi dərdini ürəyində çəkmiĢdi. Və bəlkə də Leyla xanımın ağlına gəlməzdi ki,
vaxt gələcək, aĢkarlığın, demokratiyanın iĢığında hər Ģey açıq-aydın etiraf ediləcək.
Bütün gümanlar, Ģübhələr ürəklərdən silinib atılacaq, haqq-nahaq öz yerini
tapacaq.
- Təəssüf ki, mən atamı babam Ġbrahim ağadan daha az görmüĢəm, - Leyla
xanım söhbətinə general babasından baĢlayır. – Ġlk dəfə atam Qalib bəy həbs
ediləndə mənim cəmisi altı yaĢım vardı. Ġkinci dəfə isə on üç yaĢında idim. Ona
görə də atam haqqında anamın söhbətlərindən yadımda qalanlar daha çoxdur.
- Bəs general babanız Ġbrahim ağa Vəkilov atanız həbs ediləndə sizə onun
haqqında heç nə danıĢmayıb?
- Yox, Babam heç vaxt oğlunun günahsız həbs olunması haqqında söhbət
salmazdı. Sonralar mənə məlum oldu ki, babam atamın tutulmasını ürəyində
sağalmaz yara kimi gəzdirirmiĢ. Mənim kimi körpə qız uĢağına xalqının, Vətəninin
rifahı üçün çalıĢan atamın xidmətlərini və onun günahsızlığını baĢa salmaq
iqtidarında deyilmiĢ. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi də
gözüm önünə gətirəndə kövrəlirəm. Babam o ağır illərdə qanadları qırılmıĢ quĢ
kimi gəzirdi.
General-topoqraf Ġbrahim ağa Vəkilovun ailəsində üç övlad böyüyürdü.
1866-cı il iyunun 20-də isə tale bu ailəyə yeganə qız payı - Rəna xanımı bəxĢ
etmiĢdi. XoĢbəxt ailənin bircə nigarançılığı vardı: ata müsəlman, ana isə xristian
dininə mənsubdur. Bəs övladları hansı məzhəbə qulluq etməlidir? - sualı ailəni
keçilməz sədd, dibigörünməz qaranlıq qarĢısında qoymuĢdu.
Qleb sənətində atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi ilə Tiflis
kadet korpusunu müvəffəqiyyətlə bitirib Xarkovdakı üçüncü Aleksandr adına Ali
Hərbi-Texniki Ġnstitututa qəbul olundu. Ġkinci kursdan sonra Qleb Vəkilov könüllü
olaraq həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev Hərbi Məktəbində
təhsilini davam etdirdi.
Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalxıb mütləqiyyətm rədd olunmasını
tələb edirdi. Qanlı bazar hadisələrindən hiddətlənən xalq hərəkatı coĢmuĢdu.
Ġmperiyanın hər yerində çarizmin qanlı cinayəti nifrətlə qarĢılandı. Belə təlatümlü,
51
qarıĢıq bir dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda
təhsil alan böyük oğlu Borisi, Moskvada yunker məktəbində oxuyan Qlebi də bir
sual düĢündürdü. Mən kiməm, hansı millətə məxsusəm? Bu izahedilməz sual
qarĢısında qalan hər iki qardaĢ tez-tez ata-anaya müraciət edirdilər.
Faris Vəkilovun söhbətindən: - Mənim on doqquz yaĢım tamam oldu.
Dərs məĢğələləri ilə bərabər Məhəmmədin dininə keçmək fikri də məni tərk
etmirdi. l904-05-ci illərdəki Ģərait bu niyyətimin həyata keçməsinə kömək etməli
idi. Bədniyyətli rus-yapon müharibəsi, xalq kütlələri arasındakı inqilabi əhvali-
ruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi.
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəĢr olundu. Orada hər hansı
bir səbəbdən öz ata-baba dinindən dönmüĢlərə yenidən o dinə qayıtmalarına icazə
verilirdi. Adama elə gəlirdi ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da
məsələ həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim
Peterburqa gəliĢimin birinci ilində pravoslav dinin müdafiəçilərini bilavasitə
yaxınlığında bu məsələni qaldırmağı məsləhət görmədilər. Anamın Lev Tolstoya
məktubunda da bu ehtiyat öz əksini tapmıĢdı. XoĢagəlməz hadisələrdən yaxa
qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli
olduq.
Ona görə də çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefimovna Vəkilova
1909-cu il martın 2-də dahi yazıçı Lev Nikolayeviç Tolstoya məktubla müraciət
etməli olub.
1910-cu ildə yunker Qalib bəy Vəkilov Moskvadakı Alekseyev hərbi-
texniki məktəbini bitirib xidmətə baĢladı. Birinci Dünya müharibəsi baĢlananda o,
Qərb cəbhəsindəki mühəndis alayında döyüĢürdü. Molodeçnıy Ģəhəri uğrunda
gedən döyüĢlərdə göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov
2-ci dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olundu. Hərbi-texniki mütəxəssis
kimi Qalib bəy Vəkilovun ən baĢlıca vəzifəsi düĢmənin qəfil hücum edəcəyi bərə
və keçidlərin möhkəm qurulması, səngərlərdə piyada və tank əleyhinə mərmilərin
dəqiq yerləĢdirilməsi idi.
Leyla xanımın stolun üstünə qoyduğu müxtəlif sənəd və foto-Ģəkillərin
hamısı inqilabdan əvvələ məxsusdur. Onların arasında çox qalın olmayan bir kitab
da var. Bu, məĢhur ədəbiyyatĢünas Firudin bəy Köçərlinin ilk “Azərbaycan
tatarlarının ədəbiyyatı” kitabıdır. Onu müəllif 22 oktyabr 1903-cü ildə avtoqrafla
Leyla xanımın general babasına hədiyyə verib. “Hörmətli İbrahim ağa Vəkilova
böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən. Qori şəhəri”.
ġəkillərdən ikisi daha maraqlıdır. Onlar general-leytenant Əliağa
ġıxlinskiyə məxsusdur. Ġndiyədək heç kəsə məlum olmayan və heç yerdə dərc
edilməyən bu Ģəkillər 1915-ci ilə aiddir. Bir qrup zabit və üç nəfər Ģəfqət bacısı ilə
birgə Ģəkildə isə Əliağa ġıxlinski həyat yoldaĢı Nigar xanımla birgə dayanıb.
- Nigar xanımla yanaĢı əyləĢən anam Aleksandra Ġvanovna Vəkilovadır.
Anam da atam Qaliblə birgə Birinci Dünya müharibəsi illərində döyüĢən orduda
52
xidmət edib. Anamın rütbəsi leytenant olub. O da Nigar xanım kimi hərbi səhra
qospitalında Ģəfqət bacısı iĢləyib. Oktyabr inqilabı baĢlananda onlar Minsk
ətrafindakı cəbhədə olublar. Atam üç ay ordu sıralarında komandir kimi xidmət
etdikdən sonra komandanlıq onu qulluğunu davam etdirınək üçün Bakıya ezam
edir. O, yeni yaranan Azərbaycan Milli Ordusunda hərbi-mühəndislər idarəsinin
rəisi təyin olunur. Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqutuna qədər
iĢləyir. Sonra atam XI Ordunun Ənzəli Ģəhərindəki mühəndis qoĢunları hissəsinin
rəisi vəzifəsində qulluq edir.
Anam da bu yürüĢdə atamla birgə olub. Atam bu yürüĢdə ağır xəstələnib. O,
malta qızdırmasına tutulub. Xəstəliyinə baxmayaraq, 1922-ci ildə yenidən
Azərbaycan BaĢ Hərbi - Mühəndislər Ġdarəsinin rəisi vəzifəsində iĢə baĢlayıb.
Sonra Zaqafqaziya Qızıl Ordu hərbi inqilab Ģurasının hərbi sənaye komitəsinin
direktoru olub. Bu vəzifədə beĢ il iĢləyib.
- Leyla xanım, bayaq dediniz ki, atanız iki dəfə həbs edilib. Otuz yeddinci
ildən əvvəl nə vaxt həbs olunmuĢdu?
- Atam ilk dəfə 1931-ci ildə həbs edilib. O, inĢaatçı-mühəndis sifətilə
Belomor-Baltik kanalının tikintisində dustaq kimi iĢləmiĢdi. 1933-cü ildə o,
həbsxanadan gəldi. Qocalıb əldən düĢmüĢ, xəstəhal atamın saçı tamam ağarmıĢ və
dinib-danıĢmaz olmuĢdu. O, tək bircə dəfə mənimlə həbs olunması haqqında
söhbət edəndə dedi: “Kim mənim haqqımda sənə nə deyir desin, bilmirəm. Bircə
onu yadında saxla ki, mən nə Vətənimin, nə xalqımın qarĢısında, nə sənin, nə
ananın, nə də heç kəsin qarĢısında günahkar deyiləm”.
Belomor-Baltik kanalı tikintisindən qayıdandan sonra atam Bakıda məiĢət-
tikinti trestində direktor müavini iĢlədi.
Yadımdadır, çox tez-tez xəstələnirdi. SemaĢko adına xəstəxanada,
dəmiryolu xəstəxanasında, sonra da Bayıldakı xəstəxanada müalicə olunurdu. Onu
operasiya elədilər. Anamla yanına çox çətinliklə gedib-gəlirdik. Bir xeyli sonra
atamın səhhəti yaxĢılaĢdı. Ailəmizin güzəranı da pis deyildi. O, iĢini dəyiĢmiĢdi.
Ġndi Kür üstündəki Bankə qəsəbəsində iĢləyirdi. Sən demə, ən dəhĢətlisi irəlidə
imiĢ. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını açan bu dəhĢətli qara il yüzlərlə saf
Azərbaycan ziyalısı ilə birlikdə atamı da uddu...
1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında iki bəraət məktubu
aldım. Biri 1931-ci ilə görə, biri də 1937-yə görə. Sonuncuda yazılmıĢdı ki,
polkovnik Qalib Vəkilov 19 dekabr 1937-ci ildə həlak olub. Anamla mən isə otuz
yeddinci ildən əlli altıya qədər onu həbsxənalarda axtarırdıq.
Leyla xanım Vəkilovanın stolunun üstündə daha bir tarixi Ģəkil var: süfrə
arxasında altı nəfər əyləĢib. Ovdan qayıdıb nahar edirlər. MəĢhur sovet sərkərdəsi
Mixail Frunze sol əli çənəsində dərin düĢüncələrə dalıb. Onun sağ yanında
dayanmıĢ Əliheydər Qarayevlə Qalib bəy Vəkilov da fikirlidirlər. Təkcə diviziya
komandiri Məmməd Veysov məĢğuldur. O, əlindəki çəngəl-bıçaqla qarĢısındakı
qabda nəyisə doğrayır. Qalan iki nəfərin kimliyi məlum deyil. Leyla xanım deyir
53
ki, bu Ģəkil 1925-ci ilin qıĢında M.V.Frunze ikinci dəfə Azərbaycana gələndə
Xaçmaz rayonunun ərazisindəki keçmiĢ Neruçev (indik №-li sovxoz)
malikanəsində çəkilib.
Altı ay keçməmiĢ bu sıradan biri - M.Frunze qəfil vəfat etdi. Əliheydər
Qarayev, Qalib bəy Vəkilov otuz yeddinin qurbanı oldular. Məmməd Veysov isə
doqquzillik həbs cəzası çəkib 1957-ci ildə vəfat etdi.
- Leyla xaınm, atanızın dostlarından kimləri xatırlayırsınız?
- Hələ uĢaq idim, yadıma gəlir ki, M.V.Frunze, Əliağa ġıxlinski, Serqo
Orconikidze və ən çox Çingiz Ġldırım qonağımız olardı. Çingiz Ġldırım mənim üçün
“Çi dayı idi.” O, çox Ģən, səsli-küylü, çox vaxt mənimlə oynayan, mənə cürbəcür
macəralar danıĢan “Çi dayı” idi.
Onun ailəsi yox idi. Vaxtının çoxunu atamla bizdə keçirərdi. “Çi dayı”
uĢaqlara xüsusi məhəbbət və hörmətlə yanaĢardı.
Onun danıĢdığı yarımfantastik hekayətlər də yaxĢı yadımdadır. O, nəql
edərdi ki bir dəfə qatar gedə-gedə atılıb ona mindim, ordan da hoppanıb uçan
təyyarənin üstünə qondum, bunları danıĢır, özü də mənimlə birgə gah təəccüblənər,
gah da uğunub gedərdi.
O danıĢırdı ki, yadıma gəlir, bir dəfə Lənkəran tərəfdə ov eləyəndə
qamıĢlıqdan qəfil çıxan atanı qaban zənn edib az qala qanına qəltan eləmiĢdim. “Çi
dayı” hər gəliĢində mənə rəngli uĢaq kitabları gətirərdi. Bir dəfə ağacdan yonulmuĢ
qaban heykəli gətirdi. Pəncəsində anama avtoqrof yazdırmıĢdı.
Həmin heykəl - qaban budur. Ġndi də saxlayıram.
Atamın yazı stolunun üstündə “Çi dayı”nın Qırmızı Bayraq ordeni alandan
sonra çəkilmiĢ fotoĢəkli qoyulmuĢdu. Onu Çingiz əmi avtoqrafla atama
bağıĢlamıĢdı.
Birdən-birə “Çi dayı” yoxa çıxdı. Bir müddət bizə gəlmədi. Hər dəfə mən
atamdan soruĢanda ki “Çi dayı” niyə bizə gəlmir, onlar susardılar. Mənim sualım
cavabsız qalardı. Xeyli sonra mən baĢa düĢdüm ki, o qara illərin qorxunc əli onun
da yaxasından yapıĢıb. Çingiz Ġldırım yaxasını qurtarmaq üçün əvvəl
Maqnitoqorsk, 1934-də isə Kirov-Roqa gedir. Amma orda da onu axtarıb tapdırır
və güllələtdirirlər.
Leyla xanım stolun üstündəki Ģəkli götürüb kədərli səslə: - “Çi dayı”nın
atama bağıĢladığı bu Ģəkil qeyri-adi bir təsadüf nəticəsində bizdə qalıb, - deyir.
Atam həbs olunanda onun kitabları, bağıĢlanmıĢ Ģəxsi silahı, sənədləri hamısı
müsadirə olundu. “Çi dayı”nın bu Ģəkli isə sonralar lazımsız bir kitabın arasından
çıxdı. Atam Çingiz Ġldırımdan sonra həbs olunacağını gözləyirdi. O, hətta, “Çi
dayı”nın həbs olunmasını eĢidəndə anama deyib ki, indi növbə mənimdir.
Görünür, atam bilə-bilə “Çi dayı”nı Ģəklini lazımsız kitabın arasına qoyub
ki, ələ düĢməsin.
54
Çingiz Ġldırıma bəraət veriləndən sonra bu nadir Ģəkil o gözəl insandan
demək olar ki, yeganə yadigar idi. Bizim muzeylər bu Ģəklin surətini çıxartdılar.
Adını daĢıyan Politexnik Ġnstitutu qarĢısındakı büst də bu Ģəkil əsasında qoyuldu.
ƏZABKEġ ĠNSANIN XATĠRƏLƏRĠ
Xatirə tarix elmi kimidir. Belə halda gərək hər şeyi olduğu kimi nağıl
edəsən, artırıb-əskiltməyəsən. Düzgün xatirə yazmaq üçün gündəliyin əhəmiyyəti
böyükdür. Çox təəssüf ki, bu gözəl mədəni adət bizdə az qala tamamilə
unudulmuşdur.
Məmmədcəfər Cəfərov,
akademik
Sovetlər dövründə hər adam xatirə yazmağa, gündəlik tutmağa cəsarət
eləmirdi. Çünki xatirəni dövlət xadimi, müdrik adamlar yazır. Vəzifədə olan
azərbaycanlılar totolitar rejimdə o qədər sıxıĢdırılıb, o qədər “döyülüblər” ki,
əksəriyyəti bu xeyirxah iĢdən vaz keçiblər. Əgər yazmalı da olsaydılar, mütləq
dövrün onların səsini içində boğduğunu, ədalətsizliyi yazmalı idilər.
Faris bəy Vəkilovdan bizə yadigar qalan gündəlik çox yığcam xatirədir.
Ömrünün doxsan birinci ilində yaddaĢına arxalanan bu saf ziyalı inamla demək
olar ki, heç bir tarixi faktda, ildə təhrifə yol verməyib. Yejov kimi qaniçənin
hökmranlığı dövründə - 1936-1937-ci illərdə biliyinə və bacarığına görə Moskva
yaxınlığındakı “BeĢ saylı zavodda”direktor iĢləyən Faris bəyi türk olduğuna görə
təqib ediblər. O acı illəri xatırlayan Faris bəy yazır: “Mənim orada nələr çəkdiyimi
yazan olsa, həcmcə böyük, məzmunca çox təsiri bir əsər yaranardı. Rusların
təsəvvüründə “türk” sözü “düşmən anlayışı ifadə edirdi. Bir neçə həftə işdən evə
qayıdarkən, soyunmadan yatırdım, hər an həbs olunacağımı gözləyirdim. Nə üçün?
sualını vermək çox gülməli idi”.
Nəhayət, vətəni Azərbaycana qayıtmağa məcbur olan Faris bəyin iĢdən
getməsinə bircə nəfər - zavod partiya təĢkilatı katibi Aleksandr Dudetski təəssüflə:
- Siz niyə gedirsiniz? Biz Sizin büllur kimi təmiz adam olduğunuza əminik.
Xatirələrində Faris bəy 1917-ci ildən birbaĢa 1923-cü ilə keçir. Bu da
təbiidir. YetmiĢinci illərdə hələ Sovet orqanlarının, senzorun qadağaları mövcud
idi. Həyatının Müsavat dövrünü, Fransada yaĢadığı illəri ötəri təsvir edir. Halbuki
1922-1926-cı illərdə Parisdə mühacirətdə olan alim-general Məmmədsadıq bəy
Ağabəyzadə Fransadan xalası oğlu, məĢhur alim Əlibəy Hüseynzadəyə 1922-ci
ildə yazdığı məktublarda Ģəhərdə Faris bəy Vəkilova rast gəlib, vətən haqqında
dərdləĢdiklərindən yanıqlı epizodlar yazır.
Əlbəttə, bütün bunları yazmamaq Faris bəy Vəkilovun günahı deyil. Günah
zamanın sərt abı-havası idi. “Ġlan vuran ala çatıdan qorxar” - deyib atalar. Faris bəy
18 illik sürgündə gözü ilə od-alov görüb gəlmiĢdi.
55
Atalar yaxĢı deyib ki, qismətdən artıq yemək mümkün olmadığı kimi,
bəladan da qaçıb qurtarmaq olmaz. Vətəndə Faris bəyi pis qarĢılamadılar.
Mütəxəssis kimi o, lazım idi. Amma müsavatçı kimi də gözdən iraq buraxmadılar.
“Rəhbərlik məni zavoddan çıxardıb, Baksovet sisteminə keçirməyi qərara aldı.
Baksovetin müəssisələrinin səmərəli iĢinə, rəhbərlik etmək, ruhlandırmaq isə,
üçüncü Ģəxs, “sayıq göz”, xüsusi Ģöbənin rəisi Arsen Arakelova həvalə edildi.
Onun peĢəsinin nə olduğunu bilirdim. Ancaq onun nə üçün orada olduğunu yaxĢı
bilmirdim. Köhnə mühəndis, partiyaçı olmayan, bəy ailəsindən olan Faris bəy
Vəkilovu nəzarətsiz qoymaq olmazdı”.
Nəhayət, 1942-ci ilin yayında Faris bəy Vəkilovun həyatına qara bir səhifə
yazılır. Orqan iĢçiləri - Medvedyev və ĠĢxanov addımbaĢı izlədikləri Faris bəyi
həbs edirlər.
Ġlk dindirilmədə müstəntiq ĠĢxanov (ĠĢxanyan - ġ.N.) kin-küdurətlə deyir:
- Sizin istehsalat fəaliyyətiniz bizə yaxĢı bəllidir, o, nöqsansızdır (bu, onun
dediyi sözlərdir), ancaq siz düĢüncə tərzinizə görə cəzalanmalısınız.
Yalnız düĢüncə tərzinə görə on səkkiz il həbsxanalarda, sürgündə olmazın
əzab çəkən Faris bəy vətənə qayıda bilir. Sonralar Sovet Dövlət Təhlükəsizlik
Ģöbəsinin polkovniki Veliçko ona bəraət verərkən demiĢdi:
- Sənədlər və faktlar göstərir ki, sənin heç bir günahın yoxdur. Müstəntiq
ĠĢxanovun sənin haqqında topladığı iki cildlik sənədlər heç bir çürük yumurtaya da
dəyməz.
Zənnimizcə, Faris bəy Vəkilovun ən böyük “günahı” 1918-1920-ci illərdə
Gürcüstan hökuməti yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi, çar və
müsavat generalının oğlu olması yə əla bir mühəndis kimi Ģöhrət qazanması idi.
Namərd erməni ĠĢxanov bunların üçünü da yığcamlaĢdırıb ona “düĢüncə tərzi” adı
ilə siyasi rəng verib.
O illərdə ağıllı adamların biliyinə, fikirlərinə siyasi rəng vermək orqan
iĢçiləri arasında dəbdə idi. Çünki belə günahsız ziyalılara ayrı cür qara yaxa
bilmirdilər. Ümumtürk tarixinin görkəmli tədqiqatçısı Lev Nikolayeviç Qumilyovu
1937-ci ildə həbs edən XDĠK-nın prokuroru xüsusi müĢavirənin qərarını oxuyaraq
demiĢdi:
“Siz təhlükəlisiniz, çünki çox savadlısınız. Ona görə də on il həbs cəzası
alacaqsınız”.
Faris bəy Vəkilovun 1977-ci ildə səliqə-səhmanla yazdığı xatirələri 1914-cü
ildən baĢlanır. Maraqla oxunan bu xatirə Ģəxsi xarakter daĢımır. Burda elə
epizodlar, elə hadisələr var ki, onu həyəcansız oxumaq mümkün deyil. Nə
gizlədim, bir nəfəsə oxudum bu saf qəlblə, Ģirin qələmlə yazılmıĢ xatirələri.
Oxuduqca fransızların müdrik bir xalq deyimini xatırladım: “Yazanda, vicdanla,
allah dərgahına üz tutaraq, bir də bəşəriyyətin istəkləri naminə yazmaq lazımdır”.
56
MƏNĠM NƏ ZAMAN VƏ HARADA ĠġLƏDĠYĠM
HAQQINDA QISA TƏƏSÜRAT
(Petroqrad, 1914-1915-ci illər, Putilov zavodu)
Mənim əmək fəaliyyətim 1914-cü ildə baĢlayıb. Mən Ġmperator I Nikolayın
Peterburq Texnoloji Ġnstitutunun 5-ci kursunun tələbəsi idim və diplom layihəsinin
müdafiəsinə hazırlaĢırdım. Almaniya ilə müharibə baĢladı. Mən tam ali təhsilli
ixtisasçı olmasam da, müdafiədə iĢləməyə - Petroqrad Putilov zavodunun Top
emalatxanasına ezam edilim.
O zaman zavodda 30000-ə yaxın iĢçi vardı. Yalnız Top emalatxanasında
3000-ə yaxın fəhlə çalıĢırdı. Mən ora getməmiĢdən qabaq Top emalatxanasında
bizim institutu bitirmiĢ beĢ gənc mühəndis iĢləyirdi. Onlar hamısı kontor xarakterli
iĢlərdə - layihə, planlaĢdırma və sairədə iĢləyirdilər. Bir neçə gün bəzi qrafik iĢlər
ilə məĢğul olduqdan sonra, mən baĢa düĢdüm ki, bu, mənim iĢim deyil. Sexlərdən
eĢidilən dəzgah və motor səsləri mənim diqətimi cəlb edirdi. Hiss edilirdi ki, orada
qaynar iĢ gedir. Mən emalatxananın baĢ mexaniki Nikolay Ġvanoviç Pomelov ilə
tanıĢ olmuĢdum və onu müxtəlif dəzgahlar, onların xüsusiyyətləri və xassələri
haqqında suallarla narahat edirdim. Nikolay Ġvanoviç böyük həvəs ilə çoxillik
təcrübəsini mənimlə bölüĢürdü. Fəhlə ailəsində həyata gəlmiĢ, xüsusi savadı
olmayan, böyük iĢ təcrübəsi olan bu Ģəxs, özünün məndən qat-qat təcrübəli
olduğunu hiss etdirmədən, bildiklərini məndən əsirgəmirdi. Bizim tanıĢlığımızdan
bir neçə gün sonra, mənim inciyəcəyimdən ehtiyat edərək o, böyük ədəblə mənə
özünün köməkçisi yerini təklif etdi. Mən bu təklifə görə çox sevindim, təĢəkkür
etdim və Nikolay Ġvanoviçə bildirdim ki, mən tələbəlik həyatını bitirsəm də,
istehsalatda heç bir təcrübəm yoxdur və ola bilər ki, çox da yaxĢı köməkçi
olmayam. Nikolay Ġvanoviçi bu sözlər fikrindən döndərmədi. Mənim razılığımı
qəbul edib, elə həmin gün bu haqda Top emalatxanasının rəisi Bonifatiy Pavloviç
Fyodorovla danıĢdı. Fyodorov isə o zamankı vaxt və Ģərait üçün nüfuzlu bir
Ģəxsiyyət idi. Müharibə vaxtı bilavasitə üç topçu generalın müĢahidəsi altında,
3000 fəhləsi olan məsul bir emalatxanada rəhbərlik etmək çox çətin iĢ idi.
Fyodorov diplomlu mühəndis deyildi. Fəhlə ailəsində böyümüĢ, zavod
zəhmətkeĢlərinin sərt məktəbini keçmiĢ bu Ģəxs, yersiz incəliklərdən uzaq idi.
Onun tabeliyində iki diplomlu mühəndis var idi. O, çox tələbkar idi, heç bir
güzəĢtə yol verməzdi. Fyodorov öz emalatxanasının bəlası idi. O, məni köməkçi
götürmək üçün Pomelova razılıq verdi. Birinci günlər hərlənən, küy salan
maĢınların səsindən çəkdiyim həyəcanları uzun müddət unuda bilmirdim. Fəhlələr
tezliklə mənim dəzgahlardan xəbərdar olmadığımı baĢa düĢdülər. Onlar mənim
hətta xırda məsələləri belə həll edə bilmədiyimi görürdülər. Yazı masaları
arxasında iĢləyən mühəndislər, mənim əllərimin, bəzən isə, hətta sifətimin çirkli
olduğunu gördükdə, təkəbbürlə gülümsəyirdilər. Mənim istehsalat iĢinə meylim, bu
yolda çəkdiyim mənəvi əziyyət onlara qəribə gəlirdi.
57
Mənə yad olan bu həyata qapıldığımdan üç həftə sonra baĢa bəla –
Fyodorov məni yanına çağıraraq, rəisim Pomelovun xəstələndiyini və bir neçə ay
zavodu tərk edəcəyi xəbərini mənə çatdırdıqda, mənim nə cür hisslər keçirdiyim,
indi də, 60 il keçdikdən sonra da yaxĢı yadımdadır. Top emalatxanasının böyük
təsərrüfatının tələb olunan halda saxlanılması və təmir edilməsi vəzifəsi mənim
üzərimə düĢürdü. Üstümə ağır yük kimi düĢmüĢ iĢin həcmindən mən dəhĢətə
gəlirdim. Mən verilən tapĢırıqdan imtina etmək istədim, lakin Fyodorov özünə
məxsus sərtliklə: “Müharibə zamanı istəklə iĢləmək olmaz. ĠĢə baĢlayın,
çətinliklərə rast gəldikdə Ģəxsən mənə müraciət edin” - dedi. Tərslikdən, mənim
müstəqil iĢə baĢladığım ilk günlər kiçik tokar dəzgahları qrupunda qəza baĢ verdi.
Transmissiya valı çatladı, bu transmissiyada iĢləyən 40 ədəd dəzgah sıradan çıxdı.
XoĢbəxtlikdən ehtiyat valları var idi. Val əvəz edildi... Həftə yarım keçdikdən
sonra yeni val həmin yerdən sındı. Valı yenə dəyiĢdik... DəhĢət... - yenə də o
müddət keçdikdən sonra həmin yerdə, həmin qəza. Görəsən buna səbəb nə ola
bilərdi? Bu hal pis qiymətlənirdi, bütün baxıĢlar mənə dikilmiĢdi.
Heç yerdən kömək gözlənilmirdi. Vəziyyətdən çıxmaq lazım idi. Bu
hadisələrdən bir az əvvəl “Vesmik texnoloqa” jurnalında metalların yonulması
haqqında məqalə oxumuĢdum. Bu məqalə məndə - görəsən mənim valım tez-tez
deformasiyaya uğramırmı – fikrini yaratdı.
Valı yoxlayarkən məlum oldu ki, onun podĢipniklərindən biri yerini
dəyiĢmiĢdir və val əks istiqamətlərdə vaxtaĢırı əyilir. Qəzanın səbəbi məlum oldu.
Yeni val normal iĢləməyə baĢladı. Mənim kənardan kömək almadan vəziyyətdən
çıxmağım hamının diqqətinə səbəb oldu. Mənim nüfuzum artdı. Fyodorov məni
birinci iĢ müvəffəqiyyətimə görə təbrik etdi. Bu, mənə çox baha baĢa gəlmiĢdi. Ən
yaxĢısı o idi ki, mən fəhlələr arasında hörmət qazanmıĢdım. Pomelov daha zavoda
gəlmədi və mən il yarım tək iĢləməli oldum. 1916-cı ilin əvvəlində, Fyodorovun
mənə verdiyi çox yaxĢı xasiyyətnamə ilə məni səhmdar cəmiyyətinə məxsus olan,
ancaq ölkənin Müdafiə üçün də iĢləyən “Feniks” maĢınqayırma zavoduna iĢə
göndərdilər.
Dostları ilə paylaş: |