KÖÇƏRLĠ (1881-1954). Vəkilovlar nəslinin görkəmli qadın nümayəndələrindən
biri də məĢhur maarifçi Badisəba xanım Mustafa ağa qızı Vəkilova - Köçərlidir. O,
xalqımız qarĢısında əvəzsiz xidmətləri olan ədəbiyyatĢünas Firidun bəy Köçərlinin
həyat yoldaĢı idi. Xatirələrdən məlum olur ki, Badisəba xanım Firidun bəyin ömür-
gün yoldaĢı olmaqla yanaĢı, onlar həm də əqidə, məslək birliyi ilə yaĢamıĢlar. Hələ
Qori Ģəhərində yaĢayanda Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi
materialları” adlı çox dəyərli əsərini yazarkən əlavə və düzəliĢlərdən sonra əsərin
üzünü yenidən köçürmək lazım olurdu. Badisəba xanım Firidun bəyin bu qiymətli
əsərinin üzünü böyük həvəs və məhəbbətlə bir neçə dəfə yazmıĢdı. Firidun bəy
Köçərlinin ölümündən sonra Badisəba xanım ədəbi-pedaqoji fəaliyyətini
dayandırmayıb. Onun təĢəbbüsü ilə 1925-1926-cı illərdə Firidun bəyin
“Azərbaycan ədəbiyyatı tarixi materialları” əsəri ilk dəfə Bakıda iĢıq üzü görüb.
40
Badisəba xanım səmərəli fəaliyyətini ilk dəfə xalqımıza mərhum yazıçı Hacağa
CümĢüdlü “Badisəba” sənədli povestində (AzərnəĢr, 1963-cü il) çatdırmıĢdır.
Badisəba xanım Vəkilova - Köçərlinin Respublika Əlyazmalar Ġnstitutunun
arxivində (Arx.24, Q-l) 1948-ci il aprelin 20-də öz dəsti - xəttilə yazdığı
“Tərcümeyi-hal”ı saxlanılır. Onu olduğu kimi ilk dəfə təqdim edirik: “Mən
Badisəba Mustafa ağa qızı Köçərli 1881-ci il martın ikisində Qazax rayonunun
Salahlı kəndində anadan olmuşam.
Hələ beş yaşım tamam olmamış atam vəfat edib. Anam Fatma xanım Paşa
ağa qızı səkkiz uşaqla dul qalıb. On altı yaşında ikən 1897-ci ildə böyük qardaşım
Məmməd ağanın məktəb yoldaşı Firidun bəy Köçərliyə məni ərə veriblər. Sonralar
Firidun bəy Köçərli Qori Seminariyasının müəllimi olmuşdur. 1920-ci ilə qədər
evdar qadın olmuşam. Yoldaşım öləndən - sonra 1921-ci ildə Maarif
Komissarlığının əmrilə Bakı Pedaqoji Texnikumunda tərbiyəçi olmuşam. Yoldaşım
müəllim olduğuna görə məni evdə oxutmuşdu. 1922-ci ildə Bakı Pedaqoji
İnstitutunun Ümumi şöbəsində təhsilimi davam etdirmişəm. 1925-ci il mayın 1-də
Maarif Komissarlığının əmrilə Zaqatala Pedaqoji Texnikumunu təşkil etmək üçün
məni oraya direktor göndərdilər.
1929-cu ilin sentyabr ayına qədər Zaqatalada işlədim. Həmin ilin oktyabr
ayının beşində Maarif Komissarlığının əmrilə Quba Pedaqoji Texnikumunda
təsərrüfat işləri pozğun olduğuna görə məni o rayona müdir müavini göndərdilər.
Az müddət işlədikdən sonra xəstələndim. Bakıya qayıdıb beş ay müalicə olundum.
1930-cu ilin oktyabr ayında Respublika Maarif Komissarlığının əmrilə
Nuxa iki nömrəli uşaq evini təşkil etməyə göndərildim. O vaxtdan bu günə qədər
burada direktor vəzifəsində işləyirəm. Zəhmətimi hökumət qiymətləndirib: 1945-ci
ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi adı ilə, 1946-cı ilin mart
ayında “Şərəf nişanı” ordeni və həmin ildə “Qafqazın müdafiəsinə görə” medalı
ilə təltif olunmuşam.
Qohumlarından bir qardaşım və bir bacım var. Qardaşım Kirovabadda
(indiki Gəncə - red.) işləyir və pensiya alır. Bacım isə evdar qadındır. Xarici
ölkədə qohumlarım yoxdur.
Nuxa iki nömrəli uşaq evinin direktoru Badisəba xanım Köçərli.
ġƏHADƏTNAMƏ
Verilir qız xeylağı Mədinə xanım Mehdi ağa qızı Vəkilovaya ondan ötrü ki,
o, təqdim etdiyi sənədlərdən göründüyü kimi, Rusiya Ġmperiyasının təbəəsi,
Yelizavetpol quberniyası Salahlı kəndinin əhli, zadəgan qızı, 1886-cı il iyulun 9-da
doğulmuĢ, Məhəmməd dininə etiqadlıdır.
Müqəddəs Nina Tiflis Qızlar məktəbində fənlər kursunu bitirmiĢ və ona
1904-cü il iyunun 2-də verilmiĢ 162 nömrəli attestatdan məlum olur ki, əla tərbiyə
ilə birlikdə Ġlahiyyat dərsindən əla, kilsə-slavyan və ədəbi dildə rus dilindən yaxĢı
41
və rus dilində inĢadan kafi, riyaziyyatdan kafi, ümumi və rus coğrafiyasından
yaxĢı, ümumi və rus tarixindən yaxĢı, təbiət tarixindən kafi, fizikadan, riyazi və
fiziki coğrafiyadan kafi, hüsnxətdən yaxĢı və əl iĢindən əla qiymətlər almıĢ;
gimnaziya kursunun qeyri-icbari fənlərindən pedaqogikaya, fransız və tatar
dillərinə və rəsmə əla yiyələnmiĢ; sonra o, Mədinə xanım Vəkilova elə həmin
qızlar məktəbinin VIII əlavə sinfinə daxil olmuĢ, eləcə də Ġlahiyyət dərsinin, ana
dilinin və hesabın ibtidai tədris üsulları ilə tanıĢ olmuĢ və dərs ili ərzində ona
verilən bütün nəzəri və praktik iĢləri kifayət qədər yerinə yetirmiĢdir. Onun,
Mədinə xanım Vəkilovanın ev müəllimi olmaq arzusunu nəzərə alaraq və onun
təqdim etdiyi təsdiqedici Ģəhadətnamələri tam qənaət bəxĢ hesab edərək ona,
Mədinə xanım Vəkilovaya 1870-ci il mayın 24-də (iyunun 5-də) Ali tərzdə təsdiq
edilmiĢ Xalq Maarifi Nazirliyinin qızlar gimnaziyaları haqqında fərmanın 4-cü
paraqrafına müvafiq olaraq rus dilini tədris etmək hüququ və göstərilən ada
müqabil səmərə və üstünlüklər olmaqla ev müəllimi adını daĢımaq hüququ
verilmiĢdir. Bunun təsdiqi olaraq ona, Mədinə xanım Vəkilovaya lazımi imza və
Qafqaz Təhsil Dairəsi Popeçiteli Dəftərxanasının möhürü olan bu Ģəhadətnamə
verilir.
Tiflis şəhəri,
1905-ci ilin 4 iyun günü.
Qafqaz Təhsil Dairəsinin
Popeçiteli
Dəftərxana müdiri
ġƏHADƏTNAMƏ
Verilir Qazax qəza idarəsindən Salahlı kənd sakini Məmməd Ağa Pənah
Ağa oğlu Vəkilova ondan ötrü ki, o, Qazax qəzasının Salahlı kəndinin yerli
ağalarındandır. Adı ağaların 1860-cı ildə tutulmuĢ kameral siyahısında öz atası
Pənah Ağanın ailəsində 83-cü nömrə altında qeyd olunmuĢdur. Cənab Yelizavetpol
qubernatorunun 5 sentyabr 1870-ci il tarixli 50/9 saylı sərəncamı ilə Qazax qəza
idarəsinə göndərilmiĢ Ağalar Komissiyasının ağalar və bəylər siyahısında isə onun
ağalar və bəylər rütbəsi qəbul olunmamıĢdır. Həmin rütbəyə təqdim edilənlərin
siyahısında Məmməd Ağa Pənah Ağa oğlu göstərilməmiĢdir. Dövlət möhürü
basılmıĢ imza ilə təsdiq edilir. Yanvarın 28-ci günü 1871 il. Dağkəsəmən kəndi.
QAZAX QƏZA RƏİSİ
Mayor
42
UZUN ÖMRÜN SƏHĠFƏLƏRĠ
Məni çox kefsiz və bir az da könülsüz qarĢıladı. Əvvəlcə baĢa düĢə
bilmədim, bu etinasızlıq mənim gəliĢimə görədir, yoxsa qoca xəstəhaldır. Elə-belə,
nəzakət xatirinə “keçin, əyləĢin” - dedi. Bu tənha yaĢayan qocanın tərtəmiz
geyimindən, ev Ģəraitindən hiss etmək olurdu ki, çox səliqəli adamdır.
Qoca əvvəl eynəyini çıxartdı, sonra da dizinin üstündəki kitabı qatlayıb
kənara qoydu. Ġri Ģkafin enli siyirtməsini çəkib dərindən nəfəs ala-ala, qara
məxməri parçaya bükülmüĢ bağlamanı açdı. Balaca bir Ģəkil tapıb iĢığa tərəf tutdu.
Ġri ala gözlərini geniĢ açıb “budur - atam, - dedi, buyur, bax!” “Atam” - deyəndə
səsi qırıldı. Bu qocanın bütün varlığını qəribə, təsvirolunmaz bir kövrəklik titrətdi.
Udqunub üzünü yana döndərdi.
Mən Ģəkli alıb baxdım. Bu, cavan, çox yaraĢıqlı bir zabitin ötən əsrdə
çəkilmiĢ Ģəkli idi.
- Faris baba, - dedim, - bəs sənədləri? Təkcə bu Ģəkillə nə eləmək olar?
Mümkünsə sənədləri də tapın, birgə baxaq, elə buradaca... Heç yerə
aparmayacağam.
O, könülsüz geri döndü, ağır addımlarla yenidən Ģkafa yaxlaĢdı. Xeyli
əlləĢdi. Bayaq oxuduğu kitabı o küncdən bu küncə qoyur, dəftəri açıb baxır,
arasından heç nə tapa bilməyib əsəbiləĢirdi...
Səbrim tükənmiĢdi, onun əhvalı mənə də təsir etmiĢdi. Nəhayət, Ģkafın tək
gözündən götürdüyü qalın bir qovluğu mənə verib titrək, kövrək səslə soruĢdu:
- Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri?
- Faris baba, atanız xalqımızın hərbi-topoqrafiya tarixində yeganə general
olub. Ġstəyirəm qəzetdə, jurnalda onun barəsində bir yazı ilə çıxıĢ edim, qoy
bugünkü gənclik xalqımızın belə bir Ģöhrətli generalı olduğunu bilsin.
- Mənim atam çoxdan unudulub, - deyə incik halda əlini yellədi. Ani
fasilədən sonra əlavə etdi: - Bəlkə, elə belə yaxĢıdı. Müsavat generalı kimin nəyinə
lazımdır?.. - Ġndi baĢa düĢdüm ki, qoca məni nəyə görə könülsüz qarĢıladı.
- Bir vaxt özüm çox çalıĢdım ki, üzə çıxsın, generallar arasında onun da adı
çəkilsin. O da Azərbaycan üçün, xalqı üçün can qoyub, cəbhələrdə vuruĢub,
gecəsi-gündüzü topoqrafiya çəkiliĢlərində keçib.
- Hələ 1883-cü ildə rus-Ġran komissiyasının tərkibində Xəzər dənizindən
Əfqanıstana qədər olan sərhədlərin dəqiqləĢdirilməsində iĢtirak edib. Belə bir ciddi
iĢi vaxtından əvvəl yerinə yetirən atamın xidməti Ġran hökumətinin ən yüksək
“ġire-XorĢid” ordeninə layiq görülüb. O, Krımın, Dağıstanın və bütün Qafqazın
topoqrafik xəritəsini tərtib edib. 1892-ci ildə Türkiyəyə ezam olunan atam Qars
vilayətinin rus-türk sərhədlərində topoqrafiya iĢlərinə rəhbərlik edib. Cənubi
Azərbaycanın Təbriz, Xoy, Urmiya və baĢqa Ģəhərlərinin də topoqrafik çəkiliĢinə
atam rəhbərlik edib. Hər gələn bir sənədini, Ģəklini istədi, elə o gedən oldu. -
43
Kövrək-kövrək, - mən də ki, belə, gördüyün kimi, qocaldım, əldən düĢdüm. Sənəd,
Ģəkil aparanların da ünvanını, telefonunu itirdim. O, insafsızlar da nə atam
haqqında yazdılar, nə də Ģəklini qaytardılar.
- Mən burda baxacam, heç nəyi heç yerə aparan deyiləm. Qeydlərimi də
burada eləyəcəm...
- YaxĢı, onda aç qovluğu, söhbət eləyək. Əvvəla, de görüm atamın sorağını
sənə kim verib? - zəndlə üzümə baxıb soruĢdu.
- Bir marĢalın “Mənim xatirələrim” adlı yeni kitabı çıxıb. Orda atanız,
polkovnik Ġbrahim ağa Vəkilovun Sərdarabad, BaĢ Abaran əməliyyatındakı
fəaliyyətindən geniĢ məlumat verilir. Qərargah rəisi polkovnik Ġbrahim ağa
Vəkilovun hərbi döyüĢlərdə məharətini marĢal bütün ordu heyətinə nümunə
göstərir, - dedim.
Üz-gözündən gördüm ki, bu fakt onu hədsiz dərəcədə sevindirdi. Məndən
qabaq əl uzadıb qovluğu özü açdı.
...1978-ci ilin yazında Faris bəy Ġbrahim ağa oğlu Vəkilovla tanıĢlığım belə
oldu. Həmin il atası haqqında “Azərbaycan” jurnalında çıxıĢ etdikdən sonra
yenidən onun görüĢünə getdim.
Faris baba jurnalı aldı, yazını o üz-bu üzə vərəqlədi. Divanda yanaĢı
əyləĢdik.
- Oxu, - dedi, - görüm nə yazmısan?
Yarıya çatmamıĢ sərlövhəsini bir də soruĢdu.
- “Qəribə tale”, - dedim və dönüb ona baxdım. Onun ağıllı, iri gözlərində
yaĢ damcıları görüb dayandım.
- Daha oxuma, özüm oxuyacam, - deyib buz kimi əlilə biləyimdən yapıĢdı, -
atamı yad etdiyiniz üçün hamınıza minnətdaram...
Faris bəy nə az, nə çox, ömrünün on səkkiz ilini doğma Azərbaycandan
uzaqda, əzab-əziyyətlə sürgündə keçirmiĢdi. Neçə inqilabın, neçə müharibənin
sınaqlarından sayıq çıxmıĢdı. Çünki amalı düz, əqidəsi pak olmuĢdu. Harda, hansı
Ģəraitdə olmasına baxmayaraq, qəlbində bir çırağın iĢığı yanmıĢdı. O çırağın da adı
Azərbaycan idi. Lakin bir acı ilin sərt küləyi onun üzünü elə qarsımıĢdı ki, qapısını
elə bərk çırpmıĢdı ki, o, hələ də özünə gələ bilmirdi.
Birinci Dünya müharibəsi baĢlananda Texnologiya Ġnstitutunun beĢinci kurs
tələbəsi Faris bəy Vəkilov Petroqradın Putilov zavodundakı top emalatxanasının
müdafiəsinə səfərbər olunur. Gənc mühəndisin bu zavoddakı yaxĢı fəaliyyəti onu
pillə-pillə ucaldır. 1916-cı ildə yaxĢı xasiyyətnamə ilə Petroqraddakı məĢhur
“Feniks” zavodunda baĢ mühəndis təyin olunur. Bir il sonra oktyabr tufanları
zamanı bu səhmdar idarə öz fəaliyyətini dayandırır. Faris bəy Tiflisə - ailəsinin
yanına qayıdır. O, bolĢevik Əliheydər Qarayevlə birgə ictimai-siyasi iĢlə məĢğul
olur.
Onlar
Peterburqda
fəaliyyət
göstərən
“Azərbaycan Həmyerliləri
cəmiyyəti”ndə tanıĢ olmuĢdular.
44
1918-1920-ci illərdə Faris bəy Azərbaycan Respublikasının Gürcüstan
hökuməti yanında səlahiyyətli nümayəndəsi kimi mühüm vəzifədə çalıĢır.
Azərbaycanda aprel iĢğalından sonra təqib olunan ziyalılardan biri kimi
Fransaya mühacirətə gedir. Parisdəki “Reno” zavodunda konstruktor iĢləyir. BeĢ il
Paris Ģəhərində iĢləyən Faris bəy Vəkilov mühacirətdə olan həmyerlimiz general-
mayor Məmmədsadıq bəy Ağabəyzadə ilə görüĢür, texniki biliyini artırır. Lakin
Vətən həsrəti, ata məhəbbəti onu Azərbaycana qayıtmağa məcbur edir.
“Parisdə müvəqqəti qaldığıma əmin idim, tez-tez Azərbaycanda qalmıĢ
atamla əlaqə saxlayırdım. 1925-ci ildə atam yazırdı ki, məni Peterburqdan Ģəxsən
tanıyan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi
Əliheydər Qarayev təklif edir ki, Vətənə qayıdım və hadisələr zamanı dağılmıĢ
təsərrüfatların bərpa edilməsində iĢtirak edim. Mən bu təklifdən çox məmnum
oldum.
Sovet konsulluğundan lazım olan sənədləri aldım və 1926-cı ilin fevral
ayında öz həyat yoldaĢım ilə birlikdə Bakıya qayıtdım. Əliheydər Qarayev məni
səmimi qarĢıladı. Mənzil almağa kömək etdi və leytenant ġmidt adına zavoda iĢə
göndərdi”.
...AxĢam qonĢusu mənə zəng eləyib dedi ki, Faris baba sabah sizi görmək
istəyir. Mümkünsə ona baĢ çəkin.
iĢdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu, hətta
deyərdim, qohum kimi görüĢdük.
- Ġndi mənim sənə iĢim düĢüb, - dedi. - Xəbərin varmı, atamın dayısı oğlu
Ġbrahim ağa Usubov da general olub. Ondan da yazmaq lazımdır.
Həmin günü mənə çoxlu Ģəkil, sənəd göstərdi. Səxavət əli açılan Faris
babanın mənə hədiyyə verdiyi Ģəklin biri 1901-ci ildə Qarsda çəkilib. Burda atası
Ġbrahim ağa Vəkilov topoqrafiya çəkiliĢi zamanı təsvir olunub. Hər iki Ģəklin
orijinalı indi də məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il martın
2-də böyük rus yazıçısı Lev Tolstoya öz övladlarının islam dinini qəbul etmələrinin
mümkünlüyü barədə yazdığı məktubdan söhbət açdı.
Faris baba bu məktubun fotosurətini və öz əlilə rus dilində yazdığı
xatirələrini avtoqrafla mənə verdi.
- Oğul, - dedi, - mənim ömrüm qurtarır, səninki isə baĢlayır, qoy bunlar
səndə qalsın. Amma mən tənha qocaya tez-tez baĢ çək, sənə lazım olan çoxlu
materiallar verərəm...
GENERAL-MAYOR ĠBRAHĠM AĞA USUBOV
Bu dəfə söhbətimizin əsas mövzusu Faris babanın əmisi Ġbrahim ağa
Usubov oldu. General-mayor Ġbrahim ağa Usubov 1872-ci ildə Qazax qəzasının
Qıraq Salahlı kəndində dünyaya gəlib. Sənədlərdən öyrənirəm ki, generalın atası
Musa ağa da rus ordusunun zabiti olub. Ġran Ģahzadəsi Abbas Mirzənin qoĢunları
45
1826-cı ildə Azərbaycana hücum edəndə atası Musa ağa və əmisi Süleyman ağa
Usubovlar Qazax süvari dəstəsində mərdliklə vuruĢmuĢlar. Sonralar PolĢa
müharibəsindəki nümunəvi xidmətinə görə Musa ağa Ģtabs-kapitan rütbəsinə qədər
yüksəlib.
Faris baba sənədlərindən birini açır, titrək barınağını üstündə gəzdirə-
gəzdirə:
- Fikir ver, əmim də Əliağa ġıxlinski və atam kimi Tiflisdəki kadet
korpusunu bitirib, özü də əla qiymətlərlə, - deyir, - 1890-cı ildə Xarkov piyada
Hərbiyyə məktəbinə daxil olur. Həmin məktəbi əla qiymətlərlə bitirib Ģtabs-kapitan
rütbəsində əsrimizin əvvəllərində baĢlayan rus-yapon müharibəsində iĢtirak edir.
Port-Artur döyüĢlərində mərdliklə vuruĢan əmim müqəddəs Georgi ordeninin
dördüncü dərəcəsiylə və bir neçə medalla təltif olunur. Podpolkovnik rütbəsi alır.
Həmyerliləri, artilleriya generalları Əliağa ġıxlinski və Səməd bəy
Mehmandarovla çiyin-çiyinə vuruĢan podpolkovnik Ġbrahim ağa Usubov rus-
yapon müharibəsində az Ģücaət göstərmir. Port-Artur döyüĢlərindən sonra yenidən
Xarkov Ģəhərində hərbi xidmətə baĢlayır. 1910-cu ildə Ġbrahim ağa Usubov
Tiflisdə yaĢayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin
kiçik qızı Gövhər xanımla ailə həyatı qurur.
Müsahibimdən soruĢdum:
- Generalın oğlu, qızı qalırmı?
- Bu saat hamısını deyəcəyəm, - Faris baba yenidən əl-ayağa düĢür. Köhnə
cib dəftərçələrinin birini götürüb, o birini qoyur, - Ġki adamla görüĢ, söhbət elə.
Əmim qızı Nigar xanım Usubova və generalın qardaĢı qızı Gövhər Usubova ilə.
Elə həmin günü Mirzə ġəfi küçəsinin altı nömrəli mənzilində yaĢayan
Gövhər xanıma baĢ çəkdim. General-mayor əmisinin adını eĢidən kimi səksən yaĢlı
qadının da gözlərində, sifətində qəribə bir iĢıq yandı. Sonra o iĢıq qəfildən çəkildi
və yerində təəccüb qaldı: “Nə əcəb? Haradan yada düĢüb?”.
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi:
- Fələyin gözü tökülsün, bircə əmim oğlu vardı, o da 1940-cı ildə qəfildən
vəfat etdi. Yeganə kiĢi niĢanəsi idi əmim ocağının. Atam Ġsmayılı zorla
xatırlayıram, 1910-cu ildə vəfat etdikdən sonra əmim Ġbrahimin himayəsinə
keçdim. O, Xarkovda hərbi qulluqda olsa da doğma kəndi Salahlını unutmurdu.
1914-cü ildə məni Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinə
qəbul etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Bir il sonra Azərbaycan
Demokratik Hökumətinin dəvətilə Xarkovdan Bakıya köçdü.
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, iĢdə, qulluqda necə olmağını
deyə bilmərəm, amma evdə, ailədə əmim xoĢxasiyyət, həssas qəlbli insan idi.
Təhsil və tərbiyə məsələsinə ciddi fikir verərdi. “Gövhər, deyərdi, - səni atanın
arzusu ilə müəllimliyə qoymuĢam. Sənin qarĢında mədəni insan yetiĢdirmək kimi
nəcib bir vəzifə durur. Gərək elə Ģagird yetiĢdirəsən ki, onunla həmiĢə iftixar edə
biləsən”. Yadımdadı, general Əliağa ġıxlinski tez-tez bizə gələrdi, hər iki bacanaq
46
Port-Artur döyüĢlərindən, Birinci Dünya müharibəsindəki fəaliyyətlərindən söhbət
açardılar.
Ġbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanovla,
Əliheydər Qarayevlə, Mixail Frunze və baĢqaları ilə yaxın idi, 1916-cı ildə döyüĢ
meydanlarında göstərdiyi Ģücaətə görə ona polkovnik rütbəsi verilmiĢdi.
Bu müharibədə onun göstərdiyi Ģücaət haqqında “Kaspi” qəzetinin 26 fevral
1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: “Yüz iyirmi ikinci Tamboy süvari
alayının zabiti, ikinci dərəcəli “Müqəddəs Anna” ordenli Ġbrahim ağa Usubov bu
alaya təyin olunandan sonra polkovnik rütbəsi almıĢdır. 1914-cü il oktyabrın on
dördündə Mizines kəndi ətrafindakı yüksəkliyə hücum zamanı Ġbrahim ağa
batalyona komandirlik edərkən düĢməni iki cərgə səngərdən vurub çıxartmıĢ və üç
gün bu yüksəkliyi avstriyalıların əks-hücumlarından qoruyub saxlamıĢdır.
Polkovnik Ġbrahim ağa Usubov artilleriyası ilə öz alayına himayədarlıq
etmiĢ və PeremıĢl qalasından düĢməni vurub çıxartmıĢdır. 1918-ci ilin may ayında
Ġbrahim ağa Usubovu milli Azərbaycan diviziyasında iĢləmək üçün dəvət etdilər.
O, Əliağa ġıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy QaytabaĢı,
Cavadbəy ġıxlinski və baĢqa hərbiçilərlə birgə Azərbaycan Demokratik
Hökumətinin milli ordusunun təĢkilinə baĢladı. On səkkizinci ilin aprelində
Gəncədə praporĢik məktəbi açdılar. Burada azərbaycanlı gənclər təhsil alırdılar.
Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə məktəbi
adlandırıldı. 1919-cu ildə milli hökumət xalqına sidq-ürəklə xidmət etdiyinə görə
polkovnik Ġbrahim ağa Usubovu general-mayor rütbəsi ilə təltif etdi.
Milli hökumət Ġbrahim ağanı on doqquzuncu ildə Azərbaycan ordusu üçün
hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə Ġtaliyaya ezam etmiĢdi.
Ġbrahim ağa Usubovun xarici ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız,
ingilis, alman və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət
Arxivində saxlanan bir sənəd Müsavat dövlətinin Ġtaliyadakı nümayəndəsinin
müsavat ordusuna geyim və təchizat əĢyaları almaq üçün hərbi nazirliklə
danıĢıqları barəsində teleqram - bunu təsdiq edir.
2 dekаbr 1919-cu il
Özünün sərəncamında olmadığından Ġtaliyanın hərbi nazirliyi paltar və silah
verə bilmir. O avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və
adyallar verir. Geyim əĢyaları göndərilməsi Gellə tapĢırılıb. Ġlk partiya dekabrın
axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər
qiyməti əl versə, bu əĢyaların əvəzinə parça almaq barəsində fikirləĢərəm. Parçanın
bizdəki qiymətini bildirməyinizi xahiĢ edirəm.
General
İbrahim ağa Usubov.
- Əmim çox zarafatcıl idi, - deyən Gövhər xanım söhbətini davam etdirir. -
47
Bir dəfə süfrə baĢında olan bir əhvalat yadıma düĢdü. Ġbrahim əmim
köksünü ötürüb:
- Of, - dedi, - balalarım, kaĢ hər Ģeydə: ağılda, kamalda, Ģöhrətdə özümə
oxĢasınlar. Amma bircə Ģeydə mənə yox, dayılarına oxĢasalar yaxĢıdı.
Həyat yoldaĢı - bibim tez üstünə düĢdü.
- De görüm, o nədi elə?
Əmim bığaltı gülümsünüb:
- Boyumu deyirəm, - dedi, - bircə boy-buxundan kəm-kəsirim var.
Əmim ortaboylu idi, ona iĢarə vururdu. Əliağa ġıxlinski də ona zarafatla
cavab verdi.
- Eybi yoxdu, - dedi, - Ġbrahim, qəm eləmə, o da igidə bir yaraĢıqdır.
- Gövhər xanım, general əminizin son taleyi necə olub?
- Ġyirminci ilin aprelində XI ordu gəldi. Əliağa ġıxlinski, Ġbrahim ağa
Vəkilov, Səməd bəy Mehmandarov, Firudin bəy Vəzirov, əmim və bütün
azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər
ki, poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz. Onlar da dinib-
danıĢmadılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət edərik. Səhv
etmirəmsə, hətta, onlara əmək haqqı da təyin etmiĢdilər. Əmimə vəsiqə də
vermiĢdilər ki, o, diviziya komandiri kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk
günləri idi. Evimizdə Qazaxdan gələn qonaq da vardı. Əliağa əmim, Ġbrahim dayım
da bizə gəlmiĢdi. Hamı kəndi, qohumları, uĢaqlıq dostlarını soruĢur, deyib-
gülürdülər. O vaxt bütün hərbçilər indiki Ġstiqlal küçəsindəki beĢ nömrəli evdə
yaĢayırdılar. Gecə on ikiyə iĢləyəndə hər kəs öz evinə getdi. Yenicə yatmağa
hazırlaĢırdıq ki, küçədə bir yük maĢını dayandı. MaĢından tökülüĢən əsgərlər qaça-
qaça bloklara doldular. Tüfənglərin qundağı ilə qapıları döyüb içəri soxuldular.
Əsgərlər içəri girən kimi əmimi əhatəyə aldılar. Mən əmimə tərəf atılıb zorla
əlindən yapıĢıb ağladım. Əsgərlər ev əĢyalarını siyahıya aldılar. Əmimin orden-
medallarını və özünü də apardılar. O gecə azərbaycanlı generalları – Əliağa
ġıxlinskini, Səməd bəy Mehmandarovu, Murad Gəray bəy Tlexası, Firudin bəy
Vəzirovu, general-qubernator Nərimanbəyovu, polkovnik Rüstəm ağa ġıxlinskini,
kapitan Bahadır bəy Vəkilovu, əmim Ġbrahim ağa Usubovu - hamısını yük
maĢınına doldurub apardılar. Dallarınca çox gedib-gəldik, bir xəbər öyrənə
bilmədik. Onları həbs etdirən Ġlya adlı hərbçi idi. O, yarı erməni, yarı yəhudi idi.
Əmimi, on iki azərbaycanlı general və zabiti 1920-ci il iyunun on altısında gecə ilə
Nargin adasına aparıb orada güllələyiblər. Çox get-gəldən sonra əmim arvadı
Gövhər bibimə əl boyda kağız verdilər ki, onları səhvən güllələyiblər. ġura
hökuməti ailənizdən üzr istəyir.
Əliağa ġıxlinski və Səməd bəy Mehmandarov isə ayrı kamerada olublar.
XoĢbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub çatıb və onlar
xilas olublar. Orduya soxulan terrorçu-daĢnaklardan ehtiyat edən Nərimanov ona
48
görə də 1920-ci il avqustun 1-də Ə.ġıxlinskini və S.Mehmandarovu Moskvaya
göndərdi.
General Ġbrahim ağa Usubovdan çox az niĢanə qalıb. Bir neçə Ģəkil, bir də
qızı - Azərbaycan Dövlət koservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi,
professor Nigar xanım Usubova... Mübarizələrdə keçən ömrün anları indi illərin
saralıb-soldurduğu çox az Ģəkil və sənədlərdə yaĢayır. General-mayor Ġbrahim ağa
Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır:
- Əliağa əmim deyirdi ki, atan Ġbrahimin hərbçi istedadı Birinci Dünya
müharibəsi dövründə özünü parlaq Ģəkildə göstərdi. DöyüĢ zamanı çevikliyi,
piyada qoĢundan məharətlə istifadə etməsi, xüsusilə əsgərlərlə səmimi rəftarı
Ġbrahimi rus ordusunda mahir bir sərkərdə kimi tanıtdı. Əliağa əmim bir də
danıĢırdı ki, M.V.Frunze atanı yaxĢı bir insan kimi tanıyırdı. Birinci Dünya
müharibəsindəki fəaliyyətini, hərbi sənətkarlığını çox yüksək qiymətləndirirdi.
Mən Xarkovda anadan olmuĢam. UĢaq olsam da, bəzi əhvalatları yaxĢı
xatırlayıram. Yadımdadır, nə münasibətləsə evimizdə qonaqlıq vardı, məclisdə
yüksək rütbəli zabitlərlə yanaĢı sıravi əsgərlər də iĢtirak edirdi. Əsgərlərdən biri
atam haqqında dedi: - baxmayaraq ki, o, rus deyil, azərbaycanlıdır, ancaq bizim
üçün doğma atadan da yaxındır.
Atam həqiqətən də əsgərlə zabit arasında sərt sədd çəkməyən adam idi.
Əsgərin bütün hüquqlarını əlindən alan zabitlərlə o, heç vaxt razılaĢmazdı. Məhz
bu keyfiyyətlərinə görə onu əsgərlər ata kimi sevir, hörmət edirdilər.
...Faris baba ilə görüĢlərimin birində gördüm ki, o, lüğətlə bir Azərbaycan
yazıçısının romanını oxuyur.
- Faris baba, - dedim, - indən belə dil öyrənmək gec deyilmi?
- Öyrənirəm ki, Ġbrahim əmim kimi dünənə sabah deməyim.
- O nə deməkdir?
- Bu saat danıĢacam, - deyib qoca iri gözlərilə gülümsündü. - Xatirimdədir,
1914-cü ilin yazında atam məni də götürüb kəndimiz Salahlıya gəlmiĢdi. Hələ
müharibə baĢlamamıĢdı. Atam doğma kəndinə getməyi, qohumlara baĢ çəkməyi
çox sevirdi. Ali rütbədə, yüksək bir yerdə iĢləməyinə baxmayaraq, ildə bir neçə
dəfə kəndə gedərdi. “Bu kənd - deyirdi, - oğul, harda olsam mənimlədi, adam nə
qədər böyük Ģəhərlərdə, uzaq ellərdə olsa da doğmasını, ondan süd əmdiyi yeri
unuda bilmir. Buna haqqı da yoxdur”.
Atam eĢidir ki, Ġbrahim ağa Usubov da ailəsi ilə kəndə gəlib. Abdulla
əmimlə onun görüĢünə gedirlər. Abdulla əmim Ġbrahim əmimdən soruĢur ki, nə
vaxt gəlmisən?
Ġbrahim əmim cavab verir ki, “Sabah”.
Atam təəccüb edir ki, bu nə danıĢıqdır. Abdulla əmim iĢin nə yerdə
olduğunu baĢa düĢür. Gülə-gülə deyir:
- Ġbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən. -
Qoca əhvalatı danıĢıb kədərlə gülümsündü. - Ġbrahim əmim - dedi, - uzun müddət
49
Rusiyada qulluq etdiyindən Azərbaycan dilini bir az yadırğamıĢdı. Məni də tale
ölkədən-ölkəyə, Ģəhərdən-Ģəhərə atıb. Fransız, ingilis və bir neçə dildə sərbəst
danıĢıb yaza bilirəm. Amma hiss edirəm ki, o qədər yadlarla oturub-durınuĢam ki,
doğmamı unutmaq ərəfəsindəyəm.
Faris baba çoxillik ömründə bitib-tükənməyən hadisələrin, əhvalatların
Ģahidi olmuĢdu. Heyf ki, bu səmimi, mehriban qoca ilə görüĢüm onun həyatının
son günlərinə təsadüf etdi. O, bizim iĢıqlı dünyamızdan ömrünün doxsan dördüncü
ilində köçdü.
Dostları ilə paylaş: |