BAKSOVETĠN YERLĠ SƏNAYE ġÖBƏSĠ (YSġ)
(1932-1936-cı illər)
Bu dövr hələ də Azərbaycan Respublikasının yaranma dövrü idi. Bakı
Ģəhərinin Ģəhər təsərrüfatının qaydaya salınmasına böyük əhəmiyyət verilirdi.
Baksovetin nəzdində yerli sənaye Ģöbəsi açmaq lazım gəldi. Nəzərdə tutulmuĢ
Ģöbəyə rəhbərliyi azərbaycanlı, partiya üzvü, Azərdövlətmetalsənayenin fəhləsi
yoldaĢ Rzayev Fərruxa tapĢırmaq qərara alındı. Belə bir Ģöbəni yaratmaq və ona
rəhbərlik etmək heç də asan iĢ deyildi, dəzgah arasından çıxmıĢ fəhlə üçün bu, çox
çətin vəzifə idi. Rzayevə təklif edildi ki, özünə köməkçi olaraq bir mühəndis
tapsın. Mühəndislərin arasında onun tanıĢı yox idi. O, ancaq mühəndis Vəkilovu
tanıyırdı və o, mənim adımı çəkdi. Rəhbərlik məni zavoddan çıxarıb, Baksovet
sisteminə keçirməyi qərara aldı. Baksovetin müəssisələrinin səmərəli iĢinə
rəhbərlik etmək, ruhlandırmaq isə, üçüncü Ģəxs “sayıq göz” xüsusi Ģöbənin rəisi
Arakelov Arsenə həvalə edildi. Onun peĢəsinin nə olduğunu bilmirdim, ancaq onun
nə üçün orada olduğunu yaxĢı bilirdim. Köhnə mühəndis, partiyaçı olmayan, bəy
65
ailəsindən olan Faris bəy Vəkilovu nəzarətsiz qoymaq olmazdı. Beləliklə, təĢkil
edilmiĢ bu üçlük, onlar üçün tam yenilik olan bu müəssisəyə rəhbərlik etməyə
baĢladılar. Metal sənətkarları Rzayev və Vəkilov pivə zavodlarının, qənnadı
fabriklərinin, trikotaj sexlərinin, poliqrafik müəssisələrin, asfalt karyerlərinin və s.
direktorlarına göstəriĢ verməli idilər. MaĢınqayırma sənayesinə alıĢmıĢ beynimdə
bütün yuxarıdakıları götür-qoy etməkdə çətinlik çəkirdim. Mən özümü baĢqa
planetdən düĢmüĢ kimi hiss edirdim. Lakin tapĢırılmıĢ vəzifədən imtina etmək
olmazdı. Yeni Ģəraitə alıĢmaq lazım idi. Demək olar ki, tamamilə baĢa düĢmədiyin
məlumatı dinlədikdə ağıllı, düĢüncəli bir təsəvvür yaratmalıydı. Bu hal həmiĢə
alınmırdı. Müəssisə rəhbərlərinin bizdən necə təəssüratla ayrıldıqlarını baĢa
düĢürdüm. Təsəvvürün belə olmadığı iĢi təlimatlandırmaq lazım gəlirdi. Mənim
tabeliyimə verilmiĢ müəssisələr arasında çuquntökmə emalatxanası da var idi. Bu
müəssisənin süpürgəçi və gözətçi də daxil olmaqla cəmi-cümlətanı 30 nəfər iĢçisi
vardı. Bu müəssisə mənim üçün qurtuluĢ köməyi oldu. Bu müəssisə “Zavod-2”
adlanırdı. Burada Baksovetin sifariĢçiləri üçün kiçik detallar düzəldilirdi. Ancaq,
bu “Zavod-2” Bakı Ģəhərinin təsərrüfat həyatında mühüm rol oynadı. Məni hələ də
tərk etməmiĢ istehsalata olan həvəsim öz yerini tapdı, otuzuncu illərin əvvəllərində
mənzil tikintisinə böyük əhəmiyyət verilirdi. Yeni evlər göbələk kimi artırdı. Bu,
onunla izah edilirdi ki, Bakı yaxınlığında tikinti materialları - daĢ və əhəng
istədiyin qədər var idi. Ancaq, təkcə daĢla tikinti aparmaq olmazdı. Bir çox baĢqa
materiallar, o cümlədən çuqun, kanalizasiya boruları da tələb olunurdu. Qafqazda
onları hazırlayan zavod yox idi, onlar çox az miqdarda Rusiyadan gətirilirdi.
TikilmiĢ binalar çirkab təmizləyən borular və onlar üçün fasonlu hissələr
gözləyirdi. Bizim yerli sənaye Ģöbəsinə bu çətinlikdən çıxmaq tapĢırığı verildi. BeĢ
il müddətində məni zavoddan tanıyan rəis Fərrux bu iĢi mənə tapĢırdı. Mən öz
kabinetimdən “Zavod-2”- yə keçdim və sınaq iĢləri aparmağa baĢladım. Mənim
mexanikadan bildiklərim azlıq təĢkil edirdi. Bu iĢi daha yaxĢı bilən də yox idi.
Bakı zavodlarının təcrübəsindən də istifadə etmək olmurdu, orada iri diametrli,
qalın divarlı borular hazırlanırdı. Çirkab təmizləyən boru üçün bu, yaramırdı.
Mənim atdığım addımlar fayda vermədi. Mən Leninqrada ezam olunmağımı tələb
etdim. EĢitdiyimə görə orada vaxtı ilə sahibkara məxsus olmuĢ “Svenqalli zavodu
var idi, bu zavodda çirkab təmizləyən borular hazırlanırdı. Yol yoldaĢı olaraq
bizim fəhlə, partiyanın üzvü Arutunyov Arseni mənə qoĢdular. Üç-dörd günün
ərzində biz Leninqradda zavodun təsərrüfat iĢi ilə tanıĢ olduq. Mən lazım olan
texnologiyanı, istehsal prosesini yazdım, eskizlərini çəkdim, Bakıya qayıtdıqdan
sonra, topladıqlarımız materiallardan istifadə etməyə baĢladıq. Məlum oldu ki,
çirkab təmizləyən boruların istehsal etdikləri iri çuqun borulardan tamam fərqlənir.
Bizim bakılı yoldaĢlar, çuqun əridənlər bizim iĢimizə inanmır,
müvəffəqiyyətsizliyimə Ģübhə etmirdilər. Bütün bunlara baxmayaraq, biz
Leninqraddan aldığımız məlumatlara əsasən sınaq iĢi keçirdik və yoldaĢlarımız
gözləmədikləri müvəffəqiyyəti əldə etdik. AlınmıĢ nəticələrdən vəcdə gəlmiĢ
66
mənim Fərruxum tramvay ilə hələ soyumamıĢ borunu Baksovetin sədrinə çatdırdı.
Tikinti üçün böyük xidməti olan bu istehsalın təməli belə qoyuldu. Sonralar
“Zavod-2”-nin bu təcrübəsi daha böyük zavoda verildi və zavodun məhsulu təkcə
Bakıda deyil, bütün Azərbaycanda yayılmağa baĢladı. Bakının tikinti iĢçiləri
təntənə içində idilər. Bu təntənələr içində mənim adım itdi, boru tökənlər və
direktor qəhrəman oldular.
Qazandığımız qələbənin təntənəli sədaları kəsilməmiĢ bizim qarĢımıza daha
böyük bir ciddi məsələ çıxdı. Tikilən mənzil binalarında Bakıda olan təbii qaz ilə
iĢləyən sobalar qurulurdu. YaĢayıĢ otaqlarına, mətbəxlərə qaz boruları çəkilirdi,
ancaq onları birləĢdirınək üçün qaz ventilləri yox idi. Bu kiçik detalı hazırlamaq
çox böyük diqqət tələb edirdi, çünki onlar yaĢayıĢ binalarına zəhərləyici qazın
daxil olmasının qarĢısını almaq üçündür. Ventilin korpusu çox möhkəm olmalıdır
ki, qazın keçməsini saxlaya bilsin. Çuqundan düzəldilmiĢ korpus bu bərkliyi verə
bilməzdi, ona görə də qaz ventillərinin korpusunu tuncdan hazırlamaq lazımdır.
Lakin tuncdan daha mühüm detallar hazırlanır, ona görə də qənaət etmək lazım
gəlir. Azərbaycana ventillər Rusiyanın mərkəzindəki zavodlardan gətirildi. Yeni
tikilmiĢ yaĢayıĢ binaları ventillərin olmaması səbəbindən istifadəyə verilmirdi. Bu
vəziyyətdən çıxıĢ yolu tapmaq lazım idi. Yenə də məni yada saldılar. Çox götür-
qoy etdikdən sonra, mən ventil korpusu düzəltmək üçün döyülə bilən çuqundan
istifadə etməyi qərara aldım. Bakı üçün bu, yenilik idi, döyülən çuqundan
düzəldilmiĢ Ģeylər var idi, lakin döymə çuqunun özünü əldə etmək yenilik idi. Bu
təcrübəni heç kəsdən öyrənmək mümkün deyildi. Məqsədimə özüm nail olmalı
idim. Çuqunu qızdırıb, yumĢaq hala salmaq üçün peç hazırladım. ƏrinmiĢ metala
hava təzyiqi altında maye ĢüĢə qataraq onu möhkəmlətməyi təcrübədən keçirdik.
Hər bir ventili mən özüm 2-3 atmosferdən. Hava təzyiqi 0, 2-0, 3 atmosferdən artıq
olmur.
Qırx beĢ il bundan qabaq, o vaxt necə həyəcan keçirdiyim yaxĢı
yadımdadır. Mən üzərimə düĢən məsuliyyəti, ventillərin yaĢayıĢ binalarında qəzaya
səbəb ola bildiyi halda məni nə gözlədiyini yaxĢı baĢa düĢürdüm. Özümü
yoxlamaq və bu iĢə tənqidçilərin necə münasibət bəsləyəcəklərini eĢitmək üçün
mən Moskvada çıxan “MaĢino-stroyeniya” qəzetində “Döyülən çuqundan
ventillər” məqaləsini çap etdirdim. Çox təəssüf ki, məqaləyə qarĢı tənqidi çıxıĢ
edən olmadı, yalnız Rusiyanın hansı bir Ģəhərindənsə, kimsə həmin təcrübəni
öyrənmək arzusunu bildirdi. Bütün bu iĢlər o zaman Baksoveti qaz hasiletmə
Ģöbəsinin müdiri iĢləyən gənc mühəndis ġərifov Məmməd Qasım oğlunun gözləri
qarĢısında baĢ verirdi. O, bizim iĢimizlə çox maraqlanırdı, çünki ventillər
olmadığından binaları qazla təmin etmək mümkün olmurdu. Bizim çalıĢmağımız
nəticəsiz olmadı. Bizim ventillər sınaqdan yaxĢı çıxdı. YoldaĢ ġərifov bu haqda
Baksovetin sədrinə məlumat verdi və mənim tərəddüd etdiyimə baxmayaraq,
ventillərin kütləvi buraxılması təklifini verdi. Birinci sifariĢ ilə bizdən 5000 ventil
67
tələb edildi. Məsələ həll edilmiĢ sayılırdı. Bu da böyük nailiyyət idi. Binaların qaz
ilə təchiz edilməsi həyata keçirilirdi.
Bizim ventillər həyat vəsiqəsi qazandı.
ORYOL ġƏHƏRĠ. BEġ NÖMRƏLĠ ZAVOD
Baksovet sistemində mən 6 ildən bir aya qədər az iĢlədim. Bu müddət
ərzində bizim Ģöbədə beĢ müdir dəyiĢildi. Bu Ģəxslərin hamısı yüksək vəzifə, hətta
nazir vəzifəsi daĢıyan, sonra isə iyerarasiya pillələri ilə aĢağı vəzifəyə keçirilmiĢ
müdirlər idilər. Onların heç birinin mütəxəssis kimi təcrübəsi yox idi, ona görə də
onlar yalnız əmr verməklə kifayətlənirdilər. ġəraitə alıĢmamıĢ onları yenidən baĢqa
iĢə göndərirdilər. Mənim vəzifəm hər bir yeni müdiri Ģəraitlə tanıĢ etmək və onunla
dil tapmaqdan ibarət idi. Bu, mənə çox pis təsir edirdi. Öz ixtisasına uyğun iĢdə
çalıĢmaq istəyirdim. 1936-cı ildə mən Moskvaya ağır metal sənayesi Xalq
Komissarlığına müraciət etdim. O zaman ora yoldaĢ Orconikidze rəhbərlik edirdi.
Məktubda mən zavod mühəndisi kimi Ġttifaqın hər hansı bir Ģəhərində iĢləmək
arzumu bildirirdim. Tezliklə aldığım cavab məktubunda mənə Oryol Ģəhərindəki
“Zavod №5”-də texniki direktor vəzifəsi təklif olundu. Yay məzuniyyətindən
istifadə edərək, mən ora getdim, müəssisə ilə tanıĢ olduqdan sonra texniki direktor
vəzifəsini icra etməyə baĢladım. Texniki direktor vəzifəsində mən çox qısa bir
müddət iĢlədim, ancaq mənim orada nələr çəkdiyimi yazan olsa, həcmcə çox
böyük, məzmunca çox təsirli bir əsər yaranar. Əsəb gərginliyi texniki məsələlərdən
daha çox, o zamankı ümumdövlət mühitindən irəli gəlirdi. Bu, Yejovun
hökmranlıq etdiyi (1936-1937-ci illər) dövr idi. Ağlasığmaz hadisələr baĢ verirdi:
inqilabı yaradan və onu qoruyan ən fəal döyüĢçülərdən biri olan Orconikidze
qəflətən vəfat etdi. Adları vətəndaĢ müharibəsi təsəvvürü və Sovet hakimiyyətinin
qurulması ilə bağlı olan Buxarinin, Kamenevin, Zinovyevin, Tuxaçevskinin,
Qamarkinin, Pyatkovun baĢları vuruldu. Yaradılan yeni quruluĢun xəstəliyindən
xəbərdar olan açıq və gizli düĢmənlərin kökləri kəsilirdi. Öz qurbanlarının qanı ilə
boğularaq, cəlladların açdıqları vakxanaliyada
9
Ģəxsiyyətə pərəstiĢkarlığın
hökmranlıq etdiyi Moskvaya yaxın olan zavodda texniki direktor vəzifəsini “türk”
daĢıyırdı, rusların təsəvvüründə həmin söz “düĢmən” anlayıĢını ifadə edirdi.
“Zərər” verən nümayəndə kimi, daha yaxĢı fiqur ola bilməzdi. Bu Ģərait haqqında
bir neçə kəlmə deməklə, mənim mənəvi vəziyyətimi sizə çatdırmağa çalıĢacağam.
Bizim zavodda baĢ verən hadisələr məndə ümid yeri qoymamıĢdı. O zaman
sağlamlaĢdırıcı sayılan məhvedici dalğa bizim zavoda da gəlib çatdı. Bir neçə
mühəndis, sonra partiya üzvü olan baĢ direktor Nikolay Zaxaroviç Dandıkin, bir
neçə gündən sonra üçüncü direktor (o da partiya üzvü idi). Lev Xonoviç Yavnıx
yoxa çıxdılar. Zavodun rəhbərliyini təĢkil edən üçlükdən təkcə mən, “türk”, bitərəf
9
Yunan sözüdür, içki və kef allahı deməkdir. Burada Ģərəf və kult mənasını daĢıyır. – Ş.N.
68
ikinci direktor - texniki direktor qalmıĢdım. Bu Ģəraitdə mənim özümü necə hiss
etdiyimi təsvir etməyə ehtiyac yoxdur. Bir neçə həftə, iĢdən evə qayıdarkən,
soyunmadan yatırdım, hər an həbs olunacağımı gözləyirdim. Nə üçün: - sualını
vermək çox gülməli idi. Lakin, yəqin ki, mənim qismətim baĢqa imiĢ. Mən bu
hadisələrdən kənarda qaldım. Lakin buna baxmayaraq mən Oryol Ģəhərində
qalmalı olmadım. 1936-37-ci illərin qıĢında yanıma gəlmiĢ arvadım, Rusiyanın
soyuğuna tab gətirə bilmirdi, buna görə də mən oranı tərk etməli, vətənə qayıtmalı
oldum. Mən zavodun partiya təĢkilat katibi Aleksandr Ġvanoviç Dudetskaya zavodu
tərk etmək fikrimi bildirdikdə, onun verdiyi cavab yaxĢı yadımdadır: “Siz niyə
gedirsiniz? Biz sizin billur kimi təmiz adam olduğunuza əminik”.
O hadisələr ilə dolu olan dövrü xarakterizə edən daha bir neçə maraqlı anlar
olmuĢdu, ancaq onlar istehsalata aid deyildilər və özü-özünü tərifləməyin də
mənası yoxdur. Zavodda baĢ vermiĢ bir hadisə haqqında isə danıĢmaq istəyirəm.
Mən zavoddan gedərkən, Ģüurlu surətdə baĢa düĢürdüm ki, zavodda xeyli
xidmət göstərmiĢəm. Məsələ onda idi ki, bizim zavodun elektrik stansiyası yox idi.
Biz çox zəif olan Ģəhər Ģəbəkəsindən elektrik alırdıq. Elektrik enerjisinin tez-tez
kəsilməsi səbəbindən bizim bəzi sexlər iĢi dayandırmalı olurdu. Çox nadir hallarda
onların hamısı eyni zamanda iĢləyə bilirdi. Çox vaxt sexlərdən biri və ya ikisi
dayanırdı. Mən zavodun iĢini yenidən qurdum, ümumi istirahət gününü ləğv etdim.
Hər sexin özünün istirahət günü var idi. Beləliklə, heç bir sex iĢsiz qalmır, zavodun
proqramı yerinə yetirilirdi. Bu, nailiyyət demək idi. Bizim Moskvada yerləĢən baĢ
idarə bunu qiymətləndirdi və məni “təĢəbbüskar texniki direktor” kimi
mükafatlandırdı.
Ġlk baxıĢda çox da əhəmiyyətli olmayan, lakin mənim xatirimdə silinməz bir
iz buraxan bir hadisə də baĢ vermiĢdi. GörülmüĢ iĢ üçün norınaların və qiymətlərin
tez-tez dəyiĢilməsi fəhlələrin narazılığına səbəb olurdu. VaxtaĢırı yuxarı
idarələrdən bu cür tapĢırıqlar alırdıq. Yeni daha ciddi normaların qəbul edilməsi
fəhlə kollektivi ilə razılaĢdırılmalı idi. Bu, çox çətin məsələ idi və bu iĢi yerinə
yetirmək üçün zavodun rəhbərliyindən ağıllı və bacarıqlı olmaq tələb edilirdi. Bu
cür günlərdə partiya təĢkilatı çox qayğılı olurdu, çünki fəhlələrin belə tədbirin
həyata keçirilməsi üçün hazırlanması çox çətin olurdu. Bu əməliyyat bütün
sexlərdə eyni zamanda keçirilməli idi. Bu sexlərdən hər birinə bir rəhbər
nümayəndə gəlməli, fəhlələrə bu normanın qəbul edilməsinin lazımi və vacib
olduğunu baĢa salmalı idi. Bu nümayəndə qabaqcadan hazırlıqlı olmalı idi. Bu iĢ
ilə, əslində, partiya təĢkilatı məĢğul olurdu. Belə günlərdən birində mən, lap
ağırtökmə sexinə nümayəndə getməli oldum. Bu sexdən qadınlar çox çətin iĢdə
çalıĢırdılar. Onlar çox vaxt gecələr iĢləyirdilər. Mən çox zaman gecələr həmin
sexlərə gəlir, onlar ilə söhbət edirdim. Onlar məni yaxĢı tanıyır, məsləhətlərimə
qulaq asırdılar, biz bir-birimizi yaxĢı baĢa düĢürdük. Bütün bunlara baxmayaraq,
normaları müəyyən etmək üçün mən o sexə gedərkən həyəcan keçirirdim.
Qabaqcadan nə deyəcəyimi planlaĢdıraraq, qısaca mətləbi açdım, bu iĢin
69
əhəmiyyətindən danıĢdım və təklif etdim ki, onlar öz sözlərini desinlər. Boynuma
alıram ki, çox həyəcanlı idim, bilmirdim ki, onların etirazlarına necə cavab
verəcəyəm. Onlardan heç biri çıxıĢ etmədi, heç bir etiraz olmadı, normalar ilə tanıĢ
olmadan, onları qəbul etmək qərarına gəldilər. Bu münasibət onların mənə
inamından əmələ gəlmiĢdi. Hətta onlar bilirdilər ki, madam mən təklif edirəm,
deməli yeni normalar qəbul edilməlidir. Əgər bir çətinlik baĢ verərsə, texniki
direktor bu vəziyyətdən çıxmağa kömək edər. Bütün müzakirə cəmisi 20-25 dəqiqə
davam etdi. Ġclasın protokolunu tərtib etdik, tələb olunduğu kimi fəhlə
nümayəndələri onu imzaladılar. Mən iclasın nəticəsi haqqında məlumat vermək
üçün kontora getdim. Partiya təĢkilat katibi məni həyəcanla qarĢıladı, o, elə bildi
ki, xoĢagəlməz bir hadisə baĢ vermiĢdir, mən müvəffəqiyyətsizliyə uğramıĢam. O
biri sexlərdən heç kəs qayıtmamıĢdı. Ġclasın nəticəsi haqqında məlumat verdikdə,
katib mənə inanmaq istəmədi, təəccübləndi. Həqiqətən də mən bu müvəffəqiyyətə
fəhlələr ilə yaratdığım ünsiyyətə görə nail olmuĢdum. Zavoddan getdiyim gün
tökmə sexinin kollektivi məni yola salmağa gəlmiĢdi, bu da yuxarıda yazdıqlarımı
bir daha təsdiq edir.
Oryol Ģəhərində yaĢadığım və beĢ nömrəli zavodda iĢlədiyim müddət
mənim həyatımın xüsusi aydın bir mərhələsi idi. O zamanın hadisələrinin Ģəraiti və
xüsusiyyəti mənim üçün tamamilə baĢqa rəngə boyanmıĢdı, ona görə də bütün
bunlar mənim xəyalımda silinməz iz buraxmıĢdır.
Oryol Ģəhərində gəlib, öz direktor kabinetimə daxil olduqda mən aĢağıdakı
hissləri keçirdim; xüsusi Ģərait, tamamilə tanımadığım Ģəhər, bir nəfər belə tanıĢ
adam yox, elə bil ki, baĢqa planetə düĢmüĢdüm. Görəsən nə olacaq? MaĢınqayırma
zavodunun texniki direktoru - yaxĢı səliqəli kabinetdə bəzək üçün qoyulmuĢ
müqəvva demək deyildi. Bu Ģəxs tam mənasında özünü unutmalı, yüzlərlə
mexanizmin iĢini sazlamaq, istiqamətləndirmək, lap çətini isə ən mürəkkəb obyekt
olan - insanla müəyyən istiqamətdə qarĢılıqlı anlayıĢ yaratmaq bacarığına malik
olmalı idi. Mənim iĢə baĢladığım kollektiv yaĢına, zehni inkiĢafina, Ģəxsi
maraqlarına və sairəyə görə hər cəhətdən çox müxtəlif idi.
Təchizat və təsərrüfatı idarə edən iki digər direktor müdir və kommersiya
direktoru, Ģöbə rəisləri, sex rəisləri, mühəndis kollektivi və nəhayət, fəhlələr -
hamısı xüsusi müraciət tələb edirdi. ġəxsən özünün mənliyini itirmədən hər bir
kəslə münasibət yaratmaq lazım idi. BaĢladığım iĢi yaxĢı bilsəm də, kollektivin
tam yeni olması bu məsələni çətinləĢdirirdi. Oryol Rusiyanın ürəyi idi. Zavodun
həyatını əsl oryollular təĢkil edirdi və onlar elə bil ki, möhkəm bir rus ailəsini
təmsil edirdilər. O zaman həmiĢə olduğu kimi, özününkü qoyub, baĢqa millətin
nümayəndəsinə üstünlük verilmirdi. Rus xalqı baĢqa xalqlardan dözümlülüyü ilə
kəskin fərqlənsə də, özününkü ilə özgənin arasındakı fərqi unutmur. Uzaq
keçmiĢdə olan hadisələr, türklər, tatarlar ilə olan münasibətlər onların qəlblərinin
gizli guĢələrində dərin iz buraxmıĢdır. Bax, elə bu mühitdə Ġvan Ġvanoviçlərin və
Nikolay Nikolayeviçlərin içində, çətin ifadə olunan Faris bəy Ġbrahim ağa oğlu
70
peyda olur, özü də texniki direktor kimi. Bu fikirlər məni təqib, edir, rahatlığımı
pozurdu. Lakin sonralar vəziyyət, mən gözlədiyim kimi olmadı.
Zavod ilə tanıĢlığa gələcək iĢ yoldaĢlarıma baĢ çəkmək ilə baĢladım. BaĢ
direktor, kommersiya direktoru, zavod komitə sədri ilə tanıĢ olduqdan sonra partiya
təĢkilat katibi Aleksandra Ġvanovna Dudatskayanın yanına yollandım – o gün o,
zavodda tapılmadı. Mən iki-üç gündən sonra zavod telefonu ilə onu aradım və
xahiĢ etdim ki, o məni qəbul edə biləcəyi vaxtı təyin etsin. O, dedi ki, özü vaxt
təyin edib, mənə bildirəcək. Günlər keçir, mən iĢə alıĢırdım, ancaq ondan bir xəbər
çıxmırdı. Partiya təĢkilat katibinin texniki direktor ilə görüĢmək istəməməsi mənə
təəccüblü görünürdü. Bu fikir məni narahat edirdi, ancaq heç kəslə bu haqda
danıĢmaq imkanım yox idi - ətrafda hamı yad idi. ĠĢləyərkən vaxt tez keçir. Demək
olar ki, bir ay keçdi, partiya təĢkilat katibi ilə tanıĢ olmamıĢdım. Günlərin bir günü
elan edildi ki, iĢdən sonra fəhlə və qulluqçuların ümumi iclası keçiriləcək. ġəhər
partiya komitəsinin katibi də gələcək. Sexlərdən birində toplaĢdıq. Rəyasət
heyətində Ģəhər komitəsinin katibi, bizim baĢ direktor və birinci dəfə gördüyüm
partiya təĢkilat katibi əyləĢmiĢdi. Mən birinci sıralardan birində, fəhlələrin arasında
əyləĢmiĢdim. ÇıxıĢlar baĢlandı. ÇıxıĢ edən hər kəs yuxarı nümayəndə qarĢısında
özünü göstərməyə çalıĢır, zavodda olan çatıĢmazlıqdan danıĢır, bu iĢlərə tənqidi
münasibətlərini bildirirdilər. Növbə komsomol katibinə çatdı. Bu, çox fəal, acıqlı
cavan bir oğlan idi. O zavod rəhbərliyinin zəif cəhətlərini amansızcasına tənqid
etdi. Direktorların səhvlərini açıqlamağı lazım bildi. O, iclasda iĢtirak edənlərin
nəzərinə çatdırdı ki, texniki Ģöbənin iĢçilərindən, mühəndislərindən bir nəfər də
olsun bu iclasda iĢtirak etmir. O, haqlı idi - zavodun darvazaları bağlanmamıĢ,
həmin Ģöbənin iĢçiləri aradan çıxa bilmiĢdilər.
Darvazalar ona görə bağlanırdı ki, iclasda iĢtirak edənlərin sayı çox olsun.
ġöbənin iĢçilərinin iclasda olmamasının günahını komsomol katibi texniki
direktorda görürdü. O, üzünü mənə tərəf tutaraq, qəzəblə bildirdi ki, bu, texniki
direktorun tabeçiliyində olanlara təsir edə bilməməsindən irəli gəlir. Bu çıxıĢla o,
mənim iĢimə qiymət vermiĢ olurdu. Mənə yad olan adamların içində birinci dəfə
iclasda iĢtirak edən Ģəxs kimi mən deyilənlərə xüsusi diqqət yetirınəli idim. Demək
olar ki, mənim zavodda qalıb-qalmamağım məsələsi həll olunurdu. Belə bir anda
susmaq olmaz idi, çıxıĢ etmək, gələcəyi aydınlaĢdırmaq lazım idi. Mən söz
istədim. Zavodda olduğum qısa müddətdə gördüyüm hallardan, Ģəraitdən
danıĢdıqdan sonra, qeyd etdim ki, zavodda olan atmosfera onun iĢinin
müvəffəqiyyətini təmin etməlidir. Mən komsomol katibinə etdiyi tənqidə görə
təĢəkkür etdim, eyni zamanda bildirdim ki, iĢ vaxtı mühəndislər mənim nəzarətim
altında olurlar, bu gün onların hamısı iĢ yerlərində olublar, ictimai iĢlərə müsbət
münasibət yaratmaq isə, bilavasitə komsomol katibinin vəzifəsidir. Bəs nə üçün
iclasda iĢtirak etməyənlərin günahı təkcə mənim üstümə atılır, komsomol katibi bu
iĢdə özünü təqsirkar saymır? Əgər biz əl-ələ verib, hər ikimizin bu iĢdə günahkar
olduğumuzu etiraf etsək, daha ədalətli olmazmı? Onu da nəzərə almaq lazımdır ki,
71
mən yalnız bir aydır bu zavodda iĢləyirəm, gənclər isə çoxdan komsomolçudurlar.
Bundan baĢqa, ilk çağlarda mən komsomol katibinin köməyini duymaq əvəzinə o,
mənimlə heç müsahibə aparmamıĢ, tanıĢlıq əvəzinə, texniki direktoru tənqid
atəĢinə tutur. Lakin mən, bu tənqiddən incimirəm. Mübarizə hissi ilə çulğalanan
gənclik, bəzən Ģəxsi silahlanmanı yaddan çıxarır. Normal iĢ üçün partiya təĢkilatı
ilə əlaqə yaratmaq məsələsi məni daha çox narahat edir. Lakin, mənim yoldaĢ
Dudetskaya ilə görüĢmək təĢəbbüsüm indiyə qədər mümkün olmamıĢdır. Mən onu
burada birinci dəfədir ki, görürəm. Mən müəssisə üçün partiya təĢkilatının
mənasının nə olduğunu yaxĢı bilirəm, özümün həmin təĢkilatdan təcrid
olunmağımın səbəbini də yaxĢı baĢa düĢürəm. YaranmıĢ vəziyyəti baĢa düĢə
bildiyim üçün, vaxtdan istifadə edərək öz təəccübümü bildirirəm. XahiĢ edirəm, bu
məsələni açmaqda mənə kömək edəsiniz, çünki bu məsələ məni çox narahat edir və
iĢimdə yaxĢı nəticələr qazanmağıma mane olur.
Ġclas sona çatdı, camaat dağılıĢdı. Mən hamı ilə birlikdə çıxdım, bir-iki
addım atmamıĢ, kimsə məni çağırdı. Bu, bizim baĢ direktor idi. O, mənə dedi ki,
Ģəhər komitəsinin katibi mənim çıxıĢıma xüsusi diqqət yetirib. Və mənimlə tanıĢ
olmaq, müsahibə aparmaq istəyir. GörüĢ çox yaxĢı keçdi. Katib çıxıĢ üçün mənə
təĢəkkürünü, çıxıĢın diqqətəlayiq olduğunu bildirdi. O xahiĢ etdi ki, mən zavodda
olan nöqsanların aradan qaldırılması üçün var qüvvəmlə çalıĢam. Eyni zamanda o,
bildirdi ki, mənə qarĢı heç bir zidd fikir yoxdur, mən iĢimi sakit davam etdirə
bilərəm və lazım olarsa o, mənə kömək etməyə hazırdır.
Mənə elə gəlirdi ki, Dudetskaya mənim çıxıĢımdan inciyəcək, sonra isə bu
haqda narazılığını bildirəcək. Lakin, mən səhv edirdim, Dudetskaya nəinki
narazılığını bildirdi, əksinə mən ondan həmiĢə yoldaĢlıq münasibəti gördüm,
Oryolda olduğum son günlərədək onun köməyini hiss edirdim. YaxĢı yadımdadır,
bir gecə sexləri gəzərkən bir nəfərin mənə tərəf yönəldiyini gördüm - bu,
Dudetskaya idi. O, təəccüblə məndən soruĢdu: “YoldaĢ Vəkilov, bu vaxt siz burada
neyləyirsiniz?” Mən cavab verdim: Mənim üzərimə qoyulmuĢ vəzifənin
məsuliyyəti tələb edir ki, mən zavodun müvəffəqiyyəti və xeyri üçün cavabdeh,
qayğıkeĢ olmalıyam, bu müvəffəqiyyətlər isə təkcə gündüz növbəsi iĢinin nəticəsi
deyildir. Gecə növbəsinin öz tələbləri, öz çətinlikləri var. Bütün bunları öyrənmək
və tədbir görmək lazımdır. Mən bu tələbləri onların öz dillərindən eĢitmək
istəyirəm. Elə buna görə də mən gecələr də gəlirəm. Öz növbəmdə mən də ondan
soruĢdum: “Bəs Siz niyə gündüz iĢi ilə kifayətlənməyib gecə də bura gəlmiĢsiniz?
Siz burada neyləyirsiniz? “Mən də elə ona görə”- deyə o cavab verdi. “YoldaĢ
Vəkilov, görünür ki, bizim ikimizin də məqsədimiz eynidir, ona görə də biz gərək
bir-birimizə kömək edə-edə istədiyimizə nail ola bilək”. O, iĢə belə yanaĢırdı və
bunu öz hərəkətlərilə sübut edirdi. O, mənim zavoddan getməyimə sənimi qəlbdən
təəssüflənirdi və məni mehribanlıqla yola saldı. Yeri gəlmiĢkən demək lazımdır ki,
72
qısa müddətə mənim yanıma gəlmiĢ həyat yoldaĢım Liya
10
xanımla görüĢərkən,
Dudetskaya ona Oryol Ģəhərində qalmağı və ali məktəblərin birində təhsil iĢinə
rəhbərlik etməyi təklif etmiĢdi.
Üç direktorumuzu həbs etdikdən sonra Moskvadan bizə dörüncü direktor -
Kuznetsovu göndərdilər. Bu, çox koloritli Ģəxs idi. Açığını desək, o, mənə ruhi
xəstəxanadan, müalicəsini yarımçıq qoyub qaçmıĢ xəstəni xatırladırdı. O, heç kəslə
sakit, təmkinlə danıĢmağı bacarmırdı. Kiminlə olursa-olsun onun söhbəti mütləq
dava ilə qurtarırdı. Axmaqlığından o, hamıya bildirdi ki, onu təhlükəsizlik
orqanları buraya xüsusi tapĢırıqla qiyamın qarĢısını almaq üçün göndərmiĢlər. O,
heç kəslə hesablaĢmırdı, onun bəzi hərəkətləri lətifə xarakteri daĢıyırdı. Hamını
hörmət etdiyi Aleksandra Ġvanovna Dudetskaya deyirdi ki, Kuznetsov ona ġurka
deyə müraciət edir. Zavodun iĢçiləri ilə yaxĢı münasibətdə olduğum üçün tez-tez
məktublaĢırdıq. Mənə yazdılar ki, məndən sonra Kuznetsovu Ģəhər komitəsinə
çağırıb yaxĢıca danlayıblar və yeri gəlmiĢkən soruĢublar: “Nə üçün sən texniki
direktor Vəkilovla iĢləyə bilmədin? Cavabında o deyib: “O türkdür”. Ġç üzü
açıldıqdan sonra onu da iĢdən çıxarıb, o biri direktorların ardınca göndərmiĢdilər.
Dostları ilə paylaş: |