Gəray bəyin oğlu Rüstəm Vəkilov: - Atam 1920-ci ilə kimi Ģərəfli ömür
yaĢadığını tez-tez xatırlardı. Amma Müsavat dövründəki döyüĢ yolunu xatırlamaq
ona çox çətin idi...
Yadımdadı, otuzuncu illərdə Səməd Vurğun bizə tez-tez gələrdi. Onların
ikilikdə elədikləri söhbət gecədən xeyli keçənə qədər davam edərdi. Bəzən
mübahisələri qızıĢıb, səsləri ucalanda anam Sitarə zarafatla deyərdi:
-
Balam, bu sinfi düĢmənlərin söhbəti qurtarmır ki, qurtarmır.
O da yadımdadır ki, bir dəfə çay aparanda atamın 1924-cü ildə Moskvada
Nəriman Nərimanovla görüĢündən danıĢdığını eĢitdim. Qorxu hissiylə bunu anama
bildirdim. Anam narahatlıqla dedi:
-
Bu kiĢinin gözünü qan örtüb, yenə bizi iĢə salacaq...
Axı, o illərdə Nəriman Nərimanovun Ģəxsiyyətinə haqsız olaraq qara kölgə
salmıĢdılar. Onun silahdaĢları həbs edilirdi.
1924-cü ildə ordudan təxris olunan Gəray bəy ömrünün axırınadək
Respublika Maliyyə Nazirliyində iĢləyib. 1952-ci il martın on dördündə Bakıda
vəfat edib.
Görkəmli müğənnimiz RəĢid Behbudovun anası, maarifçi qadın Firuzə
xanım Vəkilova (1889-1933) polkovnik Gəray bəy Vəkilovun doğma bacısı idi.
ġtabs-kapitan Nəsib ağa Əsəd ağa oğlu Vəkilov 1899-cu ildə Qazaxda
anadan olub. Qori Seminariyasının Azərbaycan Ģöbəsini bitirib. 1919-cu ildə
Gəncədə praporĢiklər məktəbində hərbi təhsil alıb. Müsavat zabiti olduğuna görə
1940-cı ildən 1955-ci ilə qədər Maqadan və Norilskiyə sürgün edilib. 1954-cü il
mayın səkkizində qohumu, xalq Ģairi Səməd Vurğuna məktub yazıb, Vətənə
qayıtması üçün ondan kömək istəyib. ġair günahsız həbs olunmuĢ əmisi oğlu Nəsib
ağanın ailəsinə maddi kömək etmiĢdir. Yeri gəlmiĢkən onu da qeyd edək ki,
otuzuncu illərdə Vəkilovlar nəslindən bir çoxları repressiyaya uğramıĢdır. Səməd
Vurğun onlardan yalnız birini - xalq müəllimi Teymur bəy Vəkilovu həbsdən azad
etdirə bilmiĢdi.
Nəsib ağa Vəkilov Norılsk sürgünündən yazırdı:
“Hörmətli və əziz Səməd!
On altı il ayrılıqdan sonra sən mənim məktubumu alıb yəqin ki,
təəcüblənəcəksən. Mən qohumlardan heç kəsə məktub yazmırdım ki, onları narahat
etməyim. Onlara xətər gəlməsindən qorxurdum. İndi mən demək olar ki, yarı da
olsa azad vətəndaşam. Ona görə də məktub yazıb, özümü xatırlatmağa cürət
33
edirəm. Bu məktubu sənə Norilskidən evə qayıdan, bizim ümumi tanışımız Əli
Səbri
7
çatdıracaq.
Əli Səbri mənim haqqımda məlumat verəcək. Xahiş edirəm, əgər sənin üçün
çətin olmazsa və mümkünsə uşaqlarımın xatirinə mənim Vətənə qayıtmağıma
imkan daxilində kömək edəsən.
Mən çox qocalmışam, ömrümün son illərini uşaqlarımın yanında, doğma
diyarda keçirmək istəyirəm. Mənə elə gəlir ki, sən mənim xahişimi rədd etməzsən,
çünki indi zaman o zaman deyil. Burdan qohumlarının və tanışlarının vəsatətinə
əsasən çoxları evə qayıdırlar. Mehdixana və Xavər xanıma mənim ürəkdən gələn
salamımı çatdır. Öpürəm səni, Mehdixanı, Yusifi və Vaqifi. Xoşbəxtlik və əmin-
amanlıq arzulayıram.
Hörmətlə: Nəsib ağa.
1955-ci ildə Vətənə Qayıdan Nəsib ağa Vəkilov 1963-cü ildə Bakıda vəfat
edib. O, polkovnik Əsəd ağa Vəkilovun oğlu idi.
* * *
1919-cu il fevralın on dördündə praporĢik Lütvəli bəy Vəkilov
Azərbaycan süvari alayının komandirinə belə bir məlumat göndərmiĢdir:
“Sizin nəzərinizə çatdırıram ki, 1918-ci il iyunun on səkkizində dördüncü
Borçalı alayının polkovniki Tuqanov cəbhədəki döyüş xidmətlərimə görə min beş
nömrəli əmrlə məni Müqəddəs Georgi xaçı ordeninin bütün dörd dərəcəsi ilə təltif
olunmağa təqdim etmişdi. Və buna əsasən mənə birinci Mozdok Dağ Kazak alayı
min yüz qırx altı nömrəli attestatı da verilmişdir. Orada ordenlərin hər birinin
nömrəsi də yazılıb. Həmin döyüşlərdə mən dörd dəfə yaralanmışam və kontuziya
olmuşam. Bunların hamısı Sizə göndərdiyim şəxsi işimdə göstərilib.”
Vərəqin o biri üzündə praporĢik Lütvəli bəy Vəkilovun dəsti-xəttilə
yazılmıĢ qeydi də var: “Mənim şücaətlərimin və təltifatlarımın cəbhədə şahidi olan
rotmistr Çayevski idi. O, hazırda Hərbi Nazirliyin Baş Qərargahında baş zabit
kimi xidmətdədir.”
Əlbəttə, praporĢik Lütvəli bəy Vəkilovun bu məlumatı müasir oxucuya adi
ərizə kimi görünə bilər. Lakin unutmaq olmaz ki, o dövrdə belə bir yüksək ordenlə
zabitlər çox nadir hallarda təltif olunurdu. Qeyri-adi igidlik göstərən, müqəddəs
Georgi ordeninin bütün dərəcəsinə layiq görülən oğullarımızı barmaqla saymaq
olar: rotmistr Teymur bəy Novruzov, praporĢik Səyad bəy Zeynalov, poruçik
Osman ağa Gülməmmədov.
Yüz qırx birinci səhifədə Lütvəli bəyin silahdaĢı Çayevskinin BaĢ
Qərargaha təqdimatı saxlanılır. O, yazır ki, dördüncü Borçalı süvari alayının
7
Əli Səbri (1892-1983) nasir, tərcüməçi olub.
34
praporĢiki Lütvəli bəy Vəkilovla Birinci Dünya müharibəsinin ilk günlərindən
1918-ci ilin sentyabrınadək birgə döyüĢlərdə olub. Onun bütün qəhrəmanlıqlarının
canlı Ģahididir. Qazaxda, Lori dərəsində, Borçalıda erməni daĢnaklarına qarĢı
döyüĢlərdə, Bakı, Qarayazı və ġamxorda bolĢeviklərlə vuruĢlarda onun cəsur
süvari kimi igidlik göstərdiyinə zəmanət verir. Belə bir igid zabitin yüksək rütbəyə
layiq olduğunu tamamilə qanuni hesab edir.
Rotmistr Çayevskinin BaĢ Qərargaha iftixarla yazdığı təqdimatı iki general
məmnuniyyətlə təsdiq edib, dərkənar qoyublar: süvari diviziyanın rəisi, general-
mayor ġahzadə Əmir Kazım Qacar və qərargah rəisi general Zaxar AmaĢukeli.
Çox təəssüf ki, sənədlərin izi elə buradaca itir. 1890-cı il təvəllüdlü
praporĢik Lütvəli bəy Abbasqulu bəy oğlu Vəkilovun bundan sonra hansı rütbəyə
layiq görüldüyü məlum olmur.
Polkovnik Gəray bəy Vəkilovun kiçik qardaĢı, praporĢik Lütvəli bəy
Vəkilovu Zaqafqaziya BaĢ Siyasi Ġdarəsi 1932-ci il fevralın 2-də antisovet ruhlu
zabit kimi həbs edib beĢ illik sürgünə göndərmiĢdi. Minlərlə günahsız Azərbaycan
zabiti kimi qırx iki yaĢlı Lütvəli bəyin də ömrünün hansı həbs düĢərgəsində sona
yetdiyi məlum deyil.
Podporuçik Sadıq Əsgər oğlu Vəkilov 1895-ci ildə Qazax qəzasının
Salahlı kəndində anadan olub. Müsavat ordusunda üçüncü Gəncə piyada alayında
kiçik zabit kimi xidmət edib. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının
Tatar-Azərbaycan Ģöbəsini və 1918-ci ildə Gəncədəki praporĢiklər məktəbini
bitirib.
Azərbaycan Milli Ordusunun kapitanı Bahadır bəy Ġbrahim ağa oğlu
Vəkilov da bu nüfuzlu nəslin nümayəndəsidir. 1889-cu il martın 24-də Qazaxda
zadəgan ailəsində anadan olub. Ġlk təhsilini Tiflisdə birinci kiĢi gimnaziyasında
alıb. 1918-ci il mayın 15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub.
Sentyabrın 1-dən piyada qoĢunlarında kiçik yunker, böyük yunker rütbəsində
xidmət edib, noyabrın 18-də isə Gəncədəki praporĢiklər məktəbini birinci dərəcə
ilə bitirib. Məktəbi əla qiymətlərlə bitirdiyinə görə o, hərbi məktəbdə rota
komandiri vəzifəsində saxlanılıb. Məktəbin rəisi polkovnik ġirin bəy Kəsəmənski
28 fevral 1919-cu ildə gənc zabit Bahadır bəyə verdiyi xasiyyətnamədə qeyd edir
ki, əla davranıĢa və yüksək əxlaqa malikdir. Zabit kadrlarının yetiĢdirilməsinə tam
layiqdir. Siyasi hazırlığı var. Martın iyirmi ikisində hərbi nazir, tam artilleriya
generalı Səməd bəy Mehmandarov Gəncə praporĢiklər məktəbinin rəisinə belə bir
əmr göndərib:
“Gəncə praporşiklər məktəbinin əlli nəfərdən çox məzununa əziz Novruz
bayramı ərəfəsində praporşik rütbəsi verilsin. Onlar xidmət üçün birinci
Azərbaycan süvari diviziyasına, üçüncü Gəncə süvari alayına, Əlahiddə Zaqatala
batalyonuna yüngül artilleriya divizionuna göndərilsin. Gəncə praporşiklər
məktəbini əla bitirdiklərinə görə podpraporşik İsrafil ağa Şıxlinskiyə, Bahadır bəy
Vəkilova, Musa bəy Şəmsəddinskiyə, Həşim bəy Sultanova, Həmid Mustafayevə,
35
Mahmud Mustafayevə, Əli Ağa oğlu Şıxlinskiyə və Süleyman xan Sultanov-
İlisuluya bayram münasibətilə pul mükafatı verilsin”.
Həmin ilin mart ayında bacarıqlı zabit Bahadır bəy Vəkilov üçüncü Gəncə
süvari alayının tərkibində ölkənin ġərq-Qərb cəbhəsinə ezam olunur. O, Ordubad
rayonunda yerləĢən hərbi dəstənin komandanı təyin olunur. Naxçıvan və ġərur
qəzasının komandanı Kəlbalı xan Naxçıvanski 1919-cu il mayın 9-da BaĢ
Qərargahın rəisinə göndərdiyi raportda praporĢik Bahadır bəy Vəkilovun Ġran
quldur dəstələrinə və daĢnak generalı Andronikə, qarĢı döyüĢlərdə göstərdiyi
qəhrəmanlığı haqqında məlumat verir.
O, yazır: “Martın 17-də Yaycı kəndinə hücum edən səksən nəfərlik İran
quldur dəstəsi yerli əhalinin iki yüz yetmiş beş iri buynuzlu mal-qarasını
oğurlamışdı. Praporşik Vəkilov mənim ərimlə otuz nəfər süvari dəstə ilə onların
dalınca gedib quldurları Araz sahilində yaxalamışlar. Güclü döyüşlərdən sonra
mal-qara geri alınmış və on beş nəfər quldurun meyidi Araz sahilində qalmışdır.
Martın 26-da Parağa kəndinə hücum edən ermənilər iki yüz iribuynuzlu
mal-qaranı aparmışlar və yeddi müsəlman kəndlisini öldürmüşlər. Səhərisi erməni
kəndini süvari dəstəsilə mühasirəyə alan praporşik Vəkilov tələb etmişdir ki, mal-
qara qaytarılsın və cinayətkarlar cəzalandırılmaq üçün bizə verilsin. Lakin
ermənilər atəşlə cavab vermişlər. Praporşik Vəkilovun cəld və bacarıqlı
komandanlığı sayəsində üç saatlıq döyüşdən sonra ermənilər mal-qaranı və
cinayətkarları qaytarmışlar. Döyüşdən sonra məlum olur ki, praporşik Vəkilovun
üç nəfər əsgəri yaralanmışdır.
Aprelin 10-da ermənilərin “qəhrəmanı” Andronik ingilislərlə danışığından
sonra Gorusdan Ordubadın 25 kilometrliyindəki Karçevan kəndinə gəldi. Nizami
erməni dəstəsi Ordubadın ayrı-ayrı kəndlərini zəbt etmək üçün Nüsnüs kəndinə
hücum etdi. Praporşik Vəkilovun bacarıqlı döyüş əməliyyatı sayəsində Nüsnüs
kəndi ermənilərdən təmizləndi. Digər müsəlman kəndləri də erməni hücumundan
xilas oldu.
Aprelin 15-də ermənilərin nizami hərbi dəstəsi Ordubadın səkkiz
verstliyindəki darvazaya yenidən hücum etdi. Erməni hərbi dəstəsinin güclü qüvvə
ilə hücum etməsinə baxmayaraq, beş saatlıq ara verməyən döyüşdə düşmənin əksər
qüvvəsi öldürüldü, qalanları isə qaçmağa məcbur oldu. Bu döyüşdə praporşik
Vəkilov Bahadır bəyin yeddi əsgəri həlak oldu, on iki nəfər isə yaralandı.
Bütün göstərilənlərdən sonra xahiş edirəm ki, üçüncü Gəncə süvari alayının
praporşiki Bahadır bəy döyüşlərdə yüksək səviyyədə komandanlıq etdiyinə və
qəhrəmanlığına görə ona podpruçik rütbəsi verilsin”.
Bundan sonra respublika Mərkəzi Dövlət Arxivinin sənədlərində mərd
kapitan Bahadır bəy Ġbrahim ağa oğlu Vəkilovun heç bir sənədinə rast gəlmək
mümkün olmadı. Lakin Milli Təhlükəsizlik Nazirliyinin arxivində Bahadır bəy
Vəkilova məxsus 21392 saylı çox nazik bir qovluq var. 1920-ci il iyunun 25-də
həbs olunan Bahadır bəyin istintaq iĢini müstəntiq Akopcanov və Levitski aparıb.
36
Sorğu-sual qısa və yığcamdır. Həbs vərəqində “cinayətin xarakteri” qrafasının
qarĢısında oxuyuruq: “Müsavat ordusunun zabiti və rota komandiri olub.
Güllələnsin!”
Ġstər-istəməz düĢünürsən və təəccüb edirsən: öz xalqının Milli ordusunda
qulluq etmə nə vaxtdan cinayət sayılıb? Bu da XI ordunun xüsusi Ģöbə rəisi, cəllad
Semyon Pankratovun təsdiq etdiyi dərkənar: “Güllələnsin, hökm dərhal yerinə
yetirilsin. 3 iyul 1920-ci il”.
Bəli, torpağını yağılardan qoruyan iyirmi bir yaĢlı mərd kapitan Bahadır bəy
Vəkilovun ömrü belə bitdi.
Bu məĢhur soyadın oğlunu Bakıda heç kəs tanımadı. Qazaxda ulu nəslinin
hərbçi, maarifçi oğulları haqqında səbrlə söhbət edən Ədilə xanım ġıxlinskaya
“Nikolaydan qalma” bir albomu stolun üstünə qoydu. Albomun ilk səhifəsində
çərkəzi geyimli cavan bir zabit Ģəkli... Ġri, ala gözləri necə də tanıĢ və doğmadır.
Mənim Ģəklə diqqətlə baxdığımı görən Ədilə xanım:
-
Dayımdı,- dedi,- müsavat zabiti olduğuna görə bolĢeviklər iyirminci ildə
güllələyiblər.
Onun səsinə hopan təsvirəgəlməz kövrəklik, həzin bir qəm dalğası varlığımı
titrətdi. Adam belə anlarda qarĢısındakına təsəlli verməkdən də məhrum olur.
Daxili təlatüm, vicdanın səsi olub keçmiĢ ədalətsizliyi, vəhĢiliyi ittiham edir.
Dərindən köks ötürüb, “heyf” deməkdən baĢqa əlindən bir Ģey gəlmir. Çünki nahaq
qan tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək gecdir. O vəhĢilikləri
indi tarix mühakimə edir. Tarix öz səhifələrində onlara amansız cəza verir, gec də
olsa əyrini-əyri, düzü-düz yazır.
Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruĢdum:
-
Dayınızın adı necədir, Ədilə xanım?
-
Bahadır bəy Vəkilov, rütbəsi kapitan...
-
Ola bilməz, - dedim. Özümdən asılı olmayaraq səsim bərkdən çıxdı.
Onda bu Ģəkillərə baxın, zəhmət olmasa... Mən özümlə götürdüyüm bir qrup Milli
Ordu əsgər və zabitinin iki fotoĢəklini ona göstərdim.
-
Bu, tən ortada oturan Bahadır dayımdı, - dedi. Ġkinci Ģəklə baxır: - Bu
da odu, dayımdı... Bu Ģəkillər bizdə yoxdu. Sizdə hardandı? - deyə kədərlə soruĢdu.
-
Arxivdən tapmıĢam, - dedim.
-
Oy, nə yaxĢı görmüsünüz, çox sağ olun... Heyf dayımdan, cavankən,
cəmi iyirmi bir yaĢında güllələnib, heç evlənməyibmiĢ. Sizin tapdığmız Ģəklin
arxasında yazılıbmı neçənci ildə çəkilib?
- 1919-cu ildə çəkilib, - deyə cavab verdim.
-
Mənimlə yaĢıddı dayımın Ģəkli, - dedi.
Ədilə xanım qəmli-qəmli köksünü ötürür. Ovcundakı xırdaca güllü
dəsmalla nəmli gözlərini silir.
-
Ədilə xanım, dayınız Bahadır bəyin niĢanlısı, istəklisi olubmu?
-
Mən bilmirəm, rəhmətlik anam danıĢardı, deyəsən olub.
37
- Mən bilirəm, - dedim, - olub. Dayınıza məxsus həbs qovluğunda dörd əl
boyda məktub var. Onların da üzünü çıxartdırmıĢam. Sonuncu məktubu sevgilisi
iyunun 24-də yazıb. Həmin gecə Bahadır bəyi Milyutin küçəsindəki dörd saylı evin
üçüncü mərtəbəsində həbs ediblər. Orqan iĢçiləri əĢyayi-dəlil kimi məktubları da
iĢə tikiblər. Ġcazə verirsinizmi sonuncu məktubu oxuyum.
-
Buyurun, əlbəttə...
“Bahadır, sən niyə narahatsan? Neçə dəfə soruşdum, araya söz qatdın.
Mən heç vaxt səni belə qəmli görməmişdim. Axı, sən özün dünən mənə yalvardın ki,
görüşək. Mən bütün gecəni yata bilməyib sənə məktub yazıram. İndi mən sənə
yalvarıram. Sabah mütləq görüşə gəl. Başa düşə bilmirəm, son günlər niyə sənin
varlığın qəm, kədərlə doludur. Xüsusilə kədərli gözlərin məni yandırıb-yaxdı.
Dözəcəm, bütün gecəni allahıma dua edəcəm ki, səhər tez açılsın səni
yenidən görüm, amma kədərsiz, qəmsiz. Həmişəki kimi təbəssümlü, gülərüz.
Sənin Səfurən.”
Təəsüf ki, açılan səhər onlara xoĢbəxtlik nədi, heç görüĢ də qismət eləmədi.
Kapitan Bahadır bəy Vəkilovun səhəri bolĢevik zirzəmisində açıldı...
* * *
MƏMMƏD AĞA MUSTAFA AĞA OĞLU VƏKĠL (1863-1939)
Gürcüstan Mərkəzi Dövlət arxivinin 1920-ci ilə qədərki sənədlərində adı hörmət və
ehtiramla çəkilən Məmməd ağa Vəkilov əsrin əvvələrində - 1905-1906-cı illərdə
Azərbaycan dilində qəzet açmaq üçün təĢəbbüs göstərmiĢdi. O, “Ġqbal” adlı qəzeti
dostu Cəlil Məmmədquluzadə ilə birgə nəĢr etmək istəyirdi.
“...Qafqazda türklərin mətbuatı ölü, bəlkə də yox bir halda idi. Onunçün biz
tək öz dərdlərini qələmlə meydana qoymağa həris olan yazıçılar - gah bizim
millətdən, gah qonşu millətlərdən hökumətdən qəzet icazəsi istəməyə başladılar.
Biz türklərdən bu icazəni istəyən - Bakıdan Əhməd bəy Ağayev idi, Tiflisdən belə
icazə istəyən Məmməd ağa Vəkilov, Rəşid bəy İsmayılov idi və yenə bir Nuxa əhli
idi ki, onun adı gərək Mustafayev ola: Batumidən Məmməd bəy Sancaqbəyzadə idi
və Tiflisdən də mən idim”. (Cəlil Məmmədquluzadə. “Xatiratım, Əsərləri, 3-cü
cild, 1967- il nəşri, səh. 666-da”)
Uzun yazıĢmalardan sonra Məmməd ağa “Ġqbal” adlı qəzeti buraxmağa
dövlətdən icazə ala bilmiĢdi. Lakin qəzeti buraxmamıĢdır. Həmin dövrdə Cəlil
Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalını nəĢr etmək təĢəbbüsünü
alqıĢlamıĢ yə demiĢdi ki, mən rəsmi dövlət qulluğunda çalıĢdığıma görə “Ġqbal”da
xalqımızın nəfinə cəsarətli yazılar verə bilməyəcəyəm. Belə qəzetin də millətə,
xalqa heç bir faydası olmayacaq. YaxĢısı budur ki, “Molla Nəsrəddin”i qoruyub
saxlayaq.
38
Qafqaz caniĢinliyinin nəĢr etdiyi kitab və məcmuələrdə göstərilir ki,
Məmməd ağa Mustafa ağa oğlu Vəkilov Qori Seminariyasını bitirdikdən sonra az
müddət kənd müəllimi iĢləyib. Bilik və bacarığına görə saray müĢaviri vəzifəsinə
də dəvət olunur. Məmməd ağa BaĢ Hərbi Ġdarədə türk dili tərcüməçisi, 1901 -1917-
ci illərdə isə Qafqaz caniĢinliyinin Dəftərxanasında ġərq dillərinin baĢ mütərcimi
vəzifəsində iĢləyir. Məmməd ağa Vəkilov 1904-cü ildə “Xalq qanmağa asan olan
füqəra əhalilərə məxsus vəba azarı haqqında bir inĢadır” kitabını Azərbaycan dilinə
tərcümə edir.
Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundovdan sonra Qafqaz
caniĢinliyində yüksək vəzifədə çalıĢan üçüncü azərbaycanlı Məmməd ağa Vəkilov
olmuĢdur. Məmməd ağa Vəkilov həm də Tiflisdəki ġərq dilləri üzrə zabit hazırlığı
məktəbində türk dilindən dərs deyir. 1914-cü ildə həmin məktəbin müəllimi,
general-mayor M.D.Qutorla müĢtərək “Türk dilinin qısa qrammatikası”nı tərtib
edir.
1918-ci ilin mayında Azərbaycan Demokratik hökuməti yarananda
Məmməd ağa Bakıya köçür. 1920-ci ilin aprel çevriliĢinə qədər Respublika
Parlamentində Dəftərxana idarəsinin rəisi vəzifəsində iĢləyir.
OĞLU MUSTAFA AĞA VƏKĠLOV (1899-1943) 1924-cü ildə Sarbonna
Universitetmin hüquq fakültəsini bitirib. Hüquq magistri elmi dərəcəsi alan
Mustafa ağa vətənə qayıtdıqdan sonra ədliyyə orqanlarında iĢləyib və ali
məktəblərdə dərs deyib. Elmi-tədqiqatla, tərcümə və hüquqi əsərlərin redaktəsilə
məĢğul olan gənc alim Mustafa ağa Vəkilov “Ġnqilabdan əvvəl Azərbaycanda
nigah münasibətləri” kimi sanballı əsər yazıb. O, 1939-cu ildə əksinqilabi-millətçi
təĢkilatın üzvü olmaqda günahlandırılaraq həbs edilib.
Professor Mustafa ağa Məmməd ağa oğlu Vəkilov dörd illik əzablı sürgün
həyatından sonra 1943-cü il aprelin 30-da Komi Muxtar Vilayətində həbsxanada
vəfat edib.
MƏMMƏDRZA AĞA MƏNSUR AĞA OĞLU VƏKĠLOV
(1864-1944).
1902-ci ildə ġamaxıda zəlzələnin dəhĢətlərini eĢidən bir qrup Azərbaycan
ziyalısı, baĢda görkəmli maarifçi, naĢir Həsən bəy Zərdabi, Hacı Zeynalabdin
Tağıyev, doktor Məmmədrza ağa Vəkilov və bir neçə imkanlı Ģəxslər olmaqla
ġamaxı camaatına köməyə getmiĢlər. Doktor Məmmədrza ağa Vəkilovun
yaralılara təmənnasız yardımı barədə o dövrdən qalan xatirələrdə və bədii əsərlərdə
çoxlu xatırlamalar var.
Məmmədrza ağa Vəkilovun təĢəbbüsü ilə 1901-ci ildə Bakıda ilk
müalicəxana açılmıĢdır. Həmin ambulatoriyanın açılıĢında o, Hacı Zeynalabdin
Tağıyevə və Musa Nağıyevə müraciət edərək demiĢdir:
39
- Cənablar, kim xalqını, millətini sevirsə, onun ağrısını və əzabını yaxĢı
baĢa düĢməlidir. Xalqını sevən hər bir kəsin ona yardım əli uzatmaq müqəddəs
borcu olmalıdır. Allah da kasıbı, zəhmətkeĢi çox sevir. Kasıba ruzi verən
dövlətlinin payını gözə görünməz allah həmiĢə artıqlaması ilə qaytarır. Çinlilərin
qədim bir məsəlində deyilir ki, yeddi mərtəbəli budda məbədi tikməkdənsə, bir
insan ömrünü xilas etmək daha böyük savabdır.
Bir il əvvəl (1900-cü ildə) yenə Bakıda altı ambulatoriyanın yaradılmasının
təĢəbbüskarı da Məmmədrza ağa olmuĢdur. Aprel inqilabından əvvəl
Azərbaycanda tez-tez baĢ verən epidemiyalara qarĢı mübarizədə və yerli əhali
arasında sanitariya mədəniyyətinin yüksəldilməsində Məmmədrza ağa Vəkilovun
böyük xidmətləri olmuĢdur. Onun əvəzsiz xidmətlərini çar hökuməti layiqincə
qiymətləndirib.
Azərbaycanda, Zaqafqaziyada doktor Vəkilov kimi Ģöhrət qazanan
Məmmədrza ağa 1900-cü il mayın 2-də Qafqaz Ġmperatoru Tibb Cəmiyyətinin
həqiqi üzvü də seçilib. Azərbaycanda ilk ali təhsilli həkim olan Məmmədrza ağa
Vəkilov 1887-ci ildə Birinci Tiflis klassik gimnaziyasını, 1893-cü ildə isə Xarkov
Universitetinin tibb fakültəsini əla qiymətlərlə bitirib.
Ġlk həkimlik fəaliyyətinə Tiflisdəki Mixaylovsk xəstəxanasında baĢlayan
Məmmədrza ağa Vəkilov Qars dəmir yolu tikintisində əlli çarpayılıq səyyar
xəstəxananın müdiri olub. 1900-cü ildən isə Bakıda doğma xalqının sağlamlığı
keĢiyində dayanıb.
Təəsüf ki, ömrünü xalqının sağlamlığına həsr edən belə bir görkəmli Ģəxs
unudulub. Yalnız ağsaqqal adamlar Bakıdakı ikinci Ģəhər poliklinikasına (indi S.
M.Əfəndiyevin adını daĢıyan - ġ.N.) hələ də “doktor Vəkilovun” müalicəxanası
deyirlər. Axı, yuxarıda xatırlatdığımız kimi Məmmədrza ağa bu poliklinikanın
yaradıcısı olmuĢdur. Nə az, nə çox həmin poliklinikaya düz qırx üç il rəhbərlik
etmiĢdir. Görkəmli tibb xadimi 1944-cü il dekabrın 30-da Bakıda vəfat etmiĢdir.
BADĠSƏBA XANIM MUSTAFA AĞA QIZI VƏKĠLOVA –
Dostları ilə paylaş: |