Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

qürur və antik bir təntənə yaşayır. Bütün Şərqdə ilk demokratik, insançı 

cumhuriyyət məhz Azərbaycanda qurulmuşdur. “Cumhuriyyət” linqvistik 

cəhətdən yad, yabançı sözlə, tarixi-siyasi düşüncə və vəzifələr baxımından 

isə tam doğma, unudulmaz, sirli sözlə ifadə olunmuş bu mill-mənəvi 

intibah düşüncəsi hətta  ən böyük türkün – Atatürkün qurub yaratdığı 

cumhuriyyət üçün bir örnək, onun ruhi-mənəvi sələfi hesab olunur. Ağıza, 

tələffüzə  çətin gələn bu söz az qala türkçülük sözü ilə sinonimləşir, 


 

 

 



215

bərabərləşir. “Cumhuriyyət” sözü Şərq kontekstini, böyük Azərbaycan-türk 

tarixinin keşməkeşli, xoşbəxt aqibətini ifadə edən, tamamlayan, yaşadan və 

bütövləşdirən bir sözdür, Qərb kontekstinə qarşı duran, ona meydan oxuyan 

və özündən yüksəyə qalxan bir sözdür. “Məhəmməd  Əmin Rəsulzadə 

Azərbaycan Demokratik Cumhuriyyətinin, daha doğrusu, Azərbaycan Xalq 

Cumhuriyyətinin banisidir” deməklə biz bu şəksiz tarixi həqiqəti birmənalı 

şəkildə ifadə etmiş oluruq. Və rahatlaşırıq, psixoloji konfort, məmnunluq, 

güvənlik hiss edirik. “Məhəmməd  Əmin Rəsulzadə Azərbaycan 

Demokratik Respublikasının banisidir” dil-adlandırma versiyasında 

şübhəsiz ki, bir yanlışlıq, tarixi həqiqətin xatırlanmasına münasibətdə bir 

zorakılıq var. “Azərbaycan Demokratik Respublikası”nın banisi dedikdə 

“cumhuriyyət” sözü “demokratiya” sözü ilə  əvəzlənməklə XX əsrdə ilk 

Azərbaycan dövlətinin, dövlət quruluşunun formalaşması haqqında 

assosiasiya və bununla da aldanış yaradır. Azərbaycan Demokratik 

Respublikasının öz yaradıcıları  və liderləri var və onların fəaliyyəti 

müxtəlif tarixi vəzifələri, mərhələləri  əks etdirir. Kim həmin adları 

dəyişirsə, dəyişdirirsə, yanlışlığa, anaxronizmə yol verir. Azərbaycan 

tarixini qəsdən sadələşdirməyə, xalqımızın azadlıq uğrunda çətin 

mübarizəsinə  və  qələbələrinə kölgə salmış olur. Sonrakı  mərhələdə söhbət 

Azərbaycan Demokratik Respublikasının, dövlətçiliyin qorunmasından, 

bərpasından və inkişaf etdirilməsindən gedə bilər. Həmin vəzifələr 

cumhuriyyətin yaradılmasından, sosial-siyasi və  hərbi məsələlərin həll 

olunmasından heç də asan olmamışdır. Asan başa gəlməmişdir. Azərbaycan 

Demokratik Cumhuriyyətinin / Respublikasının banisi, yaradıcısı və yaxud, 

obrazlı-metaforik şəkildə “memarı” kimi uyğun adlandırmalar çərçivəsində 

eyni adların sadalanması, burada birincilik, ikincilik axtarılması tarixi 

həqiqəti aydınlaşdırmaqdan,  şərh etməkdən çoxu onu dumanlandırmağa, 

hadisələri və onların gerçək xronologiyasını  qəsdən dolaşdırmağa xidmət 

edir. Azərbaycan Xalq Cumhuriyyəti  əvəzinə “Azərbaycan Demokratik 

Respublikası” modelinə analogiya kimi “Azərbaycan Demokratik 

Cumhuriyyəti”  bəzi ifalarda hiylə-manipulyasiya və son nəticədə aldanışın 

ifrat forması olan yalanı stimullaşdırmaqdan başqa bir şey deyildir. Tarixi 

həqiqətlərin linqvistik şərhini dəyişməklə anlayışların, hadisələrin 

mahiyyətini dəyişmək xeyli dərəcədə asanlaşır, belə situasiya 


 

 

 



216

müxtəlifxarakterli, müxtəliftipli informasiyaların çətin qavranılmasına, 

deformasiyasına gətirib çıxarır. “Cumhuriyyət” və “respublika” sözlərini 

yayğınlaşdıra-yayğınlaşdıra və ya qarşılaşdıra-qarşılaşdıra və onları “milli 

dövlətçilik” ümumiləşmiş adında, adlandırmasında qərq edə-edə iki 

keyfiyyətcə müxtəlif və müqayisəedilməz tarixi gerçəkliklər, vəzifələr, 

ideallar, strateqiya və məqsədlər haqqında istənilən qədər hiylələr, yalanlar 

uydurmaq, çeşidli həqiqətlər və yarımhəqiqətlər “kəşf” etmək mümkündür. 

Gürcüstan hadisələri göstərdi ki, o qədər də demokratik olmayan dünyada, 

yenə  də güclünün haqlı olduğu tarixi şəraitdə “Demokratik Respublikanı” 

qoruyub saxlamaq nə  qədər də  çətindir. Çünki dünya həmin dünyadır, 

insanlar da həmin insanlardır, dəyişən isə yalnız sözlərdir, simvollar, 

rəmzlərdir.  

 Sinonimlik  real  gerçəkliyin müxtəliflik və  rəngarəngliyini, 

hadisələrin, proseslərin mahiyyətini nisbətən bitkin, geniş  və  əhatəli  əks 

etdirmək səylərini və çox vaxt bu səylərin uğursuzluğunu  əks etdirir. 

Yanaşı-alternativ formalar, sinonim adlandırmalarla gerçəklik dəyərlərini 

şərti-nisbi mənada adekvat şəkildə  işarəyə almaq, qeyddən keçirmək dil 

yaradıcılığının başlıca məqsəd və istiqamətlərindən birini təşkil edir. Bu 

yarusdakı  həqiqi dil kəşflərinə  də, tərəddüd və yalan yaradıcılığına aid də 

misalların sayını istənilən qədər artırmaq, bununla da sinonim vahidlərin 

praqmatik imkan və resurslarını nümayiş etdirmək, funksionologiyasını 

daha da genişləndirmək olar. Lakin bu gün Damokl qılıncı kimi insanın 

başı üstündən asılan bir həqiqət var ki, onu təkrar-təkrar dilə  gətirmək 

lazım gəlir: Müasir insan daim düz sözün, daha doğrusu, düz söz 

söyləmənin psixoloji təhrik və  təhlükəsi altında yaşayır. Getdikcə  həqiqət 

pafosunu yalan kabusu, aldanışın cazibədarlığı  əvəz edir. Bu gün “hə” və 

“yox”, “doğru” və “yalan”, “haqq” və “nahaq”, hətta “cumhuriyyət” və 

“respublika” sözlərini dolaşdırmaqla bir dəfə verilən həyatı, mövcudluq 

haqqını itirmək olar. İşləri çətinləşdirən, daha doğrusu, asanlaşdıran budur 

ki, insanlar daim bunun fərqində olur, fərqində olmağa məcburdur. Adi, 

öləri adamlarda (indi belələri çoxluq təşkil edir) şəxsi səadət və rifah ön 

plana keçir. Haqlı olaraq ön plana keçir.  

Müxtəliftipli misallar üzərində müşahidələrimizi davam etdirək.  



 

 

 



217

Qızı babat savadından başqa heç nəyi olmayan kasıb elmlər 

namizədinə  ərə vermək istəyən atası deyir: “Ona ərə getsən uduzmazsan. 

Fərman çox zəngin oğlandır”. Məlumdur ki, cəlbedicilik, zənginlik və 

rəngarənglik  şeylərin, hadisələrin  ən çox qiymətləndirilən cəhətləridir. 

Varlıq, materiya ilk növbədə zənginliyi, mükəmməlliyi və gözəlliyi ilə bizi 

məftun və  məşğul edir. Azərbaycan dilində “varlı”, “zəngin”, “dövlətli”, 

“imkanlı” sözləri o cümlədən “kasıb”, “yoxsul” leksik vahidləri sinonim 

sözlər kimi işlənir. Bütün dillərdə bu fəal, aktual qavrayış sırasında paralel-

yanaşı adlandırmalar, ideoqrafik və üslubi sinonimlər mövcuddur. Çoxlu 

dəqiqləşdirmələr,  əlavələr, təyinedicilərin olması  məhz dəqiqləşdirməyə, 

fərqləndirməyə xidmət edir, natamamlığı, yayğınlığı qismən aradan 

qaldırmağa hesablanır: mənəvi cəhətdən zəngin, mənən varlı, mənən, ruhən 

yoxsul / kasıb və s. Sədi məhəbbət haqqında: “Kasıb da, varlı da bu yerdə 

quldur / Daha dövlətlisə, daha yoxsuldur” deyir. Söhbət elm və savaddan, 

intellektual zənginlikdən gedirsə, “varlı”, “dövlətli” sözlərinin sinonimi 

olan boz, rəngsiz, ümumi “zəngin” sözü konkret heç nə ifadə etmir, 

obyektin, predmetin, adlandırmanın  şəffaflığını  təmin edə bilmir, nitqin 

yönəldiyi şəxsi ona lazım olan, axtarılan informasiya ilə təchiz edə bilmir. 

Bunun kimi, “kök”, “canlı”, “dolu”, “totuq” sinonim sırasından “dolu” 

sözünü nitqə daxil etməklə haqqında söhbət gedən  şəxslə bağlı müsbət 

fikir, pozitiv təəssürat yaratmaq mümkündür. Nisbətən yaşlı adama 

münasibətdə “gombul” sözündə isə  mənfi-peyorativ mövqe ifadə olunur. 

Bunların hamısı əslində son nəticədə artıq çəki (übergewichtig) mənasında 

birləşir. Halbuki, məsələn, “kök” sözündə - bu cərgənin dominant əsas 

elementində belə birləşdirici, tənləşdirici praqmatika yoxdur. Müasir alman 

dilində dick, schlank, mollig, vollschlank, korpulent, knusprig, rundlich 

krätig sinonim cərgəsində sonrakı sözlərlə  cərgənin dominant, əsas vahidi 

olan dick (kök) sözü müxtəlif cəhətlərdən dəqiqləşdirilmiş, 

sərhədləndirilmiş, bununla da konkret məfhumun dil sərhədləri qoyulmuş, 

tamamlanmış olur. Gesicht – Angesicht – Antlitz – Visage – Fratze – 

Fresse sinonim cərgəsi haqqında da eyni sözləri demək olar. Belə halda 

əslində müxtəlif sözlər deyil, müsbət və  mənfi  əlamətlər  ətrafında 

qruplaşan iki motiv sahəsi bir-birinə qarşı durur. Belə sistem vahidlərində 

təkcə obyektin (üz, sifət) özü deyil, onun haqqında subyektiv-hissi 


 

 

 



218

təəssüratlar, emosional qiymətləndirmələr, modallıqlar da dərəcələnmiş, 

səciyyələndirilmiş, hüdudlandırılmış olur. “Ər”, “kişi” (onun əri, onun 

kişisi, “yoldaşı”) Mann – Ehemann – Ehegatte – Gatte – Gemahl məfhum-

söz  şərikliyində  də dil şüurunda dəqiqləşdirmə  və  fərqləndirmə, digər 

tərəfdən ümumiləşdirmə bir-birini tamamlayır, bununla da semantik qrup 

“komplektləşmiş”, bütövləşmiş olur. Qadın – arvad – övrət (köhnəlmiş söz) 

– zövcə – xanım; Frau – Ehefrau – Gattin – Ehegattin – Gemahlin – Weib 

sinonim sırasına da leksik paradiqmada daxili seleksiyanın, seçmə-

qiymətləndirmə axtarışlarının nəticəsi kimi baxmaq olar. Həmin sinonim 

sıraların yayılan  əlaqə  və keçmələrində  mətndən asılı olaraq tam 

eyniləşdirmə  və  hətta ifrat fərqləndirmə, qarşılaşdırma üçün funksional-

semantik resurslar yerləşir. Bu sinonimlərdən hər biri obyekti, predmeti, 

hadisəni yeni görüş bucağından təqdim edir, reallığı  fərqli çalarlarda 

göstərir. Bu gün Avropada bir zəncini məhz “zənci”, Neqer kimi deyil, 

Afrikaner adlandırmaqla onun əhval-ruhiyyəsini xeyli yaxşılaşdırmaq, 

dünyanın rənglərini xeyli dəyişdirmək olar. Mən hələ  mətnyaratmaya 

xidmət edən saysız-hesabsız perifrastik formaları demirəm. Hamısı əcnəbi 

söz olan həkim-doktor-təbib semantik bərabərliyində (və bərabərsizliyində) 

həm səslənmə-şəkil fərqi sözün ayrıcalaşmasını, fərqləndirilməsini təmin 

edir, bununla da aldanış, manipulyasiya üçün ünsiyyət  şansları, fərqli dil 

hərəkətləri üçün daxili imkanlar hazırlayayır. Həkim-doktor-təbib-müalic 

(arxaikləşmiş buna görə də poetikləşmiş söz – “Eşq dərdi ey müalic, qabili 

dərman degil”) reallığında, işarə kütləsində energetik güc və əhatə daha da 

artır, dil işarələri  əsas informasiyanın sərhədlərini ötüb keçir. Daha bir 

“performans faktı”: İşsiz qalan bir elmlər doktoru-filoloqun, keçmiş baytar 

həkimin kəndlərdə adamları aldatması, “Mən də doktoram!  deyib onları 

“sağaltması”, müalicə edib məşhurlaşması haqqında maraqlı bir lətifə 

dolaşmaqdadır.  

 Azərbaycanın teleməkanında aparıcının da açıq-aşkar birtərəfli 

mövqe tutduğu bir veriliş var: “Gerçəyin özü”. “Gerçəyin özü” verilişi 

bütün semiotikası, məzmunu ilə gerçəyin özünü yox, onun astar üzünü 

xatırladır, reallığın imitasiyasını verir. Xüsusilə aparıcılardan birinin, 

birincisinin təqdimatında. Burada söhbət doğru olandan, həqiqətdən, 

düzgünlükdən, düzlükdən deyil, məhz gerçəkdən, real olandan gedir. 


 

 

 



219

“Gerçək” öz mahiyyəti etibarı ilə mövcud olan hər bir şeydir. Konkret, 

aktual reallıqdır.  İndi, hal-hazırda mövcud olan reallıqdır. Formalaşmış, 

oturuşmuş, həqiqət kimi qərarlaşmış, noramaya çevrilmiş yalanın özü də bir 

gerçəkdir. Həm də “doğruluq” və “düzgünlük”dən, “reallıq”dan fərqli 

olaraq “gerçək” həqiqət pafosundan, ideya və ideallardan, bütövlük və 

tamlıqdan, bununla da konstruktivlikdən məhrumdur. Mövcud olan, baş 

verən hər şey gerçəkdir. Həmişə yalanı yada salan “gerçək”də də “yalan - 

gerçək” kimi bir qeyri-müəyyənlik, anlaşılmazlıq və mütərəddidlik var. 

Bütün bunları yaxşı düşünmüş müəlliflər təkcə bunu unutmuşlar ki, 

semantik sahədə bir söz “tərpəndikdə”, yaddaşda onların çoxsaylı assosiativ 

əlaqələri də canlanır, yayğın semantikanın, qeyri-dəqiq adlandırmaların 

içində gizlədilən həqiqət “aysberqi” bütünlüklə olmasa da, görünən və 

təsəvvür olunan konturları ilə özünü büruzə verir, mütləq boy göstərir. Nə 

olsun ki, bu mübhəm qavrayış  və linqvistik intuisiya təhtəlşüurda, 

irrasionallıq, refleks səviyyəsində baş verir. Dil reallığı özü gerçəyi təhrif 

etdiyindən onun təkrar təhrif olunmasına qarşı  həssas reaksiya nümayiş 

etdirir. Mövcud reallıqdan fərqli laraq aktual gerçəklik daha konkret, aydın 

və qavranımlı olduğundan situasiyanı büsbütün gizlətmək, ört-basdır etmək 

mümkün olmur. Əlavə informasiyalar konkret səs-söz kütləsi ilə  təqdim 

olunan birbaşa informasiyanı üstələyir.  

 Türkiyə türkcəsində, eləcə  də Azərbaycan türkcəsində “baxmaq”, 

“qulluq eləmək”, “qulluq göstərmək”, “qulluğunda durmaq” kimi 

sinonimlər var. Geniş semantik sahə hüdudlarında buraya “qulluqçu”, 

“qulluq”, “xidmət”, “xidmət göstərmək”, “xidmət eləmək”, “qulluq 

göstərmək”, “qulluq eləmək”, bir qədər ifrat-ekspressiv və aşırı-praqmatik 

yanaşmada “nökərçilik etmək” söz və ifadələri də daxil olur. Deyilənə görə 

avropalıların “türklərin napaleonu” adlandırdıqları bütün türklərin atası 

Atatürk tarixdə analoqu olmayan möhtəşəm, təkrarsız qələbədən sonra 

böyük ziyafət təşkil edir və dünya ölkələrinin səfirlərini də buraya dəvət 

edir. Say-seçmə, yaraşıqlı türk zabitləri ali qonaqlara qulluq edirlər. Birdən 

zabitlərdən birinin ayağı sürüşür və  səfirlərdən birinin, deyilənə görə  ən 

hörmətlisinin üst-başı bulanır. Diplomatlar, həvəsi döşündə qalmış hər növ 

narahat  qonaqlar kinayə ilə, eyhamla bir-birinə baxıb gülüşürlər, istehza 

edirlər. Yəni ki, türklərin belə yüksək səviyyədə qulluq etməyə qabiliyyəti, 


 

 

 



220

mədəniyyəti çatmaz! Narahatlıq yarandığını, aranın qarışdığını görən 

Atatürk söz alır və təmkinli səslə səfirdən, bütün qonaqlardan üzr istəyərək 

deyir: “Ağalar, bağışlayın, bir xəta  üz  verdi.  Mən bu türklərə  hər  şeyi 

öyrətdim, bircə nökərçiliyi öyrədə bilmədim”.  

 Eyni bir predmeti, hadisəni, prosesi xarakterizə edərkən eyni 

məfhum sahəsinə aid olan, müxtəlif sözlərdən sadalama – detallar kimi 

istifadə olunması yayğanlığın başlıca mənbələrindən biri kimi təzahür edir. 

“Hamı bilir ki, Ermənistan Rusiyanın bir regionudur, əyalətidir, kəndidir, 

komasıdır” (Qəzetlərdən). Sinonim və semantik təkrarları, müxtəlif növ 

dubletləri də buraya əlavə etməklə  məkan sahəsindəki boşluğu, yayğınlığı 

daha da artırmaq, genişləndirmək mümkündür.  

 Müştərək-alternativ adlandırma və qiymətləndirmələr sferasında 

ifrat xarakteristika, mənfi-emosional dəyərləndirmə  hər hansı bir dilin 

leksik-semantik inkişafından qırmızı  xətt kimi keçir, zənginləşdirici, 

tamamlayıcı tendensiyalardan, meyllərdən birini təşkil edir ki, burada da 

üslubi sinonimlər mütləq üstünlük əldə edir. Peyorativ mövqe və 

münasibət, neqativ ekspressiya istər sinonim çoxluqların, istərsə  də 

sintaktik vasitələrlə düzələn qeyri-səlis çoxluqların, linqvistik alternativ və 

məhdudiyətlərin  əsas mənbələrindən birini əmələ  gətirir. Belə ifrat-mənfi 

çalarlıqlı sözləri kakofemizmlər adı altında birləşdirmək münasibdir. Digər 

ifadə vasitələri, dil formaları kimi kakofemizmlərin də praqmatikasını 

müəyyənləşdirmək, düzgün təyin etmək üçün qeyri-səlis kəmiyyət 

çoxluqlarının dilin sistem təməlini yaradan sinonim çoxluqları-

ümumdilsinonimləri ilə linqvistik qiymətlərin müxtəlif sintaktik 

elementlərlə  əmələ  gələn variantlarını, kontestual sinonimlərini qarşılıqlı 

əlaqə və vəhdətdə nəzərdən keçirmək zəruridir.  

İfrat mənfi çalarlıqlı dil işarələrindən, neqativlərdən istifadə 

olunması  verbal yalan-aldanış arsenalında özünəməxsus yer tutur. Bu 

haqda geniş danışmaq imkan xaricində olduğundan və mövzudan xeyli 

kənara çıxdığından daha çox yayılanlığın hüdudlarını nümayiş etdirmək 

üçün canlı ünsiyyət, məişət üslubundan və ictimai-siyasi diskursdan bəzi 

nümunələr gətirək. Ümumiləşmiş, kommunikativ baxımdan aktuallaşmış, 

xüsusiləşmiş leksik mənası ilə bir növ bütün semantik qrupu təmsil edən, 

yaddaşda canlandıran kakofemizmlər qarşı  tərəfə barışmaz münasibət 


 

 

 



221

bildirməklə mövcud situasiyanı öz təsiri və  nəzarəti altına alır, son hədd 

qavrayışı, bitmə, tükənmə düşüncəsi hər hansı bir mümkün variantı, pozitiv 

mövqe və münasibəti tamamilə istisna edir. Azərbaycanda Dağlıq 

Qarabağla başlanan xalq hərəkatı dövründə, milli azadlıq mübarizəsinin 

bütün sonrakı  mərhələlərində “erməni” sözü ən təhqiredici, ifşaedici söz 

olub, az qala bütün mənfi çalarlıqlı dil vahidlərinin ümumiləşmiş, 

birləşmiş, düyünlənmiş adı kimi işlənirdi. Bu dövrdə erməni və 

ermənilikdən danışan hər kəs həbəş qanlı rus şairi Puşkinin “Ты  вор,  ты 

раб,  ты  арменин” misralarını xatırlayıb daxilən təskinlik tapırdı. Həmin 

ifrat neqativ söz-demon bütün hədlərin sonu, bütün mənfi və qeyri-insani 

sifətlərin məcmusu, qurtaracaq nöqtəsi, nifrət və qəzəbin vəcd, ekstaz halı 

idi. Hitler Almaniyası dövründə “faşist” sözü yəhudilər üçün, “yəhudi” 

sözü aldadılmış sadə almanlar üçün nə idisə və indi “yəhudi” sözü ərəblər 

və farslar, İran liderləri üçün nədirsə, “erməni” sözü də biz azərbaycanlılar, 

bütün türklər üçün o idi. Və indi də odur. Nə  qədər ki, ədalətli sülh 

müqaviləsi bağlanmayıb elə  də olcaq. Yeri gəlmişkən “türk” və “erməni” 

sözləri qarşı  tərəflərin dilində  və onların bir-birinə münasibətində  həmişə 

yalnız müəyyən hədlərdə artıb-azalan kakofemizmlər kimi işlənmişdir. 

Qəfil torpaq iddiaları, qırğınlar, təhqirlər, böyük qardaş  tərəfindən guya 

qisas kimi düşünülmüş 20 yanvar hadisələri, işğalllar, bu “erməni” sözünü 

– düşmən anlamını  şiddət həddinə çatdırmışdı. “Erməni”, “erməni 

xəstəliyi” sözlərini təkrar-təkrar dilə gətirmək bizim üçün dünyanın ən şirin 

məşğuliyyəti idi, əsl intiqam aktı idi. Sakitləşdirici ürək dərmanı idi. Bizim 

üçün  ən mənfur söz infarktdan qorunmaq üçün bir dərman, həb kimi 

işlənirdi və beləcə kinayə, nifrət o dövrdə bizim dözümümüzü, 

müqavimətimizi xeyli artırdı. Döyüşkən, mütəşəkkil ermənilər bizim üçün 

sadəcə “erməni dığası” idi (Təkcə “axcı” sözü öz əvvəlki təravətini və 

bakirəliyini saxlayırdı). Belə qarşısıalınmaz, təhrikci  şüarlar eşidilirdi: 

“Kim otur deyəndə oturmursa, ermənidir!” “Kim Vəzirovun dalınca 

gedirsə, ermənidir!”, “Kim mitinqlərə getmirsə ermənidir”,  Erməni nifrəti 

şəksiz bir sosial imperativ, bir ümummilli-tarixi sifariş halına gəlmişdi. 

Sonradan məlum oldu ki, həmin çağırış müəlliflərinin böyük əksəriyyəti 

təxribatçılar, xüsusi xidmət orqanlarının  əməkdaşları  və  vəziyyəti daha da 

gərginləşdirmək, aranı qızışdırmaq istəyən “milli” ermənilər imiş. Sonradan 


 

 

 



222

o da məlum oldu ki, “erməni” sözü heç də bütün “azərbaycanlılar” 

tərəfindən eyni dəhşət və ikrah hissi ilə qarşılanmırmış. Hətta ermənilərə 

rəğbət bəsləyən, onların separatçılıq hərəktlərindən nəsə gözləyən adamlar, 

bütöv etnik qruplar, hakimiyyət divanələri varmış. Sevindirici, təsəlliverici 

odur ki, Azərbaycanın vəzifə və qanla çaşdırılmış bütün sağlam müsəlman 

əhalisi “ümumi düşmənə” eyni nifrət bəsləməsə  də, erməni və erməniliyə 

eyni dərəcə nifrət bəsləyirdi. Quba, Bakı,  Şamaxı  qırğınları heç də bütün 

yaddaşları  tərk etməmişdi. Sözün üstündəki  pərdə tam götürüülməsə, 

cövhərindəki zəhər tam təmizlənməsə də, biz azərbaycanlılar üçün bu gün 

də “erməni” sözü öz ilkin-mənfi energetikasını, genetik barışmazlıq kodunu 

qoruyub saxlamaqdadır. “Ay erməni!” “Erməni oğlu erməni!” “Harsının 

biri harsın!” “Erməni dığası!” “Ermənilərlə qohumluğu var”, “Yaşa 

Xoremoviç!” Hamı bilir ki, Azərbaycanda heç vaxt anası, yaxud arvadı rus 

və ya alman, hətta fransız olan adama belə münasibət bəslənilməmişdir. 

Yəqin ki, qanlı müharibə ədalətli sülhlə qurtardıqdan, uzun illər keçdikdən 

sonra “erməni” sözü də ilkin daha doğrusu sonrakı aqressivliyini itirəcək, 

ermənilər də  uşaqlarını türklərlə qorxutmayacaq. Necə ki, indi polyaklar 

uşaqlarını daha Suvorovla qorxutmurlar, yəhudilər bütün almanlara “faşist” 

demirlər. Yadıma gəlir ki, Naxçıvanik kəndi yaxınlığında bir azərbaycanlı 

dəliqanlı sadəlövhcəsinə, bir türk saymazlığı və arxayınlığı ilə deyirdi: İndi 

bir-iki erməni dığasına görə  mən burada səngərmi qazacağam?!; Sabahısı 

gün öyrəndim ki, ermənilər həmin “posta” hücum etmiş  və  cəsur 

əsgərləriumizin başını 

kəsmişlər. 

Əminliklə demək olar ki, 

məğlubiyyətlərimizdə başqa cəhətlərlə yanaşı, yanlış psixologiya və 

sadəlövh semiotika da az rol oynamadı. Sonradan onu da başa düşdük ki, 

həmin televiziya verilişi, lent yazısı ilə bizim bəzi “vətənpərvər” jurnalistlər 

ermənilərə döyüşçülərimizin yerini nişan verirmiş. “Erməni qan gördü!;” 

“Qorxaq erməni!” Özünə güvənən bəzi azərbaycanlılar yaddaşının gücü və 

aldanışı ilə Koroğlu dövrünün qurtardığını, ermənilərin genetik tərkibcə 

xeyli dəyişdiyini, daxili və xarici amilləri nəzərə almayaraq “Biz ermənini 

əliyalın  İrəvana qədər qovarıq deyirdilər”. Başqa bir cəhət. “Erməni” 

sözünün neqativ enerjisi böhran məqamlarında onu əvəzsiz funksional nitq 

vahidlərinə, praqmatik sursata çevirirdi: “Arvadı ermənidir”, “Dayısı 

erməni olanlar yüksək vəzifələri tutur”, “Gəlininin anası/nənəsi ermənidir!” 


 

 

 



223

Həm iqtidarda, həm də müxalifətdə olanlar bir-birinə güc gəlmək istəyəndə 

“filankəs düşməndir”, “yaxud haqlı deyil” demək istəyəndə “filankəs 

erməniyə/ermənilərə  işləyir” kimi ittihamlar irəli sürürdülər və 

Azərbaycanda bundan daha böyük aksioma, daha tutarlı fakt yox idi. 

Şübhəsiz ki, sözün təkdə  gəlməsi (“O, erməniyə xidmət edir/erməniyə 

işləyir” daha böyük təsir və  əks-təsir qüvvəsi hasil edirdi – alleqorik 

işlənmə, təkin, sinquların gücü öz təsirini göstərirdi.  

  Əfsuslar olsun ki, az sonra Azərbaycan xalqının müqavimət 

gücünü, milli birlik və əzmini zəiflətməyə yönəldilmiş düşünülmüş siyasət 

nəticəsində “erməni” sözü “qarabağlı”, “naxçıvanlı”, “ermənistanlı” bir 

qədər sonra isə “kürd” və “türk” sözləri ilə  əvəzləndi. “Erməni dostları” 

etnik-siyasi kakofemizmləri dəyişməklə sözün ifşaedici, səfərbəredici 

təsirini qismən neytrallaşdırmağa, hədəfləri dəyişməyə nail olurdular”.  

  Eyni zamanda həm müstəqillik, həm də hakimiyyət uğrunda gedən 

mübarizə öz siyasi kakofemizmlərini hazırladı: “Qiyamçı”, “vətən xaini”, 

“dövlət çevrilişi”, “hakimiyyətə  gəlmək istəyi”, “xalqın düşməni”, “milli 

satqınlar” və s. “Kim dağıdıcı müxalifətin mitinqlərində  iştirak edirsə, 

qiyamçıdır”. “Kim bizimlə deyilsə, xalq cəbhəsinin tərəfində deyilsə, 

ermənidir”. “Kim sabitliyi pozursa, o, xalqın/millətin düşmənidir”, 

“Seçkiləri baykot edənlər, seçkilərin nəticələrini saxtalaşdıranlar 

təxribatçılardır”, “Kim Azərbaycanın demokratik imicinə öz hərəkətləri ilə 

(?) ziyan gətirirsə, xalq düşmənidir”, “Mitinqçilər  şəhərin baş meydanını 

ələ keçirmək, bununla da dövlət çevrilişi etmək istəyənlər Azərbaycan 

istiqlalının qatı düşmənləridir”, “Seçkilərin xalqın iradəsinin  əks 

etdirmədiyini beynəlxalq tribunalardan car çəkənlər Vətən xainidir”, 

“Nümayişə  çıxanların hamısı narkomanlar və ruhi xəstələrdir” və s. kimi 

cümlə kakofemizmlərlə formalaşan ümumiləşdirici, daha doğrusu, 

yayındırıcı dil hərəkətləri də  məhz konkret məqsədlər üçün dövriyyəyə 

buraxılırdı, onların hər biri bir-birinə zidd olan bir neçə  həqiqəti ifadə 

edirdi. Nəzərə almaq lazımdır ki, həqiqətdə yalan və yalanda həqiqət 

segmentləri var. 

 Azərbaycanda həm ciddi, həm də qeyri-ciddi, komik-yumoristik 

məqamlarda “ağqulaq”, “sarıqulaq”, “əmmaməli”, “qarasifət”, “seyid” 

qəbilindən olan semantik kakofemizmlərin etnonimlərə ekvivalent, müqabil 


 

 

 



224

söz kimi işlənməsini kifayət qədər geniş yayılmış bir hal olaraq xüsusi qeyd 

etmək lazımdır. Millətlər, xalqlar, ictimai qrup və siniflər, müxtəlif 

təbəqələr, mafiya, tayfa qruplaşmaları arasındakı münasibətlərdə tolerant-

kompromis leksika, gizli-aşkar kodlar, şifrlər kimi bu gün də geniş 

miqyasda istifadə olunmaqdadır. Bunların bir çoxu, eyni zamanda 

etnonimlərin böyük əksəriyyəti (xüsusilə milli azlıqların adlarını 

bildirənlər) gizli kovensiyanın, razılaşmanın nəticəsi olaraq heç də həmişə 

aşırı kobud-qaba, təhqiramiz sözlər kimi qavranılmır.  Əksinə, onların bir 

çoxu şirin söhbətlərin, canlı yumor və zarafatların ayrılmaz tərkib hissəsinə 

çevrilmişdir. Almaniyada “türk” və “serb” etnonimləri, Azərbaycanda 

“talış”, “kürd”, “ləzgi”, habelə səlyanlılar, şəkililər, basqallılarla bağlı belə 

şux,  şən-sevdalı zarafatlar dolaşır. Lakin bu həmişə ziyansız ötüşmür və 

belə sözlərə olduqca həssas yanaşmaq zəruridir. Görünür, dövlətlərin 

yaxınlaşması, xalqların, regionların qaynayıb-qarışması, və ya, əksinə, 

uzaqlaşması ilə  mənfi çalarlıqlı sözlərin, kakofemizmlərin yumşalması  və 

qəlizləşməsi prosesləri də yanaşı gedəcək. Rusiyanın böyük şəhərlərində, 

Moskva və Sankt-Peterburqda o vaxtlar həmrəylik və harmoniya içində 

yaşayan bütün qafqazlıları birləşdirən bədnam-məşhur  kakofemizm yəqin 

ki, yaddaşlardan hələ tam silinməyib. Böyük Vətən Müharibəsi deyilən və 

böyük hərflərlə yazılan müharibədə vicdanla vuruşmuş, həm də öz 

vətənlərini qoruduqları üçün vicdanla vuruşmuş natsmenlərin müxtəlif 

adlarla təhqirlərə  məruz qalması  və bunun mənfi nəticələri hamıya 

məlumdur. 

Müxtəlifliyi göstərmək üçün daha bir neçə nümunə. 

Azərbaycan tarixinin müxtəlif dövrlərində “bəy” sözü çoxlu 

semantik deformasiyalara, koqnitiv-praqmatik təhrif və yanılamlara məruz 

qalmışdır. “Bəy dediyin nədir, bəyənmədiyin nədir?” xalq məsəli tarixi 

həqiqət və yalanların, aldanış  və yanılmaların linqvistik yadigarı kimi 

yaşamaqdadır. Bəylərin müflisləşdiyi məlum dövrdə, görünür, icimai-

siyasi, sosial-iqtisadi təzyiqin, sürətli dəyişmə  və yeniləşmələrin təsiri 

altında dil müvafiq, fərqləndirici nominasiyalara macal tapmamış, semantik 

dərinləşmə, təyinetmə sifət-isim üzərinə keçirilmiş, beləliklə də “quru bəy” 

ifadəsi yaranmışdır. Quru bəy yoxsullaşmış, Çar Rusiyası tərəfindən şərəfi, 

qürur və ictimai nüfuzu əlindən alınmış, indiki dillə desək, imicini itirmiş, 


 

 

 



225

güzəranından,  əvvəlki hörmət və  şöhrətindən məhrum olmuş hüquqsuz, 

kiçik bir sosial zümrənin, insan qrupunun adı kimi işlənirdi. “Quru bəy” o 

deməkdir ki, bəydən, bəylikdən “bəyin” ancaq quru adı qalmış, maddi-

iqtisadi, hətta bəzən mənəvi baxımdan iflasa uğramışdır. Konkret bir 

dövrdə Azərbaycan həyatının güzgüsü olan “O olmasın, bu olsun” 

komediyasında belə bir iddialı, qürurlu vəziyyətlə heç cür barışa bilməyən 

“quru bəy” təsvir olunur. Həsən bəy o qədər pulsuzlaşmış, kasıblaşmışdır 

ki, yediyi yeməklərin haqqını ödəyə bilmir və təhqirə  məruz qalır. Əsərin 

qəhrəmanlarından biri olan Rüstəm bəy, Rüstəm Zalın adını daşıyan 

Rüstəm bəy, keçmişdən, unudulmaz günlərindən qalmış  dəbdəbəli ev-

eşiyinə, həyət-bacasına baxmayaraq, vəziyyətdən çıxmaq üçün 16 yaşlı 

qızını o qədər xətir-hörməti olmayan tacirə – 50 yaşlı  Məşədi  İbada  ərə 

verməyə razı olur. Bir azərbaycanlı-türk düşüncəsində “bəy” məlum pozitiv 

çalarla yanaşı, heç nəyə əlini vurmayan, yalnız kənarda durub, vəz verən, 

buyurub-çağıran hazırına nazir, tənbəl, müftəxor bir adamdır. Belə  bəy 

daha “Axırıncı  aşırım”da təsvir olunan Abasqulu bəy deyil, cəmiyyətin, 

dilin qarğışına tuş gəlmiş bir adamdır, daha doğrusu, yalnız dil işarələrinin 

xatirəsinə, tarixinə köçmiş bir bəydir. Bu anlam və düşüncə, müansibət 

müxtəlifliyi, həm də  fərdi xarakter və keyfiyyətlərlə  şərtlənən mənəvi və 

sosial məsafələşmə “Bəylə bostan əkənin tağı çiynində bitər”, müsbət 

yöndə: “Elə bil bəy balasıdır”, “Bildirçinin bəyliyi darı sovulanacandır”, 

“Söymə nökər atama, söyməyim bəy atana” kimi atalar sözü, ifadə  və 

deyimlərdə əks olunur. Toy gecəsində səliqə ilə geyinmiş “bəylik taxtında” 

əyləşmiş, ağdan qaraya əlini vurmayan, bir günlük xüsusi imtiyaza malik 

olan, vəzifə borcunu yerinə yetirmək üçün özünü müdarə edən bəy də 

haman bəydir, eyni linqvistik reaallığın, səlahiyyət və hörmətin, statusun 

daşıyıcısıdır. Heç kimə  və heç nəyə kömək etmək istəməyən, zəhmətdən 

qaçan adamları da haman bəy tənbəlliyi və təşəxxüsü ilə müqayisə edirlər. 

Və fəaliyyətsizliyinin, arxayınlığının səbəbini də məlum sualla soruşurlar.  

 Azərbaycanda milli azadlıq hərəkatı dövründə, türk birliyi və 

qardaşlığı eyforiyasında yığcam, çevik, şən, koloritli “bəy” sözü yeni 

sosial-linqvistik güc və vüsət kəsb etdi. Kütləvi müraciət forması kimi 

işlənən “bəy” az qala ikonik işarəyə çevrildi, adamlarda xoş, təntənəli, 

gümrah və şux əhval-ruhiyyə yaratdı. Birlik, yeganəlik və  həmrəylik ruhu 


 

 

 



226

doğurdu. “Bəy” təbii müraciət forması kimi “xanım” sözünə qarşı dururdu, 

onu tamamlayırdı, bütövləşdirirdi, zaman-zaman tarixlərə hökm etmiş 

türklərin qədim şan-şöhrətini, amirlik iradəsini, passionarlığını yada salırdı. 

Lakin tezliklə yenidən dirçəlmiş bu söz, bu ruh, bu söz ruhu bir çox 

keçmiş-“kommunist bəylərin” xoşuna gəlmədi, onları hətta acıqlandırdı da. 

Baxmayaraq ki, ehtiyatda çoxlarının xoşuna gəlməyən “ağa” sözü da vardı. 

O vaxt hələ  rəqib, sinonim – “cənab” sözü, “xanımlar və  cənablar” 

müraciət forması yox idi, işlənmirdi. Zaman hələ belə bir əcaib işarəni 

doğmaq üçün yetişməmişdi. Doqquz ay doqquz gün tamam olmamışdı. 

Mübaliğəsiz demək olar ki, ümumən “cəbhəyə” qarşı xalq hərəkatı azadlıq, 

azadlıq mübarizəsi missiyasını yerinə yetirən cəbhələrin yaradılmasında 

xalqın birlik ruhunun zəifləməsində, qüvvələrin parçalanmasında qurama 

“cənab”, kinayəli-kinli “bəy” sözü heç də  təxribatçılardan, macəra 

həvəskarlarından, xüsusi xidmət və xidmətçilərdən az rol oynamadı. 

“Cənab”da unudulmaz sovet reallıqları, “bəy”də, “ağa”da isə tarixi 

keçmişimizin  şərəfli səhifələri ilə  fəxr etmək, qürurlanmaq düşüncəsi və 

psixologiyası yaşayırdı. Bu linqvistik sui-qəsd, verbal dövlət çevrilişi,  əsl 

təxribat,  nüfuzsuzlaşdırma, ruhsuzlaşdırma aktı idi. Doğrudur, ilk əvvəl 

xalqın bütün sağlam qüvvələrini ifadə edən “cəbhə” sözü və “xalq cəbhəsi” 

ifadəsi, sonradan sözün ilikn-etimoloji mənaları ilə qarşılaşaraq aşkar mənfi 

çalarlar kəsb etdi. Xalq cəbhəsinin bir çox təsadüfi funksionerlərinin, 

səriştəsiz, özünü apara bilməyən bəzi liderlərinin timsalında sürətlə 

devalvasiyaya, qiymətsizləşməyə  uğrayaraq az qala “görməmiş”, “fərsiz”, 

“vecsiz” sözlərinə  qədər yayğınlaşdı, seyrəkləşdi. Bu sözlər, mənalar 

qarşılaşmanın son hədləri kimi qavranıldı, ilkin başlanğıcı, start hədləri, 

kəsişmə nöqtəsi kimi anlaşılmaqdan məhrum edildi. Beləliklə, evfonik, xoş 

səslənimli, “bəy” sözü qəti olaraq və uzun müddətə kakafonik semantikanın 

təxmini işarəsi kimi qərarlaşdı. Müasir günlərimizdə  həmin praqmatik-

üslubi nişanlanma, işarələnmə bir qədər zəifləsə  də, indi də davam edir, 

funksional  ətalətini, mənfi konnotativliyini saxlayır, öz bəraət vaxtını, 

bağışlanma anını gözləyir. Linqvistik proqnoz belədir ki, yəqin hələ uzun 

müddət heç kəs “bəy” adlanmaq istəməyəcək, yalnız “cənab” adlanaraq 

vəzifə qazanmaq həvəsində olacaq. “Bəy” sözündən fərqli olaraq onun 

funksional sinonimi bəzi baş    girləyən məddah məmurlar üçün həm də 


 

 

 



227

uzunmüddətli “vəzifə”, “şöhrət” anlayışı, qeyri-məhdud miqdarda pul 

qazanmaq və onu əlində saxlaya bilmək təsəvvürləri və istəyi ilə 

assosiasiya olunur. Və bu güclü praqmatika, “şöhrət libidası” hələ uzun 

müddət sözü dirilməyə, dirçəlməyə qoymayacaq. Düşünürəm ki, müasir 

Azərbaycan dilində “cənab” sözü biganə, bəzi təşəxxüslü, acgöz 

məmurların fəaliyyəti kontekstində daha çox məsafələşməni, kütlədən 

uzaqlaşmanı, yadlaşmanı; “bəy” sözü isə, əksinə, bir dəfə, bircə dəfə qismət 

olan hakimiyyəti itirmək peşimançılığı ilə kütləyə, insanlara yaxınlaşmanı, 

mili duyğuları yenidən oyatmaq və alovlandırmaqla daha yaxın, isti 

münasibətlər qurmaq anlamını ifadə edir. Eyni hadisə, eyni qavram 

müxtəlif adamlarda həm həqiqət anı, həm də yanılma mənbəyi ola bilər. 

Saatlarla meşin qapılar arxasında gözləyən, qəbula düşə bilməyən, şikayət 

etmək üçün yer və dil tapa bilməyən adamlarda belə bir yanlış  təəssürat 

formalaşır ki, məsələn, “bəy” adlanan idarə müdirinin qəbuluna düşmək, 

onunla məslələri həll etmək “cənab”a nisbətən daha asan və rahat olar. 

Burada perspektiv artıq ikinci plana keçir. “Cənab” mütləq iri eynəkli, 

zabitəli, şişman, çox ciddi adam təəssüratı yaradır. “Bəy”də sanki “cənab” 

xitabı ilə müqayisədə daha artıq təbiilik, mərhəmlik, yaxınlıq və həmrəylik, 

doğmalıq var. Sadəlövlük var. Digər tərəfdən “cənab” sözündə mütləq 

kənardan göndərilən, yad, yabançı məqsəd və idealogiyalara xidmət etmək, 

kimlər, kimsənələr tərəfindənsə  təyin və idarə olunmaq, öyrədilmək, 

yönəlidilmək çaları gizlənir. Beləliklə,  daim zəif, daxili semantikanın, dil 

işarələrinin aramsız qarşılıqlı münasibətləri, təsir və əlaqələri ilə genişlənən 

təsəvvür sahələri leksik-semantik sahələri yenidən öz içərisinə alır, yeni, 

aktual dərketmə və qiymətləndirmə impulsları ilə zənginləşir.  

Ayrı-ayrı sosial-siyasi və  mədəni-tarixi kontekstlərdə müxtəliflik və 

oxşarlıqları, linqvistik-psixoloji universallıq və  fərqləri araşdırmaq, dil 

işarələrinin adlandırdıqları obyekt və hadisəslərlə izomorfluq hədlərini 

göstərmək üçün olduqca zəngin material verir. Rusiyada “tatar-monqol” 

hökmranlığı  zəiflədikdən, sonralar isə tamamilə aradan qalxdıqdan sonra 

yerli türk-tatarlar üzərinə basqılar, təhqir və qisas erası başlandı. Vaxtilə 

tatar “knyazlarına” sözsüz tabe olan ruslar indi fatehləri adam yerinə 

qoymur, onları addımbaşı təhqir edir, alçaldır, xüsusilə sadə xalqı min-bir 

əzab-əziyyətə  məruz qoyurdular. Doğrudur, Rus dövləti keçmiş elitar 


 

 

 



228

təbəqə – türk tatar əsilzadələri üçün xüsusi imtiyazlar müəyyən etmişdilər 

və buna az-çox əməl edirdilər. Ruslar hədsiz zülm və təhqirlərə müqavimət 

göstərən, adi insani və  vətəndaş münasibəti tələb edən sadə tatarlara – 

əkinçiyə, maldara, keçmiş  şöhrətli döyüşçüyə ikrahla “А  ты  что,  князь 

что-ли?” deyə rişxənd edirdilər. Sonradan gürcü “knyazları” da yerli 

azərbaycanlılara,  Şah Abbasın nəvələrinə belə  təhqiramiz münasibət 

göstərəcəkdilər. Gürcülərin nəzərində “tatar” geri qalmış, mədəniyyətdən 

uzaq, kobud, heç nəyə qadir olmayan qəddar-qaniçən bir adam idi. Elə 

anlayışlar, hadisələr var ki, dərhal, qısa müddətdə onların adekvat, məqbul 

ifadəsini tapmaq olmur. Belə  vəziyyətlərdə ortaqlı, mütləq bir qədər də 

yayğın, qeyri-dəqiq nominasiyalar, şərikli-paralel adlandırmalar,  növbənöv 

ittihamedici perifraz axtarışları yanaşı gedir, səciyyələndirmə, epitet 

qavrayışı üstünlük qazanır. Gürcüstanda hətta “bitdi tatarlar” ifadəsi 

meydana gəlmişdi. “Türk” sözü belə neqativləri çətin özünə  çəkirdi. 

Qədim, inkaredilməz tarixi şərəf və missiya “türklük” anlayışını və “türk” 

adını aşınmalardan qismən hifz edirdi, sözü ucuz kakofemizm səviyyəsinə 

enməkdən və endirilməkdən qoruyurdu. Lakin bu iki sözü dəyişməklə 

“türklərdən eyni dərəcədə  əziyyət çəkmiş” xristian qardaşlarının qazancı 

daha böyük idi. Çoxbilmişlər, xristian təmsilçiləri türklərə “tatar” deməklə 

onalrın tarixi zəfərlərini düz ikiqat azaltmağa müvəffəq olurdular. Türk 

qövmünü parçalamaqla onların heç bir xalqla müqayisə edilə bilməyəcək 

tarixi zəfərlərinə yalançı  şəriklər axtarıb tapırdılar, eynilikdə, eyniyyətdə 

müxtəliflik arayırdılar. Necə ki, bayaq qeyd etdiyimiz kimi, Avstriya, 

yaxud İsveçrə almanı ruslarla daim müharibə vəziyyətində olan rusların və 

digər qısqanc xalqların nəzərində daha alman deyil, sadəcə olaraq 

“avstriyalı” və ya “isveçrəlidir”. Ən böyük aldanış isə əslində “türk-monqol 

əsarəti”, daha doğrusu, “türk-monqol himayəçiliyi” adlandırılmalı olan 

tarixi həqiqətin “tatar-monqol əsarəti” adlandırılması idi. Əsl həqiqətdə 

türklər (monqollar onların qoşunlarının bir hissəsini təşkil edirdi, bütün 

zabit heyəti, əmr-amirlik edənlərin hamısı türklər idi, Çingiz xanın oğulları 

və  nəvələri idi) Rusiya ərazisinin, geniş rus çöllərinin bütövlyünü və 

toxunmazlığını qoruyub saxladı, oraya əcnəbi, köçəri tayafaların 

hücumlarının qarışmasını aldı, yerli xalqla harmoniya şəraitində yaşadı, 

qohumlaşdı, rusların dilinə, dininə, mədəniyyətinə, yazısına toxunmadı, 


 

 

 



229

ruslara hərbi intizam və dövlətçilik öyrətdi, dastan yazmaq və tapmaq 

öyrətdi. O vaxta qədər Aleksandr Nevskinin kiçikmiqyaslı döyüşdə 

qələbəsindən sonra demək olar ki, heç bir böyük tarixi zəfər qazana 

bilməyən ruslara genetik igidlik, qorxmazlıq və şücaət ənənələri bəxş etdi. 

Bununla da onların gələcəkdə  hətta dünyanın  ən böyük fatehlərindən biri 

olan Napoleona qalib gəlməsinin əsasını qoydu. Yadınızdadırsa, Şekspirin 

qəhrəmanlarından biri heç nədən çəkinməyərək qaranlıq mağaraya 

soxulmaq istəyən, canından qorxmayan döyüşçü yoldaşının igidlik və 

qorxmazlığı qarşısında heyrətini gizlədə bilməyərək deyir: “Sən insansan, 

yoxsa türk?” Böyük Şekspir rus mujikindən fərqli olaraq türkü ölümdən 

qorxmayan fövqəlqəhrəman, fövqəlinsan kimi təsvir və  vəsf edir. Bəzən 

german soyuqqanlığı və rasionallığı onun nifrətinə də qalib gəlir. 

  Əlbəttə, ayrı-ayrı tarixi dövrlərdə ayrı-ayrı etnoslara münasibət 

dəyişdiyi kimi, müxtəlif etnonim və onların sinonim variantlarına, 

alternativ adlandırmalara münasibət də  dəyişib başqalaşır, yaxın və uzaq 

miqyaslar, fərqli meyarlar kəsb edir. Psixoloji baxımdan maraqlı olan budur 

ki,  ən dərin, barışmaz düşmənçilik,  ən amansız qətl və qisas aksiyaları 

yaxın qohumlar, bir vaxtlar arlarından su keçməyən, istəkli, sədaqətli 

dostlar arasında olduğu kimi, ən barışmaz, həllolunmaz münaqişələr, 

münasibətlər də eyni arealda, yaxın coğrafi ərazidə yaşayan, deməli, daim 

mənafe,  ərazi münaqişələrində olan xalqlar arasında müşahidə olunur. 

Görünür, gerçək hadisələr, təffərrüatlar, təsəvvürlər, təmaslar o qədər 

müxtəlif, fərqli və dərinliklərə işləyən olur, elə pozulmaz, unudulmaz hala 

gəlir və elə izlər buraxır ki, tərəflərdən hər birinin digərinə etdiyi güzəşt, 

yaxud mənfi hərəkət onun şəksiz üstünlüyünün qəbul olunması,  şərəfinin 

pozulması, tapdalanması kimi başa düşülür. Hələ mən tez-tez təkrarlanmaq 

ehtimalı olan gizli-aşkar xətaları demirəm. Canlı  həyat fəlsəfəsi, 

mövcudluq haqqı  və mübarizəsi hər cür humanist-insani münasibətə, 

həqiqət fəlsəfəsinə, fərdlərarası, millətlərarası dinlər və mədəniyyətlərarası 

tolerantlığa, qarşılıqlı ünsiyyət psixologiyasına və təbii zərurilik duyğusuna 

qalib gəlir. Etnik yaxınlıqları, genetik qohumluqları çoxdan sübut olunmuş 

ərəblər və  yəhudilər üçün müvafiq olaraq “ərəb” və “yəhudi” sözləri 

dünyanın, amansız xarici aləmin  ən sərt qıcıqlandırıcıları, ən arzuolunmaz 

reallıqlarıdır. Hadisələrin özlərindən də artıq dəhşətli reallıqlarıdır. Ərəb və 


 

 

 



230

ya yəhudilik mənsubiyyəti deyil, məhz daha dərinliklərə rişə atmış, 

dərketmə substansiyasına çevrilmiş, təssəvür, təəssürat dairəsi daim 

genişlənən, konturları itən “ərəb” və “yəhudi” sözləri zaman-zaman daha 

artıq dinamik güc və energetika kəsb etmişdir. Dünya miqyasında 

yəhudilərə olan haqlı-haqsız fərqli münasibət bir çox alternativ variantların, 

ümumdil və kontekstual sinonim-çoxluqların formalaşmasını  şərtləndirir: 

yəhudi, cühud, yevrey, seyid və s. Yəqin bu bəlalı agildan bəlalı  və 

istedadlı xalqla bağlı  mənim bilmədiyim başqa variantlar da yox deyil. 

Rusların işlətdiyi daha dəhşətli və yarıtmaz, yaramaz söz var ki, hər bir 

yəhudi buna görə öləcəyini  əvvəlcədən bilə-bilə duelə  çıxmağa, ölüb 

öldürməyə hazırdır. Vaxtilə Arkadi Raykini sarsıdan məşum söz, adı 

məlum olmayan bu linqvistik virus bir kimyəvi, bakterioloji silah kimi 

mütləq zərərsizləşdirilməli olan bu kakofonik, zəhərli semantika bu gün də 

öz qorxunc ekspressiyasını mühafizə edib saxlayır. Yəhudilərə münasibət 

tam dəyişsə  də, sözün xətasından, günahından qurtarmaq mümkün olmur. 

Son hadisələr göstərir ki, söz həm də ifşa edir faktı qoruyar unudulmağa 

qoymur. Düşünürəm ki, şeylərin, predmetlərin, obyekt və hadisələrin 

özündən uzunömürlü və informativ, geniş  və sarsılmaz olan dil 

vahidlərinin, işarə reallğının müqavimətini dəf etmək,  ətalətini 

dayandırmaq bəşəriyyətin qarşısında duran ən çətin vəzifə olacaq. Bəlkə də 

mümkün ola bilən gələcək harmonik dünyanın düzənlənməsində real 

maneə törədəcək. Yəqin ki, bu haqda indidən düşünmək, birgəyaşayışa, 

harmoniyaya mane olan bir sıra digər semantik neqativlər kimi bəduğur 

etnonim-kakofemizmlərdən dili təmizləmək, bu istiqamətdə linqvistik 

islahatlar aparmaq da lazım gələcək. Düşünürəm ki, dil işarələrini, səs 

reallıqlarını yalnız forma kimi deyil, həm də müstəqil, ayrı-ayrı hallarda 

əlahiddə gerçəkliklər, maddi kəmiyyətlər kimi öyrənmək gələcək elmin 

mühüm vəzifələrindən biri olacaq. Onu da düşünürəm ki, köhnə lüğətlər, o 

vaxt sovet dövründə olduğu kimi, zəhərli  ədəbiyyat qismində  dəmir 

dolablarda (Giftschrank) saxlanılacaq, oxunmaq üçün yalnız inanılmış 

adamlara veriləcək. Və bu qadağaya demokratiya kimi baxılacaq. 

  Səsə hopmuş neqativ təəssürat xüsusilə etnik məsələ kimi həssas 

bir məsələdə  səsə hopmuş soyuq anlayışdan və  səsə hopmuş fikirdən, 



 

 

 



231

ideyadan daha güclü və  dərin olur, qəlblərdə, yaddaşlarda silinməz izlər 

buraxır. 

 Bu həqiqəti  ən yeni dövrün canlı hadisələri – 2008-ci il Rusiya-

Gürcüstan müharibəsi bir daha sübut etdi. Cəmi beş gün davam edən 

müharibə  ərzində ruslar üçün “gürcü”, “Gürcüstan”, gürcülər üçün “rus”, 

“Rusiya” sözləri dünyanın, tarixin ən mənhus sözlərinə çevrildi. Çeçenlərin 

müstəqillik uğrunda mübarizəsi davam etdikcə çeçen və rus nifrəti də 

həmin sözləri tərk etməyəcək. Son bir nəfərə qədər ümumiləşdirici gücünü 

saxlayacaq. Görünür, hər  şey, o cümlədən sözün taleyi də xalqların taleyi 

ilə  sıx bağlı olur. Sözün üzərinə çökmüş koqnitiv-psixoloji duman 

çəkilməmiş, gözləri, beyinləri örtmüş qan və kin pərdəsi götürülməmiş  və 

ya heç olmasa seyrəlməmiş sözü əvvəlik qavrayış ilkinliyinə  və 

bütövlüyünə, öz təbiiliyinə qaytarmaq da mümkün olmur. İkinci dünya 

müharibəsi illərində və ondan da xeyli müddət sonra, bəzən indinin özündə 

də der Deutsche (alman), Deutschtum (almançılıq, alman məfkurəsi), 

Deutschland (Almaniya) sözləri fəal şəkildə “Faschist” sözü ilə assosiasiya 

olunurdu. Beyinlərdəki bir alman yox, bütün almanlar idi. Sonralar 

məğlubiyyətlərin sayı artdıqca, fəlakətin qaçılmaz olduğu aydınlaşdıqca 

“arilər”, ali irq (Herrenrasse) sözləri kinayəli-komik çalarlar almağa 

başladı. Hətta digər xalqlar üçün ən mənhus xəbərlər yayılan alman dili – 

Götenin, Kantın dili ən kobud, dəhşətli, qaba dil kimi qavranlmağa başladı, 

hər cür əsaslandırılmamış, mənfi konnotasiyalar saçdı. Bu gün yeni möcüzə 

- iqtisadi möcüzə yaradan Almaniya, alman və alman dili artıq bu mənfi 

yükdən sürətlə  təmizlənmə, durulma, aydınlaşma dövrünü keçirir. Hər bir 

zəhərlənmiş, ödlə doydurulmuş etnonim ən mürtəce ideologiyadan da 

uzunömürlü və təhlükəli olur.  

 Bir qədər də antroponimlər – şəxs adları ilə bağlı kakofonik 

işlənmələr haqqında. Etnonimlərə münasibətdə ifadə variantlarının, yanaşı 

nominasiyaların maraqlı  cəhətlərindən biri də onların ümumiləşmiş ad-

obrazlarla, xüsusi ismlərlə ifadə olunması texnalogiyasıdır. Belə 

ümumiləşmiş xüsusi ad-metonimlər hər bir etnos haqqında  şərti-nisbi 

mənada müxtəsər təsəvvür yaradır, onların az-çox mükəmməl və bitkin 

obrazını formalaşdırır. Söhbət azərbaycanlıların bir bütöv halında 

“Mamed”, rusların “İvan”, almanların “Fritz”, ermənilərin “Vazgen” adı ilə 


 

 

 



232

təqdim və ifadə olunmasından gedir. Həmin ümumiləşdirici xüsusi adlarla 

xalqların həyat və  məişəti, təfəkkür tərzi, mentallığı haqqında maraqlı 

əhvalatlar, lətifələr dolaşmaqdadır. Heç şübhəsiz ki, müxtəlif adlandırma, 

dəyişmə variantlarından hər birində bu və ya digər dərəcədə mübaliğə  və 

yalan elementləri, məzhəkə ruhu yaşayır. Azərbaycanlıların söylədikləri 

“müqayisəli-tipoloji” lətifələrdə hökmən “Mamed”, rusların və ermənilərin 

söylədikləri lətifələrdə isə bir qayda olaraq “İvan” və “Vazgen”, yaxud 

“Xoren”, “Vartazar” qalib gəlir. Xalqların, millətlərin gizli-aşkar yarışı 

dostluq, ya düşmənçilik refleksləri qeyd olunan ümumiləşdirilmiş 

obrazlarda yaşayır və  gələcək nəsillərə ötürülür. Yəqin ki, psixikanın 

dərinlikləridə, hər bir “yaradıcı” fərdin eksistensiyasında  əks-səda tapır. 

Folklor yaradıcılığındakı Molla Nəsrəddin, Bəhlul Danəndə, yalan 

qəhrəmanları Ovçu Pirim, “Münxhauzen” kimi ümumiləşmiş super-

obrazlar da daha qlobal miqyasda müdriklik, ağıl və hikmət yarışının  əsl, 

bəzən yeganə  və  təkrarsız qəhrəmanları kimi qavranılır və  təqdir olunur. 

Adətən etnonimlərdə, onların sinonim variantlarında və  əlavə-ehtiyat 

nominasiyalarda müsbət və  mənfi nüanslar, semantik çalarlar paralel, 

müvazi inkişaf edir və gerçəklik dəyərlərinə münasibətdə kifayət qədər 

yayğın-yayılan və qeyri-mükəmməl, qeyri-dəqiq olur, harmoniyadan çox 

ziddiyyətləri, semantik-praqmatik nisbilikləri ortaya qoyur. Heç də  hər bir 

alman, ayrılıqda götürülmüş hər bir Fritz bizim düşündüyümüz qədər ideal 

dərəcədə intizamlı, dəqiq, yaxud qənaətcil, ya simic, yaxud da qəddar, 

amansız, çığırqan olmur. Heç bir türk və ya kürd biz düşünən və gözləyən 

qədər cəsur, dönməz, tərs və ya qorxmaz, yaxud oğru olmur, heç bir erməni 

bizim gözlədiyimiz və sonda yanıldığımız qədər “qorxaq”, qətiyyətsiz, 

fərsiz, kəmfürsət, yaxud pis adam olmur. Məhz bu cəhətlərin düzgün 

qiymətləndirilməməsi ayrı-ayrı  fərdlər, xalqlar, millətlər, bəzən regionlar 

arasında iş birliyinə, yaxınlaşma və yardımlaşmaya mane olur. Təkcə real 

vəziyyətin qiymətləndirilməsi deyil, söz reallıqlarının, işarə gerçəkliyinin 

düzgün qiymətləndirilməməsi də ağır nəticələrə, yanlış mülahizələrə gətirib 

çıxarır. Hətta nisbətən bütöv, mükəmməl, dəqiq, adekvat işarə nümunəsi 

olan “qaraçı” etnonimi təxmini,  şərti istisna sayıla bilər ki, immanent 

şəkildə sözə  məxsus olan mənfi konnotasiyalar hələ  də  təbiətə yaxın 

olmanın xoşbəxtliyini yaşayan bu şən və  həyatsevər xalqın tarixi, taleyi, 


 

 

 



233

gerçək həyat və  məişəti ilə bağlıdır. Sonradan qazanılma, sivilizasiyanın, 

mədəniyyətin doğurduğu bədxah vərdişlərlə yox. Qəribədir ki, hamı ikinci 

dünya müharibəsi dövründə  yəhudilərin soyqırımından, daha əvvəl 

ermənilərin yalançı “genosidindən”, bir çox xalqların köçürülməsindən, 

deportasiya və kütləvi qırğınlarından ağız dolusu danışdığı dünyaya car 

çəkdiyi halda, heç kəs qaraçılar, qaraçıların qara taleyini yada salmır. Çünki 

onlar qaraçıdır, qaraqışqırıqçı,  ən başlıcası qarayaxa və arxalı deyil. Və 

“qaraçı” etnonimi özünü mədəni, inkişaf etmiş hesab edən bir çox ədalətsiz

quldur, qaniçən, küdurətli xalq və toplumlardan elmi intellektual baxımdan 

olmasa da, mənəvi-insani,  əxlaqi baxımdan daha yüksəkdə dayanır. 

Maraqlıdır ki, müxtəlif tarixi dövrlərdə hakimiyyət, taxt-tac, mənsəb 

uğrunda gedən mübarizələrdə  hətta “xalq”, “millət”, “vətən” sözlərinin 

kakofemizm kimi işlənməsinə aid çoxlu misallar göstərmək olar. Biz bu 

haqda “Çoxmənalılığın yalanı  və dilin min-bir dili” və “Omonim 

aldanışları  və ya müxtəlif  şeyləri eyni cür adlandırmanın yalanı” 

məqalələrində bəhs etmişdik (4), (5), (6), (7)). 

 Qeyd edək ki, Stalinin məşhur “Dil hamıya, cəmiyyətin bütün 

siniflərinə eyni dərəcədə xidmət edir” tezisi dilçilik elminin və 

praqmatikanın bütün sonrakı inkişafı ilə qəti olaraq təkzib olunur. Şübhəsiz 

ki, söz sahibi olanlar söz demək hüququnu özündə saxlayanlar “susmaq 

borcu” olanlar üzərində tam üstünlük qazanır. Dil ictimai-iqtisadi 

bərabərsizliyin, əxlaqi-mənəvi dəyər və dəyərsizliklərin mühüm göstəricisi 

kimi çıxış edir. Dildən, xüsusilə onun sinonimlik, variativlik imkanlarından 

kim daha yaxşı  və daha sahmanla istifadə edirsə, onun hiylə, aldanış  və 

yalan imkanlarından daha ustalıqla yararlanırsa, birtərəfli üstünlük əldə 

edir. Bəzi fəaliyyət sahələrində bir çox hallarda səriştəsi, bacarığı, hətta 

biliyi olanlar deyil, dildən daha səliqəli, “ustubla” istifadə edənlər uğur 

qazanır. Adi, siravi adamların, ünsiyyətə, köməyə, ülfətə  və dayanışmaya 

daha çox ehtiyacı olanların heç də hamısı dilin xidmətinə, faydalarına eyni 

həssaslıqla yanaşa bilmirlər. Halbuki ən çətin situasiyaları soruşdurmaqda, 

dəf etməkdə, mövqe, mənsəb qazanmaqda dilin misilsiz imkanları vardır. 

Şərqin böyük şairi Sədi deyir: “İnsanın olarsa bir şirin dili / Bir tüklə 

ardınca çəkəcək fili”. Burada “şirin dil” yaranmış  vəziyyətə uyğun olaraq 

dilin ifadə imkanlarından doğru-dürüst istifadə etmək anlamına gəlir. Bu 


 

 

 



234

qabiliyyət, bu səriştə və istedad ancaq söz bilənlərə, daha doğrusu, sözünün 

yerini, məqamını bilənlərə, kimlə harada, necə ünsiyyət,  əlaqə qurmaq 

bacarığından hali olanlara, sözü düzgün seçməyi bacaranlara qismət olur. 

Məşhur “Əlibaba və  qırx quldur” nağılında qapılar hər kəsin, hamının 

deyil, “Sim-sim qapını aç!” deyə bilənlərin üzünə açılır. Sözü sözdən 

seçənlər həm də tükü tükdən seçənlər, linqvistik qiymətlər çoxluğunda təki, 

yeganə olanı axtarıb tapanlar olur. Yeni tarixi dövrdə də biz fərasət və elmi 

ilə ucalanlardan çox saxta həqiqətlər, lakin kimlər üçünsə xeyirli, “səmimi” 

söz və rəftarla yüksək məqamlara, mərtəbələrə qalxanları, sözün zamanını 

və  məkanını daha yaxşı ayırd edənləri məqsədinə, məramına çatan 

görmüşük. Heç bir semantik sistem eyni mətləbləri, fikirləri alternativ, 

paralel vasitələrlə ifadə etmək baxımından dillə ayaqlaşa bilməz. Söz, 

sinonim seçimi, eyni və oxşar şeyləri müxtəlif cür adlandırma texnologiyası 

yalnız və yalnız sırf ifadə funksiyasını yerinə yertirmir, həm də müəllifin 

gizli-aşkar məqsədləri haqqında dil açıb danışır, ortaq, ümumi 

sememlərdən biri önə keçərək söyləmin məna istiqamətini təyin edir, 

maraqlar, strateji məqsədlər nə  qədər dərində olsa da, fikirləri, 

mühakimələri gizlətmək səyləri çox vax tam uğurla başa çatmır. Çünki dil 

yalnız fikirləri gizlətməyə xidmət etmir, hökmən həm də dil istifadəçisinin 

planları, məqsəd və məramı haqqında informasiya mənbəyinə çevrilir, onun 

xarakterini, mahiyyətini əks etdirir.  

 Tematik ümumiliyə malik olan sözlərdən qarşı tərəfin psixikasına, 

bununla da davranışa, rəftara təsir göstərmək, rəqibi tərksilah etmək 

strategiyası  ən sınanmış hiylə, oyun vasitələrindən biri kimi diqqəti cəlb 

edir. Xalq Cəbhəsi –Müsavat hakimiyyəti dövründə yağlı vəzifə alan, qısa 

bir müddətdən – bir ildən sonra onu itirən, indi də yeni iqtidarın etimadını 

qazanıb daha yüksək vəzifəyə can atan söz manyakı bu məkirli, mərhəm dil 

oyunundan, işarə yayğınlığından necə ustalıqla istifadə edir. Aşağıdakı 

mətndə konkret heç nə ifadə etməyən, lakin həm də  hər  şey ifadə edən, 

əslində semantik baxımdan tənləşən, bərabərləşən “xalq”, “hakimiyyət” və 

“cəbhə” sözlərinin semantik əlaqə  və qiymətləndirmələrinə diqqət yetirək. 

Qeyd edək ki, həmin sözlər və onların semantik-assosiativ təsir və  əlaqə 

sahələri geniş  şüalanma ilə  həm keçmiş, həm də indiki, müasir 

hakimiyyətin maraq və gözləntilərini  əhatə edir, potensial olaraq geniş 


 

 

 



235

mətn perspektivlərinə daxil olur. “Xalq”, “hakimiyyət” və “cəbhə” – nə 

vaxt kimi, hansı dövləti müdafiə edən qüvvə, insan kütləsi, hansı  cəbhə, 

kimin cəbhəsi, kimi, kimləri hakimiyyətə  gətirən elektorat, təəssübkeş, 

tərəfdar, qruplaşma regional güc kimi implikasiya olunur, kifayət qədər 

dumanlı, yayğın konturlarda dərk olunur. Ümumiyyətlə, ümumdil 

sinonimlərinin, xüsusilə kontekstual sinonimlərin müvazi çoxluqların 

mətndüzəltmə, arxitektonik fumksialarının araşdırılması kommunikativ 

diliçilik, üslubiyyat, linqvistik praqmatika və koqnitivistikanın həllini 

gözləyən mühüm problemlərindəndir.  

  ... – Siz bunu deyəndə konkret olaraq hansı partiyaları  nəzərdə 

tutursunuz?  

 – Mən ilk növbədə Müsavat və AXCP partiyalarını  və  həmin 

qurumların rəhbərləri adlandırılan İsa Qəmbərovu və Əli Kərimovu nəzərdə 

tuturam. Ona görə ki, həmin partiyaların rəhbərləri demokratik mübarizə ilə 

bir araya sığmayan hərəkətlərə yol verir, xalqa yalan vədlər verməklə 

düşmənçilik yaratmağa çalışırlar. Lkain xalq onları yaxşı tanıyır, onların 

hakimiyyətdə olduqları dövrdə xalq malını necə taladıqlarını, xalqın başına 

gətirdikləri müsibətləri heç kim unutmayıb. Onların hakimiyyətdə olduqları 

dövrdə  əhali aclıq məngənəsində çapalayır, özünə  çıxış yolu axtarırdı. Bu 

çıxış yolunu məhz bütün xalq kütlələri Heydər  Əliyevi hakimiyyətə 

gətirməkdə görürdü.  

  Təsadüfi deyil ki, xalqın bu arzu və istəyini mərhum  şair Bəhman 

Vətənoğlu belə qələmə almışdı:  



Bu günlər acı bir yuxuya dönə, 

Qayıda əvvəlki çağ ola keşkə. 

Gur-gur guruldaya Heydər Əliyev, 

Leonid İliç də sağ ola keşkə. 

Qaçaqla, quldurla dolmaya kolluq, 

Bu atəş səsləri kəsə bir yolluq, 

Ölkədə azadlıq, bazarda bolluq, 

Dükanda talonla yağ ola keşkə. 

 Baxın, görün “hörmətli” bəylər xalqı hansı günə salmışdılar.  İndi 

hansı üzlə  Əli Kərimov və  İsa Qəmbərov yenidən hakimiyyətə  gəlmək 


 

 

 



236

istəyir və utanmadan xalqın onları  dəstəklədiyini iddia edirlər?! Xalq 

onların dövləti məhv olmaq dərəcəsinə çatdırdığını görür və anlayırdı. 

 – Axı bu da bir faktdır ki, Müsavat və AXCP-nin sıralarında xeyli 

adam var. Onların içərisində görkəmli ziyalılar da var. Onlar da 

göstərdiyiniz məsələləri bilirlər. Deyə bilərsinizmi, həmin şəxslər nə üçün 

Əli Kərimovu və İsa Qəmbərovu dəstəkləyirlər?  

 – Mənim xalqımızın bütün ziyalılarına – onların hər hansı partiyanı 

dəstəkləmələrindən asılı olmayaraq – böyük hörmətin var (Qəzetlərdən).  

Bu mətndə linqvistik diplomatiya, heç kəsi və heç nəyi unutmamaq, 

ehtiyatkarlıq psixologiyası diqqəti cəlb edir. Burada yumorun, kinayənin 

mətni semantik - emosional baxımdan zənginləşdirən sinkretikası da böyük 

rol oynayır. 

  “Xalq” sözü mənfi mənada “kütlə”, “camaat”, “əhali”, müəyyən 

bir məqsədi, planları olan konkret bir qrup, kəsim sözlərinin sinonimi kimi 

işlədilir. Beləliklə, çoxmənalılıqla sinonimliyin rəngarəng semantik-üslubi 

əlaqələri canlanır, söz sahələri  şaxələnərək daha artıq yayılan çoxluqları, 

linqvistik dəyişənləri və qiymətləri ehtiva edir. Göründüyü kimi, sinonim, 

müvazi işlənmələr qeyri-səlisliyin, yayılanlığın güclənməsi, artması üçün 

geniş imkanlar yaradır.  

 Göstərilən mətnin, daha doğrusu, antimətnin, antikommunikasiya-

nın saxta pafosu, qurama kompozisiyası, qəlp, yalançı söz seçimi, ümumi 

tematik və semantik istiqaməti dil istifadəçisinin  əsl məqsədindən, uzağa 

gedən gizli planlarından xəbər verir. AXCP hakimiyyəti və “bəylər” 

semantik oxu kontekstual sinonimlik, struktur-funksional ekvivalentlik 

statusu kəsb edir, “xalq” sözünə qarşı durmaqla bütün diskursu təşkil edir. 

Təkrar olunan bu “xaq”, “xalq”, “xalq” sözləri keçmişinə görə dönə-dönə 

üzr istəyən, peşman olduğunu dilə  gətirməkədn yorulmayan, “tövbə”, 

“tövbə”, “tövbə” və xalq dilində bundan da ekspressiv təkrar formalarını 

xatırladan nidaları, peşimançılıq etiraflarını andırır, imitasiya edir. 

Qəhrəmanın kommunist nostaljisi, Leonid Iliç xatırlaması yeni mətn 

perspektiləri doğurur, fəal, canlı, unudulmaz assosiasiyalar yaradır, keçmişə 

doğru açılır. “Qaçaqla, quldurla dolmaya kolluq” misrası təsdiqin orijinal-

vasitəli ifadə  şəkli kimi yayılanlığı yeni müstəvi və anlam səviyyəsinə 

qaldırır, fikir predmetinə yeni çalarlar əlavə edir (S. Abdullayev (1), 110).  


 

 

 



237

 Burada psixoloji cəhətdən maraqlı olan odur ki, “müəlliflər” həm 

keçmiş,  əldən çıxmış günlərlə bağlı misgilini, həm də  və daha çox yeni 

hakimiyyət  şəraitindəki mövqeyini, narahatçılıq və nigarançılığını dilə 

gətirir. Mövcud hakimiyyəti mədh və müdafiə etməklə  hələ  də 

reallaşmamış, bəlkə heç vaxt reallaşmayacaq arzularını, istəklərini ifadə 

edirlər. Məsələ burasındadır ki, hər bir hakimiyyətin, iqtidarın bu sayaq 

“kodlara” ehtiyacı olur. Və belələrindən eyni mövzuda boş-boş, lakin uzun 

müddət danışmağı bacaran, özünü və dostlarını hər bir vəziyyətdə müdafiə 

və mühafizə etmək üçün söz tapa bilən vecsiz, mənəviyyatsız dil 

pəhləvanları, başlıcası isə dövlət  əhəmiyyətli yalançılar yetişdirmək 

mümkündür.   

Müvazi adlandırmalar, qarşılıqlı şərtlənmə və əvəzlənmə əlaqələri ilə 

bağlanan sözlərin mətndə paralel işlənməsi labüd olaraq müəyyən semantik 

boşluğun, yayğınlıq və qeyri-müəyyənlik meyllərinin yaranmasına səbəb 

olur, nitq hərəkətlərinin bilərəkdən qeyri-konstruktiv, aldadıcı  məcraya 

yönəldilməsini  şərtləndirir. Bu baxımdan “qeyri-ekvivalent leksika” 

adlandırılan realilərin, toponimikanın zorla dəyişdirilməsi, təhrif edilməsi 

xüsusilə geniş yayılmış bir hal olaraq diqqəti cəlb edir. Şimali Qafqazda, 

ucsuz bucaqsız Sibir çöllərində, Altayda saysız-hesabsız yer, çay, göl 

adlarının tarixi qaynaqların, abidələrin adlarının dəyişdirilməsi hamıya 

məlumdur. Görünür, xalqların zorakı “inteqrasiyası” dillərin 

inteqrasiyasından, mədəniyyətlərin unutdurulmasından, 

assimilyasiyasından başlayır, işğal faktları  təkcə insanların qovulması 

vətənsizləşdirilməsi, deportasiyası ilə deyil, həm də maddi-mədəniyyət 

gücü və statusu kəsb edən realilərin, onomastik işarələrin – yer adlarının 

qırğını ilə başa çatır. Ermənilərin tarixi türk torpaqlarında – indiki 

Ermənistan ərazisində  məhv etdikləri və ya dəyişdirdikləri toponimlərdən, 

yaşayış  məskənləri, dağ, çay, göl adlarının siyahısından ibarət 400 (dörd 

yüz!) səhifəlik bir kitab var. Düz dörd yüz səhifəlik canlı  əşyayi-dəlil, 

ittiham aktı var. 

Psixoloji arxafon belədir ki, “arzuolunmaz”, düşmən xalqa və ya 

ayrıca götürülmüş konkret bir fərdə aid olan,  onu yada salan hər bir söz, 

hər bir əlamət, hər bir ştrix semantik neqativlər səviyyəsinə qalxır, daha 

doğrusu, enir. Tarixi qaynaqların verdiyi bilgiyə görə XX əsrin əvvəllərində 


 

 

 



238

əhalisinin 60 faizdən çoxu azərbaycanlılar olan İrəvan quberniyasında 382 

məscid olmuşdur. O dövrün dövlət və idarəçilik sənədləri ilə  təsdiq və 

təsbit olunan bu tarixi həqiqətlər etnik təmizləmə  və türksüzləşdirmə 

“əməliyyatı” nəticəsində ermənilər tərəfindən amansızcasına dağıdılmış, 

yerlə yeksan edilmişdir. Həmin həqiqətləri insanların dil yaddaşından da 

silib atmaq üçün əzabkeş ermənilər, həm də çox vaxt özlərinin düşünüb 

tapdıqları yalançı, saxta sözün əzabını  çəkən ermənilər, ləğv edilməsi, 

daşınması mümkün olmayan torpaqların unutdurulması, coğrafi ərazi və yer 

adlarının dəyişdirilməsi kimi məhvetmə, viranetmə aksiyalarına bərabər 

olan vəhşiliklər törətmişlər. Abidənin adını  dəyişmək geniş tarixi 

kontekstdə onu məhv etmək deməkdir. Daha nə partlayıcı maddə, nə 

dinamit, nə  də top mərmisi, yaxud terrorçu lazım deyil. Maraqlı 

burasındadır ki, ermənilər türk toponimlərini erməniləşdirərkən bu adların 

ilkin olaraq erməni dilinə  mənsub olduğunu sübut etmək, hansısa mifik 

erməni dövlətinin  ərazi vahidlərin olduğunu nümayiş etdirmək, erməni 

düşüncə  ştampına uyğunlaşdırmaq məqsədilə mövcud ifadə modelini 

saxlamaqla eynilə  təkrar kalkadan istifadə etmişlər. Deyilənə görə 382 

məsciddən yalnız birini öz möhtəşəmliyinə, monumentallığına görə söküb 

dağıtmaq və ya “erməniləşdirmək” mümkün olmamışdır.  İndi “İran 

Məscidi” kimi təqdim olunan “Göy Məscid”  ətrafında guya arxeoloji 

qazıntılar aparılmış  və  məxfi olaraq aydın məqsədlə  dəvət olunmuş 

“türkmən” alimlərinin (Türkmənistanda  ən müxtəlif millətlərlərdən olan 

alimlər var!) “təqdimatından” sonra həmin abidənin o dövrdə “türkmənlərin 

hakim olduğu” Qaraqoyunlu dövlətinə  mənsubluğu “təsdiq edilmişdir”. 

“İran” adı həm də tarixən “türk” etnonimini fəal şəkildə ehtiva edir. Bu söz 

qırğınlarından, adlandırmalar “genosidindən” sonra “Göy Məscid” lövhədə 

asılmaqla “erməni abidəsi” kimi təqdim oluna bilərdi və indi beləcə təqdim 

olunur. Digər tərəfdən, “İran Məscidi”, “İran abidəsi” elə erməni 

mənsubluğu və erməniliklə doğma və  həmahəng səslənir. Məsələ 

burasındadır ki, “məscidi” də, “kilsəni” də, “sinaqoqu” da, hər hansı bir 

qiymətli dini və qeyri-dini tikilini də “abidə” adlandırmaq mümkündür. 

Ümumiyyətlə, qiymətli, unikal, təkrarsız olan hər hansı bir memarlıq 

əsərini məcazi mənada qiymətli,  əhəmiyyətli, qeyri-adi olan hər  şeyi 

“abidə” kimi ümumiləşdirmək olar. Belə çıxır ki, ümumbəşəri əhəmiyyətə 


 

 

 



239

malikdirsə, elə hamınınki hesab etmək olar (?). Öz xalqına mənsub olan 

bəşəriyyətə  də  mənsub olduğu kimi, bəşəriyyətə  mənsub olan əslində 

hamıya, bütün xalqlara da mənsubdur. Və belədə  hər bir xüsusinin, 

ayrıcanın, təkcənin orijinallığı,  əlahiddəliyi təəssüratı  zəifləyər. Beləliklə, 

“abidə” hiponimi “məscid”, yaxud hər hansı bir digər növ adi söz-

hiperonimlə kontekstual sinonim yaradaraq əlaqəli mətndə geniş şüalanma, 

yayılma effekti yaradır. Deməli, geniş semantikalı sözlə qapalı, məhdud 

mənalı sözün bir müstəvi üzərinə  gətirilmiş eyni şeyin, hadisənin 

müxtəlifliyi qismində  təqdim edilməsi tarixi yalan və aldanış üçün çox 

əlverişli linqvistik və koqnitiv-psixoloji zəmin hazırlayır. Öz təsir, cazibə 

gücünü uzaq və yaxın zaman və  məkanlar üzərinə  nəql edə bilir. Sözlə 

yaradılmış bir reallıq sisteminə “konstruktiv” elementlər kimi daxil olmaqla 

həqiqət, gerçəklik illüziyaları doğurur. Söz sanki təklənir, adlandırdığı 

obyektdən aralanaraq, müstəsna mövcudluq kəsb edir, real gerçəklikdə 

olduğundan daha geniş bir dairə cızır. 

 Sahə elementlərinin, o cümlədən də müvazi, paralel vahidlərin

sinonim variantların bir-birilə qarşılaşması sözün, işarənin semantik 

genişlənməsinin, daxilən dərinləşmə  və qütbləşmənin, bununla da həm 

məna yayğınlaşması, həm də ümumiləşməsinin mühüm üsullarından birini 

təşkil edir. Ümumi semem ətrafında birləşən sinonimlərin qarışması, digər 

əlavə, tamamlayıcı  əlamətlər, təəssüratlar  əsasında fərq və oxşarlıq, 

bənzərlik  əlaqələrinin axtarılması söyləmin daxili dərinlik, çoxqatlıq və 

funksional dinamizmini şərtləndirir, dərketmə intensiv, fəal bir sferaya 

daxil olur. Belə bir deyim var: “Hara, hansı küçəyə baxırsan, adam əlindən 

tərpənmək olmur. Lakin yenə  də insan qıtlığı hiss olunur”. Aşağıdakı 

nümunədə “adam” və “insan” sözlərinin harmonik işlənməsi yalana, 

aldanışa xidmət edir, mətni formal cəhətdən təşkil etməklə  dərinlik 

semantikasını “unutmağa kimsə yox” məntiqi ilə intensiv olaraq 

mücərrədliyə, qeyri-müəyyənlik və ümumiliyə doğru qovur: 

 

Mənə də Şuşalılar zəng edir. Elə bir neçə gün öncə Şuşanın ən 



hörmətli adamları ilə görüşmüşəm. Çox qəribədir, təmasda olduğum 

adamların hamısı deyir ki, gözəl addım atmısınız.  

 

Kimdir onlar? (müxbir) 



 

 

 



240

 



İnsanlar. Sizin gördüyünüz adamlar isə başqa münasibət 

sərgiləyirlər. Torpaq gətirilməsi son dərəcə şəxsi hissdir... (Qəzetlərdən) 

Postmodernist düşüncə tərzini özündə ehtiva edən bu mətndə “adam” 

və “insan” sözlərinin qarşılaşması müəllifin haqqında söhbət gedən şəxs və 

şəxslər qurupuna münasibətini də ortaya qoyur. İşarənin semantik 

tutumunu gah ifrat dərəcədə gücləndirmək, gah da, əksinə, sonadək sıxmaq, 

maksimum dərəcədə daraltmaq gücü kəsb edir.  

“Adam belə şey eləməz” demək olar, amma “İnsan belə şey eləməz” 

demək olmaz. “İnsan olan kəs belə  şey eləməz” demək olar. “Adam yarı 

danlamaz/Sevməyən söz anlamaz” olar. “İnsan yarı danlamaz” olmaz. 

“İnsan” və “adam” müxtəlif semantik primitivlərlə  səciyyələnir, məna 

fiqurları bir-birinə qarşı durur, bir-birini ya tamamlayır, ya da ayrı-ayrı 

hallarda mətndən, praqmatik məqsəddən asılı olaraq, hətta tamamilə 

bərtərəf, istisna edir, hər biri yeni keyfiyyətdə üzə çıxır. 

Sinonimlər, xüsusilə ideoqrafik sinonimlər vahid semantik sahə 

elementləri olaraq sanki bir-birini cəzb edir, geniş  mətndə bir-birini 

doğurur, tamamlayır və bütövləşdirir. Bu artıq geniş  mənada linqvistik 

qiymətlərin ortaq, keçid həddi kimi qəbul etdiyimiz əkslik, zidlik deyil, 

müxtəlif praqmatik sahələrə aid olan sözlərdir. Ənnəvi dilçilikdə tamamilə 

əks mənalı vahidlər kimi nəzərdən keçirilən söz-işarələr bir-birinə qarşı 

durmur, invariant-ortaq məntiqi müstəvidə birləşir. Eynilikdə, ümumilikdə 

müxtəliflik, təklik və çoxluq effekti formalaşır. Etiraf etmək lazımdır ki, 

hər bir dil istehlakçısı sözə eyni qənaətçillik və praqmatizmlə yanaşa 

bilmir. Və  işarəni də tam düzgün istismar edə bilmir. Dərinlik 

semantikasına təbii, aldanış  və yalan müdrikliyi ilə enə bilmir! 

Azərbaycanlılar sadə, çox adi bir dil məntiqi ilə “filankəs çox sadə 

adamdır” deyirlər. Er ist ein menschlicher Mensch / Mann yaxud Er ist ein 

mönnlicher Mann demək almanların heç ağlına da gəlməz. Güman etmək 

olar ki, daha çox rasionallaşmış, yadlaşmış dillərdə dil işarələrində 

ixtiyarilik və natamamlıq, təxminilik qismən zəifləyir, qeyri-səlis 

çoxluqların funksional-praqmatik imkanları azalmağa doğru gedir. Bu 

vəziyyət konkret məzmun daşıyan, aydınlaşan,  şəffaflaşan söz 

yaradıcılığında, dilin derivasiya imkanlarında özünü daha aydın  şəkildə 

büruzə verir. (Əlbəttə, bu bütün ünsiyyət situasiyalarına, diskurs tiplərinə, 



 

 

 



241

düşüncə sferalarına eyni dərəcədə aid olmur). “Adam” və “insan” tipli 

sözlərin deyilən sayaq işlənməsi, yarımçıq, natamam semantik təkrarlar, 

yaxud dil işarələrinin qeyri-simmetrikliyi deyil, eyni zamanda həm 

oxşarlıq, həm də  fərqlərin harmoniyasıdır. Buna simmetrik dualizm də 

demək olar. Sözün psixologiyasına, Azərbaycan dilinin dərinlik 

semantikasına, işarənin irrasional gücünə yaxşı  bələd olan məşhur 

həkimlərdən biri deyir: “İnsan”, bir də “Vətən” sözləri sirrini verməyir”. 

Əgər həkimin dediyi sirlər varsa, elə semantikanın sirləridir, bizə gəlib çata 

bilən birbaşa informasiyanın bəlkə də daha böyük bir kütləsinin inikasdan, 

dərkolunmadan kənarda qalmasıdır. Hər  şeydən öncə yaranmış  və yalnız 

bundan sonra səs materiyası ilə maddiləşmiş, canlanmış (“Im Anfang war 

das Wort”) mənaların sirləridir. Mentallığı, sonadək dərk olunmamasıdır. 

Dil kodlarının  şərtiliyi, natamamlığı  və qeyri-dəqiqliyidir. Bir çox 

praqmatik situasiyalarda elə  məqamlar yaranır ki, işarə kütləsi refensial 

mənadan sanki qopub ayrılır, linqvistik qiymətlər, qeyri-səlislik indeks-

çoxluqları az qala idarəolunmaz hala gəlir. Bu çətin idarə və tənzim olunan 

linqvistik xaos qeyri-harmonik sistemlərin idarəolunan xaosundan heç də 

az xaotik olmur. Əgər əlahiddə götürülmüş ayrı-ayrı dil işarələri predmet və 

hadisələri, isnad verildiyi obyekti adekvat ifadə edə bilmirsə, eyni şeyləri 

müxtəlif cür adlandırmalı, səciyyələndirməli,  şərh etməli olan sinonim 

vahidlərdə, ortaqlı-müvazi adlandırmalarda necə adekvatlıq ola bilər? Bir 

halda ki, məna subyektivdir və kontekstdən və mətn əlaqələrindən asılıdır, 

mənaların mütləqlik və  dəyişməzliyindən danışmaq olmaz. Təbiətdə  də, 

cəmiyyətdə  də, təfəkkürdə, elmi biliyin ən müxtəlif sahələri arasında da 

sərhədlər, keçidlər qeyri-səlisdirsə, linqvistik qiymətlərin səlisliyindən 

söhbət belə gedə bilməz. Həqiqət özü də donuq, dəyişməz deyil, yayılandır. 

Əslində biz bir-birimizi başa düşmək, asan ünsiyyət saxlamaq, fikir 

mübadiləsi aparmaq zərurəti ilə dil işarələrini öz idrakımızın səviyyəsinə 

qədər budayırıq, bəsitləşdiririk, onları kobud şəkildə təhrif edir, həqiqətlərlə 

istədiyimiz, lazım olan kimi rəftar edirik. Nəzərə almaq lazımdır ki, insan 

nitqi bütövlükdə qeyri-səlisdir. Belə halda mühakimələrin də  təxmini, 

natamam və qeyri-dəqiq, yayğn olması zəruridir.  

Təsadüfi deyil ki, sinonim formaların yanaşı  işlədilməsi semantik 

sıxlaşdırma və qüvvətləndirmənin mühüm daxili mənbələrindən birini 


 

 

 



242

təşkil edir. Aşağıdakı nümunələrə  nəzər salaq: Die schnellen, reaktiven 

Hoffenheimer waren wieder dank ihrer Aktivität als Sieger hervorgegangen 

(Qəzetlərdən); ja, freilich, selbstverständlich mußte er letztendlich 

gerechtfertigt werden. Sie hatten diese Gelegenheit diese unendlichen 

Möglichkeiten nicht genug ausgenutzt; Bəzən  ən qiymətli libas içində / 

Nalədir, fəğandır qadın ürəyi (T. Bayram); Hansı səmtə, hansı yana / Hey 

uçsam da yuvam sənsən / Elim, günüm, obam sənsən (S. Vurğun); Bütün 

dövlətini, bütün varını / Humayın başına sadağa deyir (S. Vurğun); 

Dostların qəlbidir yurdum, məskənim (B. Vahabzadə); El bilir ki, sən 

mənimsən / Yurdum, yuvam, məskənimsən (S. Vurğun); Çəkmə zəhmət, nə 

təbibi, nə  də loğmanı çağır (S. Rüstəm); Həyatımın tacı idi qara gözlü 

cavanlığım / Eşq, məhəbbət acı idi, şirin sözlü cavanlığım (C. Novruz); 

Ürək kimi döyünərdi / Nə bir dərdi, nə bir qəmi / Çox illərə sinə  gərdi / 

Durdu, dözdü cavanlığım (C. Novruz); Dava idi, dərman idi / Təbib idi, 

loğman idi / Sanardım ki, əbədidir / Tükənməzdi cavanlığım  (C. Novruz); 

Ürək qanımla yazıb eşqimi, məhəbbətimi / Nigara ərz edirəm odlu nalə 

şəklində (S. Rüstəm) və s.  

Təkrar və sadalamalarda sinonimlər həmişə dilin oyun stixiyasını 

saxlayır, adətən yüksələn üzvlənmə, artan, genişlənən çoxluqlar əmələ 

gətirir. Qüvvətləndirmə  və  sıxlaşdırma, intensivləşdirmə funksiyası 

ümumən leksik sinonimlərin təyinedici, müəyyənedici funksiyalarından biri 

kimi çıxış edir, sinonim sıraların böyük əksəriyyəti məhz bu müstəvidə 

birləşir, vahid üslubi paradiqma əmələ  gətirir.  Əks təqdirdə ideal 

qənaətcillik nümunəsi olan dil dərketmə prosesində mühüm əhəmiyyətə 

malik olan məfhumi (ideoqrafik) və üslubi sinonimlərlə yanaşı xalis üslubi 

sinonimlərə öz arsenalında bu qədər geniş yer verməzdi. 

Sinonim çoxluqlarda üslubi eksperimentlər ümumən dilin ifadə 

imkanlarının zənginləşməsi üçün misilsiz resurslar, impulslar gizlənir. 

Həmin potensial, mütləq sinonimlər və dubletlər də daxil olmaqla mətn 

səviyyəsində yayılanlığın məsafələşməsi və yüksələn xətlə inkişafına zəmin 

hazırlanır, qavrayışın hüdudları genişlənir: Can qardaş, imkan var, amma 

mümkünat yoxdur (Danışıq dilindən); Yoxsul niyə oluruq, bir az kasıbıq 

(Danışıq dilindən); Biz baxırıq, o isə  həm baxır, həm də görür; Xala, 

qorxma uşaqda vərəm yoxdur, plevrit olub (Danışıq dilindən); Könül deyir 


 

 

 



243

qocalmısan, ürək deyir yaşa hələ (S. Rüstəm); Nein, Herr Richter. Er ist 

nicht mein Freund. Er ist bloß mein Kumpel, mein Trinkkumpan 

(“Erzählungen”); Nein ich weiß doch, Oma, er ist nicht mein Vater, er ist 

bloß unser Papa, der Vater des Hauses (“Erzählungen”) 

Alman yazıçısı Yan Petersenin “Unsere Straße” (“Bizim küçə”) 

əsərində belə bir yer var: “Sie (die Faschisten) singen nicht, sie brüllen. Das 

ist nicht das freie, fröhliche Ausströmen menschlichen Lebensgefühls in 

klangvollen Tönen, - das ist gellende Provakation.” Aşağıdakı nümunələrin 

müqayisəsinə diqqət yetirək: “Zwölf und mehr Stunden am Tag müssen die 

Neger auf dieser Baumwollplantage arbeiten und erhalten dafür nur 

geringes Entgeld.” – “Zwölf und mehr Stunden am Tag müssen die Neger 

auf dieser Baumwollplantage schuften und erhalten dafür nur ein 

Hungerlohn.”  

Sinonim  əvəzlənmələri mətnin struktur-semantik və üslubi 

təşkilində, formalaşmasında  əhəmiyyətli rol oynayır, bir növ mətnin 

tematik inkişafının daxili mexanizmi, mikrosxemi funksiyasını yerinə 

yetirir. Heydər Əliyev haqqındakı məşhur məhnı mətnində olduğu kimi:  

Milyon illər keçəcək, 

Heydər – xalqım deyəcək, 

Xalq – Heydər söyləyəcək 

Bir türk filmində deyilir: “Nə demək istədiyin önəmli deyil, nə 

söylədiyin önəmli”. Aşağıdakı fraqmentlərdə  də sinonim əvəzlənmələrinin 

yaradıcı, istiqamətverici təsiri aydın görünməkdədir: Ölmək ölmək deyil, 

yer dəyişməkdir; Yox, yalandır, mənim oğlum ölməyib, mənim oğlum 

şəhid olub. 

Yeri gəlmişkən qeyd edək ki, kontekstual sinonimlərin mətnyaratma 

və arxitektonik funksiyalarının tədqiq edilib aşkara çıxarılması ifadə 

vasitələrinin semantik-üslubi uyarlıqlarının araşdırılması baxımından 

xüsusilə önəmli  əhəmiyyət kəsb edir. Görünür, belə bir həqiqəti qəbul 

etmək lazımdır ki, istər ümumdil və kontekstual sinonimlər, yanaşı-

alternativ formalar fikrin, mülahizənin variativ, rəngarəng ifadəsini təmin 

etməklə  bərabər, həm də  nəsə yeni, fərqli bir informasiyada daşıyır, 

dərketmə və qiymətləndirmənin yeni qatlarını açır. Bu informasiyaların nə 

dərəcədə dəqiq və həqiqi, lazımlı və ya lüzumsuz, artıq və ya gərəkli olması 


 

 

 



244

isə başqa bir məsələdir. Bir dil işarəsi olaraq hər bir sinonim variantın 

gerçəklikdən ayırıb fəqrləndirdiyi fakt, əlamət, təəssürat qavrayışın həm az-

çox obyektiv, həm də subyektiv əsaslarını yaradır. Sinonim çoxluqların 

praqmatik məzmununu, effektivlik və kommunikativ məqsədəuyğunluğunu 

ümumi tematik və semantik sahə, mətn əlaqələri və kontekst daxilində təyin 

etmək zəruridir.  

 Deyirlər ki, ərəb dilində “bəla” sözünün 400 sinonimi var. “Bəla” 

sözünün sinonimlərini saymaq özü də bir bəladır. Yəqin ki, İsrailin Qəzza 

zolağındakı  dəhşətli qətli anından sonra bu sinonimlərin sayı daha da 

artacaq. Semiotikanın bu mütləq rekordu bir yana, mən inanmıran ki, gözü 

həmişə göylərdə olan bu bəlalı xalq “bəla” fenomeninin dərketmə  və 

linqvistik tədqiqinə başqa xalqlardan daha çox yaxınlaşmış olsun. 

Anlayışın strukturunun açılmasına, öyrənilməsinə daha artıq töhvə vermiş 

olsun. Adətən hər bir sinonim variant, hər bir tapıntı bizi predmetin, 

hadisənin mahiyyətinə yaxınlaşdırdığı kimi, həm də eyni dərəcədə və bəlkə 

daha artıq  əsl mahiyyətin dərk olunmasından uzaqlaşdırır, yayındırır. 

İnamla demək olar ki, hər bir sinonim axtarışı  həm də  dərketmənin 

tərəddüdlərini  əks etdirir. Hər bir təkrar, təkidli qavrayış aktı  əvvəlkindən 

dəqiq olmayan, həmişə ondan fərqlənən, bəzən onu təkzib edən təkrar 

təəssürat və təhriflərə gətirib çıxarır.  

  Nəticə olaraq qeyd edək ki, qeyri-səlis çoxluqların leksikoloji 

təməlini, linqvistik qiymətlərin  əsasını  təşkil edən sinonimlərin tətbiq 

dairəsi, onlardan düzgün, yerli-yerində və rasional şəkildə istifadə olunması 

ümumən funksional və janr üslublarının daxili ifadə mühiti, praqmatik 

motiv və maraqlar, fərdi üslubla təyin və tənzim olunur.   

    

           



 

 

 



 

 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin