Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   12   13   14   15   16   17   18   19   ...   45
 

 

 

 

 



245

V FƏSİL 

 

Təkrar qiymətləndirmə çoxluqları: dəyişən yayılanlıq hədləri 

Perifraz  şəkillərini sinonimlərin, müvazı-alternativ adlandırmaların 

davamı kimi nəzərdən keçirmək lazım gəlir. Zəngin funksional-üslubi 

imkanlara malik olan, ünsiyyət təcrübəsində xeyli gəlişmiş,  şaxələnmiş 

ümumdil perifrazları ilə birlikdə kontekstual-situativ şaxələnmələr, qeyri-

səlis nitq çoxluqları, təsviri nominasiyalar da qavrayışımızı yeni kəmiyyət 

və keyfiyyət münasibətləri sferasına daxil edir, mətndə  əlavə tamamlayıcı 

və bütövləşdirici valentlik yerləri, törədicilik perspektivləri açır. Bununla 

da implisit kommunikativliyin yeni səviyyələri yaranmış olur. Elmi-nəzəri 

ədəbiyyatda iki cür perifraz - dar və geniş  mənada perifraz-ibarə növləri 

fərqləndirilir.  İkincilər daha çox evfemizm, litota, mübaliğə  və kinayə 

formalarının ümumi adı kimi qəbul olunur. Predmetin, hadisənin, işarəyə 

alınan obyektin müəyyən bir tipik əlamət və ya obrazlı-əşyavı detal, 

əlahiddə keyfiyyət  əsasında yenidən adlandırılması, daha doğrusu, həmin 

prizmadan ifadə olunması, çox hallarda təsviri, qeyri-müstəqim yolla 

təqdim edilməsi dar mənada perifraz qavrayışının əsasını təşkil edir. Daha 

aydın olsun deyə misallara müraciət edək: Götenin məşhur Lenz des 

Lebens-həyatın ömrün baharı (gənclik), yaxud Aşıq  Ələsgərin "ellər 

yaraşığı", "ölkə gözəli" perifrazlarını tipinə görə nə erfemizlərə, nə litotaya, 

nə mübaliğəyə, nə  də kinayəyə aid etmək mümkün deyil. Azərbaycan 

poeziyasında da "ömrün baharı" (gənclik  əvəzinə)perifrazı  işlənir. B. 

Vahabzadə "Ömrün payızında sevdim, sevildim" deyir. Yaradıcı-koqnitiv 

dil kəşfləri, törəmə nominasiyalar bir çox tədqiqatçılar tərəfindən  əsas 

adlara  əlavə olunan obrazlı sinonimlər kimi şərh olunur (Riesel,191). 

Azərbaycan dilində tipik əlamət, əşyavı-obrazlı qavrayış əsasında yaranan 

"çöllər qızı" (O çöllər qızını ayırma bizdən-S.Vurğun), "dəmir at”-traktor 

(Çap tarlada dəmir atın/ Başlandı  zəhmət-büsatın) tipli törəmə çoxluqları 

konkret olaraq heç bir perifraz tipinə aid etmək mümkün olmur. Qeyri-

müstəqim perifraz çoxluqları istər mətn quruculuğunda, yeni mətn 

perspektivlərinin yaradılmasında, istərsə  də  mətnin geniş semantik-üslubi 

və emosional-assosiotiv anlam müstəvisində dərk olunmasında xeyli əlavə 


 

 

 



246

imkanlar yaradır. Onlar hadisələrin,  şeylərin dərk olunmasında  əlavə 

stimullar, obrazlar doğurur, bütövlükdə dünya obrazını genişləndirir və 

zənginləşdirir. Metaforik perifraz sanki yeni, bayaqkından fərqlənən 

gerçəklik, dəyişilən və  dəyişdirilən reallıq  şəkli formalaşdırır.Əsas adlara 

əlavə olunan qeyri-səlis, yayılan çoxluqlar yeni linqvistik impulslar, söz-

qavrayış pöhrələri kimi düşüncəyə təzə qan, mətnə rəngarənglik və təravət 

bəxş edir. Nitq axınında dərhal boy göstərərək diqqəti özünə yönəldir. 

Dil faktlarının təhlili göstərir ki, perifrazlara - dolayı, təsviri 

adlandırmalara, qeyri-səlis çoxluqların nitqdə geniş miqyaslar kəsb etmiş 

formal, yalnız formal deyil, həm də  məzmun variativliyinin sağa doğru 

genişlənməsi, hüdudlanmış  sərhədləri kimi yanaşmaqla onun linqvistik-

idraki mahiyyətinə daha çox yaxınlaşmaq olar. Biz bir təxmini, yayğın, 

gözəyarı dil işarəsi olaraq ilkin, əsas adlandırmaların tam sahmanını, 

dəqiqlik və obyektivliyini özümüz üçün kifayət qədər aydınlaşdırmadan, 

bəzən buna heç məhəl qoymadan onların daha artıq təxmini, yayğın 

variantlarını, qeyri-müstəqim versiyalarını yaratmaq, tələsik dövriyyəyə 

daxil etmək mərhələsinə qədəm qoyuruq. Obrazlı şəkildə desək, dil işarələri 

ilə birlikdə deyil, onların səthi ilə yeriməyə başlayırıq. Bununla da 

qaçılmaz, tələm-tələsik bir qavrayış-aidetmə  ətaləti ilə linqvistik 

 

macəraçılığımızı davam etdiririk. Beləcə yalanın, qeyri-həqiqətin özülü 



əvvəlcədən qoyulmuş olur. Dil reallıqları ilə gerçəklik dəyərləri arasında 

müvazinət, daha doğrusu, müvazinətzlik getdikcə artır, mətn boyu ardıcıl 

olaraq yüksələn xətlə irəliləyir. Dil vasitələrinin zorakılığı, qeyri-dəqiqlik 

və yayılanlığı  təfəkkürümüzün işini pozur, onu durulmağa, aydınlaşmağa 

qoymur. Siyasi diskursda elə olur ki, tərəflərdən biri bir yalan, o biri bir 

başqa yalan deyir, onlar axıra qədər dərk olunmayan bu iki müxtəlif 

yalanlar əsasında guya "vahid razılığa" gəlirlər.  

Aydındır ki, perifraz şəkillərində - təkrar linqvistik qiymətləndirmə 

təşəbbüslərində situasiya birbaşa, ilkin, bütöv ünsiyyət təcrübəsində, 

standartlaşmış, "tanış" nominasiyaya nisbətən daha yayğın və qeyri-dəqiq 

ifadə olunduğundan qeyri-adekvatlıq, aldanış  və manipulyasiya imkanları 

da artır. Qeyri-müstəqim nitqin mühüm dil-ifadə  təzahürlərindən biri olan 

perifraz  - təsviri nominasiya, əlavə-alternativ verballaşma ehtiyat linqvistik 

çoxluqlar kimi söyləmin ilkin məzmununu dəyişir fərqli anlam yaradır. 



 

 

 



247

Yuxarıdakı müqayisəni davam etdirərək əlavə edək ki, əgər dil istifadəçisi 

"Adler"(Gartal)  əvəzinə "König der Lüfte", "Löve"(aslan) əvəzinə "König 

der Tiere", "Leipzig"(şəhəri)  əvəzinə Messestadt, "Azərbaycan"  əvəzinə 

"Odlar yurdu", Afrika əvəzinə "Qara qitə”, "Roma"əvəzinə  "əbədi  şəhər" 

adı veririksə, eyni denotata, fikir-predmetinə müxtəlif linquistik qiymətlər 

qoymuş oluruq. Birinci halda obyekt bütöv halda,bütün mövcud, qəbul 

olunmuş, qavranılmış  əlamətləri ilə bir yerdə, ikinci halda isə  təcrid 

olunmuş "təklənmiş", xüsusiləşmiş  əlamət prizmasından təqdim edilmiş 

olur. Əgər bu gün kimsə köhnə analogiya və dərketmə, düşüncə ətaləti və 

aldanışı ilə yenə  də "Kuba" əvəzinə "Azadlıq adası" , "Moskva" əvəzinə 

"dünya zəhmətkeşlərinin", yaxud "məzlum xalqların ümid yeri", yaxud 

"Amerika"  əvəzinə birbaşa, adbaad nominasiya, dolayı-ibarəli adlandırma 

ilə, ya da birmənalı  şəkildə, universal-qavrayış avtomatizmi ilə “dünya 

demokratiyasının beşiyi” deyirsə, perifrazın, təsviri adlandırmanın  şərinə 

uğramış, yanlış dil reallığını istismara buraxmış olur. Amerika bəzən mərd-

mərdanə nifrətini, digər tərəfə rəğbətini gizlətmədən "Əgər Azərbaycan öz 

torpaqlarını azad etmək üçün (əlbəttə, onlar "torpaqlarını azad etmək" 

sözlərini dilə  gətirmir) müharibəyə başlasa, biz Dağlıq Qarabağin 

müstəqilliyni tanıyacağıq” tipli mesajlar göndərsə  də, Amerika 

diplomatiyası bir mexanizm olaraq dolayı, qeyri-müstəqim deyim 

texnologiyası ilə  işləyir.  Əvvəlki kimi Moskva elə haman Moskva, Kuba 

elə haman Kuba, Amerika elə haman Amerikadır  -biz onları bütöv, tam bir 

obyekt olaraq, deyil, nə vaxtsa tipik,əvvəlcədən qəbul olunmuş xarakterik 

bir  əlamət, üzdə görünən detal, təfərrüat prizmasından təqdim etdikdə 

yanlışlığa, qeyri-adekvat davranış  və idraka sürüklənmiş oluruq. Hazır, 

istiqamətlənmiş  həqiqətlərə yaşıl işıq yandırmış oluruq. Əlahiddə, ayrıca 

bir məna elementi, aktual semantik primitiv söz kütləsindən qopub 

kvantlaşır, ani olaraq  yaddaşdan itsə, qeyb olsa da, özünə bir işıq yolu, 

məna cığırı saxlayır. 

Belə halda ünsiyyət danışanın istədiyi, nəzərdə tutduğu məcraya 

yönəlsə də, intensiya, kommunikativ məqsəd özünə yol açsa, aydınlaşsa da, 

nitqin koqnitiv təməli bütövlükdə xeyli zəifləsə, yayğınlaşsa da, nitqin təsir 

effekti, praqmatik səmərəsi kifayət qədər güclənir ki, bu da linqivistik 

qiymətləndirmənin qeyri-səlisliyini, yayğınlaşmasın qaçılmaz edir. Çünki 


 

 

 



248

burada biliyin konkret sərhədləri deyil, dil işarələri ilə  əks olunan 

həqiqətlərin yayğınlığı ifadə olunur. Emosiyalar, subyektiv-iradi başlanğıc 

dərketmə prosesində ikili xidmət göstərməyə başlayır: o həm nitqin 

effektivliyini, sözün, ifadənin təsir qüvvəsini artırmaqla qavrayışı 

intensivləşdirir, dərinləşdirir, həm də onu müəyyən zaman və  məkan 

kəsiyində dar bir çərçivəyə yönəldir. 

Beləliklə, konseptual məna, dərketmə motivi dəyişdikcə linqvistik 

qiymət və qiymətləndirmələr də fərqli istiqamətlərə yönəlir, dil işarələri ilə 

ifadə olunan referensiya, həqiqət dəyərləri, gerçək biliyin sərhədləri, 

həqiqətlərin nisbi obyektivlik-subyektivlik təəssüratları  dərketməni yeni 

kəmiyyət və  həcm intensivliyində  tənzim edir. Bir vaxtlar və elə indinin 

özündə də gerçəklik dəyərlərinə tam müvafiq olaraq "das Land der Dichter 

und Denker" (şairlər və mütəfəkkirlər yurdu) adlandırılan Almaniya 

nasional-sosialist ideolojisi reallıqlarında "das Land der Dichter und 

Henker" prototipinə qayıdır. Qeyd etdiyimiz kimi, müəyyən bir koqnitiv 

şərh, konseptual-semantik təqdimat baxımından xüsusilə    gərəkli, mühüm 

vəzəruri olan əlamət və keyfiyyətin qabardılması  və ya əksinə, arxa plana 

keçirilməsi, yayındırılması, müsbət və ya mənfi motivin qənşər mövqeyə 

gətirilməsi strategiyası perifraz, təsvir-adlandırma düşüncəsinin  əsasını 

təşkil edir. Bu sayaq adlandırma, yönləndirmə üsulu, heç şübhəsiz, 

mühakimələrin, təkliflərin məzmununa fəal təsir göstərir. Deməli, başqa cür 

adlandırma, qeyri-müstəqim, dolayı  ifadəetmə,  əlavə alternativ linqvistik 

çoxluq imkanları ilk növbədə mövcud ensiklopedik və dil bilikləri ilə 

sanksiyalaşdırılır. Kommunikativ və praqmatik  amillərlə  şərtlənir. Məhz 

canlı, yaradıcı orqanizm olan dilin transformasiya və törədicilik 

təşəbbüslərində predmet və hadisələrin, proseslərin, bütövlükdə dünyanın 

müxtəlif səmtlərdən qavranılmasının zəngin potensialı yaşayır. Burada 

təxminilik, natamamlıq və yayılanlığın, nəticədə aldanış, yanlışlıq və 

yalanların, yanılmaların da rəngarəng, çoxcəhətli dil-ifadə ehtiyatları 

cəmləşir. Beləliklə, dərketmədə  həm sürətləndirici, həm də tormozlayıcı, 

ləngidici rol oynayan sinonim çoxluqların, təyinedici, səciyyələndirici və 

qiymətləndirici gücə malik olan digər linqvistik çoxluqların, ilkin termlərin 

ətrafında müxtəlif semantik informasiyalar daşıyan paralel nominasiyalar, 

praqmemlər də toplanır. Digər təyinedicilər, tamamlayıcılar və 


 

 

 



249

əvəzedicilərlə birlikdə bir ümumkoqnitiv və dil çərçivəsi formalaşdırır. 

Əşyaya, hadisəyə xas olan xarakterik bir əlamət dil formasında 

aktuallaşdırılarkən digər  əlamətlər də hafizədən tamamilə silinib getmir, 

sinonim cərgənin dominantı, dayaq söz tərəfindən fəal mühafizə olunur

bununla da fərqli ünsiyyət situasiyalarında yeri gəldikcə perspektivi  

dəyişmək, ünsiyyət planında, semantik proqramda düzəlişlər etmək imkanı 

da saxlanır. Perifraz formalarının funksional imkanları, müvafiq üslubi 

paradiqma daxilindəki yeri, mövqeyi ilə müəyyənləşir, müvəqqəti olaraq 

"gizlədilmiş", "dəyişdirilmiş" referentin yenidən - yeni situasiyaya uyğun 

dəyərləndirilməsi,  əsas sözlə, bütöv məna ilə qarşılaşmada linqvistik 

qiymət meyarlarının müxtəlifliyi ilə  təyin olunur, müvafiq koqnitiv və 

praqmatik reallıqla ilkin-konseptual reallıq arasındakı ziddiyyətdən, bəzən 

isə qiymətləndirmə, anlama tərəddüdlərindən doğur.  

Yanaşı, alternativ adlandırma çoxluqları ilk növbədə  mətndə yeni, 

yeniləşmiş mövzu-fikir impulsları yaratmağa, konkret müstəvidə fikrin 

ifadəsinin dinamikləşdirilməsinə, mətn quruculuğunun 

optimallaşdırılmasına xidmət edir. Xüsusilə antroponimlərin - şəxs 

adlarının, ölkə, dəniz, dağ, çay və s.kimi coğrafi reallıqların, etnonimlərin 

ilkin dərketmə, tanınma nişanlarının, substansional-koqnitiv resursların 

təsviri-variativ ifadəsi, bununla da təkrar-təkidli təqdimi və xarakteristikası 

mətndə aktual informasiyaların, yeni koqnitiv-praqmatik hədəflərin 

müəyyənləşməsinə  gətirib çıxarır, dərketmənin yeni perspektivlərini təyin 

edir. Daha doğrusu, məxsusi, ayrıca ünsiyyət məqsədini, koqnitiv-

funksional fəallığı  təmin etməklə onu yeni münasibətlər, real və virtual 

gerçəklər sferasına daxil edir. Yeri gəlmişkən qeyd edək ki, təkcə 

perifrazlar deyil, sifətlər, bədii təyinlər də  əsas sözün mətnə daxil 

edilməsində mühüm rol oynayır, geniş alternativ çoxluq sıraları yaradır. 

Deməli, dar mənada perifraz əşyaya, hadisəyə aid müəyyən bir tipik, 

aşkar, fərqləndirici, seçkin əlamət və ya keyfiyyətin təsviri 

ifadəsi,kompleks işarələmə faktı kimi doğulur. Onları  işarəyə alınan 

obyekti ünsiyyət məqsədləri baxımından ayrıca maraq, əhəmiyyət və 

aktuallıq kəsb edən konkret bir prizmadan müşahidə və dərketmə səylərinin 

linqvistik örnəkləri, təcrübələri kimi qiymətləndirmək  olar. Linqvistik 

ədəbiyyatda perifraz "başqa cür ifadəetmənin” həm ümumi adı ,həm də 


 

 

 



250

konkret bir növü kimi anlaşılır. Təsviri çoxluqlar aktual denotatı, 

referensiyanı  səciyyələndirən bəlli bir semantik əlaqənin,  əşyanın, aydın 

təsəvvür və  dərk oluna bilən bir təfərrüatın, detalın,  ştrixin böyüdülərək, 

qabarıqlaşdırılaraq önə çəkilməsi, kadrlaşdırılması əsasında meydana gəlir. 

İfadə planında sözügedən  əşyanı, predmeti, hadisə  və ya prosesi birbaşa 

adlandırmadan onları  əvəz edir. Gerçəklik fraqmenti fərqli bir rakursdan 

təqdim olunur, fokuslaşır. Bu sayaq çoxluq siqnalları dayaq sözün ya 

ideoqrafik-məfhumi, ya da üslubi sinonimləri kimi çıxış edir. Belə ünsiyyət 

strategiyasının nəticəsi olaraq prespektivi, yeni, əslində, daha geniş  və 

subyektiv baxımdan daha artıq genişlənə bilən bir kommunikativ sahə, 

koqnitiv blok açılmış olur. Əşyaya, hadisəyə xas olan ən müxtəlif 

əlamətlərin, keyfiyyətlərin əsasında və bünövrəsində  verballaşma, variativ 

işarələnmə, qiymətləndirmə onların  ən müxtəlif yönlərdən və görüş-

düşünüş bucaqlarından təqdim olunmasını real imkana çevirir. Konseptual 

baxımdan maraqlı olan odur ki, bu geniş verbal yaradıcılıq, törədicilik 

mətndə yarana biləcək bir çox kommunukativ-semantik maneələrin, 

çıxmazların da aradan qalxmasına kömək edir. Çoxlu xüsusi isimlərin, 

realilərin, mücərrəd isimlərin, sayların,  əvəzliklərin sinonimlərinin, 

alternativ adlandırmalarının olmadığı bir linquistik situasiyada onları  ən 

müxtəlif vəziyyətlərdə  rəvan və maneəsiz olaraq cümləyə qoşmaq, mətnə 

daxil etmək real çətinliklər doğurur. Bunun əvəzində  ən müxtəlif 

xarakterizəedici sözlər, koqnitiv-psixoloji reallıqlar var. Dildə perifarz 

xidmətinin  əhəmiyyəti də  məhz seçmə, səciyyəvi  əlamətləri semantik 

partituraya daxil etmək, onlar əsasında yeni söz-adlandırma reallıqları  və 

təcrübələri yaratmaqla ümumən verballaşma  şəbəkəsinin nisbi bütövlük, 

mükəmməllik və tamlığlnı  təmin etmək, üzvlənmiş, detallaşdırılmış 

koqnisiyanın təsir dairəsini mümkün qədər genişləndirmək,  ən müxtəlif 

dərketmə 

və adlandırma sferalarında linqvistik qiymət və 

qiymətləndirmələrin potensial və real çoxluqlar dairəsini işlək, hərəki bir 

vəziyyətdə saxlamaq, dinamik bir hala gətirməkdir. 

Konkret isimləri xarakterizə etmək, müəyyən  əlamət və 

keyfiyyətləri, detalları fərqləndirmək, onları hissələrə "parçalamaq", leksik-

semantik variantlar əsasında koqnitiv-linquistik əməliyyatlar aparmaq 

nisbətən asan olduğundan perifraz yaradıcılığı da daha məhsuldar cərəyan 



 

 

 



251

edir, belə isimlər, mücərrəd və sayılabilməyən isimlərə nisbətən mətndə 

daha sərbəst qol-qanad açır. Misal üçün, deyək ki, Götenin yuxarıda verilən 

məşhur "Lenz des Lebens" perifrazını (Jugend) çoxaltmaq, onların serial 

istehsalı ciddi məhdudiyyətlər doğurur. "Ağ  qızıl", "qara qızıl" tipli şəffaf 

adlandırma və  təsvirlərdə perifarz çoxluqları ayrıca çoxşaxəlilik və 

rəngarənglik kəsb edir. Doğrudur, "Jugend" (gənclik) kimi sözlərin mütləq 

ekspressivliyi funksional məhdudiyyətləri aradan qaldırmağa xeyli kömək 

edir. Sözün semantik-praqmatik və koqnitiv dinamizmini, mətn törədiciliyi 

imkanlarını xeyli dərəcədə yüksəldir. Bütün dillərdə "səadət", xoşbəxtlik 

(Glück), "ədalət" (Gerechtigkeit), "həqiqət" (Wahrheit),"insanlıq" 

(Menschlichkeit), "əxlaq\ mənəviyyat" (Moral) tipli daha yüksək 

mücərrədlik səviyyəsinə yüksəlmiş sözlərə  "şərik tapmaq", məhsuldar 

perifrastik genişləndirmə aparmaq çox çətindir. Bəlkə  də qeyri-

mümkündür. Çünki bu vaxta qədər heç kim, heç bir dildə bu sözlərin dəqiq 

mənasını bilmir. Bu sözlərin, bu anlayışların necə yaranması, kim, kimlər 

tərəfindən yaradılması, yaranması özü bir müəmmadır. Heç birimiz onları 

təşkil edən məna komponentlərini birmənalı  şəkildə ayıra bilmir. Əgər 

bilmiriksə, onları minimal semantik əlamətlərə bölüb təhlil etmək, 

funksional-praqmatik baxımdan səciyyələndirmək, daha tipik əlamət və ya 

keyfiyyət çoxluqlarına parçalamaq da çətin olacaq. Dil yaradıcılığı sadəcə 

olaraq konseptual və semantik informasiyaların, daha doğrusu, informasiya 

qıtlığının təbii müqaviməti ilə rastlaşır. Qeyri-konkret isimlərdə yalnız 

məhdud miqdarda bir və ya bir neçə metaforik perifarz şəkilləşə, gəlişə 

bilir. Müq. et: Lenz des Lebens- die schönste Zeit des Lebens, die 

glückliche\ glücklichste Zeit des Menschenlebens, die Zeit der 

Geborgenheit und des Glücks \ der Liebe und Sorglosigkeit və s. (Yəqin bu 

dil formalarının yaradılmasındakı yumşaq bir zorakılığı da hiss etdiniz). 

Götenin digər məşhur perifraz örnəyində - Land der Hoffnung (das Leben) 

"Land" sözünün semantikası ilə bağlı daha geniş koqnitiv valentlik yerləri 

açılır. Land der Wünsche, Land der Hoffnungen und Wünsche, Land der 

Lebenserlebnisse, Land der Erwartungen, Land der missglückten Wünsche 

und Hoffnungen, Land der Erlebnisse, Ort der Hoffnungen und 

nichtrealiesierbaren Wünsche və s. Şairlər mənim xeyli əziyyət çəkdiyim 

belə məqamlarda daha çox və daha orijinal perifraz nümunələri axtarıb tapa 


 

 

 



252

bilir - ikinci semiotik sistem olan bədii mətn daha geniş yayılan çoxluqlar 

hasil edir. Əlbəttə, dahi şair özü, həqiqi söz sərrafları bu sayaq adi, soyuq, 

quru adlandırma, təsvir üsullarını heç vaxt işlətməzdi, yüksək bədii mətnin 

poetik detalları kimi qəbul etməzdi. Heç şübhəsiz ki, burada söhbət dil 

yaradıcılığından, dilin törədicilik instinktindən gedir. Başqa sözlə, söhbət 

ümumən dərketmədən, konseptual, koqnitiv və semantik informasiyaların 

müxtəlifliyindən, mümkün variantlaşma imkanlarından və yayılanlıq 

hüdudlarından gedir. Məntiqi və metaforik perifraz tiplərinin qaynayıb-

qarışdığı "Kennst du das Land, wo die Zitronen blühen?" misrasında şairin 

təqdimatında gerçəkdən dünyanın ən gözəl ölkələrindən biri olan İtaliyaya, 

italyan xalqının həyat tərzinə, adət və ənənələrinə, təbiətinə aid ən müxtəlif 

atributiv birləşmələr, təyinlər, təyinetmələr, hər cür determinantlar, budaq 

cümlələr və seçkin əyani-visual  əlamətlər  əsasında müxtəlif perifraz 

çoxluqları yaratmaq olar. Təkcə ən intensiv duyğu orqanları olan görmə və 

eşitmə ilə bağlı yox, bütün digər duyğu orqanlarının göndərdiyi 

informasiyaları  dəqiq, tam, əslinəuyğun adlandırmaq, canlandırmaq 

mümkün olmasa da,onları  təsviri yolla, dolayı – alternativ çoxluqlarla, nə 

qədər paradoksal olsa da, daha artıq adekvat, sahmanlı şəkildə adlandırmaq 

şansı yaranır. Belədə  əlamət bütünlüklə predmetin, substansiyanın yerinə 

keçir, onu daha asan, konkret və aydın qavramağa kömək edir. Linquistik 

qiymətlər də konkretləşib aydınlaşır. Bəzən referensiyanı, predmet və 

hadisələri  əsas sözün, birbaşa adlandırmanın təqdim etdiyi bütöv, ümumi 

semantika prizmasından deyil, ayrı-ayrı parlaq əlamətlər, tipik parametrlər 

əsasında, daha aydın, hətta daha bütöv şəkildə qavramaq, təsəvvür etmək 

olur. Mümkün əlamətlər, keyfiyyətlər kompleksi birnəfəsə, bütöv halda 

daha çətin anlaşılır, qavrayışın  əyanilik, obrazlılıq tələbi və  şərti real 

səmərə verir. İstər məntiqi, istərsə  də obrazlı-metaforik perifrazlar eyni 

zamanda həm dəqiqləşdirici,aydınlaşdırıcı  və  fərqləndirici, həm də ayırıcı 

və yayındırıcı funksiyaları yerinə yetirir. Bu başqa məsələ ki, bir sıra 

diskurs tiplərində, xüsusilə siyasi diskursda perifraz şəkilləri böyük 

çoxluqla anlayışı  əhəmiyyətsiz detallara parçalamaqla onları  təhrif etmək 

və sonucda zərərsizləşdirmək, fikrin təsir qüvvəsini zəiflətmək,  əsas 

mahiyyəti dumanlandırmaqla yalan və manipulyasiyanın xidmətinə 

yönəldir.  Əlahiddə semiotik sistem olan bədii mətnlər bəzən bütünlüklə, 


 

 

 



253

reallıq zəminini tərk edərək virtual, imaqinativ reallıqlar sferasına keçir, dil 

işarələri, ikili mental mahiyyət kəsb etməklə gerçək situasiyaların 

deyil,şüur gerçəkliklərinin təxmini işarələrinə çevrilir. Yayğınlığın yeni 

səviyyələri, qatları yaranır. Belə amorf, irrasional ifadə mühitində dil 

işarələri, söz sanki hər hansı bir konkret maddi yükdən, koqnitiv 

bağlılıqdan azad olduğundan oyun stixiyasına uyğun mütəhərriklik, 

variativlik güclənir, bununla hər cür improvizasiya, perifraz imkanları da 

artıb genişlənir. Təsadüfi deyildir ki, bədii mətnləri ağlın gücü ilə  dərk 

etmək, anlamaq onları yaratmaqdan heç də asan olmur. Bəlkə daha çətin 

olur. Lakin hər bir vəziyyətdə, heç şübhəsiz, perifrazlara dəqiq, birbaşa, 

vasitəsiz-adekvat deyil, dolayı,qeyri-müstəqim və yayılan linquistik 

qiymətləndirmə üsulları kimi yanaşmaq zəruridir. Onlar informasiya 

tutumunu xeyli zənginləşdirir.  

Daha təsirli və effektiv perifarzları yaratmaq üçün adi,sıravi dil 

daşıyıcısı olmaq çox vaxt kifayət etmir. Xüsusi poetik istedad, koqnitiv 

yaradıcılıq, intellektual səylər tələb olunur. Dil -üslub həssaslığı  tələb 

olunur. Yuxarıda göstərilən perifraz çoxluqlarının heç də hamısı özünü 

doğrultmur, öz analoqu ilə müqayisədə sövqləri oxşamır, bəyənilmir. 

Perifraz  şəkillərinin işlənməsi, mətnə yol tapması uyğun-müəyyənləşmiş 

semantik proqramın, adekvat kontekst əlaqələrinin, fəal, düşünülmüş 

məzmun bağlılığının olmasını tələb edir. Ümumiyyətlə, eyni referensiyaya, 

koqnitiv reallığa aid olan obrazlı perifrazların yaranmasında, 

formalaşmasında da kifayət qədər daralmaların, məhdudiyyətlərin olduğunu 

söyləmək olar. Məsələn, Göte haqqında formalaşmış  rəy və müəyyən 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin