təəssüratlar koqnitiv bloklara, linquistik fraqmentlər, anlam seqmentlərinə
bölünüb bütövləşmək, şaxələnib çoxalmaq, daha da artmaq potensialına
sahibdir. Dichterfürst, der Autor von "Faust", der junge Werther, der
grösste Deutsche, Prometeus seiner Zeit, der Schöpfer des "West-östlichen
Divan", der Beherrscher des Olymps, der grösste Vertreter des "Strum und
Drang" və s.
“Alman torpağında ilk fəhlə-kəndli dövlətinin” (der erste Arbeiter
und Bauernstaat auf dem deutschen Boden) vətəndaşları olan şərq almanları
və sovet kommunustləri sırf siyasi motivlərə görə şəksiz ki, böyük filosif və
dahi iqtisad alimi Karl Marks haqqında çeşidli perifrazlar, bir çox hallarda
254
konkret ideyadan, referensiyadan yayınan dil reallıqları yaratmışdılar: der
grösste Philosoph der Welt, der Führer des Weltproletariats, Begründer des
wissenschaftlichen Kommunusmus, der grosse Revolutionar və s. Nizami,
Füzuli, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi nəhəng
şəxsiyyətlər, populyarlaşmış, deməli, üstün səviyyədə dərk və qəbul
olunmuş sənət adamları ətrafında da belə geniş, genişlənmiş və daim
genişlənən, saflaşan bir koqnitiv halə var. Məsələn, Üzeyir bəy Hacıbəylini
səciyyələndirmək üçün aşağıdakı sabitləşmiş, hamı tərəfindən anlaşılan
"ümumdil perifrazları" işlənir: Şərqdə ilk operanın banisi, Azərbaycanın ən
böyük ziyalısı / ziyalılarından biri, "Koroğlu" müəllifi, ilk muğam
operasının yaradıcısı, Azərbaycan klassik musiqisinin banisi və s.
Qeyd olunan forma və formullar ilkin dentotat qədər tam, dəqiq və
birmənalı olmasa da, dayaq sözün məzmununu, anlam strukturunu
bütünlüklə əhatə etməsə də, həmin perifrastik variantlar, kollektiv ya fərdi
təəssürat, qiymətləndirmə və biliklər mövcud məlumatları, konseptual
biliklərimizi daha da zənginləşdirib genişləndirmək gücünə malikdir.
Əlavə, müxtəlif ölçülü nominasiyaların, təsviri, qeyri-müstəqim çoxluqların
konstruksiya edilməsində əsas məqsəd ifadə rəngarəngliyinə, semantik-
koqnitiv dərinləşmələrə nail olmaq, mətnə
əlavə-tamamlayıcı,
bütövləşdirici, aydınlaşdırıcı, konkretləşdirici informasiyalar daxil
etməkdir. Referensiyalar, koqnitiv realilər və fikri obrazlar fərqli dil
dəyərlərində, başqa hüdud və miqyaslarda verilməklə, təqdim olunmaqla
onların kontekstə qoşulması, hərəkət mexanikası hazırlanmış, relslər
üzərinə qoyulmuş olur. Beləliklə, mətn quruculuğu, fikir və duyğuların
hərəkəti, formal və məna əlaqələrinin genişlənməsi, budaqlanması üçün
əlverişli linquistik mühit, "start" vəziyyəti yaradılmış olur.
Perifraz çoxluqlarının mətndüzəltmə imkanları haqqında ilkin
təsəvvürlərimizi genişləndirmək üçün daha bir neçə nümunə.Thomas
Mannın "Tonio Kröger" əsərində "Schüler" (məktəbli, şagird) referensiyası
ilə əlaqələnən maraqlı perifraz tapıntıarı, alternativ, təkrar adlandırma
örnəkləri var:
Die Schule war aus. Über den gepflasterten Hof und heraus aus
der Gartenpforte strömten die Scharen der Befreiten...
Grosse Schüler hielten mit Würde ihre Bücherpackchen
255
hoch gegen die linke Schulter gedrückt... Kleines Volk
setzte sich lustig in Trab...
Mətndə işlənən Befreiter (Scharen der Befreiten - azadlığa
buraxılmış insan axını), kleines Volk (balaca xalq) heç də birbaşa, sistem
planında "Schüler" (şagird, məktəbli) perifraz şəkilləri ilə vahid semantik-
konseptual əsasda birləşmir. Həmin perifraz sıraları geniş mətndə, konkret
qavrayış aktında "Schüler" /Schulkind/ isimlərinin kontekstual-mətni
sinonimləri, ekvivalent-müvazi vahidləri kimi işlənərək və onları semantik-
praqmatik baxımdan zənginləşdirərək, tamamlayaraq fərqli linquistik
qiymətlər, yayılan çoxluqlar mikroparadiqması formalaşdırır. Dil-ifadə
formalarının tam müxtəliflik və rəngarəngliyinə baxmayaraq onlar birlikdə,
vahid funksional bütövləşmə və dayanışmada mövzu, ideya-məzmun
konstantlığının, tematik silsilə və nizamın əsasını təşkil edir. Göstərilən
linquistik qiymətlər ilk növbədə koqnitiv detalların sərrastlığı,dəqiqlik və
həqiqiliyi ilə yaddaşlara daxil olur, vahid kommunikativ sahə əmələ gətirir.
Aydındır ki, hər bir dərketmə, həqiqət anı, fərdi-subyektiv müşahidə və
linquistik şərh işarəyə köçürülən obyekti fərqli görüm və yanaşmalarda
təqdim edir, qavranılan predmet və ya hadisənin bir cəhəti, bəzən yalnız dil
işarəsi ilə görünən, görünə bilən bir cəhəti, amma, əlbəttə, assosiativ
genişlikdə dərk olunan bir cəhəti qənşərə çəkilir.
Necə ki, ay heç də həmişə bütöv, bədirlənmiş olmur, ay qövsü onun
haqqındakı tam təsəvvürü, təəssüratı əvəz edir, insanlar ayı hər dəfə bütöv
halda dərk etmək, hər dəfə tam müşahidə etmək, ondan zövq almaq və ya
baxıb heyrətlənmək həvəsində olmurlar. Ay heç də həmişə eyni cür
görünmür, eyni təəssürat oyada bilmir. Və buna heç ehtiyac da yaranmır,
biz İlin, metomüşahidənin müxtəlif vaxtlarında çoxlu "fərqli" aylar,
ayparalar, nazik, bəzən lap nazikləşmiş disklər, dairələr görürük. Bəzən
sadəcə müşahidə edirik. Bütün bu görüntüləri, təəssüratları bir bütöv
halında birləşdirməyə, bəzən isə ayrı-ayrı əlamətlər şəklində yenidən
ayırmağa, seçməyə ehtiyac hiss edirik. Alman şairi H. Hayne ayı (der
Mond), “göylər gözəli”, “göylər qızı”(Tochter des Himmels) adlandırır.
Halbuki qərb mədəniyyətinin daşıyıcısı olan almanlar üçün "ay" bizdən
fərqli olaraq (Ay üzlüm(?)) üzündəki "şübhəli" ləkələrə görə heç də
256
gözəllik simvolu kimi olaraq dərk olunmur. Azərbaycan şairi S. Vurğun isə
ayı "göylərin şamı" kimi visuallaşdırmaqla dərketmənin, koqnisiyanın yeni,
orijinal versiyasını təqdim edir. S. Vurğunun misralarında poetik təəssürat
o qədər güclü, o qədər parlaq və cazibadardır ki, şer parçasını bədii sözün
ay sonatası da adlandırmaq olar: Ayazlı, şaxtalı bir qış axşamı/yeddi yoldaş
olub yola düzəldik/Qarlarla örtülü bir düzə gəldik/ayazlı, şaxtalı o qış
axşamı/O ay dediyiniz göylərin şamı/O qarlı düzlərə baxıb
yanardı/Yolçular getdikcə yol uzanırdı ("Komsomol poeması"). Sonradan
həmin sərrast müşahidə-tablo "Burax gedim ay işiğı"....misraları ilə
bütövləşərək, mükəmməlləşərək bir fövqəlobraz, fövqəlsöz məqamma
yüksəldi, etnik-psixoloji imkanlarımızın yeni qatlarını açdı. Şərqdə poetik
idrakın, ümumən koqnisiyanın yeni texnoloji imkanlarını üzə çıxardı.
Almanların ən təsirli, ən uca və mücərrəd dərketmə sistemi olan musiqi ilə,
səslə dediyini biz adicə sözlə ifadə edə bildik. Əslində bununla hamının
olan Ayı azərbaycanlıların əlahiddə etnopoetik obrazına çevirdik.
Göründüyü kimi, ifadə, təsir gücü, fikrin ekspressiyası aktual
denotatın bütöv dil obrazı prizmasından deyil, ayrı-ayrı səciyyəvi əlamətlər,
detallar prizmasından təqdim olunması ilə müəyyənləşir. Məhz bunun
nəticəsi olaraq əlamət bütövlükdə müşahidə obyektini örtür, ondan qabağa
keçir. Daha doğrusu, predmeti, substansiyanı fərqli linquistik qiymət və
dərəcə ilə əvəz edir. Belə ifadə faktı hadisəni, obyekti adlandırmaq
baxımından tam dəqiq və qüsursuz olmasa da, əlavə, kifayət qədər aktual
semantik informasiyaların daşıyıcısına çevrilir, güclü variativ dil-qavrayış
faktoru olaraq mətnin praqmatik-üslubi və koqnitik perspektivlərini artırır,
onu çoxuclu şəbəkı kimi geniş əhatə dairəsi, semantik-sintaktik
valentlik,açılım sahəsinə çıxarır. Aydındır ki, perifrazın formalaşdığı,
gəlişdiyi zaman və məkan ölçüləri, perseptual və məfhumi informasiya
tutumu, semantik və assosiativ törədiciliyi zəngin olduqca, onun variativlik,
rəngarənglik və şaxələnmə imkanları da həmin nisbətdə zəngin və
çoxcəhətli olar. S. Vurğunun məşhur "çöllər qızı" ("ceyran") perifrazı
aşağıdakı semantik-koqnitiv yayılanlıq çoxluqları şəklində genişlənir:
çöllər qızı, çöllər gözəli, təbiətin gözəli, dağlar gözəli, (bizim) çöllərin
yaraşığı və s. Qeyd olunduğu kimi, perifrazlar, xüsusilə də metaforik
perifrazlar müəyyən nəzər nöqtəsindən təqdim olunduğundan ifadə
257
çoxluqlarının, linquistik qiymətlərin təsviri xarakter daşıdığı bir dairə
ətrafında genişlənməsi,törənməsi çətinliklərlə müşayiət olunur. Təsadüfi
deyildir ki, məntiqi alternasiya, variantlaşma məqamlarında konseptual və
semantik informasiyaların nisbi zənginlik və rəngarəngliyi ilə bağlı olaraq
dilin yaradıcılıq, quruculuq imkanları da artır, çoxluqlar çevrəsi böyüyüb
genişlənir. Müqayisə et: Azərbaycan-Odlar yurdu, neft diyarı, qara qızılın
vətəni, şairlər yurdu, Nizamilər, Fizulilər vətəni, qəhrəmanlar yetirən ulu
torpaq, ulu diyar, şərqdə ilk demokratik cümhuriyyət quran ölkə, ölməz
muğamlarımızın vətəni, bütün şərqdə operanın yarandığı məmləkət,
Babəklər, Koroğlular yurdu, bol sərvətli diyar və s. Hər hansı bir ölkə
haqqındakı məntiqi perifrazları bu ölkədəki çox məşhur və hətta heç
məşhur olmayan adamların, yerlərin, mədəniyyət obyektlərinin sayı qədər
artırmaq olar. Həmin mümkün, hətta ilk baxışda mümkün olmayan, ağla
gəlməyən təsviri formalar vahid, ümumi-ortaq denotatı mətnin semantik
proqramına daxil edən koqnitiv tellər, informasiya naqilləri misalındadır.
Fikir, ideya elementlərini, əsas koqnitiv mərkəzləri mətnə daşıyan perifraz
formaları, dolayı ifadə şəkilləri, kompleks, genişkütləli, eyni zamanda
mütəhərrik deyim alternativləridir. Sinonim çoxluqların fərqli ünsiyyət
mühitində təkrarı və davamıdır. Beləcə, xüsusi coğrafi ad olaraq alternativ
verballaşma, birsözlü, birqiymətli çoxluq yerləri aça bilməyən "Bakı” tipli
dil işarələrinin də öz paralel çoxluq imkanları yaranır, bunun sayəsində
mətnin, beləcə sözün semantik-sintaktik plastikası artır, donuqluq, statika
aradan qalxır. Daha doğrusu, yeni koqnitiv istiqamətə yönəldilmiş olur:
Neft və milyonlar səltənəti (Bakı), dünyanın xəritəsində qara mazut ləkəsi
(olan Bakı),küləklər şəhəri, dillər əzbəri şəhər, babaların yadigarı,
gözlərimin işığı olan şəhər və s. Ümumiyyətlə, isimlərin, əsas adların
mətnə qoşulmasında sifətlər, təyinedici sözlər sahmanlayıcı rol oynayır.
Kontekstual perifrazlar ümumdil perifrazlarına nisbətən daha çevik və
məhsuldar xarakter daşıyır. Onlar mövzudan mövzuya yüksələn xətlə,
ardıcıllıq ierarxiyası ilə artıb çoxalaraq dil daşıyıcısını seçim qarşısında
qoyur.Bu variantlar kimi "qara qızıl", "ağ qızıl", "ellər atası", "mavi gəmi"
kimi təsviri adlandırmalar xarakterik əlamətin böyüdülməsi, nəzərə
çarpdırılması bünövrəsində meydana gəlir və, heç şübhəsiz, əsas adlarla,
ilkin qavrayış aktı ilə müqayisədə informasiyanın dəqiqliyini zəiflətməklə
258
mətnin qeyri-səlistliyini, yayğınlığını da gücləndirir. "Ağ qızıl", "qara
qızıl", "ağ ölüm", "gündoğar ölkə", “yaşıl qitə” kimi qapalı və birmənalı
şəkildə dərk olunan, konvensionallaşmış perifrazlarda, məsələn, "küləklər
şəhəri" modelinə nisbətən kommunikativ risk bütövlükdə aradan qalxsa da,
təkrar işlənmə sayəsində ünsiyyət riski xeyli azalmış olur. Sıfra enmiş olur.
Ola bilər və yəqin elə belədir ki, dünyada Bakı ilə yanaşı digər "küləklər
şəhəri" və ya Kuba ilə bərabər digər "Azadlıq adaları"da olmuş olsun. Və
ya gələcəkdə, Allah eləməmiş, belə bir yeni ada peyda olmuş olsun.
Yaxud,"Şərqin böyük mədəniyyət mərkəzi" yayğın, az informativlikli
forma başqa bir şəhərə və ya bir çox şəhərlər qrupuna aid edilsin. Aydındır
ki, xilasedici kontekst, situasiya olmasa, birmənalı anlaşma baş
tutmayacaq, koqnitiv xaos qaçılmaz olacaq. Beləliklə, perifraz mətni
doğurduğu, təşkil etdiyi kimi, mətn də, konsituasiya da perifrazlar
semantikasını dəqiqləşdirir və istiqamətləndirir, onları linquistik qiymətlər
şəklində təsbit edir. Təsadüfi deyildir ki, kontekstual sinonimlər, o
cümlədən də kontekstual sinonimlərin mühüm qaynaqlarından biri olan
perifrazlar mətn koheziyasının ən mühüm vasitələrindən birini təşkil edir,
daim çoxalan, artıb genişlənən şaxələr, əlaqə bağları kimi sağa və sola,
özündən əvvələ və sona doğru dartılıraq yayılan çoxluqlar, ardıcıllıqlar
kimi, kompleks dil işarəsi olaraq mətnin yayılanlığını, dərinliyini də təyin
edir. Müvazı, paralel şaxələnmələrin semantik zənginliyi, törədicilik
potensialı da məhz onların əlavə gücləndirici linquistik energetikası ilə
bağlıdır. Alternativ perifraz formasının tematik nüvə kimi qabardılması isə
onu güclü assosiativ koheziya vasitəsinə çevirir, bütöv mətn fonunda
mətntörətmə, mətnyaratma potensialını artıraraq şüalandırıcı təsirini bütün
makromətn üzərinə yayır. Orijinal, bənzərsiz Azərbaycan yazıçısı,
zəmanəsinin yenilikçilik, yenilik ruhunu təmsil və ifadə edən Cəfər
Cabbarlı haqqında yazılmış roman belə adlanır:"Bahar oğlu". Perifraz
yaradıcılığı istər danışan, istərsə də dinləyən, istər mətni konstruksiya,
istərsə də istehlak edən şəxslər tərəfindən uyğun ensiklopedik bilik,
müəyyən informasiya minimumu və mental fəallıq tələb edir. Təkrar edirik
ki, sabitləşmiş, konvensionalllaşmış dil perifrazları fərdi-kontekstual
perifrazlarla müqayisədə daha asan və maniəsiz, daha az yayılan
qiymətlərlə qavranılır.
259
Beləliklə, sinonimlik, çoxmənalılıq, omonimlik və antonimlik kimi
tematik dil-ifadə şəkillərini də linquistik qiymətləndirmələrlə bir sırada
qeyri-müstəqim adlandırmaları, perifrastik çoxluqları, referensiyanı,
gerçəklik dəyərlərini xarakterizə edən yayılan çoxluqlar bloku kimi
xarakterizə etmək olar.
Bu qısa, ümumi-nəzəri baxış, koqnitiv-üslub tanınma və təqdimatdan
sonra perifraz çoxluqlarının müxtəlif linquistik qiymət dərəcələrini,
funksional-praqmatik imkanlarını konkret olaraq araşdırmağa çalışaq.
Xatırladaq ki, dil işarələri olaraq perifrastik çoxluqları, xüsusilə cümlə
perifrazlarının qeyri-səlisliyi, yayğınlıq hüdudlarının real genişliyi və
əhatəliliyi haqqında daha bitkin təsəvvür yaratmaq üçün yeri gəldikcə geniş
mənada perifraz strukturlarını, xüsusilə aşağı yayılanlıq, zəiflətmə,
mülayimləşdirmə vasitələri olan evfemizm çoxluqlarını təhlillərə cəlb
etmək zərurəti yaranır.
Dəqiq seçilmiş, düzgün qavranılmış perifraz variantlarında, ələlxüsus
da metaforik perifrazlarda semantik və emosional informasiyalar birləşmiş,
qaynayıb-qarışmış bir energetik güc halında toplanmış olur. Kontekstual-
situativ perifrazların məhz bu cəhəti yalan və manipulyasiya imkanlarını
daha da artırır, qeyri-səlis çoxluqların müxtəlifliyi, tematik genişlənmə və
kütlə ağırlaşmaları təxmini mühakimələrin müxtəlifliyi və rəngarəngliyi
üçün ilkin əsaslar formalaşdırır. Linquistik qiymətlərin yeni keyfiyyət
müstəvisinə daxil olması, qeyri-səlis çoxluqların kəmiyyət və seçim
müxtəlifliyi dərketmənin yeni perspektivlərini açır, semantik-koqnitiv
sahənin hüdudlarını genişləndirir.
Perifrazlar eyni şeyləri müxtəlif cür adlandırma alternativləri olan
(S. Abdullayev ( 8), 15) sinonimlərin birbaşa davamı, əlavəsi olsa da, onları
yalan, aldanış və manipulyasiya imkanlarının zənginliyinə və
rəngarəngliyinə görə çoxmənalılıqla da müqayisə etmək olar. Orada bir
sözdə toplanmış mənaların kəmiyyət çoxluğu və ümumiliyi, burada isə
məna yayğınlığı və forma elementlərinin potensial çoxşaxəliliyi həlledici
əhəmiyyət kəsb edir. Əlbəttə, bu deyilənlər daha çox obrazlı, metaforik
perifrazlara aiddir, məntiqi perifrazlarda başqa cür adlandırılan, ifadə
formasında "yer almayan" denotat tam aydın və şəffaf, adətən birmənalı
260
şəkildə təsəvvürümüzdə bərpa olunur, qavrayış üçün əlavə enerji sərfi
gərginlik yaratmır.
Perifraz formalarının cümlələrə, bütöv mətnlərə transformasiyasını,
bunun yayğınlıq hədlərini izləmək üçün əslində saxtalaşdırılmış, qeyri-
səmimi mövqe və münasibətlər, gizlədilmiş, geriyə qovulmuş həqiqətlər,
yarım-həqiqətlər mənbəi, ifrat vəziyyətdə isə yalan və manipulyasiya
vasitəsi olan bəzi evfemistik çoxluqlara diqqət yetirək. Bu daim atran,
genişlənən sintaktik çoxluq dairələrini təqib etmək baxımından da maraq
doğurur. Əlbəttə, erfemistik ifadə və cümlələr hansısa bir tipik əlaməti
nəzərə çarpdıran, dar, məhdud mənada perifraz deyil, geniş mənada
perifraz rubrikası altına düşür. Hər cür erfemizmin mənası "yaxşı
danışmaq", yatımına söz söyləmək (gut sprechen) deməkdir. "Yaxşı
danışmaq" isə ilk növbədə xeyrə danışmaq, gerçəyi, həqiqəti sərfəli reallığa
dönüşdürmək,uyğun şəklə salmaq səylərindən başqa bir şey deyildir.
"Yaxşı danışmaq", "iyi konuşmaq" isə ən müxtəlif münasibət və
mövqelərlə bağlı ola bilər: Nəzakət, konkret halda zamanın, sosial-siyasi
situasiyanın tələblərinə, sifarişlərinə uyğunlaşmaq, dövrün, epoxanın
meyllərini,təhlükələrini, zövqünü nəzərə almaq, şəxsi güvənliyi təmin
etmək, birgəyaşayış və çox hallarda birgəmövcudluğun tələbləri ilə
ayaqlaşmaq, psixoloji və dini tabulara, qaydalara riayət etmək, etik-əxlaqi
standartları gözləmək anlamına gəlir. Siyasi diskursda isə "yaxşı danışmaq"
çox hallarda "yaxşı yalan, danışmaq" mənası ilə bərabərləşir. "Yaxşı
danışmağın", adamları öz verbal hərəkətləri ilə razı salmanın, ətrafdakıları
incitməməyin qızıl qaydalarından biri də heç şübhəsiz, sərt, arzuolunmaz
həqiqətləri gizlətmə, yayındırma motividir.Təsadüfi deyildir ki, elmi
ədəbiyyatda evfemizmlər Hüllwörter (gizli, örtülü sözlər), Hehlwörter
(riyakar sözlər, vəziyyəti ört-basdır etməyə xidmət edən sözlər),
Glimpfwörter (xəfif sözlər), Schmeichelwörter (yaltaq, yaranma məqsədi
ilə işlənən sözlər) kimi nominasiyalarlarla qeyd olunur. Bir çox linquistik
mənbələrdə evfemizmlər ümumi şəkildə Glimpflichtkeitsumschreibungen
(yumşaldıcı, mülayimləşdirici təsvir) adlandırılır (W. Schneider (1), 155-
156). Terminlərdən də göründüyü kimi, evfemizmlərdə həqiqiət, gerçəklik
dəyərlərinə münasibətdə çoxlu aldanışlar, sapmalar baş verir. Mühakimə və
təkliflərin,müddəaların qeyri-səlisliyi, təxminiliyi artan miqyaslar kəsb edir.
261
Təsəlli, təmkin, nəzakət, mötədilləşdirmə, hiylə və riyakarlıq və ya sadəcə
olaraq ləffazlıq-sofistikanı evfemizmlərin başlıca mənbələri, eyni zamanda
motivləri hesab etmək olar. Konkret praqmatik məqsədlərə xidmət edən bu
dil davranışında anlayışın, söyləmin məzmununu yumşaltma, deyilənləri
ört-basdır etmə, etika, meliorasiya düşüncəsi üstünlük təşkil edir. Perifrazın
bu növü yalnız siyasi dildə, diplomatik diskursda işlənməklə
məhdudlaşmayaraq geniş ünsiyyət dairələrini-canlı danışıq dilini,
publisistikanı da əhatə edir. Funksional intensivliyi ilə seçilir. Evfemistik
təsvirlər tələsik, birbaşa dərketməni, dikbaş, düşünülməmiş nitq davranışını
önləyərək dil istifadəçisinə vaxt və imkan qazandırır.
Məsələn, bir çox postsovet ölkələrində durmadan artan bahalaşmanı,
qiymət artımını “qiymət islahatı” adlandırmaqla özünü bir çox
təhlükələrdən hifz eləyə bilərsən. Yaxud, Azərbaycanda professorlara
verilən yardımı-ianəni "əlavə əmək haqqı" adlandırmaqla onları xeyli
sevindirmək olar. Aldadıcı, meliorativ sözlər öz “peşə borcunu” həmişə
məharətlə yerinə yetirir. “Qarovulçu”ya nisbətən "gözətçini" daha asan
tapmaq mümkündür. Halbuki hər iki adlandırmada söhbət oxşar və ya eyni
referensiyadan, eyni məzmunlu və məzmunsuz işdən və işləməkdən gedir.
Əcnəbi mənşəli "ofisiant", "xörəkpaylayandan" daha modern və abırlı,
ürəyəyatan görünür, yaxşı imic formalaşdırır. "Xidmətçi"liyə nisbətən
qadınlar "xadiməliyə"daha həvəslə gəlirlər. Bugünkü Azərbaycan
reallığında "uşaqsaxlayan"a, "dayə"yə nisbətən rus mənşəli "nyanka"
nominalı ilə ev sahibi ilə daha sərfəli şərtlərlə razılaşmaq mümkündür. Və
daha artıq sayılmaq, qəbul olunmaq imkanı qazanmaq mümkündür.
Zibildaşıyana “ekologiya işçisi” deməklə onu əməlli-başlı xoşbəxt etmək
olar. Bir vaxtlar "prezident aparatının işçisi" aldanışı ilə sürücüyə
professorden çox maaş verirdilər. Halbuki, kimin maşın sürməsindən asılı
olmayaraq sürücü elə sürücü, kimi qaldırmasından asılı olmayaraq "liftçi"
elə "liftçidir". "Laborantı" eyni funksiyada yalan gerçək "assisent"lə əvəz
etməklə işçilərin əhval-ruhiyyəsini yaxşılaşdırmaq, ovqatını düzəltmək,
hətta əmək məhsuldarlığını yüksəltmək mümkündür. "Şəkər xəstəliyi"
"diabetdən" qat-qat dəhşətli, qorxunc görünür. Maraqlı və psixoloji
cəhətdən tamamilə anlaşılandır ki, əcnəbi, "qapalı" söz doğma sözə
nisbətən dil işarəsinin içindəki mənfi enerjini sanki
262
zərərsizləşdirir,anlayışın, hadisənin üzərindəki qorxu, vahimə örtüyünü
qaldırır. Biz əcnəbi dildə söyüş sözlərini daha asan və rahat həzm edirik.
Onlar bizə o qədər də zərərli, təhqiramiz görünmür. Çünki doğma, təbii
deyil, ilkin psixi strukturlarla fəal səsləşmə yarada bilmir.
Nəzərə almaq lazımdır ki, cəmiyyət təkcə gerçək reallıqların deyil,
dil reallıqlarının da növbənöv təxribat və aldanışlarına məruz qalır.
Məsələ burasındadır ki, əgər mən nəyin bahasına, kimin və ya
kimlərin xeyrinə “yaxşı danışmağa” çalışıramsa, həqiqətdən yan keçməyə,
əsil, real vəziyyətdən, fakt və hadisələrin gerçək halından uzaqlaşmağa,
onları fərqli görüş bucağından, praqmatik rakusdan təqdim etməyə təşəbbüs
göstərmiş oluram. Erfemistik çoxluqların işlədilməsində əsas məqsəd
həqiqi, gerçək biliklə aldanış, yalan və manipulyasiya arasındakı o qədər də
yaxın olmayan məsafəni qət etmək, fikir və mühakimələrin qəti-diametral
qarşılaşdırma ilə deyil, tədrici yayılanlıq pillələri, mərhələləri ilə
verballaşdırmaqdır. Bununla da linquistik qiymətlərin səlisliyi, dəqiqliyi
illuziyasını aradan qaldırmaqdır. Belə müxtəlifölçülü linquistik
qiymətləndirmənin azaltma, pozitivləşdirmə və mülayimləşdirmə
funksiyası, xoş görü, müsbət təəssürat yaratma gücü onun başlıca ifadə
Dostları ilə paylaş: |