Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə sisteminin


•  ləğvetmə (aradan qaldırma);  •



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix07.05.2023
ölçüsü1,28 Mb.
#109159
1   ...   11   12   13   14   15   16   17   18   19
Mehdizad-F-rid

• 
ləğvetmə (aradan qaldırma); 
• 
itkinin qarşısının alınması və nəzarət; 
• 
sığorta; 
• 
sərf etmə. 
1) 
Ləğvetmə riskli fəaliyyətdən imtina etməkdir. Ancaq sahibkarlıq 
fəaliyyətində riskin ləğv edilməsi gəliri də ləğv edir. 
2) 
İtkinin qarşısının alınması və nəzarət maliyyə risklərinin idarə 
olunması metodu kimi əgər itki qaçılmazdırsa, onda neqativ nəticələrin qarşısının 
alınması şərtini qoyan, təsadüflərdən qorunmaq, onun həcmini kontrol etmək üçün 
müəyyən preventiv və sonrakı addımların komplekt düzümüdür. 
3) 
Sığortanın mahiyyəti ondan ibarətdir ki, investor risklərdən qaçmaq 
üçün gəlirden də imtina etmeyə hazırdır, belə ki, o, riskin sıfıra salınması üçün pul 
ödəməyə hazırdır. 
4) 
Sərfetmə İtkinin təsdiq edilməsi və onun sığortalanmasından İmtina 
etməkdir. Sərf etməyə adətən ehtimal olunan itkinin həcmi az olanda gedirlər, yəni, 
bu riskdən qorxmamaq olar. 
Maliyyə risklərinin korporativ idarə olunması yeni yaradılmasından və ya 
uzun illər fəaliyyət göstərməsindən asılı olmayaraq hər bir firma və şirkətin çox 
vacib diqqət yetirməli olduğu bir məsələdir, öz fəaliyyətinin müsbət və mənfi 
tərəflərini müəyyən etmək, onların qarşısının alınması üçün tədbirlər görmək hər 
bir təşkilatın mənfəət əldə etməsi üçün zəruridir. 
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda korporativ maliyyə 
idarəetmə və onun təkmilləşdirilməsi yollarının axtarılması məqsədilə banklarda 
sorğu keçirmişdir. Bu sorğunun başlıca məqsədlərinden biri banklarin hazırda əsas 
korporativ idarəetme prinsiplərini təcrübəəa hansi səviyyədə tətbiq olunmasini və 


63 
korporativ idarəetmenin təkmilləsdirilməsi yolundakı maneələri müəyyənləşdir- 
məkdir. Respondentlər banklarda korporativ idarəetmənin təkmilləsdirilməsinə ən 
başlıca maneə olaraq korporativ idarəetmə qanunvericiliyınin qeyri-səmərəlıliyini 
göstərmişdirlər (61.8%). Banklarda korporativ idarəetmenin təkmiləsdirilməsi 
önündəki ikinci mühüm maneə yüksək ixtisasli mütəxəsislərin azlığı (41.2%), 
üçüncü vacib maneə isə - bu mövzu haqqında məlumatin və ya biliyin 
çatımazlığıdır (26.5%). 
Respondentlər qanunvericıliyi ən kobud maneə hesab etsəler də ümumi 
götürdükdə bu qanunvericıliyi “orta səviyyedən xeyli yüksək” qiymətləndirmislər. 
Məs., müəssisenin qeydiyyatı/fəaliyyətə başlaması, səhmdarların illik ümumi 
yığıncaqları, müşahidə şurası və idarə heyətinin formalaşdırılması və səhmdarların 
hüquqlarının müdafiəsi kimi sahələr üzrə qanunvericiliyin orta qiymətləndirilməsi 
beş ballıq şkalada dörd balla qeyd edilmişdir (“bir” “pis”, “beş” isə “yaxşı” 
deməkdir). Odur ki, qanunvericiliyin inkişaf qarşısında bir nömrəli maneə olması 
şübhə doğurur. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin