64
f?MOD=AJPERES. s.26
Sorğu edilmiş bankların təxminən yarısı (on beşi və ya 44.1%-i) bildirmişdir
ki, onlarda müşahide şurasi və ya səhmdarlarin illik ümumi yığıncağı
tərəfindən
təsdiq edilmiş rəsmi korporativ idarəetmənin təkmilləşdirilməsi planı vardır.
Respondentlərin 52.9%-i müşahidə şurası komitələrinin yaradılmasını korporativ
idarəetmənin təkmilləşdirilməsi yolunda növbəti addım hesab etdiklərini
bildirmişdir; lakin bu komitələrin yaradılması Banklar Haqqında Azərbaycan
Respublikasının Qanunu və Azərbaycan Respublikası Mərkəzi Bankıniın
“Banklarda Korporrativ İdarəetme Standartlarınin Tətbiqi Qaydalari” ilə tələb
edilir. Müşahide şurasi üzvlərine təlimlərin aparılmasi və MHBS-ın
tətbiqi başqa
vacib prioritet sahelər kimi qeyd edilmişdirlər.
Bankların böyük əksəriyyəti (94.1%) korporativ idarəetmə məsələləri üzrə
məsləhət və ya treninq əldə etmək istəyini bildirmişdir. Banklar xüsusilə müşahidə
şurasının səmərəli fəaliyyətinə (52.9%), korporativ sənədlərin təkmilləşdirilməsinə
(35.3%) və məlumatların açıqlanmasına (32.4%) dair təlimlərin keçirilməsində
maraqlf olduqlarinı qeyd etmislər. Onlar səhmdarlarin maraglarinın mühafizəsi
mövzusunda təlimlerin keçirilməlində az maraqlı olduqlarını (17.6%) bildirmişlər.
Respondentlərin böyük əksəriyyəti (88.2%) özlərinin korporativ idarəetmə
təcrübələrinin qiymətləndirilməsini həyata keçirmək istədiklərini bildirmişdirlər.
Bankların demək olar ki hamısının təlimlərin keçirilməsində maraqlı
olmasına baxmayaraq, sorğu edilmiş bankların yalnız on dördü (41.2%) korporativ
idarəetmə məsələlərinə dair kənar məsləhətçilərin xidmətlərindən istifadə etmişlər.
Diqqəti cəlb
edən məqam ondan ibarətdir ki, eyni sayda bankaa yazılı formada
korporativ idarəetmenin təkmilləsdirilməsi planı mövcud olmaqdadır.
Məsləhətçilər, öz-özlüyündə, banklara qanunvericılikdəki ən son
dəyisikliklərə üygunlaşmağa kömək etmək üçün cəlb olunmuş və onların
xidmətləri bankların hüquqi strukturuna istiqamətlənir. Məsələn, ən çox rast
gəlinən xidmətlər qanunvericiliyin yeni tələblərinə
uyğun olmaq üçün banklara
əsasnamələrin və siyasətlərin, (26.5%) və strateji planların (26.5%) hazırlanmasın-
65
da köməklik göstərilməsilə bağlıdır. Məsləhətçilərin göstərdikləri digər əsas
xidmətlər qiymətli kağızların buraxılması (20.6%), i illik hesabatın hazırlanması
(17.6%), səhmdarların illik ümumi yığıncağının keçirilməsi (11.8%) və müxtəlif
investisiya məsələləri (8.8%) ilə bağlıdır.
Bankların əksəriyyəti özlərinin korporativ idarəetməsini ümumilikdə bank
sektorunun korporativ idarəetməsinə və qanunvericiliyə verdikləri qiymətdən xeyli
yüksək qiymətləndirirlər.
Bundan başqa, banklar korporativ idarəetmənin faydasını səhmdarların və
digər maraqlı tərəflərin hüquqlarının müdafiəsi kimi
başa düşməkdən daha çox
əməliyyat səmərəliliyi nöqteyi nəzərdən qiymətləndirirlər.
Ümumiyyətlə, banklar qabaqcıl korporativ idarəemənin tətbiqinə şərait
yaradan müvafiq sənədlərə malikdir. Lakin bir çox sorğu edilmiş banklarda
qabaqcıl korporativ idarəetmə təcrübəsi ya inkişaf prosesindədir, ya da
ümumiyyətlə mövcud deyildir. Sevindirici
hal ondan ibarətdir ki, bankların
əksəriyyəti korporativ idarəetməni təkmilləsdirmək arzusunda olduqlarinı bildirmiş
və komitələrin yaradılmasını, habelə təlimlərin keçirilməsini buna nail olmaq üçün
əsas vasitə hesab etdiklərini bəyan etmişdir. Bu səbəbdən, banklar formaya
(komitələrin yaradılmasına) xüsusi diqqət yetirsələr də, (korporativ idarəetmə
məsələləri
üzrə
təlimlərin
keçirilməsi
vasitəsilə)
faktiki
təcrübənin
təkmilləşdirilməsinin zəruriliyini də qəbul edirlər.(41)
Qabaqcıl korporativ idarəetmə təcrübələrinə əsasən, müşahidə şurası şirkətin
strategiyasını hazırlamalı, korporativ
dəyərləri təsdiq etməli, yüksək menecment
üçün yoxlama və tarazlaşdırma sistemini təklif etməli və təşkilat üzrə açıq-aydın
vəzifə və səlahiyyətlərin bölgüsunü təmin etmelidir. Müşahidə şurasi habelə
maliyyə hesabatlılıgı və məlumatlarin bildirilməsi də daxil edilməklə, müxtəlif
qaydalara uyğunlugu temin etməlidir.
“Banklar Haqqinda Qanuna” əsasen banklarda iki
pilləli idarəçilik sistemi
olmalidır. Belə fərz edilir ki, bankın müşahide şurası idarə heyetinə nəzarət edir,
idare heyəti isə özlüyündə bankin gündəlik fəaliyyetini icra edir. Bununla yanaşı,
əksər bankin müşahidə şurasi AMB-nın “Banklarda Korporativ İdarəetmə
66
Standartlarinın Tətbiqi Qaydaları”ni onlara bankın gündəlik işində iştirak etmək
hüqüqunun verilməsi şəklində yozmusdurlar. Dogurdan da,
sorğu-sual zamani
aydın oldu ki, təcrübədə banklarin müşahide şurası banka nəzaret etmək əvəzinə
bankın idarəsini təşkil edir.(41)
Əksər banklar qanunvericiliyin müşahidə şurasının vəzifə və səlahiyyətləri
ilə bağlı minimum korporativ idarəetmə tələblərinə riayət edir, o cümlədən
“Banklar Haqqında Qanun” və AMB-nın “Banklarda Korporativ İdarəetmə
Standartlarının Tətbiqi Qaydaları”nda nəzərdə tutulmuş strategiyanın hazırlanması
(70.6%) və əsasnamələrin təsdiqi (55.9%)
kimi vəzifələri icra edir
Dostları ilə paylaş: