Microsoft Word s?may?kitab?sas doc


partiyasının başçısı Soareşin başçılığı altında sağa dönüş oldu



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə72/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının başçısı Soareşin başçılığı altında sağa dönüş oldu. 
1976-cı ildə Soareş azlıq hökuməti təşkil etdi və kommunistləri 
hökumətin tərkibindən çıxartdı. 1977-ci ilin dekabrın 8-də 
Soareş və onun kabineti istefaya getdi. 
Ölkədə kəskin siyasi mübarizə başlandı. Sol partiyalar 
Demokratik alyans təşkil etdilər. Kommunistlər Portuqaliya 
demokratik hərəkatı əsasında «Xalqın birliyi uğrunda ittifaq» 
yaratdılar. Sosialist partiyası ayrılıqda çıxış etdi. 1979-cu ilin 
dekarbın 2-də keçirilən seçkilərdə «Demokratik alyans» 250 
yerdən 128-ni tutdu. Sosialistlər 74, kommunistlər və onların 
müttəfiqləri isə 47 yer aldılar. 


392
Portuqaliya XX əsrin 80-90-cı illərdə 
80-ci illərin əvvəllərində iqitsadi artım sürəti zəiflədi. 
Ancaq 1983-cü ildə iqtisadiyyat bir qədər canlandı. 
Kənd təsərrüfatında da vəziyyət kəsiknləşdi. Taxıl, 
şərab, yağ istehsalı azaldı. Ölkədə 460 min işsiz var idi. 
İnflyasiya gücləndi. Xarici borclar artıraraq 1983-cü ildə 14,5 
milyard dollar oldu. 1983-cü ildə İngiltərə, ABŞ, Yaponiya 
bankları Portuqaliyaya 300 milyard dollar məbləğində istiqraz 
verdilər. 
Siyasi həyatda da mühafizəkar qüvvələr fəallaşdılar. 
1980-ci ilin yanvarında «Demokratik alyans» başda Sa Karney 
olmaqla hökumət təşkil etdi. Hökumət torpağı və müəssisələri 
əvvəlki sahiblərinə verməyə başladı. S.Karney hökuməti 62 
kənd təsərrüfatı kooperativini qovaraq 250 min ha torpağı 
əvvəlki sahiblərinə qaytardı. İnqilabi prosesə ciddi ziyan dəydi. 
1980-ci ilin oktyabrın 5-də ölkədə yeni parlament 
seçkiləri keçirildi. Əksər səsi yenə də alyans aldı. Romalyo 
Eaniş yenə də prezident seçildi. 
1980-ci ilin dekabrın 4-də Portuqaliyanın baş naziri Sa 
Karney aviasiya qəzası nəticəsində həlak oldu. Hökumətə 
sosial-demokrat partiyasının lideri Pintu Balsamau başçılıq 
etdi. O, əvvəlkilərin siyasətini davam etdirdi. 1981-ci ilin 
aprelində Alyans parlamentə Konstitusiyaya yenidən baxmaq 
haqqında qanun layihəsi təqdim etdi. Orada təklif olunurdu ki
İnqilabi Şura buraxılsın və hakimiyyət hökumətin əlində 
mərkəzləşsin. Prezidentin hüquqları məhdudlaşdırılsın. Qanun 
layihəsinin müzakirəsi Portuqaliyanın siyasi həyatının 
mərkəzində dayandı. 1982-ci ilin avqustunda parlamentdə 
əksəriyyət bunu bəyəndi. İnqilabi şuranın yerinə Dövlət Şurası 
və Konstitusiya məhkəməsi təşkil edildi. Bu sağların yeni bir 
qələbəsi idi. 
1982-ci ilin fevral və mayında 1974-cü ildən sonra birinci dəfə 
Portuqaliyada ümummilli tətil oldu. Alyansın nüfuzu düşdü. 


393
1983-cü ilin aprelin 25-də keçirilən parlament 
seçkilərində sosialist partiyası birinci yerə çıxaraq 36,3% səs 
aldı. SD ilə birgə koalisiyalı hökumət təşkil edildi. Sosialist 
Soareş baş nazir oldu. Bu hökumət öz qarşısına vəzifə qoydu 
ki, milliləşməni azaltsın, xüsusi kapitalın mövqeyini bərpa 
etsin. Zəhmətkeşlərin sosial-iqitsadi hüquqlarını 
məhdudlaşdırsın. Bu kütlələrin narazılığına səbəb oldu. 
Hökumət ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilmədi. 
İşsizlik, aşağı həyat səviyyəsi qalırdı. 1985-ci ilin iyununda 
SDP koalisiyadan çıxdı. 
1985-ci ilin iyununda Portuqaliyada hökumət böhranı 
başladı. 1985-ci ilin oktyabrında təcili parlament seçkiləri 
keçirildi. Sosial demokratlar nisbətən çox səs aldılar. 1986-cı 
ilin fevralın 16-da keçirilən prezident seçkilərində Sosialist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin