partiyalar Qərbi Avropada arxa plana keçsə də ABŞ-da
demokratlar partiyası sosial islahatların başlıca aparıcısı rolunu
qoruyub saxladı.
Mühafizəkar sosial-siyasi qüvvələrin böyük bir hissəsi
sosial islahatların zəruriliyini dərk etdilər. ABŞ-da ikinci dünya
müharibəsindən sonra mühafizəkarlar hakimiyyətdə olduqları
bütün dövrlərdə müəyyən dəyişikliklərlə sosial yardımı və
dövlətin müdaxiləsi proqramını qoruyub saxladılar və bəzən
onu inkişaf etdirdilər.
40-cı illərin sonundan 60-cı illərədək Qərbdə barışdırıcı
mühafizəkarlar, liberallar və sosial-demokratlar arasında dövlət
müdaxiləsinin prinsipləri mələsində özünəməxsus razılıq
(konsensus) yarandı. Bütünlükdə bu dövrdə sosial islahatçılıq,
398
keynsianizm prinsipləri dövlət müdaxiləsində ən yüksək xəyali
nöqtəsinə çatdı.
Firavanlıq dövləti: mənbələri və əsas institutların
təşkili. Qərb ölkələrinin müharibədən sonrakı iqtisadiyyatının
əlamətdar xüsusiyyətlərindən biri onun 50-60-cı illərdə coşğun
inkişafı idi. Bu illərdə iqtisadiyyatın inkişafının illik orta artımı
1870-1950-ci illərə nisbətən Almaniya və İtaliyada 4 dəfə,
Yaponiya və Fransada 2 dəfədən çox, Böyük Britaniyada,
demək olar ki, ikiqat yüksəlmişdi. «Marşall planı», beynəlxalq
ticarətin inkişafı, dünya ticarətini liberallaşdırmaq xəttinin
götürülməsi Qərb ölkələrinin belə dinamik inkişafına təkan
verən aimllərdən idi. Qərbi Avropada inteqrasiya başlandı.
Nəticədə ixrac görünməmiş dərəcədə artdı. Məsələn, AFR-də
1948-1960-cı illərdə ixracın illik artımı 16,2 % olmuşdu.
Beləliklə, xarici siyasət iqtisadiyyatın inkişafı stimulu oldu.
İqtisadi inkişaf illəri ucuz neft erası ilə eyni vaxta düşdü.
Müharibədən sonra İran körfəzində dünyanın ən iri neft
ehtiyatlarının intensiv istismarı başladı. Onun aşağı maya
dəyəri, yüksək keyfiyyəti və hasilatın külli həcmi enerji
təchizatı sahəsində yüngül situasiya yaratdı. Neft kömürü
sıxışdırmağa, istehsal xərclərini azaldıb istehsalı daha çox
stimullaşdırmağa başladı. Hər cür iqtisadi inkişafın mühüm
şərti investisiyalar, kapital yatırımıdır. Onların inkişaf sürəti bu
dövrdə ən böyük əhəmiyyət kəsb etdi. Onların səviyyəsi 50-60-
cı illərdə sənaye inkişafının öz xarakteri ilə də müəyyən
olunurdu. Müharibə dövrünün bir çox elmi və texniki
ixtiralarının tətbiqi əsasında sənayenin keyfiyyətcə yenidən
qurulması, televizorlar, tranzistor qəbuledicilərinin, yeni rabitə
vasitələrinin, plastik kütlələrin və süni liflərin kütləvi
hazırlanması başladı, reaktiv aviasiya və atom energetikası
meydana çıxdı. «Soyuq müharibə» hərbi sənayenin inkişafını
stimullaşdırdı. İqtisadi inkişafı təmin etmək Qərb ölkələrinin
siyasəti idi, onlar investisiyaları şirnikləndirərək, istehlak
tələbatını stimullaşdıraraq ona fəal kömək edirdilər. Elm və
399
texnikanın inkişafı İkinci dünya müharibəsindən sonra kənd
təsərrüfatının da sürətli inkişafına səbəb oldu. Bu fenomen
«Yaşıl inqilab» adını aldı. Seleksiya və heyvandarlıq inkişaf
etdi.
Qarışıq iqtisadiyyat adlanan iqtisadiyyat qəti olaraq
yaranmış oldu. Burada mülkiyyətin xüsusi kollektiv və dövlət
formaları üzvi surətdə birləşirdi. İqtisadiyyatın bütöv
sahələrinin, məsələn, daş kömür və dəmir yol nəqliyyatı və
digər ayrı-ayrı iri müəssisələrin milliləşdirilməsi hakimiyyətdə
sosial islahatçıların və sosial demokratların olduğu şəraitdə iri
dövlət bölməsinin yaranması ilə nəticələndi. Avropanın
qabaqcıl ölkələrində o sənayenin 20-25 %-ni təşkil etdi.
İqtisadi sahədəki müvəffəqiyyətlər firavanlıq dövlətinin
mexanizminin və əsas institutlarının qəti olaraq formalaşması
üçün şərait yaratdı. Bu sahədə mərkəzi yeri əhalinin varlı
olmayan təbəqələrinə sosial yardım proqramı, iş yerlərinin
təşkili, təhsil, səhiyyə və sosial təminat sisteminin müdafiəsi
tuturdu.
Əmək və kapital arasındakı münasibətlərə dövlətin
müdaxiləsi başlıca əhəmiyyət kəsb edirdi. Dövlət orqanları
mübahisəli məsələlərdə arbitraj rolunu oynayır, həmkarlar
ittifaqları ilə sahibkarlar arasında kollektiv müqavilələr
bağlanmasına nail olmağı öz vəzifələri hesab edirdilər.
Dövlət həmçinin bütün vətəndaşlarının sosial
ehtiyaclarını təmin etməyi öz öhdəsinə götürürdü. Dövlətin
siyasəti əhalinin geniş təbəqələrinin həyat səviyyəsini təminatlı
təbəqələrin həyat səviyyəsinə yaxınlaşdırmağa yönəldilmişdi.
Burada əsas məqsəd həyatın bütün mühüm sahələrinə sosial
xidmət təqdim etməklə sosial ədalətsizliyi azaltmaq idi. Bunlar
uşaqlara qayğı göstərmək, pulsuz məktəb təhsili, qocalığa görə
təqaüd təminatı, işsizliyə və əmək qabiliyyətini itirməyə görə
müavinətdən ibarət idi. Bunun ən gözəl ifadəsini Danimarka,
Norveç, İsveçdə öz reallığını tapan «Skandinaviya və ya İsveç
sosializm modeli»ndə görmək olardı. Bu modelin əsas
400
əlamətləri yüksək səmərəli iqtisadiyyatın təşkil edilməsi, bütün
əmək qabiliyyətli əhalinin işlə təmin edilməsi, yoxsulluğun
ləğvi, dünyada ən inkişaf etmiş sosial təminat sisteminin
təşkili; savadlılıq və mədəniyyətin yüksək səviyyəsi idi. Bu
modeli bəzən «funksional sosializm» də adlandırırlar. Bu
ondan irəli gəlirdi ki, belə demokratik dövlətlərdə milli gəlirin
yenidən bölgüsü ən çox sosial ədaləti təmin etmək məqsədi
daşıyan funksiyanı həyata keçirir.
Sosial qarşıdurmanın yumşaldılması. SSRİ və digər
sosialist ölkələrinin nəzəriyyədə irəli sürdüyü prinsiplər əslində
Qərbi Avropa və Şimali Amerikada daha səmərəli həyata
keçirilmişdi. Bu ölkələrdə həyata keçirilən tədbirlər iqtisadi,
sosial siyasi xarakterli problemlərin həllində mühüm rol
oynadı. Məşğulluq, mənzil tikintisi, kənd təsərrüfatı
qiymətlərinin müntəzəm aşağı salınması, işsizlərə yardım
edilməsi, qocaların və əmək qabiliyyətini itirənlərin pensiya
təminatı problemlərinin həll etmək üçün dövlətdən istifadə
Qərbin inkişaf etmiş ölkələrinin hakim dairələrinə imkan verdi
ki, sosial münaqişələrin kəskinliyini zəiflətsin. Bütün bunlarla
bərabər, böhran kapitalist həyat tərzinin gündəliyində həmişə
qalır. Bir çox ölkələrdə sosial münaqişələr özünü tətillər,
münayişlər vasitəsilə büruzə verir.
Onu da qeyd etmək lazımdır ki, İkinci dünya
müharibəsindən sonrakı ilk onilliklərdə İtaliya, Fransa və bir
sıra kapitalist ölkələrində kommunist partiyaları sosial və daxili
siyasi inkişaf meylləri və prosesinə öz böyük təsirini
göstərmişdi. Onların təsiri altında hakim dairələr XX əsrin 50-
60-cı illərində bu ölkələrdə sosial qanunvericilik, milliləşmə,
dövlətin nəzarətedici və tənzimləyici funksiyasının
genişlənməsi haqqında qərarlar qəbul etmişdilər. Lakin SSRİ-
nin və dünya sosializm siseminin 80-90-cı illərdə dağılması
nəticəsində kommunist partiyaları dünyanın inkişaf etmiş
zonalarında ictimai-siyasi arenadan yoxa çıxmış oldu.
401
70-80-ci illərdə yeni mühafizəkar qüvvələrin qələbəsi.
70-ci illərin ortasında «firavnalıq dövləti» çətin vəziyyətə
düşdü. 1974-1975-ci illərdə dünya İkinci cahan
müharibəsindən sonra ilk iqtisadi və energetika böhranı ilə
qarşılaşdı. Neftin qiymətinin artması bütün qiymətlərin
artmasına, bu isə inflyasiyaya səbəb oldu.
Sosial müdafiə sistemi fasilələrlə işlədi. «Firavanlıq
dövləti» tənqid edilməyə başladı. Belə rəy möhkəmləndi ki,
inflyasiya sosial ehtiyaclara hədsiz dövlət xərclərinin nəticəsi
olmuşdur. Bunun nəticəsi kimi «firavanlıq dövləti»nin ləğv
etmək uğrunda çıxış edən siyasi hərəkat meydana çıxdı. Bu
hərəkat «mühafizəkar dalğa» adını aldı.
«Yeni mühafizəkarlar» 80-ci illərdə Qərb dövlətlərinin
çoxunda hakimiyyət başına gəldilər. Onlar bir qayda olaraq
inflyasiyanı cilovlamaq üçün sərt kredit-maliyyə siyasəti
yeridir, dövlət xərclərini ixtisar edirdilər. İqtisadiyyatda
əhəmiyyətli dövlət bölməsinin olduğu ölkələrdə, onun
özəlləşdirilməsi keçirildi. Lakin bütün bunlar firavanlıq
dövlətinin iflası demək deyildi. Sosial müdafiə sistemləri
«mühafizəkar dalğaya» duruş gətirdilər, lakin iqtisadi
gerçəkliklərlə də uyğunlaşdırıldılar. Məlum oldu ki, bir çox
məqsədlər (məs., tam məşğulluq) göründüyünün əksinə olaraq
əlçatmazdır. Bu bir həqiqət idi ki, rəqabət və bazar lazımi
sərbəstliyə malik olmalıdır. 80-ci illərin ortalarında inflyasiyanı
cilovlamaq mümkün oldu. kapital yatırımlarının artırılması
üçün şərait yaradıldı. Texnoloji inqilabla əlaqədar əsas
kapitalın yeniləşdirilməsi zərurəti yarandı. Texnoloji inqilabın
aparıcı qüvvəsi və rəmzi kompüter oldu. 1951-ci ildə Ay Bi –
EM adlı amerikan firması tərəfindən yaradılmış və YUNİBAK
1 modeli 30 ton ağırlığında idi. 1972-ci ildə hesablama
texnikasını miniatur şəklə salan mikroprosessor ixtira olundu.
1973-cü ildə amerikan Stiven Jobs ilk fərqli kompüter yaratdı.
1977-ci ildə onların kütləvi istehsalı başlandı. İlk dəfə olaraq
istehsalatda biotexnologiyanın geniş tətbiqi, gen mühəndisliyi
402
metodlarının istifadəsi başlandı. Bu yüksəliş də əvvəllərdə
olduğu kimi tam məşğulluğa gətirmədi, işsizlər ordusu
azalmadı. Lakin bu heç də o qədər təsirli olmayan kəmiyyət
göstəriciləri arxasında başlanan dərin keyfiyyət dəyişikliyi
dururdu. Texnoloji inqilab əmək məhsuldarlığının sürətli
artımını təmin etdi. Qərbin iqtisadiyyatını enerji daha az
məsrəfli etdi, xammal istifadəsinin xüsusi çəkisi azaldı,
istehsalat ekoloji cəhətdən daha təmiz oldu. texnoloji inqilab
yeni rabitə vasitələri yaratdı. Faks əlaqəsi, elektron poçtu,
səyyar radiotelefonlar və peyk telefon əlaqəsi meydana çıxdı.
Eyni zamanda dünyanın bir çox ölkələrində məhsul istehsal
edən və satan transmilli korporasiyalar Qərbin iqtisadiyyatında
aparıcı rol oynamağa başladılar. Milli iqtisadiyyatın qarşılıqlı
əlaqəsi daha da artdı.
Mərkəzləşmiş-planlı iqtisadiyyatın SSRİ və digər
sosialist ölkələrində böhranı müasir dünyada sol ideologiyanın
da böhranına səbəb oldu. 70-80-ci illərdə sol hərəkat və
Dostları ilə paylaş: |