partiyasının Flamand qanadının nümayəndələri başda
olmaqla Tinğemansın başçılığı ilə hökumət təşkil olundu.
O, vəd etdi ki, ölkənin problemlərini həll etməyə
çalışacaqdır.
1975-ci ildə Belçıkada güclü iqtisadi böhran baş
verdi. Sənaye istehsalı 1974-cü illə müqayisədə 10 % aşağı
düşdü. Böhran uzun sürdü. Hətta 1980-cı ildə də bir sıra
sahələr 1973-cü il səviyyəsinə qalxa bilməmişdi.
İqtisadi çətinlikləri aradan qaldırmaq üçün Belçikada
təsərrüfatın hərbiləşdirilməsi gücləndi. 1978-ci ilə yaxın
hərbi xərclər böyük bir rəqəmə, 78 milyard franka çatdı.
Zəhmətkeşlərin iqtisadi vəziyyətinin ağırlaşması ilə
əlaqədar olaraq Belçikada sosial vəziyyət kəskinləşdi. 1975-
1976-cı illərdə ölkəni tətil hərəkatı bürüdü. 1977-ci ildə
tətillərdə 1 milyon adam iştirak etdi.
Sosialist partiyasında sola doğru dönüş yarandı. Onun
proqramında banklar və energetika bölməsi üzərində dövlət
nəzarətinin qoyulması, ictimai nəqliyyatı inkişaf etdirmək
və s. nəzərdə tutulmuşdu.
Belə bir şəraitdə Tinğemans hökuməti zəhmətkeşlərin
maraqlarına cavab verən bir sıra sosial-iqtisadi tədbirlər
həyata keçirdilər.
1976-cı ildə “İqtisadiyyatı sağlamlaşdırmaq tədbirləri
haqqında” qanun qəbul edildi. 1977-ci ilin martın 9-da
parlament buraxıldı, aprelin 17-də növbədənkənar
parlament seçkiləri keçirildi. SXP 36 % səs aldı, sosialistlər
isə 27 % səs aldılar. Tingemans SXP, BSP, Xalq İttifaqı
və Demokratik cəbhənin iştirakı ilə koalision hökumət
təşkil etdi. Hökumət vəd etdi ki, iqtisadi vəziyyət
yaxşılaşdırılacaq, inzibati-mədəni muxtariyyət həyata
keçiriləcək. Lakin bu barədə hazırlanan hökumət layihəsi
siyasi partiyalar arasında kəskin fikir ayrılığına səbəb oldu.
381
1978-ci ilin noyabrındakı siyasi böhran Tingemans
hökumətinin istefaya getməsi ilə nəticələndi.
Dekabrın 17-də ölkədə yenidən növbədənkənar
parlament seçkiləri keçirildi. Bu seçkilər siyasi qüvvələrin
yerləşməsində əsaslı dəyişiklik yaratdı.
1979-cu ilin aprelin 3-də V.Martens koalision
hökumət təşkil etdi. Bu hökumət “İqtisadiyyatın
sağlamlaşdırılması” siyasətini zəhmətkeşlərin hesabına
həyata keçirməyə başladı. Dövlət islahatları keçirmək cəhdi
hökumət böhranı ilə qarşılandı.
70-ci illərdə Belçika da ATƏM-in təşkilində iştirak
etdi. O, Vyetnamda və Yaxın Şərqdə müharibənin
dayandırılması tərəfdarı oldu.
Belçikanın hakim dairələri yenə də Avropa İqtisadi
Birliyi çərçivəsində inteqrasiyanın tərəfdarı idilər. 1975-ci
ilin dekabrında AİB-ə daxil olan dövlətlərin tapşırığı ilə
Tinğemans «Avropa Şurasının təşkili haqqında» məruzə
hazırladı.
NATO-da Belçika öz təhlükəsizliyinin təminatçısı kimi
iştirak edirdi. 1978-ci ildə NATO-ya daxil olan ölkələrlə
birlikdə Belçika da Zairin daxili işlərinə qarışmaqda iştirak
etdi. 1979-cu ildə Belçika NATO-nun yenidən silahlanması
xəttini bəyəndi.
Belcikanın bu illərdə SSRİ ilə, digər sosialist ölkələri
ilə də əlaqələri genişləndi. 1971-ci ildə Monqolustan və
Çinlə, 1972-ci ildə ADR, 1973-cü ildə Vyetnamla
diplomatik münasibətlər yaratdı. 1974-cü ildə isə Moskvaya
Belçika kralı Baduen səfər etdi SSRİ ilə Belçika-
Lüksemburq ittifaqı arasında əməkdaşlığa dair saziş
imzalandı.
382
Belçika XX əsrin 80-90-cı illərində
80-cı illərin əvvəlindəki iqtisadi böhran Belçikanı
çox bərk sarsıtdı. 1980-1983-cü illərdə sənaye məhsulu 9 %
aşağı endi. İstehsalın düşməsi sənayenin bütün sahələrini
əhatə etdi. Böhran ən çox özünü əlvan və qara metallurgiya,
neft, kimya, avtomobilqayırma, dəri-ayaqqabı, toxuculuq,
maşınqayırma sənayesində göstərdi. Belçika frankının dəyəri
aşağı düşdü.
1983-cü ildə 510 min adam işsiz idi. Minlərlə firma
iflasa uğradı. Kənd təsərrüfatı məhsulları da azaldı.
Daxili siyasi vəziyyət də kəskinləşdi. 1983-cü ildə üç
dəfə böhranlı vəziyyət yarandı. Əmək haqqı donduruldu,
pensiyalar azaldıldı, işsizlərə verilən yardımlar ixtisar
edildi. Hökumət qara metallurgiya sənayesini yenidən təşkil
etmək üçün əlavə maliyyə vəsaiti ayırdı.
1983-cü ildə dövlət quruluşu islahatının birinci
mərhələsi keçirildi.
Valloniya və Flandriyada icraedici hakimiyyət
orqanları təşkil edildi. Nəticədə ölkədə mürəkkəb və
nəhəng sistem-qanunverici və icraedici hakimiyyət orqanları
sistemi yaradıldı.
1981-ci ilin martın sonunda iqtisadi çətinliklərdən
yaxa qurtara bilməyən Martens hökuməti istefa verdi. Yeni
hökumətə Xristian Xalq Partiyasının lideri M.Eyskens
başçılıq etdi. Bir neçə aydan sonra o da istefaya getməli
oldu. 1981-ci ilin noyabrın 8-də Belçikada növbədənkənar
parlament seçkilri keçirtdi. Seçkilər təkcə nümayəndələr
palatasına, senata deyil, Flandriya, Valloniya və Brüsseldəki
regional qanunvericilik orqanlarına da keçirildi.
V.Martens 1981-ci ilin dekabrın 17-də yaradılan
koalision hökumətə başçılıq etdi. Yeni hökumət də
“İqtisadiyyatın sağlamlaşdırılması” metodlarını dəyişdirmədi.
Lakin böhranın dərinləşməsi parlamenti 1982-ci ilin
383
yanvarında hökumətə fövqəladə səlahiyyətlər verməyə
məcbur etdi. Onlar xüsusi bölməyə maliyyə yardımını
genişləndirmək və əhalinin alıcılq qabiliyyətini aşağı
salmaq məqsədi ilə bir sıra kompleks tədbirlər həyata
keçirdilər.
1982-ci ilin fevralın 21-də Belçika frankının
devalyasiyası keçirildi ki, bu da sadə adamların büdcəsinə
zərbə vurdu. Bu tədbirlər nəticəsində Belçika mallarının
dünya bazarında rəqabət qabiliyyəti yüksəldi və ölkənin
maliyyə vəziyyəti yaxşılaşdı. 1985-ci ilin noyabrında
keçirilən parlament seçkiləri əvvəlki sağ mərkəz koalisiyalı
hökumətin V.Martens başda olmaqla hakimiyyətdə
qalmasına səbəb oldu.
Böhran şəraitində zəhmətkeşlərin tətil mübarizəsi
gücləndi. 80-cı illərdə antimüharibə hərəkatının geniş
miqyas alması xarakterik hal idi. Amerika raketlərinin
Belçikada yerləşdirilməsi kəskin etiraz mitinqlərinə səbəb
oldu. 1985-ci ilin oktyabrın 20-də 100 minlərlə antimüha-
ribə manifesti keçirildi.
Bütün bunlarla bərabər Belçika hökuməti daim
NATO-ya və AİB- ə sədaqətini nümayiş etdirirdi. 1985-ci
ilin martında o, NATO-nun təzyiqi ilə ölkədə ABŞ qanadlı
raketlərinin yerləşməsinə razılıq verdi.
1989-cu ildə ölkədə dövlət quruluşunun islahatı
keçirildi. Ölkənin federativ quruluşundakı xüsusiyyətlər
nəzərə alındı. 1993-cü ildə Belçikanın yeni kralı II Albert
oldu. 1994-cü ildə ölkə konstitutsiyasında dəyişikliklər
edildi. 1995-ci ildə keçirilən parlament seçkilərində Sosial-
xristian partiyası qələbə qazandı. Onun lideri E.L.Dean
koalisiyalı hökumət təşkil etdi. 90-cı illərin ikinci yarısında
ölkənin iqtisadi inkişafı sürətləndi. Belçikanın istehsal etdiyi
məhsullar özünün yüksək texniki səviyyəsi ilə fərqlənirdi.
90-cı illərdə də Belçika NATO-da fəaliyyətini davam
etdirməklə yanaşı ATƏT, Aİ, BMT və digər beynəlxaq
384
təşkilatların fəaliyyətində də yaxından iştirak edirdi. Müasir
dövrdə Belçikanın xarici siyasətində Avropa ölkələri ilə
inteqrasiya mühüm yer tutur.
PORTUQALİYA
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə
ölkənin iqtisadi və siyasi vəziyyəti. Müharibə qurtardıqdan
sonra da Portuqaliya faşist ölkəsi olaraq qalırdı. Onun başında
Salazar dururdu. Öz bitərəfliyini saxlamaqla bərabər ölkə
müharibə edən ölkələrə strateji xammal satmaq yolu ilə öz
valyuta ehtiyatarını xeyli artırdı. İnhisarçı kapitalın mövqeyi
gücləndi. «Fabrik ittifaqı kompaniyası»nın əlində sənayenin,
bank və müstəmləkə kompaniyalarının əsas hissəsi
toplanmışdı. «SAKOR» kompaniyası da böyük inhişasar
birliyi idi. Qaz və elektrik kompaniyasına «Yunayden bank»
maliyyə qrupu rəhbərlik edirdi. Bunların hamısı xarici kapitalla
əlaqədar idi.
Avropa ölkələri içərisində Portuqaliya yenə də geri
qalırdı. Onun inkişaf etmiş metallurgiya və maşınqayırma
sənayesi yox idi. Xırda və yarımkustar sənaye üstünlük təşkil
edirdi. Kənd təsərrüfatında iri mülkədarlar hökmranlıq edirdi.
Müharibədən sonra xarici kapitalın ölkəyə müdaxiləsi
gücləndi. Xüsusilə, ABŞ-ın müdaxiləsi artdı. Bütün bunlar isə
sənaye istehsalını ləngidirdi.
Zəhmətkeşlərin maddi vəziyyəti də ağır idi. XX əsrin 50-
ci illərinin ortalarında əhalinin hər nəfərinə düşən gəlir 200
dollardan çox artmamışdı. İnflyasiya güclü idi, əhalidən alınan
vergilər artırılmışdı.
Kəndlilərin 2/3-sinin torpağı yox idi. Ölkədə 950 min
kənd təsərrüfatı fəhləsi, 700 min xırda kəndli var idi. 96%
kəndli təsərrüfatları çox az torpağa sahib idilər. Yoxsulluq və
işsizlik əhalinin bir hissəsinin ölkəni tərk etməsinə səbəb
olurdu.
385
Müharibədən sonra xammal və material göndərə
bilmədiyinə görə Portuqaliyanın iqtisadi vəziyyəti pisləşdi.
1950-ci ildə şaxta və mədənlərin 78%-i fəaliyyətini dayandırdı.
Milli ərzaq məhsulları 11% ixtisar edildi. 1938-ci illə
müqayisədə 1949-cu ildə Portuqaliyanın pul vahidi olan
eskudonun dəyəri xeyli aşağı düşdü. Dünyada gedən
demokratik hərəkatlar Portuqaliyaya da təsir etdi. Faşist
rejiminin böhranı dərinləşdi. Salazar diktaturasına qarşı fəhlə
sinfi mübarizəyə başladı. Həmçinin bütün demokratik və
müxalifətdə olan qüvvələr də fəallaşdılar.
Hökumət antifaşist qüvvələri parçalamaq üçün manevr
etdi. 1945-ci ilin sentyabrında Salazar hökuməti elan etdi ki, o
«məhdud demokratiya»ya, rejimini «liberallaşdırılması»na
keçir. Noyabr ayında parlament seçkiləri keçirmək qərara
alındı. Senzuranı ləğv etmək, amnistiya keçirmək, müxalifətə
seçkilərdə iştirak etməyə icazə vermək qərara alındı. Lakin
seçki kampaniyasının qısa müddətdə keçirilməsi buna imkan
vermədi. Müharibə dövründə təşkil edilmiş Milli antifaşist
birliyi hərəkatının yerinə leqal Demokratik birlik hərəkatı
yaradıldı. O, 100 min imza topladı ki, partiyalar leqallaşsın.
Lakin hökumət verdiyi vədi yerinə yetirmədi. Onda demokratik
blok baykot taktikasını irəli sürdü ki, bu da Milli məclisə
Salazarın «Milli ititfaq» partiyası tərəfdarlarını seçilməsinə
səbəb oldu. Salazarın «liberallaşma» siyasəti antifaşist
qüvvələrin çıxışlarını dayandırmadı. 1946-cı ildə kütləvi
nümayişlər keçirildi. Ordunu həyəcan bürüdü 1948-1949-cu
illərdə hökumət PKP-yə qarşı «Xaç yürüş»ünə keçmək
haqqında tədbir gördü. 40-cı illərin sonunda burjuaziyanın bir
hissəsi demokratik hərəkatı tərk etdi.
1949-cu ilin fevralında Portuqaliyada prezidenti seçkiləri
keçirildi. Müxalifət general Nortana da Mantunun prezidentliyə
namizədliyini irəli sürdü. Prezident rejimin tərəfdarı marşal
Karmon oldu. Seçkilərdən sonra Demokratik birlik hərəkatının
386
fəaliyyəti dayandı. Tezliklə məhdud dairədə Milli-demokratik
hərəkat təşkil edildi. Kommunistlər gizli fəaliyyətə keçdilər.
Xarici siyasət sahəsində Salazar rejimi Qərb dövlətlərinə
doğru yönəlmişdi. Rejim İngiltərə Portuqaliya dostluğunu
möhkəmləndirərək İngiltərənin iqitsadiyyatda mövqeyi
saxlansa da, tezliklə Portuqaliyanın xarici siyasətində ABŞ-ın
rolu artdı. O, atlantizm siyasətinə cəlb edildi.
1948-ci ilin fevralında ABŞ Portuqaliyanın ərazisində
aviabaza yaratmağa razılıq aldı. 1948-ci ilin sentyabrında o,
«Marşal planı»na qoşuldu. 1949-cu ildə NATO-nun üzvü oldu.
İngiltərənin mövqeyi ikinci yerə keçdi.
Demokratik qüvvələrin XX əsrin 50-ci illərin faşist
rejiminə qarşı mübarizəsi. Bu dövrdə Portuqaliyanın
sənayeləşməsi gücləndi. Bu ölkənin sosial-siyasi qüvvələr
nisbətinin dəyişməsinə səbəb oldu. İstehsalın təmərküşləşməsi
və mərkəzləşməsi gücləndi.
1953-1958-ci illərdə altillik plan qəbul edildi. Sənayenin
aparıcı sahələrinə kapital qoyuluşu gücləndi. Ümummilli sahə
korporasiyaları təşkil edildi. Topdansatış milli ərzaq 41% artdı.
Kənd təsərrüfatında durğunluq müşahidə olunurdu. Bu da
əhalinin narazılığına səbəb olurdu. Zəhmətkeşlərin vəziyyəti
ağır idi. Lissabon, Port, Afurad, Setubalda nümayişlər
keçirildi. Mübarizə nəticəsində fəhlə sinfi 1956-cı ildə əmək
haqlarının 10-30% artırılmasına nail oldu.
Hakimiyyət müxalifətə qarşı təqib və terroru davam
etdirirdi. 1951-ci il prezident seçkilərində faşist rejiminin
tərəfdarı Kraveyro Lopes prezident seçildi. Ölkədə «sabitlliyi»
saxlamaq bəhanəsi ilə 1954-1955-ci illərdə «Assosiasiyalar
haqqında», 1956-cı ildə «Təhlükəsizlik tədbirləri haqqında»
verilmiş qanunlar antinhisar qüvvələri parçaladı. Lakin 50-ci
illərin ikinci yarısında əhalinin fəallığı hökuməti Tarrafaldakı
«ölüm düşərgəsini» bağlamağa məcbur etdi. Bu düşərgə Yaşıl
Burun adasında idi.
387
1958-ci il prezident seçkilərində sol respublikaçılar
Umberto Dalqadunu, sol müxalifət isə vəkil Arlindu Visentinin
namizədliyini irəli sürdü. Lakin admiral Ameriko Tomson
prezident seçildi. Seçkilər vaxtı demokratik qüvvələrin
fəaliyyəti Salazarı rejiminin mənafeyi naminə tədbirlər
görməyə tələsdirdi. Konstitusiyada dəyişiklik edildi ki,
prezidenti xalq yox, elçilərin kolleksiyası seçsin. Orduda
senzura qoyuldu. Qəhvəyə tələbatla əlaqədar Anqola xalqının
istismarı gücləndi. Anqolada neft və dəmir filizinin çıxarılması
artdı, milli-azadlıq mübarizəsi amansızlıqla yatırıldı.
Portuqaliya hökuməti dənizarxası əyalətləri olan Qoa, Damana
və Dionun Hindistanla birləşməsinə qarşı çıxdı. Lakin 1954-cü
ilin iyulunda Damana Hindistanla birləşdi. 1961-ci ilin
dekabrında hind ordusu Portuqaliya müstəmləkəçilərini Qoa,
Damana, Diudan qovub çıxartdılar. Bu Portuqaliya müstəmləkə
imperiyasının dağılmasının başlanğıcını qoydu.
Bu dövrdə Portuqaliyaya Qərbi Almaniyanın kapitalının
axını gücləndi. 1959-cu ildə onların arasında dostluq haqqında
müqavilə bağlandı. 1955-ci ildə Portuqaliya BMT-yə daxil
oldu. 1960-cı ildə ölkə Avropa Azad ticarət Assosiasiyasına
daxil oldu.
Faşist diktaturası böhranının dərinləşməsi. 60-cı
illərdə faşist rejiminin böhranı dərinləşdi. Bunun bir səbəbi də
dünyada demokratik qüvvələrin təsirinin artması idi.
Portuqaliya müstəmləkə sistemi dağılmağa, antifaşist hərəkat
yüksəlməyə başladı.
Portuqaliyanın iqitsdi inkişafı bu dövrdə nisbətən
yüksələn xətlə gedirdi. Hər il orta hesabla milli ərzaq
məhsulları 6,2%, əmək məhsuldarlığı 7,2% artdı. İqtisadiyyatın
strukturunda dəyişiklik yarandı. Neft-kimya, poladəritmə,
elektrik və radio-texnika, avtomobil sənayesi xeyli inkişaf etdi.
Xarici kapitalın nüfuzu gücləndi. 1965-ci il qanunu ilə ona
böyük üstünlüklər verildi. Turizm və hərbi istehsalla bağlı
388
sahələrə xüsusi diqqət yetilirməyə başladı. Lakin bununla belə
ölkədə yenə də çoxlu xırda müəssisələr var idi.
Faşist rejimindən ölkə əhalisinin narazılığı bu dövrdə
daha da artdı. 1961-ci ilin yanvarında başda müxalifət xadimi
E.Qalva olmaqla antifaşist qrup «Santa Marion» laynerini tutdu
ki, bu da dünyada böyük əks-səda verdi. 1961-ci ilin
yanvarında keçmiş prezident marşal Kraveyro ilə müdafiə
naziri general Batelya Monqol dövlət çevrilişinə cəhd etdilər.
1961-ci ilin yanvarında ölkədə böyük siyasi nümayiş keçirildi.
1962-1963-cü ildə də belə nümayişlər keçirildi.
Bu dövrdə Portuqaliya müstəmləkələrində də milli-
azadlıq hərəkatı gücləndi. 1961-cı ilin fevralında Anqolada
milli zülmə qarşı silahlı mübarizə başlandı. 1963-cü ildə
Qvineyada, 1964-cü ildə Mazambikdə də azadlıq mübarizəsi
gücləndi.
Alvaro Kunyal 1961-ci ilin martında Portuqaliya
Kommunist partiyasının baş katibi seçildi. 1962-ci ildə Milli-
azadlıq vətənpərvərlik cəbhəsi təşkil edildi. 1964-cü ildə onun
çərçivəsində İnqilabi Hərbi Komitə təşkil edildi. Bu antifaşist
qüvvələrin təşkilində mühüm addım idi. Salazarçılar kütləvi
həbsləri davam etdirirdilər. 1963-cü ildə Tarrafalda «ölüm
düşərgəsi»ni təkrar açdılar. Bütün ictimai təşkilatların, o
cümlədən Yazıçılar ittifaqının fəaliyyəti qadağan edildi.
Demaqoq şüarlardan istifadə etdilər ki, güya müstəmləkələrdə
Vətənin mənayefi naminə müharibə aparırlar. Portuqaliya
Birləşmiş Ştatları yaratmaq təşəbbüsü də uğursuz oldu.
Antifaşist, demokratik inqilab. Faşist rejiminə qarşı
mübarizəni gücləndirən o oldu ki, 1968-ci ilin sentyabrın 26-da
baş nazir yerini demokratiya tərəfdarı olan Maron Kaztanu
tutdu. O, Lissabon universitetinin rektoru olmuş, dəfələrlə nazir
vəzifələrində çalışmışdı. «Liberal» mövqedə idi. O, elan etdi
ki, siyasi rejim dünya kapitalist dövlətlərinin rejiminin reallığı
ilə uyğunlaşdırılmalıdır. O, «Milli ititfaq» faşist partiyasını
«Milli xalq hərəkatı» adlandırdı. Gizli polis olan PİDE-
389
Təhlükəsizlik baş idarəsi adlandırıldı. Mətbuatda senzura
zəiflədi, müxalifət öz fəaliyyəti üçün geniş imkanlar aldı.
İnhisar təsərrüfatını modernizə etmək, Qərbi Avropa
inteqarsiya prosesinə qoşulmaq xətti götürüldü. Kaloniyalarla
müharibəni qurtarmaq yolları tapmaq, müstəmləkələri
saxlamaq cəhdi uğursuz oldu. 60-cı illərin sonunda ölkənin
dövlət büdcəsinin 40%-i hərbi xərclərə gedirdi. Afrikada
Portuqaliya qoşunlarının sayı 150 min idi. 1971-ci ilin iyulunda
Portuqaliya hökuməti dənizarxası əyalətlərinə siyasi
müxtariyyət və dövlət titulu verməyə məcbur oldu. Lakin bu
heç nəyi dəyişmədi.
70-ci illərin əvvəllərində Portuqaliyada vəziyyət gər-
ginləşdi. Ölkədə tətil və həmkarlar hərəkatı gücləndi. 1970-ci
ildə həmkarlar ititfaqının «intersindikal» təşkilatı yaradıldı. 500
mindən yuxarı həmkarlar ititfaqı üzvü 1974-cü ildə
hakimiyyətin nəzarətindən çıxdı. Əsgərlər və zabitlər də
rejimdən narazı idilər. «Kapitanlar hərəkatı», sonra isə «Silahlı
Qüvvələr hərəkatı» meydana gəldi.
Kommunistlərin təşəbbüsü ilə demokratik seçki komissi-
yası meydana çıxdı. Sonra onun əsasında Portuqaliya demokra-
tik hərəkatı yarandı. 1974-cü ilin aprelində antifaşist qüvvələr
Aveyro şəhərində Portuqaliya demokratik müxalifətinin 2000
nümayəndəsinin iştirak etdiyi konqres keçirdilər. Ölkədə
inqilabi şərait yaranmış oldu.
1974-cü ilin aprelin 25-də ölkədə antifaşist, demokratik
inqilab baş verdi. İnqilab hərbi qüvvələr hərəkatının üsyanı ilə
başladı. İnqilab dinc formada davam edirdi. Ona görə də o
tarixə «Qərənfillər inqilabı» adı ilə daxil oldu. Bu inqilab
zamanı üsyançılar və şəhərlilər öz silahlarını və paltarlarını
qırmızı qərənfillərlə bəzəmişdilər. Faşist rejimi devrildi,
müvəqqəti hakimiyyət orqanı olan – Milli qurtuluş şurası və
müvəqqəti inqilabi hökumət təşkil edildi. Onun tərkibinə
hərbiçilər, kommunistlər, sosialistlər, digər cərəyanların
nümayəndələri daxil oldular. Faşist aparatı təcili surətdə ləğv
390
edildi. Təşkilatlar leqal fəaliyyət göstərməyə başladılar.
Zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər
görülməyə başladı.
Xarici siyasətdə ən mühüm addımlardan biri 1974-cü ilin
iyunun 9-da SSRİ ilə demokratik əlaqələr yaradılması idi.
1974-cü ilin sentyabrın 28-də Lisabondakı əksinqilab çevrilişə
qarşı demokratik qüvvələrin yürüşü təşkil edildi. General
Spinolun yerinə ölkənin yeni prezidenti general Fransisko de
Koşta Qomeş seçildi. Sağ ünsürlər aparatdan uzaqlaşdırıldı.
Baş nazir general Vaska Qonsalviş oldu.
Qvineya, Yaşıl Burun, Mazambik, Anqola, San-Toma və
Prinsip adalarına müstəqillik verildi.
1975-ci ilin martın 11-də general Siqnola və onun
tərəfdarlara hərbi qiyama cəhd göstərdilər. Bu hadisədən sonra
Milli Qurtuluş şurası öz fəaliyyətini dayandırdı, yeni orqanlar,
o cümlədən, İnqilabi Şura yaradıldı. 1975-ci ilin aprelin 11-də
siyasi partiyalarla Silahlı Qüvvələr hərəkatı birgə hərəkat
platformasını işləyib hazırladılar. Dərin siyasi və sosial iqitsadi
dəyişikliklər nəzərdə tutulurdu.
Hökumət bir neçə müəssisənin milliləşməsi haqqında
dekret verdi. Dəmiryolu, gəmiçilik kompaniyası, aviokom-
paniya, elektroenerji, polad, neft və neft məhsullarının
satılması, iri bank və sığorta kompaniyaları milliləşdirildi. İri
inhisarlar ləğv edildi. İslahat 1200 min ha torpağı olan
latifundiyaçılara da toxundu. Cənubda aqrar islahat nəticəsində
latifundiyaçıların müsadirə edilmiş torpaqlarıi dövlət
mülkiyyətinə çevrildi. 400 kooperativ yaradıldı. Xırda kəndli
torpaq sahibliyinin üstünlük təşkil etdiyi şimalda islahat
keçirilmədi.
Müəssisələrdə fəhlə nəzarəti haqqında qanunvericilik
təsdiq edildi. «İntersindikal» yeganə həmkarlar təşkilatı oldu.
1975-ci ilin aprelin 25-də Milli Məclisə seçiklər keçirildi.
Əhalinin 80%-i HQH-na səs verdi. Lakin daxili və beynəlxalq
irtica buna mane olurdu. 1975-ci ilin sentyabrın əvvəllərində
391
Qonsalviş hökuməti istefaya getdi, onun yerini Pinufudu
Azivedunun müvəqqəti hökuməti tutdu. HQH-da parçalanma
başladı. İnqilabi şuradan demokratik əhval-ruhiyyəli zabitlər, o
cümlədən Vaska Qonsalviş kənar edildi. 1975-ci ilin sentyabrın
24-də 230 min adam tətil etdi. 1976-cı ilin noyabrında bütün
ölkədə kütləvi nümayiş keçirilirdi. Bu inqilabın nailiyyətlərini
qorudu. 1976-cı ilin aprelin 2-də Müəssisələr Məcilsi
Konstitusiyanı təsdiq etdi. Qanunverici orqan dörd il
müddətinə seçilən parlament idi. Konstitusiyaya görə ali
qanunverici orqan respublika Assambleyası idi. 18 yaşdan
yuxarı hamıya seçki hüququ verildi. Respublika prezidenti eyni
zamanda İnqilabi Şuranın sədri və ali baş komandan idi. O, baş
naziri təyin edirdi.
1976-cı ilin aprelin 25-də respublika assambleyasına
keçirilən seçkilərdə sosialist, kommunist partiyaları əksəriyyət
yer aldı. 1976-cı ilin iyulunda general R.Eaneş prezident
seçildi.
Sağ dairələr mübarizəni davam etdirirdi. Sosialist
Dostları ilə paylaş: |