Qametlər
A
a
Aa _ mavi
Məsələdə ağ xoruzlarla mavi toyuqların çarpazlaşmasından hansı
rəngdə lələkləri olan nəsillərin alındığı soruşulur. Bu suala cavab vermək
üçün çarpazlaşmanı aşağıdakı kimi aparmaq olar:
P
♀ Aa
x
aa ♂
Qametlər A a
a
F
1
Aa
aa
mavi ağ
~ 86 ~
Çarpazlaşma nəticəsində alınan nəsillərin 50%-i mavi və 50%-i ağ
lələkli olur. Mavi rəngli toyuqların çarpazlaşmasından hansı rəngli
toyuqların alındığını müəyyən etmək üçün çarpazlaşma aşağıdakı kimi
aparılmalıdır:
P ♀ Aa
x
A/a ♂
Qametlər
A a
A a
F
2
AA Aa Aa aa
ağ mavi qara
Aşağıdakı məsələləri tələbələr sərbəst həll edirlər:
1.
Dəniz donuzlarında tük örtüyünün rəngi tutqun melanin
piqmentinin miqdarından asılıdır. Ağ donuzları (albinoslar) bir-birilə
çarpazlaşdırdıqda ağ nəsil alınır. Həmçinin tutqun rəngli (şinişlla rəngli)
donuzların çarpazlaşmasından tutqun rəngli nəsillər alınır. Albinosla
şinşilla rəngli hibridlər aralıq rəngdə rəngləri (yarım tutqun) olan nəsillərə
malik olur. a)Yarımtutqun rəngli donuzların ağ donuzlarla çarpazlaş-
masından hansı nəsillər alınır. b) yarımtutqun rəngli donuzları öz
aralarında çarpazlaşdırdıqda alınan nəsillərdən 23-ü ağ və 20-si tutqun
olmuşdur. Qalan nəsillər içərisində neçəsi valideynlərinə oxşar olacaqdır?
2.
Heyvandarlıq fermasının sürüsündə mavi-boz şothorn buğa və
inəklərin cütləşdirilməsindən 270 buzov alınmışdır. Onlardan 136 baş
buzovun rəngi valideynlərinki kimi olmuşdur.
Mavi-boz
şothornların
ağ
və
qara
rəngli
heyvanların
çarpazlaşmasından alındığı məlumdursa, onda nəsillərin yerdə qalan
hissəsinin genotip və fenotipini təyin edin.
Dihibrid və polihibrid çarpazlaşdirma
Əlamətlərin sərbəst paylanması qanunu
Mendel əvvəllər yalnız bir cüt alternativ əlamət – bir cüt allel ilə (sarı
yaxud yaşıl noxud) bir-birindən fərqlənən valideynləri çarpazlaşdırırdısa,
sonralar iki cüt alternativ əlamətlə, yəni iki cüt allel ilə fərqlənən
valideynləri çarpazlaşdırdı. Bu cür çarpazlaşdırma dihibrid çarpazlaşdırma
adlanır.
Mendel toxumların rəngi sarı və forması hamar (yumru) olan noxud
sortu ilə toxumlarının rəngi yaşıl, forması qırışıq olan noxud sortunu
~ 87 ~
çarpazlaşdırdı. Bu cür çarpazlaşdırmada iki cüt allel iştirak edir: 1. Sarı-
yaşıl; 2. Hamar-qırışıq. O, hər cüt alleli böyük və kiçik hərflərlə belə işarə
etdi: Sarı- AA, yaşıl- aa, hamar- BB, qırışıq- bb. Bu çarpazlaşdırmanı
hərflərlə belə yazmaq olar:
sarı hamar
yaşıl qırışıq
AABB
x
aabb
Qametlər AB
ab
F
1
AaBb
sarı hamar
F
1
-də alınan diheteroziqot orqanizmlər meyoz prosesində 4 cür
qamet hazırlayır. Allel genlərdən qametlərə ancaq biri düşür.
F
1
– AaBb qametlər – AB, Ab, aB, ab
Diheteroziqot orqanizmin verdiyi 4 tipdə qametlərin eyni ehtimalda
mayalanmaslndan 16 kombinasiya, 4 fenotip və 4 genotip gözlənilir. Bu
kombinasiyaları almaq, yerləşdirmək, fenotipcə və genotipcə analizdən
keçirmək üçün Pennet cədvəlindən istifadə edirlər.
Deməli, dihibrid çarpazlaşdırmadan alınan birinci nəsildə ( F
1
-də) iki
cüt əlamətin genləri A, a, B, b bir orqanizmdə toplanmalarına baxmayaraq,
qamet hazırlanarkən asılı olmadan aralanır, paylanır və mayalanmada, yəni
ikinci nəsil ( F
2
) aldıqda hər cüt allelin əlamətləri 3:1 nisbətində alınır.
Buradan Mendel əlamətlərin sərbəst paylanması qanununu çıxarmışdır.
Mendel bu qanunu F
2
-də alınan noxudların fenotiplərinə görə miqdarını
hesabladıqda kəşf etmişdir.
F
2
-də Mendel 556 noxud almışdı. Bunlardan sarı-hamar – 315, sarı-
qırışıq – 101, yaşıl-hamar – 108, yaşıl-qırışıq – 32 ədəd olmuşdur. Bu
rəqəmlər nəzəri 9:3:3:1 nisbətlərindən çox az fərqlənir. Lakin qeyd
etməliyik ki, təcrübə daha geniş ölçüdə aparıldıqda nəzəri nəticələrlə
təcrübədən çıxan nəticələr arasında fərqlər azalmış olur.
~ 88 ~
Şəkil 25. Dihibrid çarpazlaşma.
Cədvəldə göstərilən 16 kombinasiyanı xarici görünüşlərinə görə
təhlil etdikdə 9:3:3:1 – nisbətlərdə, 4 cür fenotipə rast gəlirik:
1.
Sarı-hamar – 9
2.
Sarı-qırışıq – 3
3.
Yaşıl-hamar – 3
4.
Yaşıl-qırışıq – 1
Asan olsun deyə cədvəli iki hərflə (fenotipik radikalla analiz edirlər).
1.
AB – sarı-hamar – 9
2.
Ab – sarı-qırışıq – 3
3.
aB – yaşıl-hamar – 3
4.
ab – yaşıl-qırışıq – 1
16 kombinasiyada hər cüt allelin miqdarı ayrı-ayrı hesablandıqda
Mendelin üçüncü qanunu aşkara çıxır. Əvvəlcə ikinci cüt alleli nəzərə
almadan ancaq birinci cüt alleli götürək:
Sarı – 12; yaşıl – 4 = 3:1
İndi ikinci cüt alleli gözdən keçirək:
Hamar – 12; qırışıq – 4 = 3:1.
Deməli, dihibrid çarpazlaşmada ayrı-ayrı cüt əlamətlərin irsiliyi
sərbəst gedərək, bir-biri ilə mümkün olan kombinasiyaları yaradır. Əgər
valideynlərdə hamar forma ilə sarı rəng, qırışıq forma ilə yaşıl rəng
~ 89 ~
birləşirsə, ikinci nəsildə iki yeni kombinasiyalı qeyri-allel əlamətlər:
hamar-yaşıl, qırışıq-sarı meydana çıxır. Beləliklə F
2
-də analizedici
çarpazlaşmada olduğu kimi kombinasiya dəyişkənliyi müşahidə edilir.
Dihibrid çarpazlaşdırmanın ikinci nəslin genotipcə analiz etdikdə
aşağıdakı nisbətlərdə 9 genotipə rast gəlirik:
AABB – 1
5. Aabb – 1 sarı-qırışıq
1.
AABb – 2
6. Aabb – 2
2.
AaBB – 2
sarı-hamar
7. aaBB – 1 yaşıl-hamar
3.
AaBb – 4
8. aaBb – 2
9. aabb – 1 yaşıl-qırışıq
Nə üçün iki qeyri-allel genlər sərbəst parçalanır? Buna səbəb hər cüt
allelin müxtəlif homoloji xromosomlarda yerləşmələridir. Məlum olduğu
üzrə hər cüt homoloji xromosomlar meyoz prosesində bir-birindən ayrılır,
əmələ gələn cinsiyyət hüceyrələrinə bunlardan ancaq biri düşür. Bunu
yaxşı başa düşmək üçün aşağıdakı şəkildə dihibrid çarpazlaşmanı
xromosomlarla izah edək (şəkil 26).
Şəkildə göründüyü kimi A və a allelləri uzun xromosomlarda
yerləşmişsə, Bb allelləri ona homoloji olmayan başqa qısa xromosomlarda
yerləşmişlər. Dominant allellər tünd rənglə, resessiv allellər isə açıq rənglə
göstərilmişdir.
Şəkil 26. Dihibrid çarpazlaşmada əlamətlərin sərbəst paylanması
qanununun xromosomlarla izahı
~ 90 ~
Trihibrid çarpazlaşdırma. Mendel 3 allel ilə fərqlənən noxud
sortlarını da çarpazlaşdırmışdır:
1 -ci cüt allel – Aa
2-ci cüt allel – Bb
3-cü cüt allel – Cc
Bu alleləri nəzərə almaqla çarpazlaşdırmanı yazaq:
P-AABBCC
aabbcc
Qametlər- ABC
abc
F
1
AaBbCc
F
1
-də alınan hər bir triheteroziqot hibrid (meyoz prosesində) 8 tip
qamet hazırlayır:
ABC, Abc, Abc, AbC, aBC, aBc, abC, abc.
Birinci nəsil hibridində 8 tip tozcuq və 8 tip yumurtacıq əmələ gəlmiş
olur ki, bunları da cədvəl üzrə yerləşdirsək, 64 kombinasiya nəticəsində 8
fenotip almış olarıq: 27:9:9:9:3:3:3:1.
Mendel trihibrid çarpazlaşmada aldığı ikinci nəsli genotipcə təhlil
etdikdə görmüşdür ki, hər cüt allel digər cütdən asılı olmadan sərbəst
olaraq 3:1 nisbətilə parçalanır.
Trihibrid çarpazlaşmada F
2
-də 27 genotip alınır. Bunu müəyyən
etmək üçün ilk dəfə Pennet cədvəlini tərtib etmək lazımdır.
Bu qayda üzrə öyrənilən əlamətlərin genləri əgər ayrı-ayrı homoloji
xromosomlarda yerləşmişsə, o zaman tetra, pentahibrid və i. a.
çarpazlaşdırmada da hər cüt allel F
2
-də sərbəst paylanacaqdır, yəni hər cüt
allel tam dominantlıqda 3:1 nisbətində parçalanmalıdır. Hibridləşdirmədə
allellər artdıqca fenotipik siniflər də müəyyən ardıcıllıqla artır:
Monohibrid 3:1
Dihibrid 9:3:3:1
Trihibrid 27:9:9:9:3:3:3:1
Tetrahibrid 81:27:27:27:9:9:9:3:3:3:1 və i.a. Çarpazlaşmalarda ikinci
nəsildə fenotipcə parçalanma belə bir qanunauyğunluqla gedir:
(3+1)
1
; (3+1)
2
; (3+1)
3
; (3+1)
4
və i. a. (3+1)
n
nisbətləri alınır.
n – qeyri-allel genlərin sayını göstərir. Deməli, çarpazlaşdırmada
alınan müxtəlif fenotipik siniflərin sayı 2
n
ilə hesablana bilər.
Belə ki, monohibrid 2
1
, yəni iki fenotipik sinif, dihibriddə 2
2
=4,
trihibriddə 2
3
=8 və i. a. fenotipik siniflər alınır.
~ 91 ~
Deməli, fenotipik siniflərin sayını 2
n
, kombinasiyaların sayını 4
n
,
genotiplərin sayını 3
n
ilə göstərməklə, onların miqdarını hər hibridləşmədə
əvvəlcədən müəyyən etmək mümkündür. Bu hesablamalar seleksionerlər
üçün də əhəmiyyətlidir. Yuxarıdakılardan məlum oldu ki, dihibrid
çarpazlaşdırmada F
2
-də 4 fenotipdən ikisi tamamilə yeni kombina-
siyalardır. Məs., (sarı-qırışıq və yaşıl hamar) trihibriddə, tetrahibriddə və
i.a. bu yeni formaların sayı artır.
Qametlərin sayı – 2
n
Fenotiplərin sayı – 2
n
Genotiplərin sayı – 3
n
Kombinasiyaların sayı – 4
n
Yuxarıda qeyd olunan qanunauyğunluqlar ancaq aşağıdakı şəraitdə
özünü doğrulda bilir: 1. Nəzərə alınmış qeyri-allel genlər qeyrihomoloji
xromosomlarda yerləşmiş olsun. 2. Allel genlər biri digəri üzərində tam
dominant olsun. 3. Meyoz prosesində gözlənilən bütün tipdən olan
qametlər eyni ehtimalda yaransın. 4. Yaranmış ziqotların və yaşlı
orqanizmlərin yaşama qabiliyyəti eyni ehtimalda olsun. 5. Əlamətlər xarici
mühit faktorlarından asılı olmadan tam üzə çıxsın və s.
Dihibrid çarpazlaşmaya aid izahlı məsələlər.
1.
Aşağıda göstərilmiş genotiplərə malik bitkilər hansı tipdə
qametlər hazırlayır: a) AABB; b) AaBB; v) aaBB; q) AABb; d) AAbb;
e) AaBb; j) Aabb; z) aabb.
Qeyd etmək lazımdır ki, noxud bitkisində toxumun sarı rəngi-A
yaşıl rəng üzərində -a, həmçinin toxumun hamar forması –B qırışıq –b
üzərində dominantlıq edir.
Həlli:
Aşağıda göstərilən genotiplərə malik bitkilərin hazıladığı qametlər:
a)
AABB-AB; b) AaBB-AB, aB; v) aaBB-aB; q) AABb-AB, Ab;
d) AAbb-ab; e)AaBb-AB, Ab, aB, ab; j) Aabb-Ab, ab; z) aabb-ab.
2) Toxumların rənnginə və formasına görə heteroziqot noxud
bitkisi hər iki əlamətə görə resessiv olan noxud bitkisi ilə
çarpazlaşdırılmışdır. Alınan nəsillərin genotip və fenotiplərini
müəyyən edin.
Həlli:
Məsələnin şərtində toxumların rənginə və formasına görə heteroziqot
noxud bitkisinin hər iki əlamətə görə resessiv olan noxud bitkisilə
çarpazlaşmasından alınan nəsillərin genotip və fenotiplərinin aşkarlanması
~ 92 ~
tələb olunur. Bunu aşağıda göstərilən çarpazlaşmanın sxeminə əsasən
aşkar etmək olar:
P
AaBb
x
aabb
Qametlər AB Ab aB ab
ab
AaBb Aabb
aaBb aabb
Analizedici çarpazlaşmada olduğu kimi nəsillər 1:1:1:1 nisbətində,
yəni 1 pay sarı-hamar, 1 pay sarı-qarışıq, 1 pay yaşıl-hamar və 1 pay yaşıl-
qırışıq fərdlər alınır.
3.Aabb (sarı-qarışıq) və aaBb (yaşıl-hamar) genotipinə malik iki
noxud bitkisini çarpazlaşdırmışlar. Alınan nəsillərin fenotipini və
genotipini aşkarlayın.
Həlli:
Sarı-qarışıq ( Aabb) və yaşıl-hamar ( aaBb) genotipinə malik iki
noxud bitkisini çarpazlaşdırdıqda alınan nəsillərin fenotipini və genotipini
aşağıdakı sxemin köməyi ilə aşkar etmək olar:
Aabb
x
aaBb
Ab
ab
aB
ab
AaBb
Aabb
aaBb aabb
sarı
sarı
yaşıl yaşıl
hamar
qırışıq
hamar qırışıq
Sxemdən aydın olur ki, alınmış nəsillərdən 1 pay sarı-hamar (AaBb),
1 pay sarı qırışıq ( Aabb), 1 pay yaşıl-hamar ( aaBb) və 1 pay yaşıl qırışıq
( aabb) olmuşdur. Genotipcə 3 pay heteroziqot ( AaBb, Aabb, aaBb) və 1
pay homoziqot ( aabb) nəsillər alınmışdır.
4. Yaşıl-hamar toxumdan alınmış noxud bitkisi, sarı-qırışıq
toxumdan alınmış bitkinin tozcuğu ilə tozlandırılmışdır. Hibrid
nəsillərin ¼ hissəsi sarı-hamar toxumlardan, ¼ hissəsi sarı-qırışıq
toxumlardan, ¼ hissəsi yaşıl-hamar və ¼ hissəsi yaşıl-qırışıq
toxumlardan ibarət olmuşdur. Valideynlərin genotipini təyin edin.
Həlli:
Məsələnin şərtində hibrid nəsillərin ¼ hissəsi sarı-hamar, ¼ hissəsi
sarı-qırışıq, ¼ hissəsi yaşıl-hamar və ¼ hissəsi isə yaşıl-qırışıq
toxumlardan ibarət olduğu verilmişdir. Valideynlərin genotipini təyin
etmək üçün aşağıdakı çarpazlaşmanı aparmaq lazımdır:
~ 93 ~
aaBb
x
Aabb
aB
ab
Ab
ab
AaBb
aaBb
Aabb aabb
1/4 sarı-
1/4yaşıl- 1/4 sarı 1/4 yaşıl-
hamar
hamar
qırışıq qırışıq
Beləliklə, valideynlər – aaBb və Aabb genotipinə malik olmuşdur.
5.
Qaramalda qara rəng kürən rəng üzərində, başın ala-bula
rəngi tam rənglilik üzərində dominantlıq edir.
Başı tam rəngli olan heteroziqot qara rəngli buğanın kürən
rəngli, ala-bula başlı inəklə çarpazlaşmasından hansı nəsillər alınar?
Nəzərə almaq lazımdır ki, inək başının ala-bulalığına görə heteroziqot
olmuşdur. Hər iki əlamətin geni müxtəlif xromosomlarda yerləşir.
Həlli:
Məsələnin şərti: Məsələnin şərtinə görə başı tam rəngli olan
heteroziqot qara rəngli buğanın kürən rəngli, ala-bula başlı inəklə
çarpazlaşmasından hansı nəsillərin alındığını müəyyən etmək tələb olunur.
Deməli, buğanın genotipi – Aabb, inəyin genotipi isə - aaBb kimi
olmuşdur. Alınacaq nəsilləri aşağıda verilən çarpazlaşmanın sxeminə
əsasən müəyyən etmək olar:
Əlamət
Əlaməti müəyyən edən
gen
Qara rəng
A
Kürən rəng
a
Ala-bula başlı
B
Başın tam rəngi
b
aaBb
x
Aabb
aB
ab
Ab
ab
AaBb
aaBb
Aabb aabb
25% qara- 25% kürən- 25% qara- 25% kürən-
ala-bula ala-bula tam rəngli tam rəngli
Çarpazlaşmadan aydın olur ki, 25%-i qara rəngli- ala-bula başlı, 25%
qara rəngli- başı tam rəngli, 25% kürən rəngli- ala-bula başlı və 25% kürən
rəngli- başı tam rəngli olan nəsillər alınmışdır.
6.
Birinin qanadları normal, digərinki rudiment olan iki qara
bədənli milçəyin çarpazlaşmasından alınmış nəsillərin hamısının
~ 94 ~
bədəni qara olmuşdur, amma onların yarısının qanadları normal,
yarısı isə rudiment formalıdır. Valideynlərin genotipini təyin edin.
Həlli:
Məsələnin şərtindən aydın olur ki, birinin qanadları normal, digərinki
rudiment olan iki qara bədənli milçəyin çarpazlaşmasından alınan
milçəklərin hamısının bədəni qara olmuşdur, lakin bu nəsillərin yarısının
qanadları normal, yarısının isə rudimentlidir. Bu halda valideynlərin
genotipini təyin etmək lazımdır. Alınan nəsillərə əsasən valideynlərin
genotipi bbVv və bbvv kimi götürülməlidir. Çarpazlaşmanı aşağıdakı sxem
üzrə izah etmək olar:
P
bbVv x bbvv
Qametlər bV bv
bv
bbVv
bbvv
qara rəngli
qara rəngli
normal qanadlı rudiment qanadlı
50%
50%
Aşağıdakı məsələləri tələbələr sərbəst həll edirlər:
1.
Vələmir bitkisində normal boy- nəhəng boyluq, tezyetişkənlik –
gecyetişkənlik üzərində dominantlıq edir. Hər iki əlamətin genləri müxtəlif
xromosom cütlərində yerləşir.
a)
Normal boy-gecyetişən vələmir bitkisi ilə nəhəng boy-tezyetişən
bitkilərin çarpazlaşmasından alınan hibrid bitkilər hansı əlamətə malik
olacaqdır? Çarpazlaşmada iştirak edən bitkilər homoziqot olmuşdur.
b)
Hər iki əlamətə görə heteroziqot olan vələmir bitkisinin
çarpazlaşmasından alınan bitkilərin neçə faizi nəhəng boy-tezyetişən
olacaqdır?
c)
Normal
boy-tezyetişən
vələmir bitkilərini öz aralarında
çarpazlaşdırdıqda 22372 bitki alınmışdır. Nəhəng boy-gecyetişən bitkilərin
miqdarını təyin edin.
2.
Sarı-qırışıq toxumdan alınmış noxud bitkisi, yaşıl-hamar toxumdan
alınmış bitkinin tozcuğu ilə tozlandırılmışdır. Hibrid toxumların yarısı
sarı-hamar, yarısı isə yaşıl-hamar olmuşdur. Valideyn bitkiləri genotipini
təyin edin.
3.
Toxummların formasına və rənginə görə heteroziqot noxud
bitkilərinin nəslində fenotipə və genotipə görə hansı nisbətdə parçalanma
gözlənilir?
~ 95 ~
Dostları ilə paylaş: |