S. Q. Həsənova, A. Q. Qarayeva, Ə. H. Qədimov, M. R.Şəfiyeva genet I k a


uşaqların gözlərinin rəngi necə olacaqdır?



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/24
tarix15.03.2017
ölçüsü5,01 Kb.
#11484
1   2   3   4   5   6   7   8   9   10   ...   24

uşaqların gözlərinin rəngi necə olacaqdır? 
Həlli: 
Məsələnin sualına birbaşa cavab verməzdən əvvəl nigaha daxil olan 
kişilərin və qadınların genotipini müəyyən etmək lazımdır. Əgər kişi mavi 
gözlüdürsə, onda onun genotipində iki resessiv – aa geni olmalıdır. Kişinin 
valideynlərinin mavigözlü olması bizi narahat etməməlidir. Bu göstərişdən 
biz onun valideynlərinin homoziqot olması haqqında nəticə çıxara bilərik. 
Qadının  gözləri  qonur  rəngli  olmuşdur.  Beləliklə,  onun  genotipində 
hökmən qonur gözlülük genini idarə edən dominant – geni olmalıdır ki, 
bunu  da  o,  anasından  irsi  olaraq  almışdır,  deməli,  atası  mavi  gözlü  (aa
imiş.  Beləliklə,  qadın  gözünün  rənginə  görə  heteroziqot  –  Aa  olmuşdur. 
Heteroziqot valideynin (Aa) resessiv genlərə görə homoziqot (aa) valideyn 
ilə nigahdan doğulan uşaqların bir hissəsi qonur gözlü (Aa), bir hissəsi isə 
mavi gözlü (aa) olacaqdır. 
Məsələni insana aid etməklə həll edən zaman parçalanmanın birbaşa 
– 1:1 nisbətində getməsindən bəhs etmək düzgün düyil, çünki belə nisbət 
alınan fərdlərin sayı çox olduqda doğru olur. İnsan ailəsində uşaqların sayı  
məhdud olduğundan, yalnız ehtimaldan söz açmaq mümkündür.  
 
P  
Aa 
  x  
 aa 
 
 
                 Qametlər          A       a   
  a 
 
 
 
 
 
F
1
 
Aa 
 
 aa 
 
 
 
 
      qonur gözlü 
mavi gözlü 
7.
 
İnsanda  sağaxaylığı  idarə  edən  gen  solaxaylıq  geni  üzərində 
dominantlıq  edir.  Anası  solaxay  olan  sağaxay  kişi  sağaxay  qadınla 
evlənmişdir. Bu qadının üç qardaşı və bacıları varmış. Bunlardan ikisi 
solaxay imiş. 

 
~ 78 ~ 
Qadınların  və  belə  nigahdan  ehtimal  olunan  solaxay  uşaqların 
genotiplərini təyin edin. 
Həlli: 
Məsələnin  şərtinə  görə  sağaxay  kişinin  genotipi  heteroziqot  (Aa
olmalıdır. Belə ki, onun anası  solaxay olduğundan (aa)  –  a genini ondan 
almışdır.  Sağaxay  qadının  da  genotipi  heteroziqot  (Aa)  olmalıdır.  Çünki 
onun valideynləri heteroziqot olmuşdur. Odur ki, həmin qardaşı üç qardaşı 
və bacılarının ikisi solaxay (aa genotipi0 olmuşdur. Beləliklə, sağaxay kişi 
(Aa)  sağaxay  qadınla  (Aa)  evləndikdən  sonra  onların  uşaqları  aşağıdakı 
kimi olacaqdır: 
 
     
 
 

Aa 
   x 
   Aa 
     
     Qametlər          A      a 
 
A     a 
     
 
      F
2
        AA         Aa         Aa        aa 
     
 
 
     
    sağaxay 
        solaxay 
Çarpazlaşma  nəticəsində  müəyyən  edilir  ki,  uşaqların  bir  hissəsi 
həqiqətən solaxay olacaqdır. 
8.
 
Fenilketonuriya (insanlarda kəmağıllığın inkişafına səbəb olan 
fenilanin  mübadiləsinin  pozulması)  resessiv  əlamət  kimi  nəslə 
ötürülür. Bu əlamətə görə valideynləri heteroziqot olan ilədə doğulan 
uşaqlar necə olacaqdır? 
Həlli: 
 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Normallıq  

Fenilketonuriya xəstəliyi 

 
Nigahda  iştirak  edən  heteroziqot  valideynlərin  genotipi  Aa  və  Aa 
kimi  göstərilməlidir.  Onlar  əslində  fenotipcə  sağlamdır.  Heteroziqot 
valideynlərin  nigahından  sonra  doğulmuş  uşaqların  ehtimal  olunan 
genotipləri  belə  olacaqdır.  AA-25%,  Aa-50%,  aa-25%.  Çarpazlaşmanın 
sxemini aşağıdakı kimi göstərmək lazımdır: 
 
     
 
 

Aa 
   x 
   Aa 
     
        Qametlər 
         A      a   
  A     a 
     
 
        F
2
       AA          Aa         Aa        aa 
     
 
 
      25% 
50%           25% 

 
~ 79 ~ 
Beləliklə,  sağlam  uşaqların  doğulma  ehtimallığı  –  75%,  xəstə 
uşaqların doğulma ehtimallığı isə - 25%-ə bərabərdir. 
9.İnsanda  irsi  lal-karlığın  formalarından  birini  törədən  gen 
normal eşitmə geninə görə resessivdir. 
a) Heteroziqot valideynlərin nigahından sonra doğulacaq uşaqlar 
necə olacaqdır? 
b)  Lal-kar  qadın  ilə  normal  kişinin  nigahından  lal-kar  uşaq 
dünyaya gəlmişdir. Valideynlərin genotipini təyin edin. 
Həlli:  
 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Normal eşitmə  

Lal-karlıq 

 
Heteroziqot  valideynlərin  nigahından  sonra  doğulan  uşaqların  necə 
olacağını  müəyyən  etmək  tələb  olunur.  Deməli,  valideynlər  –  Aa 
genotipinə malikdir. Onda bu nigah aşağıdakı şəkildə göstərilməlidir: 
     
 
 

Aa 
   x 
   Aa 
     
        Qametlər 
          A      a   
  A     a 
     
 
      F
2
        AA         Aa         Aa        aa 
 
   
 
 
         normal eşitmə          lal-kar 
 
Məsələdə həmçinin lal-kar qadın ilə normal kişinin nigahından sonra 
lal-kar  uşaq  dünyaya  gəldiyi  bildiriliri  və  valideynlərin  genotipinin  təyin 
edilməsi  tələb  olunur.  Bu  halda  lal-kar  qadının  genotipi  –  aa,  normal 
kişinin  genotipi  isə  -  Aa  kimi  qəbul  edilməlidir.  Çünki  lal-kar  uşağın 
dünyaya  gəlməsi  belə  genotipə  malik  valideynlərin  nigahından  gözləmək 
olar. Çarpazlaşma aşağıda göstərilir: 
 
   
 
 

 AA 
      x          aa 
 
   
 
 Qametlər 
   A 
 
         a 
 
   
 
 
 F
1
 
 
    Aa  - xəstə 
 
    
Aşağıdakı məsələləri tələbələr sərbəst həll edirlər: 
1.
 
Vələmir  bitkisində  pas  xəstəliyinə  immunitetlik  (xəstəliyə 
tutulmamaq qabiliyyəti) həmin xəstəliyə tutulmaq üzərində dominanatdır. 
a)
 
Pas  xəstəliyinə  yoluxmuş  vələmir  bitkisini  homoziqot  immun 
vələmir bitkisi ilə çarpazlaşdırdıqda hansı bitkilər alınır? 

 
~ 80 ~ 
b)
 
Birinci  nəsil  hibridlərini  immunitetlikdən  məhrum  olan  bitkilərlə 
çarpazlaşdırdıqda hansı bitkilər alınar? 
2.
 
 Boz  və  ağ  rəngli  toyuqları  çarpazlaşdıran  zaman  nəsildə  alınan 
bütün  fərdlər  boz  rəngli  olmuşdur.  İkinci  halda  bu  nəsillər  yenidən  ağ 
rəngli  toyuqalarla  çarpazlaşdırılmışdır.  İkinci  çarpazlaşma  nəticəsində 
alınmış  172  fərdin  85-i  ağ  və  87-si  boz  olmuşdur.  Başlanğıc  valideyn 
formaların  və  hər  iki  çarpazlaşmadan  alınan  nəsillərin  genotiplərini  təyin 
edin. 
3.
 
Insanda  polidaktiliya  (altıbarmaqlılıq)  geni  əlin  normal  quruluşu 
üzərində  dominantlıq  edir.  a)  Əgər  valideynlər  heteroziqot  olarsa,  onda 
ailədə  altıbarmaqlı  uşaqların  doğulma  ehtimalını  təyin  edin.  b)  Ailədə 
valideynlərdən  birinin  əllərinin  normal,  digərinkinin  isə  altıbarmaqlı 
olduğu halda əlləri normal olan uşaq dünyaya gəlmişdir. Sonra doğulacaq 
uşağın da əllərinin normal olacağı ehtimalını söyləmək olarmı? 
4.
 
Ailəvikəmağıllığın  (Tey-saks)  amovratik  uşaq  forması  autosom 
resessiv  əlamət  kimi  nəslə  ötürülür  və  4-5  yaşa  çatdıqda  ölümlə 
nəticələnir.  Ailədə  ikinci  uşaq  doğulanadək  birinci  uşaq  göstərilən 
xəstəlikdən ölməlidir. 
İkinci uşağın da bu xəstəlikdən əziyyət çəkəcəyi ehtimalı nə dərəcədə 
doğrudur? 
5.
 
Əzələlərin atrofiyaya uğraması xəstəliyi autosom dominant əlamət 
kimi  nəslə  ötürülür.  Əgər  ailədə  hər  iki  valideyn  bu  xəstəlikdən  əziyyət 
çəkirsə və onlardan biri homoziqot, digəri heteroziqot olarsa, onda doğulan 
uşaqların xəstə olacağı ehtimallığı nə dərəcədə doğrudur? 
6.
 
Albinosluq  (dəridə,  gözün  torlu  qişasında  və  tüklərdə 
piqmentsizlik)  insanlarda  autosom  resessiv  əlamət  kimi  nəslə  ötürülür. 
Ailədə  valideynlərdən  biri  albinosdur,  amma  ikincisi  normaldır.  Belə 
valideynlərin nigahından sonra müxtəlif yumurta əkizləri doğulmuşdur ki, 
bunlardan  biri  normal,  digəri  isə  albinos  olmuşdur.  Növbəti  uşağın  da 
albinos doğulacağı ehtimalı nə dərəcədə doğrudur? 
7.
 
Sindaktiliya  (barmaqların  bitişkənliyi)  autosom  dominant  əlaməti 
kimi  nəslə  ötürülür.  Ailədə  valideynlərdən  biri  bu  xəstəliyə  görə 
heteroziqotdur,  digərində  isə  barmaqlar  normal  quruluşa  malikdir. 
Barmaqları bitişkən uşaqların doğulması ehtimalını təyin edin. 
Natamam dominantlığa aid izahlı məsələlər. 
 
1.
 
Qurdağzı  bitkisinin  enliyarpaqlı  formalarını  öz  aralarında 
çarpazlaşdırdıqda  nəsildə  həmişə  enliyarpaqlı,  ensiz  yarpaqlı 
formaları  çarpazlaşdırdıqda  isə  nəsildə  ensiz  yarpaqlı  bitkilər  əmələ 

 
~ 81 ~ 
gəlir. Ensizyarpaqlı bitkiləri enliyarpaqlı bitkilərlə çarpazlaşdırdıqda 
F
1
-də yarpaqları aralıq formalı bitkilər meydana gəlir. 
a)
 
 Aralıq  formalı  yarpaqları  olan  iki  bitkini  çarpazlaşdırdıqda 
alınan nısillər necə olacaqdır? 
b)
 
Ensiz  yarpaqlı  bitkiləri  yarpaqları  aralıq  formada  olan 
bitkilərlə  çarpazlaşdırdıqda  alınan  bitkilərin  yarpaqları  necə 
olacaqdır? 
Həlli: 
 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Genotip  
Enliyarpaq forma 

AA 
Ensizyarpaq forma 

aa 
Yarpağın aralıq 
forması 

Aa 
 
       Məsələlərin  şərtindən  aydın  olur  ki,  bizim  bir  cüt  allel  genlə  işimiz 
olacaqdır.  Bu  genlərdən  heş  biri  digəri  üzərində  tam  dominantlıq  etmir, 
buna  görə  məsələni  həll  edənin  istənilən  geni  böyük  hərflə  işarə  etməyə 
ixtiyarı  vardır.  Genin  tam  dominant  olmadığını  qeyd  etmək  məqsədilə, 
həmin  genin  işarə  edildiyi  hərfin  üzərində  xətt  (
A
)  çəkilir.  Məsələnin 
şərtini  göstərən  cədvəldə  daha  bir  “a”  bəndinə  görə  yarpaqları  aralıq 
formalı  iki  bitkinin  çarpazlaşmasından  alınan  nəsillərin  necə  olacağını 
təyin  etmək  tələb  eidlir.  Deməli,  bu  bitkilər  heteroziqotdur: 
a
A
  və 
a
A

Çarpazlaşmanın sxemi aşağıda verilir: 
 
     
 
 
 

Aa 
   x 
   Aa 
     
                 Qametlər            A    a 
 
 A     a 
     
 
 
        F
2
       AA         Aa        Aa        aa 
Sxemdən  məlum  olur  ki,  alınan  nəsillərin  1/4-i  enliyarpaqlı  (AA), 
1/4-i ensizyarpaqlı (aa) və 2/4-i isə aralıq formadır.  
Məsələnin “b” bəndində ensizyarpaqlı bitkiləri (aa) yarpaqları aralıq 
formalı  (
a
A
)  bitkilərlə  çarpazlaşdırdıqda  alınacaq  bitkilərin  yarpaqlarının 
necə  olacağını  müəyyən  etmək  tələb  olunur.  Çarpazlaşma  zamanı 
analizedici  çarpazlaşma  üçün  xarakter  olan  nəsillər  alınacaqdır. 
Çarpazlaşmanın sxemi aşağıda verilir: 
 
 

 
~ 82 ~ 
P  
Aa 
  x  
 aa 
 
 
              Qametlər          A       a 
 
 a 
 
 
 
 
 
F
1
 
Aa 
 
 aa 
Sxemdən göründüyü kimi alınan nəsillərin 50%-i aralıq formalı (Aa), 
50%-i isə ensizyarpaqlı (aa) olacaqdır. 
2.
 
Meyvələri qırmızı rəngdə olan çiyələk bitkilərini öz aralarında 
çarpazlaşdırdıqda  nəsildə  həmişə  qırmızı  rəngli,  ağ  rəngli  meyvələri 
olan bitkiləri çarpazlaşdırdıqda isə ağ meyvəli bitkilər alınır. Hər iki 
sortdan  olan  bitkiləri  çarpazlaşdırdıqda  nəsildə  çəhrayı  meyvəli 
bitkilər alınır. 
a)
 
 Qırmızı  meyvəli  çiyələk  bitkisinin  çəhrayı  meyvələri  olan 
bitkinin  tozcuqları  ilə  tozlandırdıqda  nəsildə  alınan  bitkilər  necə 
olacaqdır? 
b)
 
Çəhrayı  meyvələri  olan  çiyələk  bitkilərini  öz  aralarında 
çarpazlaşdırdıqda  15745  kol  (təxminən  25%)  qırmızı  meyvəli 
olmuşdur. Kolların nə qədəri valideyn formalara oxşar olacaqdır? 
Həlli: 
Əlamət 
Əlaməti müəyyən edən gen 
Genotip  
Qırmızı rəngli 

AA 
Ağ rəngli meyvənin aralıq 
rəngi 

aa 
Çəhrayı rəng 

Aa 
 
Məsələnin şərti: qırmızı meyvəli çiyələk bitkisini meyvələri çəhrayı 
olan  bitkinin  tozcuqları  ilə  tozlandırdıqda  nəsildə  alınan  bitkilərin  necə 
olacağı soruşulur. Qırmızı rəngli meyvələri olan çiyələk bitkisinin genotipi 

A
A
,  çəhrayı  rəngli  meyvələri  olan  aralıq  formanın  genotipi  isə 
a
A
 
olduğunu nəzərə alsaq, çarpazlaşma aşağıdakı kimi göstərilməlidir: 
 
P  
Aa 
  x  
 aa 
 
 
              Qametlər          A       a 
 
 a 
 
 
 
 
 
F
1
 
Aa 
 
 aa 
    
 
 
 
      
 
qırmızı 
         çəhrayı 
Çarpazlaşma  nəticəsində  nəsildə  alınan  bitkilərin  50%-i  qırmızı 
meyvəli,  50%-i  isə  aralıq  formada  çıhrayı  rəngli  meyvələrdir.  Məsələnin 
“b” bəndində göstərilir ki, çəhrayı meyvəli çiyələk bitkilərini öz aralarında 
çarpazlaşdırdıqda  15745  kol  (təxminən  25%)  qırmızı  meyvəli  olmuşdur. 
Kolların  nə  qədərinin  valideyn  formalara  oxşar  olduğunu  müəyyənləş-

 
~ 83 ~ 
dirmək tələb edilir. Çəhrayı meyvəli bitkilərin genotipinin - 
a
A
  olduğunu 
bilərək çarpazlaşmanı aşağıdakı kimi aparmaq mümkündür: 
 
     
 
 

Aa 
   x 
   Aa 
     
         Qametlər         A       a  
 A     a 
     
 
       F
2
       AA      Aa            Aa        aa 
     
 
 
Qırmızı 
çəhrayı 
          ağ 
 
Alınan  nəsillərə  əsasən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  kolların 
50%-i çəhrayı meyvəli, 25%-i isə ağ meyvəlidir. 
3.
 
Çiyələk  bitkisində  meyvələrin  qırmızı  rəngi  natamam 
dominant  genlə,  ağ  rəng  –  onun  resessiv  alleli  ilə  müəyyən  edilir, 
çəhrayı meyvələr heteroziqotdur. Çiyələkdə natamam dominant genlə 
müəyyən  olunan  kasaçığın  forması  normal  ola  bilər  və  yarpaqvari 
(kasacıq yarpaq formasını xatırladır) forma onun resessiv allelləri ilə 
müəyyən  olunur.  Heteroziqot  formalarda  kasacıq  normal  və 
yarpaqvari  formalar  arasında  aralıq  formaya  malikdir.  Hər  iki  cüt 
əlamət bir-birindən asılı olmadan nəslə ötürülür. 
a)
 
Meyvələri  çəhrayı  və  kasacığı  aralıq  formada  olan  bitkilərin 
çarpazlaşmasından əmələ gələn nəsillərin genotip və fenotiplərini təyin 
edin. 
b)
 
Çəhrayı  meyvəli  və  normal  kasacıqlı  bitkilərin,  çəhrayı 
meyvəli yarpaqvari kasacığı olan bitkilərlə çarpazlaşmasından alınan 
bitkilərin fenotip və genotiplərini təyin edin. 
Həlli: 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Genotip  
Qırmızı rəng 

A A  
Ağ rəng 

aa 
Normal kasacıq 

BB 
Yarpaqvari kasacıq 

bb 
Aralıq kasacıq 

Bb 
Çəhrayı meyvələr 

Aa 
 
Məsələnin  şərt:  Meyvələri  çəhrayı,  kasacığı  aralıq  formada  olan 
bitkilərin genotipi – AaBb və AaBb  kimi götürülməlidir. Bu cür genotipə 
malik bitkiləri çarpazlaşdırdıqda aşağıdakı nəsillər alınır: 
 
 

 
~ 84 ~ 
    
 
 

AaBb   

    AaBb 
       
Qametlər 
  AB   Ab   aB   ab 
      AB   Ab   aB   ab 
Pennet cədvəlini təyin edək: 
 
♀           ♂ 
AB 
Ab 
aB 
ab 
AB 
AABB 
AABb 
AaBB 
AaBb 
Ab 
AABb 
AAbb 
AaBb 
Aabb 
aB 
AaBB 
AaBb 
aaBB 
aaBb 
ab 
AaBb 
Aabb 
aaBb 
aabb 
 
1.
 
AABB – qırmızı meyvələr – normal kasacıq – 1 pay 
2.
 
AABb – qırmızı meyvələr – aralıq kasacıq – 2 pay 
3.
 
AaBB – çəhrayı meyvələr – normal kasacıq – 2 pay 
4.
 
AaBb – çəhrayı meyvələr – aralıq kasacıq – 4 pay 
5.
 
AAbb – qırmızı meyvələr – yarpaqvari kasacıq – 1 pay 
6.
 
Aabb – çəhrayı meyvələr – yarpaqvari kasacıq – 2 pay 
7.
 
aaBB – ağ meyvələr – normal kasacıq – 1 pay 
8.
 
aaBb – ağ meyvələr – aralıq kasacıq – 2 pay 
9.
 
aabb – ağ meyvələr – yarpaqvari kasacıq – 1 pay 
Məsələnin  “b”  bəndində  göstərilən  çəhrayı  meyvəli  və  normal 
kasacıqlı  (AaBB)  bitkilərin,  çəhrayı  meyvəli  və  yarpaqvari  kasacıqlı 
(Aabb)  bitkilərlə  çarpazlaşmasından  alınan  nəsillərin  genotipləri  və 
fenotipləri aşağıdakı kimi olacaqdır: 
     
 
 
 P 
 AaBB         x          Aabb 
     
         Qametlər          AB      aB 
   Ab        ab 
     
 
        F
2
   AAB        AaBb       AaBb        aabb 
1.
 
AABb – qırmızı meyvəli – aralıq kasacıqlı – 1 pay 
2.
 
AaBb – çəhrayı meyvəli – aralıq kasacıqlı – 2 pay  
3.
 
Aabb – ağ rəngli – yarpaqvari kasacıqlı – 1 pay 
 
4.
 
Ağ  lələkləri  olan  toyuqları  bir-biri  ilə  çarpazlaşdırdıqda 
həmişə ağ lələkləri olan nəsillər alınır, eyni zamanda qara toyuqlardan 
da  qara  nəsillər  alınır.  Ağ  toyuiqlarla  qara  toyuqların  nəsilləri  mavi 
rəngdə  alınır.  Ağ  xoruzla  mavi  toyuqdan  hansı  rəngdə  lələkləri  olan 
nəsillər  alınır?  Həmçinin  mavi  rəngli  toyuqlardan  nə  rəngdə  nəsillər 
alınır? 

 
~ 85 ~ 
Həlli: 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Genotip  
Ağ  

AA 
Qara  

aa 
Mavi rəng  

a
A
 
 
Məsələnin  şərtindən  aydın  olur  ki,  ağ  lələkləri  olan  toyuqları 
çarpazlaşdırdıqda  həmişə  ağ  lələkləri  olan  toyuqlar  alınır.  Deməli 
şarpazlaşma aşağıdakı kimi aparılmalıdır: 
 
 
   
 
       P        ♀AA 
   x 
   AA ♂ 
  
   
       Qametlər  
          A 
 
      A 
 
   
 
 
 
 
  AA    _ ağ 
Eyni  zamanda  qara  toyuqları  da  bir-birilə  çarpazlaşdırdıqda  qara 
lələkləri olan toyuqlar alınır. 
 
 
   
 
      P     ♀ aa  

    aa ♂ 
 
   
       Qametlər         a   
 
     a 
 
   
 
 
 
           aa  - ağ 
Lakin  ağ  toyuqlarla  qara  toyuqları  çarpazlaşdırdıqda  alınan  nəsillər 
mavi rəngli olur. Çarpazlaşmanı aşağıdakı kimi aparmaq olar: 
 
 
   
 
      P       ♀ AA 
  x 
    aa ♂ 
  

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin