Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
dəyişiklər barədə qərarlarlarını qeyd etmək üçün qeydiyyat yeri var.    
•  HİV müayinəsi üzrə məlumat
: Bu bölmə bütün xəstələr üçün yazılmalıdır. HİV-ə müayinə olduqda müayinə 
tarixi və onun nəticələri qeyd olunur. HİV-ə yoluxan xəstədə isə ART və/və ya kotrimoksazol profilaktik 
terapiyanın qəbulu qeyd olunur. 
•  HİV haqqında məlumat vərəqi:
 Bu bölmə yalnız HİV-ə yoluxan xəstələr üçün yazılır.
•   
Rejim:  
İlkin MDR-Vərəm rejimi, həmçinin baş vermiş hər hansı bir dəyişiklik müalicə kartında qeyd olunur. 
Dərman rejiminin (və ya dərmanlar) dəyişdirildiyi hər tarix üçün bir xətt istifadə olunur.  
•  Birbaşa  nəzarətdə  gündəlik  qəbul  olunan  dərmanların  qeydiyyatı
:  Hər  ay  bir  xətt  istifadə  olunur.  Bu 
riayətin qiymətləndirilməsini asanlaşdırır.  Dərman çatışmazlığı, əlavə təsirlər və s. kimi səbəblərə görə qeyri-
müntəzəm dərman qəbulunun baş verə biləcəyini nəzərə alaraq, bəzi proqramlar dərman qəbulunun gündəlik 
olaraq işarələnə biləcəyi daha təfsilatlı sistemə malik müalicə kartlarını tərtib etmək istəyə bilər.
•  DHT:
  Hər hansı DHT-in tarixi və nəticələri müalicə kartında qeyd olunur. 
•  Yaxma və kultura:
  11-ci Bölmədə təsvir olunan kimi, yaxma və kulturanın müntəzəm nəzarəti tələb olunur. 
Nəticələr müalicə kartında qeyd olunmalıdır.  
•  Bədən  çəkisi,    laboratoriya  və  rentgen  nəzarəti:
    Bunlar  müalicə  kartının  axırıncı  sütununda  aylıq 
dərmanların qəbulu bölməsində qeyd oluna bilər.   
•  Müalicəsinin nəticəsi:
 Sonda müalicə nəticəsi 11-ci Bölmədə təsvir olunan nəticələrin  təriflərinə əsasən 
müalicə kartında qeyd olunmalıdır
Vərəmli xəstə öz müalicə 
kartını göstərir 
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 12  
Qeydiyyat və hesabat  
 •   Səhifə 155
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
3.2  MDR-Vərəm üzrə qeyd yyat jurnalı
Sual:
Milli Vərəm proqramında MDR-Vərəm qeydiyyatının rolu nədən ibarətdir?
Cavab:
ÜST IV-cü Cateqoriya Forma 2-in elektron variantını onlyan əldə etmək mümkündür.
(
The electronic copy of WHO Category IV form 2 is available online.)
ÜST təlimatlarına görə milli vərəm proqramında iki qeydiyyat jurnalının istifadəsi tövsiyə edilir: 
Jurnallardan birinə ÜST-ün birinci sıra müalicə rejimlərinə başlayan bütün vərəmli xəstələr daxil edilir. 
Birinci qeydiyyat jurnalı artıq əksər DOTS proqramlarında istifadə olunan jurnal ilə eynidir.    
İkinci qeydiyyat jurnalı isə MDR-Vərəm müalicəsi qəbul edən bütün xəstələr üçün nəzərdə tutulmuşdur. 
Bu jurnal MDR-Vərəm xəstələrinin müalicələrinin gedişatına nəzarət edən əsas vasitədir və MDR-Vərəm 
proqramının tətbiqinin sürətli şəkildə qiymətləndirilməsinə, rüblük hesabatın hazırlanmasına, aşkarlanma 
hallarının və müalicə nəticələrinin təhlilinə imkan yaradır.   
Milli  Vərəmə  nəzarət  proqramı  MDR-Vərəm  qeydiyyatının  harada  yerləşdirilməsini  müəyyən  etməlidir. 
Əgər MDR-Vərəm müalicəsinin ilk ayları bir müalicə bölməsinə (adətən stasionar, bəzən ambulator) bağlı olarsa, 
bu bölmə MDR-vərəm qeydiyyatını saxlamalıdır. Əgər MDR-Vərəm müalicəsinin bir hissəsi və ya tam kursu 
vilayyət və ya rayon səviyyəsində aparılırsa və villayət/rayonlarda xəstəlik hallarının miqdarı çoxdursa, bu zaman 
vilayət/rayonların özlərinə məxsus MDR-Vərəm qeydiyyat jurnalları olmalıdır. 
MDR-Vərəm qeydiyyatı müalicə kartında olan məlumata əsasən doldurulur və yeni xəstələr qeydiyyatdan 
keçərkən gündəlik olaraq yenilənməlidir. Yaxma və kultura haqqında məlumat, həmçinin son nəticə ayda bir dəfə 
yazıla bilər.    
MDR-Vərəmin 
qeydiyyatı və hesabatı

Səhifə 156   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Qeydiyyata məsuliyyətli şəxs xəstədə MDR-Vərəm halı aşkar olunan kimi və ya MDR-Vərəm proqramının 
protokoluna  əsasən  müalicəyə  qoşulmağını  müəyyən  edilən  zaman  xəstəni  MDR-Vərəm  qeydiyyatına  daxil 
etməlidir.  Bu an MDR-Vərəmin qeydiyyat tarixini müəyyən edəcək. Xəstələr onların qeydiyyat tarixi ilə ardıcıl 
daxil olunmalıdırlar. Yeni rüblük başlayan zaman dəqiq ayırma (əlavə xətt) olmalıdır.    
MDR-Vərəm müalicə rejimi təyin olunan bütün xəstələr MDR-Vərəm müalicəsinə başlamasalarda MDR-
Vərəm qeydiyyatına daxil olunmalıdırlar. MDR-Vərəm qeydiyyatında aşağıdakılar qeyd olunur:
•  MDR-Vərəm qeydiyyat nömrəsi:
  Bu MDR-Vərəm müalicəsinə daxil olan xəstələrin onlara fərdi şəkildə 
verilmiş şəxsi nömrəsidir.  
•  Qeydiyyatdan keçmə tarixi 
•  Adı, cinsi, doğulma tarixi, ünvan
•  Rayon Vərəm qeydiyyat nömrəsi 
•  Xəstəliyin yeri:
  Pulmonar və ya ekstra pulmonar.
•  Qeydiyyat kateqoriyası:
 3-cü Bölmədə təsvir olunub. 
•  İkinci sıra dərmanlar artıq qəbul olunub:
  Bəli və ya xeyir.  
•  DHT
:  Tarix və nəticələr. Xəstələr birdən artıq DHT-nə malik ola bilərlər. Diaqnostik DHT (nəticələrinə 
əsasən xəstə MDR-Vərəmli xəstə kimi qeydiyyat olunur) daxil olunur. Tam DHT tarixçəsi müalicə kartında 
qeyd olunur. Sonrakı DHT nəticələri qeydiyyat jurnalında qeyd olunmur.   
•  MDR-Vərəm kimi qeydiyyat aparılmasının səbəbi.
 Səbəblərə təsdiqlənmiş MDR-Vərəm, şübhəli MDR-
Vərəm, diqər dərmanlara rezistentlik, mono-dərmana rezistentlik və birinci sıra dərmanlara qeyri-tolerantlıq 
daxildirlər. Əgər xəstə müalicəyə başlamayıbsa səbəbi sonra gələn sütunda verilir. 
•  MDR-Vərəm müalicə rejimi:
  Tarix və ilk rejim qeyd olunur.  
•  Yaxma və kulturanın yoxlanma nəticələri:
  Tarix və nəticə. 
•  HİV  statusu:
  Müayinələrin  nəticələri,  kotrimoksazol  profilaktik  terapiya  və  ART  müalicə  haqqında 
məlumat.  
•  Son nəticələr: 
 Təriflər üçün 4-cü Bölməyə baxın.
•  İzahatlar.
  Bu sütun hər hansı bir əlavə məlumat üçün ayrılıb. 
3.3  Bəlğəm n yoxlanması üçün mürac ət   
ÜST IV-cü Cateqoriya Forma 3-ün elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy 
of WHO Category IV Forms 3 is available online) 
Sənəd formasının yuxarı hissəsi DOTS proqramında istifadə olunan formanın yuxarı hissəsi ilə eynidir, orta 
hissəsi isə tələb olunan kultura və DHT-in nəticələri üçün istifadə olunur. Aşağı hissəsi nəticələrin hesabatı üçün 
istifadə olunur. Eyni sənəd forması nəticələr ilə birgə müalicə bölməsinə qaytarılır.
 
3.4  Laborator ya qeyd yyat jurnalları
ÜST IV-cü Cateqoriya Forma 4-ün elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy 
of WHO Category IV Forms 4 is available online). 
Laboratoriyalarda yaxmanın mikroskopiya nəticələri və kultura və DHT nəticələri üçün ayrı bir qeydiyyat 
jurnalları olmalıdır, MDR-Vərəm Forma 4 olan laboratoriya qeydiyyat jurnalı kultura və DHT nəticələrinin qeyd 
etmək üçün istifadə olunur. Kultura və DHT qeydiyyatı MDR-Vərəm qeydiyyatı ilə bütün MDR-Vərəm halların 
daxil olmasına əmin olmaq üçün müntəzəm şəkildə müqayisə edilməlidir.  
3.5  MDR-Vərəm aşkarlanma halların rüblük hesabatı  
ÜST IV-ci Cateqoriya Forma 5-nin elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy 
of WHO Category IV Form 5 is available online).
Bu  hesabat  aşkar  olunan  MDR-Vərəm  xəstəlik  hallarının  (yayılmış  və  yönədilmiş)  sayını  və  müalicəyə 
başlayan MDR-Vərəm xəstəlik hallarının sayını qiymətləndirmək məqsədi ilə istifadə olunur.  Hesabat hər rüb 
olunmalıdır. 

Bölmə 12  
Qeydiyyat və hesabat  
 •   Səhifə 157
Rüblük hesabata daxildir:
•  Laboratoriya Qeydiyyat Jurnalından (Forma 04) çıxarılmış münasib rübdə MDR-Vərəm nəticələrin alınma 
tarixi ilə xəstələrin sayı. 
•  IV-ci Cateqoriya Qeydiyyatdan (Forma 02) çıxarılmış rübdə IV-ci Cateqoriya müalicəyə başlayan MDR-
Vərəm xəstələrin sayı. 
Əgər  münasibdirsə,  qeyd  olunmuş  XDR-Vərəm  xəstəlik  hallarının  sayı  (rezistentlik  növü  ilə  DHT 
nəticələrin kross yoxlanmasından sonra) və XDR-Vərəm müalicəyə başlayan XDR-Vərəm xəstəlik hallarının sayı 
əlavə olunmalıdır. 
IV-ci Cateqoriya qeydiyyatdan keçməsinin və IV-ci Cateqoriya müalicəsinə başlanmasının arasında böyük 
gecikmə ola bilməsinə görə, rüb ərzində müalicəyə başlayan xəstələr MDR-Vərəmlə aşkar olunan xəstələrlə eyni 
olmaya bilərlər. Lakin bu məlumat müalicənin əhatə etməsinin təxmini işarəsini verir. 
3.6  6-aylıq müvəqqət  nət cələr n  lk n q ymətlənd rmə forması     
ÜST IV-ci Cateqoriya  Forma 6-ın elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy of 
WHO Category IV Form 6 is available online). 
Hər müəyyən olunan kohortun müvəqqəti və ya ilkin nəticə hesabatı olmalıdır. Bu hesabat MDR-Vərəm 
müalicə  qeydiyyat  jurnalının  əsasında  olur  və  kohortun  son  bağlanma  günündən  doqquz  ay  sonra  forma 
tamamlanır. Müalicənin sonunda hesabatın verilməsi gecikmiş hesab edildiyi üçün (iki və hətta üç ildən sonra), 
bütün kohortlar üçün müvəqqəti nəticələrin verilməsi arzuolunandır.  
3.7  MDR-Vərəm hallarının müal cə nət cələr n  ll k hesabatı  
ÜST IV-ci Cateqoriya  Forma 7-ci elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy of 
WHO Category IV Form 7 is available online). 
Bu hesabat bir illik müalicənin son nəticələrini, həm bütün hallar üçün birgə, həm də yaxma və kultura 
nəticələrinin ayrıca və xəstənin qeydiyyat kateqoriyasını göstərir. 
Müalicə üzunmüddətli olduğuna görə, nəticələr müalicənin uzun bir vaxt dövri idarəedilməsini əks edəcək. 
İstisna, uğursuzluq, ölüm və s. kimi tez dəyişikliklərə qiymət vermək üçün, ilkin nəticələr üçün əlavə formalar 
da mümkündür. Əgər MDR-Vərəm müalicə qeydiyyat jurnalı kompüterləşdirilmiş olsa, bu formalar daha rahat 
doldurulur. 
3.8  Xəstən n şəxs  kartı 
Bu əlavə bir formadır və ÜST-ün saytında nümunəsi yoxdur. Xəstəyə MDR-Vərəm diaqnozu qoyulan zaman 
xəstənin şəxsi kartı müalicə kartı ilə bir vaxtda doldurulmalıdır və xəstədə saxlanmalıdır. Bu karta aşağıdakılar 
daxildir:
•  Demoqrafik təlsifatlar (adı, yaşı, cinsi);
•  MDR-Vərəm qeydiyyat nömrəsi;
•  Əsas müalicə məlumatı (başlanma tarixi, rejim);
•  Xəstənin müalicə alacağı sağlamlıq mərkəzi;
•  Təyinatların tarixləri
4  Kompüterləşd r lm ş s stemlər 
Bütün formalar əlyazması ola bilər. Lakin, MDR-Vərəm müalicə kartından MDR-Vərəm qeydiyyat jurnalına 
daxil edilən məlumatların elektron versiyası daha arzu olunandır, cünki bu məlumatın keyfiyətini yaxşılaşdırır və 
yoxlanmasını asanlaşdırır. 5– 7-ci Formalar kompüterləşdirilmiş qeydiyyat jurnalında asan yaradıla bilər.

Səhifə 158   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
MDR-Vərəmin yüksək 
səviyyədə olduğu yerlərdə 
elektron qeydiyyat və 
hesabat sistemləri xəstənin 
qeydiyyat və hesabatını 
asanlaşdırır.
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
 Qeyd yyat və hesabatreport ng
1.  MDR-Vərəmin idarəedilməsində istifadə olunan müalicə kartında başqa məlumatlarla birgə aşağıdakılar 
da daxildir (birini seçin):
a)  Əsas demoqrafik məlumat
b) MDR-Vərəm qeydiyyat nömrəsi
c)  Müalicə tarixçəsi
d) Hər hansı DHT-in tarixi və nəticələri
e)     Yuxarıda qeyd olunanlarının hamısı  
2.  Aşağıdakı məlumat MDR-Vərəm qeydiyyat jurnalında qeyd olunan məlumatlar arasındadır:
a)  Qeydiyat tarixi 
b) İkinci sıra dərmanlar artıq qəbul olunub: (Bəli və ya xeyir)
c)  Ailə vəziyyəti
d) Ailə üzvlərinin sayı
e)  Yaxma və kultura monitorinqinin nəticələri 
3. MDR-Vərəm diaqnozu qoyulan zaman, xəstənin şəxsi kartı müalicə kartı ilə bir vaxtda doldurulmalıdır və 
müalicə edən şəxs tərəfindən saxlanmalıdır. Düz və ya səhvdir?
1:  e
2:  a, b və e
3:  S
Cavablar
Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri

Bölmə 1  
MDR-VƏRƏMIN STRATEGİYALARI
  •   Səhifə 159
MDR-Vərəmlə təmas halları
Bölmə 13

Səhifə 160   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə məqsədlər
 
Bu bölməni bitirdikdən sonra siz:
•  Yüksək riskli təmas hallarını müəyyən edə biləcəksiniz
•  MDR-Vərəmli  xəstələrlə  böyüklərin  və  uşaqların  təmas  hallarının  idarəedə 
biləcəksiniz
•  MDR-Vərəmli xəstələrin HİV-müsbət təmas hallarını idarəedə biləcəksiniz
Bölmə 13
MDR-Vərəmlə təmas halları

Bölmə 13  
MDR-Vərəmlə təmas halları  
 •   Səhifə 161
2  G r ş
MDR-Vərəmin  cəmiyyətdə  yayılmasını  dayandırmaq  imkanı  və  vaxtında  müalicə  olunması  çox  zaman 
mümkün olmur, çünki MDR-Vərəmli xəstələrin təmas halları araşdırılmır.   
MDR-Vərəmli xəstələrin yaxın təmas halları  bir evdə yaşayan və ya gün ərzində eyni binada, otaqda uzun 
müddət ərzində xəstə ilə bir yerdə olan insanlar kimi müəyyən olunur. Məlumatın məhdud olmasına baxmayaraq, 
tədqiqatlar göstərir ki, MDR-Vərəmli xəstələrin yaxın təmas hallarında çox vaxt MDR-Vərəm var və bu səbəbdən 
uyğun idarəedilməlidirlər.  
3  MDR-Vərəmlə təmas r sk n n q ymətlənd r lməs  
Sual:
Aşağıdakılardan hansı digər xəstədən MDR-Vərəmə yoluxma üçün risk amili hesab edilə bilər?
a. İnfeksiya mənbəyinin yoluxuculuğu
b. Xəstənin MDR-Vərəmli xəstəsi ilə yaxın təması
c. Təmas halının müddəti
d. Təmas halının tezliyi
e. Nəzərdə tutulan xəstənin ictimai-iqtisadi vəziyyəti. 
Cavab:
Düzgün cavablar a, b, c və d-dir. 
Öskürən və yaxma-müsbət bəlğəmi olan MDR-Vərəmli xəstələrin əksəriyyəti öskürməyən və ya yaxma-
mənfi bəlğəmi olanlardan daha yoluxucudurlar. 
MDR-Vərəmli xəstə ilə birgə uzun müddət eyni havanı qəbul edən şəxslərin (məsələn, bir evdə yaşayan ailə 
üzvləri, xəstəxanada bir otaqda qalan yoldaşı,həbsxanalar) infeksiyaya yoluxma riski qısa müddət təmasda 
olan şəxslərdən daha yüksəkdir.  
MDR-Vərəmli təmas hallarının idarəedilməsində nəzərdə alınmalı amillərə aşağıdakılar daxildir:
•  MDR-Vərəmlə təmas nəticəsində yoluxma ehtimalı yeni yoluxma halı kimi hesab edilir
•  Kontagioz təmas halı vasitəsi ilə aktiv MDR-Vərəmin inkişaf etmə imkanı 
MDR-Vərəmli xəstə ilə təmasda və ehtimalla yeni yoluxma olan şəxslərdə 
M. tuberculosis-in MDR ştammın 
aktiv infeksiyasının olması ehtimalı qiymətləndirilməlidir. Nəzərə alınmalı amillərə daxildir:
•  MDR-Vərəmli infeksiya mənbəyinin yoluxuculuğu
•  Infeksiya ilə təmasda zaman və məkan amilləri
•  Dərmanlara həssas Vərəmli xəstələrin təsirinə məruz qalması ehtimalı.
3.1  İnfeks ya mənbəy n n kontag ozluğu
Öskürən və yaxma-müsbət bəlğəmi olan MDR-Vərəmli xəstələrin əksəriyyəti öskürməyən və ya yaxma-mənfi 
bəlğəmi olanlardan daha yoluxucudurlar.

Səhifə 162   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
3.2  MDR-Vərəmlə təmasda zaman və məkan am llər  
MDR-Vərəmli xəstə ilə birgə uzun müddət eyni havanı qəbul edən şəxslərin (məsələn, bir evdə yaşayan ailə üzvləri, 
xəstəxanada bir otaqda qalan yoldaşı) infeksiyaya yoluxma riski qısa müddət təmasda olan şəxslərdən daha yüksəkdir.  
Kiçik,  qapalı,  ventilasiya  sistemi  zəif  olan  məkanda  təmas  nəticəsində  infeksiyasının  ötürülmə  ehtimalı 
geniş, yaxşı ventilasiya sistemi olan məkandan daha çoxdur.     
Öskürək gətirən prosedurlar zamanı (məsələn, bəlğəmin induksiyası, bronxoskopiya) ötürmə daha çox arta bilər.
3.3  Təmas tar xçəs  
Dərmanlara  həssas  ştammlarla  infeksion  Vərəmli  xəstələr  də  daxil  olmaqla, 
M.  tuberculosis  –in  müxtəlif 
mənbələrinin təsirinə məruz qalan şəxslərin MDR-Vərəmə yoluxmaya ehtimalları daha azdır. 
M. tuberculosis infeksiyasını yaxın zamanlarda qazanmış şəxslərdə aktiv xəstəliyin inkişaf etmək imkanı 
nisbətən yüksəkdir:  immunokompetent şəxslərdə yoluxmadan sonra ilk iki il ərzində Vərəmin inkişaf etmək riski 
yuxarıdır və sonra bu risk nəzərə çarpacaq dərəcədə azalır. Ümumilikdə, yoluxmuş immunokompetent şəxslərin 
5 – 10 % -da ilk iki il ərzində aktiv xəstəlik inkişaf edir. 
MDR-Vərəmli xəstələrlə uşaqların təmas halları (xüsusən iki yaşından az olanlar) yuksək risk altındadırlar. 
MDR-Vərəmə  yoluxan  şəxsdə  aktiv  xəstəliyin  inkişaf  etmək  imkanını  artıran  ən  güclü  amil  HİV 
infeksiyasında olduğu kimi zəif immun sistemidir. Bu yadda saxlanmalıdır, lakin, zəif immun sisteminin digər 
çoxlu tibbi səbəbləri var: 
•  Malnutrisiya 
•  Anadangəlmə sindromlar 
•  Əsas hematoloji xəstəliklər 
•  Endokrin xəstəliklər 
•  Böyrək xəstəlikləri 
•  Şəkərli diabet 
Əlavə olaraq, immunosupressiv dərmanları (steroidlər, xərçəngə qarşı kimyaterapiya)  və ya şüalandırmanı 
qəbul edən xəstələr həmçinin yüksək risk altında ola bilərlər. 
Vərəmə görə araşdırma altında olan bütün təmas hallarına (xüsusilə HİV-in yayılması yüksək olan ölkələrdə/
subəhalidə) könüllü HİV-lə bağlı məsləhətləşmə və yoxlama və ya sağlamlığa qayğı məntəqəsində HİV-ə yoxlanma 
təklif olunmalıdır.
4  Vaks nas ya
Vaksinasiya  vasitəsilə  MDR-Vərəmin  qarşısını  almaq  imkanı  MDR-Vərəmin  qlobal  epidemiologiyasına 
dərin təsir edəcək; lakin, hal-hazırda olan 
M. tuberculosis-in zəifləşdirilmiş  ştammından alınmış və birinci dəfə 
1921-ci ildə istifadə olunmuş yalnız BCG adlanan bir vaksin var. Randomizələşmiş (təsadüfi) plasebo-nəzarətli  
və retrospektiv hallara-nəzarət və kohort tədqiqatları coğrafi rayonundan asılı olaraq vaksinin effektliliyində 0%-
dan 80 %-dək geniş dəyişməni göstərirlər.  
Hər bir ölkənin BCG vaksinasiyasına dair müxtəlif yanaşmaları var və  MDR-Vərəmli xəstələrin müalicəsi 
ilə məşğul olan həkimlər öz müvafiq Vərəmə nəzarət proqramlarının təlimatlarına riayət etməlidirlər. Böyüklərdə 
BCG vaksinasiyanı etmək məsləhətli deyil.  
Molekulyar genetikada irəliləyişlər 
M. tuberculosis –in genom ardıcılığının xarakteristikası və bədən fəaliyyəti 
ilə bağlı təxminən dörd min genlərin identifikasiyası ilə nəticələnib və bir çox  potensial Vərəm vaksinlərinin 
yaradılmasına imkan verir. Hal-hazırda üç növ vaksin üzrə araşdırılmalar aparılır, yəni:
•  Canlı, zəiflədilmiş vaksinlər (əsasən BCG-dən alınan)
•  Kombinə  olunmuş  vaksinlər  (mikobakterial  polipeptidlər,  lipid  və  karbohidrat  antigenlərin  əlavələr  ilə 
birləşməsi)
•  Müdafiyə antigenliyini yaradan təmiz DNT vaksinləri.

Bölmə 13  
MDR-Vərəmlə təmas halları  
 •   Səhifə 163
Lakin vaksinlərin təkmilləşdirilməsində 
əsas  maneə 
M.  tuberculosis-ə  qarşı 
müdafiənin əvəzedici markerları olan xüsusi 
T-hüceyrə  podqruplarının,  limfokinlərin, 
sitokinlərin  və  anticisimlərin  rolları 
barədə  qeyri-kafi  biliklərin  olmasıdır.  Hal-
hazırda,  immunitetin  gücünü  müəyyən 
edə  bilən  yeganə  sınaq  eksperimental 
heyvan  modellərində  virulent  antigenə 
qarşı  reaksiyanın  qiymətləndirilməsindən 
ibarətdir  və  heyvan  modellərindən  alınan 
vaksinin  insanlar  üzərində  effekt  dərəcəsi 
aydın deyil. 
Sual
Aşağıdakı tədbirlərin hansıları MDR-Vərəmli xəstələrin asimptomatik təmas hallarının idarəedilməsində 
faydalı ola bilər?
a. Preventiv tədbir kimi ikinci sıra dərmanlardan istifadə
b. Pirazinamid və yüksək dozada etambutol; pirazinamid və florxinolonlar
c. ‘Diqqətli gözləmə’ yanaşmanın qəbulu  
d. İzoniazidlə preventiv terapiya 
Cavab
•  ÜST MDR-Vərəm təmas hallarında preventiv müalicə məqsədi ilə ikinci sıra dərmanların hərtərəfli 
istifadəsini məsləhət görmür. 
•  Pirazinamid və yüksək dozada etambutol; pirazinamid və florxinolonların toksikliyinin 
(asimptomatik hepatit, artralgiya, əzələoynaq, qastrointestinal, dermatoloji və mərkəzi sinir sistemin 
əlavə təsirləri) yüksək səviyyədə olması qeyd olunub və buna görə asimptomatik təmas hallarda təyin 
olunmur.  
•  Yaxma-mənfi MDR-Vərəmli xəstələrin asimptomatik təmas halları dərmanlara həssas Vərəmli 
xəstələrə dair standart məsləhətlərə əsasən idarə edliməlidir. (ÜST-ün Vərəmə qarşı Preventiv 
Terapiya üzrə Təlimatlarını əldə etmək üçün Websayt).
5  MDR-Vərəml  xəstələr n as mptomat k təmas hallarının  darəed lməs
ÜST  MDR-Vərəm  təmas  hallarında  preventiv  müalicə  məqsədi  ilə  ikinci  sıra  dərmanların  hərtərəfli 
istifadəsini məsləhət görmür.
 Bu günə kimi, latent MDR-Vərəm infeksiyasına qarşı müalicənin effektivliyinin 
təyin edilməsi üçün heç bir nəzarətli kliniki tədqiqatlar aparılmayıb. Eksperimental rejimlərlə (pirazinamid və 
yüksək dozada etambutol; pirazinamid və florxinolonlar) aparılan kiçik tədqiqatlarda yüksək dərəcədə toksiklik 
(asimptomatik  hepatit,  artralgiya,  əzələoynaq,  qastrointestinal,  dermatoloji  və  mərkəzi  sinir  sisteminin  əlavə 
Intradermal BCG vaksinasiya
HELP Design Group

Səhifə 164   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
təsirləri) qeyd olunub. Bu səbəbdən  xüsusilə bir çox müxtəlif vərəm çöplərinin ştammlarının (çox vaxt əksəriyyəti 
dərmanlara  həssas  olanlar)  dövr  edən  MDR-Vərəmin  yüksək  səviyyədə  olduğu  yerlərdə  ‘diqqətli  gözləmə’ 
yanaşması daha uyğundur. Təmasda olan şəxslərin dərmanlara həssas ştammlara yoluxma ehtimalını nəzərə alaraq, 
MDR-Vərəmli xəstələrin asimptomatik təmaslarının dərmanlara həssas vərəm xəstələri ilə təmas hallarında olduğu 
kimi eyni şəkildə idarə olunması qəbul olunan təcrübədir, məsələn, izoniazidlə preventiv müalicə.
Yaxma-mənfi  MDR-Vərəmli  xəstələrin  asimptomatik  təmasları  dərmanlara  həssas  Vərəm  xəstələrinə 
dair standart məsləhətlərə əsasən idarə edliməlidir. (ÜST-ün 
Resurslar məhdud olan sahələrdə sağlamlığa qayğı 
göstərən müəssisələrdə vərəmin prevensiyası üzrə Təlimatlara olan bir əlavə - HİV xəstələrinə qayğı və müalicənin 
genişləndirilmə erasında Vərəm infeksiyasına nəzarət -i əldə etmək üçün Websayt). 
Yaxma-müsbət MDR-Vərəm hallarının asimptomatik təmasları sürətlə müəyyən edilib, yoxlanmalıdır. Beş 
yaşında və ondan da az yaşı olan uşaqların sağlamlıq vəziyyətindən və tuberkulin sınağına cavabdan asılı olmadan 
isoniazidlə preventiv terapiya müzakirə edilməlidir. 
Beş  yaşından  böyük  uşaqlarda  və  böyüklərdə  təmas  hallarda,  güclü  reaktiv  tuberkulin  testi  infeksiyanı 
göstərir, lakin bu xəstəlik demək deyil. Bu şəxslərdə preventiv (dərmanlara həssas) müalicənin başlanması barədə 
qərar kliniki tarixçədən, yoxlamadan və müayinədən asılıdır.   
MDR-Vərəm  xəstələri  ilə  təmasda  olan  şəxslər  mümkün  Vərəmin  ilk  əlamətləri  barədə  xəbər 
verməlidirlər  və  diqqətlə  riskin  qiymətləndirilməsi  prosesi  aparılmalıdır.  Bəlğəm  nümunəsi  yaxma,  kultura 
və  DHT-nə  göndərilməlidir.  Döş  qəfəsinin  rentgeni  də  olunmalıdır.  Təxmini  şəkildə  MDR-Vərəm  müalicəsi 
aparılmamalıdır.    
HİV-müsbət təmaslar hər ay ən azı üç ay ərzində nəzarət altında olmalıdır və əlamətlərin aydın şəkildə aşkar 
edildiyi zamanı məlumat verilməlidir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin