b. Xəstə ilə qeyri-konfrontasiyalı danışıqlar DOT nəzarətçisinin yanında aparılmalıdır.
c. DOT nəzarətçisi ilə konfrontasiyalı danışıqlar aparılmalıdır.
d. DOT nəzarətçisini başqa bir xəstənin nəzarətçisi kimi təyin etmək lazımdır və sözügedən xəstə yeni
DOT nəzarətçiyə verilməlidir
e. Bakterioloji məlumatlar gözdən keçirilməlidir, xüsusilə müsbət yaxmalar üçün.
Cavab:
Düzgün cavab yalnız bir cavab a- və e-dir.
• Səmimi müzakirələri təmin etmək üçün xəstə ilə danışıqda DOT nəzarətçısı iştrak etməməlidir…
• Nəzarətçi ilə danışıqlar konfrontasiyalı yox, lakin həssas və diplomatik olmalıdır.
• Əgər xəstə tərəfindən manipulyasiya faktı aşkar olunmayıbsa, onda DOT nəzarətçilərini dəyişdirmək
ehtiyacı yoxdur.
• Müalicə kartı və bakterioloji məlumatlar gözdən keçirilməlidir. Müsbət yaxmalardan mənfi kulturaların
alınması yaşamağa qabil olmayan bakteriyaları əks etdirə bilər, bu səbəbdən belə hal müalicə
uğursuzluğunu göstərmir.
Bölmə 9
Xüsusi situasiyalar
• Səhifə 123
Uğursuz MDR-Vərəm müalicəsinə şübhəli xəstələr üçün aşağıdakı addımlar atılmalıdır:
• Xəstənin riayətinin təsdiqi üçün müalicə kartını gözdən keçirmək lazımdır. Tibb işçisi xəstə tərəfindən
bütün dərmanların qəbul olunub-olunmağını araşdırmalıdır. Xəstə ilə danışıqlar DOT nəzarətçisinin
yanında aparılmamalıdır.
• DOT nəzarətçisi ilə qeyri-konfrontasiyalı danışıqlar xəstənin yanında aparılmamalıdır
. Xəstə
tərəfindən DOT nəzarətçinin mümkün olan manipulyasiyasının aradan qaldırması üçün suallar
verilməlidir. Əgər buna şübhə varsa, DOT nəzarətçisini başqa bir xəstənin nəzarətçisi kimi təyin etmək
lazımdır və sözügedən xəstə yeni DOT nəzarətçiyə verilməlidir.
• Tibb anamnezi, təmaslar və bütün mümkün olan DHT hesabatlarla əlaqəli müalicə rejimi gözdən
keçirilməlidir
. Əgər rejim qeyri-müvafiq hesab edilirsə, onda yeni rejim təyin olunmalıdır.
• Bakterioloji məlumatlar gözdən keçirilməlidir
. Çox vaxt yaxma və kultura nəticələri xəstənin müalicəyə
cavab verməməsi barədə güclü sübutlar verir. Digər müsbət kliniki cavabların arasında yeganə müsbət
kulturanın olması, xüsusən də əgər bundan sonrakı kulturalar mənfidirlərsə və ya koloniyaların sayları
azalırsa müalicənin mütləq uğusuzluğu demək deyil. Müsbət yaxmalardan mənfi kulturaların alınması
yaşamağa qabil olmayan bakteriyaları əks etdirə bilər, bu səbəbdən belə hal müalicə uğursuzluğunu
göstərmir. Xəstədə kliniki və radioqrafik ağırlaşma ilə yanaşı təkrar mənfi yaxma və kultura nəticələri
MDR-Vərəmdən başqa bir xəstəliyin də mövcudluğunu göstərə bilər.
• Dərmanların sorulmasını (absorbsiyasını) azalda bilən (xroniki ishal kimi) və ya immunosupressiya ilə
nəticələnə bilən (HİV kimi) digər xəstəliklər istisna edilməlidir.
13.2 Aşkar uğursuz MDR-Vərəm müal cəs olan xəstələr
MDR-Vərəmin uğursuz olmasının müəyyən edilməsində yeganə bir göstəricisi yoxdur
; lakin çox vaxt
xəstənin vəziyyəti yaxşılığa doğru dəyişməyəndə müalicənin uğursuz olması aydın olur. Uğursuzluğu əks etdirən
əlamətlərə aşağıdakılar daxildir:
• Müalicənin onuncu ayında daimi müsbət yaxmaların və ya kulturaların olması;
• Cərrahi seçim olmadan genişlənmiş və bilateral ağ ciyər xəstəliyi;
• Köməkçi dərman vasitələrini əlavə etmək imkanı olmadan, yüksək səviyyəli rezistentlik;
• Adətən bədən çəkisinin azalması və tənəffüs çatışmazlığı ilə müşahidə olunan ağırlaşan kliniki vəziyyət.
Müalicə rejiminin uğursuzluğunu elan etmək üçün bütün bu əlamətlərin olmasına ehtiyac yoxdur; bununla
belə, onlar hamısı mövcud olanda sağalmaq inanılmazdır. Əlbəttə, 11-ci Bölmədə verilən nəticələrlə bağlı müalicə
uğursuzluğunun epidemioloji tərifi müalicənin uğursuzluğa düçar olması zamanı xəstəyə təyin edilən müalicənin
təxirə salınma prosesindən fərqlidir. Epidemioloji tərif müalicə kohort analizlərində xəstə üçün aydınlaşdırılan bir
nəticədir; bütün digər seçimlər araşdırıldıqdan sonra müalicəni dayandırmaq barədə kliniki qərar verilir və xəstənin
sağalması mümkünsüz kimi qeyd edilir
13.3 Müvəqqət olaraq dayandırılmış terap ya
Sual:
MDR-Vərəmli xəstənin müalicəsinin müvəqqəti olaraq dayandırılması barədə aşağıdakı fikirlərin hansıları
düzgündür?
a. Müalicənin yalnız bütün digər seçimlərini yoxlayandan sonra terapiyanı müvəqqəti dayandırmaq
barəsində fikirləşmək olar.
b. Əgər əlavə dərman vasitələrinə (və ya müvafiq hallarda cərrahiyə əməliyyatına) heç bir imkan yoxdursa,
onda MDR-Vərəm müalicəsi uğursuz hesab edilməlidir və müalicəni müvəqqəti dayandırmaq
məsləhətdir.
c. MDR-Vərəm müalicəsində istifadə olunan dərmanların çox böyük əlavə təsirləri olanda, müalicə
dayandırılmalıdır.
Səhifə 124 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
d. Uğursuz müalicənin davam etdirilməsi xəstədə bakteriya ştammının rezistentliyini gücləndirib, bütün
müvafiq vərəm əleyhinə dərmanlara qarşı rezistentliyi ilə nəticələnə bilər.
e. Xəstə müalicənin dayandırılmasının səbəblərini anladıqdan və qəbul etdikdən və təklif edilən
dəstəkverici qulluğu qəbul etməzdən əvvəl müalicəni müvəqqəti dayandırmaq məsləhət deyil.
Cavab:
Düzgün cavablar a, b və e –dir.
• Əgər xəstənin vəziyyəti yaxşılaşmırsa və dərmanların əlavə təsirlərinə dözmək mümkün deyil, onda müalicə
dayandırılmalıdır.
• “Super” rezistent ştammların yaranması real bir təhlükə deməkdir və digər xəstələrə ötürülə bilər.
Müalicənin yalnız bütün digər seçimlərini yoxlayandan sonra
terapiyanı müvəqqəti olaraq dayandırmaq
barəsində fikirləşmək olar. Uğursuz MDR-Vərəm müalicəsi olan xəstədə müalicənin dayandırılması həssas bir
situasiyadır və ailə üzvləri və qayğı göstərənlər üçün ağırdır, lakin bu xəstə üçün xüsusilə ağırdır, çünki o çox vaxt
müalicəyə yeganə bir ümüd kimi baxır. Xəstəyə və onun ailəsinə güclü dəstək və qayğı göstərilməlidir.
Əgər tibb personalı bütün dərmanların qəbul olunmasından əmindir və əlavə dərman vasitələrinə (və ya
müvafiq hallarda cərrahiyə əməliyyatına) heç bir imkan yoxdursa, onda MDR-Vərəm müalicəsi uğursuz hesab
edilməlidir və müalicəni dayandırmaq məsləhətdir.
Müalicəni dayandırmaq
və ya onu palliativ (əvəzedici) terapiyaya dəyişdirmək üçün iki vacib səbəb var:
• Xəstənin həyat keyfiyyəti
– MDR-Vərəm müalicəsində istifadə olunan dərmanların çox böyük əlavə
təsirləri var və müalicə uğursuz olarkən onların qəbulunu davam etmək əlavə əzablara səbəb ola bilər;
• Uğursuz müalicənin davam etdirilməsi xəstədə bakteriya ştammının rezistentliyini gücləndirib, bütün
müvafiq vərəm əleyhinə dərmanlara qarşı rezistentliyi ilə nəticələnə bilər. Bu ‘super-rezistent ştamm’
başqalarına ötürülə bilər.
Müalicənin dayandırılması xəstənin müalicəsinə daxil olan bütün həkimlər, tibb bacıları və DOT işçiləri
arasında müzakirələrdən başlanmalıdır. Əgər kliniki komanda müalicənin dayandırılması barədə qərar veribsə,
xəstəyə və onun ailəsinə yanaşma üçün dəqiq plan müəyyən edilməlidir. Adətən bu prosess bir sıra görüşlərdən
ibarətdir və bir neçə həftədən sonra baş verir. Prosess zamanı evə ziyarətlər xəstə və onun ailə üzvləri ilə tanış ətraf
mühitdə danışmaq üçün ən yaxşı imkan verir. Xəstə müalicənin dayandırılmasının səbəblərini anladıqdan və qəbul
etdikdən və təklif edilən dəstəkverici qulluğu qəbul etməzdən əvvəl müalicəni müvəqqəti olaraq dayandırmaq
məsləhət deyil.
13.4 Pall at v/əvəzed c terap ya
Sual:
MDR-Vərəm müalicəsi müvəqqəti dayandırılan zaman xəstəyə hansı palliativ/əvəzedici tədbirlər təklif
oluna bilməsi barədə aşağıdakı fikirlərin hansıları düzgündür?
a. Parasetamol və ya kodeinlə parasetamol orta dərəcəli ağrılarda yardımçı olur.
b. Hətta ağır ağrılar zamanı morfin təyin olunmur.
c. Tənqinəfəsliyi yüngülləşdirmək üçün tənəffüs çatışmazlığında oksigen istifadə edilə bilər.
d. MDR-Vərəm terapiyasının dayandırılmasından sonra, müalicə həkimi və dəstək komandası mütəmadi
şəkildə xəstə ziyarətlərini davam etdirilməsi dayandırıla bilər.
e. Ağız boşluğunun sağlamlığı, yataq yaralarının qarşısının alınması, vanna qəbul etmək və əzələ
kontrakturaların prevensiyası bütün xəstələrə aiddir.
Bölmə 9
Xüsusi situasiyalar
• Səhifə 125
Cavab:
Düzgün cavablar a, c və e-dir.
• Əgər uyğundursa, morfin və digər oxşar analgetiklərdən istifadə nəzərə alınmalıdır.
• Müalicə həkimi və dəstək komandası mütəmadi şəkildə xəstə ziyarətlərini davam etdirilməlidirlər.
MDR-Vərəm terapyası dayandırılandan sonra bir sıra palliativ tədbirlər həyata keçirilə bilər. Əvəzedici
tədbirlər daha ətraflı bu ünvanda təsvir olunub (
ÜST Palliativ qayğı üzrə təlimatlar bukleti: əlamətlərin idarəedilməsi
və həyati dəstək tədbirləri, böyüklərin və yeniyetmələrin xəstəlikləri üzrə inteqrasiya edilmiş İdarəçiliyinin bir hissəsi:
birinci səviyyədə olan avadanlıqlarla işləyən işçilər üçün dörd cildən ibarət olan ilkin təlimatlar) və Cədvəl 4-də
yekunlaşdırılıb.
Cədvəl 4. Həyati dəstək tədbirləri
• Ağrıya nəzarət
. Parasetamol və ya kodeinlə parasetamol orta dərəcəli ağrılarda yardımçı olur. Kodein
öskürəyin nəzarətində də təsirlidir. Əgər mümkündürsə, müvafiq hallarda güclü analgetiklərdən (morfin
daxil olaraq) istifadə etmək lazımdır.
• Tənəffüs çatışmazlığında yardım
. Tənqinəfəsliyi yüngülləşdirmək üçün oksigendən istifadə etmək olar.
Morfin də tənəffüs çatışmazlığında təsirli ola bilər və lazım gələrsə təklif olunmalıdır.
• Əlavə qidalanma
. Çox vaxt az miqdarda və tez-tez verilən yeməklər ağır xəstə üçün ən yaxşı seçimdir.
Yeməyin qəbulu xəstə ağırlaşdıqca və həyati dəstək tədbirlər zamanı azalacaq. Əlavə qidalanmaya təsir edən
bütün ürəkbulanma və qusma və ya hər hansı bir başqa hallar müalicə edilməlidir.
• Mütəmadi tibbi ziyarətlər
. MDR-Vərəm terapiyasının dayandırılmasından sonra, müalicə həkimi və
dəstək komandası mütəmadi şəkildə xəstə ziyarətlərini davam etdirilməlidirlər. Depressiya və həyəcan
müşahidə olunurlarsa, onları aradan qaldırmaq lazımdır.
• Köməkçi dərmanların qəbulunun davamı
. Bütün lazım olan köməkçi dərmanların qəbulu lazım olduqca
davam etdirilməlidir.
• Xəstəxanaya yerləşdirmək, xəstəxana qulluğu və ya evdə tibb bacısının qulluğu
. Ailə üzvlərindən birinin
evdə can verməsini izləmək çox çətin bir haldır. Xəstəni evdə saxlamaq niyyətində olan ailələrə xəstəxana
qulluğu təklif edilməlidir və ev qulluğu imkanına malik olmayan xəstələr üçün stasionar həyati dəstək
tədbirlər mövcud olmalıdır.
• Preventiv tədbirlər
. Ağız boşluğunun sağlamlığı, yataq yaralarının qarşısının alınması, vanna qəbul etmək
və əzələ kontrakturaların prevensiyası bütün xəstələrə aiddir. Yataq xəstələrinin mütəmadi qaydada hərəkət
etmələri çox vacibdir.
• İnfeksiyaya nəzarət tədbirləri
. MDR-Vərəm müalicəsini uğursuz olmasına görə qəbul etməyən xəstə çox
vaxt üzun zaman yoluxucu qalır. İnfeksiyaya nəzarət tədbirləri davam etdirilməlidir. (14-cu Bölməyə bax).
Ümumdünya Səhiyyə Təşkilatı.
Palliativ Qayğı: Əlamətlərin İdarəedilməsi və Həyati dəstək tədbirləri. (WHO/CDS/IMA/2004.4.) Cenevrə, İsveçrə. Ümumdünya
Səhiyyə Təşkilatı, 2004.
Səhifə 126 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
Xüsus s tuas yalar
1. Uşaqlarda MDR-Vərəm:
a) Müalicə oluna bilməzlər, çünki ikinci sıra dərmanlar əks göstərişdir
b) Müəyyən istisnalarla, MDR-Vərəmli böyüklər kimi müalicə oluna bilər
c) MDR-Vərəmli böyüklər kimi eyni qaydada müalicə oluna bilər
d) Yalnız kimyaprofilaktika vasitəsi ilə qarşısı alına bilər
e) Müxtəlif ikinci sıra dərmanlarla müalicə oluna bilər
2. Xroniki qara ciyər xəstəliyi olan xəstə hansı dərmanı qəbul etməməlidir:
a) Ofloksasin
b) Etionamid
c) Pirazinamid
d) Kanamisin
e) Etambutol
3. Düz/Səhv:
a) MDR-Vərəm müalicəsi hamiləlikdə əks göstərişdir
b) MDR-Vərəm müalicəsi uşaqlarda əks göstərişdir
c) MDR-Vərəm laktasya zamanı əks göstərişdir
d) Şəkərli diabet MDR-Vərəm müalicəsi üçün əks göstərişdir
e) Böyrək çatışmazlığı MDR-Vərəm müalicəsi üçün əks göstərişdir
4. Hamiləlikdə əks göstəriş olunan MDR-Vərəm dərman vasitələri:
a) Florxinolonlar
b) Aminoqlikozidlər
c) Birinci sıra Vərəm əleyhinə dərmanlar
d) Tioamidlər
e) Yuxardakıların heç biri
5. Böyrək çatışmazlığında təyininatlarını deyişdirmək lazım olan dərmanlar:
a) Ofloksasin
b) Sikloserin
c) Etambutol
d) Kanamisin
e) Yuxardakıların hamısı
1: b
2: c
3: S,S,S,S,S
4: b
5: e
Cavablar
Bölmə 10
MDR-Vərəm və HİV
• Səhifə 127
MDR-Vərəm və HİV
Bölmə 10
Səhifə 128 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə məqsədlər
Bu bölməni bitirdikdən sonra siz:
• MDR-Vərəmlə yanaşı olan HİV üçün diaqnostik və kliniki təlimatlar barədə
məlumat əldə etmiş olacaqsınız
• İkitərəfli müalicəsinin əlavə toksikliyini və dərmanların qarşılıqlı təsirlərini
anlayacaqsınız
• MDR-Vərəm xəstələrinə müvafiq antiretroviral rejimləri təyin edə biləcəksiniz
• Xəstəyə müvafiq nəzarət edə biləcəksiniz
• Uyğun əlavə müalicəni xəstəyə təyin edə biləcəksiniz
Bölmə 10
MDR-Vərəm və HİV
Bölmə 10
MDR-Vərəm və HİV
• Səhifə 129
2 G r ş
HİV ko-infeksiyası MDR-Vərəmin prevensiyası, diaqnostikası və müalicəsində rast gəlinən əsas çətinlikdir.
HİV, MDR-Vərəm və MDR\HİV ko-infeksiyanın yerli epidemioloji yayılması HİV və MDR-Vərəm müalicəsi
üzrə strategiyaların aparılmasında vacibdir. HİV-lə bağlı məsləhətləşmə və yoxlama Vərəmli (MDR-Vərəm daxil
olmaqla) xəstələr üçün standart sağlamlığa qayğı kimi indi düşünülür və həmçinin MDR-Vərəm proqramlarına
HİV-müsbət Vərəmli xəstələrdə MDR-Vərəmə nəzarətin aparılması tövsiyə edilirs.
3 HİV-lə əlaqədar MDR-Vərəm n kl n k təsv r
HİV ilə yoluxmuş xəstədə dərmana həssaslı Vərəm əlamətləri MDR-Vərəm əlamətləri ilə eynidir.
HİV ilə yanaşı olan MDR-Vərəmin (dərmana həssaslı Vərəm kimi) kliniki təsvirinə əsas immun çatışmazlığın
dərəcəsi təsir edir. HİV xəstəliyin başlanğıc mərhələlərində MDR-Vərəm patologiyası HİV infeksiyası olmayan
MDR-Vərəmli xəstələrin patologiyasına oxşardır, yəni pulmonar (ağ ciyər) MDR-Vərəm və bəlğəm yaxmanın
müsbət olmasına tez - tez rast gəlmək olur. İmmunçatışmazlığı inkişaf etdikcə, ekstra-pulmonar (ağ ciyərdən
kənar) MDR-Vərəmin üzə çıxması daha geniş halda olur. Bundan başqa kliniki xüsusiyyətlərə yanaşı infeksiyaların
(septisemiya, müxtəlif respirator mikroorqanizmlər, mədə-bağırsaq (digestiv) infeksiyalar və s.) mövcudluğu da
təsir edə bilər.
4 HİV lə əlaqədar MDR-Vərəm n d aqnost kası
Sual:
HİV ilə əlaqədar MDR-Vərəmin diaqnostik göstərişləri hansılardır?
Cavab:
HİV-müsbət olan şəxslərdə MDR-Vərəmin diaqnostikası daha çətindir və digər pulmonar və ya sistematik
infeksiyalarla səhv salmaq olar. Nəticə etibarı ilə, bu ağ ciyərdən kənar vərəm hallarına gətirib çıxara bilər.
Bu, yüksək xəstəlik və ölüm dərəcəsinə gətirib çıxaran səhv və ya gecikmiş diaqnozun nəticəsində ola bilər.
Kulturadan istifadə HİV xəstələrində Vərəmin diaqnostikasını yaxşılaşdırır və standart sağlamlığa
Qana. Vərəmə qarşı
mübarizə aparan
işçilərinin müntəzəm
görüşlərindən biri.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Səhifə 130 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
qayğı kimi məsləhət görülür. HİV müsbət xəstələrdə MDR-Vərəm probleminin epidemioloji
məlumatları qeyd olunan sahələrdə Vərəm əlamətləri olan bütün HİV xəstələri MDR-Vərəmə dair
yoxlanmalıdırlar
. Əgər mümkündürsə, hətta qısamüddətli qeyri-müvafiq müalicə qəbul edən HİV-li
xəstələr üçün, yüksək ölüm riski altında olduqlarına görə, MDR-Vərəmə dair sürətli diaqnostik üsullar
tətbiq edilməlidir.
HİV xəstələrdə MDR-Vərəm diaqnostikası üçün protokollar, HİV mənfi olanlardakı kimi, eyni
prinsiplərə əsaslanırlar. Bəlğəm müayinəsi (kultura və DHT), hətta ekstra-pulmonar MDR-Vərəm
şübhəsi olsa da, həmişə aparılmalıdır. HİV ilə əlaqəli ekstra-pulmonar MDR-Vərəmin ümumi olan
yerləri plevra, limfa düyünləri və perikardır. Qanın vərəm çöplərinə görə kultural müayinəsi bəzən
müsbət nəticələr verir.
5 MDR-Vərəm n müal cəs
HİV müsbət və mənfi olan xəstələr üçün MDR-Vərəmin müalicəsi eynidir, yalnız HİV müsbət xəstələrdə
tioasetazon istifadə olunmamalıdır
. Lakin, HİV müsbət xəstələrdə MDR-Vərəmin müalicəsi daha çətindir və
əlavə təsirlərə daha cox rast gəlinir. Müalicə zamanı ölümlər qismən MDR-Vərəmə və qismən HİV ilə əlaqəli
xəstəliklərə görə, hər iki infeksiya olan xəstələrdə daha tez rast gəlir, əsasən də immunçatışmazlığının yüksək
mərhələsində.
MDR-Vərəm diaqnozu qoyulan antiretroviral müalicəni artıq qəbul edən xəstələrdə (aşağı mətnə bax)
dərhal uyğun MDR-Vərəm müalicəsinə başlanmalıdır.
6 Ant retrov ral müal cə
Müasir bilik MDR-Vərəm və HİV ko-infeksiyalı
xəstələrin müalicəsi ilə əlaqədar bütün məsələlərə cavab
verəcək səviyyəyə gəlib çatmamışdır. Əsas suallara
aşağdakılar daxildir:
• MDR-Vərəm
xəstələrdə
antiretroviral
müalicəsinin (ART) başlanmasının seçimi;
• Dərmanların qarşılıqlı təsirləri;
• Toksikliyin üst-üstə düşməsi;
• Mürəkkəb müalicə rejimlərinə riayət etmək;
• Ko-infeksiyalı xəstələrin kliniki cəhətdən
idarəedilməsi.
MDR-Vərəmli xəstələrdə ART-in başlanması
üçün müvafiq vaxt məlum deyil və risk və üstünlüklərin
dəqiq hesablanmasına əsaslanır.
Yeni antiretroviral dərmanların sürətli inkişafı
həkimlərdən xəstələrin idarəedilməsınə dair təlimatların
davamlı şəkildə yenilənməsini tələb edir. ART-a aid
məlumatlar daimi yeniləşdiyinə görə, həkimlərin
dünyada və ölkə daxilindəki vəziyyət və müalicəyə dair
təlimatlar haqqında daim məlumatlı olmaları lazımdır.
Qana. Xəstəxanada
yatan Vərəm xəstəsi.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Bölmə 10
MDR-Vərəm və HİV
• Səhifə 131
6.1 Ant retrov ral müal cən n məqsədlər
Antiretroviral müalicənin əsas məqsədi HİV-ə əlaqəli xəstəlik və ölüm dərəcəsini azaltmaqdır:
• Xəstə HİV - lə əlaqədar xəstəliklərə daha az tutulmalıdır;
• CD4 sayı xəstədə artmalıdır və əvvəlki əsas saydan yuxarı rəqəmlərdə saxlanmalıdır;
• Xəstədə virusun sayı aşkar olunmayan səviyyəyə gətirilib (< 400 virus/ml) və ART zamanı bu səviyyədə
saxlanmalıdır.
6.2 MDR-Vərəml boyüklərdə ART-n n başlanmasının seç m
Sual:
MDR-Vərəmli böyüklərdə ART nə zaman təyin olunmalıdır?
Cavab:
Beynəlxalq təlimatlara əsasən dərmanlara həssas Vərəmli xəstələrdə ART –ın başlanmasında xəstəliyin
mərhələsi və CD4 sayına istinad edilir (
Websəhifənin ünvanı: ÜST tərəfindən Vərəm/HİV üzrə Kliniki
Təlimatla daha ətraflı tanış olmaq üçün TB/HIV: A clinical manual –la müraciət edə bilərsiniz); MDR-
Vərəmli xəstələrdə ART-ın başlanması üçün optimal vaxt təyin olunmamışdır, lakin hər iki müalicənin
paralel başlanması da məsləhət görülmür.
ART-nı erkən başlanması üçün səbəblər
• HİV/AİDS ilə əlaqədar yüksək xəstəlik və ölüm dərəcəsinin azalmasına duyulan ehtiyac.
• HİV və MDR-Vərəm ko-infeksiyalı xəstələrdə ART tətbiqinin məqsədi xəstənin ömrünü uzatmaq və
AİDS xəstəliyinin yaranma ehtimalını azaltmaqdır.
ART-ın başlanmanın ləngiməsinin səbəbləri
• ART və MDR-Vərəm dərmanlarının əlavə təsirlərin üst-üstə düşməsi;
• Dərmanların mürəkkəb qarşılıqlı təsirləri;
• İmmunoloji yenidənqurma sindromunun baş verməsi;
• Çoxlu sayda dərmanların qəbulu ilə bağlı çətinliklər.
HİV-ko-infeksiyası olan xəstələrdə ART-ın başlanması hər iki MDR-Vərəm və/və ya HİV terapiyasının
dayandırılmasına gətirə bilən əlavə təsirlərlə bağlıdır. ART-ın ləngidilərək başlanması həkimlərə yanaşı
gedən xəstəliyinin olması ehtimalına laqeydlik göstərmədən, dərmanların əlavə təsirlərinin potensial
səbəbini müəyyən etməyə kömək edir.
Dərmanlara həssas olan Vərəmli xəstələrdə ART –ya başlanmasını nəzərə alaraq ÜST tərəfindən xəstəliyin
mərhələsi və CD4 sayına aşağıdakı kimi istinad edilir:
•
ÜST üzrə Kliniki Mərhələ 4, D4 sayından asılı olmadan
•
ÜST üzrə Mərhələ 3 və CD4 < 350/mm
3
•
ÜST üzrə Mərhələ 1 və ya 2 və CD4 < 200/mm
3
Belə bir razılalığa gəlinib ki, ko-infeksiya hallarında birinci MDR-Vərəm müalicəsinə başlamaq lazımdır
və ART-ın başlanması isə xəstənin kliniki vəziyyətindən və CD4 səviyyəsindən asılı olmalıdır. (aşağıdakı
Cədvəl 1-ə bax).
HİV –un yüksək olan ölkələrdə CD4 sayı aşağı olan (MDR-Vərəm müalicəsinin tolerantlığını göstərən)
xəstələrdə MDR-Vərəm müalicəsinin birinci aylarında çox vaxt ART-ın başlanması məsləhət görülür və
nisbətən CD4 sayı yüksək olan MDR-Vərəmli xəstələrdə MDR-Vərəm rejiminə qarşı tolerantlıq və kliniki
sabitlik olana kimi ART ləngidilir.
Səhifə 132 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
ART-ın başlanması və nəzarəti həm MDR-Vərəm, həm HİV barədə məlumatlı olan səhiyyə
mütəxəssisi ilə birgə aparılmalıdır
.
Hansı vəziyyətin birinci biruzə olunmasından asılı olaraq MDR-Vərəm və ART-a əlaqədər iki ssenari ola
bilər:
• ART-nı qəbul edərkən xəstədə MDR-Vərəm inkişaf edir
MDR-Vərəm müalicəsi müddətində antiretroviral terapiyası davam edilməlidir və hepatotoksikliyin
artması təhlükəsi olmasına görə mümkün olanda nevirapin qəbul edən xəstələrdə onu efavirenzə
dəyişmək. Əgər bu mümkün deyilsə (məsələn, efavirenzə tolerantlığın olmaması və ya hamilə qalmaq
riski), nevirapin seçilmiş hallarda ALT-a aylıq nəzarət ilə davam edilə bilər. Bundan əlavə, stavudin
(D4T) və sikloserin/terizidon preparatların yanaşı istifadəsi toksik təsirlərinin üst-üstə düşməsi ilə
neyropatiya riskinin artmasına səbəb verir. Baxmayaraq ki, onların birqə istifadəsi əks göstəriş deyil,
həkimlərin əksəriyyəti çalışır ki, eyni vaxtda bu dərmanları təyin etməsin. Zidovudin (AZT) çox vaxt
D4T –dü əvəz etmək üçün istifadə olunur.
Bu halları HİV mütəxəssisi ilə müzakirə edin.
ART-ni başlamazdan əvvəl xəstədə MDR-Vərəmin olması
İmmunoloji yenidənqurma iltihab sindromunun (İRİS – daha ətraflı müzakirə aşağıda verilib) qarşısını
almaq üçün ART-ni başlamazdan əvvəl MDR-Vərəm müalicəsinin başlanması tövsiyyə edilir. MDR-
Dostları ilə paylaş: |