flüoksetin, sertralin), lakin xəstəlik tarixində
konvulsiyalar olanda ehtiyatla istifadə edin.
4. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
dozasını azaldın.
5. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
qəbulunu dayandırın.
1. İctimai-iqtisadi vəziyyət depressiyaya
gətirən bir amil kimi lazimi səviyyədə
qiymətləndirilməlidir.
2. Depressiya və depressiv əlamətlər
müalicə zamanı dəyişkən ola bilər.
3. Xəstəlik tarixində əvvəldən dep-
ressiyanın olması burada qeyd olunan
dərmanların istifadəsinə əks-göstəriş
deyil, lakin MDR-Vərəm müalicəsi
müddətində depressiya əlamətlərinin
yaranması ehtimalını artıra bilər.
Ürəkbulanma
və qusma
Eto/Pto,
PAS,
H, E, Z
1. Dihidratasiyanı qiymətləndirin; göstəriş
varsa rehidratasiya edin.
2. Anti-emitik terapiyanı başlayın.
3. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
dozasını azaldın.
4. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
qəbulunu dayandırın.
1. Ürəkbulanma və qusmaya
müalicənin erkən həftələrində rast
gəlinir və adətən əlavə terapiya vasitəsilə
zəifləyir.
2. Elektrolitlər nəzarət altında olmalı-
dır və əgər qusma halları kəskinləşərsə
artırılmalıdırlar.
3. Şübhəli dərman vasitənin qəbulunu
dayandıran kimi, geri dönən prosesə
çevrilir.
4. Klofazimin qəbul edilən zaman
ağır abdominal distress və kəskin
qarın sindromun müşahidəsi barədə
məlumat verilib. Baxmayaraq ki, bu
nadir hallardır, əgər onlar aşkar olunsa,
klofaziminin qəbulu müvəqqəti olaraq
dayandırılmalıdı.
*Dərman adlarının qısa formaların siyahısına bax, 5-ci Bölmə, Cədvəl 1.
Qeyd: Yağlı şriftlə göstərilmiş dərmanlar adi şriftlə göstərilən dərmanlardan daha güclü əlavə təsirlərə malikdirlər.
Bölmə 8
Dərmanların əlavə təsirləri
• Səhifə 105
Cədvəl 2: Dərmanların ümumi əlavə təsirləri və idarəetmə strategiyaları
Əlavə təsir
Dərman
vasitəsi*
İdarəetmə
İzahatlar
Qastritlər
PAS, Eto/Pto
1. MDR-Vərəm dərmanlarını az miqdar
yeməklə birlikdə təyin edin.
2. Kofeinin və siqaretlərin qarşısını alın.
3. Antasidlər (məsələn, kalsium karbo-
nat, alyuminium hidroksid, maqnezium
hidroksid) və ya H2 –blokatorları (məsələn,
simetidin, ranitidin), proton pompasının
blokatorlarını (məsələn, omeprazol) verin.
4. Şübhəli dərman vasitənin (-lərin)
qısa müddət ərzində (məsələn, 1-7 gün)
qəbulunu dayandırın.
5. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
dozasını azaldın.
6. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
qəbulunu dayandırın.
1. Hematomezis (qanla qusma), melena
və ya hematoçezia ilə başlayan ağır
qastritlərin baş verməsi ehtimalı var
(lakin bu nadir haldır).
2. Antasidlərin təyinatı MDR-Vərəm
dərmanlarının absorbsiyasına (sorul-
masına) müdaxilə etməmək şərti ilə
dəqiq vaxtda qəbul olunmalıdır. (vərəm
əleyhinə dərmanların qəbulundan 2 saat
qabaq və ya 3 saat sonra qəbul edin).
3. Şübhəli dərman vasitənin (-lərin)
qəbulunu dayandıran kimi, geri dönən
prosesə çevrilir.
Hepatitlər
Z, H, R,
Flx,
Eto/Pto,
PAS,
E
1. . Hepatit əlamətlərin itməsinə gədər
bütün müalicəni dayandırın.
2. Hepatitin digər potensial səbəblərini
müstəsna edin.
3. Ən uyğun dərman vasitəsinin qəbulunu
daimi dayandırılmasını nəzərə alın. Qalan
dərmanları təkrar təyin edin, birinci dəfə ən
hepatotoksik dərman vasitələri ilə bir vaxtda,
qaraciyərin funksiyasını hər 1-2 aydan bir
yoxlayaraq.
1. Əsas səbəbkar dərman vasitənin
(-lərin) müəyyən edilməsi üçün əvvəlki
hepatitin xəstəlik tarixçəsini diqqətlə
analiz etmək və bunların gələcək
rejimlərdə qarşısını almaq lazımdır.
2. Adətən şübhəli dərman vasitənin
qəbulunu dayandıran kimi, geri dönən
prosesə çevrilir.
Nefrotok-
sik təsir
və böyrək
çatışmazlığı
S, Km,
Am, Cm, Vm
1. Şübhəli dərman vasitənin qəbulunu
dayandırın.
2. Müalicə rejimində əvvəl istifadə olunan
inyeksion dərmanlar aminoqlikozidlər
qrundan olubsa, kapreomisinin istifadəsinə
baxılmalıdır.
3. Əgər müalicə rejiminə dərmanın əlavə
edilməsi əhəmiyyət kəsb edirsə və xəstə bu
dərmanın qəbuluna dözə bilərsə, həftədə 2-3
dəfə təyinatı nəzərə alın.
1. Xəstəlik tarixində əvvəldən şəkərli
diabetin və ya böyrək xəstəliyinin
olması burada qeyd olunan dərmanların
istifadəsinə əks-göstəriş deyil, lakin ya-
naşı xəstəliklərlə olan xəstələrdə böyrək
çatışmazlığının yaranma riski arta bilər.
2. Böyrəklərin zədələnməsi daimi ola
bilər.
Optik nevriti E, Eto/Pto
1. E qəbulunu dayandırın.
2. Xəstəni oftalmoloqun yanına göndərin.
1. Adətən E qəbulunun dayandırılma-
sından sonra geri dönən proses.
2. Optik nevrit barədə verilən nadir
hesabatlar streptomisinin qəbulu ilə
izah edilib.
Artralgiya
Z,
Flx
1. Qeyri-steroid iltihaba qarşı dərmanlarla
müalicəyə başlayın.
2. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
dozasını azaldın.
3. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
qəbulunu dayandırın.
1. SArtralgiya əlamətləri adətən, hətta
müdaxilə olmasada, vaxtaşırı azalır.
2. Sidik turşusunun səviyyəsi pirazina-
mid qəbul edən bəzi xəstələrdə yüksələ
bilər, lakin bu xəstələrdə müalicənin
əhəmiyyətinin və podaqraya qarşı
müalicənin (məsələn, allopurinol,
kolxisinlər) faydasının təsdiqi yoxdur.
Səhifə 106 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Birbaşa müalicəyə
nəzarət səhiyyə
işçilərinə
dərmanların əlavə
təsirlərini də
yoxlamaq imkanı
verir
Cənubi Afrika Elmi-Tədqiqat Tibb Şurası
Ümumdünya Səhiyyə Təşkilatı. Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş
versiyası (ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008
Cədvəl 2: Dərmanların ümumi əlavə təsirləri və idarəetmə strategiyaları
Əlavə təsir
Dərman
vasitəsi*
İdarəetmə
İzahatlar
Elektrolit
pozğunluqları
(hipokaliemi-
ya, hipomaq-
niyemiya)
Cm, Vm
, Km,
Am, S
1. Qanda kaliumun səviyyəsini yoxlayın.
2. Əgər kaliumun səviyyəsi aşağadırsa,
həmçinin maqneziumun qanda səviyyəsini
yoxlayın (əgər hipokalsiemiyaya şübhə varsa,
kalsium səviyyəsini də yoxlayın).
3. Lazım olduqca, elektrolit balansını
nizamlayın.
1. Hipokaliemiya kliniki əlamətlər
olmadan meydana çıxır və həyat
üçün təhlükəli ola bilər; lazım olsa,
xəstəxanaya yerləşdirməyi nəzərə alın.
2. Per os qəbul edilən kaliumun
əvəzediciləri ürəkbulanma və qusmaya
səbəb ola bilərlər. Per os qəbul edilən
maqnezium ishala (diareya) səbəb ola
bilər.
3. Amilorid 5–10 mq hər gün və ya spi-
ronolakton 25 mq-dan hər gün qəbulu
kalium və maqneziumun itməsini
azaldır və çətin müalicə olunan hallarda
cox faydalıdır.
*Dərman adlarının qısa
formaların siyahısına bax, 5-ci
Bölmə, Cədvəl 1.
Qeyd: Yağlı şriftlə göstərilmiş
dərmanlar adi şriftlə göstərilən
dərmanlardan daha güclü əlavə
təsirlərə malikdirlər.
Bölmə 8
Dərmanların əlavə təsirləri
• Səhifə 107
Cədvəl 3. Ən çox istifadə olunan əlavə dərmanlar
Göstəriş
Dərman
Ürəkbulanma, qusma, mədə pozğunluğu
Metoklopramid, dimenhidrat, proxlorperazin, prometazin,
vismut subsalisilat
Qıcqırma, mədə turşuluğun pozulması, mədə
xorası
H
2
-blokatorlar (ranitidin, simetidin, famotidin, və s.),
proton pompanın inhibitorları (omeprazol, lansoprazol,
və s.). Antasidlərdən istifadə etməyin, çünki onlar
florxinolonların sorulmasını azalda bilər.
Ağız kandidozu (AİDS olmayan xəstə)
Flükonazol, klotrimazol həbləri
İshal
Loperamid
Depressiya
Serotoninin təkrar udulmasının selektiv inhibitorları
(flüoksetin, sertralin), trisiklik antidepressantlar
(amitriptilin)
Həyəcan
Lorazepam, diazepam, klonazepam
Yuxusuzluq
Dimenhidrat
Psixoz
Qaloperidol, torazin, risperidon (ekstrapiramidal əlavə
təsirlərinin qarşısını almaq üçün benzotropin və ya biperi-
den qəbulu nəzərdədir)
Tutmalar
Fentoin, karbamazepin, valproik turşusu, fenobarbital
Sikloserin\terizidonun nevroloji ağırlaşmaların
profilaktikası
Piridoksin (vitamin B6)
Periferik neyropatiya
Amitriptilin
Vestibulyar əlamətlər
Meklizin, dimenhidrat, proxlorperazin, prometazin
Əzələ ağrıları, artralgiya, baş ağrıları
İbuprofen, parasetamol, kodein
Dəri reaksiyaları, qaşınma
Qidrokortizon kremi, kalamin, kaladril losyonları
Sistematik hipersenstiv reaksiyalar
Antiqistaminlər (difenhidramin, xlorfeniramin, dimenhid-
rat), kortikosteroidlər (prednizolon, deksametazon)
Bronxospazm
İnhalyasiyalı beta-aqonistlər (albuterol, və s.),
kortikosteroidlər (beklometazon, və s.), peroral steroidlər
(prednizolon), inyeksion steroidlər (deksametazon,
metilprednizolon)
Hipotireodizm
Levo-tiroksin
Elektrolitlərin itirilməsi
Kalium və maqneziumun səviyyəsinin bərpa olunması
(Ümumdünya Səhiyyə Təşkilatı.
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş versiyası
(ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008)).
Səhifə 108 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
Dərmanların əlavə təs rlər
1. MDR-Vərəm dərmanlarının qəbulu zamanı ən çox rast gəlinən əlavə təsirlər:
a) Mərkəzi sinir sisteminin təsirləri
b) Periferik neyropatiya
c) Eşitmə qabiliyyətinin zəifləməsi
d) Qastrointestinal təsirlər
e) Hepatit
2. Qanda kreatininin səviyyəsi təyin olunmalıdır:
a) Müalicə kursu müddətində hər həftə
b) İnyeksion dərman vasitəsi edilən müddətində hər həftə
c) İnyeksion dərman vasitəsi edilən müddətində hər ay
d) Müalicə kursu müddətində hər iki ay
e) Müalicə kursu müddətində hər 6 ay
3. Hipokaliemiyaya (çox vaxt kliniki əlamətlər olmadan) ən çox aşağıdakı dərmanların qəbulu zamanı rast
gəlinir:
a) Florxinolonlar
b) Tioamidlər
c) İnyeksion dərman vasitələri
d) Etambutol
e) Sikloserin/Terizidon
1: d
2: c
3: c
Cavablar
Bölmə 9
Xüsusi situasiyalar
• Səhifə 109
Xüsus s tuas yalar
Bölmə 9
Səhifə 110 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə nət cələr
Bu bölməni bitirdikdən sonra siz:
• Xüsusi sit uasiyalarda MDR-Vərəmli xəstələrə yardım göstərə biləcəksiniz
• MDR-Vərəmli xəstələrdə yanaşı xəstəlikləri idarə edə biləcəksiniz
• MDR-Vərəm müalicəsi uğursuz olmuş xəstələrə yardım edə biləcəksiniz
• Tamamlanan müalicə üçün göstərişlər barədə məlumat əldə etmiş olacaqsınız
• Həyati dəstək tədbirlərini anlayacaqsınız
Bölmə 9
Xüsus s tuas yalar
Bölmə 9
Xüsusi situasiyalar
• Səhifə 111
2 G r ş
Mövcud olan və ya yanaşı gedən xəstəliklər çox vaxt MDR-Vərəm müalicəsini daha da çətinləşdirir. Müalicə
üçün nəzərdə tutulmuş MDR-Vərəmli xəstələrdə aşağıdakı situasiyalar xüsusi diqqət tələb edir:
3 Peroral kontrasept vlər n st fadəs
MDR-Vərəm müalicəsini qəbul edən bütün qadınlarda doğuşa güclü nəzarət məsləhət görülür
,
çünki dərmanların tez rast gəlinən və\və ya ağır əlavə təsirləri həm ana, həm döl üçün potensial mənfi
nəticələr törədə bilər.
MDR-Vərəm rejimi dairəsində peroral kontraseptivlərin qəbulu üçün heç bir əks-göstəriş yoxdur; lakin,
peroral kontraseptivlər güclü dərmanarası təsirlərə malik olduqlarına görə müalicənin effektini azalda bilər və bu
səbəbdən digər seçim medroksiproqesteron (Depo-Provera) əzələdaxilinə hər 14 həftə və ya maneə üsullardan
(məsələn, diafraqma və ya kondom) MDR-Vərəm müalicə kursu müddətində istifadəsindən ibarətdir.
Peroral kontraseptivlərin qəbulundan sonra qusma olan xəstələrdə effektivliyin azalması ilə nəticələn
absorbsiyanın daha sonra azalma riski ola bilər. Xəstələrə bu barədə məlumat verilməlidir və vərəmə qarşı
müalicənin nəticəsində qusmaları olanda öz kontraseptivlərini başqa vaxt qəbul etmək məsləhət verilir. Əgər
xəstənin anti-kontraseptiv həbləri qəbul etdikdən və ya birinci iki saatdan sonra hər dəfə qusması olursa, onda
o, anti-kontraseptiv həblərini tam bir ay qusmasız qəbul etmək qabiliyyətində olmayanadək, kontraseptiyanın
maneə üsulundan istifadə etməlidir.
Sual:
MDR-Vərəmin idarəedilməsində kontrasepsiya və həmiləliyə aid aşağıdakı fikirlərin hansıları düzgündür?
a. MDR-Vərəm müalicə rejimi daxilində peroral kontraseplərin qəbuluna ciddi əks göstərişlər var;
b. Alternativ seçimə medroksiproqesteronun (Depo-Provera) hər 14 həftə əzələdaxilinə istifadəsi aiddir;
c. MDR-Vərəm müalicəsini qəbul edən bütün qadınlara hamilə olmamaq ciddi tövsiyə edilir;
d. Peroral kontraseptiv həbi qəbul etdikdən sonra dərhal qusma halları olan xəstələrdə absorbsiyanın daha
sonra azalma riski ola bilər;
e. Hamiləlik aktiv MDR-Vərəm müalicəsi üçün əks göstərişdir.
Cavab:
Düzgün cavablar: b, c və d -dir.
• MDR-Vərəm müalicə rejimində olan xəstələrdə peroral kontrasepsiya əks göstəriş deyil.
• Hamiləlik özü MDR-Vərəm müalicəsinin təyini üçün əks göstəriş deyil.
4 Ham ləl k
Uşaq doğmaq yaşında olan MDR-Vərəmli qadınlarda ilkin qiymətləndirilmədə hamiləliyin olub-olmaması
müəyyən edilməlidir. Hamiləlik aktiv MDR-Vərəmin müalicəsinə əks göstəriş deyil, lakin aktiv, müalicə olunmayan
MDR-Vərəm həm ananın, həm dölün həyatına böyük təhlükə törədir.
Hamilə xəstələri hamiləlik dövrünü və MDR-Vərəmin ağırlıq dərəcəsini nəzərə alaraq diqqətlə müəyyən
etmək lazımdır. MDR-Vərəm müalicəsinin risklərinə və üstünlüklərinə diqqətlə baxılmalıdır. Aşağıda qeyd
edilənlər tövsiyyə edilir:
• MDR-Vərəm müalicəsi ikinci trimestrə qədər taxir salınmasını nəzərə alın:
Teratogen təsirlərin
əksəriyyəti birinci trimesterdə əmələ gəldiyindən həyat üçün təhlükəli əlamətlərin baş verməsindən
başqa terapiya ikinci trimestrə qədər təxirə salına bilər. Müalicənin taxirə salınması barədə qərar həm
Səhifə 112 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
xəstə, həm həkim tərəfindən razılaşdırılmalıdır. Bu əsasən xəstəliyin ağırlaşması və ya kəskinliyi (adətən
bədən çəkisinin azalmasında və əvvəlki həftələrdə rentgen şəkilində özünü biruzə verir) və həyat üçün
təhlükəli əlamətlərin analizlərinin nəticələrindən olan kliniki qərara əsaslanır. Risk və faydalara dair
müzakirələr xəstənin müalicənin gecikdirilməsi və ya hamiləlik vaxtı dərmanlardan istifadə ilə bağlı
narahatlığını aradan qaldırmalıdır. Əgər qərar müalicəni başlamaqdırsa, onda effektliyi təsdiq olunan
üç və ya dörd peroral dərman istifadə etmək və sonra müalicə rejimini inyeksion dərman vasitəsi və
bəlkə də postnatal dövrdən dərhal digər dərmanlar ilə gücləndirmək lazımdır.
• İnyeksion dərman vasitələrindən istifadə etməyin:
Embrional qulağın inkişafına toksik təsir
göstərdiyinə görə, əksərən hamilə xəstələrin müalicəsində aminoqlikozidlər istifadə olunmamalıdır.
İnyeksion dərman vasitələrinin istifadəsinin qaçılmaz olduğu hallarda, eyni ototoksiki təsirli olmasına
baxmayaraq, kapreomisindən istifadə etmək məqsədəuyğundur.
• Etionamidin qəbulunundan çəkinin:
Etionamid hamiləliklə bağlı qusma və ürəkbulanma riskini artıra
bilər və heyvanların üzərində aparılan tədqiqatlarda teratogen təsirləri müşahidə olunub. Mümkün
olduqca, hamilə xəstələrə etionamidi təyin etməyin.
Cədvəl 1-də hamiləlik zamanı MDR-Vərəm müalicəsində istifadə olunan dərmanların təhlükəsizliyinin
siyahısı verilir.
Cədvəl 1. Hamiləlik zamanı MDR-Vərəmə qarşı dərmanların təhlükəsizliyi
Dərman
Təhlükəsizliyin
kategoriyaları*
İzahatlar
Etambutol
B
Hamilə xəstələrdə olan təcrübə təhlükəsizliyi təlqin edir
Pirazinamid
C
Ehtiyatla istifadə edin. Əksər mənbələr istifadənin təhlükəsiz olması-
nı göstərir.
Streptomisin
Kanamisin
Amikasin
Kapreomisin
D
İstifadədən çəkinin. İnkişaf edən embrionun qulağına təsdiq olunmuş
toksiklik. Risklərə və üstünlüklərə diqqətlə baxılmalıdır. Mümkün
olduqca, istifadə etməyin
Florxinolonlar
C
Ehtiyatla istifadə edin. Qısa müddət ərzində istifadə edən (2-4 həftə)
şəxslərdə heç bir teratogen təsirlər müşahidə olunmayıb. Cavan
heyvanların istinad oynaqlarında qığırdaqların daimi zədələnməsi
müşahidə olunur. Hamilə xəstələrdə uzunmüddətli istifadənin
təcrübəsi məhduddur, lakin bakterisid fəaliyyəti nəzarə alsaq,
üstünlüklər risklərə üstün gələ bilər.
Etionamid
Protionamid
C
Ehtiyatla istifadə edin. Heyvanlar üzərində aparılan tədqiqatlarda
teratogen təsirlər müşahidə olunub; hamiləliklə bağlı ürəkbulanma
ciddi şəkildə ağırlaşır.
Cycloserine
Terizidone
C
Hamilə xəstələrdə zərurui təcrübələr: heyvanlar üzərində aparılan
tədqiqatlarda təsdiq olunmuş toksiklik.
* A=İnsanlar üzərində aparılan tədqiqatlar nəticəsində təhlükəsizliyi təsdiq edilmişdir
B=Heyvanlar üzərində aparılan tədqiqatlara əsasən təhlükəsiz olduğu güman edilir
C=Tam dəqiq olmayan təhlükəsizlik, heç bir insan və heyvan üzərində aparılan tədqiqatlarda əlavə təsirlər müşahidə olunmayıb
D=Təhlükəlidir, risk yalnız müəyyən kliniki vəziyyətlərdə mümkün ola bilər.
(Səhiyyə Partnyorları Təşkilatı.
Multi Dərmanlara qarşı rezistent Vərəmin Tibbi İdarəEdilməsi ilə bağlı SPT-ın Kitabçası. Boston, Massaçusets: Səhiyyə Partnyorları
Təşkilatı, İnfeksion Xəstəliklər və Sosial Dəyişikliklər üzrə Proqram, Harvard Tibb Məktəbi, İctimai Tibb və Səhiyyə Bərabərsizlikləri Bölməsi, Brigham və Qadın
Xəstəxanası; 2003).
Bölmə 9
Xüsusi situasiyalar
• Səhifə 113
5 Ana südü lə q dalanma
Südlə əmizdirən analar:
Südlə əmizdirən və aktiv MDR-Vərəmi olan qadın müalicənin tam kursunu
almalıdır, çünki vaxtında və düzgün edilən kimyəvi terapiya onun uşağına MDR-Vərəmin ötürülməsinin qarşısını
almaqda ən yaxşı yoldur.
Südəmər uşaqlar:
Müalicə altında olan süd verən anaların südündə əksər vərəm əleyhinə dərmanların
uşaqlarda istifadə olunan terapevtik dozalarla müqayisədə yalnız az miqdarda konsentrasiyaları tapılır. Lakin,
tam MDR-Vərəm müalicə kursu zamanı bu cür təmasa məruz qalmış uşaqlarda heç bir effektə rast gəlinməyib. Bu
səbəbdən, uşaq formulasından istifadə qeyri - məlum əlavə təsirlərdən kənar olmağın ən ağıllı yoludur. Lakin, uşaq
formulasından istifadə bir çox amillərdən asılı olacaq, bura xəstənin resursları, su təchizatının təhlükəsizliyi və
ananın bakterioloji statusu daxildir. Əgər uşaq formulası üçün uyğun şərait yoxdursa, onda ana südü ilə qidalanma
barədə fikirləşmək olar.
Ana ilə uşağı məcburi ayırmaq olmaz. Əgər ana yaxma-müsbətdirsə, o mənfi olunana kimi, ailə üzvləri
tərəfindən uşağa göstərə bilən qayğı barədə fikirləşməlidir. Lakin, ana yaxma mənfi olana kimi, ona 95N-li
respiratordan istifadə etmək kimi seçmə hüququ həmişə təklif olunmalıdır (respiratorlar barədə daha ətraflı
məlumat üçün 14-cu Bölməyə bax) və çalışmaq lazımdır ki, uşaqla yaxşı ventilyasiyalı sahələrdə, hətta çöldə, vaxt
keçirsin.
6 Uşaqlar
Uşaqlarda MDR-Vərəm adətən MDR-Vərəmli böyüklərlə təmas nəticəsində yaranan ilkin xəstəlikdir.
Uşaqlarda çox vaxt oliqobasilyar xəstəlik olduğuna görə, onlar nadir hallarda kultura-müsbət olurlar. Buna
baxmayaraq, uşaqlarda MDR-Vərəmin bakterioloji təsdiqi üçün hər bir səy göstərilməlidir.
Aktiv Vərəmin kliniki sübutu və təsdiqlənmiş MDR-Vərəmlə yaxın təmasda olan kultura-mənfi uşaqların
müalicəsi DHT-in nəticələri və təmasda olan xəstənin Vərəmə qarşı dərman tarixçəsi ilə istiqamətləndirilməlidir
(həmçinin 4, 5 və 6-ci Bölməyə bax).
Cako (şəkildə daldan,
ortada olan oğlan) bir
palatada yatan uşaqlar ilə.
Cakonun 14 yaşı var və o
MDR-Vərəm xəstəsidir. O
xəstəxanada yeddinci aydıkı
müalicə olunur. Bruklin
Pulmonologiya xəstəxanası,
Keyptaun.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Səhifə 114 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Uşaqlarda ikinci sıra dərmanların uzadılmış istifadə dövrünə dair təcrübə məhduddur. Hər bir dərmanın
təhlükəsi və xeyri diqqətlə nəzərə alınmalıdır. Xəstə və ailə üzvləri ilə xüsusən də terapiyanın əvvəlində səmimi
danışıqlar əsasdır. MDR-Vərəmin həyati təhlükəsini nəzərə alaraq qeyd etmək olar ki, ikinci sıra dərmanların heç
biri uşaqlarda tam əks göstərişli deyil
.
Qeyd olunmalıdır ki, təcrübələr nəticəsində məlum olmuşdur ki, florxinolonlar tazı küçüklərdə qığırdaqların
inkişafını gecikdirir, lakin sidik kisəsinin fibrozu ilə uşaqların müalicə təcrübəsi insanlarda eyni təsirləri
göstərməyib. İndi belə hesab edilir ki, uşaqlarda MDR-Vərəmin müalicəsində florxinolonların xeyri onların
təhlükəsindən çoxdur. Əlavə olaraq, etionamid, PAS, sikloserin və terizidon uşaqlarda effektli şəkildə istifadə
oluna bilər və onların yaxşı tolerantlığı var.
Ümumilikdə, Cədvəl 2-də qeyd olunduğu kimi, dərmanlar bədən çəkisinə əsasən təyin olunmalıdır. Bu
səbəbdən pediatrik xəstəlik halları olanda bədən çəkisinin aylıq yoxlanması xüsusilə vacibdir, uşağın bədən çəkisində
artım olsa dərmanların dozası ona tənzimlənməlidir. Florxinolonlar da daxil olmaqla, bütün dərmanların dozaları
mümkün olduqda tövsiyyə edilən ən yüksək həddə uyğun olaraq təyin edilməlidir (etambutol istisna olmaqla).
Uşaqlarda optik nevritə nəzarət daha çətin olduğundan, etambutol bəzi vaxtlar MDR-Vərəmli böyüklərdə istifadə
Dostları ilə paylaş: |