c) Dörd aylıq MDR-Vərəm müalicəsi
d) Altı aylıq MDR-Vərəm müalicəsi
e) Doqquz aylıq MDR-Vərəm müalicəsi
1: e
2: c
3: b
Cavablar
Səhifə 96 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Bölmə 8
Dərmanların əlavə təs rlər
Bölmə 8
Dərmanların əlavə təsirləri
• Səhifə 97
1 Öyrənmə məqsədlər
Bu bölməni bitirdikdən sonra siz:
• MDR-Vərəm müalicəsində istifadə edilən dərmanların əlavə təsirlərini
müəyyən edə biləcəksiniz
• MDR-Vərəm müalicəsini qəbul edən xəstələrdə dərmanların əlavə təsirlərini
tez aşkar edə biləcəksiniz
• İkinci sıra dərmanların əlavə təsirlərinə nəzarət edə biləcəksiniz
Bölmə 8
Dərmanların əlavə təs rlər
Səhifə 98 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
2 G r ş
MDR-Vərəm müalicəsini qəbul edən demək olar ki, bütün xəstələrdə ikinci sıra dərmanların əlavə təsirlərinə
rast gəlinəcək. Əlavə təsirlərin vaxtında aşkar olunması və aradan qaldırılmasını təmin etmək üçün xəstələrin tez-
tez monitorinqi vacibdir. Əlavə təsirlərin bir çoxunu tanımaq çox asandır və xəstələr çox vaxt öz istəkləri ilə bu
barədə məlumat verəcəklər. Lakin, xəstəni sorğulayanda sistematik yanaşmanın olması çox vacibdir, çünki bəzi
xəstələr hətta ağır əlavə təsirlər barədə danışmaqdan utana bilərlər. Bəzi xəstələr isə bir əlavə təsirdən əziyyət
çəkib, digərləri barədə səhiyyə işçisini məlumatlandırmağı unuda bilərlər. İkinci sıra dərmanların əlavə təsirlərinin
vaxtında və lazımi şəkildə aradan qaldırılması xəstənin müalicəyə riayətini daha rahat edəcək.
3 Ən çox rast gəl nən dərman əlavə təs rlər
Dərmanların əlavə təsirləri aşağıdakı kateqoriyalara bölünə bilər:
• Cüzi əlavə təsirlər
• Toksiki reaksiyalar
• Hipersensitiv reaksiyalar
• İdiosinkratik reaksiyalar
• Digər reaksiyalar
MDR-Vərəmli xəstələr kombinə olunmuş kimyaterapiyanı qəbul etdiklərinə görə, çox vaxt xoşaqəlməz əlavə
təsirlərin yaranmasına hansı dərmanın səbəb olmasını müəyyən etmək çətin olur, çünki əlavə təsirlər dərmanlar bir-
birinə təsir edəndə də yarana bilərlər. Bəzi əlavə təsirlər müalicə başlayandan sonra qısa müddət ərzində yox olur,
bəziləri isə sonradan əmələ gəlir.
Sual:
MDR-Vərəm müalicəsinə müvafiq olan ikinci sıra dərmanlarının məlum əlavə təsirlərinin və hər bir əlavə
təsirə aid olan dərmanların siyahısını verin.
Cavab:
İkinci sıra Vərəm əleyhinə dərmanların məlum əlavə təsirlərinə aşağıdakılar daxildir (qeyd olunan əlavə
təsirlərlə, digər dərmanlara nisbətən, daha çox əlaqəli dərmanlar yağlı sriftlə verilib):
ÜMUMİ ƏLAVƏ TƏSİRLƏR
• Ürəkbulanma, qusma, ishal, anoreksiya, abdominal ağrı, qastritlər kimi qastrointestinal əlamətlər
(əlaqəli dərmanlar: Eto/Pto, PAS, H,E,Z)
• Artralqiya (əlaqəli dərmanlar: Z, Flx)
• Baş ağrısı (əlaqəli dərmanlar: Cs)
• Yuxunun pozulması (əlaqəli dərmanlar: Cs)
DAHA AZ RAST GƏLİNƏN
• Səpmələr (hər hansı bir dərman)
• Sarılıq (əlaqəli dərmanlar: S, Km, Cm, Am, Vm)
• Ototoksik təsiri (əlaqəli dərmanlar: S, Km, Am, Cm, Clr)
• Periferik neyropatiya (əlaqəli dərmanlar: Cs, Lzd, H, S, Km, Am, Cm, Vi, Eto/Pto, florxinolonlar)
• Elektrolit çatışmazlığın əlamətləri, məsələn, əzələ qıcolması, ürək döyünmələri (əlaqəli dərmanlar: Cm,
Vm
, Km, Am, S)
• Psixi əlamətlər, məsələn, depressiya, həyacan, psixoz, suisidal fikirlər (əlaqəli dərmanlar: Cs, H, Flx,
Eto/Pto)
• Böyrək çatışmazlığı (əlaqəli dərmanlar: S, Km, Am, Cm, Vm)
• Hipotiroidizm (əlaqəli dərmanlar: PAS, Eto/Pto).
Bölmə 8
Dərmanların əlavə təsirləri
• Səhifə 99
Dərmanların əlavə təsirləri nəticəsində əmələ gələn dəri halları pruritusdan səpmələrə və həmçinin ən
ağır olan toksiki epidermal nekrozis kimi vəziyyətləri əhatə edir, bəzən qızdırma ilə müşahidə olunur və bir neçə
səbəbdən baş verə bilər. Dərmanların əlavə təsirlərinə görə yaranan dəri halları ən çox HİV infeksiyalı xəstələrdə
rast gəlinir. Çox vaxt, desensibilizasiya vasitəsi ilə uğurlu nəticə əldə etmək olur və bir yaxud iki həftə ərzində bütün
dərmanların qəbuluna yenidən başlamaq olar.
Ürəkbulanma, ağrı və qusma kimi qastrointestinal əlamətlər ümümi əlamətlərdir, lakin hepatitin prodromal
əlamətlərinə oxşar olduqlarından, daha dəqiq kliniki müayinə vacibdir. Qastrointestinal əlamətlərin qarşısını
almaq üçün adətən dərmanlar yağsız yeməklərlə birlikdə və ya yatmazdan əvvəl qəbul edilməlidir. Cavab
reaksiyasına nəzarət etmək vacibdir. Əgər əlamətlər azalmırsa, qaraciyər toksikliyindən şübhələnib, araşdırma
aparmaq lazımdır.
Zəif eşitmə və ya zəif müvazinətə
əsasən həmişə inyeksion dərman vasitələrdən istifadə edərkən müşahidə
olunur. Bu çox vaxt (lakin həmişə yox) dozadan asılıdır. Əvvəlcədən vestibulokoxlear zəifləmə olan xəstələrdə
potensial risklər müzakirə olunmalıdır və bu dərmanların istifadəsindən qabaq razılıq alınmalıdır. Eşitmənin və ya
müvazinətin zəifləməsindən şikayət edən xəstələrdə dərmanların dozasının çəkiyə və yaşa müvafiq olub -olmaması
yoxlanılmalıdır, çünki onlar artdıqca, toksiki təsirlər də artır. Həmçinin, xəstənin böyrək funksiyasına uyğun
dərman dozasını yoxlayın (kreatininin klirensini hesablayın və qeyd olunan dərmanları nizamlayın, 9-cu Bölməyə,
3-cü Cədvələ bax).
Nefrotoksiklik
bütün inyeksion dərmanların (həm aminoqlikozidlərin, həm də kapreomisinin) məlum
ağırlaşma halıdır. Bu əlavə təsir (xəstəlik tarixçəsində və ya fiziki müayinədə aydın qeyd olunmayan) tutma şəkilində
özünü biruzə verərək ölümlə nəticələnə bilər.
Görmənin zəifləməsinə
ən çox etambutolunun qəbulu səbəb olur. Optik toksikliyini fundoskopik üsulla
müəyyən etmək olmaz və bu səbəbdən görmə qabiliyyətinin itiliyi və rəngli görmə qabiliyyətini yoxlamaq tələb
olunur. Miopiya, hiperopiya və ya presbiopiyadan başqa zəif görmə qabiliyyətli xəstələrdə etambutol yalnız
oftalmoloqla konsultasiyadan sonra və əgər dərman seçimi məhduddursa, risklər və faydaları nəzarə alınaraq təyin
olunmalıdır.
Nevroloji əlamətlər
: İkinci sıra vərəm əleyhinə olan dərmanlardan əmələ gələn perefirik və mərkəzi sinir
sisteminin toksikliyi bir-birindən fərqləndirilməlidir. Periferik neyropatiya adətən ayağın aşağı hissəsindən
başlayaraq proksimal istiqamətdə davam edib, sancma və keyləşmə ilə olan paresteziya şəkilində özünü biruzə
verir. Mialgiya, zəiflik və ataksiya bu əlamətlərlə birgə ola bilər. Periferik neyropatiya adətən sikloserin və terizidon
qəbulu ilə əlaqəli olur və zəif qidalanan və ya spirtli içkilər qəbul edən xəstələrdə baş verir. Piridoksin periferik
neyropatiyanın müalicəsində effektlidir.
Nadir hallarda sikloserin və terizidon qəbul edəndə toksiki psixoz və epileptik konvulsiyalar baş verə bilər.
Piridoksin bu halların müalicəsində effektli olmasına baxmayaraq, əgər bu hallar müşahidə olunubsa, çox vaxt
sikloserin və ya terizidonun qəbulunu dayandırmaq və dozasını azaltmaq lazımdır. Həmçinin, sikloserin və terizidon
böyrək vasitəsilə xaric olduğuna görə, və əgər ciddi əlavə təsirlər müşahidə olunursa, kreatininin klirensini yoxlayın
– kreatininin aşağı klirensi bu əlavə təsirlərə cavabdeh olan dərmanların qanda səviyyələrin artmasına səbəb ola
bilər.
Sümük-oynaq ağrısı
: Artralgiya pirazinamid qəbulu ilə əlaqəli sidik turşusunun yığılması ilə müşahidə edilən
dərman əlavə təsiridir. Adətən asetilsalisil turşusu bu əlamətləri azaldır. Pirazinamidin qeyri-müntəzəm təyini sidik
turşusunun bədəndə saxlanmasını azaldacaq. Allopurinol effektli deyil.
Elektrolitlərin çatışmazlığı
inyeksion dərman vasitələrin (ən çox kapreomisinin) məlum ağırlaşmasıdır. Bu
ümumiyətlə müalicədən bir neçə ay sonra əmələ gələn gecikmiş təsirdir və inyeksiyanın vurulmasını dayandıran
kimi, aradan qalxır. Elektrolit çatışmazlığı çox vaxt başlanğıc mərhələlərdə baş verir.
Hipotiroidizm
PAS və etionamid qəbulu ilə əlaqəli gecikmiş təsirdir və fiziki əlamətləri hiss edilməyə bilər.
Səhifə 100 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
4 Dərmanların əlavə təs rlər nə nəzarət
Sual:
Siz MDR-Vərəm müalicəni qəbul edən xəstərdə dərman əlavə təsirlərinə necə nəzarət edəcəksiniz?
Cavab:
Laborator skrininq daha gizli olan əlavə təsirləri aşkar etmək bacarığına malikdir. Əsas laborator
skrininqin minimal tezliyi üçün məsləhətlər Cədvəl 1-də verilir. Dərmanların əlavə təsirlərinin rast
gəlinmə ehtimalı çox olan və HİV-ə yoluxan xəstələrdə skrininqləri daha tez-tez aparmaq məsləhətdir.
Dərmanların əlavə təsirlərinin qiymətləndirilməsi aşağıdakı kimi olmalıdır:
• Müalicədən əvvəl (Əsas xətt);
• Müalicənin ilk bir neçə ayı ərzində minimum hər ay (kultura konversiyasına kimi olsa yaxşı olar);
• Kultura konversiyasından sonra minimum iki ay.
Müalicəyə nəzarət edən şəxslər hər dəfə xəstə ilə görüşəndə dərmanların əlavə təsirləri barədə xəstələrdən
məlumat almalıdırlar.
Cədvəl 1. Dərmanların əlavə təsirlərinin laborator nəzarəti
Nəzarət qiymətləndirilməsi
Tezlik
Həkim tərəfindən
qiymətləndirilmə
Müalicədən əvvəl (əsas həttdə) və konversiyanın olmasına
gədər ən azı hər ay, və konversiyadan sonra hər 2-3 ay
DOT işçisi tərəfindən
skrininq zamanı
Hər DOT qarşılaşmada
Bəlğəm yaxmaları və
əkmələr
Müalicə vaxtı bəlğəm yaxmalarına və əkmələrə hər ay nəzarət edin. (Qeyd:
resursları məhdud olan proqramlar bəlğəm yaxmalarını hər ay, lakin əkmələri
yalnız ay aşırı edilməsini seçə bilərlər)
Bədənin çəkisi
Müalicədən əvvəl və sonra hər ay
Dərmanlara həssaslıq
Fərdi müalicə aparan proqramlarda müalicədən qabaq yoxlanılır və ya
standartlaşdırılmış müalicələr aparan proqramlarda MDR-Vərəmi təsdiq
etmək ehtiyacı olan zaman edilir. Kultura- müsbət qalan xəstələr üçün
müalicənin ən azı 3 ay müddətindən tez DHT təkrar edilməsinə ehtiyac
yoxdur
Döş qəfəsinin radioqrafiyası Müalicədən əvvəl və sonra hər 6 ay
Kreatinin qanda
Müalicədən əvvəl, sonra inyeksion dərman qəbul edən vaxt ərzində mümkün
olsa hər ay. HİV-ə yoluxan, şəkərli diabeti və digər yüksək riski olan xəstələrdə
hər 1-3 həftə
Kalium qanda
İnyeksion dərman qəbul edən vaxt ərzində hər ay. HİV-ə yoluxan, şəkərli
diabeti və digər yüksək riski olan xəstələrdə hər 1-3 həftə
Qalxanvarı vəzini
stimullaşdıran hormon
(TSH)
Əgər etionamid\protionamid, hormon və\ya PAS qəbul edilirsə hər 6 ay
və hipotiroidizmin əlamətlərinə hər ay nəzarət edilməlidir. hipotiroidizmi
skrininq etmək üçün TSH qanda səviyyəsini yoxlamaq kifayyətdir; qalxanvarı
vəzinin hormonların qanda səviyyələrinin ölçülməsinə ehtiyac yoxdur
Qaraciyərin fermentləri
qanda
Uzun müddət pirazinamid qəbul edən və ya hepatit riski və ya hepatit
əlamətləri olan xəstələrdə dövri nəzarəti (hər 1-3 ay) nəzərə alın. HİV-ə
yoluxan xəstələr üçün aylıq nəzarət edin
Bölmə 8
Dərmanların əlavə təsirləri
• Səhifə 101
Cədvəl 1. Dərmanların əlavə təsirlərinin laborator nəzarəti
Nəzarət qiymətləndirilməsi
Tezlik
HİV skrininqi
Müalicədən qabaq və kliniki göstəriş olsa, təkrar edin
Hamiləlik testləri
Uşaq doğmaq üçün yaşı uyğun olan qadınlarda müalicədən qabaq və göstəriş
olanda təkrar edin
Hemoqlobin və qanın ağ
hüceyrələrinin sayı
Linezolid qəbuluna nəzarət edən zamanı birinci dəfə hər həftə, sonra hər ay və
ya əlamətlərdən asılı olaraq lazım olduqca; üzunmüddətli istifadəsinə dair az
kliniki təcrübə var.
HİV-ə yoluxan xəstələrdə AZT qəbulunu nəzarət edən zaman əvvəl hər ay və
sonra əlamətlərdən asılı olaraq lazım olduqca.
Lipaza
Linezolid, D4T, ddl, ddc qəbul edən xəstələrdə əmələ gələn abdominal ağrısı
olan zaman pankreatiti istisna etmək üçün göstərişdir.
Laktosidoz
Linezolid və ya ART qəbul edən xəstələrdə laktosidoz əmələ gələndə
göstərişdir.
Qanda qlükozanın səviyyəsi
Əgər qatifloksasin qəbul olunursa, qanda qlükozanın səviyyəsinə tez-tez (hər
həftə) nəzarət edin və xəstəni hipoqlikemiya və hiperqlikemiya əlamətləri
barədə məlumatlandırın
Kapreomisin qəbul edən bütün xəstələrdə qanda kalium ən azı hər ay yoxlanmalıdır.
5 Dərmanların əlavə təs rlər n n darəed lməs
İstifadə edilən müalicə strategiyasında ən mühüm tərəf təyin edilən dərmanların əlavə təsirlərinin uyğun
şəkildə idarəedilməsidir. İkinci sıra vərəm əleyhinə dərmanlar birinci sıra dərmanlara nisbətən daha çox əlavə
təsirlərə malikdir; lakin buna baxmayaraq, əlavə təsirlərin idarəedilməsi hətta resurslar məhdud olan yerlərdə də
mümkündir.
Əlavə təsirlərin xüsusi idarəedilməsi xəstənin müalicədən qabaq təlim alması ilə başlanır. Təyin olunan
dərman rejimi nəticəsində əmələ gələ bilən potensial əlavə təsirlər və səhiyyə işçisinə nə vaxt xəbər verməsi barədə
xəstəyə ətraflı məlumat verilməlidir.
Əlavə təsirlərin vaxtında və dəqiq idarəedilməsi vacibdir. Bunlar olmadan, o cümlədən xəstənin müalicəyə
riayətin olmaması, xəstəliyin xroniki hala çevrilməsi və ölümlə nəticələnə bilər. Hətta əlavə təsirlər təhlükəli
olmasa da, cəld müdaxilə vacibdir. Xəstələr əmələ gələn əlavə təsirlərin səbəbini anlamayanda böyük həyacan
keçirə bilərlər. Bu isə əlavə təsiri ağırlaşdıra (məsələn, ürəkbulanma və qusma) bilər.
Dərmanların əlavə təsirlərinin idarəedilməsində aşağıdakı ardıcıl addımlar məsləhət görünür:
• Standartlaşdırılmış alqoritm vasitəsilə əlavə təsirlərin idarəedilməsi:
Əlavə təsirlərin çoxu adi və reseptsiz
verilən dərmanlarla idarə oluna bilər. Əgər əlavə təsir(-lər) orta dərəcədədirsə və təhlükəli deyilsə, onda
müalicəni davam etmək, lazım gələrsə əlavə dərmanlardan da istifadə etmək ən yaxşı seçimdir. Əlavə
təsirlərin çoxu vaxt keçdikcə yoxa çıxır və ya azalır və təsirlər azalana kimi xəstələri dözümlü olmağa
ruhlandırmaq lazımdır. Psixososial dəstək əlavə təsirlərin idarəedilməsinin vacib bir hissədir. MDR-
Vərəmdə əlavə təsirlərin necə idarəedilməsi barədə nəşr edilmiş diaqramlar axınını bu saytda tapa
bilərsiniz (
The PIH Guide to the Medical Management of Multidrug-resistant Tuberculosis)
.
• Şübhəli dərman (-lar) dozasının azaldılması:
Bir neçə ikinci sıra vərəmə qarşı dərmanların əlavə təsirləri
dozalardan çox asılıdır. Əgər xəstə müalicə rejiminə dözə bilmirsə, əlavə təsirlər yox olana kimi şübhəli
olan dərmanın (-ların) dozası azaldıla bilinər. Əlavə təsirə (-lərə) səbəb olan dərman aydın deyilsə, hər
dərmanın dozası, səbəbkar dərmanı müəyyənləşdirənə qədər, tədricən azaldıla bilər. Bu halda ikinci
dərmanın dozası azaldılanda, birinci dərmanın azaldılmış dozasını normal dozaya qaytarmaq lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatı. Dərmanlara qarşı rezistent vərəmin proqramlaşdırılmış idarəolunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş
versiyası (ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008
Səhifə 102 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Əgər fərdi dərmanların dozalarının azaldılması əlavə təsirin (-lərin) yoxa çıxması ilə nəticələnmirsə,
onda bir neçə dərmanın dozalarını birlikdə azaltmaq lazım gələr. Lakin, ikincı sıra dərmanların məhdud
terapevtik hüdudlarına görə dozanın azalması müalicənin effektinə təsir edə bilər, bu səbəbdən hər
təyinat bədənin çəkisinə əsasən müvafiq dozanı saxlamaq üçün edilməlidir.
• Dərmanın (-ların) xaric edilməsi:
Əgər azadılmış doza əlavə təsiri (-ləri) aradan qaldırmırsa, onda
müalicə rejimindən dərmanı çıxartmaq və ya digər dərmanla əvəz etmək lazımdır. Bu son variant
müalicə rejiminin effektinə təsir edə biləcəyi üçün yalnız axırıncı bir vasitə kimi seçilməlidir.
Dərmanların əlavə təsirlərinə nəzarət və idarəedilməsi aşağıdakı yanaşı vəziyyətlərlə olan xəstələrdə daha
dəqiq olmalıdır:
• Hamiləlik və laktasiya
• Şəkərli diabet;
• Böyrək çatışmazlığı;
• Kəskin və ya xroniki qaraciyər xəstəliyi;
• Qalxanvari vəzin xəstəliyi;
• Ruhi xəstəlik;
• Narkomaniya və ya alkoqolizm;
• HİV infeksiyası;
Bu vəziyyətlərdə MDR-Vərəmin idarəedilməsi 9-cu və 10-cu Bölmələrdə təsvir olunub.
MDR-Vərəm
müalicəsində istifadə
olunan dərmanlar adətən
müvafiq idarəedilmə
tələb edən əlavə təsirlərə
səbəb olur
Cədvəl 2-də ümumi əlavə təsirlər, buna görə məsuliyyətli dərman vasitələr və təklif olunan idarəedilmə
strategiyaları yekunlaşır.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Bölmə 8
Dərmanların əlavə təsirləri
• Səhifə 103
Cədvəl 2: Dərmanların ümumi əlavə təsirləri və idarəetmə strategiyaları
Əlavə təsir
Dərman
vasitəsi*
İdarəetmə
İzahatlar
Tutmalar
Cs, H, Flx
1. Tutmaların həll olunmasını ləngidən
şübhəli dərman vasitəsinin qəbulunu
müvəqqəti olaraq dayandırmaq.
2. Antikonvulsant terapiyasına başlayın
(məsələn, fentoin 3-5 mq/kq/gündə;
valproik turşusu 750-1250 mq/kq/gündə;
karbamazepin 600-1200 mq/gündə;
fenobarbital 60-120 mq/kq/gündə).
4. Piridoksinin gündəlik dozasını maksimal
dozasına artırmaq (gündəlik 200 mq).
5. Əgər müalicə rejimi üçün əhəmiyyət
kəsb edirsə, qəbulunun müvəqqəti olaraq
dayandıran dərman vasitəsini təkrar və ya
aşağı dozada təyin edin.
6. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
qəbulunu dayandırın.
1. Antikonvulsant adətən MDR-
Vərəm müalicəsi tamamlana və ya
şübhəli dərman vasitəsinin qəbulu
dayandırılanadək davam edilir.
2. Əgər xəstənin tutmalarına yaxşı
nəzarət edilirsə və/və ya xəstə
antikonvulsant terapiya qəbul edirsə,
daha öncə tutmaların olması burada
qeyd olunan dərman vasitələrin
istifadəsi üçün əks-göstəriş deyil.
3. Daha öncə tutmaları olan xəstələrdə
MDR-Vərəm müalicəsini qəbul edən
zaman tutmaların yaranması riski arta
bilər.
Periferik
neyropatiya
Cs, Lzd, H, S,
Km, Am, Eto/
Pto, Cm, Vi,
Flx
1. Piridoksinin gündəlik dozasını maksimal
dozasına artırmaq (gündəlik 200 mq).
2. Əgər xəstədə kapreomisinə qarşı həssaslıq
aşkar olunubsa, inyeksion dərmanı
kapreomisinə dəyişdirin.
3. Amitriptilin kimi trisiklik antidepressant
dərmanlarla müalicəyə başlayın. Qeyri
–steroid iltihab əleyhinə dərmanlar və ya
asetaminofen əlamətlərin azalmasına kömək
edə bilər.
4. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
dozasını azaldın.
5. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
qəbulunu dayandırın.
1. Yanaşı xəstəliklər olan xəstələrdə
(məsələn, şəkərli diabet, HİV,
alkoqolizm) periferik neyropatiyanın
yaranması ehtimalı böyükdür, lakin
burda qeyd olunan dərman vasitələrin
qəbuluna bu vəziyyətlər əks-göstəriş
deyildir.
2. Neyropatiya bərpa olunmayan
proses ola bilər; lakin bəzi xəstələrdə
səbəbkar dərman vasitələrinin qəbulunu
müvəqqəti olaraq dayandırılan zaman
yaxşılaşma qeyd oluna bilər.
Eşitmə
qabiliyyətinin
zəifləməsi və
vestibulyar
pozuntular
S, Km, Am,
Cm
, Clr
1. Eşitmə qabiliyyətinin zəifləməsini
sənədləşdirin və mövcud olan halda
müalicədən əvvəl ölcülən audiometriya
nəticələri ilə müqayisə edin.
2. Əgər xəstədə kapreomisinə qarşı həssaslıq
aşkar olunubsa, parenteral müalicəni
kapreomisinə dəyişdirin.
3. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitəni aşağı
dozada və ya azadılmış tezliklə təyin edin.
4. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
qəbulunu dayandırın.
1. Aminoqlikozidləri əvvəldən qəbul
edən xəstələrdə eşitmə qabiliyyəti
zəifləyə bilər.
2. Eşitmə qabiliyyətinin zəifləməsi
adətən bərpa olunmayan proses kimi
xarakterizə edilir.
3. Müalicə rejimində inyeksion
dərmanın dayandırılma riskləri eşitmə
qabiliyyətinin daha da zəifləmə riski ilə
nəzərə alınmalıdır.
4. Eşıtmə toksikliyini
yüngülləşdirməkdə eşitmə
qabiliyyətinin zəiflənməsi zamanı
istifadə olunan dərman vasitələrin az
köməyi olduğuna baxmayaraq, əgər
eşitmə qabiliyyətini itirən xəstəyə
bu dərmanların istifadəsindən sonra
xeyirli təsir ola bilsə, onda onların sınaq
istifadəsini nəzərə alın.
*Dərman adlarının qısa
formaların siyahısına bax, 5-ci
Bölmə, Cədvəl 1.
Qeyd: Yağlı şriftlə göstərilmiş
dərmanlar adi şriftlə göstərilən
dərmanlardan daha güclü əlavə
təsirlərə malikdirlər.
Səhifə 104 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cədvəl 2: Dərmanların ümumi əlavə təsirləri və idarəetmə strategiyaları
Əlavə təsir
Dərman
vasitəsi*
İdarəetmə
İzahatlar
Psixoz
Cs, H,
Flx,
Eto/Pto
1. Psixotik əlamətləri nəzarət altına alınana
qədər qısa vaxt ərzində (1-4 həftə) şübhəli
dərman vasitənin qəbulunu saxlayın.
2. Anti-psixotik dərmanların qəbuluna
başlayın (məsələn, risperidon 0.5-2 mq per
os gündə iki dəfə; qaloperidol 1-5 mq per os,
VD və ya ƏD lazım olanda hər bir saatdan
bir təkrar edilir).
2. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
dozasını azaldın.
3. Əgər mümkündürsə, müalicə rejiminə
mane olmadan şübhəli dərman vasitənin
qəbulunu dayandırın.
1. Bəzi xəstələrdə MDR-Vərəm
müalicəsi müddətində anti-psixotik
müalicənin davam edilməsi lazım
gələcək.
2. Xəstəlik tarixçəsində əvvəldən ruhi
xəstəliyin olması burada qeyd olunan
dərmanların istifadəsinə əks-göstəriş de-
yil, lakin psixotik əlamətlərin yaranması
ehtimalını artıra bilər.
3. MDR-Vərəm müalicəsində psixotik
əlamətlər adətən səbəbkar dərman
vasitənin qəbulunun tamamlanması və
ya dayandırılması ilə geri dönən proses
kimi xarakterizə edilir.
Depressiya
İctimayi-
iqtisadi
durum, xroniki
xəstəlik, Cs,
Flx, H,
Eto/Pto
1. İctimayi-iqtisadi vəziyyəti yaxşılaşdırın.
2. Psixoloji terapiyaya başlayın, yəni qrup və
ya fərdi dəstək müzakirələrinə.
3. Anti-depressant dərmanların qəbuluna
başlayın (məsələn, amitriptilin, nortriptilin,
Dostları ilə paylaş: |