təlimləndirilməmiş işçilər HEPA filtrlərini dəyişməyə cəhd etsə, bu çox yüksək riskin mövcud olması
deməkdir.
5.2 Təb vent lyas ya
Keçmişdə mühitə aid
infeksiyaya nəzarətin yeganə
növü təbii ventilyasiya
olmuşdur
Bölmə 14
İnfeksiyaya nəzarət
• Səhifə 175
Təbii ventilyasiya pəncərələr açıq qoyula bilən mülayim və ya tropik iqlimdə müalicə müəssisələrinin tibb
palatalarında və ya digər sahələrdə istifadə oluna bilər. Təbii ventilyasiya açıq şəkildə tikilmiş otaq və ya palatanın
açıq pəncərələrindən ətrafdakı havanın sərbəst şəkildə daxil olması zamanı (bir tərəfdən daxil olan, digər tərəfdən
xaric olan) baş verə bilər.
Xəstəxana, klinika, palata və ya otaq üçün təbii ventilyasiya nümunələrdən maksimum faydalı istifadə yaxşı
ventilyasiyaya nail olmaq üçün ən sadə və ucuz başa gələn yanaşmadır. Müxtəlif strategiyalar işlənilə bilər:
• Qəbul sahələri, müayinə otaqları və palatalar mühitə “açıq” olmalıdır (məsələn, üstü örtülü açıq
sahələrdə və ya açıq pəncərələr olan sahələrdə təşkil edilməlidir). Əlavə olaraq, daha çox ventilyasiyaya
imkan vermək üçün pəncərələr qurula bilər. Pəncərələr digər palatalara yox, açıq mühitə tərəf
yerləşdirilməlidir.
• Havanın dəyişdirilməsini və hərəkətini asanlaşdırmaq üçün tavan ventilyatorlardan istifadə etmək
olar. Məqsəd havanın yalnız dəyişməsi yox, həmdə təmizlənməsi və mübadiləsidir. Bu səbəbdən, açıq
pəncərələr ilə yanaşı tavan ventilyatorlarından da istifadə olunmalıdır.
• Öskürək zamanı daha yüksək konsentrasiyalı yoluxucu aerozolların əmələ gəlmə riskinin artmasına
görə, bəlğəmin yığılması yaxşı ventilyasiya olunan sahələrdə, daha yaxşı çöldə və digər şəxslərdən uzaqda
aparılmalıdır. Bu sahələrdə havanın yaxşı hərəkət etməsinə dair qiymətləndirilmə aparılmalıdır, çünki
binaya bitişik olan və ya şüşəbənd kimi bəzi sahələr havanın zəif hərəkətinə səbəb ola bilər.
Çox hallarda kross-ventilyasiyanı qurmaq mümkün olmur. Bağlı otaqlarda aerozol şəkilində yoluxucu
hissəciklərlə olan havanın olması xüsusi risk törədir. Otağın bir hissəsində açıq pəncərə ona yaxın olan havanın
mübadiləsini təmin edir; lakin pəncərədən bəri havanın az miqdarı qısa məsafədə mübadilə edir. Bu cür yerlərdə,
otaqda digər pəncərənin və ya qapının açıq qalması hava mübadiləsini yaxşılaşdıra bilər, lakin açıq pəncərələr və
qapılar havanın yaxşı təmizlənməsinə təminat vermir.
Təbii ventilyasiyadan istifadə edən müəssisələrdə ən çox rast gəlinən problem, sərin hava və ya gecə vaxtı
xəstələrin və ya işçilərin pəncərələri bağlamalarıdır. Müxtəlif iqlim növləri və ya hava axınına mane olan digər
əngəllərin olması hava axınının dəyişik növlərinin yaranmasına səbəb olur. Təbii ventilyasiyadan istifadə edilən
yerlərdə havanın hərəkətini yoxlamaq üçün siqaretdən və ya oxşar tədbirlərin istifadəsi ilə asanlıqla etmək olar.
Ötürülmə riski yüksək olan sahələrdə qeyri-müvafiq əlavə mexaniki və ya digər tədbirlər lazım ola bilər.
Managua. “Evdə
ventilasiyanın
mövcudluğu və günəş
şüalarının daxil olması
çox vacibdir.”
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Səhifə 176 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
5.2.1 Mexaniki ventilyasiya
Əgər təbii ventilyasiya yoluxucu hava damcılarının konsentrasiyasını azaltmaq üçün müvafiq hava axınını
vermirsə
, bu zaman mexaniki ventilyasiya istifadə olunmalıdır. Mexaniki ventilyasiyadan istifadə xüsusilə yoluxucu
aerozolların yüksək konsentrasiyası ola bilən sahələrdə məsləhət görünür, məsələn:
• Çox sayda yoluxucu MDR-Vərəm xəstələrinin toplandığı palatalar və ya otaqlar
• Bronxoskopiya otaqları
• Bəlğəm gətirici prosedurların aparılma sahələri
• Konsentrasiyalı bəlğəm nümunələri və kulturalar ilə məşğul olan laboratoriyalar
• Autopsiya otaqları və ya meyidxanalar.
Əgər mexaniki ventilyasiya istifadə olunursa, onda otağa və ya sahəyə havanın daxil olması və oradan
sorulmasını asanlaşdıran kifayət qədər gücü olan təchizatdan istifadə etmək vacibdir. Başqa sözlə desək, əgər
sahənin içərisinə heç hava daxil olmasa, o zaman havanın sorulmasına imkan olmayacaq. Öskürən xəstələr vasitəsi
ilə yayılan yoluxucu hissəcikləri digərlərindən uzaqlaşdırmaq üçün birbaşa hava axınının təşkili də vacibdir.
“Təmiz” sahədən, Tİ-ni və xəstəni keçərək bayıra çıxan istiqamətli hava axını saxlanmalıdır. “Qısa hava
hərəkətinin” qarşısını almaq, yəni sorulmuş çirkli havanın yenidən otağa daxil olmasına mane olmaq üçün havanın
daxil olduğu sahə ilə xaric olduğu sahə arasında məsafə olmalıdır. Lakin qeyd olunmalıdır ki, əgər xəstələr çox
hərəkətli olsalar, istiqamətli hava axınının potensial xeyiri olmayacaq.
Mexaniki ventilyasiyanın ən sadə növü adətən pəncərələrdə yerləşən və havanı otağın içərisindən bayıra
doğru hərəkətləndirən sorucu ventilyatorlardır. Əgər sorucu ventilyatorlar istifadə olunursa, hava axınının
müvafiq olmasına və həmçinin otağa yayılmasına (eyni pəncərə və ya ventilyasiya deşiyindən girib, çıxması yox)
əmin olmaq vacibdir. Bunu hava axınının istiqamətini qiymətlərdirmək üçün nəzərdə tutulan siqaret tüstüsündən
və ya digər təchizatlardan istifadə edərək yoxlamaq olar.
Havanı otağın içərisindən bayıra verən pəncərə ventilyatorları mexaniki ventilyasiyanı təmin etmək üçün
ucuz və ən real üsuldur. Əksər şəraitlərdə, onlar tərkibində yoluxucu hissəciklər olan havanı effektli şəkildə
dəyişməsinə xidmət edə bilər. Baxmayaraq ki, pəncərə ventilyatorları otaq temperaturunu aşağı sala bilər onlar
pəncərələri daima açıq saxlamaqdan daha uyğundur.
Mexaniki ventilyasiyanın öz məhdudiyyətləri var:
• Otaqlarda ventilyasiyanın səviyyəsi həm qapıların və ya pəncərələrin açıq və ya bağlı olub-olmaması,
həm eyni ventilyasiya sistemli digər otaqlarda situasiyadan asılı olaraq dəyişik ola bilər
• Sistemlər zəif texniki xidmətin, elektrik enerjisi qəzaları və ya zəif planlaşdırılmış təxniki baxış
nəticəsində tam olaraq fəaliyyət göstərməyə bilər
• Yaxşı təşkil edilməmiş və ya baxılmamış mexaniki ventilyasiya sistemləri tibb işçilərini yanılda bilər.
Əlavə olaraq, onlar həmçinin Tİ-nin və xəstələrin sağlamlığına təsir edə bilən otaq havanın keyfiyyət
problemlərinin mənbəyi ola bilər
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri
Bölmə 14
İnfeksiyaya nəzarət
• Səhifə 177
5.2.2 Ventilasiya və ventilasiya sistemlərin
yoxlanması
Ventilyasiya sistemlərinin tam fəaliyyət göstərməsini
müəyyən etmək üçün müntəzəm olaraq qiymətləndirmələr
aparılmalıdır. Hava axınının dəqiq istiqamətini yoxlamaq
üçün ən sadə qiymətləndirilmə görünən tüstüdür
(məsələn, “siqaret tüstüsü”-nün istifadəsi). Hava axınını
istifadə edən velometr və ya iz buraxan qaz analizləri
kimi daha mürəkkəb sınaqlar hava axınının səviyyəsini
müəyyən etməkdə və hava mübadiləsinin saatda dəyişmə
sayını hesablamaqda həmçinin istifadə oluna bilər.
Vaxtaşırı qiymətləndirmələr aparılmalı və texniki xidmət
hesabatlarında sənədləşdirilməlidir.
Əksər ölkələrin ventilyasiyaya dair ASHRAE,
Amerika
İstilik, Soyuducu və Hava Kondisionerləri
mühəndislərinin Cəmiyy tərəfindən nəşr edilmiş
standartlara istinad edilməli özünə məxsus standartları var
5.2.3 Ultrabənövşəyi bakterisid süalanma (UVGI)
Laborator tədqiqatlar göstərir ki, UVGI-a tam məruz qalan
M. tuberculosis ölür. Bu səbəbdən, UVGI mühitə
aid olan bahalı nəzarət tədbiri kimi məsləhət görünür. Lakin effektli olması üçün kontaminasiyalı hava işıq şüaları
ilə təmasda olmalıdır, bu isə havanın sirkulyasiyası zəif olan sahələrdə böyük bir problem yarada bilər və rütubət
yüksək olan və ya tozlu sahələrdə onların effekti məhdudlaşa bilər. Bundan əlavə, əgər UVGI dəqiq qurulmayıbsa
və texniki xidmət göstərilməyibsə, onda Tİ-də və xəstələrdə artıq şüalanmadan dəri və göz qıcıqlanma reaksiyaları
əmələ gələ bilər. UVGI -ın istifadəsinə sonuncu böyük məhdudiyyət onun yerində, xüsusən də mövcud məhsulların
müxtəlif növləri olan zaman, onların otaqlarda yerləşmə vəziyyətlərindən və müxtəlif yerlərdə otaqların havasının
qarışması zamanı effektliliyinin qiymətləndirilməsinin mümkün olmamasıdır.
Əgər UVGI qurulubsa, onda texniki xidmətin müntəzəm proqramı lazımdır. Lampaların vaxtaşırı
tozunun silinməsinə və müntəzəm intervallar ilə dəyişilməsinə dair məsul olan şəxslər təyin olunmalıdır.
Həmçinin hava axının nümunələrinin UVGI tərəfindən
M. tuberculosis-i öldürmə qabiliyyətinin maksimum
istifadəsi üçün hava axınının vaxtaşırı qiymətləndirilməsi çox vacibdir. UVGI lampalarının keyfiyyəti çox
vacibdir. Adətən yaxşı hesab edilənləri 5 000-dən 10 000 saata gədər işləyir (7-14 ay). Bundan sonra, şüalanma
sürətlə azalır. Yaxşı hallarda, şüalanma radiometr ilə ölçülməlidir. Əlavə olaraq, Tİ-nə və xəstələrə qarşı riskin
azalması baxımından da diqqətli olmaq lazımdır, əgər onlar qeyri-müvafiq müdafiə olunsalar, onda dəri və göz
qıcıqlanması əlamətləri ilə şikayət edə bilərlər. Seçilmiş effektli şüalanma səviyyələri üçün maksimum icazə
verilə bilən ekspozisiya müddətləri mövcuddur (daha ətraflı məlumat üçün Xəstəliyə Nəzarət və Prevensiya
Mərkəzlərin vebsaytına müraciət edə bilərsiniz).
Otağın yuxarında olan UVGI lampalar otaqlarda dünyanın bəzi hissəsilərində adətən olduğu kimi, boş
otaqları sterilizə etmək üçün yox, insanlar olan zamanı istifadə üçün verilir. Yoluxucu mənbənin və digər
yoluxmuş şəxslərin otaqda olduqları vaxt havanın dekontaminasiya edilməsi daha vacibdir və otağın yuxarı
hissəsinə birləşdirilən UVGI lampası ciddi şüalanma riskləri olmadan bunu etmək üçün istehsal edilmişdir.
Otağın yuxarıda istifadəsi üçün qurulmuş bərkitmə cihazlarının istehsalçılarının sayı bu gün az gəlirli
ölkələrdə artır və onlar məhsulları aşağı qiymətlərlə satırlar. Lakin, bu günə kimi bunun üçün müvafiq
standartlar mövcud deyildir və alıcı bu məsələdə bilikli şəxslərlə məsləhətləşməlidir.
Otağın yuxarısında istifadəsi üçün nəzərdə tutulmuş UVGI lampasına əlavə olaraq, bakterisid UB
lampalar bəzi vaxtlar tavanlarda və ya divarlarda qurulaşdıran ventilyasiya borularında və ya qapıüstü hava
sterilizə edən cihazlarda və ya otaqdan otağa keçirilə bilən portativ vahidlərdə istifadə olunur. Onların effekti
xüsusən də geniş sahələrdə onların yaratdığı hava dəyişmə sayı ilə məhdudlaşır.
MDR-Vərəm ola bilən nümunələrlə işləyən laboratoriyalara qarşı xüsusən ciddi mühitə aid nəzarət
lazımdır. Bu məsələyə digər sənədlərdə müraciət olunub.
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri
Ətraf mühitinin nəzarəti
üzrə mütəxəssislər
komandası tərəfindən
ventilyasiyanın
qiymətləndirilməsi.
Səhifə 178 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
6 Fərd resp rator müdaf ə
Nə inzibati, nə texniki nəzarət tədbirləri tam müdafiəni təmin bilməcəyinə görə, nozokomial Vərəmin
ötürülməsinə qarşı müdafiənin ücüncü xəttinə fərdi respiratorlar aiddir. Onların tərkibində
M. tuberculosis kimi
hava ilə yayılan təhlükədən qorunmaq üçün maska geyinəni qoruyan xüsusi filtr material var və həmçinin onların
üz ilə maska kənarının arasında qalan boşluğun qarşısını almaq üçün üzə tam sıxılması nəzərdə tutulub.
Baxmayaraq ki, respiratorlar infeksiyaya nəzarət tədbirlərinin qiymətli tərkib hissəsi kimi xidmət göstərə
bilər, onlar müvafiq inzibati və texniki nəzarət üçün əvəz edici deyildir.
Respiratorlardan yüksək riskli ekspozisiyaya qarşı qısamüddətli müdafiə kimi istifadə daha uyğundur,
məsələn, bəlğəmqətirici prosedurlar, bronxoskopiya və autopsiya zamanı.
Həmçinin yoluxucu MDR-Vərəm xəstəsi ilə yaxın təmasda olarkən, məsələn, xəstəyə qulluq edərkən və ya
qan nümunələri götürərkən respiratorlardan istifadə müvafiq hesab edilir. Uzunmüddətli təmas zamanı, məsələn,
xəstəxana palatasında bütün iş növbəsi müddəti Tİ-nin respiratorlardan istifadə etməsinə inanmaq bir qədər
çətindir.
6.1 Cərrah maskalar
Sual:
MDR-Vərəm yayılmasının azalmasında cərrahi üz maskaların dəyəri nədən ibarətdir?
UVGI yalnız
ventilasiya ilə birgə
istifadə olunan
zaman effektlidir
Bölmə 14
İnfeksiyaya nəzarət
• Səhifə 179
Cavab
Üz maskası və respirator arasında vacib fərqlər var. Cərrahi maskalar (parça və ya kağız) kimi, üz maskaları:
• maskanı geyinən şəxsdən (məsələn, cərrah, MDR-Vərəm xəstəsi və s.) mikroorqanizmlərin
başqalarına yayılmasının qarşısını (mənbənin (ağız) yanında böyük damcı hissəciklərini tutaraq)
almaq üçün nəzərdə tutulur
• maskanı geyinən şəxsə (məsələn, Tİ, xəstə, ailə üzvü) havada olan yoluxucu damcılardan müvafiq
müdafiə vermir. Adətən maskalarda məhdud filtrasiya qabiliyyəti var və onlar ağız və burunu tam
bağlamır, bu da havada olan
M. tuberculosis-in sərbəst şəkildə ağıza daxil olmasına imkan verir.
Əsas müdaxilə hesab edilməsə belə, birdəfəlik\parça maskalar potensial yoluxucu MDR-Vərəm xəstələrdən
əmələ gələn aerozolları azaltmaq üçün istifadə oluna bilər. Bu səbəbdən birdəfəlik və ya cərrahi maskalar
əsas tibb prosedurlara və ya digər səbəbdən palatadan çıxan şübhəli və məlum yoluxucu MDR-Vərəm
xəstələri üçün nəzərdə tutulmalıdır. Lakin, cərrahi maskalar həmçinin MDR-Vərəm xəstələrini müəyyən
etməkdə kömək edəcəklərinə görə, stiqma riskini həmçinin nəzərə almaq lazımdır. Parça cərrahi maskalar
yuyulub, təkrar istifadə oluna bilər.
Yadda saxlamaq lazımdır ki, cərrahi maskalar Tİ-ri və ya digər maska istifadə edənləri
M. tuberculosis-lə
kontaminasiyalı havadan tam müdafiə etmir və bu məqsədlə istifadə olunmamalıdır.
6.2 Resp ratorlar
Respiratorlar ağız və burunu örtən maska növüdür. Cərrahi maskalardan fərqli olaraq, onların tərkibində
xüsusi filtr materialı var və o, üzün və maska kənarı arasında boşluqların qalmasının qarşısını almaq üçün üzə
kip oturmanı təmin edir. Respiratorlar
M. tuberculosis-li olan hava damcıları daxil etməklə çox balaca hissəcikləri
tutmaq üçün nəzərdə tutulurlar. Birdəfəlik xüsusi respiratorlar müxtəlif formalarda olur: fincana, ördək dimdiyinə
və bərk ilbiz qabığına oxşar filtr saxlayan formalar. Bəzilərində maska istifadə edənlərə nəfəs verməyi asanlaşdıran
birtərəfli klapanlar ola bilər. Birdəfəlik xüsusi respiratorlar, məsələn, N95 respiratorlar, istifadə üçün ən sadə və
məsləhət görünən cihazlardandır.
Respiratorun effektli olması üçün maska və maska geyinən şəxsin üzünün arasında “kip möhür” olmalıdır.
Əgər respirator düzgün durmursa, çox guman ki, yoluxucu hissəciklər ən az rezistent yolla, yəni filtr materialından
yox, respirator və maska geyinən şəxsin üzü arasında boşluqlardan keçəcək. Üz və maska arasında hər hansı bir
boşluq yoluxucu damcılar üçün potensial giriş nöqtəsidir. Yaxşı hallarda, respiratorların fərdi maska geyinənlərdə
“düzgün duruluşu yoxlanmalıdır”. Əlavə olaraq, hər işçiyə xüsusi model seçən zaman işçilərə üzlə maska arasındakı
boşluqları minimuma endirmək məqsədi ilə onların respiratorlardan düzgün istifadəni öyrənmələri üçün şərait
yaradılmalıdır. Saqqallı şəxslərdə fərdi respiratorlar yaxşı durmur.
Fərdi müdafiə təchizatı
Respiratorlar vs. Maskalar
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri
Səhifə 180 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Birdəfəlik respiratorlar nisbətən baha olduğu üçün, yaxşı olardı ki, Tİ-dən onların təkrar istifadəsi xahiş
edilsin. Çox təəssüf ki, onların təkrar olunmasına dair dəqiq istifadə sayı məlum deyil və bu zaman diqqətli olmaq
lazımdır. Onlar çırklənəndə, nəm olanda və ya struktur bütövlüyünü itirəndə və maska kənarının və maskanı
geyinən şəxsin üzü arasında kip möhürün saxlanması daha mümkün olmayanda, atılmalıdırlar. Onların xarab
olmasına səbəb olan əsas amillər rütubətlik, çirk və əzilmədir. Bu cihazların davamlılığı konstruksiyalar və
məhsullara görə istifadə müddətinə görə müxtəlifdir. Cihazın davamlılığı və qiyməti arasında çox vaxt ziddiyət
olur. Əgər respiratorlar təkrar istifadə olunacaqsa, onlar təmiz, quru yerdə saxlanmalıdır. Onun saxlanmasının
bir üsulu respiratoru dəsmalla örtməkdir (respiratoru əzməmək üçün ehtiyatlı olmaqla). Plastik çantalar nəmlik
saxlamalarına görə, heç vaxt istifadə olunmamalıdır.
7 Xüsus sahələr və prosedurlar
Sual:
Müalicə müəssisələrində MDR-Vərəm ötürülməsinin riski yüksək olan sahələrin siyahısını hazırlayın.
Cavab:
• Radiologiya
• Gözləmə sahələri
• Bəlğəm nümunələrinin yığılması və öskürəkgətirici prosedurlar
• Cərrahi və autopsiya otaqları
• İntensiv terapiya sahələri
7.1 Rad olog ya
Radioloji departamentlər çox vaxt müxtəlif xəstələrə, xüsusilə
M. tuberculosis infeksiyasına həssas xəstələrə
(məsələn, balaca uşaqlar və ya HİV-ə yoluxan xəstələr), xidmət göstərirlər. Bu səbəbdən, radioloji departamentlər
aşağıda qeyd edilənləri etməlidirlər:
• yoluxucu və MDR-Vərəmə şübhəli xəstələrin döş qəfəsinin stasionar rentgen edilməsini nisbətən boş vaxtlara,
məsələn, günün birinci yarısından sonraya, salmaq;
• MDR-Vərəmə şübhəli xəstələrin (yaxma mənfi olmaları sənədəşdirilməyən) və həmçinin bütün məlum
MDR-Vərəm xəstələrinin cərrahi maskalarla təmin olunması; alternativ şəkildə öskürmək üçün parça verib,
etik qaydalarına uyğun öskürmələri barədə təlimatlandırması;
• departamentdə keçirilən vaxtı azaltmaq məqsədi ilə potensial yoluxucu MDR-Vərəm xəstələrinə xidmətin
birinci növbədə göstərilməsi;
• iş saatlarında xəstə və əsas işçilərdən savayı radioloji otağa başqalarının daxil olmasına qadağa qoyulması
(məsələn, işarələrin goyulması və nəzarətin gücləndirilməsi);
• potensial yoluxucu MDR-Vərəm xəstələrin rentgen şəkillərini çıxarmaq üçün ən yaxşı ventilyasiyalı otaqlardan
istifadə edilməsi.
7.2 Gözləmə sahələr
Yüksək dərəcədə xəstəlik yayılan ölkələrdə müalicə müəssisələrində hər gün yüzlərlə insanlar müayinə üçün
gözləyirlər. Dəhlizlər və gözləmə zalları çox vaxt xəstələr, onların ailələri və Tİ-in bir yerdə toplaşıb, müxtəlif
departamentlərin (məsələn, radiologiya, aptek, poliklinika və s.) yanında uzun növbələr yaradırlar. Belə yerlərdə
Tİ-ri nozokomial MDR-Vərəmin ötürülmə riskinin azalmasında məsuliyyəti üzərlərinə götürməlidirlər. Onlar
ya məlum MDR-Vərəm xəstələrini tez yola salmalıdırlar, ya da nömrə sistemindən istifadə edərək, gələn xəstələrə
nömrə verilib, onlardan çöldə və ya yaxşı-ventilyasiya olunan sahələrdə onların nömrəsini çağırana kimi, gözləməyi
xahiş etməlidirlər.
Bölmə 14
İnfeksiyaya nəzarət
• Səhifə 181
7.3 Bəlğəm numünələr n yığılması və öskürəkgət r c prosedurlar
Öskürəkgətirici prosedurlar (məsələn, bəlğəmin induksiyası və ya bronxoskopiya) yalnız tamamilə ehtiyac
olanda MDR-Vərəmin ola biləcəyi xəstələrdə aparılmalıdır.
Bəlğəm induksiyası yalnız xəstə müvafiq bəlğəm nümunəsini induksiyasız verə bilməzsə olunmalıdır; eyni
zamanda digər az riskli diaqnostik müayinələrin olunmalarından sonra son seçim kimi bronxoskopiya istifadə
olunmalıdır.
Həmçinin, spirometriya şübhə və ya məlum MDR-Vərəm xəstələrdə aparılmamalıdır. Tətbiq edildikdə, bu
cür proseduralar müvafiq ətraf mühitə nəzarət tədbirlərinin olduğu və respirator müdafiə tədbirlərinin artırıla
biləcəyi otaqlarda edilməlidir.
7.4 Cərrah və autops ya otaqları
Cərrahi və autopsiya otaqları çox vaxt zəif ventilyasiya olunan otaqlardır və prosedurlar MDR-Vərəm xəstələri
üzərində aparılsa, Tİ-nin yoluxma riski əhəmiyyətli dərəcədə ola bilər. Ümumiyyətlə, potensial yoluxucu MDR-
Vərəm xəstələrdə yalnız həyati təhlükə olan vəziyyətlərdə cərrahi əməliyyat aparılmalıdır. MDR-Vərəm xəstələri
üçün cərrahi müdaxilə yaxşı olar ki, xəstə yaxma mənfi olduqdan və ya bakteriyaların çoxalması əhəmiyyətli
dərəcədə azaldıqdan sonra edilsin. Prosedurlar şübhəli və ya məlum MDR-li xəstələrdə aparılan zaman cərrahi və
ya autopsiya otağında işləyən bütün personal fərdi respirator müdafiədən istifadə etməlidir.
7.5 İntens v terap ya sahələr
İntensiv terapiya sahələri (yüksək qayğı) xüsusən də potensial yoluxucu MDR-Vərəm xəstələrin intubasiyası
zamanı yüksək riskli sahələr ola bilər. Həm intubasiya, həm də yarma aerozol yarada bilər. Əlavə olaraq, intensiv
terapiya bölmələri çox vaxt az ventilyasiyalı olur. Bu səbəbdən, əgər mümkündürsə, potensial yoluxucu MDR-
Vərəm xəstələrinin intubasiyasından çəkinmək lazımdır. İntensiv terapiya sahələrində ventilyasiyaya xüsusi diqqət
yetirmək lazımdır və şübhəli və ya təsdiqlənmiş MDR-Vərəm xəstələrində hər hansı prosedurların aparılması
zamanı bütün işçi heyəti fərdi respirator müdafiədən istifadə
Səhifə 182 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
İnfeks yaya nəzarət
1. İnfeksiyaya nəzarət strategiyaları üçün sıralamanın prioritet ardıcılığını göstərin:
a) Fərdi respirator müdafiə, mühitə aid olan nəzarət, inzibati
b) Mühitə aid olan nəzarət, fərdi respirator müdafiə, inzibati
c) İnzibati, mühitə aid olan nəzarət, fərdi respirator müdafiə
d) İnzibati, fərdi respirator müdafiə, mühitə aid olan nəzarət
e) Fərdi respirator müdafiə, inzibati, mühitə aid olan nəzarət
2. Təbii ventilyasiya aşağıdakı tədbirlərlə yaxşılaşdırıla bilər:
a) Qapalı mühitdə tavan ventilyatorları
b) Açıq pəncərələrdən ətrafdakı sərbəst hava axının olması ilə
c) Qapalı mühitdə sorucu ventilyatorlarla
d) Qapalı mühitdə istiqamətli hava axının olması ilə
e) Pəncələrdən müvafiq gün işığı ilə
3. Düz/Səhv:
a) Fərdi respirator müdafiə tədbirləri inzibati nəzarətin olmaması yerdə MDR-Vərəmin ötürülməsini azaldacaq
b) Cərrahi maskalar maska istifadə edən şəxsdən MDR-Vərəmin ötürülmə riskini azaldır
c) Aerozol şəkildə olan
M. tuberculosis hələ də fərdi respiratorların içərisinə daxil ola bilər
d) Fərdi respiratorlar bir dəfə istifadədən sonra atılmalıdır
e) Fərdi respiratorlar daimi geyinilməlidir
1: c
2: b
3: S, D, S, S, S.
Cavablar
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
• Səhifə 183
Həbsxanalarda Vərəm və MDR Vərəm
Bölmə 15
Səhifə 184 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə məqsədlər
Dostları ilə paylaş: |