olan xəstələr onları əldə edə bilirlər. Lakin bu zaman düzgün aparılmayan, tibbi nəzarətdən kənar qalan müalicə
nəticəsində rezistent vərəm çöplərinin yaranmasına baş verir.
Həbsdən azad edilmiş məhkumların müvafiq MVP nəzarət mərkəzlərinə vaxtaşırı gələrək müayinədən
keçmələri üçün müxtəlif nəzarət mexanizmlərindən və stimullaşdırıcı vasitələrdən istifadə edilir.
4.2. Məhkumların özlər lə bağlı problemlər
Xəstə məhkumlar mülki sektordaki xəstələrdən fərqlidirlər. Bu isə əsasən həbsxananın içərisində olan
dünyanın çox qəddar və sərt qayda-qanunları ilə bağlıdır. Vərəm barədə verilən təlim, məsələn hər hansı Vərəm
proqramının əsas elementinin necə çatdırılmasından asılı olmayaraq o, bir çox məhkumlara az, və ya heç təsir
etməyə bilər. Məhkumların da öz prioritetləri, məsələn ailələri, var və bu ailələrin çox vaxt maliyyə dəstəyinə
ehtiyacı olur. Həbsxanalarda zorakılıq geniş yayılıb və narkotik, qumar borclarına ciddi fikir verilir, qaytarılmadığı
təqdirdə çox təhlükəli ola bilər. Yoxsul ölkələrdə məhkumlar üçün “həbsxana cəngərliyi” adlanan həbsxana
sistemində həyatda qalmaq hər şeydən üstün tutulur.
Bu şəraitdə müalicənin davam etdirilməsi, onun dayandırılmasının təhlükəsi barədə, “ümumi cəmiyyətin
sağlamlığı” barədə deyilən sözləri məhkumlar heç dinləmək də istəmirlər. Lakin bu o demək deyildir ki, həmin
məlumatların çatdırlması dayandırılmalıdır, əksinə! Mümkün qədər daha çox həbsxana həyatını əks etdirən vərəm
və MDR Vərəmə aid posterlər, rəsmlər hazırlanmalı və məhkumlar arasında paylanmalıdır.
4.2.1. Dərman ehtiyatı
Bir çox məhkumlar ilk həftələr keçdikdən sonra özlərini yaxşı hiss etdikləri üçün təyin edilmiş dərmanları
qəbul etmirlər. Onlar bu dərmanları müxtəlif səbəblərdən “saxlaya” bilərlər. Həbsxanalarda “güclü” dərman kimi
ad çıxarmış dərmanlar (məsələn: Rifampisin) böyük “bazar dəyərinə” malikdir. (Bəzi ölkələrdə gözətçilər VX-
ni (Venerik xəstəlikləri) müalicə etmək üçün Rifampisin həblərini əldə etməyə cəhd göstərirlər) Məhkumlar
da bəzi həbləri qəbul etməyərək onları satmağa və “valyuta” kimi istifadə edərək, məsələn qadağan edilmiş
dərmanlar (narkotiklər) almağa cəhd göstərərlər. Digərləri isə həbsxanada aldıqları borcları qaytarmaq üçün bu
dərmanlardan istifadə edirlər. Və ya onlar bu dərmanları öz ailələri üçün əldə etməyə çalışırlar, bununla isə edə
bildikləri ən böyük yanlışlığı etmiş olduqlarını başa düşmürlər. Bəziləri isə sadəcə olaraq bu dərmanları əldə edib
saxlamağa çalışacaqlar ki, “qara gündə” lazım olar
Məhkumlar həbləri gizlətməyə və “ehtiyat” kimi saxlamağa çalışanda müxtəlif üsullardan istifadə edirlər ki,
nəzarətdən yayınsınlar. Əldən zirək olanlar bu barədə təcrübəsi olmayan tibbi heyəti çox asanlıqla aldada bilərlər.
Məhkumlar “köhnə hiylə”lərdən istifadə edərək tibbi heyətin diqqətini yayındıra, və beləliklə lazım olan həbləri
gizlədərək və ya bir başqasına ötürərək dərmanları qəbul etmiş kimi özlərini göstərə bilərlər.
Səhifə 198 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Vərəmi müalicə edən tibbi heyət bütün bunlardan məlumatlı olmalı və hər zaman bu cür fəndlərə qarşı
diqqətli olmalıdırlar. Aparılan təcrübələr göstərmişdir ki, qeyd edilənlərlə üzləşməmək üçün ən yaxşı üsul ondan
ibarətdir ki, tibbi heyətin 2 üzvü dərmanların verilməsi ilə məşğul olsun. Əlavə olaraq, tabe olmayan məhkumları
dərmanlar verildikdən sonra diqqətlə müşahidə etmək və əlavə ehtiyat tədbirləri görmək lazımdır; məsələn,
dərman qəbul edildikdən sonra (qəbul edildiyi güman edildikdən sonra) xəstəyə ağzını açmağı söyləmək və
yoxlamaq və ya dərmanı və 1 stəkan suyu qəbul etdikdən sonra məhkumu danışdıraraq yoxlamaq.
İki və ya daha çox dərmanın bir həb şəklində kombinasiyası izləmə üsullarının sayını azaldır. Məlum olmayan
səbəblərdən məhkumlar üçün bu cür kombinasiyalı dərmanlar tək dərmanalara nisbətən daha az cəlbedici görünür.
Məhkumlar müalicəni başqa səbəblərdən də dayandırmağı qərara ala bilərlər. Ola bilsin ki, yan təsirlərin baş
verməsi səbəbindən məhkumlar öz müalicəni dayandırarlar. Yarımçıq müalicə almış hesab edilməkdənsə, onlar
sadəcə olaraq həbləri tullaya bilərlər.
Səbəb nə olursa olsun, Vərəmin müalicəsi birbaşa müşahidə altında müalicə (D.O.T.) prinsipi ilə aparılmalıdır.
Həbsxanalarda dərmanların qəbul edilməsinə nəzarət ciddi və fərdi şəkildə olmalıdır. Həbsxanada buna görə heç
zaman güzəştə gedilməməlidir.
Həblərin qəbul edilməsi həbsxanalarda birbaşa müşahidə altında
aparılmalıdır*
Artıq qeyd edildiyi kimi Vərəmin müalicəsinin uğurla tamamlanması üçün “həblərin məhkumlar tərəfindən
qəbul edilməsi ciddi nəzarət altında aparılmalıdır”. Həbsxanalarda bu yoxlamalara həssas, lakin inandırıcı
yanaşılmalıdır, bunun effektivliyi əsas məsələdir. Məhkumların hamısı olmasa da bir çoxları tibbi heyəti aldatmağa
çalışacaqlar və əgər bu zaman heyət diqqətli olmasa məhkumlar buna nail olacaqlar...
Müalicə kursunu tam şəkildə bitirmək “normal” vərəmli xəstələr üçün vacibdir, söhbət MDR Vərəmdən
gedirsə vəziyyət daha da kritik hal alır. Artıq ölümlə üz-üzə qalan məhkumlar daha nizam-intizamlı olacaqlar
və MDR vərəmin müalicəsi üçün dərmanlarını nizamlı şəkildə qəbul edəcəklər. Lakin onlar məhkumdırlar və
yaşadıqları həbsxana reallıqları bəzən hətta MDR Vərəmə tutulmuş məhkumu da artıq qeyd edilən hər hansı bir
səbəbdən öz “yeni” dərmanını (ikinci sıra) satmaq seçimini etməyə (və ya məcbur) edə bilər.
Nəhayət, MDR Vərəmdən əziyyət çəkən bir çox məhkumlar DOTS (Birbaşa Müşahidə altında Qısamüddətli
Müalicə kursu) vasitəsi ilə artıq bir sıra dərmanları qəbul etsələr də bu dərmanların yan təsirləri ilə də üzləşirlər.
Ümumi əhaliyə nisbətən məhkumlar Hepatit B və C-də daxil olmaqla daha çox qara ciyər problemləri ilə üzləşirlər.
İkinci sıra vərəm əleyhinə dərmanların daha kəskin əlavə təsirlərinə dözmək daha çətin olduğundan, məhkumlar
bu dərmanları qəbul etməkdən boyun qaçırmaq istəyə bilərlər.
Həbsxana daxilində lazımi nəzarət altında aparılmayan müalicə həbsxanadan kənarda pərakəndə
dərmanlarla müalicəyə gətirib çıxara bilər və bu da dərmanlara rezistent olan vərəm çöplərinin
yaranmasını asanlaşdırır.
4.2.2. “Bəlğəm kələyi”
Vərəmin idarəedilməsi ilə bağlı bütün qitələrdəki həbsxanalarda baş verən digər bir problem var. Bu “bəlğəm
kələyi” adlana bilər. Söhbət başqa birisinin bəlğəmi (adətən AFB müsbət) ilə özününkünü dəyişdirməkdən gedir.
Burada məqsəd ondan ibarətdir ki, məhkum vərəm xəstəsi olmaya-olmaya Vərəm Proqramına “daxil olmaq”
istəyir. Əksər hallarda bu adətən müalicələri tamamlanan, lakin proqramın bütün üstünlüklərindən istifadə etmək
üçün hələ də burada “iştirak etmək” istəyən məhkumlara xas bir xüsusiyyətdir.
Bu fenomeni anlamaq üçün sadəcə onu qeyd etmək lazımdır ki, inkişaf edən, vərəmin tüğyan etdiyi ölkələrdə
həbsxanalar adətən çox pis həyat şəraitinə malik olur. Bəzi hallarda isə buradakı həyat şəraiti inanılmaz dərəcədə
* DOTS”
yalnız “birbaşa müşahidə
altında qısamüddətli
müalicə kursu” mənasını
vermədiyi və hal-hazırda 5
bənddən ibarət strategiya
olduğu üçün “D.O.T.S.”
qısalmasından artıq
istifadə edilmir...
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
• Səhifə 199
pis olur. Bu cür həbsxanalarda həbsxananın xəstəxana şəraiti hətta qərb ölkələrində olan şəraitlə müqayisədə
çox bərbad olsa da belə, xüsusilə Vərəm Proqramı məhkumları çox cəlb edir. Bu xəstəxanalarda müalicə alan
məhkumlar digər məhkumlara nisbətən daha yaxşı qida qəbul edirlər. Bu xəstələrdən həm də işləmək tələb
edilmir. Təhlükəsizlik tədbirləri çox vaxt xəstəxanalarda bir qədər zəif olur. Həyat şəraiti daha yaxşıdır və
xəstələrə “pulsuz dərmanlar” verilir... Nəhayət, müalicənin ilkin mərhələsindən sonra ailə ziyarətləri məhkumlar
üçün əlavə “rahatlıq”dır.
Bütün bu səbəblərdən vərəmə qarşı müalicə alan məhkumlar müalicənin tamamlanması, sağalıb
sağalmamalarından asılı olmayaraq həbsxana xəstəxanasında qalmaq istəyə bilərlər. Buna görə də onlar bəlğəm
yoxlaması zamanı bəlğəm nəticələrini saxtalaşdırmağa cəhd edirlər. Onlar yeni gələn və AFB müsbət bəlğəmli
məhkumun bəlğəmini əldə edirlər və yoxlama zamanı öz bəlğəmlərinin (çox güman ki, mənfi) yerinə bu bəlğəmi
yoxlamaya təqdim edirlər. Əgər bu “bəlğəm kələyi” aşkarlanmasa, məhkum öz əvvəlki həbsxanasına qayıtmaq
əvəzinə xəstəxanada qalmaqda və onun üstünlüklərindən istifadə etməkdə davam edəcək.
Vərəmin müalicəsində müvafiq pəhriz də vacibdir. Vərəm proqramına daxil edilənlər
yüksək enerjili qidalar və əlavə proteinlər qəbul etməlidirlər. Düzgün qida rasyonu yalnız
qidalandırıcı xarakter daşımır, həm də məhkumların çox sayda olan dərmanları qəbul
etmələrini asanlaşdırır. Həbsxanalarda qida rasyonu adətən qeyri-müvafiqdir və qənaətbəxş
şəkildə hazırlanmır. Bütün dünyadakı məhkumlar həmişə (doğru və ya yanlış) qəbul etdikləri
qidalardan şikayət edirlər. Hərdənbir qida demək olar ki, “mifik” önəm daşıyır. Həbsxananın
daxilində qida oğurluğu məhkumlar arasında qisasla, hətta ölümlə nəticələnir. Buradan aydın
olur ki, nə üçün xəstəxanada verilən yemək belə “cəlbedici” xarakter daşıyır və məhkumlar
vərəm proqramında daha uzun müddət ”qalmaq“ istəyirlər.
.
Xəstənin sağalıb sağalmaması barədə qərar yalnız laborator testlər vasitəsi ilə deyil, həm də xəstəlik halının
kliniki inkişafı ilə ölçülür. Həbsxanalarda tibbi nəzarət mülki xəstəxanalara nisbətən o qədər də ciddi olmur və
beləliklə də “saxta” laborator testlər kliniki qərara təsir edə bilər. “Bəlğəm kələkçiləri” nəticələri saxtalaşdırmaq
üçün müxtəlif yollara əl ata bilərlər. Ən işlək üsullardan biri, əlbəttə ki, müalicəni dayandırmaq istəməyən
kələkbaz məhkumun yerinə yeni vərəmli məhkumu bəlğəm (müsbət) müayinəsindən keçməyə göndərməkdir.
Baxmayaraq ki, bunun üstünü açmaq asan ola bilər, lakin onu da qeyd etmək lazımdır ki, həbsxanalar o qədər
də yaxşı təşkil edilməyiblər və kələkbaz məhkumlar heyətin dəyişməsindən istifadə edərək bu cür hiylələrə əl
atırlar. Bunun həlli yolu, məsələn, tibbi sənədlərdə adı qeyd edilən hər bir məhkumun şəklinin tibbi tarixçəsində
olmasıdır (növbəti səhifədəki illüstrasiyadakı 1 nömrəli rəsmə bax).
Sistemi aldatmağa çalışmaq üsullarından biri isə belədir: məhkum başqa birinin (müsbət) bəlğəmini
ağzında, dilinin altında saxlayaraq yoxlamaya gəlir və bu bəlğəmi özününkü kimi bəlğəm qabına tökür. Bu yalanın
üstünü isə məhkum bəlğəm verməzdən öncə məhkumun əllərini (digər gizlətmə yeri) və ağzını yuduzdurmaqla
aşkarlamaq olar. (Nomrə “2” –növbəti səhifə)
Bəzi məhkumlar vərəmli olmadıqları halda başqa birisinin “müsbət” bəlğəmini
özününkü kimi analizə verməklə Vərəm Proqramına
“DAXİL OLMAQ”
istəyirlər. Çünki
bunun bir çox üstünlükləri var Artıq sağalmış məhkumlar isə başqa birisinin “müsbət”
bəlğəmini özününkünü kimi analizə verməklə artıq gördükləri üstünlüklər səbəbindən Vərəm
Proqramında
“QALMAQ”
istəyirlər.
Səhifə 200 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Sual :
Təsəvvür etməyə çalışın ki, məhkum öz bəlğəminin yerinə başqa birisinin bəlğəmini analizə vermək üçün
hansı “hiylə”lərə əl ata bilər. Daha sonra onları növbəti səhifədəki şərhlərlə müqayisə edin.
Answer:
Aşağıda məhkumların öz bəlğəmlərini saxtalaşdırmalarına dair misallar verilib. Bu misallar Latın
Amerikası ölkələrinin, keçmiş Sovet İttifaqı, Avropa və Asiya həbsxanalarına aiddir. (Bunlar sadəcə bir
neçə misallardır: məhkumlar daha hiyləgər ola bilərlər!)
a. Təzəcə xəstəxanaya gəlmiş AFB “müsbət” olan məhkumdan bəlğəm almaq, ağzında gizlətmək, yoxlama
zamanı “öskürərək” bu prosesi inandırıcı şəkildə etməyə çalışmaq
b. “Müsbət” bəlğəmi əllərində və ya orta barmaqla şəhadət barmağının arasında gizlətmək.
c. Kiçik şpris vasitəsilə “müsbət” bəlğəmi oğurlamağa çalışmaq və ustalıqla bəlğəm qabına boşaltmaq
d. “Müsbət” bəlğəmin əvvəldəcən çəkilmiş siqaret kötüyünün içində gizlədilməsi (bəlğəm filtrin
içərisindən sorulur) və bəlğəm götürülməzdən əvvəl (və ağzın yaxalanmasından sonra) “məsum” şəkildə
çəkilən bu siqaret (yuxardakı şəkildə 4-cü rəqəmə bax)
e. Dişində deşik olan məhkum “müsbət” bəlğəmi onun içərisində gizlədə bilər. Diş deşiyini dil ilə tutmaq
asan olduğu üçün, ağızın yaxalanması effektsiz olur. Bu cür məhkum bəlğəm götürülməsi prosesini
izləyən çox diqqətli tibb işçisi tərəfindən tutulmuşdu.
f. “Quru müsbət bəlğəm”də hətta həbsxana daxilində daxili ticarət üçün resurs ola bilər! (Bəzi
həbsxanalarda bu kiçik “sənaye” xarakteri daşıyır). Quru bəlğəm dırnaqların altında gizlədilir və
mahiranə şəkildə bəlğəm qabına atılır. Əlbəttə, quru bəlğəm çox vaxt bir yerə toplandığı üçün
laboratoriya tərəfindən aşkarlanır.
4.2.3. Həbsxanalarda Vərəm – Səhiyyə Təhsili (HST)
Həbsxana rəhbərliyi anlamalıdır ki, onlar ətraf mühitə nəzarəti təmin etməli, həbsxananın tibbi və
təhlükəsizlik heyətini qorumalıdırlar. Çox hallarda həbsxana rəhbərliyi hesab edir ki, Vərəmin idarəedilməsi
tamamilə tibbi məsələdir və yalnız tibbi heyət bu işin öhdəsindən gəlməlidir.
Gözətçilər xəstə məhkumların aşkarlanması və tibbi heyətə təhvil verilməsində böyük rol oynadıqlarını
bilməli və anlamalıdırlar ki, özlərini müdafiə etməyin ən yaxşı yolu Vərəmli məhkumların tez aşkarlanıb müalicəyə
başlamalarındadır. Həmçinin gözətçilər məlumatlandırılmalıdırlar ki, “özünü müalicə” dərmanların istifadəsi
təhlükəlidir və həbsxanaya tibbi heyət tərəfindən təyin edilməyən dərmanları buraxmaq olmaz.
Məhkumlar həbsxanaya daxil olanda onlara sağlamlıq barədə məlumatlar vermək olmur. Çünki bu
zaman məhkumlar stress altında olurlar, öz vəkilləri ilə görüşmək, ailə məsələlərini həll etmək istəyirlər və bir
çox narahatçılıqları olur. Vərəm barədə məlumatla təminat (lakin daxil olanda o qədər də vacib deyil) , tibbi
skrininqlər kimi tibbi proseduranın ayrılmaz hissəsi olmalıdır. Mütləq tibbi heyət məhkumlara vərəm barədə
düzgün məlumat verməli və xəstəliyin ilkin əlamətlərini çox sadə bir dildə onlara izah etməlidir. Diaqnostika
barədə məlumat verilməli və həbsxanalarda mövcud olan müalicə xidməti izah edilməlidir. Həmçinin məhkumlar
Vərəmə aid broşürlarla və mövcud tibbi xidmətlər barədə məlumatla təmin edilməlidir.
Vərəmin ötürülməsi ilə bağlı əsas məlumatların, “öskürmə və tüpürmə gigiyenası”, ventilyasiyanın və
günəş şüasının vacibliyi, xəstəliyin əlamətləri qeyd edildiyi posterlər komunal sahələrdə yerləşdirməlidir. Bu cür
materiallar həbsxanadan kənarda fəaliyyət göstərən QHT-rın köməyi ilə hazırlana bilər. Məlumatlandırmağın
yolları bunlar da ola bilər: məhkumların cəlb oluna biləcəyi teatral səhnəciklər, videolar. Rəsm çəkmə qabiliyyətinə
malik olan məhkumları broşürlar, posterlər, səhiyyə təhsili barədə materiallar üçün rəsmlər çəkməyə ruhlandırmaq
olar. Məhkumlarda təhsilə maraq oyatmaq asan iş deyil. Həbsxana daxilində hökm sürən iyerarxiya səbəbindən
bütün məhkumlar digərləri tərəfindən hörmətləndirilmirlər. Bəzi kontekslərdə özlərini yaxşı aparan məhkumlar
və səhiyyə üçün lazımlı olan materialların hazırlanmasında fəal iştirak edən məhkumlar hətta daha öncə azad olma
üçün “güzəşt” də əldə edə bilərlər.
Səhiyyə Təhsili Proqramının qüsurlu cəhəti ondan ibarət ola bilər ki, məlumatlar məhkumlar tərəfindən
yanlış şəkildə istifadə edilə bilər. Bəziləri vərəm əlamətlərini “stimullaşdırmaq” üçün və ya müalicəsi bitdikdən
sonra da həbsxananın xəstəxanasında qalmaq üçün istifadə edə bilərlər. Qeyd ediliyi kimi bu xəstəxanalardakı şərait
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
• Səhifə 201
Qeyd etmək lazımdır ki, analiz
verilmə kabinasının pəncərəsi bayır
tərəfə açılır, lakin koridora tərəf
bağlanır. Bu halda soyuq havada
məhkumları bayıra çıxarılmadan
onlardan təhlükəsiz şəkildə bəlğəm
nümunəsini almaq olur.
onların adi həbsxana şəraitlərinə nisbətən daha yaxşıdır. Bəzi ölkələrdə olduğu kimi məhkumlara vərəm barədə
verilən məlumatlara müalicənin tam təfsilatlı, dərmanlar və istifadə edilən doza daxil edilməməlidir. Məhkumlar
həmçinin ziyarətə gələn ailə üzvləri vasitəsi ilə və ya gözətçilərə pul verməklə özünə müalicə dərmanları da əldə
etməyə çalışa bilərlər.
Qeyd edildiyi kimi, bir çox məhkumlar həbsxana heyətinə “kələk gəlməkdə” və yalan danışmaqda mahirdirlər.
Məhkumlara tam müalicə kursunu bitirməməyin, “bəlğəm kələyi”nin və yarımçıq kəsilmiş müalicənin təhlükəli
olması barədə dəqiq məlumatlar çatdırmaq lazımdır.
Keçmişdə problem yalnız dərmana həssas Vərəm ştammları ilə mübarizə aparmaq idi. İndi isə hər yerdə
poli və multi dərmanlara qarşı rezistent olan ştammların sayı durmadan artır. Bu isə həbsxanada müalicəni və
Vərəmin idarəedilməsini olduqca çətinləşdirir. Məhkumlara anlatmaq lazımdır ki, niyə qəflətən onları digər
məhkumlardan ayırıb başqa yerdə saxlayırlar. Aşağıdakılar onlara başa düşə biləcəkləri tərzdə izah edilməlidir:
• Müalicənin ilkin və ikinci mərhələsi arasında fərq
• Bəlğəm yoxlamasının nəticələri mənfidir, lakin məhkum hələ də xəstədirsə nə etməli?
• Müalicənin sonu: sağlam həyat tərzinə davam etmək və bu həyat tərzini necə saxlamaq barədə məlumat
• Vərəmli xəstəni ziyarət edən ailə üzvləri və digər ziyarətçiləri bu xəstəliyin yoluxucu olması barədə və
özünü müalicə dərmanlarından istifadənin təhlükəli olması barədə məlumatlandırmaq.
4.2.4. Laboratoriyanın vacibliyi
Laboratoriya analizləri Vərəm Proqramının qiymətləndirilməsində önəmli yer tutur. Artıq “bəlğəm kələyi”-
in kohort analizləri necə saxtalaşdıra biləcəyi barədəki çətinlikdən danışdıq. Həbsxanalarda “bəlğəm kələyi” kimi
ad çıxarmış bu reallıq barədə tibbi heyəti xəbərdar etmək lazımdır; məhkumlar nələri edə bilərlər və onlardan nələr
gözlənilir. Ayıq-sayıqlıq hər zaman və bütün proseduralar üçün vacib olan amildir.
“Bəlğəm kələyi” MDR Vərəmli xəstələrə o qədər də aid bir xüsusiyyət deyil, çünki hətta ən pis şəraiti olan
həbsxanalarda belə “ölüm xəndəyi”nə bənzəyən MDR Vərəm kameralarında qalmaq istəyində olan məhkum
təsəvvür etmək çətindir. Lakin hər zaman ayıq-sayıq olmaq lazımdır ki, əldə edilən nəticələrin düzgünlüyünə əmin
olmaq mümkün olsun.
4.2.5. Həbsxana daxilində bəlğəm toplamaq üçün “kabin”
Həbsxanalarda toplanmış bəlğəm
həmişə açıq havada götürülməlidir. Lakin
soyuq iqlimdə bu mümkün deyil. Bu halda
heç olmasa bəlğəm nümunəsi götürülən yer
yaxşı ventilyasiya sisteminə və ya yuxarıda
göstərildiyi kimi bir nəfərlik xüsusi yerlərə
malik olmalıdır. Həbsxananın tibbi heyətinə
müntəzəm olaraq xatırlatmaq lazımdır
ki, infeksiyaya yoluxmamaq üçün fərdi
respirator tədbirlər görsünlər. Adətən
həbsxana işçiləri respirator tədbirlərə qarşı
laqeyd olurlar. Onların əksəriyyəti, hətta
Vərəmin tüğyan etdiyi yerlərdə də qoruyucu
maskalardan istifadə etməkdən boyun
qaçırırlar, qeyd edirlər ki, onlar uzun illərdir
bu cür xəstələrlə təmasda olublar. Bəziləri
isə kifayət qədər müdafiəni təmin etməyən
cərrahi maskalardan istifadə edirlər. Hətta
onlar lazımi maskalardan da istifadə etsələr
onu çox vaxt dəxli olmayan yerlərdə, məsələn,
açıq havada, həyətdə geyirlər.
Səhifə 202 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Birbaşa mikroskopiya vasitəsilə
Vərəm çöplərinin nə dərmana həssas və
dərmana rezistent olan formalarını, nə
də “həyat qabilliyəti olan” və “yaşamağa
qabil olmayan” formalarını fərqləndirmək
olmur. Həmçinin sadə Ziehl-Neelsen
vasitəsilə
fərqləndirilməsi
mümkün
olmayan müxtəlif mikobakteriya növləri də
var. Laboratoriyanı çaşdırmaq məqsədilə
Mikrobakteriyanın Smeqmatis ştammı
M.
Tuberculosis ilə əvəzləşdirilə bilər.
Yekunda onu deyə bilərik ki,
dünyadakı həbsxanaların əksəriyyətində
“bəlğəm kələyi” ilə üzləşməmək üçün
ciddi ehtiyat tədbirləri görmək lazımdır.
Məhkumları üzdən tanımaq, bəlğəm
analizi verməzdən öncə əllərini və
ağızlarını yuduzdurmaq. Yaxşı olar
ki, bəlğəm iki tibb bacısının
b
irbaşa
müşahidəsi
a
ltında
g
ötürülsün və bəlğəm
nümunəsi götürülməzdən əvvəl məhkuma
siqaret çəkməyə icazə verilməsin.
Təcrübələr göstərmişdir ki, sağalmış məhkumların əksəriyyəti Vərəm Proqramında
“qalmağa” can atırlar. Bu yolla onlar bu proqramın üstün cəhətlərindən olan yaxşı qida və yaşama
şəraitindən bəhrələnmək istəyirlər. Bu isə bəzi həbsxanalarda gizli ticarətə çevrilən “təzə” və
ya “quru” müsbət bəlğəm “tacir”lərinin peyda olmasına gətirib çıxarmışdır. Buna görə də, çox
vacibdir ki, həbsxanalarda Vərəm Proqramında çalışan tibbi heyət bütün bu çətinliklər barədə
məlumatlı olsun.
Bəlğəm
götürülməsi
zamanı
istifadə edilən
maskalar
Həbsxanalarda DOT
mütləqdir
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
• Səhifə 203
4.2.6. Digər məsələlər: tibbi müalicənin yan təsirləri
Vərəmin müalicəsində istifadə edilən dərmanların yan təsirləri müalicə alan məhkumlara açıq şəkildə izah
edilməlidir. MDR Vərəmin müalicəsi zamanı birinci və ikinci sıra dərmanlar kombinasiya şəklində qəbul edilən
zaman dərmanların yan təsirləri daha çox olur.
Məhkumlar bu yan təsirlər səbəbindən ruhdan düşərək müalicəni davam etdirmək istəməyə bilərlər. Tibbi
heyət onların başa düşə bildikləri bir dildə məhkumlara izah etməlidirlər ki, onlarda müxtəlif reaksiyalar əmələ
gələcək və onlar bunların öhdəsindən necə gəlməlidirlər. Məhkumlara dərmanların qəbulunu dayandırmamağı,
müalicəni davam etdirilməsi və tamamlanmasının nə üçün vacib olduğu izah edilməlidir. Tibbi heyət səthi
məlumat verməklə kifayətlənməməlidir, onlar xüsusilə idarəedilməsi çətin olan və tibbi heyəti “həbsxana sisteminə
işləyən” qrup kimi qəbul edən məhkumlarla daha ciddi şəkildə məşğul olmağın vacibliyini dərk etməlidirlər.
Aşağıdakı posterlərdə yan təsirlərin baş verməsi və aradan qalxması, müalicənin davam etdirilməsinin
önəmli olduğu izah edilib.
4.2.7. Müalicənin əlavə təsirləri
Vərəmin müalicəsi zamanı yan təsirləri xəstələrə onların başa düşdükləri bir dildə izah etmək lazımdır. Buna
görə də tibbi heyətin bu barədə yaxşı təlimləndirilməsi zəruridir, - əks təqdirdə məhkumlar tibb işçilərinə xəbər
vermədən, sadəcə olaraq dərmanları qəbul etməkdən imtina edəcəklər
BQXK-ın Azərbaycan nümayəndəliyinin illüstrasiyası
Qaşınma kimi əlavə təsirlər
Dostları ilə paylaş: |