6 MDR-Vərəml xəstələr n s mptomat k təmas hallarının darəed lməs
6.1 Böyüklərdə təmas halları
MDR-Vərəm xəstəlik hallarının bütün simptomatik yaxın təmas halları dərhal müayinə olunmalıdır. Əgər
aktiv vərəm xəstəliyinin olması müşahidə edilərsə, kultura və DHT aparılmalıdır. Əgər DHT-i mümkün deyilsə və
ya DHT-in nəticələrini gözləyən zaman ya bu xəstəlik halında rezistent nümunəsi və ya cəmiyyətdə olan rezistent
nümunəsi əsasında empirik müalicə rejiminə başlana bilər.
Əgər xəstəlik əlamətləri olan böyükdə Vərəm müayinəsi mənfidirsə, onda trimetoprim/sulfametoksazol kimi
vərəmə qarşı olmayan geniş spektrli antibiotiklərlə sınaq aparmaq olar. Əgər xəstədə əlamətlər qalmaqda davam
edirsə, döş qəfəsinin kompüter tomoqrafiyası və/və ya yaxma və kultura üçün birbaşa bronxoskopiya aparıla bilər.
Əgər bu diaqnostik üsullar mümkün və ya nəticələr əsaslı deyilsə diaqnoz əldə olunan kliniki məlumatlar əsasında
qoyulmalıdır. Əgər ilkin müayinə aktiv vərəmin olduğuna dəlalət etmirsə, lakin əlaqədar şəxsdə əlamətlər qalıbsa,
aylıq yaxma və kultura ilə birgə fiziki müayinələr və lazım olanda döş qəfəsinin rentgeni təkrar olunmalıdır.
6.2 Uşaqlarda təmas halları
Sual
Uşaqlarda MDR-Vərəm barədə fikir yaradan kliniki əlamətlər hansılardır?
a) Təsdiq olunmuş MDR-Vərəm halı ilə uşaqların təsdiq olunmayan təmas halları
b) Müalicə zamanı vərəmdən ölən xəstələrlə təmasda olan və MDR-Vərəmin olması sübhə yaradan uşaqlar
c) Bakterioloji cəhətdən Vərəmin olduğu təsdiqlənmiş və birbaşa müşahidə altında verilən birinci sıra
dərmanlarla müalicəyə cavab verməyən uşaqlar.
d) Balaca uşaqlarda Vərəm əlamətləri qeyri-spesifik ola bilər, məsələn, xroniki öskürmə və ya xırıltı, inkişaf
pozğunluğu və vaxtaşırı təkrar olunan qızdırmalar.
e) Müvafiq şəkildə bədən çəkisini artıran uşaqlar.
Bölmə 13
MDR-Vərəmlə təmas halları
• Səhifə 165
Cavab
Düzgün cavablar b, c və d-dir.
Təsdiq olunan MDR-Vərəm halı ilə təmasda olmayan və müvafiq şəkildə bədən çəkisini artıran uşaqlarda
hər hansı bir Vərəm növünün olması mümkün deyil.
MDR-Vərəmə şübhə aşağıdakı hallarda olunmalıdır:
• Təsdiq olunmuş MDR-Vərəm halı ilə təmasda olan uşaqlar.
• Müalicə zamanı vərəmdən ölən və bu səbəbdən MDR-Vərəm olmasına şübhə yaradan (digər MDR-Vərəm
halı ilə təmas, müalicəyə zəif riayət və ya Vərəm müalicəsinin iki kursdan artıq qəbul edən) xəstələrlə təmasda
olan uşaqlar.
• Birbaşa müşahidə altında verilən birinci sıra dərmanlarla aparılan müalicəyə cavab verməyən bakterioloji
cəhətdən Vərəm olduğu təsdiq olunmuş uşaqlar.
Vərəm diaqnozunun qoyulması uşaqlarda böyüklərə nisbətən daha çətindir. Balaca uşaqlarda Vərəm
əlamətləri qeyri-spesifik ola bilər, məsələn, xroniki öskürmə və ya xırıltı, bədən inkişafının pozulması və vaxtaşırı
təkrar olunan qızdırmalar. Uşaqların bəlğəm qətirmək qabiliyyətinin olmamasına, pediatrik Vərəmin oliqobasil
təbiətinə və uşaqlarda ekstra pulmonar Vərəmin olması imkanı yüksək olduğuna görə bakterioloji təsdiqləməni
əldə etmək çətin ola bilər. MDR-Vərəmə şübhəli uşaqlarda DHT ilə bakterioloji diaqnozun qoyulmalı olmasına
baxmayaraq, uşaqlarda xəstəlik halları çox vaxt bakterioloji cəhətdən təsdiqlənmir. ç
Nuruda beş uşaq
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
MDR-Vərəmli xəstələrin ailələrində uşaqların simptomatik təmas hallar zamanı aşağıdakılar olunmalıdır:
• Xəstəlik tarixçəsi və fiziki müayinə daxil olmaqla tibbi qiymətləndirmə;
• Saflaşdırılmış proteindən alınmış tuberkulin ilə dəri testi (PPD);
• Döş qəfəsinin rentgeni (kompüter tomoqrafiyası kömək edici vasitədir, xüsusilə sənədlərdə kök ətrafı
limfadenit olanda, lakin aşağı resurslar olan sahələrdə çox vaxt mövcud deyil);
Səhifə 166 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
MDR-Vərəmlə təmas halları
1. Düz/Səhv:
a) Böyüklərdə yaxma-mənfi MDR-Vərəm halları uşaqları yoluxdura bilməz
b) Balaca uşaqlarda MDR-Vərəmin yaranması üçün ailə təmasları xüsusi əhəmiyyət kəsb edir
c) MDR-Vərəmli uşaqlarda çox vaxt mənfi kulturalar olur
d) MDR-Vərəmli uşaqlar adətən yoluxucu olurlar
e) Qapalı bir məkanda təmas uşaqlarda MDR-Vərəm üçün önəmli bir risk amilidir.
2. HİV-infeksiyası olan uşaqda MDR-Vərəm əlamətləri var. Siz:
a) MDR-Vərəm müalicəsini təyin edirsiniz
b) MDR-Vərəm preventiv terapiyasını təyin edirsiniz
c) Xəstənin ARV müalicəyə ehtiyacını qiymətləndirirsiniz
d) Birinci geniş spektrli antibiotik kursunu təyin edirsiniz və müalicənin təsirini qiymətləndirirsiniz
e) “a” və “c” – ni seçirsiniz
f ) “c” və “d” – ni seçirsiniz
3. MDR-Vərəmli xəstələrlə təmasda olduğu zaman uşaq aşağıdakıları qəbul etməlidir:
a) Tam MDR-Vərəm müalicəsi
b) Dərmanlara həssas Vərəmə qarşı preventiv terapiya
c) MDR-Vərəmə dair preventiv terapiya
d) BCG vaksinasiyası
e) Təxmini MDR-Vərəm müalicəsi
1: S, D, D, S, D
2: f
3: b
Cavablar
• Kultura və DHT: Əgər uşaq çox balacadırsa və ya bəlğəmi hayxıra bilmirsə, döş qəfəsinin perkussiyası
ilə bəlğəmin induksiyası və ya mədə aspirasiyası aparılmalıdır. (Qeyd: mədə aspirasiyadan mikroskopiya
vasitəsilə Vərəm çöplərin aşkarlanması aşağı və uşaq üçün bu üsulun bir əziyyət olması olduğuna görə, mədə
aspirasiya yalnız əkmə (kultura) aparılması üçün imkan olan yerlərdə olunmalıdır).
• Aktiv Vərəmin skrininqi və diaqnostikası üçün yardım göstərən istehsal olunmuş hesab sistemindən istifadə
ciddi tövsiyyə edilir (daha ətraflı məlumat üçün ÜST-ün
Uşaqlarda vərəmin idarəolunması üzrə milli vərəm
proqramı üçün Təlimat –a bax).
Əgər tuberkulin PPD dəri testi >5 mm-dən artıqdırsa, lakin xəstəlik əlamətləri olan uşağın döş qəfəsinin
rentgeni və mədənin aspiratı və ya bəlğəmdən kultura nəticəsi mənfidirsə, o, trimetoprim/sulfametoksazol kimi
vərəmə qarşı aktiv olmayan geniş spektr antibiotiklərlə müalicə oluna bilər. İnduksiya nəticəsində alınmış bəlğəm
və ya mədə aspiratından əldə edilmiş kultura, döş qəfəsinin rentgeni daxil olmaqla, üç ay ərzində mənfi kultura və
ya əlamətlərin azalması əldə olunana qədər uşaq hər ay sıx şəkildə yoxlanılmalıdır. Əgər xəstənin kliniki vəziyyəti
vərəmə dəlalət edirsə və ya proqressiv şəkildə ağırlaşırsa cəmiyyətdə olan rezistentlik hallarının ümumi DHT-ə
əsaslanaraq xəstəyə empirik müalicə təyin oluna bilər.
Bölmə 14
İnfeksiyaya nəzarət
• Səhifə 167
İnfeks yaya nəzarət
Bölmə 14
Səhifə 168 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə nət cələr
Bu bölməni bitirdikdən sonra siz:
• Müalicə müəssisələrində MDR-Vərəmin ötürülməsinin azaldılması üçün
tədbirləri təsvir edə biləcəksiniz
• İnfeksiyaya nəzarətin prioritetlərini müəyyən edəcəksiniz
• Mövcud nəzarət tədbirləri və effektliliyin əlamətlərini təsvir edə biləcəksiniz
• Respirator müdafiədə cərrahiyə maskalarının və respiratorların rolu barədə
məlumat əldə etmiş olacaqsınız
Bölmə 14
İnfeks yaya nəzarətcontrol
Bölmə 14
İnfeksiyaya nəzarət
• Səhifə 169
2 G r ş
MDR-Vərəm dərmanlara həssas Vərəm kimi eyni yollarla, yəni hava damcı yolu ilə, ötürülür.
MDR Vərəmin nozokomial (xəstəxanada qazanılmış infeksiya) ötürülməsi ilə bağlı toplanan sənədlərdə
MDR-Vərəmin, xüsusilə aşağı yaşayış səviyyəsi olan əhali arasında və müəssisələrdə, yüksək şəkildə ötürüldüyünə
dair inandırıcı sübutlar qeyd edilib. Bundan başqa, MDR-Vərəmli xəstələr müalicəyə lənq cavab verə bilərlər və
uzun müddət yaxma-müsbət qaldığına görə, onlar dərmanlara həssas Vərəmli xəstələrdən fərqli olaraq daha çox
insanları yoluxdura bilərlər.
MDR-Vərəmin ötürülməsinin qarşısını almağa aid təlimatların əksəriyyəti inkişaf etmiş ölkələrdə tətbiq
edilib və çox bahalıdır. MDR-Vərəmin ötürülməsinə dair məsuliyyətli amillərin bir çoxunun qarşısını sadə və çox
vaxt bahalı olmayan infeksiyaya nəzarət tədbirlər ilə almaq olar. Ötürülmənin azalmasına böyük təsir göstərmə
ehtimalı olan nəzarət tədbirləri (məsələn, diaqnozun tez qoyulması və yoluxucu MDR-Vərəm xəstələrinin
ayırılması) minimal əlavə maliyyə resurları vasitəsilə həyata keçirilə bilər.
3 İnfeks yaya nəzarət n pr or tetlər
MDR-Vərəmə yoluxma uzunmüddətli, çox ağır, mürəkkəb və uğursuz olmaq ehtimalı yüksək olan müalicə
ilə nəticələnə bilər. Heç bir təsdiq olunmuş preventiv müalicə mümkün deyil. MDR-Vərəmin ciddiliyi mövcud
infeksiyaya nəzarət strategiyalarını çox dəyişdirmir, lakin təhlükənin artmasına görə, MDR-Vərəmi müalicə edən
hər bir həkimdən\proqramdan həmçinin MDR-Vərəmin xəstələrə və işçi heyətinə ötürülməsinin qarşısını almaq
üçün mövcud tədbirləri sistematik olaraq nəzərdən keçirmək tələb olunur.
MDR-Vərəmin qarşısını almaq üçün infeksiyaya nəzarətə dair tövsiyyələr əslində dərmanlara həssas Vərəmin
yayılmasının qarşısını almaq üçün verilən tövsiyyələrlə eynidir, yalnız kiçik fərqlər mövcuddur (
http://whqlibdoc.
who.int/hq/1999/WHO_TB_99.269.pdf). Bu bölmə MDR-Vərəm üzərində cəmləşərək həmin tövsiyələri qısa
şəkildə nəzərdən keçirəcək. Yuxarda adı çəkilən prevensiya təlimatları hal-hazırda yüksək dərəcədə HİV yayılan
regionlara dair məsləhətlərlə birgə əlavə olunub (HİV xəstələrinə Qayğı və Müalicənin Genişləndirilmə Era
zamanı Vərəm İnfeksiyasına Nəzarət, Cenevrə, Ümumdünya Səhiyyə Təşkilatı; 2007).
HİV-müsbət insanların
arasında baş verən ölüm
hallarının üçdə bir hissəsinə
Vərəm xəstələri daxildir.
Əgər Vərəm yaxşı müalicə
olunmursa, dərmana rezistent
Vərəm digər HİV-müsbət
şəxslərin, tibb işçilərinin
və xəstaxanaya gələnlərin
arasında sürətlə yayıla bilər.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Səhifə 170 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
İnfeksiyaya nəzarət (İN) tədbirlərinin üç səviyyəsi
var:
• İnzibati (idarəyə aid)
• Mühitə aid olan
• Fərdi respirator müdafiə
İnzibati nəzarətlər ən vacib hesab edilir; güclü inzibati nəzarət tədbirləri olmasa, mühitə aid olan nəzarət
tədbirləri və fərdi respirator müdafiə öz effektini göstərməyəcək.
Hər səviyyə ötürülmə prosesində müxtəlif bəndlərə təsir edir:
• İnzibati nəzarətlər tibb işçilərinin (Tİ) və xəstələrin infeksiyaya təmasda olmalarını azaldır
• Mühitə aid olan nəzarətlər yoluxucu hissəciklərin konsentrasiyasını azaldır
• Fərdi respirator müdafiə, inzibati və mühitə aid olan nəzarətlərin infeksion hissəciklərin konsentrasiyasını
müvafiq azalda bilmədiyi sahələrdə, Tİ-nin müdafiəsidir.
4 İnz bat nəzarətlər
Sual:
Müalicə müassisələrində MDR-Vərəmin yayılmasının qarşısını almaq üçün inzibati nəzarətlər necə istifadə
oluna bilər?
Cavab:
İnfeksiyaya nəzarətin ilk və ən vacib səviyyəsi Tİ-nin və xəstələrin
M. tuberculosis-ə məruz qalmasının
azalmasıdır
. Vacib inzibati nəzarətlərə daxildir:
•
Potensial yoluxucu MDR-Vərəmli xəstələrin erkən aşkarlanması
•
Yoluxucu MDR-Vərəmli xəstələrin dərhal ayrılması və ya təcrid edilməsi
•
Müvafiq MDR-Vərəm müalicəsinin dərhal başlanması.
İnzibati nəzarət tədbirlərinin ən vacib tərəfi MDR-Vərəmli xəstələrin və ya MDR Vərəmə şübhəli
xəstələrin digər xəstələrdən
(əsasən yaxma-müsbət hallar), xüsusən də zəif immunitetə sahib olanlardan,
fiziki ayrılmasıdır
.
Yaxşı olar ki, MDR-Vərəmli xəstələr təcrid olunmuş (və ya ən azı ayrı) palatalarda müalicə olunsunlar.
Əgər belə şərait yoxdursa və MDR-Vərəm hallarını ümumi xəstəxanalarda idarəetmək gərəklidirsə, onda
xüsusi tədbirlər lazımdır: Uzunmüddətli yoluxuculuq və onun nəticəsi olaraq nozokomial infeksiyanın
ötürülməsinin artmış riskinə görə, MDR-Vərəmə şübhəli xəstələr, mümkün olduğu qədər, ayrı sahələrdə
və ya xəstəxananın ayrı binasında, digər xəstələrlə minimal təmasda və yaxşı ventilyasiya olan otaqlarda,
yerləşdirilməlidirlər. Əgər bunu təşkil etmək mümkün deyilsə və MDR-Vərəmə şübhəli xəstələrin sayı
çoxdursa, onda MDR-Vərəmə aid palata və ya palata sahəsi yaradılmalıdır.
Ağır xəstələrdə MDR-Vərəmin kəskinləşməsinin aşkarlanması və ya inkişafı onların uzunmüddət ərzində
xəstəxanada qalmalarını tələb edə bilər və bir çox ölkələrdə MDR-Vərəmli xəstələri müalicənin ilk bir
neçə ayında xəstəxanaya yerləşdirirlər. Bu xəstələr çox vaxt ixtisaslaşdırılmış MDR-Vərəm şöbələrində
saxlanılırlar. Paradoksal şəkildə, ümumi xəstəxanalardan fərqli olaraq Tİ-nin bu cür yerlərdə xəstəliyə
yoluxma riski daha aşağıdır. Çünki xəstələr qəbul edilməzdən əvvəl onlara diaqnoz qoyulur və bir çoxları
müvafiq MDR-Vərəm müalicəsinə qoşulduqdan sonra qısa müddət ərzində artıq yoluxucu olmurlar.
Məlum və ya şübhəli HİV-müsbət xəstələr MDR-Vərəmli xəstələrdən həmişə ayrı saxlanmalıdırlar.
Bu cür xəstələrin MDR-Vərəmə yoluxma riski xüsusilə yüksəkdir və bir çox ölkələrdə HİV-infeksiyalı
xəstələrin palatalarında MDR-Vərəm xəstəliyinin sürətli şəkildə başlanması aşkar olunub.
Bölmə 14
İnfeksiyaya nəzarət
• Səhifə 171
İmmuniteti zəif olan Tİ-nə
M. tuberculosis-ə yoluxma riski az olan sahələrdə işləmək imkanı
verilməlidir
. Təsdiq olunan MDR-Vərəmli xəstələrlə təmasda və respirator şikayətləri olan
zəif immunitetli Tİ-nin differensial diaqnozunda MDR-Vərəmin ehtimalı ciddi şəkildə nəzərə
alınmalıdır. MDR-Vərəmə şübhəli zəif immunitetli Tİ-ri dəqiq qiymətləndirilməli və müalicə
olunmalıdırlar, yaxşı olar ki, bu müalicə ambulator şəkildə aparılsın. Onlar qeyri-yoluxucu və ya
yaxma-mənfi olana qədər işdən müvəqqəti azad olunmalıdırlar.
Xəstələrin təcrid olunması/ayrı qalması üçün razılığı onlara müxtəlif əşyaların, məsələn, televizorun
verilməsi, kitablar/jurnallar, billiard, kartlar və s. kimi fəaliyyətlərin təklifi ilə asanlaşdırıla bilər.
Yadda saxlanmalıdır ki, məcburi təcrid olunma ilə bağlı çətinliklər vaxtında qoyulan diaqnoz və
dərhal müalicə ilə azaldıla bilər.
Xəstəxanalarda və dərmanlara həssas Vərəm hallarda xəstənin üç ayrı günlərdə toplanan bəlğəm
nümunələrinin (ən azı biri səhər erkən yığılmalıdır) üç yaxmalarının mənfi olmaları və öskürəyin
keçməsi ilə müşahidə olunan kliniki yaxşılaşma qeyd olunursa, təcrid olunması dayandırıla
bilər. Baxmayaraq ki, bəziləri MDR-Vərəmli xəstələr üçün eyni kriteriya istifadə edirlər, lakin
mütəxəssislərin əksəriyyəti MDR-Vərəmli xəstələrin evlərinə, məktəblərinə, iş yerlərinə və insan
sixlığı çox olan yerlərə gayıtması barədə daha ehtiyatlıdırlar. Bu yanaşmanın səbəbləri MDR-
Vərəmin daha qorxulu nəticələrin olması və MDR-Vərəmə görə latent Vərəm infeksiyanın
müalicəsi üçün yaxşı profilaktik rejimlərin olmaması faktıdır. Yaxma-mənfi, kultura-müsbət
bəlğəmli və müalicədə olan xəstələr əlbəttə hələdə MDR-Vərəmi ötürə bilmək qabiliyyətinə
malikdirlər. ÜST-ün təlimatlarına əsasən MDR-Vərəmli xəstələrin bəlğəmi kultura-mənfi olunana
kimi, onlar kontaqioz sayılırlar və ictimai təyyarədə və ya digər ictimai nəqliyyət vasitəsindən
istifadə edərək səyahət etmələri qadağandır. Müəssisələrin əksəriyyəti xəstənin təsdiqlənmiş
kultura-mənfi nəticəsinə nail olunana kimi, xəstəni təcrid vəziyyətindən azad etməyəcəklər.
HİV-ə yoluxan və ya da yoluxmayan yoluxucu XDR-Vərəmli xəstələr açıq palatalarda
yerləşdırılməməlidirlər (hətta MDR-Vərəm müalicəsində olan xəstələr üçün nəzərdə tutulan palata
olsa bilə). XDR-Vərəmlə əlaqədər yüksək ölüm sayının olması xəstənin yoluxucu olmamasına
gədər, onun isolyasiyası tövsiyyə edilir.
İctimai ambulator MDR-Vərəm müalicəsi
xəstələrə və tibb işçilərinə ötürülmə riskini azalda bilər.
Baxmayaraq ki, ötürülmələrin əksəriyyəti diaqnozun qoyulmasından və MDR-Vərəm müalicəsinə
başlamazdan əvvəl baş verə bilər, ambulator xəstələrə evdə təcrid olunmaları, geniş kütlə ilə, xüsusilə
də balaca uşaqlar və ya HİV-infeksiyalı şəxslər kimi həssas insanlarla, təmasda olmamaq məsləhət
görülməlidir.
MDR-Vərəm xəstələrinin müalicə olunduğu yerlərdə aparılmalı digər vacib inzibati tədbirlərə
aşağıdakılar daxildir:
• Müalicə müəssisəsində ötürülmə riskinin qiymətləndirilməsi;
• Müəyyənləşdirilən yerdə aparılmalı olan tədbirlərin ətraflı yazılı surətdə infeksiyaya nəzarət
(İN) planının inkişafı;
• Planın həyata keçirilməsi üçün Tİ-nin müvafiq şəkildə təlimləndirilməsi.
Müəssisə üçün infeksiyaya nəzarət rəhbərliyinin və əsas departamentlərin nümayəndələri ilə
infeksiyaya nəzarət komissiyasının təyin edilməsi ciddi şəkildə tövsiyə edilir. Komissiyanın ilkin
tapşırığı müəssisə üçün bütün işçi heyətınə infeksiyaya nəzarət siyasəti və prosedurlar haqqında
təhsil proqramı daxil olaraq, hərtərəfli infeksiyaya nəzarət planın hazırlanması olmalıdır.
Səhifə 172 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
İnfeksiyaya nəzarət planlarının hazırlanmasında beynəlxalq
təlimatlar istifadə olunmalıdır
Ümumdünya Səhiyyə Təşkilatı
Yüksək riskli sahələri müəyyən etmək üçün
müvafiq işarələr inzibati tədbir hesab edilir
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri
5 Müh tə a d olan nəzarətlər
5.1 Ümum f k rlər
MDR-Vərəmin nozokomial ötürülməsinin qarşısını almaqda mühitə aid olan nəzarət müdafiənin ikinci
xəttidir. İnzibati nəzarətlə bağlı fəaliyyət göstərərkən, Ti-ri və ya xəstələrin təmasda ola biləcəkləri yoluxucu
hissəciklərin konsentrasiyasının azaldırması üçün ətraf mühit nəzarətlərindən lazımi şəkildə istifadə etmək olar.
Bu səbəbdən mühitə aid nəzarət tədbirləri çox sayda yoluxucu MDR-Vərəm xəstələrinin saxlandığı palatalar,
bəlğəmgətirici prosedurların aparıldığı sahələr, bronxoskopiya otaqları, laboratoriyada kultura və dərmanlara
həssaslıq testlərin aparıldığı otaqlar və autopsiya otaqları kimi, yoluxucu hissəciklərin yüksək konsentrasiyası ilə
təmasda olmaq ehtimalı olan sahələrdə çox vacibdir.
İş mühitində yoluxucu hissəciklərin damcılarının sayını azaltmaq üçün mühitə aid müxtəlif nəzarət tədbirlər
istifadə oluna bilər. Baxmayaraq ki, bəzi mühitə aid olan nəzarət tədbirləri resursların çox sərf edilməsini tələb
etmir, onların əksəriyyəti bahalı və texniki cəhətdən mürəkkəb proseslər hesab edilir. Bu, nəzarət tədbirlərinin
həyata keçirilməsi həm riskin, həm müvafiq resursların qiymətləndirilməsi ilə idarəedilməlidir.
Şübhəli və ya məlum yoluxucu MDR-Vərəm xəstələrinin digər insanlardan fiziki cəhətdən ayrılmalarını
təmin edən inzibati nəzarət tədbirləri mühitə aid olan nəzarətin həyata keçirilməsindən əvvəl gələn lazımlı
ilk addımdır
. Buna yoluxucu xəstələrin ayrı otaqlarda, palatalarda və ya binalarda yerləşdirərək nail olmaq olar.
Mühitə aid olan nəzarət tədbirlərinin əksəriyyəti, əgər onların istifadəsi böyük müəssisədə deyil, lakin onun bir
hissəsində məhdudlaşarsa, asanlıqla həyata keçirilib, saxlanıla bilər.
Bölmə 14
İnfeksiyaya nəzarət
• Səhifə 173
İşçi mühitdə yoluxucu hissəciklərin yüksək konsentrasiyasının azalmasının ən yaxşı yolu ventilyasiyadır, yəni
havanın qarışdırılmasını və mübadiləsini təmin edən hava hərəkətləri. Ventilyasiyaya aşağıdakılar vasitəsilə nail
olmaq olar:
• Xarici hava axını ilə yaradılan hava gedişinin istifadəsi
• Daxili istilik mənbələrindən istifadə edərək konveksiya vasitəsilə
• Havanı istiqamətləndirilmiş şəkildə soran mexaniki ventilyatorlar
• Mexaniki ventilyasiyanın müxtəlif növləri
Yaxşı olar ki, təmiz hava müntəzəm şəkildə otağa girsin və istifadə olunan hava isə xaric edilsin və bununla
hava hər saat bir neçə dəfə dəyişilsin (Diaqram 1).
Arzu edilən, lakin resurslar zəif olan sahələrdə
mümkün olmayan yoluxucu MDR-Vərəm
xəstələri üçün təcrid olunma otaqları
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri
Qapı altında
hava axının
istiqaməti:
müsbət təzyiq
Hava axını
Hava axını
yataq
yataq
yataq
yataq
yataq
Kondisioner
Figure 14.1.
Səhifə 174 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Əgər müvafiq ventilyasiyasının qurulması iqlim və ya digər səbəblərə görə mümkün deyilsə, onda o yerlərdə
yoluxucu hissəciklərin konsentrasiyasını azaldan alternativ üsullara yoluxucu orqanizmlərin öldürülməsi üçün
ultrabənövşəyi bakterisid şüalanma qurğuların (UVGI) istifadəsi və ya yoluxucu hissəciklərin xaric edilməsi üçün
havanın filtrasiya üsulları daxil olur. Lakin, bu sonuncu üsullar havanın qarışdırılması və hərəkəti kimi üsullar ilə
birləşdirilməzsə, məhdud effektə malik olur.
Mühitə aid nəzarət tədbirlərinə aşağıdakılar daxil ola bilər:
• Açıq pəncərələr
təbii ventilyasiyanı artırır, havanı dəyişdirir (ən sadə və ucuz üsul).
• Tavan ventilyatorları
, artıq bir çox yerlərdə mövcuddur və pəncərələri açıq saxlamaq imkanı olan
yerlərdə təbii ventilyasiyanı artırmaq üçün istifadə oluna bilər.
• Sorucu ventilyatorlar
açıq pəncərə və hava ventilyatorlarının kifayət olmayan sahələrdə istiqamətli
hava axınını təmin edir. İstiqamətli hava axını yoluxucu xəstənin tutduğu sahəyə “təmiz” hava axınının
daxil olmasınını yönəldir və havada olan vərəm çöplərinin konsentrasiyalarını durulaşdıraraq, ötürülmə
riskini azaldır. Adətən pəncərələrdə yerləşdirilən bu ventilyatorlar yoluxucu hissəciklərdən ibarət
havanın kənarlaşdırılması və müəssisənin “təmiz” hissələrindən və ya bayırdan gələn hava ilə əvəz
etdirilməsi üçün hazırlanmışdır.
• Saatda ən azı altı dəfə havanın dəyişilməsini təmin edən və kontaminasiyalı (çirkli) havanın müəssisənin
“təmiz” hissəsilərinə daxil olmasının qarşısını alan sorucu ventilyasiya sistemlərindən yüksək yoluxma
riski hesab edilən yerlərdə maliyyə vəsaiti olduğu təqdirdə istifadə oluna bilər. Belə bir ventilyasiyanın
qurulmasının ən ümumi yolu mənfi təzyiqli ventilyasiyadan istifadədir, yəni ətraf sahələrə nisbətən
otağı mənfi təzyiq altında saxlamaq və dəhlizdən otağa havanı çəkib, birbaşa bayıra xaric etmək.
• Yüksək effektli hissəcikli hava (HEPA) filtirlərdən və ya ultrabənövşəyi bakterisid şüalanma qurğulardan
(UVGI) istifadə kimi əlavə tədbirlər faydalı ola bilər, lakin yuxarda qeyd olunan mühitə aid nəzarət
tədbirlərinə əvəzedici olmamalıdırlar. Yoluxucu hissəciklərinin bu cihazlarla təmasını təmin etmək
üçün müvafiq hava axını olmadıqda, bu cihazların effektivliyi məhdudlaşır və istifadə olunan yerlərdə
bunların effektinin qiymətləndirilməsi çətinləşir.
• HEPA filtrlər yalnız yaxşı təlimləndirilmiş işçi heyəti tərəfindən dəyişdirilməlidir. Əgər
Dostları ilə paylaş: |