Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
•  Səhiyyə işçilərə, hətta qeyri-peşəkar şəxs olsa da, müvafiq göstərişlər və treninqlər verilsə, onlar 
diplomlu tibb bacısına (əgər tibb bacısı yoxdursa) qənaətləndirici seçim ola bilərlər. 
•  Məsafə və maddi-texniki təchizat xəstələrin davamlı nəzarətində vacib amil ola bilər
Mpumalanga şəhərində Fanie Simelane 
(ortada). onun dostları və ənənəvi şəfaverici 
Mpila Nyangezizwe (sağ tərəfdə). Fanie 
təzəcə öz üçüncü Vərəmə qarşı müalicəsini 
bitirib və hal-hazırda onun DOTS tərəfdarı 
olan Mpilanın nəzərəti altındadır.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 11  
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
  •   Səhifə 143
MDR-Vərəmli 
xəstələrinin 
aldıqları müalicə çox vaxt sağalmaq 
üçün son şansları olduğuna və əgər 
MDR-Vərəmli  xəstədə  müalicə 
uğursuz keçsə ictimai səhiyyə üçün 
bunun mənfi nəticələnməsinə görə, 
bütün  MDR-Vərəmli  xəstələrə  ya 
icmada, müalicə müəssisələrində və 
ya xəstəxanada öz müalicəsini DOT 
altında qəbul etmələri lazımdır. 
DOT  xəstələrə  və  onların 
ailələri  üçün  əlavə  çətinliklər 
gətirmədən  təşkil  olunmalıdır. 
Uzun  məsafələr  və  xidmətlərə 
nail  olmaqda  çətinliklər  DOT-un 
effektini azalda bilər.   
DOT-la  təmin  edilmədə 
birinci  seçim  mümkün  olanda 
səhiyyə  işçilərini  istifadə  etməkdən 
ibarətdir.  Əgər  insan  və  ya  maliyyə 
resursları 
səhiyyə 
işçilərindən 
istifadə  etməyə  icazə  vermirsə, 
təlimləndirilmiş  cəmiyyət  üzvləri 
effektiv  DOT  işçiləri  kimi  qulluq 
edə  bilər.  Onlara  müvafiq  təlim 
verildikdən  sonra  onlar  xəstələrin 
evlərinə  və  ya  iş  yerlərinə  baş 
çəkə  bilərlər.  Lakin,  cəmiyyət 
üzvlərinə intensiv treyninq, səhiyyə 
mütəxəssisləri  tərəfindən  davamlı 
nəzarət  və  MDR-Vərəmdə  DOT-
un  yerinə  yetirilməsinə  dair  dəstək 
lazımdır.  
Ailə  üzvü  DOT-u  yerinə 
yetirməməlidir. 
MDR-Vərəmli 
xəstə  üçün  ailənin  təsiri  çox  vaxt 
mürəkkəb olur və ailə üzvü xəstə və/
və ya qohumlar tərəfindən rahat sui-
istifadə obyekti ola bilər.   
HELP Design Group
 
4.2  Məxf l y  saxlamaq  
DOT işçisi xəstəliyin məxfiliyini ciddi surətdə saxlamaqla xəstənin ehtiyacını araşdırmalıdır.  Bəzi hallarda 
bu, xəstənin digərlərin məlumatı olmadan dərman qəbul etməsi kimi ayrı bir tədbirin tətbiqini zəruri edə bilər.
4.3  İct ma  və emos onal dəstək
Xəstələrə  göstərilən  emosional  dəstək  müalicəyə  riayət  etmə  şanslarını  artıra  bilər.  Bu  dəstək  qruplar 
tərəfindən rəsmi və ya təlim keçmiş işçilərlə tək-bə-tək məsləhət şəklində ola bilər. Qeyri-rəsmi dəstək həmçinin 
həkimlər, tibb bacıları, DOT işçiləri və ailə üzvləri tərəfindən təmin oluna bilər. MDR-Vərəm proqramlarının 
əksəriyyəti ictimai işçilərdən, tibb bacılarından, müəllimlərdən, kampanyonlardan və həkimlərdən ibarət olan 
multifunksional işçi qrupundan istifadə edir.
Peru, Lima şəhərində MDR-
Vərəmə qarşı müalicəsini 
qəbul edən xəstəyə nəzarət

Səhifə 144   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
5  Yarımçıq müal cən n  darəed lməs  
Sual;
Aşağıdakı fikirlərdən hansılar MDR-Vərəmdə “yarımçıq müalicə”-yə uyğundur?
a. Yarımçıq müalicə uğursuz müalicəyə bərabərdir və ölümlə nəticələnə bilər. 
b. Bir ay müddətinə heç bir müalicənin qəbul edilməməsi uğursuz müalicə ilə nəticələnir 
c. Yarımçıq müalicənin səbəbini aydınlaşdırmaq üçün xəstənin evinə həmin gün baş çəkmək lazımdır 
d. Bu vəziyyətə mehriban və qeyri-tənqidi şəkildə yanaşmaq lazımdır 
e. Müalicəyə başlayan zaman xəstənin maarifləndirilməsini məhdudlaşdırmaq lazımdır 
Cavab:
Düzgün cavablar a),c) və d)-dir.
•  İki ay ardıcıl olaraq müalicə aparılmayıbsa, xəstənin MDR-Vərəm müalicəsi yarımçıq hesab edilir.
•  Xəstənin maariflləndirilməsi lazım olduqca təkrar olunmalıdır.
Əgər müalicə ardıcıl olaraq iki ay aparılmayıbsa, xəstə MDR-Vərəm müalicəsini yarımçıq qəbul etmiş hesab 
edilir. Müalicəni dayandıran MDR-Vərəmli xəstələrə tezliklə müraciət edilməli və müalicəni yenidən başlamalarına 
onları inandırmaq üçün bütün səylər göstərilməlidir. 
Xəstə müayinə üçün təyin edilmiş görüşə gəlməyəndə, xəstəyə dəqiq nəzarətin olunmasını təmin etmək üçün 
sistem hazır olmalıdır. Əksər hallarda DOT işçisi həmin gün müalicədən imtina səbəbini tapmaq üçün xəstənin 
evini ziyarət etməli və müalicənin dəqiq və effektli şəkildə yenidən başlanmasını təmin etməlidir.  Bu vəziyyətə 
mehriban və qeyri-tənqidi şəkildə yanaşmaq lazımdır. Xəstənin dərman dozasını (-larını) buraxma səbəblərinə 
qulaq asmaq və müalicənin davamlılığını təmin etmək məqsədi ilə xəstə və onun ailəsilə əməkdaşlıq etmək üçün 
hər bir səy göstərilməlidir.  
Germistonda Lifecare 
Khights xəstəxanasında 
yatan Vərəm xəstəsi olan 
Vinsent və onun yoldaşı. 
Vinsent deyir”Mən çox 
xoşbəxt bir insanam. 
Mənim yoldaşım həftədə 
bir neçə dəfə yanıma gəlir 
və mənə mənəvi dəstək və 
nəsihətlər verir.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 11  
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
  •   Səhifə 145
6  Müal cən  tamamlayan xəstələr n  zlən lməs
MDR-Vərəm  müalicəsinin  tam  kursunu  tamamlayan  xəstələr  24  ay  ərzində  altı  ay  intervallarla 
yoxlanmalıdırlar. Onlara Vərəm əlamətlərinin olub-olmaması barədə suallar verilməlidir və əgər əlamətlər varsa, 
hər intervalda iki bəlğəm nümunəsi toplanmalıdır. Görüşlərə gəlməyən xəstələrə fəal nəzarət etmək vacibdir və 
nəzarət mərhələsində hər xəstəyə aid olan məlumat etibarlı şəkildə saxlanmalıdır. 
 
7  MDR-Vərəmə da r sənədləşmə
MDR-Vərəm sağlamlıq standartları xəstələrə aid bütün vacib məlumatların toplanmasını təmin etmək üçün 
böyük miqdarda sənədlər tələb edir. Bir çox ölkələrdə standartlaşdırılmış formalar var (12-ci Bölməyə baxın) və 
MDR-Vərəmli xəstələri müalicə edən həkimlər xəstənin qeydiyyatında bütün tələb olunan məlumatların olmasına 
zamanət verməlidir. Bu sənədlərə aşağıdakılar aiddir:
•  MDR- Vərəmə istinad edilən nömrə 
•  Xəstənin yazılı razılığı 
•  Demoqrafik göstərişlər 
•  Xəstələrin təsnifatı 
•  MDR müalicəsinin təfsilatları  
•  HİV statusu 
•  Döş qəfəsinin rentgen şəkili 
•  Bəlğəm yaxmalarının aylıq yoxlamalarının nəticələri və tarixləri 
•  Kultura yoxlamalarının aylıq nəticələri və tarixləri 
•  DHT nəticələri və tarixləri
•  Aylıq bədən çəkisi 
•  Kliniki təfsilatlar (yanaşı vəziyyətlər)
•  Birbaşa müşahidə altında hər bir dərman üçün dozanın sayı və müalicə zamanı hər dərmanın buraxılmış 
(qəbul olunmayan) dozasının miqdarı daxil olmaqla müalicəyə riayətin təfsilatı ilə qeydiyyatı
•  Kreatinin, kalium, qara ciyər və qalxanvarı vəzinin fuksiyaların müayinələri daxil olaraq laborator nəticələrin 
nəzarəti 
•  Dərmanların əlavə təsirləri, bura dərmanların ağır əlavə təsirləri də aiddir
•  Xəstənin göndəriş formaları 
•  Xəstənin müalicə kartları və riayət edilməsi barədə nəzarət hesabatları 
•  Müalicənin nəticələri
Kampala şəhərindəki Vərəm 
xəstəxanasının həkimlərinin 
və tibb bacılarının apardıqları 
işlərin qeydiyyatını yoxlamaq 
üçün Kampala Şəhər Şurasının 
səhiyyə departamentindən 
nümayəndələrin ziyarəti
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Səhifə 146   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
8  Bakter oloj  araşdırılmalar
8.1  Sınaqların  ntervalları 
Xəstənin  yaxşılaşmasının  ən  vacib  göstəricisi  bəlğəm  yaxmalarının  və  kulturaların  konversiyasıdır.  Bu 
səbəbdən müalicə müddətində xəstədə xəstəliyin gedişinə nəzarət məqsədi ilə yaxmanın mikroskopiyası aparılır 
və bakterioloji kulturadan istifadə olunur və bu proses kultura konversiyasından bir ay əvvəl və sonra ən azı hər 
ikinci ay olunmalıdır.  Mikroskopiya xəstədə xəstəliyin gedişini əks etdirən ən güclü göstəricisi kimi faydalıdır; 
lakin bu üsulla canlı bakteriyaların cansız olmayanlardan fərqləndirmək mümkün deyil (4-ci Bölməyə baxın). Bu 
səbəbdən müalicənin gedişinə nəzarət etmək üçün kultural müayinə edilməlidir.  
8.2  Konvers yanın tər f   
Sual:
MDR-Vərəmdə “konversiya” haqqında aşağıdakı fikirlərin hansıları düzgündür?
a.  “Kultura konversiyası” ən azı 30 gün fərqlə  toplanan nümunənin mənfi olan iki ardıcıl kultural 
müayinəsinin nəticəsi deməkdir
b.  “Yaxma konversiyası” ən azı 30 gün fərqlə  toplanan nümunənin mənfi olan iki ardıcıl yaxma 
müayinəsinin nəticəsi deməkdir
c.  “Yaxma konversiyası” ən azı iki ay fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl yaxma 
müayinəsinin nəticəsi deməkdir 
d.  Konversiyanı təyin edərkən mikroskopiya kultural nəticə kimi etibarlı üsuldur  
e.  Bir kultura konversiyası sağalmanın sübutudur. 
Cavab:
Düzgün cavablar: a və b-dir.
•  Yaxma konversiyası ən azı 30 gün fərqlə  toplanan nümunənin mənfi olan iki ardıcıl yaxma 
müayinəsinin nəticəsi deməkdir    
•  Mikroskopiya kultura konversiyası kimi etibarlı üsul deyil.
•  Bəlğəm nümunələri hər ay yoxlanmalıdır 
•  Bir kultura konversiyası sağalmaq demək deyil. Xəstələrin müəyyən hissəsində kultura nəticələri 
əvvəldən dəyişərək sonra isə yenidən müsbət nəticə verə bilər. 
Adətən konversiyasının iki ayrıca göstəricisi hesablanır, yəni yaxma və kultura konversiyası. Hər iki göstərici 
müalicəyə başlayanda yaxma və ya kulturanın müsbət olmasını tələb edir.
Yaxma konversiyası ən azı 30 gün fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl yaxma müayinəsinin 
nəticəsi deməkdir. Konversiya vaxtı müalicənin başlanma tarixi və ilk iki ardıcıl mənfi yaxmanın birinci tarixi 
(bəlğəm nümunələrin toplanan tarixi istifadə olunmalıdır) arasında interval kimi hesablanır. 
Kultura konversiyası ən azı 30 gün fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl kultural müayinəsinin 
nəticəsi  deməkdir.  Konversiya  vaxtı  müalicənin  başlanma  tarixi  və  birinci  iki  ardıcıl  mənfi  kulturanın  tarixi 
(bəlğəm nümunələrin toplanan tarixi istifadə olunmalıdır) arasında interval kimi hesablanır. 
Müalicəni başlayanda hər hansı bir səbəbdən kultura və yaxması mənfi olan xəstələr kultura və ya yaxma 
konversiyasının kohort hesabatında qeyd olunmurlar.  
İkinci sıra vərəm əleyhinə dərmanların istifadə zamanı bəlğəm konversiyası ləngiyir. MDR-Vərəmi müalicə 
edərkən bir neçə koloniya göstərən kultura nəticələri avtomatik olaraq mənfi sayılmamalıdır və əvvəl artan mənfi 
kulturalardan sonra yeganə bir müsbət kulturaya müalicənin uğursuzluğu kimi yanaşılmamalıdır.   
Kultura konversiyası sağalmaq demək deyil.  Xəstəliyin əvvəlki yükləməsindən və rezistent səviyyəsindən 
asılı olaraq xəstələrin müəyyən hissəsində əvvəldən kultura nəticələri dəyişərək, sonra yenidən müsbət nəticə verə 
bilər. Bu səbəblərdən, müalicə müddətində kultural müayinələr dövri şəkildə olunmalıdır.

Bölmə 11  
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
  •   Səhifə 147
 9  Rad olog ya
Xəstənin kliniki vəziyyəti ağırlaşan və ya cərrahiyə müdaxiləyə ehtiyac olan zaman döş qəfəsinin radioqrafiyası 
ən azı hər altı aydan bir tətbiq edilməlidir.  Döş qəfəsinin radioqrafiyası dəyişməyə bilər və ya cüzi yaxşılaşmanı 
göstərə bilər; buna görə, müalicədə yalnız döş qəfəsinin rentgeninə əsaslanaraq heç bir dəyişiklik edilməməlidir
10  MDR-Vərəm proqramlarında müal cə nət cələr n n tər flər  
Sual: 
Aşağıdakı situasiyardan hansılar MDR-Vərəmdən sağalma kimi sayıla bilər?
a. 30 gün fərq ilə toplanan bəlğəm nümunələrin mənfi nəticələri.
b. 30 gün fərq ilə toplanan nümunələrin bakterioloji kulturasında artımın olmaması.
c. Ölkə protokoluna əsasən müalicəsini tamamlayan və müalicənin axırıncı on iki ayında ardıcıl kultura –
mənfi (ən azı iki nəticəsi) olan MDR-Vərəmli xəstə. 
Cavab:
Yuxarıdakı situasiyaların heç biri sağalma kimi sayıla bilməz. 
Ölkə protokoluna əsasən müalicəni tamamlayan və müalicənin axırıncı on iki ayında ardıcıl kultura 
–mənfi (ən azı beş nəticəsi) olan MDR-Vərəmli xəstə sağalmış sayıla bilər. 
 
MDR-Vərəm proqramları nəzarət vasitəsi kimi bakterioloji kulturadan istifadəyə əsaslanan qarşılıqlı şəkildə 
istisna olan MDR-Vərəm nəticələrindən istifadə edir. 
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Dr Praveen onun Vərəmli 
xəstələrin birinin döş 
qəfəsinin rentgen şəkilini 
yoxlayır. Şərqi Delidə 
Patparganjda MCD Döş 
qəfəsi Klinikası

Səhifə 148   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Sağalma
:  Ölkə protokoluna əsasən müalicəsini tamamlayan və müalicənin axırıncı on iki ayında ardıcıl 
kultura –mənfi (ən azı beş nəticəsi) olan MDR-Vərəmli xəstə sağalmış sayıla bilər. Əgər həmin vaxt ərzində bir 
müsbət kulturanın olması və heç bir kliniki ağırlaşma hallarının olmaması məlumdursa, xəstə hələ də sağalmış 
hesab edilə bilər. Nəzərə almaq lazımdır ki, bu müsbət kulturanın ardınca 30 gün aralıqla götürülmüş minimum 
üç ardıcıl mənfi kultura olmalıdır.    
Müalicə  tamamlanıb
:  Ölkə  protokoluna  əsasən  MDR-Vərəmli  xəstə  müalicəsini  tamamlayıb,  lakin 
bakterioloji nəticələr olmadığına (yəni müalicənin axırıncı on iki ayında beş kulturadan az olması) görə sağalmış 
şəxs kimi müəyyənləşməyib.
Ölüm halları
:
 MDR-Vərəm müalicəsi müddətində hər hansı bir səbəbdən ölən MDR-Vərəmli xəstə.
Yarımçıq  müalicə:    Hər  hansı  bir  səbəbdən  iki  və  ya  daha  çox  ardıcıl  aylarda  MDR-Vərəm  müalicəsi 
dayandırılan MDR-Vərəmli xəstə. 
Uğursuz müalicə
:  Əgər müalicənin axırıncı on iki aylarında olunan beş kulturadan ikisi və ya daha çox kultura 
nəticəsi müsbət və ya hər hansı bir axırıncı üç kulturadan biri müsbət olarsa müalicə uğursuz hesab olunur.  Əgər 
müalicəyə qarşı zəif reaksiyaya və ya əlavə təsirlərə görə terapiyanın başa çatmasına kliniki qərar qəbul olunubsa, 
müalicə uğursuz hesab olunur.  Bu gecikmiş uğursuzluqlar sub-analizlərin aparılması üçün ayrıca göstəriş ola bilər. 
Köçürülmə
:  Digər hesabat və qeydiyyat hissəsinə köçürülən və müalicə nəticəsi bilinməyən MDR-Vərəmli xəstə
11  Müal cə nət cələr n kohort anal zlər   
MDR-Vərəm aşkar olunan bütün xəstələr qeydiyyatdan keçməlidir. Qeydiyyat kitabı 12-ci Bölmədə daha 
ətraflı izah olunub, lakin MDR-Vərəm xəstələri digər dərmanlara rezistent olan formalardan və ya MDR-Vərəm 
təsdiq olunmayan, amma şübhə altında olan xəstələrdən aydın şəkildə fərqləndirilməlidirlər.
MDR-Vərəm kohortu xüsusi vaxt dövri (məsələn, bir il) MDR-Vərəmlə qeydiyyatdan keçən xəstələrin qrupu 
kimi müəyyən olunur. Diaqnostik DHT-in nəticəsi (MDR-Vərəmi təsdiqliyən) əldə edilən tarix və MDR-Vərəm 
müalicəsinin başlanma tarixi də qeydiyyat kitabına daxil olunmalıdır (3-cü Bölməyə bax), lakin xəstənin hansı 
kohorta aid olduğunu onun qeydiyyatdan keçmə tarixi müəyyən edir.   
Kohort analizi bütün qeyd olunan MDR-Vərəmli xəstələrdə aparılmalıdır. MDR-Vərəm proqramları bütün 
diaqnoz qoyulan MDR-Vərəmli xəstələrin müalicələrini təmin etməlidir. Əgər hər hansı MDR-Vərəmli xəstələr 
müalicəsiz  qalsa,  müalicədən  istisna  səbəbləri  tamamilə  aydın  şəkildə  izah  olunmalıdır.  Müalicədən  istisna 
səbəblərinə bəzi misallar:
•  Müalicəyə başlamadan ölüm;
•  Xəstə müalicə olunmaq istəmir;
•  Dərman təchizatının çatışmazlığı; 
•  Səhiyyə xidmətindən istifadənin məhdud olması; 
•  Kliniki  səbəblər  (məsələn,  müalicə  olunma  riskinin  müalicə  olunmamaqdan  daha  artıq  olduğu 
yüngülləşdirilmiş tibbi şəraitlər);
•  İctimai səbəblər. 
 
Müalicənin müddətindən asılı olmayaraq MDR-Vərəm müalicəsini qəbul edən bütün xəstələrdə müalicə 
nəticələrinin kohort analizləri aparılmalıdır. Onlar xəstəlik hallarının qeydiyyat qruplarına bölünməlidir. Daha 
sonra kohortun sub-analizi (məsələn, HİV statusuna əsasən, əvvəlki ikinci sıra dərmanların istifadə tarixi, DHT 
nümunəsi, rejimdən istifadə, və s.) də faydalı ola bilər.  
MDR-Vərəm müalicəsinin kohort analizləri üçün məsləhət görünən vaxt çərçivəsi MDR-Vərəm müalicə 
rejimlərinin uzun müddətlərini əks edir. İlkin analiz kohorta goşulan axırıncı xəstənin qeydiyyat tarixindən 24 ay 
sonra aparılmalıdır. Son analiz kohorta goşulan axırıncı xəstənin qeydiyyat tarixindən 36 ay sonra aparılmalıdır.    
MDR-Vərəmin qeydiyyatı və hesabatı üçün bütün xəstələrin ilkin nəticələri qeyd olunmalıdır. Lakin, hər 
hansı sonrakı nəticələrin qeydiyyatı da tövsiyyə edilir, məsələn, yarımçıq müalicədən sonra ölüm və ya yarımçıq 
müalicədən sonra sağalma.   
Hələ də müalicədə olan xəstələr təyin edilən kohortun müalicənin sonunda da tamamilə aydın və kohort 
analizlər zamanı kulturanın müsbət və ya mənfi olması müəyyən edilməlidir.  
Residiv halların aşkarlanması üçün ilkin nəticə əldə olunduqdan sonra xəstələr iki il ərzində nəzarət altında 
qalmalıdırlar.

Bölmə 11  
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
  •   Səhifə 149
Cənubi Afrikada elektron MDR-Vərəm qeydiyyatı 
Cənubi Afrika Elmi-Tədqiqat Tibb Şurası

Səhifə 150   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
MDR-Vərəm xəstələr nə nəzarət və nət cələr n  q ymətlənd r lməs  
1. MDR-Vərəmin yarımçıq müalicəsi aşağıdakı kimi müəyyən olunur:
a.  Müalicənin dayandırılmasının iki ardıcıl ayı 
b.  Müalicənin dayandırılmasının iki ardıcıl həftəsi 
c.  İntensiv mərhələ zamanı müalicənin hərdənbir dayandırılması 
d.  Davamlı mərhələ zamanı müalicənin hərdənbir dayandırılması
e.  Müalicənin dayandırılmasının üç ardıcıl ayı 
2. MDR-Vərəmdən sağalma aşağıdakı kimi müəyyən olunur:
a.  Son 12 ay ərzində ən azı beş mənfi kulturalar 
b.  Müalicənin sonunda mənfi kultura 
c.  Kultura konversiyasına nail olunub və müalicə tamamlanıb
d.  Üç ardıcıl mənfi kultura
e.  İntensiv mərhələnin sonunda mənfi kulturalar  
3.MDR-Vərəm müalicəsinin uğursuzluğu aşağıdakı kimi müəyyən 
olunur:
a.  Müalicənin sonuncu 12 ayında bir və ya daha çox müsbət kultura 
b.  Müalicə zamanı sonuncu üç kultura arasında bir müsbətin olması 
c.  Davamlı kultura müsbətliliyi 
d.  Xəstədə müalicənin təsiri olmaması səbəbindən müalicənin sonunda kliniki qərar 
e.  Yuxardakıların hamısı
1:  a
2:  a
3:  e
Cavablar

Bölmə 12  
Qeydiyyat və hesabat  
 •   Səhifə 151
Qeyd yyat və hesabat
Bölmə 12

Səhifə 152   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə nət cələr  
Bu bölməni bitirdikdən sonra siz:
•  Standartlaşdırılmış  informasiya  sistemlərin  məntiqi  barədə  məlumat  əldə 
etmiş olacaqsınız
•  Qeydiyyat  və  hesabat  sistemlərin  imkanları  barədə  məlumat  əldə  etmiş 
olacaqsınız 
•  MDR-Vərəm üçün tələb olunan əsas məlumatları biləcəksiniz
Bölmə 12
Qeyd yyat və hesabatreport ng

Bölmə 12  
Qeydiyyat və hesabat  
 •   Səhifə 153
2  G r ş
MDR-Vərəm  üçün  informasiya 
sistemi DOTS informasiya sisteminin 
genişlənməsidir (daha ətraflı məlumat 
üçün 
Dərmanlara  rezistent  vərəmin 
proqramlı  şəkildə  idarə  olunmasına 
dair  təlimatlar:  2008-ci  ildə  təcili 
olaraq  yenidən  işlənmiş  versiyası  –na 
bax)  və  MDR-Vərəm  proqramlarının 
effektli  şəkildə  həyata  keçirilməsinə 
və  nəzarətinə  lazım  olan  minimum 
alətləri  və  dəyişkən  kəmiyyətləri 
müəyyən  edir.  Bu  informasiya 
sisteminə 
yerli 
MDR-Vərəm 
tələblərinə və siyasətinə əsaslanan fərdi 
xəstələri  idarəetmək  üçün  həkimlər 
tərəfindən  lazımlı  hesab  oluna  bilən 
ətraflı  məlumat  daxil  edilmir.  Buna 
əlavə  olaraq,  formalar  yerli  istifadə 
üçün  dəyişdirilə  bilərlər  və  həkimlər 
MDR-Vərəm  qeydiyyatı  və  hesabatı 
üçün  onların  fərdi  ölkə  siyasətininə 
dair məsləhət verməlidirlər..  
3  MDR-Vərəm formaları/qeyd yyat jurnalları və məlumatın ötürülməs   
Xəstəyə diaqnoz qoyulması, nəzarət, qulluq və əlavə olaraq nəticələrin hesabatının dəqiq aparılması üçün 
MDR-Vərəm proqramında aşağıda təsvir olunan bir sıra əsas formalar olmalıdır.  
3.1  Müal cə kartı 
Sual: 
MDR Vərəm müalicə proqramında “Müalicə kartın” rolu nədən ibarətdir?  
Cavab: 
ÜST IV-ci Cateqoriya Forma 1-in elektron variantını onlyan əldə etmək mümkündür
(
The electronic copy of WHO Category IV Form 1 is available online.)   
Bu kart xəstəyə gündəlik dərman paylayan tibb işçiləri üçün əsas vasitədir. Müalicə kartı xəstə MDR-
Vərəm müalicəsinə başlayarkən doldurulmalıdır və gündəlik olaraq yenilənməlidir. Bu kart MDR-Vərəmə 
dair jurnalın məlumatını tamamlamaq və dövri yeniləmək üçün bir mənbədir.  
Nə vaxt xəstə bir yerdən başqa yerə köçsə (və ya məsələn, ixtisaslaşmış xəstəxanadan onun yaşadığı 
vilayətə/rayona nəzarət üçün), kart və ya onun surəti, xəstənin dalınca göndərilməlidir.  Bu kartın surəti 
bildiriş vərəqəsi kimi və həmçinin müalicənin son nəticəsini qeyd etmək üçün istifadə oluna bilər.
Cənubi Afrika 
Pretoriyada MDR-
Vərəm klinikasında 
qeydiyyatın 
aparılması
Cənubi Afrika Elmi-Tədqiqat Tibb Şurası

Səhifə 154   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Kart aşağıdakı bölmələrdən ibarətdir:
•  Əsas demoqrafik məlumat:
   Adı, cinsi, yaşı, ünvanı…və s.
•  MDR-Vərəm qeydiyyat nömrəsi: 
Bu, hər bir xəstəyə fərdi şəkildə verilmiş şəxsi nömrədir. Əgər xəstənin 
başqa qeydiyyat nömrəsi (xəstəxana qeydiyyat nömrəsi, ictimai siğorta nömrəsi və ya əvvəlki Vərəm qeydiyyat 
nömrəsi) olarsa, onda onlar fərdi şəkildə verilmiş MDR-Vərəm qeydiyyat nömrəsinə əlavə olaraq formaya 
daxil edilə bilər.  
•  Əvvəlki müalicəyə əsasən xəstənin qeydiyyat qrupu
: Səkkiz qrupa ayırmaq olar.  “Digər”  qrup xəstənin 
qəbul etdiyi qeyri-adi müalicənin uğursuzluğu və ya başqa qrupların heç biri vəziyyətə düzgün təsvir verməyən 
zaman istifadə oluna bilər. Müxtəlif qeydiyyat qruplarının açıqlaması 3-cü Bölmədə verilib.   
•  Müalicənin  tarixçəsi
:      Rəqəmlər  bu  ilk  müalicə  epizodu,  ikinci  epizod  və  s.  olduğunu  göstərir.  Xüsusi 
dərmanlar 6-ci Bölmədə təsvir olunmuş MDR-Vərəm rejimlərinə aid standart kodlarla əlaqəli şəkildə verilə 
bilər.     
•  Konsiliumun nəticələrinə dair bölmə
:  ÜST təlimatları MDR-Vərəmli xəstələrə qayğı göstərən insanlarla 
müntəzəm yığıncaqların keçirilməsini tövsiyə edir. Bu bölmədə qayğı göstərən insanların hər hansı böyük 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin