Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   27   28   29   30   31   32   33   34   ...   69
Pedaqogika imtahan cavabları

Təqdimetmənin planlaşdırılması:  
Təlim strategiyaları 
Resurslar 
Qiymətləndirmə 
Təlim mühiti: 
Dərsə hazırlıq 
Özünüidarəetmə 
Şagirdlərin fəallığı 
Sinfin hazırlanması: 
Dərsin materialları 
Hazırlıq mərhələsində dərsin planlaşdırılmasına, təlim resurslarının seçiminə
müəllimin özünüidarəetmə və özününizamlamasına xüsusi diqqət yetirilməlidir. 


34.Şagird nailiyyətlərinin qiymətləndirilməsi meyarlarını müəyyənləşdirin 
Qiymətləndirmənin bütün növləri, xüsusilə formativ qiymətləndirmə, şagird 
işlərinin qiymətləndirilməsinin təşkili üçün mükəmməl hazırlanmış meyarların 
istifadəsini nəzərdə tutur. Meyarlar əsasında qiymətləndirmə təlim prosesinin 
bütün iştirakçıları üçün bu prosesi şəffaf və anlaşıqlı etmək imkanı verir, 
obyektivliyi təmin edir. Şagirdlərin dərs nailiyyətlərinin qiymətləndirmə 
meyarlarının işlənib hazırlanması üçün təlim məqsədləri özül rolunu oynayır. Hər 
bir məqsəd qiymətləndirmə meyarlarında əks olunmalı, dərsin sonunda 
qiymətləndirilməlidir. Meyarlar müəllim tərəfindən yaxud şagirdlərin iştirakı ilə 
hazırlana bilər. 
Qiymətləndirmə meyarlarının birgə hazırlanması şagirdlərdə qiymətləndirməyǝ 
pozitiv münasibət formalaşdırmağa və nəticənin əldə edilməsinə görə 
məsuliyyəti artırmağa şərait yaradır. Qiymətləndirmə meyarlarının tərtib 
olunarkən təlimin məqsədlərinə və məzmununa diqqət yetirmək lazımdır. 
Meyarların məzmunu həm şagirdlər, həm də onların valideylərinə aydın 
olmalıdır, yəni sadə, anlaşıqlı formada izah edilməlidir. Şagirdləri meyarlarla 
dərsin əvvəlində tanış etmək lazımdır. Onları şagirdlərin iş vərəqlərində, lövhədə 
və ya sinfin görünən yerində yerləşdirmək olar. Meyarlar şagirdlərə işi və onun 
keyfiyyətini daha obyektiv qiymətləndirmək imkanı yaradır. Düzgün hazırlanmış 
qiymətləndirmə meyarları və onların dərəcələrə bölünməsi şagirdləri 
istiqamətləndirir və yerinə yetirilmə prosesini asanlaşdırır. Meyarların 
dərəcələrə bölünməsi gözlənilən nəticənin müxtəlif səviyyələr üzrə təsviridir. Bu 
səviyyələri əks etdirən meyarlar nə qədər dəqiq təqdim olunarsa, şagirdə 
tapşırığın bir o qədər uğurlu yerinə yetirilməsi üçün imkan yaranacaq. Daha 
dəqiq desək, meyarların qradasiyası tapşırığın yetirilmə prosesinin addım-addım 
təsviridir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin