itkisinə, öyrənənlər üçün aydın olmayan və
başa düşülməyən məsələlərin
qalmasına imkan vermir. İlkin səviyyənin qiymətləndirməsi üçün suallar elə tərtib
olunmalıdır ki, onlar şagirdin hansı biliklərə malik olduğunu ortaya çıxarda bilsin.
Diaqnostik qiymətləndirmənin məqsədi- şagirdlərin
təlim məqsədllərinə dair
harada olmaları, yəni proqram üzrə mövzunun, tədris vahidinin əvvəlində hansı
bilik və bacarıqlara malik olmaları haqqında məlumatların əldə edilməsidir.
Diaqnostik qiymətləndirmə müəllimə şagirdlərin tələbatlarına cavab verə biləcək
tədris planında dəyişikliklər etməyə imkan verir, yaxud proqnozlaşdırmağa və
gələcəkdə təlimdə yarana bilən çətinlikləri aradan qaldırmağa, şəraitə görə təlim
məqsədləri və strategiyalarda çevik dəyişikliklər aparmağa imkan yaradır,
şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit, onların mənəvi-psixoloji
durumu haqqında məlumat almağa kömək edir.
İlk mərhələdə diaqnostik qiymətləndirmə fənn üzrə təlim səviyyəsinin, yəni,
şagirdin kursun, mövzunun öyrənilməsinə başlamazdan əvvəl malik olduğu bilik,
bacarıq, vərdiş və səriştənin formalaşma səviyyəsinin ilkin təhlilidir. Bu iş
müəllimə yeni materialın öyrənilməsində hansı
hissədə problemin yarana
biləcəyi haqqında məlumat əldə etməyə və onların aradan qaldırılması üçün
addımlar planlaşdırmağa köməklik göstərir. Müəllim diaqnostik qiymətləndirmə
vasitəsilə siniflə yeni fəaliyyətə başladığı dövrdə şagirdlərin mənəvi-psixoloji
durumunu, onların davranışları,
fərdi xüsusiyyətləri, xasiyyət və mənəvi
keyfiyyətləri haqqında da məlumat toplaya bilər.
Bu məqsədlə pedaqoqun
valideyn və siniflə işləyən digər müəllimlərlə söhbət aparması tövsiyə olunur.
Dostları ilə paylaş: