Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Dərslərin pedaqoji təhlili haqqında fikirlərinizi bildirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə26/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   22   23   24   25   26   27   28   29   ...   69
Pedaqogika imtahan cavabları

28.Dərslərin pedaqoji təhlili haqqında fikirlərinizi bildirin 
Dərsin müşahidəsi və təhlili müəllim fəaliyyətində mühüm rol oynayan 
məsələlərdəndir. Dərsin pedaqoji təhlilinin əsas şərtlərindən biri onun kompleks 
xüsusiyyətə malik olmasıdır. Kompleks xüsusiyyət dedikdə, dərsin təhlilində 
onun təşkili və metodikasının qiymətləndirilməsi ilə şagirdlərin dərsdə əldə etdiyi 
bilik, bacarıq və vərdişlərin keyfiyyəti, qiymətləndirilməsi arasındakı üzvi bağlılıq 
nəzərdə tutulur. Dərs təhlilinin iki aspekti-metodik və nəticəyönümlülük hər 
zaman vəhdət təşkil etməlidir. Onları biri-birindən ayırmaq, qarşı-qarşıya 
qoymaq olmaz. Öyrənənlərin bilik və bacarıq larının keyfiyyəti öyrədənin 
fəaliyyətinin göstəricisidir, öyrətmənin keyfiyyətinin ən yaxşı müəyyənetmə yolu 
isə şagirdlərin bilik və bacarıqlarının yoxlanılmasıdır. Təlim prosesi müəllim və 
birgə fəaliyyətidir. Bu səbəbdən dərsin dinlənilməsi və təhlili müəllimin öyrədici 
fəaliyyətinin qiymətləndirilməsi ilə yanaşı, şagirdlərin təlim fəaliyyətini, müəllimə 
metodik köməkliyin göstərilməsini, stimullaşdırılmasını da əhatə etməlidir. Dərs 
dinləyənin təcrübəsi, peşəkarlığı da mühüm amillərdən hesab olunur.


Dərsin təhlilində bir sıra məqamlar diqqət mərkəzində saxlanılmalı, proses 
müəyyən sxemə uyğun həyata keçirilməlidir.
-Dərs fənn üzrə müəyyən olunmuş standartlar əsasında planlaşdırılmalı, 
standartlar düzgün və məqsədəuyğun seçilməli, təlim məqsədləri, təlim 
nəticələri standarta görə müəyyənləşdirilməlidir. 
-Dərsin strukturunun quruluşu, təlim materialının məzmunu, təlim metodlarının 
seçimi, şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması, fənlərarası əlaqələrin 
qurulması, əyani vəsaitlərdən istifadə, vizual, auditor və kinestetik öyrənənlərin 
nəzərə alınması, onların müstəqil və yaradıcı fəaliyyətinin təşkili və müəllim 
tərəfindən idarə olunması, qiymətləndirmə prosesinin hər kəs üçün aydın, şəffaf 
və obyektivliyi, şagirdlərdə özünü və qarşılıqlı qiymətləndirmə fəaliyyətinin 
həyata keçirilməsi və s. amillər nəzərə alınmalıdır. 
-Müəllimin iş üslubu, pedaqoji taktı, nitqi, fənninin məzmununa dair bilikləri
marağı, fəallığı, vaxt bölgüsü, tərbiyə vəzifələrinin yerinə yetirilməsi, xarici 
amillər, şərait və dərsin keçirilmə mühiti dərs dinləmə zamanı diqqət mərkəzində 
olmalıdır. 
-Dərsin nəticələrinə dair yekun rəydə təlim və tərbiyə məqsədləri, öyrənənlərin 
əldə etdikləri biliklər və onların tətbiqinə dair mühakimə əksini tapmalıdır. 
Dərsin təhlilində müəllimin izahatına, yeni materialın əhatəli, aydın 
çatdırılmasına, önəmli faktların araşdırılması şagirdlərdə əsas məqamları seçmə, 
birinci dərəcəli anlayışları ikinci dərəcəlilərdən ayırma, müqayisə etmə, nəticə 
çıxarma və ümumiləşdirmələr aparma bacarıqlarının formalaşdırılması 
məsələsinə xüsusi diqqət yetirilməlidir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin