diferensiallaşmanın uyğunlaşmanın aparılmasına münbit şərait yaradır. B.Blum
vǝ onun nəzəriyyəsini dəstəkləyən digər alimlər təlimi üç müxtəlif sahəyə
ayırmışlar: koqnitiv (idraki, düşünmə bacarıqlan), affektiv (münasibət) və
psixomotor (koordinasiya-hərəki bacarıqlar).
Koqnitiv sahə şagirdin intellektual inkişafı və düşünmə bacarıqları ilə əlaqəlidir.
Burada aşağı düşüncə tərzi, aşağı səviyyəli bacarıqlardan, yəni fakt və prinsiplər
haqqında
ümumi məlumata malik olmaqdan, problem həlli,
struktur
formalaşdırma, yeni məhsulun yaradılması, problemi həlletmə kimi yüksək
səviyyəli bacarıqlara doğru inkişaf gedir.
Emosional-affektiv sahə 1964-cü ildə Krasvohl, Blum və Masia tərəfindən təqdim
edilmişdir. O, şagird inkişafının mövqe, münasibət, dəyər, emosiya, davranışı ilə
əlaqəlidir. Emosional-affektiv sahəməlumatlılıq, maraq, diqqət, qayğı və
məsuliyyətə əsaslanan davranışa aiddir.
Psixomotor sahə şagirdlərin təlim prosesində motor və təcrübi bacarıqlarına
əsaslanır. Burada öyrənənlər kiçik və böyük motorikaya dair hərəkətlər nümayiş
etdirir: rəqs, idman hərəkətləri və s. Blum kifayət qədər təcrübəsi olmadığından
bu sahəni araşdırmamışdır. Lakin Deyv
və Kennes Mur psixomotor
taksonomiyanı işləyib hazırlamışlar. Hər iki taksonomiyada hərəki fəaliyyətin
sadədən mürəkkəbə doğru inkişafı prinsipi qorunmuşdur.
Hər iki taksonomiya
təqribən eyni inkişaf dinamikasını, oxşar səviyyələri əhatə edir. Öyrənənlərin
inkişaf nümunəsində onların hərəkətləri yamsılamadan
mexaniki hərəkətlərə
kimi müşahidə olunur.
Dostları ilə paylaş: