Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Əks-əlaqənin iki modeli mövcuddur



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə33/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   29   30   31   32   33   34   35   36   ...   69
Pedaqogika imtahan cavabları

Əks-əlaqənin iki modeli mövcuddur: 
1.Tərif və tənqid modeli.
2. Konstruktiv model. 
Tərif və tənqid modeli şəxsi mülahizələrə əsaslanır və bu səbəbdən subyektiv 
xarakter daşıyır, öyrənmə prosesində inkişafın cari vəziyyətini, yəni güclü və zəif 
cəhətlərini üzə çıxarır. 
Konstruktiv əks-əlaqə məqsədyönlüdür, qiymətləndirmə dəqiq meyar və 
standartlar əsasında təşkil olduğu üçün daha obyektiv xarakter daşıyır.
Öyrənmə prosesindən asılı olaraq əks-əlaqə pozitiv və neqativ ola bilər. 
Pozitiv əks-əlaqə zamanı müəllim yaxşı fəaliyyəti dəyərləndirərək onun necə əldə 
olunmasını şərh edir. Neqativ əks-əlaqə nailiyyətlərin qənaətbəxş olmadığı halda 
baş verir. 
Əks-əlaqə: 
Planlaşdırılmış və düşünülmüş olmalı; 
Müşahidədən dərhal sonra tədbir görülməli; 
Ruhlandırmalı və həvəsləndirməli; 
Təhlil prosesi əsasında keçirilməlidir.
Pozitiv və konstruktiv olmalı; 
Əks-əlaqə dərsin bütün mərhələlərində şifahi və ya yazılı formada keçirilə bilər. 
Bu zaman aşağıda göstərilən alətlərdən istifadə məqsədəmüvafiqdir: 
Yazılı şərhlər; 
“temperaturun ölçülməsi”; 
Müşahidələr; 
sürətli sorğu-suallar; 
Özünüqiymətləndirmə üzrə jurnallar. 
Əks-əlaqə zamanı bu alətlərdən istifadə şagird işinin xülasəsi, şərh edilməsi və 
dəstəklənməsinə yönəldilir və onu təlim nəticələrinin aludə olunmasına 
yaxınlaşdırır. 


Əks-əlaqə həm formativ, həm də summmativ qiymətləndirmənin əsas 
komponentlərindəndir. 
37.Yekun (summativ) qiymətləndirmənin mahiyyətini açıqlayın 
Summativ qiymətləndirmə müəyyən vaxt üçün bölmə və tədris vahidinin 
öyrənilməsi başa çatdıqda bilik, bacarıq, vərdiş və səriştələrin formalaşması 
səviyyəsinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Summativ 
qiymətləndirmənin məqsədi – müəyyan vaxt üçün şagirdlərdə biliklərin 
mənimsənilməsi, bacarıq və səriştələrin formalaşma səviyyəsinin təsdiq 
edilməsi, əldə edilən nəticələrin standartın tələblərinə uyğun olub-olmamasını 
müəyyənləşdirməkdən ibarətdir. 
Summativ qiymətləndirmə yoxlama işlərinin müxtəlif növlərinin həyata 
keçirilməsini nəzərdə tutur. Yoxlama tapşırıqlarının sualları dövlət təhsil 
standartları və tədris proqramlarının təlim məzmunu əsasında tərtib edilir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin