Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə35/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   31   32   33   34   35   36   37   38   ...   69
Pedaqogika imtahan cavabları

Portfolionun xüsusiyyətləri 
Portfolio müxtəlif xüsusiyyətlərə malik çoxşaxəli prosesdir. 
Həm formativ, həm də summativ qiymətləndirməni təmin edən fasiləsiz 
prosesdir.
Təlim prosesində şagird fəaliyyətinin müxtəlif aspekt və proseslərini göstərir. 
Şagirdlərin təfəkkür və özünütəhlil prosesində birgə refleksiyasını təmin edir. 
Portfolio 
nailiyyətlərin 
qiymətləndirilməsində 
müəllim 
və 
şagirdlərə 
uğursuzluqları əvvəlcədən proqnozlaşdırmaq, yaradıcı təfəkkürü inkişaf 
etdirmək, nailiyyətlərini qiymətləndirmək bacarığına yiyələnmək və təlim 
prosesini müşahidə etmək imkanı yaradır. Qiymətləndirmənin səmərəli həyata 
keçməsi üçün müəllim müxtəlif strategiyalardan yararlanmalıdır. 


39.Pedaqoji ünsiyyətin əhəmiyyətini əsaslandırın 
Sinifdə düzgün qarşılıqlı əlaqələr və nəzarət səmərəli təlim üçün böyük 
əhəmiyyət kəsb edir. Şagirdlərin öz aralarında və başqaları ilə qurduğu 
münasibətlər təlimə dəstək mühiti formalaşdırır. Şagirdlərə nəzarət təlim 
prosesində əlverişli şəraitin yaradılmasına xidmət edir, onların fəal iştirakına, 
dərslərin səmərəli təşkilinə zəmin yaradır. Dərsin əvvəlcədən planlaşdırılmasına 
baxmayaraq, təlimdə təsadüf olunan bütün hadisələri qabaqcadan 
müəyyənləşdirmək mümkünsüzdür, çünki şagirdlərin hansı vəziyyətdə nə 
reaksiya verəcəyini təxmin etmək qeyri-realdır. Peşəkar müəllimlərə xas ümumi 
xüsusiyyətlərdən biri də şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün 
mükəmməl ünsiyyət qurmaq bacarığına malik olmalarıdır. Yaxşı müəllim 
şagirdlərlə yaxşı ünsiyyət qurmağı bacarmalıdır. Hər birimiz doğru ünsiyyət 
qurduğumuzu düşünürük. Lakin prosesin mürəkkəbliyini nəzərə almırıq. Məhz 
belə xüsusiyyətlərinə görə pedaqoji ünsiyyət müəllim fəaliyyətinin vacib 
komponentidir. Burada şagirdlərin diqqətini müəllimə cəmləşdirən səs tonu, nitq 
və s. məqamlara toxunulmuş, izah, sual, müzakirə və fəal dinləmə kimi ünsiyyət 
növləri haqqında məlumat verilmiş, qeyri-verbal ünsiyyətin aspektləri-maraq
inam, qayğı, görünüş, jestlər, duruş, üz ifadələri, davranışlar da nəzərdən 
keçirilmişdir.
Ünsiyyət yazılı, verbal və qeyri-verbal məlumat və ideyaların iki tərəfli mürəkkəb 
qarşılıqlı mübadilə prosesidir. Aydın və səmərəli ünsiyyət yalnız məlumatın 
ötürülməsindən ibarət deyil, o həmçinin dinləmə, müşahidə və həssaslığın da 
olduğu məlumat qəbuludur. Şagirdlər arasındakı münasibətin keyfiyyəti təlimə 
kömək və ya maneə ola bilər. Məsələn, şagirdlər bir-biriləri ilə ünsiyyət 
prosesində müzakirələr, təhlillər apararaq öyrənir. Eləcə də ünsiyyət şagirdlərin 
diqqətini yayındırır. Təlimin səmərəli təşkili dərsdə müəllim-şagird ünsiyyətinin 
keyfiyyətini yüksəldir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin