Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Verbal ünsiyyətdə diqqətin cəmləşdirilməsinə dair mülahizələr yürüdün



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə36/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   32   33   34   35   36   37   38   39   ...   69
Pedaqogika imtahan cavabları

40.Verbal ünsiyyətdə diqqətin cəmləşdirilməsinə dair mülahizələr yürüdün 
Dərsin və ya tapşırığın gedişatında şagirdlərin diqqətinin mərkəzə doğru 
yönləndirilməsi vacib amildir. Məqsədə çatmaq üçün öncədən müəyyən 
qaydalar yaradılmalıdır. Fəaliyyətdə təhlükəsizlik riski varsa, bu bacarıq xüsusi 
əhəmiyyət daşıyır. Təlim prosesinə başlamazdan əvvəl elə mövqe seçilməlidir ki, 
hər kəs sizi görə və eşidə bilsin, sinifdə sakitlik təmin olunsun və diqqət müəllimə 
yönəldilsin. Sinif otağında mərkəzdə dayanmaq, diqqəti çəkmək və saxlamaq 
üçün otağın başında durmaq daha faydaldır, belə halda pedaqoq hər kəsə nəzər 
yetirməkdə əziyyət çəkmir. Sakitlik yaratmağın maraqlı yollarını da düşünmək 


mümkündür, məsələn, bədən tərbiyəsi dərsində fit çalmaq, musiqi dərsində zərb 
alətinə vurmaq və s. Bu vasitələrdən hər dəfə istifadə edilməlidir ki, hərəkətlərin 
davamlılığından nə demək istənildiyi anlaşılsın. Sakitliyin yaranması üçün 
gözlənilməli və o yaranana qədər heç bir söz deyilməməlidir. Danışılan zaman 
sinifdə gəzilməməlidir, çünki bu, danışıqdan daha çox hərəkətlərə fikir verən 
şagirdlərin diqqətini yayındıra bilər. 
41.Müəllimin verbal ünsiyyətinin formalarını tutuşdurun 
Müəllimin verbal ünsiyyətinin müxtəlif formaları vardır. İzahat, modelləşdirmə, 
nümayiş, sual-cavab və müzakira pedaqoqun pedaqoji vasitələridir.
Müəllimlər izahata çox vaxt sərf edirlər. Bəzi situasiyalarda isə izah dərsin əsas 
hissəsinə çevrilir. Buna görə də yaxşı izahat vermək müəllim üçün vacib bacarıq 
hesab olunur. Yaxşı izahat şagirdləri fəal saxlayır, onların diqqətini hǝr zaman 
müəllimə yönəldir, aktiv öyrənməni təmin edir. Məktəbliləri dərsə yönəltmək 
məqsədilə dərsin planlaşdırılmasında mühazirələr, qeydlər yazdırmaq, izahat 
aparmaq, çalışma və sualları izahla birləşdirmək və s. öncədən nəzərə alınmalıdır. 
İzahat müəyyən istənilən anlayışın mənasını aydın və dəqiqliklə mənimsətmək, 
məzmununu aydınlaşdırmaq üsuludur. Prosesin düzgün təşkili şagirdlərin əvvəlki 
biliyini nəzərə almağı, məlumatları əlaqələndirməyi tələb edir. Analoq və 
metaforalar da izahat zamanı köməkçi vasitə sayılır. 
Müəllimlər çox zaman verbal izahla vizual misalları, modelləşdirmə və nümayişi 
birləşdirərək yeni dərsi şərh edirlər. Modelləşdirmə çox güclü öyrənmə 
strategiyasıdır və şagirdlərə sual vermək, hər mərhələ haqqında cavabları 
dinləmək üçün geniş imkanlar yaradır.
Şagirdlərin təlim prosesində fəal iştirakını dəstəkləməyin bir yolu da sual-cavabın 
təşkilidir. Müəllimlər gün ərzində onlarla, il ərzində yüzlərlə, minlərlə, pedaqoji 
fəaliyyətləri müddətində milyonlarla sual verirlər. Sual vermək sadə proses deyil. 
Məqsəddən asılı olaraq suallar fərqlənir. Məsələn, şagirdlərin diqqətini çəkmək, 
izahı 
anlayıb-anlamamaqlarını 
yoxlamaq, 
mövzunu 
təkrarlamaq, 
möhkəmləndirmək, bilikləri gücləndirmək, düşünməyə, problem həll etməyə
müzakirəyə sövq etmək və s. Vrag və Braun sualları növlərə bölmüşlər: empirik 
sual-faktlar təcrübəyə əsaslanır, konseptual suallar-öyrənilən fənnə dair ideya, 
məna və səbəb-nəticəni üzə çıxarmaq məqsədilə verilir, “dəyər” sualları- dəyər, 
yaxşılıq, mənəviyyat və ǝtraf mühit məsələlərini araşdırır. Bu geniş əhatəyə malik 
sual növləri tez-tez üst-üstə düşə bilir və bəzən müəyyən suallar hər üç 


kateqoriyanın xüsusiyyətlərini əhatə edir. Eləcə də müəllim sualı cavablandırmaq 
üçün verdiyi vaxtı nəzərə almalıdır. Prosesin gedişatında düşünmək vaxtı da 
gözlənilməlidir. 
Suallar mövzunu müzakirə vasitəsilə araşdırmağa şərait yaradır. Şagirdlərin 
verilən materialdan xəbərdar olmalarına, mövzunun araşdırılma prosesində 
istiqamətləndirilmələrinə baxmayaraq, müzakirə zamanı əsas çətinlik müəllimin 
üzərinə düşür. Bu səbəbdən müzakirə planlı şəkildə aparılmalıdır. Şagirdlərin 
sinifdə yerləşməsi, qrup işinin təşkili prosesin tənzimlənməsinə kömək göstərir. 
Müzakirənin təşkili, onun gedişatında şagirdlərin mövzudan yayınmasının 
düzgün yönləndirilməsi əvvəlcədən planlaşdırılmalıdır. 
Dinləmək eşitmək demək deyil. Səmərəli pedaqoji ünsiyyət üçün məlumatı 
düzgün şəkildə ötürmək qədər cavabı dinləmək, şagirdlərin dediklərini nəzərə 
almaq çox önəmlidir. Şagirdlərin anlam səviyyəsini üzə çıxarmaq üçün diqqətli və 
həssas olmaq lazımdır, məsələn, onların çaşqın baxışı, suala yanlış cavab 
vermələri və s. hallar onu göstərir ki, məlumatların ötürülməsində, 
çatdırılmasında və ya mənimsənilməsində problem var. Belə halda sualı 
təkrarlamaq, başqa formada təqdim etmək olar. Peşəkar pedaqoq təhlillər 
apararaq, yaranmış problemi çözməyi bacarmalıdır. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin