Şagirdlərə çatışmazlıqlarını xatırlatmamaq, onların zəif cəhətlərinə kollektivin
diqqətini cəlb etməmək, təqdirəlayiq fəaliyyətlərini vurğulamaq, dǝyər vermək,
uğursuz fəaliyyət zamanı ruhlandırmaq, öz güclərinə inandırmaq
Əlverişli tərbiyə mühiti yaratmaq. Tərbiyənin şagirdlərin müsbət keyfiyyətlərinə
əsaslanması qanunauyğunluğu- tərbiyə prosesində müəllim şagirdlərin müsbət,
iradi keyfiyyətlərinə istinad edərsə, onlarda tərbiyəlilik davranışlarının səviyyəsi
yüksələr.
3)Tərbiyənin həyatla, ictimai təcrübə ilə əlaqəsi. İstənilən tərbiyəvi fəaliyyətin
faydası real həyat
nümunələri üzərində qurulduqda, səmərəlilik bir neçə dəfə
artır. Tərbiyə şəxsiyyətin həyat təcrübəsinə və real fəaliyyətinə əsaslanmalıdır.
Bu məqsədlə müəllim istənilən tərbiyəvi tədbirin
təşkilində onun həyati
əhəmiyyətini vurğulamalıdır. Müəllimlər, tərbiyəvi söhbətlər apararkən dövrün
tələblərinə istinad etməzsə, real faktlara əsaslanmazsa tədbir, fəaliyyət, söhbət
şagirdlər üçün mənasız olar. Tərbiyənin ictimai təcrübə ilə əlaqəsi
qanunauyğunluğu tərbiyə prosesində pedaqoqun
tərbiyə işini həyatla, ictimai
təcrübə ilə əlaqələndirməsindən asılı olaraq
şagirdlərin ictimai təcrübə
imkanlarından istifadə bacarığı yüksəlir.
4)Tərbiyədə məktəblə ailənin birgə fəaliyyəti. Müəllim ailənin köməyi olmadan
tərbiyə işində uğur qazana bilməz. Ailə uşağa gündəlik təsir göstərdiyi üçün onun
şəxsi keyfiyyətlərinin formalaşdırılması baxımından tükənməz imkanlara
malikdir. Ailə şagird şəxsiyyətinin inkişafına böyük təsir göstərir,ilk ictimai pillə
kimi uşağın
cəmiyyətdəki həyat təcrübəsini, bacarıqlarını istiqamətləndirir.
Məktəblə ailənin fəaliyyətində vahidlik qanunauyğunluğu tərbiyə prosesində
məktəblə ailənin birgə fəaliyyətindən asılı olaraq şagirdlərin tərbiyəlilik səviyyəsi
yüksələr.
Dostları ilə paylaş: