Dezinfektologiya


Fumiqantlar: Kükürd anhidridi



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
№4 Dezinfektologiya-İSF -4-Az

Fumiqantlar: Kükürd anhidridi – metal balonlarda buraxılır və gəmiricilərin 
yuvalarının qaz üsulu ilə işlənməsi zamanı istifadə edilir.
Xporpikrin – rəngsiz mayedir, otaq temperaturunda açıq havada asanlıqla 
buxarlanır. Preparatı gəmiricilərin yuvalarına tamponlar, ağac qırıntıları, qumla daxil 
edirlər. Bundan sonra yuvaların ağzı bağlanır. 
 
 Metilbromid – rəngsiz qazdır, onun buxarları zərəsizləşdirilən yerlərdə yaxşı 
yayılır, boyaları, parçaları, metalları parçalamır.Preparat gəmi və təyyarələrdə qaz 
üsulu ilə deratizasiyada istifadə olunur. 
Sinil turşusunun preparatları – “Siklon”(B və D) - ən güclü fumiqantlardır, 
insan üçün son dərəə toksikidirlər, ona görə də gözyaşardıcı siqnalizatorla qarışıq 
şəklində buraxılır.
Gəmiricilərin qırılması rodentisidlərin vasitəsilə aparılarsa, bu zaman onların 
ekoloji – bioloji xüsusiyyətlərini nəzər almaq lazımdır. İybilmə və dadbilmə 


24 
qabiliyyətləri gəmiricilərdə, xüsusən də siçovullarda çox inkişaf etmişdir, omlar yeni 
əşyalar çox ehtiyatla yanaşırlar.
Deratizasiyada işlədilən kimyəvi preparatlar olduqca sabitdirlər. Buda onları 
nəinki uzun müddət saxlamağ, həm də davamlı və yüksək nəticə almağa imkan 
yaradır. Deratizasiya üçün əsasən sintetik preparatlardan istifadə edirlər. Sintetik 
preparatlar kəskin və ya xroniki təsir göstərə bilərlər. Kəskin təsirli zəhərlər 1 doza 
qəbul edildikdə nisbətən qısa müddət ərzində zəhərlənməyə səbəb olurlar. Xronik 
təsirli zəhərlə kiçik dozalarda müntəzəm işlədildikdə baş verən zəhərlənmə ləng 
inkişaf edir. Bu preparatlar, bir qayda olaraq heyvanların orqanizmində toplanır və 
tədricən müxtəlif patoloji dəyişikliklərə gətirib çıxarır.
Təcrübədə sinantrop gəmiricilərlə mübarizədə həmçinin repellentlərdən 
istifadə edirlər, onlar burun-udlaq və tənəffüs yollarının selikli qışasını 
qıcıqlandırırlar. Bu preparatlarla müxtəlif materialların işlənməsi və ya naqillərin 
plastik örtüyünə onların yeridilməsi obyektlərin gəmiricilər tərəfindən 
korlanmasından qoruyur və orada məskunlaşmasının qarşısını alır. Repellentləri 
heyvanlara müxtəlif təsir vasitələrinin işlədilməsindən sonra tətbiq etmək olar, 
bununla alınmış effekt daha da möhkəmlənir.
Ultrasəs vasitəsilə gəmiricilərin hürküdülməsi – ultrasəs qurğusu gəmiricilərin 
taxıl anbarlarında, dəniz və çay gəmilərində hürküdülməsi məqsədi ilə işlədilir. 
Qurğu elektrik şəbəkəsində qidalanır. O, insan və ev heyvanları üçün təhlükəsizdir. 
Elektrik cihazlarının işinə mane olmur. 
Deratizasiyanın ilkin mərhələsi obyektin müayinəsini, qırıcılıq tədbirlərinin 
aparılmasına hazırlığı, işin həmçinin müəyyən edilməsini, işçi qüvvəsinin və sərf
olunan materialın miqdarının hesablanmasını nəzərdə tutur. İkinci mərhələ - məhz 
qırıcılıq tədbirlərinin həyata keçirilməsi, yekun mərhələ isə - onların keyfiyyətinin və 
effektivliyinin təyin edilməsidir.
Deratizasiyada işlədilən preparatlar zəhərlə işlənmiş qida cəlbedici yemləri və 
zəhərlə işlənmiş maye cəlbedici yemlərinin tərkibində püskürtmə, qazasiya yolu ilə 
tətbiq olunur. Bu üsullardan hər birinin özünəməxsus xüsusiyyətləri və əsas tətbiq 
sahəsi vardır. Zəhərlə işlənmiş qida cəlbedici yemləri deratizasiya praktikasında daha 
tez – tez istifadə edilir. Gəmiricilərə qida kütləsi və zəhərdən ibarət olan qarışıq 
verilir.
Hazırda dünyanın bir çox ölkələrində qida yemlərini işlətməkdən imtina 
edirlər, belə ki, onlar faydalı fauna və ev heyvanlarına da təsir göstərirlər, ona görə 
də, parafinləşdirilmiş briketlərin tətbiqi daha perspektiv sayılır. Gəmiricilər onları 
həvəslə yeyirlər, quşlar və ev heyvanları isə ona etinasız yanaşırlar. Sterilyantlardan 
istifadə edilməsi də çox perspektivlidir: Onlar təkcə gəmiricilərin ölümünə səbəb 
olmur, həm də onların nəsiltörətmə qabiliyyətini də zəiflədirlər.


25 
Gəmiricilərin məskunlşdığı yerlərin səthləri boyu tozları püskürtdükdə o, 
heyvanın pəncəsinə və dərisinə yapışır və nəticədə dadından asılı olmayaraq, gəmirici 
tozu yalayıb onu öz pəncəsindən təmizləməyə çalışır. Zəhərlə işlənmiş maye cəledici 
yemləri məhlul və ya suspenziya şəklində ilk növbədə gəmiricilərin sudan istifadəsi 
çətin olan obyektlərdə tətbiq edilir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin