“Qapayeldən qapı qoyma” məsəli var. Ev tikəndə də hər
şeydən öncə havanı nəzərə-gözə almalıdı. “Üstünə gün
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
düşsün...” Bu anlayışla işinə-gücünə gərək olan hər şeyi
günəqarşıya çıxardardı. Ona görə də bütün tikililərimiz,
evlərimiz , qalalarımız dədə-babadan üzü günəşədi.
“Özünü günə ver, yelin-quzun canından çıxsın”, ifadəsi
də elə belə yaranmayıb. Sudan, torpaqdan, oddan,
havadan “baş çıxartmasaydıq” yerüzündə bu düzəni yara-
da bilməzdik. Dediyimiz bu dörd ünsürə və dörd ünsürün
qeyd etdiyimiz bu sırasına, - su, torpaq, od, hava
ardıcıllığına görə yaşayışımızı qurduq...El arasında
“...üstündən vaxt addadı” ifadəsi var. İndi işlənməsə də
köhnə, yaşlı kişilərin yaddaşında qalmış olar. Qəfildən
ürəyi gedib yıxılan heyvanlar olurdu. Deyirdilər üstündən
vaxt addadı. Yadımdadı, atımız birdən-birə yıxılıb yolun
ortasında qaldı, dörd yanına yumru cız- xətt şəkdilər,
burnunun üstündən qan aldılar, sıçrayıb qalxdı. Bütün
ömrüm boyu fikirləşmişəm: “üstündən vaxt addadı”
əslində nə deməkdir? Vaxtın səni qoyub geçib getməsi,
yaxud, vaxtla ayaqlaşmamaq, vaxtdan qalmaq... Hər
nədisə bütün hallarda Xalqın yenə də dahiyanə bir sirrə
yetik olmağıdır. Soruşub aydınlatmağa adam qalmadı,
gecikdim; nəsl dəyişdi. Elə həmin ifadıylə deyim:
üstümdən vaxt addadı, öyrənə bilmədim...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Belə bir atalar sözü var: “Ayağını yorğanına görə
uzat”. Biz bir xalq kimi hər zaman ayağımızı “yorğanımıza
görə uzatdıq”. Yəni, təbiət artıq şeyləri götürmür; ayağını
düz uzatmadın, yorğandan qırağa çıxdısa, elə ordan
kəsəcək. Çox yəqin ki, belə etməsəydik yaşayıb yarada da
bilməzdik. Başımızın üstündəki buludun havada nece
dyanmağından yerin harasında su olduğunu bilirdik,
bilirdik ki, bulud torpağın harasında su var, orda,- həmin
yerin üstündə əylənər... Göy üzünə baxıb qabaqcadan
havanın nece olacağını fəhm edə bilirdik. “Göy üzü Agyel
səmtdən deşilib, sabah hava günəşli olacaq”, minilliklər
boyu yaşadığı təcrübəyə görə göy üzünü də evinin içi kimi
bilən insanlar vardı ki, indinin özündə də yaratdıqlarından
bəhrələnirik. Bilicilər vardı, saxladığı qoyunun yunu qatı-
sıxdısa bilirdi ki, bu ilin qışı sərt gələcək. Bəslədiyi arılar
yuvasının qapısını möhkəm mumlayıb qapayırdısa qışın
soyuq keçməsinə işarəydi. Bu haqda yazı boyu çox
deyiləcək.
Bu ifadələrin, deyimlərin, -adət-ənənələrin arasında
heyrətamiz kəşvləri də var; boğaz qoyunun qarnındakı
quzunun dərisinin nə rəngdə olduğunu bilənlər vardı. Bir
dəfə maraqlanıb soruşdum. “Qoyunun dilinin rəngindən
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bilinir, -dedi, - mələyəndə bax, dili hansı rəngdədisə
qarnındakı quzunun dərisi də o rəngdədi.”
Bunu bilmək həm də papaqlıq quzu dərisi üçün lazım
olurdu. Ən yaxşı, ən bahalı, adlı-sanlı papaq doğulmamış
quzu dərisindən tikilirdi. Quzu qoyunun qarnından
quzuluğuyla bir yerdə, quzuluq pərdəsi (uşaqlıq) qarışıq
çıxarılırdı. Bunun üçün az günəşli hava lazım idi; dəri
quzuluq pərdəsindən az günəşli havada götürülməliydi,
çünki quzu ölsə də dərisi hələ də canlıydı, tükləri
isindikcə qıvrılıb havaya açılmalıydı. Belə papaqlar
geyildikcə başda açılar. Ona görə də quzunun rəngini hələ
anasının qarnındaykən bilən insanlar lazım olurdu. El
arasında belə bir məsəl də işlədilir: “Elə qız al ki, papaq
kimi başında açılsın.”
Belə deyim də var: “Filnkəsin odunu-suyunu
verdim...”
Yəni
döyüb-söyüb
anlatdım,
mənasında...Dəmiri qızdırıb döyəndən sonra suyunu
vermək gəlir. Nə düzəldirsənsə suyun verilməsindən çox
şey asılıdır. Əgər qılınc düzəldirsənsə odla suyun arasında
havanın çox böyük təsiri var. Yəni dəmiri qızdırıb istədiyin
formaya gətirəndən sonra havada çox saxlasan qılıncın
kəsəri olmaz. Tiyəsi küt qılıncın, bıçağın “ağzını hava
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
vurub” deyərlər. Tiyəsi çox sərt olanda da “suyu çox olub”
deyərlər...
Su, Torpaq, Od çərşənbələri haqda dediyim kimi
Hava-Yel çərşənbəsində də münasibət, - atalat sözləri,
deyimlər ifadələr hardasa dəyişib başqa məna alır.
O gecə, yəni Yel-Hava çərşənbəsində deyərlər: “yerə
nəfəs endi”. Bununla da deyərlər, “puçur yeli” əsməyə
başlayacaq...Bu yer üzündə olan bitgi aləminin nəfəs
dərməyidir; nəfəsini dərib yenidən ayılmağı, suyun,
torpağın, odun, havanın bir olmağından sonra ilk
tərpəniş, hərəkət, ritm... Üç çərşənbədən,- su torpaq, od
çərşənbəsindən sonra yerə enən nəfəs.
Doğrudan da adına “Yel çərşənbəsi” deyilsə də
suyun, torpağın, odun bir-birinə qovuşmasından sonra
bütün başlanğıclara, - hər nə varsa bütün yaranmışlara
hava lazım olur... Su torpaga qovuşandan sonra istini, -
odu alır, qoynundakı toxumlar duyğuya çevrilir, bu
duyğunun açılması üçün bir udum hava lazım olur... Mən
indi şairlik eləyib obrazlı halda alınsa da həmin gecəni, -
Yel - Hava çərşənbəsini, bir udum nəfəs çərşənbəsi bay-
ramı adlandırıram. “yerə nəfəs endi” ki, deyirlər, həmin
gecə bütün duyğular nəfəs dərib, Vaxtın ardı-arası
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
olmayan aramsız (əbədi) yürüşünə-yerişinə (hərəkətinə)
qoşulur, yaşamağa, nəbz kimi vurmağa başlayır. Bu yer
üzünün ritmi-ahəngidir. Mən elə bilirəm ki, İnsan
dünyanın harasında olursa olsun, hansı qitədə, hansı
ölkədə yaşayırsa yaşasın, udduğu havaya, aldığı nəfəsə
görə dediyim həmin ritmin-ahəngin içindədir. Bizə elə
gəlir ki, qitələr, ölkələr ayrı-ayrıdır, bir-birinə o qədər də
dəxli yoxdur. Məncə bütün ölkələr əslində eyni yürüşün-
hərəkətin içindədirlər və eyni aqibəti yaşayırlar. Harda
oluruqsa olaq, yer kürəsi adlanan bir damın altındayıq.
Nəfəs ilk,-başlanğıc üçün lazımdır, hər hansı bir canlı
sonda aldığı nəfəslə böyük hərəkətlərə, yürüşlərə
qoşulur, burdan da yeni anlayışlara, düşüncələrə yol açır,
bu da yaşadığı ömrün ahənginə qovuşmaqdır...yəni insan,
eləcə də canlı hər nə varsa dediyim bu aləmə
qanunauyğunluqla, - aldığı ilk nəfəslə keçə bilir. Üç həyat-
yaşam daşıyıcısının, -suyun, torpağın, odun qovuşduğu
anda, dördüncünün, - havanın gəlməyi yaranışın
qanunauyğunluğunu tam etmək üçün, tamamlamaq,
yəni, Olmaq üçündür ... OL! Bu həmin andı, Yaranış anı...
Yuxarıda dedim, hər başlanğıcda bir son olduğu kimi
hər sonda bir başlanğıc var: su, torpaq, od sonluğunda-
qovuşuğunda bir sözlə başlanğıcında havanın, daha
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
doğrusu, nəfəsin gəlməyi canlı olan hər şeydə hərəkətin
başlanması üçündür; yəni yaşamağa başlamaq...Bu
başlanğıcsa dediyim kimi dünyanın damarları boyu canlı
hər nə varsa alıb aparan Vaxtın-Zamanın ritmidir, nəbzin
vurmağıdır...Əslində biz doğuluşdan sonra qoşulduğumuz,
bizim özümüzün də içində olduğumuz, bu hərəkətə Vaxt
deyirik. Vaxt dediyimizin özü elə bu hərəkətdir... Öz iç-
dış hərəkətiylə yaranışa sahman-düzən verən ritm, ahəng.
Bu, havasını alan kimi, yəni nəfəsini dərən kimi açılan
ağaclar, dağlar, düzənlər, otlar çiçəklər, tumurcuqlardır.
Soluğunu (nəfəsini) dərmiş dünyanın səs-səsə verməyidir.
Mənə elə gəlir ki, yer üzündə olan, bizi də alıb özüylə
aparan bu ritmdən-ahəngdən qıraqda heç nə yoxdur,
hətta özümüzü cırıb dağıtmaq üçün başladığımız
müharibələr də bu ritmdən qıraqda deyil. Bu, əbədi
saydığımız ritmdən yalnız düşüncələrimizlə, etdiyimiz
kəşflərlə çıxa bilərik ki, belə də oldu. Kosmik yürüşlər yeni
bir ritmə-ahəngə yol açdı. Bu ritm yaşadığımız yer kürəsi-
nə sığışmadı. Amma bütün bunlar əsas vermir ki, dörd
ünsürün, dörd yaranış daşıyıcısının yerini dəyişək,
istədiyimiz şəklə salaq... Havadan öncə gələn su, torpaq,
od da ona görə bu sıraya, bu düzənə, bu
qanunauyğunluğa girir ki, törəməni, törənişi-yaranışı
təmin etsin... Məncə bundan sonra belə sonuca,-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
nəticəyə gələ bilərik: yaxşı ki, bu böyük törən, yaranış
qanunauyğunluğu, gündüzlə gecənin bərabər olmağı
səndən məndən asılı deyil. Sən havanı əvvələ, torpağı
axıra
salsan
da
bu
əbədi
ardıcıllığı
poza
bilməzsən...Unutma bu ardıcıllıq dünya yaranandan-
Yaranışdan belədir: Su, Torpaq, Od, Hava...
***
“Ov çaşar, ovçuya qənşər gələr”...
Dədələr deyər, ovçu ki, yayını-oxunu, tüfəngini
götürdü, asdı çiyinindən, bıçağını, baltasını alıb qapıdan
ki, çıxdı, meşələrə ün düşər, baltanın gəldiyini ağaclar hiss
edər, yarpaqlarınacan sızıldaşar, amma heyvanların
içində ovçunun gəldiyini birinci tülkülər bilər; ona görə də
çaşar, getdiyi yeri itirər, el diliylə desək, “ütələnər”, yəni
vurnuxar, o yan bu bu yana qaçar, bilməz hara getsin.
Qorqud Dədə də elə el-obadan götürüb deyib: “Yeddi
dərə qoxuların tülkü bilər”...Belə məsəl də var, “tülkünün
quyruğu düzdü, əyrilik özündədi...”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Deyərlər, “Ov yolun çaşdı, ovçüya qənşər çıxar”.
Tülkü fağır da ora qaçdı, bura qaçdı, gəldi düz ovçunun
qənşərinə. Ovçu da hal əhlidirsə ilk gülləsini tülküyə
atmaz. Çünki dədələr deyər, tülkü xeyirliyə çıxar, dovşan
pisliyə...
Ona görə də uğur üstə qarşısına dovşan çıxan
deyinə-deyinə qayıdar, bu minilliklərin sınağıdır, düşəri də
olur, düşməzi də... El arası dovşanın bir adı da “çəp
göz”dür. Deyərlər, dovşanın gözü dəmgillidi, evi-eşiyi gözə
gətirə bilər, ona görə də deyərlər, evə dirisini aparma,
gözü dəyər. Dədələr deyər, dovşanın əti daddı olsa da üzə
çıxandı. Ona görə də boylu gəlinlərə dovşan əti yeməyi
məsləhət görməzlər. Deyərlər, “Uşaq dovşan ağız olar...”,
yəni, dodağı çapıq. Tələsgən, tədbirsiz adamlara deyərlər,
“dovşanı üzü yoxuşa qovur...” Dovşannın qabaq ayaqları
gödək olduğu üçün üzü aşağı yaxşı qaça bilməz, ona görə
də belə deyim var: “Dovşan yoxuşa qaçar”...El arasında
belə də deyərlər, dovşan pis ruha meyillidir, deyərlər, çox
zaman ona görə gözə görükür ki, kimisə ardınca aparsın;
bunu bilən ağsaqqallar ova çıxanlara tapşırar: dovşan
ardınca at sürmə. Bunu ona görə deyillər ki, dovşan atlını
uçuruma çəkər... Amma minilliklər boyu gələn sınaqdan
bu da aydındır ki,insan dovşanla armaqdır, yəni,həvəslidir,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
özündə olmur, dovşanı görən kimi onu qovmağa qalxar.
“İşığa dovşan düşdü”, ifadəsi var. Gecə vaxtı kənd-
kəsəkdə, daha çox yaylaq yollarında maşınların işığına
dovşan düşər, işıqdan çıxa bilməz... Bununla bağlı da el
arasında qəza hekayətləri çoxdur, hamısını da dovşandan
görərlər.El arasında indi də yaşayan bir fikri də bildirim;
Elin düşüncəsində dovşan bir az da zarafat-şaka yeridi,
insanların dovşanla bağlı münasibətinin də zarafatyana
olmağı ona görədi.
Herodot “Tarix” əsərində yazır ki, Dara üç yüz minlik
ordusuyla Skiflərin üzərinə yeridi, skiflər Daranın gəlişini
bilsələr də bir düzənlikdə dovşan qovlayırdılar. Daranın
çuğulları-kəşviyyatçıları qayıdıb bu mənzərəni hökmdara
danışanda Dara fikrə getmişdi. Sonra skiflərə- işquzlara
belə bir məktub göndərdi. “Siz döyüşdən niyə
qaçırsınız?!” Cavab gəldi: “Bizim qorunmalı bir şeyimiz
yoxdur, bir kurqanlarımızdır, dədə-babalarımızın yatdığı
yer, ona toxunsanız, döyüşümüz onda başlayacaq,
dünyanı başınıza yıxacağıq... Mən bu məlumatı bildiyimə
və skiflərlə yaddaşımızdakı tarixi yaxınlığı hiss etdiyimə
görə illər boyu araşdırma apardım. Hörmətli Zaur
Həsənov da özünün möhtəşəm “Çar skiflər” əsərində bu
yaxınlığı, bu qənaəti təsdiq edir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yuxarıda ovçuluqla bağlı materialda belə bir atalar
sözü işlətdim: “Ov çaşar, ovçuya qənşər gələr”...Bunu
tarixə də aid etmək olar. Tarix bəlkə də düzgün
araşdırılmadığı, çaşdırıldığı üçün çox vaxt ütələnib-
vurnuxub qarşımıza çıxıb. Yəni, çox-çox tarixi tapıntıları,
bizə aid olduğu üçün, yer üzü gizlətməyə çalışdı, amma
biz bəzi hallarda öz tariximizlə “çaşmış ov kimi” qarşı-
qarşıya gəldik, bir-birimizi bu cür tapdıq, tanıdıq. Çünki
onu biz yaratmışdıq, yer üzü onu bizi kimi tanıya bilməzdi.
Hələ tanınmayan, tapılmayan çox itgilərimiz var ki, rast
gəldiyimiz anları, günləri, ayları, illəri gözləyirik...
Torağay...
Qar yağan kimi qara tökülüşərdik. “Qar qalıb
qarıyar...” deyərlər, qarın qalmağına səbr edə bilməzdik,
ilk qar yumşaq olduğu üçün “tozanaq” oynayardıq, qar
tozanağı. Sonra atımızın quyruğundan tük qopardıb bu
tüklə cələ qurardıq. Tükü “sıyırtma” bağlayıb, yəni, ilgək
eləyib dən səpdiyimiz qarın üstə qoyardıq, tük bir şeyə
ilişilməliydi ki, külək aparmasın. Torağaylar çox ayıq, sayıq
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
olduğuna görə tükün harasa bağlandığını bilirdi, ona gorə
qarı toparlayıb cələni elə qara ilişdirərdik. Daha çox sərçə
düşərdi, atdana-atdana dənə gələndə ayağı ilgəyə
keçərdi. “Sərçə əti ösgürəyin dərmanıdı”, deyərdi,
nənəm. Torağaylar sərçələrdən bir az böyük olduğuna
görə cələyə düşəndə də cələ qarışıq uçib gedərdilər.
Qorqud Dədə də deyib, “dünlə karvan keçdiyin torağay
bilər.” Elə quş olurdu cələni dimdikləyb açıb qaçardı. “Cələ
kəsən” ifadəsi də ona görə yaranıb, indi də çox
işlədilir.Oğru, yalançı, dələduz adamlar üçün deilir: “Cələ
kəsənin biridi”...İlk qar yağanda nənələr nəvələrə
alacorablar
toxuyardı.
Deyərdilər,
ala
corab
torağaylarındı, geyinin torağayların gözü qalsın...Nənəm
ən gözəl alacorabı mənim üçün toxuyardı ,belə bir züm-
züməylə ayağıma geyindirib oxuyardı.
Ala corab ala sən,
Balacasan hələ sən.
Kəhərin yalmanından,
Toxumusan cələ sən.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Torağayın toyu var
Bap-balaca boyu var...
***
İnsan yaddaşı tarixlərə yaxılan ləkələri, əyriliyi,
yalanları çox zaman yadında saxlamır, atır üstündən. Ona
görə bir də deməyi lazım bilirəm ki, əsil Tarix həm də içə-
insanın daxili aləminə yazılanlardır...Yaddaşımıza sığınaq,
bilək ki, bütün bu arayıb axtardıqlarımız düşmən əli
yetməyən içimizdə yaşayan tarixi abidələrimizdir.
İndi
bir
millət
olaraq
zamanında
səsimi
çıxartmadığım üçün özümü səsi batmış kimi hiss eləsəm
də, anlayanların olacağına inanıb yazıram. Bədiilikdən
qaçmaq...düşünürəm ki, bu gün bər-bəzəyin yeri deyil,
yazdıqlarımı,- yazılanları, ümumiyyətlə, gördüyüm bir çox
“üzdən iraq” üzləri, yalançı tarixçiləri, “boğazını otaran”
mətbuat
aləmini,
tele-şoulardakı
“burcutmaları”,
istedadsız, səviyyəsiz aparıcıların görüntülərini unudub
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yazmaq. Nə qədər ki, yaddaşımızdan silinib getməyib
qələmə almaq!...
***
Belə deyirlər ki, Ağrıdağ böyüyən, bitən dağdı, ildə
bir kərə, daha doğrusu, İl Ay gecəsində, - bizim indi
Novruz bayramı dediyimiz ilin-ayın hər son gecəsində,
yəni, gecəylə gündüzün bərabər olduğu gecədə boy atır,
böyüyr, bu vaxt ağrı çəkir, gərnəşir, içi, -el diliylə desək,
sümükləri səs eləyir. Ona görə də deyirlər ki, həmin İl-Ay
gecəsində Ağrı dağının üstündə nə qədər canlı var,
diksininb yerlərini dəyişirlər. Elə ağrı çəkdiyinə görə də
Ağrıdağ adlanıb.
Dədələr deyər ki, hansı dağın kökü var, böyüyür. Dağ
bir yana, köklü qayalar, daşlar da var ki, daş olsa da kökü
olduğuna görə boy atır, bir insan ömrü bunu hiss etməsə,
görə bilməsə də kökü olan hər şey böyüyür, dəyişir. Kökü
olmayanlarsa aşınıb-daşınıb kiçilər, balacalaşar.
Köksüz qayalara “düşmə” deyərlər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Belə söyləyirlər ki, Ağrıdağın üstündə göl yeri varmış,
hər ağrı çəkəndə bu göl yeri südlə dolarmış. Göylərin
hansı qatındansa qanadlı atlar bura süd içməyə
gələrlərmiş. Bu atların dörd gözləri, iki qanadları varmış.
İki
göz
göyə
baxmaqçün,
iki
göz
yerə
baxmaqçünmüş...Günlərin birində insanlar bundan xəbər
tutur, süd gölündə tələ qururlar, qanadlı atları tələyə salıb
tuturlar. İnsanları görən kimi atların qanadları quruyub
çəkilir, gözlərinin ikisi,-göyə baxanlar soğulub gedir...
Göyü görə bilmədikləri üçün də hardan gəldiklərini
unudurlar... (“Koroğlu” dastanında Alı kişi də Qıratla
Düratı belə böyüdürdü. Orda da insanın nəzərlərinə-
baxışlrına görə atlar qanadlarını itirdi. Baxmayaraq
göydən gəlməmişdi, sudan çıxmışdılar...)
***
Atalar ona görə deyiblər ki, qalan şey yoxdur, hər şey
dəyişir, böyüməli olanlar böyüyür, kiçilməli olanlarsa
kiçilir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |