Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə36/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Xalq  da  belədir,  xalqın  da  köklüsü,  köksüzü  olur. 



Köksüz, əsilsiz-nəsilsiz xalq yaradıcı deyil, bu mənada heç 

nəyi  olmaz;  nə  şəhəri  olar,  nə  qalası,  nə  musiqisi,  nə 

özünə məxsus adət-ənənəsi. Heç nəyi olmadığına görə də 

başqa  xalqların  yaratdıqlarına  əl  uzadır,  oğurluq  edir; 

musiqisindən  götürür,  geyimindən,  yeməyindən,  adət-

ənənəsindən  götürür.  Baxmayaraq,  millət  kimi  özünü 



göstərməkçin  yalan-doğru,    yazıb  yaratdıqları  da  var.Əl 

uzadıb  başqa  xalqlardan  götürdüklərinə  də:  -Bu  mənəm, 

bütün bunlar mənimdi...! -deyə bilir. 

Təəssüf ki, bu cür oğurluqları çox görmüşük, indinin 

özündə də tez-tez baışmıza gəlməkdədir. 

Əsilli-nəcabətli, köklü Xalq yaradıcı xalqdır, yaratdıq-

larıyla  ətrafına  güclü  təsir  edər,  ab-hava  yaratmağı 

bacarar,  özünün  olan  heç  nəyi  başının  üstə  qaldırıb,  -

Mənəm, -demək ağlına belə gəlməz...Yaşayıb- yaratmaqla 

məşğul olar. 

 

*** 


 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Belə deyirlər ki, vaxtın-zamanın ilk çağlarında Günəş 

Güngözəl  adında  qızıl  saçlı  bir  gözəlmiş,  ulduzlar  da 

başında qırx incəbel qız bəxtəfərlik içində yaşayırmış. Dan 

söküləndə  darana-darana  dənizlərdən  çıxarmış,  doğudan 

batıya  dünyanı  seyr  eləyərmiş,  sonra  da  bir  dağın  bir 

yamacında düşərgə salıb əylənərmiş. 

Günlərin  birində    bir  çobana  rast  gəldi,  Çoban 

çiynyndə  kəpənəyi(yapıncı)  tütək  çalmaqdydı,heç  başını 

da  qaldırıb  Güngözələ  fikir  vermədi,  tütəkdə  sevgisini 

axtarırıdı: 

Saçın uzun hörməzlər, Sarı gəlin, 

Gülü sulu dərməzlər... 

Səni mənə verməzlər, Sarı gəlin... 

Güngözəl başının dəstəsi qırx incəbelə dedi: 

-İndi çobanın yapıncısını soyunduracam, baxın... 

Qırx  incəbel  yeri-yerdən  gülümsədilər...Güngözəl  üz-

gözünün  dumanını  silib  cilvələndi,  yanaqları  alışıb  yandı, 

ala-seyrək  buludlar  vardı,  qarşısından  çəkildi,  Güngözəlin 

baxışlarından  od  saçıldı.  Çoban  yapıncısını  çıxardıb  yan-

yörəsinə baxdı. Sonra başını qaldırdı, gördü Gün qızıl saçlı 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bir  gözəldi.  Min  könüldən  bir  könülə  Güngözələ  aşiq 

oldu... Güngözəl də Çobana vurulmuşdu, bunu qırx incəbel 

də  bilirdi,  artıq.  Vaxt  idi,  Güngözəl  qızıl  tellərini  yığıb 

qəmlənə-qəmlənə  dağların  ardına,-ayrılığa  endi...  Dan 

söküləndə  Güngözəl  yenə  darana-darana,  tellənə-tellənə 

dənizlərdən  çıxdı,  qırx  incəbel  də  ardınca...Yenə  dünyanı 

seyr 

eləyəndən 

sonra 

gəlib 

dağın 

ətəyində 

əyləndilər...Amma Güngözəl fikirliydi, ona görə də yerüzü 

qayğılı,  hava  qaş-qabaqlı,  buludluydu.  Çobanınsa  nə 

gecəsi gecəydi, nə gündüzü gündüz. Buludların arasından 

sevdiyi Güngözəli arayırdı. 

Qırx  incəbel  Güngözəlin  könlünü  açmaq  üçün 

dövrəsində halay tutub oxuyurdular. 

 

Bulud gəldi aşdı-daşdı, 

Çəmən çayıra dolaşdı. 

Bir igid el çobanı 

Güngözəli aldı qaçdı... 

Güngözəlim gəl çıx, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Səmənd ata kəmənd at, 

Səmənd ata min çıx! 

 

Elə buna bənd imiş, göyün üzü açıldı, buludlar qoşun-

qoşun  dərələr  boyu  sürünüb  gözdən  itdi.  Güngözəl  qızıl 

hörüklərini  sallayıb  Çobanın  yanına  endi.  Çobanla  qol-

boyun  olmuşdular.  Çəmən-çayır,  gül-çiçək  sevinc    içində 

ətir saçırdı. Qırx incəbel qızsa yenə mahnısını oxuyurdu: 

 

Səmənd ata kəmənd atdım, 

Səmənd ata min çıx...   

Güngözəl gəl, çıx! 

 

Qaraxan  adında  zalım  bir  xan  vardı,  o  da  başının 

adamlarıyla  ova  çıxmışdı.  Gördü,  Çoban  sürünü  başına 

buraxıb gözəl bir qızla  kef-damaqdadı. Qız da elə gözəldi, 

dillə deyiləsi deyil. Qaraxan hirsləndi, adamlarına dedi: 

-Gedin, Çobanı qandallayın, qızı da gətirin gəlin! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Xanın  atlıları  hücum  etdilər.  Çoban  işi  belə  görüb 

qamçısını  çəkdi,  qamçı  ildırım  oldu,  çaxdı,  Xanı  da 

admlarını da yandırıb külə döndərdi. 

Belə  deyirlər  ki,  o  vaxtdan  Güngözəllə  Çoban  bir-

birini  tapa  bilmədi.  Çobanın  özü  Ay  oldu,  qamçısı  ildırım. 

Qırx incəbel də dağılışdı, çəkilib hərəsi bir ulduza döndü... 

Beləcə,  onlar  yedi  içdi,  dörə  (  yuxarı  başa,  hörmətli, 

sayılan yerə) keçdi, bir bu nağıl qaldı, bir də qırx incəbelin 

oxuduğu bu mahnı... 

 

Səmənd ata kəmənd at, 

Səmənd ata min çıx, 

Gün gözəlim gəl çıx... 

 

 



 

 

 



Yel Babası, Çən Qarısı... 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Uşaq vaxtı, ən çox gözlədiyimiz, nənələrimizin-baba-

larımızın  söylədikləriylə  varlığını  yaxından  duyduğumuz 

Yel  Babasıydı,  bir  də  Çən  Qarısı...Tərbiyəmizdə  iştirak 

etmiş baş qəhrəmanlar da deyə bilərik... 

“Yel  babası  yelnən  gələr,  Çən  qarısı  çənnən  gələr” 

çənli-çiskinli  havalarda  nənəm  nəvə  nəticələrini  başına 

yığıb nağılına  beləcə başlayardı... 

“Çən  qarısı  həmişə  çənə  bürünüb  gəlir,onun 

bürüncəyi  çəndi,  gəlir,  bacamızdan  baxır,  buxarı  başında  

əlini  qızdıra-qızdıra  sizi  axtarır,  deyir,  görüm  balacalar 

necədi,  hardadılar,  neynirlər?  Sözə  baxırlarmı,  xalı 

toxuyurlarmı,  dərs  oxuyurlarmı?  Bilirlərmi  ki,  quşa  daş 

atmazlar,  yola  daş  atmazlar.  Quşun  qanadına  dəyər, 

yolun  adamına  dəyər...Çən  qarısının  ətəyi  yayda  sərin 

olur,  qışda  ilıq.  Kim  sözə  baxır,  kim  dərs  oxuyur,  ətəyini 

onun üstünə salır ki, tez böyüsyn. Sözə baxmayanları, dərs 

oxumayanları, xalı toxumayanları, yola daş atanları, quşa 

daş  atanları,  çox  yatanları  ətəyinə  büküb  aparır,  ilin  bu 

başından o başına yumaq yumaqladar, kələf açdırar... 

Yel  babası  da  sözə  baxanları,  dərs  oxuyanları  yel 

atına  mindirib  yarıdar-  yarsıdar,  sözə  baxmayanlara 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

püşkək  təmizlədər,  çör-çöp  yığdırar...Bunların  belə 

mahnısı da vardı, oxuyardıq: 

 

Yel babası yelnən gəl, 

Aynan gəl, ilnən gəl, 

Xıdır Nəbiyə qovud, 

Sənə yelapardı bişirdim 

Çiçəklə-güllə gəl. 

 

Çən qarısı çən qara  

Mən ağ olum, sən qara. 

Püşkəyi sel apara, 

Çör-çöpü yel apara. 

Yumağın suya düşəsi, 

Kələfin ucu itəsi, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ətəyində gül butası... 

 

*** 

 

Atalar deyib: “elmin başı səbrdi”... 

 

*** 

 

Bir  daha  düşünək...Yaradıcı  xalq  hər  şeydən  əvvəl 

keçmişinə,  -yaşamış  olduğu  ömür-günə,    bir  sözlə, 

tarixlərə  yaratdıqlarıyla  bağlıdır.  Özü  bilməsə  də  bu 

yaratdıqları  həm  də  onun  tarixidir...  Yaddaşında 

kodlaşdırılmış tarix. Yer üzünə məktubu da deyə bilərik. 

Tarixi  yaradan  da  dediyimiz  kimi  elə  kökü  olan 

xalqlardır.  Xalq  təbiyətə,  -varlığa,  yaranışa    olan 

münasibətlərinin  dərinə  işləməyiylə  yaşayır.  Gətirdiyim 

bu  yaşı  bilinməz  yaddaş  nümunələri  də  onun  tanınması 

üçündür...Köksüz  xalqlar,  dediyim  kimi  yaradıcı  deyillər, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

düzdür  işləyib  çalışırlar,  sabahlar  üçün  yox,  daha  çox  bu 



günlə yaşayıb ömür-gün keçirərlər, bununla belə özlərinin 

yaratdıqları yox dərəcəsindədir... 

Bu cür xalqlara da kökü olmayan qayalar, daşlar kimi 

“düşmə” demək olar; “düşmə xalq...”. Belə xalqlar başqa 

xalqların  yaratdıqlarını  mənimsəməyə  çalışarlar,  bu  öz 

yolundan  sapmaqdır,  başqasının  olan  yol  da  yalana, 

oğurluqlara,-yuxarıda  dediyim  kimi  “tarix  oğurluğuna” 

aparıb çıxardır... 

 

Qarğa məndə qoz var... 



 

Bir  qarğa  göydə  uçurdu.  Göy  üzünün  də  azad,  dinc 

çağıydı.  Qarğa  şimala  doğru  uçurdu.  Yerdə,-lap 

aşağılarda  bir  qoz  ağacı  vardı,  qarğanı  görüb  dırnağının 

ucuna qalxdı, dikəldi ki, özünü göstərsin, desin ki, “ qarğa 

mən  də  qoz  var”,  amma  qarğa  görmədi,  qoz  ağacının 

çevizləri  bir-birinə  dəyib  səs  elədi.  Qarğa  yenə 

görmədi...Cevizi  insanlar  gördü,  biri  dəstədən  ayrılıb  sağ 

əlini  Lenin  kimi  qarşıya  uzatdı,  qoz  ağacının  başı  

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

üstündən gələcəyə baxdı: -Yoldaşlar -dedi, -gəlin, yığışaq, 

qoz ağacı əkək! Elə eliyək ki, yel əsəndə qoz tökülsün! 

Dəstə, -Urraaa, -deyb çığırışdı... 

Qoz  ağacı  hələ  də  ümid  içindəydi  ki,  qarğa  eşidib 

qayıdacaq.  Yerdən  baxanda  alaca-qaraca,  göydən 

baxanda  bab-balaca,  dünyanı  qoz  boyda  eləyib  dişinə 

vurmuş, gözləri dəmgilli, əmgəyi kəkilli, adam şəkilli, birli, 

ikili, qoca qarğaydı. Qoz ağacı yarpaqlarını yelləyə-yelləyə 

yenə çağırdı: 

-Qarğa, qarğa, məndə qoz var! 

Aşağıda  adamlar  dəstə-dəstə  qoz  ağacı  əkirdilər. 

Qarğa onları gördü, ağaca tərəf bir “çırt” atdı: 

-Qozun başına dəysin!-dedi. 

Deyirlər,elə  o  vaxtdan  o  yerlərdə  güllə  atılan  kimi 

başdan papaq düşür, yel əsən kimi ağacdan qoz... 

*** 


 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Xalq,  yaratdıqlarıyla  həm  də  Vaxtı  ifadə  edir,    Xalq 



həm  də  vaxt  deməkdir.  Vaxt  ancaq  Xalqda  saxlana  bilər, 

Vaxta ancaq xalqın yaddaşında, düşüncəsində rast gəlmək 

olar...  Ona  görə  də  xalqın  yaddaşıyla  vaxtı  bərpa  etmək 

mümkündür.. 

Vaxtı  duyub  anlamaq  həm  də  Xalqın  millətə  çevril-

məyinin, 

millət 

olaraq 


inkişaf 

etməyinin 

əsas 

şərtlərindəndir.  Ona  görə  də  deyə  bilərik  ki,  xalq  hələ 



millət deyil.  

Millət  olmaq  xalqın  inkişaf  etmiş  duru  yerindən 

başlayır. Bunu başqa cür anlamaq düzgün olmazdı. Ağıllı, 

sağlam xalqdan ağıllı, sağlam da millət yaranır. Əksinə ola 

bilərmi? Yəni, sağlam xalqdan xəstə millət törəyə bilərmi? 

Məncə  bu,  xalqın  yaşam  tərzindən,  -həm  aldığı,  həm  də 

verdiyi tərbiyədən asılıdır. 

Xalq,  eyni  soydan,  eyni  dildən  gələn  insanların 

birliyindən  yaranır.  Bu  adamların  birliyi  sağlamdırsa  Xalq 

sağlamdır,  ağıllıdırsa  ağıllıdır.  Ona  görə  də  “xalq  obrazı” 

deyilən  anlayış  var.  Bir-birinə  bənzəməyən  cürbə-cür 

insan xarakterləri olduğu kimi xalqlar da ayrı-ayrıdır, həm 

də xaraktercə bir-birinə bənzəməz... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yüzilliklərlə bir hakimiyyət altda yaşayıb yaxşı tanıdı-



ğımız  Rus  xalqının  obrazını  bir  anlıq  təsəvvürümüzə 

gətirək:  sadəlövh,  səmimi,  ürəyi  açıq,  sağlam.  Həm  də 

kinli,  tərs,  dediyindən  dönməyən.  Təsadüfi  deyil  ki, 

aramızda  belə  bir  atalar  sözü  də  formalaşıb.  “Rus  kimi, 

net,  dedi,  qurtardı”.  Bu  dediyimiz  cizgilər  rus  xalq 

obrazının təxmini cizgisidir. 

Ancaq  mənə  belə  gəlir  ki,  indi  dünyanın  aparıcı, 

güclü  millətləri  sırasında  əsaslı  yer  tutan  rus  milləti  bir 

başa  Rus  xalqından  əmələ  gəlmədi,  ondan  törəmədi,  bir 

az  türk-tatarlardan,  bir  az  alman,  fransız  millətindən, 

ingilis  milliyəsindən,  yəhudilərdən  götürdü,  dikəldi,  bu 

səbəbdən də tarixin bir çox məqamlarında az qala özünü 

də  tanımadı...  hətta  xalqın  zahirən  də  olsa  dəyişməsi 

haqda  sərəncamlar,  fərmanlar  da  verdi.  Müəyyən 

mənada xalqa təsir edib onu dəyişdirə də bildi... 

1941-45  ci  illərdə,  yəni  Böyük  Vətən  müharibəsi 

illərində hələ rus xalqı çox dəyişməmişdi, xalq kimi var idi. 

Başının  üstə  dayanmış  rəhbərlər  müxtəlif  millətlərin 

nümayəndələri  olsa  da  onların  əmriylə  döyüşürdü,  öz 

sağlam  inamıyla  Vətəni  müdafiyə  edirdi  və  etdi  də. 

Əfqanıstan  müharibəsində  isə  artıq  Rus  xalqı  yox 

dərəcəsindəydi,  artıq  heç  nəyə,  net,  -demirdi,  əfqanlarla 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

rus  xalqı  yox,  birləşmiş  Sovet  xalqının  birləşmiş  milləti 



müharibə 

aparırdı. 

Qarşı 

tərəfdə 


isə 

xalq 


dayanmışdı...Əfqan xalqı! Xalq qalib gəldi. 

Qarabağ  müharibəsində  isə  nə  millət  iştirak  edirdi, 

nə xalq. Bizim doğma, milli müharıbəmiz baş tutmamışdı. 

Cəbhədə  ölənlərimiz,  ölümə  gedən  igidlərimiz  olsa  da 

rəhbərlik  qaraguruhun,  yuxarıda  dediyim  xalq-millət 

obrazına  dəxli  olmayanların  əlində  qalmışdı...  Çaşqınlıq 

içində rəhbərini gözləyirdi. Hərc-mərclik idi. 

Ona görə də düşmən əlinə keçməsin deyə Ata öncə 

qızını, qadınını öldürürdü, sonra özünü... Onun öz doğma 

müharibəsi  alınsaydı  qələbəyəcən  gözünü  qırpmadan 

gedəcəkdi. Bundan  əmin olun!... Düşmən əlinə keçməsin 

deyə  özünü  qayalardan  atan  xanım  qızlarımız,  xatun 

analarımız  və  Ata  dediyim  bu  obraz    bizim  Xalqın 

obrazıdır.  Yüzilliklərlə,  minilliklərlə  yaşayıb  yaratmağımız 

da  bu  “ataların”  üzünədir.  Bu  cür  yüzlərlə  fakt  var,  xalqı 

da belə tarixi faktlar yaşadır, tərbiyə edir,  ayağa qaldırır, 

Millət kimi boyunu göstərir. 

 

Tərs nallı atlılar... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Belə  deyirlər  ki,  Şəmkir çayından  sağ  əldə  Qalakənd 

dağının başında əzəmətli bir qala var, el arasında Koroğlu 

qalası  da  deyirlər.  İçindəki  at  axuru  minillərdi,  necədirsə 

eləcə  də qalıb.  Qışda,  yazda  bol  suyu,  gizlin  yolu  olan  su 

quyusu var... 

Dağın  ətəyində  kərpic  kürsüsü  yerləşir,  qalanın 

kərpici  də  bu  kürədə  bişirilib...Deyilənlərə  görə Qara  Şah 

adında  bir  hökmdar  varmış,  günlərin  birində  qalanı 

almağa  qalxır. Qalanın  tək  bir  yolu  varmış,  Qaladan  xeyli 

aralı  bu  yolun  bir  hissəsini  küllüyərlərmiş,  gözətçilər  tez-

tez  yoxlayarlarmış,  küllənmiş  yerdə  ayaq  izi  görən  kimi 

göyərçinlə xəbər edərlərmiş... 

Qara  Şah  gəlir,  atlılarıyla  küllükdən  keçib  gedirlər, 

gözətçilər  ayaq  izlərini  görüb  xəbər  göndərirlər.  Qala 

yolunun  Qaya  arası  deyilən  yerində  Qara  Şahın  ordusu 

tələyə  düşür,  ölən  ölür,  qaçan  qaçır,    Şah  da  canını  bir 

təhər  qurtarır,  bir  kəndin  bir  qırağında  bir  qarıya  qonaq 

olur. Axşam çağıymış,  qarı bacadan baxır, görür ki, inəyi 

örüşdən  gəldi,  amma  yanında  buzovu  yoxdu.  Qarı  elə 

uzaqdan-uzağa deyir: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Buzovun  hanı,  damazdığı  gödək,  yoxsa  Qara  Şah 



qoşununu qoyub qaçan kimi sən də buzovunumu qoydun 

qaçdın?! 

Qara Şah üstünü vurmur, elə onu deyir: 

-Şah neynəsin, ay nənə, o qala alınmazdı. 

-Canına azar eləsin, ağılı olsaydı, atları tərsinə nalla-

dardı, izi azdırardı... 

  Qara  Sah  ürəyində  deyir,  “eyy  dili-qafil,  nə 

durmusan tərpən”.  

Şah  qayıdıb  təzədən  qoşun  yığır,  atları  da  tərsinə 

nalladıb  Qalaya  tərəf  qalxır,  küllükdən  keçəndən  sonra 

qoşunu yoldan çıxardıb gizlədir. Qala gözətçiləri izi görüb 

izə düşürlər. İz tərs, bunnar da tərsinə gedirlər. 

Qara  Şaha  da  elə  bu  lazım  idi,  qalxıb  qalanı  aldı, 

amma  belə  deyirlər  ki,  içəridəki  gizlin  su  yolunu 

bilmədiyinə görə Qalanı əlində çox saxlya bilmədi... 

 

*** 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

XX  yüzilliyin  sonlarında  təsəvvürə  gəlməz,  ağıla 



sığmaz, daha dəqiq decək, gözlənilməz bir tarixi mərhələ, 

tarixi  dönüş  baş  verdi.  Heç  kəsin  gözləmədiyi  səmtdən 

Vaxt  özünü  yetirdi,  yalanları  yıxa-yıxa,  gerçəyi-doğru 

olanları  dikəldə-dikəldə  gəldi,  bütün  gücüylə  özünü 

göstərdi.  Sovet  İttifaqı  deyilən  imperiyanı  çökdürdü.

 

 



Doğrudanmı  belədir?  Doğrudanmı  Sovet  İttifaqı 

deyilən qüdrətli bir imperatorluğu Vaxt-Zaman parçaladı. 

Məncə  yox,  Vaxt    bir  iş  görərkən  həm  də  nəticəni 

hazırlayır.  Yəni  açdığı  qapılar  boşuna  yellənmir,  orda 

həyat işarır. 

Sovet İttifaqını özünün yaşadığı məntiqsizlik, lazımsız 

qapalılıq, dünyadan təcrid, ayrı, tək bir başla idarə olmaq, 

bütün  bunlardan  doğan  yalanlar,  hiylələr,  ikiüzlülük, 

könüllər  sındırmaq,  xalqı  hiss  edib  duymamaq,  Yaradan 

adına  üz  tutacaq  müqəddəs  bir  şeyin  qalmaması, 

olmaması  yıxdı...Bir  dövlət  kimi  yarananda  içini-çölünü, 

yan-yörəsini  bərkitmək üçün istifadə etdiyi qorxular, heç 

vaxt  aydın  olmayacaq  siyasi  vahimələr,  represiyalar, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yalnız  dini  mənada  yox,  bütün  mənaların  ruhuna  enmiş 



allahsızlıq yıxdı onu... 

      


Yaddaş anları... 

 

Belə  deyirlər  ki,  dəvə  yenicə dünyaya  gəlmişdi, hələ 

heç  kəs  dəvəni  görməmişdi.  Adam  səhər  tezdən  evdən 

çıxdı,  gördü,  yolun  qırağında  qəribə  bir  canlı  ayaqlarını 

altına qatdayıb gövşəyə-gövşəyə ona baxır. Adam qorxdu, 

istədi  fikir  verməyib  keçib  getsin,  amma  nəsə  heyvanın 

çox  dinc  görkəmi  vardı,  belindəki  hürgüclərsə  elə  bil 

oturmaq  üçün  düzəldilmişdi;  Adama  gəl,  gəl  deyirdi. 

Doğrudan  da  Adam  özünü  saxlaya  bilmədi,  çıxıb  oturdu 

orda,  hürgüclərin  arasında.  Yenicə  yerini  rahatlamışdı  ki, 

dəvə  qalxdı,  üzü  günbatana  yol  aldı...Adam  çox  hündür-

dəydi, enə bilməzdi, bir az gedəndən sonra dəvənin belə 

yeriməyi  ona  ləzzət  elədi.  Aşağılarda  hay-küy  vardı, 

insanlar  çığırışırdılar,  dəvənin  ardınca  qaçıb  nəsə  demək 

istəyirdilər.  Amma  Adam  heç  nə  anlaya  bilmirdi,  o  da 

aşağılara baxıb nəsə deyirdi, onu da orda anlayan yox idi. 

Adamın  bu  çağacan  görmədiyi  dəvə  yerişi,  dəvənin 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin