4. Daha böyük şər qüvvələri insan icmaları daxilindədir. Bu ailə,
icma- kənd şəhər, dövlət idarə strukturları, elm, istehsal və digər
müəsisələr kollektivlərində özünü göstərir. Bu şər qüvvələrə
hakimiyyət və vəzifə postlarını qeyri - əxlaqi fırıldaq yolu ilə ələ
keçirmək, yaxşı öz ağlı ilə qabaqda olan adama badalaq gəlmək və onu
geri salmaq, başqalarını öz nüfuzu üçün vasitə seçmək və öz
mənafeyinə qurban vermək, siyasi fırıldaqla məşğul olmaq, həqiqqəti
gizlətmək və yalanı müdafiə etmək və s. davranşlar aiddir. Bir
fırıldaqçı bir dövlət, icma, müəsisə postunu tutursa o öz bütöv,
yenilməz, möhkəm ierarxiyasını qurur. Daim belə olur, düzgünlərə
bunu etmək yolları bağlıdır və çətindir.Şərə xidmət edənlər asan bir-
birlərini tapır və birləşirlər, xeyirxah insanlar isə bu məsələdə geri
qalırlar. Bütün ədalətlə yaşayan adamlar ədalətsiz yaşayan adamlara
nisbətən az əldə edir, daha çox əzab, daha çox əmək çəkir. Bu
gerçəklik belə deməyə əsas verir ki, deyək bu gün bəşəri dünyanı şər
qüvvələr idarə edir. Şər qüvvələr daim qalibdirlər, məhkəmə və hüquq
sistemi onları daha yaxşı müdafiə edir. Onlar hiylə gəlmək, yalanı
102
həqiqət kimi qələmə vermək, yaxşını məhv etmək üçün ustadırlar,
onların qabağında heç kim dura bilmir. Dini terminlərlə ifadə etsək
deməliyik ki, indi bəşər dünyasını, ölkələri, icmaları “şeytan, şeytani
pislik qüvvələri” idarə edir. Nə vaxtsa xeyirxah qüvvələr onları
üstələyəcəkdir, həmişə tarixdə olduğu kimi. Bəlkə də...
6. Dünyanın sistem quruluşu bizə yaxşı cəmiyyətin yaradılma
üsulunu da göstərir
Hər bir sistem necə qurulubsa, onun qurulma qaydasını onu yaratma
qaydası qəbul etmək olar. Başqa sözlə şeylərin yaranmasının və
olmasının ümumi sistem qanunları elə yeni sistem yaratmağın
prinsipidir.
Bu gün bəşəriyyətin tarix ərzində bu günə qədər topladığı bilik və
təcrübə onun yaxşı qurulması və xoşbəxt olması üçün kifayətdir. Nə
yaxşıdır, nə pisdir, necə yaşamalı, necə təşkil olunmalı, necə idarə
olunmalı sualları haqda kifayət qədər biliklər vardır. Böyük müstəqil
düşünən intellektuallar bir-birindən asılı olmadan təqribən eyni
nəticəyə gəlmişlər. Hamısı ağılla yaşamaq, ağılla idarə strukturunu
müəyyən etmək, ağılla idarə olunmaq, gələcəyi hökmən nəzərə almaq,
yəni gələcəklə idarə olunmaq və ən əsası cəmiyyətin ümumi
mənafeyini pozmadan hər bir kəsin normal insan kimi yaşamaq
haqqını pozmadan yaşamağı qəbul edir. Məsələn, Hindistan folosofu
Prabhat Ranjan Sarkar deyir ki, “yaxşı sosial sistem şəxsi azadlığın və
kollektiv məsuliyyətin, xoşbəxtliyin birliyini əhatə edir. Bizi istismar
edən deyil bizə qayğı göstərən liderlər lazımdır. Biz yalanı həqiqətlə,
aldatmanı etibarla, yalan vədləri real vədlərlə, saxta dəyərləri real
dəyərlərlə əvəz etməliyik. Biz şox sahələrdə-elmdə texnologiyada
incəsənətdə tərəqqi əldə etmişik lsakin biz elə bir dünya yarada
bilməmişik ki o bütün insanları eyni ailə üzvü kimi qəbul etsin.
(http://www.anandamarga.org).
Lakin əsas məsələ bu bilikləri necə həyata keçirməkdir. Çünki
məhz bu mərhələnin qarşısında böyük maneyələr vardır. Bu manelər
məhz mövcud siyasi iqtisadi struktur liderləridir ki , onun dəyişməsinə,
rasionallaşmasına qarşı dumuşdur. Niyə, nə üçün? Burada mənafe
səbəbi var. Onlar ictimai iqtisadi idarə sisteminin rasionallaşmasını
istəmirlər, bu halda onlar həmin postları tərk edərlər və şəxsi sui-
istifadədən məhrum olarlar. Məsələn, Azərbaycanda bu belədir, bütün
bu dövlət strukturu işçiləri istismar etmək , rüşvət almaq üçün bu
vəzifələri ələ keçirmişlər.
103
Ən yaxşı sosial konstruksiya yaratma nəzərədə tutur ki, 1) nə
yaratmaq,
hansı keyfiyyətdə sosial sistem yaratmaq bütün
parametrlərilə, rəqəmlərlə ifadə olunsun; 2) tələb olunan məqsədi
təmin edəcək elementlər seçilsin və cüt-cüt əks mahiyyətdə olaraq
qruplaşdırılsın, əksi olmayanlara əks elementlər daxil edilsin; 3)
təşkiledici elementlər necə olmaq istəyirlərsə və ya necə onlar üçün
yaxşıdırsa bu xassəni saxlamaq şərtilə onlar digər tərkib üzvlərilə
əlaqələndirilsin; 4) sistemdə zəruri yeniləşmə, təmizlənmə, sazlanma,
əks əlaqə və idarəetmə, iş şəraitini təmin etmə xidmətləri nəzərdə
tutulsun. Bu bütün sistemlərin: cansız, süni, canlı, təşkilati sistemlərin
konstruksiya etmə prinsipidir. Bunu mən öz konstruktor keçmişimdə
müəyyən etmişəm. Bütün konstruktorlar bu prinsiplə işləyir.Yəni insan
insan kimi bütün zəruri şəraiti olan vəziyyətdə, kənd, şəhər icması
zəruri icma şəraiti olan və insana faydalı olan formada, kompaniya
zəruri şərait olan formada, inkişafına mane olmadan, dövlət tam öz
funksiyalarını icra etmək formasında yaşamaq istəyir. Məsələ hər
kəsin, hər firma və icmanın ən yaxşı seçdiyi formada yaşamağını təmin
etməkdir. Gəlin sadə bir qurğuya, lap avtomobilə baxaq. Orada hər bir
detal onu elə qəbul edilərək formaya salınmış və digəri ilə
əlaqələndirilmişdir. Yəni dəmirə dəmir kimi baxılmış onun üçün yaxşı
olan bir rejim, yer, temperatur, forma əlaqədə olan element
seçilmişdir, hər biri uyğun yerlərindən bir -birilə həmkardırlar. Əgər bu
maşının uzun müddətli etibarlı işləməsini istəyiriksə, burada heç bir
elementə zorakılıq, xoşuna gəlməyən forma və yer vermək olmaz,
plasmastı isti yerə qoya bilmərik, uyğun olmayan formada bolt
qaykanı birləşdirə bilmərik. Yəni hər bir elementi formaya salmaqla və
onun təbii ola bilmək funksiyasını saxlamaqla və onun qabiliyyətindən
uyğun rolda istifadə etməklə bu sistem qurulur. İnsan cəmiyyəti, dövlət
də belədir, bu sosial sistem elə qurulmalıdır ki, hər bir insanın, ailənin,
icma və kənd, şəhər, dövlətin təbii yaşaması üçün onların istədiyi, arzu
etdiyi, yaşaya bildiyi formada birgə işi təşkil edilsin. Hindistan və
Konfuçi fəlsəfəsinin taralaşdırma–harmoniya prinsipi tamamilə texniki
elmlər tərəfdən düzgün hesab edilir. Yalnız belə olmalıdır. Lakin
gerçəkdə bu sadə görünən məsələ belə həll edilmir. Heç bir ölkə tam
müvazinələşdirilmiş - harmoniyalaşdırılmış sosial sistemə malik deyil-
hansı qruplarsa dikriminasiya edilir, hansılarsa əzab çəkir, hansılarsa
harın yaşayır, kimlərsə kimlərinsə hesabına yaşayır və s. Zorakılıq, bir
iştirakçıya xoşuna gəlməyən yer ayrılması, digərinə üstünlük verilməsi,
tiraniya, diktatura, kaprizlərlə idarə, səhv, qəsdən dağıdıcı, insanları
işsiz qoyan strategiyalar seçimi və idarə böyük kütlələri cəmiyyətdən
uzaqlaşdırmaq, inkişafda iştirakdan məhrum etmək adi haldır. Bunların
104
arxasında hökmən dövlət idarə vəzifəlilərinin şəxsi mənafesi durur.
Bu, mən deyərdim ki, bəşəriyyətin birinci məsələsidir. Bəşəriyyətin
ümumi və ölkələrin məxsusi qeyri rasional –primitiv konstruksiyası
onların problem və uğursuzluqlarının səbəbidir. Yaxşı sosial
konstruksiya olmadan ondan necə yaxşı iş tələb edə bilərsiniz. Eynilə
xarab köhnə maşından heç vaxt yaxşı iş tələb edə bilməzsiniz. Bütün
sosial və fəlsəfə elmi özünü bu işə həsr edib dediyim prinsipi təmin
edən yeni konstruksiyanı, həm müxtəlif cəmiyyətlər üçün, həm qlobal
sistem üçün tapmalıdır. Lakin bu konstruksiyanı yaratmağa heç cəhdlər
edilmir, köhnə yarasız sistemin ayrı- ayrı yerlərini yamaq vurmağa
cəhd edilir. Təccüblüdür ki, çoxlu ideyalar içərisində bu əsas ideya
itir, onu görən, üzə çıxaran, gündəliyə salan olmur. Bu niyə baş verir?
Düşünürəm ki, bütün keçmişin və indinin hegemon qüvvələri
kamilliyə, bəşəri inkişafa, sülhə qarşıdır, onlar şəxsən özlərinə xoş
olan statuslarını qoruyur, ona görə onlar qoymurlar ictimai sistemlər
daha yaxşı qurulsun- onda onların gəliri azalacaq, əmək təhlükəsizliyi
və təbiət qorunacaq- onlara xərc çəkmək lazım olacaq, ədalətli
normalar işə düşəcək, istismar azalacaq, ədalət artacaq, hamıya yemək
düşəcək! Məhz onlar bunu istəmirlər. Onlar üçün ictimai ədalət
anlayışı yoxdur; onlar üçün sinfi, sülalə ədalət anlayışı vardır ki, bu da
belə ifadə olunur : “ mənim varlanmağım üçün heç bir maneə
olmamalıdır. Onlar deyir: “neçəyə aldada bilirəmsə qoyun aldadım,
öz istədiyim qiymətə malımı, xidmətimi satım, mənə məhsul istehsal
edən fəhləyə aldada bildiyim qədər az əmək haqqı verim, əməyini
qorumayım”.
İqtisadiyyatda ictimai ədalətin baza prinsipini K. Marks təklif
etmişdi, bu normalaşdırlmılş (~20-30%) əlavə dəyərin qəbulu,
qiymətlərin əməkdən və maya dəyərindən asılı edilməsi idi. Qiymətdə
həm işçi üçün əmək haqqı, həm maya dəyərinin ödənilməsi, həm ağılla
təyin edilən ictimai –zəruri gəlir faizi iştirak edirdi.
Budur, bir fakt, yeni müstəqil ex-sovet respublikası, məhsullara
(dərman, paltar, ayaqqabı və digər) 50-200% maya dəyərindən artıq
qiymət qoyulur və satılır, bazara giriş digər satıcılar üçün qadağandır,
bu məhsullar dövlət məmurunun monopoliyasındadır. Açıq istismar və
əhalinin kasıblaşması prosesi gedir. Bundan başqa nə ola bilərdi. Nə
üçün cəmiyyət belə açıq aldatma və istismar rejimi ilə razılaşmalıdır?
Bu hadisə əksər kapitalist dövlətləri üçün xarakterikdir. Sözdə liberal
bazar elan edilir. Lakin reallıqda bu azad bazar yalnız dövlət məmur
işbazları və dostları üçündür. Bu bazardan fayda görənlər başda dövlət
məmurları olmaqla ona daim xüsusi rüşvət ödəyən tacirlər, istehsal
mülkiyyətçiləri,
dəllallardır.
Ciblərdəki
pulların
bir
çox
105
yerdəyişmələrdən sonra son dayanacağı ən varlı monopolist sinifdir.
Azərbaycanda budur, 20 ildir kapitalizm qurulur. Məgər bu iqtisadi
sistemin sosializmə nisbətən verdiyi üstünlükdən – guya azad biznes
mühitindən istifadə etməyə mənim ağlım çatmır? Ağlım çatır, lakin
mən nə yer, torpaq, nə kredit, nə məmurdan lisensiya, yaxud lazımı
sənədləri böyük rüşvət vermədən ala bilmərəm. Ala bilsəm də mən
daim məmur sinfinə (vergi, gömrük, yerli icra, polis, maliyyə əmək,
sosial fond, və digər idarələrə) şəxsi vergi (rüşvət) verməliyəm və bu
xərcləri ödəmək üçün mən saxtakarlıq etməyə məcbur olacağam. Digər
tərəfdən sosialist, yəni ictimai istehsal və elmi institutları da dövlət
ləğv etmiş- əksəriyyəti dayandırlımış, məhv edilmişdir. Belə şəraitdə “
hər kəs öz başını saxlasın” prinsipilə yaşamaq tələb olunur. Əlbəttə ən
sadəsi dükan, kafe, kiçik qəlyanaltı, məsləhət xidməti, dil, komputer,
institutlara hazırlıq, təmir kursları və xidməti açmaq olardı. Lakin
qarşıda dövlətin böyük maneləri var: sən hökmən biznes üçün torpaq
almaq, bina tikmək üçün,
qeydiyyata durmaq üçün, sonra işləmək üçün
böyük miqdarda rüşvət verməlisən. Çünki bütün dövlət qeydiyyat,
nəzarət, torpaq, vergi, yanğın, sanitariya orqanları hamısı rüşvət üçün
çalışırlar. Yalnız ərazi, yaxud yuxarı dövlət idarə, nəzarət orqanlarında
işləyən məmurlar və qohumları sərbəst biznesmen ola bilər, bir də
rüşvət vermək bacarığı olan qanun pozanlar.
Əgər hakimiyyəti bazarın əlinə versək dövləti də onun
üzərində oxrannik, yəni bazarı cəmiyyətin nəzarətindən,
təsirindən qoruyan qoysaq yalnız belə ola bilər: Bu oxrannik
tezliklə bazarla (istehsal, xidmət mülkiyyəçiləri, banklar və tacirlərlə)
birləşərək bir böyük və cəmiyyətin nəzarətindən kənar zorakı monstra
çevriləcəkdir. İstismar, bazarın mülkiyyətçi iştirakçılarının
varlanması, vasitə kimi istifadə edilənlərin, yəni istismar edilənlərin
kasıblaşması, ədalətsizlik baş verəcəkdir; pullar daim bütün qeyri -
bazar hakimiyyəti –istehlakçilarin cibindən çixib tacirlərin, istehsalçı
və xidmət mülkiyyətçilərinin, və dövlət məmur- biznesmenlərin cibinə
və daha az miqdarda dövlətin cibinə doğru hərəkət edəcəkdir. Nəticədə
həmişəlik ehtiyac, yaşamaq uğrunda kəskin mübarizə, az əmək haqları,
inflyasiya, böhranlar, qiymətlərin daim artmağa doğru hərəkəti, pulun
qiymətdən düşməsi- bunu ört -basdır etmək üçün devalvasiya baş
verəcəkdir.
Budur, təsvir edilən bazar prosesi nəticəsində dünya pulları 500 ən
varlı adamın cibinə toplanmışdır; 350 varlı adamın varı 3 milyard
adamın malik olduğu vara bərabərdir (15, 13) və onlar bu pullarla nə
etməli olduqlarını bilmirlər, hətta bu onlara baş ağrısı da gətirmişdir.
Bu hadisə təqlid etmək üçün yaxşı nümunə deyil, mən deyərdim ki,
106
sadəcə axmaqlıqdır, özü də məcburi özü istəmədən axmaqlıqdır. Onları
bunu etməyə kapitalist iqtisadi sistemi məcbur edir. Məgər bu pulları
elmi gələcək planlaşdırma və idarə qrupu insanların həyatının
yaxşılaşmasına daha yaxşı tətbiq edə bilməzdimi? Bu daha ağıllı
olardı, nəinki pulların kompetentsiz adamların əlində olması. Məhz
bunu sosialist sistemi nəzərdə tuturdu. Lakin bu məqsədin ağıllı
məqsədəuyğun işləyən mexanizmini tapa bilmədi.
20-ci əsrin ikinci yarısında Roma klubunun alimləri, Al Qor öz
kitabında
və böyük miqdarda intellektuallar aşkar etdilər ki, ABŞ- da
və Avropada təşəkkül tapmış bazar- istehlakçı sivilizasiyası, başqa
sözlə kapitalizm özünü sərf edib qurtarmışdır , cəmiyyəti tupikə
gəlmişdir. O Yer planetini davamlı olaraq ölümə gətirir (19, səh 178).
Bu gün dünya inkişafı idarə olunan ağıllı bazara istiqamət götürür,
yaxud bunun astanasındadır. Məsələn, Rusiyadan olan müəllif yazır:
”əgər ABŞ -da və Qərbdə bazar sosializmi konsepsiyası qəbul
etmişlərsə Rusiyada hələ də bazar kapitalizmi konsepsiyasını qəbul
etmişlər. Hələ Rusiyada bazar formalaşınca dünyada nizamlanmayan
bazarın qalıqları tam yox olacaqdır və Rusiya iqtisadiyyatı
deqradasiyaya və geriləməyə məhkum olacaqdır (10, səh194-195, 249)
Bu günkü bəşər sisteminin düşdüyü vəziyyəti araşdıraraq
siyasətçilər, sosiololar, filosoflar yenə də həqiqəti düzgün başa
düşmürlər. Onlar keçmiş baxışlarını dəyişə bilmirlər. Onlar dayanıqlı
inkişaf konsepsiyası qəbul edərək ona uyğun planlar qəbul edirlər.
Hazırda bir çox dövlətlər dayanıqlı inkişaf üzrə strateji planlar qəbul
etmişlər. Lakin bu planlar gözə kül üfürmək rolunu oynayır. Və
məsələni həll edə bilməz. Bu konsepsiylarda və onun icrasında həmişə
olduğu kimi insan eqoizmi, konkret olaraq varlı hakim sinfin eqoizmi
və şəxi milli üstün fayda almaq, başqalarını istismar etmək, dominantıq
məqsədi özünü göstərir və bütün planların nəticəsini sıfıra yendirəcəyi
əvvəldən məlum olur. Məsələn, ABŞ dayanıqlı inkişaf üzrə
prezident şurasının planı 10 milli məqsəddən ibarətdir (10, 405-
419). Bu planda 9-cu beynəlxalq məsuliyyət bölməsində Amerikanın
dünyada hegemon aparıcı rolunu təmin etmək məqsədi irəli sürülür. Bu
məqsədin özü elə bəşər sisteminin tarazlığını və opimal inkişafını
pozan amildir. Bu günədək işləyən bu məqsəd dünyanın tarazlığını
pozmuş , çoxlu konliktlər, müharibələr törəmişdir.
İnsanlara imkan vermək lazımdır ki, öz həyatlarını özləri qura
bilsinlər və cəmiyyətin razı olduğu və ona zərərli olmayan həddə
qədər varlansınar.
Lakin varlanmış adama – kapital sahibinə imkan
vermək lazım deyildir ki, bu ölkədə qazandığı pulları nasos kimi xarici
başqa ölkəyə sorub vursunlar. Başqa sözlə, kapitalın dünyanı və ölkəni
107
idarə etməyinə yol vermək səhvdir. Ölkələr arasında maliyyə kapitalı
köçürmələri yalnız bərabərlik hədlərində yol verilə bilər.
Hazırda Qərb alimləri və siyasətçiləri keçmiş Sovet dövlətini, Çini
mənfi mənada totalitarian hesab edirlər. lakin bütün qərb və ABŞ özü
də belə xassələrə malikdir. Belə ki totalitarlıq dövlətin vacib xasəsidir -
o olmasa dövlət dövlət kimi qala bilməz. Lakin həqiqətən bunun
optimal formasını, yerini, nə vaxt, hansı məsələdə ola bilməsini
tapmaq lazımdır.
Bu gün bütün demokratiyanın texnologiyasını, siyasi sistemin
kostruksiyasını və bütün elementlərini, seçkiləri, partiyaları, iqtisadi
sosial, mədəni dəyərləri, adət və etalonları və prinsipləri hamısını varlı
kapitalistlər yaratmışlar. Ona görə də bizim daxil olduğumuz bu mühit
ədalətli ola bilməz. Bunlar hamısı yalnız onlara faydalı və üstün
imkanlar vermək üçün yaradılmışdır. Əgər biz bərabərlər və bütün
xalqımıza ədalətli dövlət quruluşu, yaxud bəşəriyyətə faydalı birlik
istəyirikisə, bu institutların hamısını, bütün prinsipləri, dəyərləri,
normaları ləğv edib hamımız birlikdə yenilərini yaratmalıyıq.
Mövcud cəmiyyətlər bölməsinin ümumi nəticələri.
1.
İnsan öz vəhşi heyvan formasından insana çevrilmə prosesində
özü ilə özünü yaşatma prinsipini də gətirdi. Əkinçilik, ovçuluq
peşələrindən başlayaraq o əmək alətləri və daha çox özünü və
təbiəti dəyişdirici, səmərələşdirici rolunu oynayaraq artıq
məhsul əldə etməyə nail oldu. Bu andan etibarən qəbilələr
böyüməyə, şəxsi mülkiyyət yaranmağa, kiçik şəhər -
dövlətlərin yaranması başladı. Varlılar, güclülər ayrılmağa və
hamıya məxsus torpaqları, təbii ehtiyatları tutmağa başladılar
və onlar da qəbilələrin, icmaların, dövlətin başçıları oldular.
Ağılın daim artması nəticəsində hakimiyəti tutmaq üçün
müxtəlif hiyləgər metodlar tapıldı. Dinlər də paralel olaraq
formalaşdı və hakimiyyətin müdafiəçisi rolunu oynadı və onun
dəyişməz, allahdan verildiyini elan etdi, onların bütün
istismarçı, qəsbkar, qaniçən, hərəkətlərinə xeyir –dua verdi.
Bütün dinlər bəşəriyyətə şeytani xidmət göstərərək həyatı
düzgün dərk etməyə mane oldu, insanları qoyun, çarları və
peyğəmbərləri çoban –xristianlıqda; insanları müti qul,
peyğəmbəri və çarları isə allahın nünayəndəsi -islamda elan
108
etdi;
idarə
olunanları istismardan və hakimiyyətlərin
zülmündən xilas olmağın qarşısını kəsdi; insanlari dövlətin,
məmurların hər cürə zülmünə, istismara, ağılsızlığına dözməyi
təqlid etdi. Insanları bununla öz həyatını yaxşılaşdırmaq üçün
ictimai quruluşu səmərələşdirməkdən yayındırdı, onları qul,
qapalı düşüncəli etdi, insanların ağlının heç bir rolu olmadığını,
hər şeyi allah etdiyini elan etdi, ağıldan istifadə etməsinin
qarşısını hər yolla kəsdi. Ağıl, dinlərin fikrincə, onların birinci
düşməni və ifşaedicisidir.
2.
Bəşəriyyət yalnız XVİ əsrdə Avropada başlayan reformasiya və
maarifçilik hərəkatından sonra dinlərin, insanın, dövlətin həqiqi
mahiyyətini və digər həqiqətləri dərk etməyə və xilas olmağa
başladı. Bu hərəkatın ideyaları bütün dünyaya yayıldı.
Baxmayaraq ki reformasiya və maarifçilik ideyaları daha
qədimdə və əsasən şərqdə irəli sürülmüşdü. Lakin orada bu
hərəkata çevrilə bilmədi, despotizm daha güclü çıxdı
3.
Bəşəriyyət uzun tarixinin son 4 min ilində əldə etdiyi ən böyük
nailiyyət özünün yaradıcı, qurucu, azad, hamı ilə bərabər
olmasını dərk etməsi və dövlətin nə olmasını başa düşməsi,
onun müqavilə, ümumi razılıq dövləti olmasını və dəyşdirilə,
yenidən qurula bilməsini və hakimiyyətin xalqın xidmətçisi
olmasını və onun həddini aşdıqda qovula bilməsini anlamasıdır.
4.
Bəşəriyyətin bu günkü həyatı göstərir ki, nə demokratiya, nə
liberalizm, nə kapitalizm və onun istəniln növü, nə sovet
sosializmi, nə hakimiyətlərin qollara bölünməsi optimal və
rasional deyildir; onlar bəşəriyyətin sülh içində hər bir şəxsin
xoşbəxt ədalətlə yaşamasını təmin edə bilməz və etməmişdir.
5.
Biz belə nəticəyə gəlirirk ki bəşəriyyətin ümumi təşkili və
ölkələrin təşkili təbii tarixi prosesdə-yəni qüvvələrin oyunu
nəticəsində əsasən çox nadan qurulmuşdur. Buna səbəb insanın
vəhşi tarixindən əldə etdiyi daha çox şey əldə etmək, daha çox
istehlak etmək, daha güclü olmaq instinktləri, başqa sözlə
insanların öz şəxsi xassələridir. Bu quruluş insanın xassələrinə
uyğundur. Belə quruluş bəşəriyyəti və xalqları məhvə aparır.
İnsanlar hökmən onların xassələrinin təbiətin yaratdığını
anlamalı, təbiətin belə yaradıcılığına son qoymalı, özləri
özlərini ağılla yaratmalı, yeni insana çevrilməlidirlər, bunun
üçün lazımı xüsusi mühitlərini(rasional ölkə və qlobal təşkil)
yaratmalı, yeni dəyərlər, yeni baxışlar qəbul etməlidirlər
6.
Bəşəriyyətə və hər bir cəmiyyətə hər kəsin arzuladığı ədalətli
həyata çatması üçün yeni təşkilati quruluş lazımdır. Bu quruluş
109
indiyədək olduğu kimi təkcə bir qrupun, sülalənin, bir sinfin
deyil, hər bir kəsin xoşbəxt yaşamasını təmin etməlidir.
7.
Partiyalar, seçkilər, parlamentlər, təkbaşçı vəzifələri yararsız
siyasi sistemlərin elementləri kimi ləğv edilməlidir. Hakim
vəzifələr ləğv edilsə, hakimiyyət uğrunda mübarizəyə son
qoyulacaqdır
8.
Bəşəriyyət XXİ əsrə “hər kəs, hər millət, hər xalq yalnız özü
üçün - təbiət və başqalarından azad istifadə etməklə” prinsipi
ilə keçmişdir. Belə prinsip varlılar, kasıblar, oğrular,
soyğunçular, güclülərin istismar etməsini və zəiflərin isə
silahdan və terrordan istifadəsini; fırıldaqçılar və düzləri
meydana gətirmişdir; bir nəfərin, bir xalqın daha çox torpaq,
təbii ehtiyatlar, ərazi, böyük əksəriyyətin isə cüzi - ərazi, maddi
nemətlər ələ keçirməsinə səbəb olmuşdur. Bu prinsipin yeni
sülh və xoşbəxtlik; gələcəyin zəruri nəzərə alınması ilə işləyən
kollektiv ağıl dövrü üçün səhv olduğunu başa düşən ayrı- ayrı
mütəfəkkirlərin, təşkilatların olmasına baxmayaraq, bu fikir
kütlələrin, bütün insanların şüuruna çevrilməmişdir. Buna
səbəb ictimai iqtisadi quruluşun, başqa sözlə kapitalist-
monoplist sinfin buna imkan verməməsidir.
9.
XXİ əsrdən başlayan yeni erada bəriyyətin əsas prinsipi
“başqalarına zərər vermədən və istismar etmədən hamının
həyata təbii və kollektiv yaradılan nemətlərə bərabər
hüquqlarını etiraf etməklə ədalətli həyat tərzi” olmalıdır.
10.
Kapitalist azad bazar sisteminin sonu çatmışdır. Yeni istisadi
sistem ictimai və şəxsi fəaliyyətin optimal proporsiyasına
əsaslanan və cəmiyyətin hər bir üzvünün mənafeyini güdən
sistem olmalıdır.
11.
Dostları ilə paylaş: |