MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Insanlığın məqsəd və arzuları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 
Insanlığın məqsəd və arzuları  
 
İnsanlığın  məqsədi  sülh  şəraitində  yaşamaq,  işləmək  və  xoşbəxt 
olmaqdır.  İdarənin  məqsədi  indi  və  gələcəkdə    hər  kəsin  xoşbəxtliyi, 

 
120 
təhlükəsizliyi,  bütün  cəmiyyət  üzvləri  və  dövlət  arasında  daim 
saxlanan  harmoniya  olmalıdır.  Bu  fikir  lap  qədimdən  bəşəriyyətin 
daim arzu etdiyidir. Xoşbəxtlik nədir? Onun çox müxtəlif nəzəriyyələri 
və  anlayışları  vardır.  Ümumi  mənası  budur  ki,  insan  bu  zaman  psixi 
rahat olur, ehtiyacları öz zəhməti ilə ödənir, onun yaşamağa və təhsil 
və  bacarıqlarını  artırmağa.  qabiliyyətlərini  tətbiq  etməyə  bərabər 
imkanları  olur,  ən  əsası  özü  özünün  həyatını    və  icma  həyatını  və 
qanunlarını, qaydalarını qura bilir.  
     Həkimlər  xoşbəxtliyi  sağlam  olmaqda  görürlər.  Xoşbəxtlik  haqda
 
bir çox nəzəriyyələr vardır. 
Xoşbəxtlik  necə  əldə  edilə  bilər?    Bu  sualın  cavabını  mən  öz 
təcrübəmdə  necə  tapdığım  haqda  sizinlə  bölüşmək  istərdim.    
Görünməyən  dünya  haqda  araşdırmalarda    Stoiklərin  fikirlərini  qeyd 
etmişəm,  bu  sualın  cavabı  məhz  bu  fikirlərdədir.  Əlbəttə  insan 
doğulandan onda genetik bir həyat proqramı olur. Insanın həyat  sxemi 
və  ya  skeleti  doğulandan  25%  müəyyəndir.  Digər  25%    təlim  və 
tərbiyə  ilə  müəyyən  edilir,  25%  mühit  müəyyən  edir  və  25%    hər 
konkret  situasiyanın  necəliyi  təsir  edir.  Beləliklə  75%  insanın 
davranışını  öz  nəsli,  tərbiyəsi    və  keçmiş  mühit  təyin  edir-  25  %  isə 
yaşının baxılan anında konkret situasiya (bu da mühitin bir hissəsidir). 
Lakin bunların hamısında qərar verən yenə özümüz oluruq.  
       Stoiklərin  bir  prinsip  müəyyən  etmişdilər  ki,  orada  deyilirdi  ki, 
insan  dünya  (  İlahi,  yəni  təbiət)  ilə  harmoniyada  yaşamalıdır.  İnsan 
ruhu-mikrokosmdur,  dünya  isə  makrokosmdur.  Biz  xoşbəxt  olmaq 
üçün  öz  iradəmizi  təbiətlə  harmoniyada  saxlamalıyıq.  Dünyanı 
qaydada  saxlayan  onun  strukturu,  daxili  rasional  prinsipi  -  Loqosdur. 
Stoiklər  deyirdi:  “yaxşı  həyat  yalnız  bizim  özümüzdən  asılıdır, 
xoşbəxtlik  bizin  ruhumuzun  harmoniyada  olmasıdır”.  Canlılar  özünü 
yaşatmaq xassəsinə malikdir. Müasir dövrdə insanı əhatə edən mühitə 
təbiətdən  başqa  onun  yaratdığı  sosial,  iqtisadi,  idarə  rejimi,  elmi, 
fəlsəfi  baxışlar,  ailə,  ünsiyyət    komponentləri  də  daxildir.  Yəni  onlar 
necədirsə və  necə dəyişirsə biz də uyğun olaraq ona uyğun davranışlar 
seçməliyik.  Digər  tərəfdən,  təbiəti  yaxşılaşdırmaq    və  kollektiv 
fəaliyyətimizlə  yaratdığımız  ümumi  mühiti  və  onun  komponentlərini 
bizim  həyatımıza  və  gələcəyimizə  sərfəli  formaya  və  istiqamətə 
salmalıyılq.  Belə  bütöv  vəzifə  21  –ci  əsrə  qədər  insanlıq  tarixində 
qoyulmamışdır.  Yalnız  20  əsrin  60-cı  illərində  ekoloji  pozuntuların 
olması aşkar edilmiş və təbiətin qoruması ideyası irəli sürülmüşdür. 
        Daim  mühiti  izləməli,  onun  açdığı  yeni  imkanlardan  istifadə 
etməliyik.  Bəs biz ətraf dünya haqda necə bilməliyik? Bunun üçün biz 
öz aktiv şüurumuzda olan ağlımızdan və şüur altında yerləşən müstəqil 

 
121 
anlama  və  idarəetmə  mərkəzindən  (  2-ci  şəxsiyyətdən)  istifadə  edə
 
bilərik.  Normal  halda  onlar  daim  işləyərək,  ağlımız  açıq, 
əsaslandırılmış,    intuisiyamız  isə  intuitiv  qısa  göstərişlərlə  bizə 
məsləhətlər verirlər. Bizlərdən yalnız o adamlar bu məsləhətləri eşidib 
icra  etsələr,  onlar  doğrudan  da  xoşbəxtliyə  çatarlar.  Lakin  əksər 
insanlar  nə  ağılla,  nə  intuisiya  ilə  işləyirlər  və  ya  onlarda  qətiyyət, 
cəsarət  çatmır    və  bir  çoxu  olduqları  mühitin  tələb  etdiyi    lazımı 
davranışı  seçmirlər  və  kasıb,  ehtiyaclar  içində,  zəif  qalırlar.  
Xoşbəxtlik  yolunda hər insanın olduğu mühit ( sosial, siyasi, iqtisadi, 
idarə,qanunlar), ailə, həyat yoldaşı, qohumları  onu həvəsləndirə bilər, 
kömək edə bilər,  yaxud mane ola bilər. Lakin Stoiklərin bir sözünü - 
xoşbəxtlik insanın öz əlindədir - şüarını rəhbər tutmaq lazımdır. İnsan 
heç  bir  maneyə  baxmadan  ona  ağlı  və  intuisiyası  göstərdiyi  yolu 
seçməlidir  və  cəsarətlə  hərəkət  etməlidir.  İndiki  zamanda  hadisələr, 
sosial  iqtisadi  sistem  sürətlə  keyfiyyətini  və  imkan  və 
məhdudiyyətlərini    dəyişdirir.  Istənilən  halda  onun  daxilində  elə 
şanslar vardır ki, insan onu dərk edib çıxış yolu tapa bilər. Misal. Eks - 
Sovet  respublikası.  Sosializm  dövlət  rəhbərliyi  tərəfindən  ləğv  edilir, 
kapitalizm qurulur. Kim tez anlayırsa torpaq, ev alır, şəxsi kiçik biznes 
qurur:  kafe,  aptek,  çayxana,  foto,  komputer,    dərzi,  saç  düzəltmək, 
gözəllik xidmətləri yaradır və varlanır; kim gec anlayırsa, bunları etmir 
və  ümidini  hökumətə  bağlayır  və  kasıb  qalır.  Ailədə  də  əgər  kişi 
anlayır və lazımı addımlar atmaq istəyirsə, yoldaşı mane olur və açılan 
şanslardan istifadə edə bilmirsə, nəticədə kasıb və işsiz qalır. Bu misal 
göstərir ki, Stoiklərin ideyası düzdür. İnsan öz taleyini özü qurmalıdır- 
lakin  təbiətlə,  bütün  ətraf  mühitlə,  reallıqla  əməkdsaşlıq  və  
harmoniyada.   
 
Yaxşı gələcək  qarşısında hansı maneələr vardır? 
 
                                
       Düşünürəm ki, ən böyük problem gerçəkliyin insan şüurunda necə 
əks  olunmasını  başa  düşmək  və  onu  sözlərlə,  cümlələrlə  ifadə 
etməkdir. Bu məsələ həqiqət nədir sualına cavabla əlaqədardır. Məsələ 
belədir ki, reallıq obyektiv olaraq var,  biz isə reallığı anlayaraq onu öz 
bilik  və  düşüncə  mexanizmimizin  gücünə  görə  fərqli  qavrayırıq.    Bu 
fərqli  qavrama  və  düşünmə  -sintez  nəticəsində  bizdə  fərqli  baxışlar, 
dəyərlər,  davranışlar  mədəniyyət  formalaşır.  Hər  kəs  öz  əldə  etdiyi 
bütün  bu baxışları və s.  düzgün həqiqət sayır və  onu başqalarında da 
qəbul  etdirmək  istəyir.  Lakin  bu  “həqiqət”  səhv  də,  təhrif  edilmiş  də, 
düz də ola bilər. 

 
122 
     Həyatda  bilavasitə  istifadə  edilən  baxışlar,  idarə  metodları  və 
idarələr,  adətlər,  dəyərlər    onların  şüurlarda  arzu  edilən  və  ya  qurula 
bilən  kamil  formalarından  xeyli  geri  qalır.  Belə  ki,  bir  aksioma  kimi 
qəbul  etmək  lazımdır  ki,  hər  bir  varlığın,  insanın,  cəmiyyətin, 
münasibətin,  ictimai  və  iqtisadi  sistemin  müəyyən  baxılan  zaman  və 
məkanda ən kamil nəzəri forması var. 
      Bütün tariximizdə insanlıq əsasən təkbaşçılıq - tək adamın idarəsi, 
tək ruhaninin məsləhəti, ideyası əsasında idarə edilmişdir. Burada eyni 
zamanda qərarların müstəqil, yalnız onlar tərəfindən qəbul olunması və 
bütün  qalan  insanların  bu  qərara  tabe  olması  prinsipi  mövcud 
olmuşdur. Bütövlükdə təkbaşçıya sitayiş olmuşdur.  
        Ibtidai  icmada  icma  islası  qəbilə  başçısının  iştirakı  ilə  idarəni 
edirdi. İcma ağsaqqalı ağıl və müdriklik ilə, zor işlətmədən idarə edir, 
hamı ilə eyni paltar geyir, eyni yeməyi yeyir; məqsəd hamının həyatını 
təmin  etmək  və  təhlükəsizliyi  təşkil  etmək  idi.  Kral  və  şah  isə 
zorakılıqla idarə edir, zorla vergi yığır, özünə  daha yaxşı harın həyat 
şəraiti yaradır ki, məqsədi bütün əhalini istismar etmək, təhlükəsizliyi 
təmin etmək, insanların yaşayışını  təmin etmək qarantiyası olmadan,. 
Quldarlıqda quldarlar, feodalizmdə feodallar, kapitalizmdə kapitalistlər  
öz mənaelərinə  uyğun dünyagörüş, etik və əxlaqi normalar  yaratmış, 
idarə  sistemi  qurmuşlar.  Qədim  Yunanıstanda  500  il  ərzində  adi  xalq 
kütləsi qalib gələrək kütlənin hakimiyətini - demokratiyanı qurmuşdu. 
Tarix  göstərir  ki,  heç  bir  sistem  yaxşı  olmamışdır,  insanlar  yenə 
narazıdırlar. Buna görə də ictimai sistemin ağılla konstruksiya edilməsi 
lazımdır. 
Demək,    həqiqəti-  reallığı    düzgün  başa  düşməmək;  bütün  ictimai 
istisadi  sistemlərin,  insanın  xarakter  və  mənəvi  parametrlərinin, 
münasibətlərin, icmaların, regionların onların optimal kamil rasional 
formalarından xeyli geri qalması, keçmişin tormozlayıcı dağıdıcı təsiri, 
təkbaşçılıq və onun zorakılığı və sui-istifadəsi gələcək qarşısında duran 
maneələrdir. 
 
Sülh və sabit bəşəri sistemə doğru     
Bütün  bəşəri  sistem  hələ  tam  formalaşmasa  da  müxtəlif  xalqlar    onu 
19-cu  əsrə  qədər  daim  siyasi  dominantlıq,  müharibələr,  soyğunçuluq, 
müstəmləkəçilik  ilə  qurmaq  istəyirdilər,  bu  zaman  dövlətləri 
dinastiyalar  idarə  edirdilər.  Daxili  həyat,  xalq  eyni  olsa  da, 
dinastiyaların  bir-  birinə  qarşı  müharibəsi  və  ərazi  qəsbkarlığından, 
xalqı  istismar  və  onun  üzərində  ağalığından  ibarət  idi.  Bu  qayda  ilk 
dəfə  Qərbdə  Napoleon  müharibələri  ilə,  daha  dəqiq  1806  –cı  ildə 
müqəddəs  Roma  imperiyasının  ləğvi  ilə  pozuldu.  16,    17,  18  -  ci 

 
123 
əsrlərdən böyük intellektualların Erasmus, Sully, Hugo Qrotios, Russo, 
Bentam,  Kantın  sülh  və  beynəlxalq  qaydanın  yaradılması  məsələsini 
həll  etmək  üçün  ideyaları  19  və  20-ci  əsrlərdə  praktiki  cəhdlərlə 
nəticələndi.  “Bu  cəhdlərin  mənəvi  kökləri  qərbdə  insanilik  və  sivil 
xarakterin artmasındadır. Maarifçiliyin  fəlsəfəsi və liberalizmin siyasi 
nəzəriyyəsi  İnsan  həyatına  hörmətin  və  insan  maddi  rifahının 
artmasına  kömək  prinsiplərini  irəli    sürdü”  (2,  417-418  ).  Müqəddəs 
Alyans, Haaqa sülh konfransları, Millətlər Liqası, sonuncu  BMT,  EU, 
və  digər  birliklər,  institutlar  sülh  və  beynəlxalq  qaydaya  doğru 
hərəkatın  və  düşüncənin,  fəlsəfənin  nəticələridir.  Qeyd  edilməlidir  ki, 
daha əvvəl 12 –ci əsrdə də hələ Avropa qara əsrləri yaşayanda  Şərqdə 
sülh və dünya qaydası Azərbaycan filosoflarının - Nizami Gəncəvi və 
Nəsirəddin  Tusinin  diqqət  mərkəzində  idi  (3,  92-106  ).  Onlar  sülhü 
əldə etmək üçün dünya birliyinin qurulmasını, dövləti  kollektiv idarə 
ilə  idarəni,  insana  hörməti  və  qayğını,  ədaləti  təklif  edirdilər.  Lakin  o 
dövrün  hakimləri  əks  yolu  -  əvvəlki  ənənəvi  varvarlıq  və  dağıdıcılıq, 
qəsbkarlıq,  varlanma  yolunu  seçdilər.    Hazırda  bir  çox  intellektuallar 
bu  problemlərin  həlli  ilə  məşğuldur.  Müxtəlif  təkliflər  –  silahların 
azaldılması  və  məhdudlaşdırılması,  inamın  artırılması,  qarşılıqlı 
yoxlamalar  və  müşahidələr,  ədalətin  artırılması,  sülh  müzakirələri, 
təhlükəsilik  müqavilələri,  siyasətlərin  uyğunlaşdırlması,  təbiətdən 
bərabər istifadə təklifləri irəli sürülmüş və  çox addımlar atılmışdır. 
Vernadski  V.İ.  cəmiyyət  və  təbiət  münasibətlərinin  vəhdətdə 
olduğunu hesab edərək bu münasibətlərin yeni noosfera (noos yunanca 
zəka  deməkdir)  anlayışı  ilə  ifadə  etmişdir  (4,  257  .Teyyar  de  Shardin 
isə izah etmişdir ki, noosfera yer planetində düşünən qatdır (4, 336) 
 
Gələcəyin arzu edilən yaxşı imici-obrazı  
 
Müxtəlif xalqlar  müxtəlif  inkişaf  səviyyələrində  olduğu  üçün  hər  biri 
üçün    dəqiq    və  uyğun  gələcək  obrazı  müəyyən  etmək  mənim 
imkanlarım xaricindədir. Qoy bunu onların öz alimləri etsinlər. Lakin 
mən  daha  ümumi  və  hamının  arzu  edəcəyi  bir  obrazı  bəzi  sahələrdə  
təsvir etmək istərdim: 
      Hər  insan  digəri  ilə  bərabərdir.  Qəti  olaraq  diskriminasiyaya  yol 
verilmir.  Hər  insan  kollektiv    ağılla  müəyyən  edilmiş  sərhədləri  olan 
azadlıqa  malikdir.  Hər  insan  qanun  vericilikdə  və  idarə  qərarları 
hazırlamaqda  və  qəbulunda  ,  habelə  ictinai  icraçı  vəzifələr  tutmaqda 
bərabər iştirak imkanlarına malikidir. Hər insanı ictimai quruluş ağıl və 
qabiliyyətinə,  bilik  və  bacarığına  və  arzusuna  uyğun  işlə  təmin  edə 
bilir. Qəti olaraq işsiz yoxdur. Sənaye işindən ixtisar olunanlar ictimai 

 
124 
işlər,  qanun  və  qərar  hazırlanmasında,  məsləhət  verməkdə,  gəncləri 
öyrətməklə  yeni  peşələrlə    məşğul  olurlar.  Dünya  dövləti  qurulub, 
sərhədlər  formaldır,  hər  kəs  istədiyi  ölkədə  azad  gedib  yaşaya    və 
işləyə  bilir-  sosial  sığorta  kartı  hər  yerdə  qüvvədədir.  Hər  bir  millət, 
etnik  qrup  avtonomiya  hüququ  ilə  dünya  dövlətinə  öz  yerli  blokları 
vasitəsilə  qatılıb.  Dünya  dövləti  ayrıca  xalqların  deyil  regionlar  üzrə 
birləşmiş  blokların  dövlətidir.  Qəti  olaraq  ölkələr  arası  konflikt  və 
müharibələrə  yol  verilmir.  Ərazi  mbahisələri  öz  əhəmiyyətini  itirib, 
belə ki hər xalq dünyanın ona məxsus olduğunu hiss edə bilər- belə ki 
o azad istənilən yerdə yaşaya, firma aça bilər ki, vergini də həmin ərazi 
formal  olaraq  hansı  avtonom  ölkəyə  aiddirsə  ona  verir.  Gömrük 
xərcləri  ləğv  edilib.  Vahid  asayişi  qoruma,  hərbi  qüvvələr, 
cinayətkarlıqla  mübarizə  idarələri  mövcuddur.  Diktaturanın  ola 
biləcəyi  heç  bir  dövlət  yoxdur.  Ölkələrdə  hakimiyyət,  siyasət  ləğv 
edilib,  yalnız  kollektiv  idarə  və  qanunvericilik  var  ki,  həmin  ölkədə 
qeydiyyatda  olanlar  iştirak  edə  bilər.  Dünya  birliyi  və  onun  güclü 
dövlətləri  belə  tədbirlər  -  sənaye  və  elm,  təhsil,  iqtisadiyyatın,  həyat 
şəraitinin,  qanunların,  idarənin  inkişafı  -  görürlər  ki,  əlverişsiz 
ərazilərdə  yaşayanlar  qaçıb  Rusiyaya  və  ya  ABŞ-a  Kanadaya 
getməsinlər.  Öz  ölkələrində  rahat  yaşaya,  işləyə  bilsinlər.  Xüsusilə 
bütün diktatorlar dünya idarəsi tərəfindən  müdafiədən məhrum  edilir 
və  hakimiyətdən  qovulur,  idarə  xalqın  ixtiyarına  verilir,  bu  xalqlar 
üçün    yeni  rasional  ictimai  idarə  və  qanunvericilik  mexanizmi 
yaradılır. 
 
Yaxşı gələcəyə getmək üçün haradan başlamalı? 
 
Deyə  bilərsiniz  ki,  istənilən  yerdən  başlamaq  olar.  Lakin  belə  deyil, 
istənilən  yerdən  başlamaq  heç  bir  yaxşı  gələcəyə  gətirə  bilməz.  Buna 
sübut  bu  faktdır  ki,  renesans  və  marifçilik  dövrünə  qədər  gələcəyə 
hərəkət  bütün  bəşər  ölkələrində  təbiətin  vəhşi  qanunlarının  davamı, 
zorlunun  hər  şeyə  malik  olması,  zəifin  əzilməsi,  ərazisnin  qəsb 
olunması,  istismarı,  daim  müharibələr  tarixi  olmuş  və  azı  100  min  il 
ərzində yaxşı gələcəyə gətirməmişdir. Məhz bu dövrdən sonra bir çox 
Avropa  ölkələrində  rasionalizmin  dərki  və  davranışlara,  siyasətlərə 
ağılın  daxil  edilməsi  nisbətən  yaxşı  gələcəyə  gətirmişdir.  Digər 
dövlətlərdə  hələ  ağıl  əsas  həlledici  qüvvəyə  çevrilməmişdir.  Elə  gic 
dövlətlər var ki, nə üçün bu ya digər hərəkəti etdiyi optimal ağılla izah 
oluna  bilmir.  Belə  dövlətlərin  idarəsini  hiylə  ilə  ələ  keçirmiş  qrup, 
hansı ki özünə diktator – maneken təyin etmişdir, öz şəxsi mənafeyini 
milli mənafe elan edir və öz xalqının başına əsil bəladır. Qafqazda belə 

 
125 
ikisi  mövcuddur. Beləliklə gələcəyə  getmək üçün aşağıdakı başlanğıc 
yol təklif edilir. 
Birinci.  Gələcəyə  getmək  üçün  hansı  gələcəyə  getməli  olduğumuzu 
müəyyən  etməliyik.  Biz  bizim    üçün  və  yaşadığımız  ölkədə,  yer 
kürəsində hamı üçün hansı gələcəyin optimal və arzu olunan olduğunu 
müəyyən  etməliyik.  Yəni  dəqiq  məqsədlər,  arzular  formulə  etməliyik 
və  rəqəmlə,  zamanı  və  ölçülərini  göstərməliyik.  Bu  zaman  daha 
ehtimallı,  asan  əldə  edə  biləcəyimiz,  gücümüzə  görə  məqsədlər 
seçməliyik.  Məqsədləri  yaxın  zaman  və  uzaq  zaman  üçün  bölməliyik 
və  zaman  keçdikcə  -  ağlımız,  potensilaımız  artdıqca  və  mühit 
dəyişdikcə  daim  onlara  düzəliş  verməliyik.    Ona  görə  ki  a)  ağlımız, 
potensialımız;  b)  mühit  imkanları  və  trendləri  ilə  c)  məqsədlərimiz, 
arzularımız arasında uyğunluq (asılılıq) qanunu mövcuddur. 
İkinci. Özümüzü, ailəmizi, cəmiyyətimizi və dövlətimizi  analiz etməli, 
nədən  ibarət  olduğumuzu,  bütün  potensialımızı,  keyfiyyət  və 
kəmiyyətlə yazmalıyıq; hansı baxışlara, gücə, qabiliyyətə, bacarıqlara, 
xarakterə, əxlaqa və mənəviyyata, adətlərə, dəblərə malik olduğumuzu; 
güclü və zəif cəhətlərimizi  qeyd etməliyik. 
Üçüncü.  Mühitimizi  –  sosial,  təbiət,  iqtisadi,  mədəni,  siyasi  –analiz 
etməli  və  onun  imkan  və  məhdudiyyətlərini    maksimum  təsvir 
etməliyik. 
Dördüncü . Mühitin bütün elementlərinin trendlərini, qonşuların –dost, 
düşmən və neytralların  strategiyalarını dəqiq öyrənməliyik. 
Beşinci.  Biz  əldə  etdyimizə,  keçmiş  biliklərə,  fəlsəfi  baxışlara, 
dəyərlərə,  nəzəriyyələrə,  prinsiplərə  şübhə  etməli,  onları  yenidən 
araşdırmalı,  yeni  reallıqla  təsdiq  edilənləri  ayırmalı  və  gələcəyə 
getmək və istifadə etmək üçün seçməli və hökmən yeni baxışlar, yeni 
mədəniyyət,  yeni  insan    yaratmalıyıq.  Biz  yeni  komplekt  biliklər 
qutusuna-bankına malik olmalıyıq   
Altıncı..  Gələcəyin  yeni  tam  dünyabaxışlarını,  əxlaqını,  dəyərlərini 
yaratmalıyıq və qəbul etməliyik. 
Yeddinci.  Gələcəyə  getməyə  mane  olan  bütün  ballastdan,  ehkam  və 
paradiqmalardan, nəzəriyyələrdən, dünyabaxışlardan  təmizlənməliyik. 
Səkkizinci.  Araşdırma  nəticələrindən-  özümüz  kimik,  potensialımız 
nədir,  məqsədimiz  nədir,  mühitimiz  necədir,    mühitin  trendləri  və 
qonşuların  strategiyaları  necədir  -istifadə  edərək    və  bunlara 
əsaslanaraq  gələcəyin  qurulması  planını  yazmalıyıq.  Burada 
mühitimizin  və  özümüzün  də  təkmilləşməsini,  lazım  olan  vasitələr, 
bilik və layihələr, avadanlıq və texnika, dünyabaxışlar, dəyərlər, əxlaq 
və  normalar,  nə  etmək  olar,  nə  etmək  olmaz,  təhlükələr  və  ona 
reaksiyalar hamısı əks olunmalıdır. 

 
126 
Doqquzuncu  .Yaddan  çıxarmayın,  1)  gücünüz  çatmayan,  mühitin 
ümumi  trendlərinə,  daha  güclü  qonşunun    strategiyasına  uyğun 
olmayan planlar baş tutmayacaq. Zərər çəkmədən  və sağ qalmaq üçün  
böyük qonşunun uyğun strategiyasına zidd yox, ondan istifadə etməklə 
plan qurulmalıdır. Çünki “olum, ya ölüm” məsələsi birinci məsələdir. 
Habelə  digər  maneələr  dəf  edilməli,  neytrallaşdırılmalı,  xain,  xəbis, 
paxıl,  provakator  ağızlar  bağlanmalıdır;  2)  Gələcəyi  qurmaq  üçün  ən 
uğurlu    taktika  başqalarından  daha  çox  istifadədir.  Nə  qədər  çox 
adamlardan,  vasitələrdən,  biliklərdən  istifadə  etsəniz,  işiniz  daha 
uğurlu  və  asan  olar.    Kapitalist  məhz  bu  prinsiplə  işləyir-o  başqa 
adamları cəlb edir, onları işlədir və gəlir alır. Gəliri isə bərabər bölmür, 
istifadə  etdiyi  adamlara  az,  özünə  çox  götürür;  həm  izafi,  həm  zəruri 
məhsuldan daha çox mənimsəyir. 
 
Bəşəriyyətin inkişaf trendləri   
       
Bəşəriyyət  sistemində  hər  zaman  müəyyən  trendlər  müşahidə  edilir, 
hansı ki həmişə eyni qalmır və zamana, mühitə, ərazilərə görə fərqlidir. 
Trendlər hər sahədə çoxdur və daim onlar əvəzlənirlər, bəziləri sönür, 
yeniləri  yaranır,  bəziləri  isə  uzun  epoxalarda  mövcud  olur.  Mən  daha 
əhəmiyyətli  saydığım  trendləri  göstərmək  istərdim.  Böyük  siyasət  
filosofu,  futurist,    professor  Söheil  İnayatullah    (  5)  ümumi  bəşəri  
sistemin  gələcəyinin  baş  verməsində  tamamilə    mənim  fikrimcə  haqlı 
olaraq 5  əsas  trendin  bacib  rolunu qeyd  edir ki,  onlara  digər 7 trendi 
mən əlavə edirəm: 
1.
 
Milli dövlətin inqilabi dəyişilikləri 
2.
 
Dünya  korporasiyalarının  qüvvəsinin  artması.  Onlar  çox 
hallarda  artıq  qeyri  rəsmi  gücə,  bəzi  yerlərdə  isə  rəsmi  gücə 
çevrilmişlər.  Onlar  bir  çox  dövlətlərin  gücündən  artıq  gücə 
malikdirlər. 
3.
 
Xalqların    iştirakı  ilə,  xüsusilə  qeyri  -  dövlət  sivil    təşkilatlar 
vasitəsilə dünya idarəsinin formalaşması. 
4.
 
Texnoloji  inqilabın  davam  etməsi,  zamanı  və  məkanı 
genişləndirməsilə  nümayəndəli  demokratiyanı    sıradan 
çıxarması. Siberdemokratiya 
5.
 
Keçmişin əks inqilabı. Keçmiş təsəvvür edilən zamana qayıdış, 
o  zamana  ki  yaxşı  və  pisin  sərhədləri  çox  aydın  idi.                                                                                      
Mənim 
izahım:  Keçmişin  mədəniyyəti,  düşüncə  və 
dünyabaxışları,  adətləri,  yaddaşı    gələcəyə  tormozlayıcı  təsir  
edir.  Gələcək  məhz  keçmişlə  döyüşərək  gəlir.  Lakin  horizintal 
istiqamətdə  olduğu  kimi  keçmiş  -indi  -  gələcək  xəttində  də 

 
127 
inkişaf  balanslaşmalıdır.  Bu  xətt  parçası  özü    orta  sabit 
vəziyyətə meyllənmiş müvazinətləşmədə olan sistem olmalıdır, 
hadisələr,  səviyyələr, stadiyalar bir-birinə  bağlanmalıdır.  
6.
 
Bütün  inkişaf  iştirakçıları  içərisində  iqtisadi  gücə  malik 
burjuaziyanın- kapitalistlərin  ölkə daxilində hegemon rolunun 
artması  həlledici amildir. 
7.
 
Bir qütbdə   sekulyarlığın  artmasından digər qütbdə dindarlığın 
artmasına qədər güclü əks dünyabaxışların yayılması və qarşı-
qarşıya durması. Dini inanclara inananların azalması. Bu, elmin 
daha düzgün sübut olunan  faktlara və izahlara malik olması və 
yaradıcı imkanları və həyatı yaxşılaşdırması səbəbilədir; əsasən 
Avropada  müşahidə  olunur.  Dindarlığın  artması.  Bütün 
dinlərdə baş verir və keçmiş sosialist respublikalarına daha çox 
xarkterikdir,  burada  həm  xristianlıq,  həm  islam  öz  nüfuzunu 
qaytarmağa çalışır.   
8.
 
Qiymətlərin  daim  qalxması  ilə  pul  vahidinin  qiymətdən 
düşməsi.  SSRİ-də  bu  hadisə  baş  vermirdi.  Lakin  kapitalist 
dövlətdə  bu  xarakterikdir,  çünki  tacirlər  qiymətləri  özləri 
müəyyən  etdiyi  üçün  hər  kəs  daha  artıq  qiymət  qoymağa 
çalışır.  Nəticədə  bütün  bazar  sahibkarları,  əsasən  tacirlər  və 
dəllallar  varlanır,    adi    insanlar  kasıblaşır,  satmaq  istehsal 
etməkən daha gəlirli olur. 
9.
 
Rasionallığın  artması.  Yəni  ağılla,  səmərəli  idarə,  gələcyə 
hazırlaşmaqla,  səhv  etmədən,  insan,  icma    və  təbiət  arasında 
harmoniyanı,  razılığı  saxlamaqla.    Bu  ümumi  elmi  biliklərin 
artması və təcrübənin artması ilə əlaqədardır;  
10.
 
Demokratiya  ideyalarının  ərazicə  genişlənməsi  və  müxtəlif 
fəaliyyət sahələrinə  yayılması; Onun əksi olan təkbaşçılığın da 
eyni cürə güclənməyə demokratiyanı üstələməyə çalışması. Hər 
bir  ictimai  sistem  bu  iki  trendin  konkret  proporsiyada  
balansıdır.  
11.
 
Elm  və  texnikanın  inkişafı  nəticəsində  insan  əməyinə  ehtiyac 
azalır,  işsizlik  yaranır.  Gəlirlər  isə  yalnız  işləyənlərə  (habelə 
pensioner və invalidlərə) verilir. İşsizlər, gənclər, təzə məzunlar 
cəmiyyətdən uzaqlaşdırılmış olur. Bu vəziyyət bütün insanların 
yaşamasını  təmin  edən  modelin  tapılmasını  tələb  edir.  Bu 
vəzifəni  dövlət  ancaq    ictimai  gəlirdən  təmin  edə  bilər;  Bu 
model  hamının  yaşamasına  imkan  verən  vəzifələr-iş  yerləri 
kompleksini qəbul etməklə, cəmiyyətə lazım olan müxtəlif yeni 
vəzifələri  icad  etmək  və  mütəxəssis  hazırlamaqla  icra  edilə 
bilər. 

 
128 
12.
 
Elm – texnikanın sürətli inkişafı ilə bütün insan həyatı, ictimai 
sistem,  bioloji  aləm  -  bütün  mühit  hədsiz  dəyişiliklərə  məruz 
qalır;  səmərələşmə,  komputer  bütün  sahələrə  daxil  olur  və 
inqilabi dəyişiliklər yaradır. 
 
Bu trendlər eyni zamanda gələcək dəyişiliklərin açar amilləridir.  
3-cü  trend  ilk  baxışda  ağlabatan  görsənir.  Lakin  beynəlxalq,  yaxud 
milli  sivil  təşkilatlar  son  müşahidələrə  görə  heç  də  müstəqil  deyil  və 
dövlətlərin  maskası  rolunu  oynayır.  Məsələn,    “Human  rights  watch, 
Freedom  House,  Transparency  İnternational,  Reporters  without 
borders,  Jurnalistləri  müdafiə  komitəsi,  İnsan  hüquqları  evləri….ABŞ 
dövlət  departamentinin  sözlərini  sözbəsöz  təkrarlayır,  məruzələrini 
rəhbərlik kimi  qəbul  edir və hadisələrə  qeyri  - obyektiv qiymət  verir” 
(6  ).  Belə  təşkilatlar  dünya  idarəsini  formalaşırsalar,  onların  mövqeyi 
obyektiv  olmayacaq    və  hegemon  dövlətlərin  dəmtutanları  olaraq 
vəzifələri  xalqları  aldatmaq,  səhv  siyasətləri  düzgün,  düzgünləri  səhv  
qələmə vermək olacaqdır. Dünya dövlətini  Qərb və ABŞ-ın hegemon 
məqsədlərinin  alətinə  çevirməyə  xidmət  edəcəkdir.  Əgər  bir  yerdə  ki, 
yəni  dünya  idarəsində    hamının  həyata  bərabər  hüququ  qəbul 
olmayacaqsa, orada ədalət, sülh  və birlik də olmayacaqdır. 
6-cı  trend    burjuaziya-kapitalistlərin  (istehsal,  ticarət,  bank  və  s.) 
hegemonluğu  -  hökuməti    və  qanunvericiliyi  idarə  etməsi  gələcəyə 
xüsusi  rəng  verəcəkdir.  Bu  amil      bütün  bəşəriyyət  üçün  arzu  edilən 
gələcəyin  gəlməsinə  qarşı  olaraq    mənfi  amil  rolu  oynayacaqdır  və 
planetin  kapitalın  hakimiyyət  ərazisinə  çevrilməsinə  doğru 
dəyişməsinə  yönəldəcəkdir.    Bu  trend  ekologiyanın  daha  da 
korlanmasına, kasıb və varlılığın dözülməz proporsiyasına və digər pis 
nəticələrə gətirəcəkdir.  
       Bu trendlər içərisində  gördüyümüz kimi  milli  dövlət- başqa sözlə 
milli  cəmiyyətlərin  transformasiyası  bir  gələcək  dünya    dövlətinin, 
yaxud  idarəsinin    yaranmasında  vacib  struktur  elementidir.  Ona  görə 
də  bu  kitabda  cəmiyyətlərin,  yəni  dövlətlərin  necə  transformasiya 
edəcəyi,  hansı  alternativlərin  olduğunu  və  dövlətin  təbii  evolyusiya 
nəticəsində  almalı  olduğu    ən  yaxşı  cəmiyyət  formasını  tapmağa 
çalışacağıq.  
      Göstərilən  trendlərin  eyni  zamanlı  və  müxtəlif  istiqamətlə 
fəaliyyəti  yer  kürəsini  gərgin  döyüş,    tədqiqat,  fəaliyyət    meydanına 
çevirəcəkdir.  Bu  döyüşün    mahiyyəti  hər  bir  avtonom  qrupun, 
iştirakçının  a)  normal  həyat  uğrunda  çalışması  və  b)  bu  ödəndikdən 
sonra  dominantlıq  uğrunda  mübarizəsi  olacaqdır.  Bu  iki  pilləli 
məqsəddən  birincisi  -  normal  həyat  əldə  etmək  üzrə  fəaliyyət  -bütün 

 
129 
bəşəriyyətin məqsədi olmalıdır. Növbəti fəaliyyətdə hər ölkənin burjua 
olmayan    80  %  əhalisini  birləşdirən  bu  ümumi  mənafe  onların 
fəaliyyəti  üçün  proqram  yaradılması  və  birgə  fəaliyyətlərini 
əlaqələndirməyi  zəruri  edir.  İkinci  mərhələ  -  dominantlıq  uğrunda 
rəqabət  başlayanda  bunun  qarşısını  necə  almaq  olar?  Axı  bu  təbii 
prosesdir. Məlumdur ki, bu rəqabət geosiyasət: çay, su, dəmir yollarını 
alət  kimi  istifadə  etməyi,  sosial  pillədə  yuxarı  qalxanı  aşağı  salmağı, 
informasiyanı 
gizlətməyi, 
avtoritarlığı 
– 
demokratiyanın  
azaldılmasını,  keçmiş  acıqların  yada  salınması  və  haqq-  hesabların 
çəkilməsi,  başqasını  qeyri  -bərabər  –  aldadıcı  müqavilərlərlə  istismar 
etmək  mədənəiyyəti,  şüurları,  dəyərləri  dəyişməklə  təsir  etmək, 
çöndərmək  və  digər  vasitələrlə  edilir.  Bu  arsenala  yeni  alətlər  və 
məqsədi  çox  dərində  gizlədilmiş   mexanizmlər   də  əlavə  olunacaqdır. 
Dominantlıq  uğrunda  mübarizə  yenə  də  dünyanı  əldə  etdiyi 
nailiyyətlərə son qoymağa və əvvəlki ağa - nökər və ədalətsiz  dağıdıcı 
vəziyyətə  gətirə  bilər.  Bütün    hegemon  ölkələr  dildə  dostluq, 
əməkdaşlıq,  insan  hüquqları,  bərabərlik,  vahid  yer  planeti  desə  də 
onların  gizli  kəşviyyat  təşkilatları,    xarici  siyasət,  diversiya  və 
təxribatçılıq,  maskirovka  bunun  üzərində  işləyir.  Proqramlar, 
təşəbbüslər hazırlayırlar.  
 
 Gələcək dünya dövləti. 
  
      Bu  iki  amilin  :  həyat  uğrunda  mübarizə  və  dominantlığın  səbəb 
olacağı  dünya  dövləti  və  idarəetməsinin    yaranması  vacib  nəticə 
olacaqdır.  Yalnız  dünya  idarəsi,  bütün  xalqların  bir  ailə  formasında 
birləşməsi    dominantlığı  ləğv  edə  bilər  və  bəşəriyyəti  xilas  edə  bilər. 
Bu orqanın fəaliyyət nəticəsi məhz burada iştirak edən nümayəndələrin 
hansı proporsiyalarda  balanslaşmasından asılı olacaqdır. Bəşəriyyətin 
gələcəyini  və  ədalət  prinsipini,  ekologiyanı,  əksər  insanların 
mənafeyini əsas dəyər qəbul etsək, onda həmin əhalini (bu hər ölkədə 
əhalinin  azı  80%-dir)  təmsil  edən  qrupun  üstün  hüquqlar  və 
səlahiyyətlər  alması  qayğısına  qalmalıyıq.  Əks  halda  qoyulan 
məqsədlər  əldə  edilməyəcək,  pisləşmə  dalğası  davam  edəcəkdir.    Bu 
problemi  həll  etmək  üçün  bir  tərəfdən  milli  dövlətlərdə  demokratiya, 
idarədə,  qanunvericilikdə  birbaşa  iştirak  maksimum  tətbiq  olunmalı, 
digər  tərəfdən  dünya    a)  qanunvericilik  və  b)  icra  orqanında    böyük 
mülkiyyəti, varı olmayan cəmiyyət üstün təmsil olunmalıdır.  
         Dünya    Qanunvericilik  orqanı  3  palatadan  təşkil  olunması 
ehtimaldır:   

 
130 
1)  milli  dövlətlər,  etnik  qruplar  təmsilçiləri(dövlətlər)  palatası;  2) 
dövlətdən asılı olmayan sivil cəmiyyətlər, elmi texniki intellektualların 
təşkilatları  (xalqlar)  palatası;  3)    istehsal  və  xidmət  mülkiyyətçiləri 
(kapitalistlər)  palatası  (bank,  istehsal,  xidmət,  ticarət  və  s.)  və         
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin