sosializmdir ondan sonra isə rasional cəmiyyət mərhələsi gəlir (bax
rasional cəmiyyət konsepsiyası bölməsinə). Gələcək məhz bu son
ictimai quruluşundur, bütün ölkələr- həm kapitalist liberal, həm
sosialist, həm monarxiyalar, həm islam teokratiyaları və monarxiyaları
bu sistemə keçəcəklər. Rasional sosializm isə öz növbəsində
iqtisadiyyatı əsas hissəsi ictimai olan lakin şəxsi biznesə imkan verən,
istehsal və xidmətlərdir. Ictimai müəsisələr isə yeni ağıla əsaslanan
kollektiv idarə mexanizmi ilə idarə olunur. Qiymətlər tələb - təkliflə
müəyyən edilmir, yalnız maya dəyəri və ağılla ictimai fayda ilə
əsaslandırlmış gəlirlər və vergilər əsasında müəyyən edilir. Yalnız
məhsulun növü, miqdarı, forması, keyfiyyəti, istehsal yeri tələb –
təklif prinsipi ilə müəyyən edilir.
Demokratiya, aristokratiya , monarxiya, diktatura, texnokratiya,
naukokatiya?
Qoyulan sual gələcək optimal cəmiyyət konstruksiyası üçün xeyli
vacibdir. Əgər 2400 il əvvəl Yunan mütəfəkkirləri öz müşahidələrində
aristoktratiya, demokratiya və monarxiyanın birgə kombinasiyasını
düzgün quruluş hesab edirdilərsə, hansı ki elə bu günkü dövlət
qruluşları formaca, bəzən məzmunca da belə qurulmuşdur, yeni ağıl –
rasional cəmiyyət erası üçün bu prinsip yaxşı deyil. Müasir
demokratikləşmə çağırışları da heç də demokratikləşməni nəzərdə
tutmur. Əslində onların nəzərdə tutduğu demokratiya çox zərərlidir- o
yalnız hakimiyətə gəlmək vasitəsi rolunu oynayır, hansı ki xalqların
böyük əksəriyyətinin mənafeyinə ziddir. Xalqlara kimin hakimiyyətdə
olması deyi, normal yaşayış, iş, təhlükəsizlik, asayiş lazımdır. Yeni
cəmiyyət heç bir qrupun, fərdin üstünlüyü olmayan yalnız zəruri
ehtiyacı həll edən ideyanın hakimiyəti olmalıdır. Şübhəsiz, bu ideyanı
insanlar təklif edib müdafiə etməlidirlər, hansı ki onların adları vacib
deyil və kodlaşdırılmalıdır. Məhz bu zaman obyektiv qərarlar, həllər
layihələr yarana bilər. Yeni ağıllı cəmiyyət beləliklə statuslara görə
deyil gələcək tələblər, elmi texniki bilkilər, real zərurət, effektiv
qaydalar və həllər metodları ilə işləməlidir. Burada monarxiya qalığı-
prezident və ya baş nazir vəzifəsi, şübhəsiz bu günkü mahiyyətində
ləğv edilib onun yerinə baş dispetçer və ya növbətçi dispetçer
olmalıdır. Aristokratiya – bu günkü varlılardan, xalqdan pul oğurlamış
139
sülalərdən, korporasiya nümayəndələrindən olan parlamentlər ləğv
edilib onun yerində elmi institutlar - həmişəlik və sayı
məhdudlaşdırlmayan elmi texniki ekspertlər, alimlər, müstəqil və rəsmi
tədqiqatçılar qrupu olacaqdır ki, bu qruplar gələcək araşdırmaları,
sosioloq, iqtisadçı, strategiyalar və s. yarım qruplarda birləşəcəklər.
Demokratiyanın yerində - hansı ki yalnız sadə adamların bəzən
həqiqətən seçkilərdə iştirakını nəzərdə tuturdu, əksər halda illuziya,
maska idi- bütün xalq- statusundan asılı olmadan adi insanlar, müəllim,
tələbə, şagird, fəhlə, kəndli, fermer, alim, mühəndis, məmur- daimi
müzakirələrdə iştirak edərək, təşəbbüs və təklif irəli sürərək, tənqid
edərək ilkin ideyaları elmi şuralarda baxmaq üçün təşəbbüs edəcəklər.
Beləliklə, yeni qərar qəbulu sistemi keçmiş baxışda demokratiyanı,
naukokratiyanı, ekspertokratiyanı, texnokratiyanı futurologiyanı, elmi
idarəetməni əhatə edəcəkdir. Burada nə prezident- şah, nə zadəganlar,
nə də hansısa qrup, sülalə hakimiyyətə sahib olacaqdır. Bütün
hakimiyət və idarə bütün xalqa məxsus olacaqdır. Siyasi terminlərlə
desək, suverenlik həm sözdə, həm işdə yalnız xalqa məxsus olacaqdır;
bu suverenliyi zorla qəsb etmək üçün heç bir vəzifə yaradılmayacaqdır
və ya heç bir vəzifə səlahiyyətləri buna imkan verməyəcəkdir.
Elmin və ağılın idarəsi dövrü başlayır
Elm və ağılın idarəsinin başlanması haqda bir çox proqnozlar vardır və
real vəziyyət və şərait onu göstərir ki, artıq bu vaxt gəlmişdir. Düzdür,
cari idarəetmə də guya ağılla və elmlə aparılır. Lakin nə dərəcədə?
Bəzi yerlərdə cəmiyyəti aldatmaq üçün görüntü yaradılır, bəzən başqa
uydurulmuş izahlar ortaya qoyulur, lakin baxırsan ki, elmdən və
ağıldan uzaq qanunlar verirlir və icra edilir. Heç nəyi ağıllı beyindən
və iti gözdən gizlətmək olmur. Yazılı tarixin başlanğıcından bəri
təqribən 7 min ildir ki, insanlar idarə edənlər tərəfindən guya həmişə
düz idarə edilmələri haqda aldadılır. Doğrudan da əgər düz olsaydı,
heç müharibələr, ayrılmalar olmazdı; insanlıq xeyli inkişaf tapardı.
Idarəetmədə sistemik bölmə aparsaq, hesab etmək olar ki, yalnız 25 %
düz idarə olmuşdur, ümumi qərarların 75 %-i irrasional, keyfiyyətsiz
olmuşdur. Bu günə qədər istifadə edilən elmi biliklər yalnız hakim
siniflərin əsas mənafeyini üstün təmin etməyə, qalan 80-90% əhalini
isə aşağı dözülə bilən səviyyədə, inqilab etmək fikrinə düşmədən
yaşamağına imkan vermişdir. İnqilablar isə dözülmə sərhədləri
keçildikdə olmuşdur. Dözüm hədləri isə müxtəlif xalqlarda müxəlifdir.
Necə mala, qoyuna qulluq edilir, yaşamaq şəraiti yaradılırsa, o çox
süd, yun versin, insana da pul gətirən, gəlir gətirən, nemət yaradan
140
heyvan kimi baxılmışdır. Lakin heyvandan daha dözümlü, daha asan
manipulyasiya edilə bilən, çox funksiyalı obyekt hesab edilmişdir.
Məsələn, ideoloji təbliğat və ya dini beyin yuma əməliyyatı ilə insanı
çox asanlıqla hakim siniflərin, ruhanilərin nökərinə, döyüşçüsünə
çevirmək olar. Bu gerçəklik getdikcə insanlara daha çox aydın olur.
İnsanlar ayrıca hakim qrupların deyil, hamının mənafeyinə uyğun elm
və texnologiyadan istifadə edilməsini tələb edirlər. Onlar günəş altında
öz layiqli yerlərini tələb edirlər.
Yeni elm və ağıl dövrünün gəlməsini hətta dini nəzəriyyələr də,
məsələn, E. Blavatskayanın Teosofiya nəzəriyyəsi də göstərir (8).
Orada inkişafı 7 pilləyə bölərək müəllif göstərir ki, artıq 5-ci mərhələ-
ağıl dövrü başlayır. Yəni indi yeni Buddaların, Platonların yaranması
dövrüdür.
Mövcud şərait - informasiya texnologiyalarının inkişafı da bu
dövrün real olmasını göstərir. Çünki bu dövrü həyata keçirmək üçün
insanların ağlını toplamaq və ifadə etmək, ümumi strategiyalar,
planlar, qanunlar, prinsiplər, əxlaq və s. etalon davranışlar, mədəniyyət
yaratmaq lazımdır. Məhz informasiya texnologiyası bunu etməyi -
fikirləri toplamağı müzakirə etməyi, ümumi ağlın formulə edilməsini
qərar qəbulunu asanlaşdıracaqdır. Bu proses birbaşa demokratiya
deməkdir və bəşəriyyətin əbədi öz həyatını və gələcəyini özünün
qurması olan arzusunu yerinə yetirəcəkdir. İnsan daha heç kimi
günahlandıra bilməyəcəkdir, hansı ağıla malikdirsə, elə də yaşayacaq,
ona görə ağıllanmağın vacib olduğunu anlayacaq, elm öyrənməyi
seçəcəkdir.
Teyyar de Shardinin Noosfera nəzəriyyəsi də ağıl dövrünün
başlanmasını göstərir.
Avropada rasionalizm və gələcək elminin birləşdirilməsi ilə
aparılan siyasətlər, sənayeləşdirmə, maksimum iqtisadi artım indi
Avropa alimlərinin fikrincə tənqid edilir. Onlar deyirlər ki, bu
insanlığa xeyir vermədi, əbədi problemlər qaldı, təbiət korlandı,
dünyanın mənfi istiqamətdə inkişaf tendensiyası artmaqdadır. Lakin
mənim fikrimcə, onlar real vəziyyətin səbəblərini düzgün müəyyən
etmirlər. Səbəb rasionalizm və gələcək elmi, elmi- texniki inqilablar,
texniki yeniləşmə deyil. Səbəb yuxarıda qeyd etdiyim kimi qrup, sinif
hakimiyyəti, yəni qrupokratiya – qruplar demokratiyası və liberal,
idarə edilməyən bazardır. Belə ki, hakim qrup başqalarını bu idarə və
qanunvericilikdən uzaqlaşdırır, qərar qəbuluna yaxın buraxmır.
Demək, sadə dillə desək uğursuzluğun əsas səbəbi siyasətdir
(partiyalar siyasəti).
141
Böyük elm və texnika mütəxəssiləri, layihəçi və konstruktorlar,
tədqiqatçı və müəllimlər bu dövrdə hansı formada cəmiyyətin və elmin
idarəsində iştirak edə bilər? Bunun forması tapılmalıdır. Məlumdur ki
mövcud idarətmə struktutu və prinsipləri, hansı ki təkbaşçılığa
əsaslanır, yaramır. Düşünürəm ki, burada aşağıdakı ilkin prinsiplər
daha yaxşıdır:
1.
Əsas təkbaşçılıq deyil, kollektiv qərar qəbulu olmalıdır
2.
Bütün iştirakçılar öz statuslarını dəyişməməlidir və əsas işində
müəyyən vaxt, məsələn (gündə 1-2 saat ) ayrmalıdırlar . Sonra
6 saat əsas iş, 3 saat ictimai qərar qəbulunda iş
3.
Bilavasitə həllə qəbul edilmiş məsələnin tədqiqatçıları isə -bu
yalnız qrup formasında ola bilər - bütün vaxtlarını ona həsr
etməlidirlər.
4.
Elektron texnologiyasından aktiv istifadə edilməlidir - xüsusi
proqram və internet giriş olmalıdır.
Yaxın gələcəkdə gözlənilən yeni idarəetmə inqilabına indi
hazırlaşmaq lazımdır, bunun aşağıdakı plan üzrə olması yaxşıdır.
1.
Seçkilərdə yeni elm və texnika sinfinin nümayəndələrinin aktiv
iştirakı və deputat və dövlət vəzifələrinə seçilməsinin təmini.
Bunun üçün elm-intellektuallar partiyası yaratmaq seçkilərdə
təbliğat, müdafiə qrupları yaratmaq lazım gələcəkdir. Partiya
üzvləri: bütün elmi tədqiqatçılar, müəllimlər orta və ali məktəb
müəllimləri və tələbələri, peşəkar həkimlər elmin bütün
sahələrindən olan işçilər, mütəxəssilər, mühəndislər, texniklər
yaradıcı insanlar
2.
Yeni qərar qəbulu sistemi 2 hissədən olmalıdır. 1) qərar qəbulu
bütün problemlərin həlli, strategiyalar, büdcə, planlar, layihə və
sərəncamlar. Burada bütün arzu edənlər xüsisi prosedur və
mexanizmlə iştirak edir 2) xalis icraçılıq- qərar qəbulu
səlahiyyətləri olmadan- yalnız hazır layihə və proqramlar icra
edilir.
3.
Elm partiyası hakimiyyəti ələ alandan sonra yeni sistemi
hazırlayıb tətbiq edir, sonra seçkiləri ləğv edir, peşəkar
siyasətçilərə, deputatlara seçilmiş rəhbərlərə son qoyulur. Bütün
cəmiyyət yeni mexanizmdə iştirak imkanları qazanır, yalnız arzu
edənlər iştirak edir, heç kəs məcburən iştiraka dəvət olunmur.
4.
Təkbaşçı vəzifələr ləğv olunur, onların yerinə sistem nəzarətçisi,
qərarları elan edən, məlumat yayan, məlumatla sistemi təchiz edən
vəzifələri yaranır.
142
Xoşbəxt gələcəyə salınan yollar
Ekonomist Mark Anielski Həqiqi zənginlik və xoşbəxtliyin
iqtisadiyyatı adlanan yeni iqtisadi model təklif edir (9). Bu model
şəxsi və ev təsərrüfatını, biznesimizi və icma rifahımızı , bizim həyat
keyfiyyətimizi müəyyən edən dəyərlərlə uyğun idarə etməyi təklif
edir.Təbiət və sosial kapitalını sintez edərək bu system yeni mühasibati
təklif edir ki, burada sosial, təbiət, yaradılmış və maliyyə kapitalı bir
balans vərəqində birləşdirilir. Belə dayanıqlı yaşayış baxışı qarşılıqlı
gücləndirilmiş və birləşdirilmiş effektivlik, bərabərlik, qarşılıqlıq
prinsiplərinə əsaslanır.
Müəllif deyir ki, iqtisadiyyatda, mühasibatda
və bisnesdə həqiqi renessans həqiqi rifah və xoşbəxtlik yarada bilər.
Müasir elmi və fəlsəfi düşüncə isə digər yolları- idarəetmədə
aşkarlıq, demokratiya, hakimiyyətlərin məsuliyyəti və hesabat verməsi,
elmin idarəyə tətbiqini, kapitalist sahibkarlar isə həmişə olduğu kimi
təkcə onların varlanmasına kömək edən və böyük əksəriyyəti onlardan
asılı və kasıb edən azad bazarı təklif edir. Çin təcrübəsi dövlətin bazarı
nizamlamasını, əməyə, bazara, qiymətlərə, nəticələrə nəzarətini, dövlət
idarəsinin üstün olmasını təklif edir.
Gələcəyə getmək üçün yolların müxtəlifliyi yaxşı əlamətdir.
Hansı məqsədləri və vəziyyəti əldə etmək üçün yol axtarırıq sualına
cavab vermək lazımdır. Çünki hər məqsədin öz yolu var. Şübhəsiz,
bəşəriyyətin ən ümumi bir arzusu var ki, o da hər bir insanın sülhdə
xoşbəxtliyi, insan kimi yaşaması və hörmət edilməsi, təhlükəsizliyidir.
Qeyd etdiyim kimi real həyatda məqsədlər və onlara çatmaq üçün
tədbirlər daim bir birinə zidd, biri digəri üçün daha çox maska rolunu
oynayır. Niyə? Bunun səbəbi odur ki, obyektiv olaraq bir konkret
məqsədə çatmaq üçün bir yaxud bir neçə alternativ optimal yol var.
lakin bu məqsədi həyata keçirən iştirakçılar- dövlət, şəxsi kompaniya
və fərdlər- bu yolu fərdi ağılları ilə görməli, aşkar etməli və onu icra
etməlidirlər. Məhz bu stadiyada bütün uyğunsuzluqlar, ağıldan kənar
idarə və s. baş verir. Bəzən bilmədən, bəzən bilərək. Məhz ağılın fərdi
və ya kiçik qrupa aid olması bu məsələnin kökündədir. Məhz bu
problemi mən ən vacib hesab edirəm. Təklif etdiyim ideya məhz bu
problemi həll etmək üçündür. Düşünürəm ki, insanları xoşbəxtliyə
çıxarmaq üçün çox gözəl ideyalar mövcuddur. Lakin onlar siyasi
quruluş vasitəsilə təhrif olunaraq yalnız siyasi sinfin- partiyanın,
qrupun, planetin əksər əraziərində, habelə Qafqazda hakim sülalənin
mənafeyini yaxşılaşdırmaq üçün istifadə olunur. Demək, bizə
siyasətdən xilas olmaq lazımdır. İndiyədək bəşəriyyəti məhz, qrup
143
mənafeləri siyasət əzmiş, inkişafını saxlamış və ya səhv istiqamətə
yönəltmiş, insanlara əzab gətirmişdir.
Mən təklif edirəm ki, cəmiyyətin idarəedilməsi elə təşkil edilsin ki ,
hamı iştirak edə bilsin, təkbaşçılıq, tək hakimiyyət vəzifələri yox
edilsin. İnsanlar o vəzifələri tutmağa deyil, ağılla idarədə birgə iştirak
etməyə həvəslənsinlər. İdarənin məqsədi gələcək, hər kəsin
xoşbəxtliyi, təhlükəsizliyi, bütün cəmiyyət üzvləri və dövlət arasında
harmoniya yartatmaq olsun və daim saxlansın. Bu fikir lap qədimdən
bəşəriyyətin daim arzu etdiyidir. Əgər bu məsələ belə həll edilməsə
bütün digər icra edilən və təklif edilən gözəl ideyalar mövcud dövlət
idarəsi tərəfindən şikəst edilərək gözdən salınacaq, cəmiyyət iki: varlı
və kasıb qrupa bölünməkdə davam edəcək, insanlar əbədi əzab
cəkəcək, ədalətsiz, istismarçı idarə quruluşu davam edəcəkdir. Bu
təklifin bütün əlamətlərinin hamısı rasional cəmiyyət konsepsiyasında
əks olunmuşdur.
Gələcək niyə və hansı formada baş verməlidir?
Cavab. Gələcək zəruri olaraq indinin davamı və yeni forması kimi
gəlməli; onun forması isə baş qalaktika, planet, ölkə trendinin və
obyektin fərdi trendinin şərtini ödəyən formadır.
Biz haradan gəlmişik, haradayıq, hara gedirik? Hara getməliyik?
Cavab. Biz yer planetində təbii evolyusiya nəticəsində əmələ gəlmişik.
Planet sivilizasiyasının müxtəlif növləri və inkişaf səviyyəsində olaraq
biz vəhşi heyvan həyatından insan həyatına keçmək prosesindəyik. Bu
prosesdə zorlular xeyli müharibələr və zorakılqlar etmiş, nəhayət 21
əsrdə əksər xalqlar dinc yaşamaq və əməkdaşlıq yolunu tutmuşlar.
Zorlunun idarəsi və zəifi istifadə etməsi -həyat prinsipi dəyişməmişdir,
yalnız maskası dəyişmişdir. Planet sivilizasiyası uşaqlıq (vəhşi dövr),
yeniyetmə, cavanlıq, orta yaş və qocalıq , məhv dövrü siklində
yaşayaraq hazırda orta yaş dövründən qocalıq və müdriklik pilləsinə
keçid
prosesindədir.
Biz
bütövlükdə
bütün
bəşəriyyətin
müvazinətləşməsi və sistem halına düşməsi, yəni yaxşılığa
istiqamətində gedirik- bu ən qlobal trendir, əslində biz bunu bilavasitə
hiss etmirik. Lakin həyat prinsipi (zorlunun idarəsi, yalnız özünü
güdməsi) idarə edənlərin şüurunda dəyişmədiyi və əgər indiki idarə
prinsipi və məqsədləri dəyişməsə biz məhvə gedirik. Mahiyyətcə bu
fərdi(şəxsi, sinfi, qrup, milli) mənafelərin ictimai daha ümumi
bəşəriyyətin- hamının mənafeləri ilə düzgün balansının olmamasıdır.
Bu balansı tapmağı və qurmağı liberal bazar və mövcud sinfi (habelə
sülalə, qrup) idarəetmə pozur. Bunu bilərək biz planet vətəndaşları bu
nəticyə yol verə bilmərik. Bəs hara getməliyik? Biz o istiqamətə
getməliyik ki cəmiyyət özü özünü idarə etsin, fərdi və ictimai, qlobal
144
mənafelərin təminatında yeni ağıllı proporsiyalar qəbul olunsun, liberal
bazar və sinfi idarə ləğv edilsin. Bu bəşəriyyətin xoşbəxtliyinin və
planetin qorunub saxlanmasının qarantı olacaqdır. Bu ideyaların icrası
rasional cəmiyyət konstruksiyasında maddiləşmişdir (10 və 11).
RASİONAL CƏMİYYƏT
Ümumi mülahizələr.
Bütün insan tarixi ərzində əsas həlledici məsələ insanlara elə bir
ictimai qərar qəbulu mexanizmi vermək olmuşdur ki, onlar birlikdə
onun vasitəsilə iştirak edib bütün məsələləri ortaya qoysunlar və onun
ən optimal həllini tapsınlar. Lakin bu 2008 –ci ilədək baş verməmişdir.
Bu ildə müəllif axtarılan həlli rasional cəmiyyət nəzəriyyəsi haqda
yazdığı kitabı hazırlayıb nəşr etdirmişdir. Bu işdə marağı olmayan
avtoritar – diktatorlar və onların şaykası belə mexanizmin yaranmasına
imkan verməmişlər. Özlərini isə allahdan və ya cəmiyyət tərəfindən
təyin edilmiş ,“seçilmiş” şah, kral, xan, xəlifə, mer, baş nazir, prezident
hesab etmişlər. Elə bu gün də bu belədir. İnsan cəmiyyətlərini varlı,
hərbi, dini siniflər idarə edir və başqa sinifləri bu işdən uzaqlaşdırır.
Dövlətlərdə hakim varlı siniflər demokratiya pərdəsi altında
diktaturanı qururlar
İnsanlara elə bir belə mexanizm lazımdır ki, bu onların yaxşı
həyatını, effektiv işini, təhlükəsizliyini, yaradıcılığını təmin etsin;
onların uşaqlarına, gələcəyinə yaxşı yaşamaq imkanları versin.
Cəmiyyətin birgə həyatı, fəaliyyəti və inkişfı yalnız etik problemi
həll edəndən sonra mümkündür.Yəni bu birgə həyat etik dəyərləri
yaratmalı və daim istifadə etməlidir və onları pozmamalıdır.
Bildiyimiz kimi etikanın əsasında bir işi gördükdə onun başqalarına
zərər verməməsi, ümumi gəlir aldıqda onun bərabər bölünməsi,
bərabər iştirak, öz hərəkətini başqalarının mənafeyi ilə uyğunlaşdırmaq
tələbləri durur. Etikanın əsas məsələsi birgə işi necə təşkil etməkdir
Ümuminin mənafeyinə yönəlmiş iqtisadi sistem Marksın təklif
etdiyi sosializm olmuşdur. Lakin bu sistem böyük nəzəri defektləri
olduğu üçün və kommunistlər tərəfindən yaradıcı yanaşılmadığı -
ehkam kimi qəbul edildiyi üçün öz məqsədlərinə çata bilmədi. Lakin
onun potensiyal imkanları var idi. Sosializm insanlara iş, pulsuz
müalicə, təhsil, sosial təminat verdi. Mənə belə gəlir ki, kommunist
rəhbərlər onun tezliklə ləğv olunmasına özləri çalışdılar, çünki rüşvətlə
topladıqları var dövləti istifadə edə bilmirdilər. Sosializmin eyibləri
ləğv edilmiş yeni rasional sosializm növü də vardır ki, bu sistem insan
145
arzularına cavab verir. Bu sistemi Çin sosializmi misalında qismən
oxşar olaraq təsəvvür etmək olar.
Rasional sosializm iqtisadiyyatın əsas hissəsi ictimai olan, lakin
şəxsi biznesə imkan verən, istehsal və xidmətlərdir. Ictimai müəsisələr
isə yeni ağıla əsaslanan kollektiv idarə mexanizmi ilə idarə olunur.
Qiymətlər tələb təkliflə müəyyən edilmir, yalnız maya dəyəri və ağılla
ictimai fayda ilə əsaslandırlmış gəlirlər və vergilər əsasında müəyyən
edilir. Pərakəndə satış qiymətləri istehsal qiymətinin- maya dəyərinin
dəqiq faizi miqdarında 20-30% təyin edilir.Yalnız məhsulun növü,
miqdarı, forması, keyfiyyəti istehsal yeri tələb – təklif prinsipi ilə
müəyyən edilir. Rasional sosializmin daha yüksək pilləsi rasional
cəmiyyət modelidir.
Eranın başlanğıcında İsus Xristos insanları və o dövrkü təsəvvür
edilən cəmiyyətləri xilas etmək üçün yeni ideya - “hamını, düşmənləri
də sev”- irəli sürdü. Bununla o bütün bəşəriyyəti xilas etmək istəyirdi.
Bu çox yaxşı ideya idi. Lakin bu ideya ikinci bir ideyanın da zəruri
olduğu halda işləyə bilərdi. Bu da insanların maddi nemətlərə az meyl
salmaları, varlıların öz gəlirlərini kasıblarla bölməsi, yəni orta
vəziyyətdə yaşamaq ideyası idi. Bunu da İsa məsləhət görürdü.
Reallıq göstərir ki, insanlar varlanmaqdan, daha çox maddi
nemətlərəldə etmək uğrunda mübarizədən əl çəkə bilmir, çünki
yaşamağın başqa üsulu yoxdur. Lakin qıtlıq, uduzmaq, kənara atılmaq
qorxusu qarşısında onları dəf etmək üçün mübarizə, yəni rəqabət
insana hamını sevməyə mane olur. Demək olar ki, dünyanın hər yeri
bu situasiyadadır. Kapitalist – istismarçı sistemi isə hamını sevməyin
qarşısını kəsir, hər kəs yalnız öz hayındadır, yalnız öz cibini düşünür.
İnsanlar maddi həyat uğrunda fəaliyyətdən əl çəkə bilməz və hamını
belə şəraitdə sevə bilməz. Bu halda o yalniz özünü, ailəsini,
qohumlarını, dostlarını sevə bilər. Hamını sevmək üçün nemətlərin,
imkanların bolluğu, asan əldə edilməsi lazımdır. İnsanın insanı qul,
asılı etmək imkanları ləğv edilməlidir. İnsanın kələklə bütün nemətləri,
pulu öz əlinə toplaması, başqalarını isə bundan məhrum etməsinə
xidmət edən sosial mexanizmlər (dövlətlər, iqtisadi-hüquqi sistemlər)
ləğv edilməlidir. Bütün kapitalizm bu mexanizmdən ibarətdir. Demək,
hamını sevmək necə reallaşa bilər? Bu məsələ həll edilməlidir. Əlbəttə
böyük dühalar, Marks, Engels və digərləri bunun səbəbini tapmışdılar.
Bu səbəb hamını sevməyin qarşısını kəsən istismardır - başqalarından
əvəzi ödənilməyən istifadədir, yəni gəlirin onu yaradanlar arasında
qeyri - bərabər bölünməsidir. Hamının hamını sevməsi yoxdursa, belə
cəmiyyət daim müharibə, konfliktlər, narazılıq içində, dayanıqsız,
146
uğursuz olacaqdır. Bu problemin həlli mənim irəli sürdüyüm rasional
cəmiyyət nəzəriyyəsində tapılmışdır. Bunun üçün burada:
1) Elə bir ictimai idarə sistemi qurulur ki, hamı iştirak edir, yəni bütün
arzu edənlər, istəməyənlər isə iştirak edənlərin kollektiv qərarı ilə
avtomaik razıdırlar. Belə üsulla nəticədə optimal qanun və qərarlar
qəbul edilir. Nəticədə nemətlər, imkanlar bolluğu və onların asan əldə
edilməsi meydana çıxır ki, insanlar yaşamaq uğrunda kəskin
mübarizəyə qoşulmur, canavar olmağa ehtiyac qalmır.
2) hər bir nemətlərin istehlakında, əmək haqlarında rasional hədlər,
kəskin fərqlənməyən aşağı və yuxarı hədlər müəyyən edilir.
3) ictimai gəlir hesabına zəruri həyat ehtiyacları: mənzil, təhsil,
müalicə, istirahət, mədəniyyət ödənir. Bununla insanın yaşamasına
təhlükə ləğv edilir.
4) hamıya iş və bütün növlərdən olan iş, fəaliyyət, yaradıcılıq təmin
edilir .
5) istismarın qarşısı maksimum dərəcədə alınır. Qiymətlər rasional
saxlanılır, artması qadağan edilir.
Bütün əlamətlərinə görə görünür ki, yeni dövr başlayır.
Təkbaşçılıq ləğv edilib, idarə iki qola ayrılmalıdır: 1)qərarların
hazırlanması və 2) onu icra edənlər komandası. Qərarlar yalnız
kollektiv – müdrik adamlar tərəfindən hazırlanmalıdır ki, o yüksək
keyfiyyətə, düzlüyə , işləmə qabiliyyətinə, məsələni tam həll etmə
keyfiyyətinə malik olsun. Müdriklik isə heç bir diplom yaxud
sertifikatla, seçmə ilə müəyyən edilmir. Hər kəs özü- özünü heç
olmasa bir məsələdə müdrik hesab edirsə, o iştirakçı olur.
Məhz dünyanın əsas problemi odur ki, hər şeyin nəzəriyyədə,
sözdə optimal həlli az -çox tapılıb, hər şeyin, münasibətin optimal
olmasa da babət həlli var, lakin praktikada ona insanlar çox hallarda
əməl etmirlər. Nə qanun, nə əxlaq insanları onu pozmaqdan
çəkindirmir. Bu gün problem ondan ibarətdir ki, hər problemin tapılan
–tətbiq edilən həlli hökmən bir tərəfin zərər çəkməsi, dözməsi, digər
tərəfin isə üstün təmin olmasını nəzərdə tutur. Adətlər, əxlaq belə
qurulub. Əzənlər düşünür ki, onların əzməsi əxlaqidir; əzilənlər də elə
düşünür ki, bu əxlaqidir. İnsanlar bərabər haqlar haqda nadir halda
düşünürlər.
Bərabərlik anlayışının adətə keçməsi üçün, görünür, xeyli
maariflənmə, təhsil, təlim, təbliğat, təcrübə tələb olunur. Bunların
içərisində məhz təcrübə ən vacib amildir, belə ki, sözlər, təbliğat
insanlara az təsir edir, ümumiyyətlə etmir, yalnız insan öz
təcrübəsində, iştirakçı oluqda, öz başına gəldikdə dərk tdir, bu ona
aydın olur və adətə çevrilir. Məsələn, demokratiya görməmiş adama və
ya prezidentə nə qədər də onu təsvir etsəniz o başa düşməyəcəkdir və
147
demokratiya görüntüsü yaradıb cəmiyyətin gözünə kül üfürəcəkdir,
yalnız o demokratiyanı təcrübə etsə və nəticəsini görsə onda
inanacaqdır.
Digər misal. İnsanlar belə düşünməyə adət etmişlər ki, məhsul
istehsalında alınan ümumi gəlir, vergilər və materiallar, istehsal
xərcləri ödəndikdən və işçiyə minimal – dözə bildiyi, sahibkarın
aldada bildiyi maaş verəndən sonra bütün qalan digər hissəsi
mülkiyyətçiyə çatmalıdır. Nə üçün? əgər bütün işçilər iştirak edərək
kollektiv əmək nəticəsində məhsul iştirak etmişlərsə, niyə bütün gəlir
(Marksın əlavə dəyəri) sahibkarın olmalıdır? Məhz bu proses
istismarın, ədalətsizliyin kökündə dayanır. Demək, bu düşüncə də
əvvəldən qeyri bərabərliyi - bir qrup insanların az xeyir almasına,
digər qrup adamların çox xeyir almasına hesablanmış əxlaq, adətdir,
dəbdir.
Bəs əgər istehsal bir neçə işçi olmaqla avtomatlaşdırılmış
avadanılığın hesabına baş verirsə onda bu əlavə dəyəri kim
götürməlidir?
Adamlara
dövlət vəzifələrini- hakimiyyəti ələ keçirmək
ehtiyaclarından və bunun üçün vuruşmaqdan, seçki kampaniyalarından
xilas edib, onlara öz həyatlarını, ümumi idarəsini , gələcəyini qurmaq
üçün birgə qərar vermədə iştirak mexanizmi vermək lazımdır. Bu
bəşəriyyətin bütövlükdə və hər bir cəmiyyətin - kənd, şəhər, region,
ölkə- birinci məsələsi olmalıdr . Bu böyük məsələni həll etmək üçün
qərar qəbulu prosedurları, etik rasionallıq prinsipləri, qərar qəbulunun
ümumi elektron proqramı, prosesin tam mərhələlərini əks etdirən
mexanizmi, prosesi aparan institutlar yaratmaq lazımdır.
İcraçılar da eynilə qərar hazırlananda onların peşələri və işin
növlərinə görə müəyyən edilməli və xüsusi müqavilələr
hazırlanmalıdır. Hər icraçının görəcəyi iş tam təsvir edilməli, əlində
konkret layihə, proqram, plan olmalıdır. Məhz bu layihəni yerinə
yetirmək üçün vəzifəyə təyinat aparılmalıdır, müqavilə bağlanmalı,
orada habelə işin başlanğıcından axırına qədər ictimai müşahidə və
faktların sənədləşdirilməsi, məsuliyyət, yoxlama, qiymətləndirmə
qaydası mükafat və cəza, zərəri ödəmək və s. tələblər göstərilməlidir.
İcraçıları dövlətin ən böyük vəzifə postundan tutmuş ən aşağı
orqanlara qədər heç birini seçki, səs vermə ilə seçmək olmaz. Yəni
prezidenti, nazirləri, deputatları, heç bir ictimai müdiri, bələdiyyə
sədrini seçməyə ehtiyac yoxdur. Bu metod yaramır. Yeni rasional
cəmiyyətdə ümumiyyətlə belə vəzifələr yoxdur. Demək, bütün lazım
olan qanunlar və qərarlar yalnız kollektiv formada- iştirakçılara
məhdudiyyət qoyulmadan- aparılır. Daha xüsusi deputata ehtiyac
148
yoxdur, habelə mövcud mənada başa düşülən prezidentə və nazirlərə,
idarə rəhbərlərinə ehtiyac yoxdur. Onları adıcə dispetçer - növbətçi
əvəz edəcək, hansı ki keçmiş və yeni qəbul edilmiş qanun və qərarları
elan edəcək, onların icrasına rəsmi nəzarət (əvvəldən hazırlanmış
prosedur və proqrama uyğun) edəcək. Daha doğrusu nəzarət maşınının
dispetçeri olacaq, avtomatik göndərilən tələb və xəbərdarlıqlara əlavə
olaraq telefonla da bir başa ictraçı ilə danışacaq. Hədlər, normalar
keçildikdə təminat və məsuliyyət prosesininin avtomatik işə
salınmasından başqa insani ünsiyyət prosesini də işə salacaq. Xarici
dövlətə münasibətdə prezident ya baş nazir yalnız təmsilçi olacaq
aldığı təklifləri qərar qəbulu sisteminə qoyacaq - qərar hazırlama
prosesinə başlamaq üçün. Onun xarici əməkdaşa təklif edəcəyi
təklifləri və mövqeyni isə yenə də əvvəldən “qərar maşını”
hazırlayacaq- hansı ki hər kəs, habelə vəzifə tutan adamın özü də
iştirak edə bilər.
Digər tərəfdən qanunların miqdarı azaldılacaq, onlar yalnız uzun
müddətli dəyişməz fundamental qanunlardan və strategiyalardan
ibarət olacaqdır. Strategiyaların tələb etdiyi operativ işlək- inkişaf,
Dostları ilə paylaş: |