İttifaq müqaviləsinini tez tapardı (bu həmişə mümkün idi) və ittifaq
xilas edilərdi. SSRİ daxilində respublikalar bu ittifaqdan hansı zərəri
görürdülər? heç bir zərəri- çoxusu daha çox alırdılar, nəinki verirdilər.
Ümumi müdafiə, ümumi əməklə qazanılmış gəliri bərabər bölmə, azad
əmək və azad yaşayış yeri seçmək mümkün idi. Xalqları narahat edən
Kommunist diktaturası idi ki, onun nəticəsində əldə edilən ümumi
nemətlərin böyük hissəsi xarici köməyə, hərbi silahlanmağa gedir,
səhv planlaşdırma, səhv idarə nəticəsində məhsullar xarab edilir,
hesabdan silinir, insan həyatının yaxşılaşdırılması daha davam etdirilə
bilmirdi; İnsanlara zərər vuran SSRİ deyildi, kommunist diktaturası
idi-bu idarə və qanunvericilik azad, demokratik edilsəydi, problem
aradan qalxacaqdı. İnsanlar problemlərin həllini irəli sürəcəkdi və bu
61
optimal həll tapılacaqdı. Düzgün strategiyalar qurulacaqdı. Nəticədə ən
azı çatışmayan fərdi yaradıcılığa, fərdi biznesə Çindəki kimi icazə
veriləcəkdi.
Səhv
planlaşdırma aradan qalxacaqdı, yarımçıq
kommunist rəhbərlər daha ağıllı adamlarla əvəzlənəcəkdi.
Sovet dövlətini və Sosializmi bir qrup kommunistlər(şirlər) yaratdı,
digər qrup kommunistlər(tülkülər) dağıtdı. Mən deməzdim ki, Çin
kommunistləri də Çini dağıdır. Onlarda başqa mədəniyyət, başqa
baxışlar mövcuddur. Qlobal dünyada ABŞ, Avropa və Rusiya
hegemoniyasına qarşı durmaq, 1.5 milyard əhalini yaşatmaq,
Sosializmin Çin variantını inkişaf etdirmək vəzifələri düşünürəm ki,
Çin rəhbərlərini daha məsuliyyətli edəcəkdir, və onlar qlobal kapitalist
tələsinə düşməyəcək, özlərini Rusiya kimi itirməyəcəklər.
Sosializmin kapitalizmdən fərqli olaraq böyük üstünlükləri və
imkanları vardır. Bu gün Çin artıq 2-ci hegemon dövlətidir, 2030 –cu
ilə o artıq ən böyük lider olacağı proqnozlaşdırılır. Bu fakt sübut edir
ki rasional sosializm, yəni ictimai əmlak, istehsal və xidmətlərlə şəxsi
biznesin optimal balansı daha uğurludur. Bu variant bütün bəşəriyyətə
universal yol kimi təklif edilə bilər. Sosializmdən imtina etmiş
dövlətlər bütün Şərqi Avropa, Rusiya, Qafqaz ölkələrinin xalqları
tezliklə peşman olacaqlar və böyük səhv etdiklərini həyatlarına çətinlik
gətirdiklərini anlayacaqlar. Nə üçün onlar kapitalist hegemolarının
qurduğu tələyə tez düşüb yaxşı şanslardan istifadə etmədilər. Səbəb
onların marksizm- leninizmi yaxşı başa düşməmələri, şəxsi varlanmaq
maraqlarına daha çox aludə olmaları, burada demokratiyanın
olmaması, diktaturaın hakim düşüncə olmasında (rəhbərlərə inam və
onlara arxayın olmaq) idi. Məhz bu iki amildən ABŞ kəşviyyatı
istifadə etdi 1) yuxarıdan rəhbərləri ələ aldı; 2) xalqlar arasında
nayrazılığı radiolar və pulla alınmış yerli ziyalılar vasitəsilə qızışdırdı,
onları ayırdı; 3) insan hüquqları, demokratiya kartından istifadə etdi.
Bunlar ancaq vasitə idi, reallıqda onlar demokratiyanı heç də
istəmirlər. Çünki demokratik kapitalist ölkələrin hökumətləri görürlər
ki, öz ölkələrində insan hüquqları və demokratiya onların
idarəetməsinə mane olur, onları məhdudlaşdırır. Elə bu gün də
sosializmdən imtina etmiş ölkələrdə nə insan hüquqları, nə
demokratiya var, yalnız maskası vardır. Bəs nə üçün indi bu
nastavniklər daha demokratiya və insan hüquqlarını müdafiə etmirlər.
Bu fakt sübut edir ki, onlara bu lazım deyildi. Onlara belə vasitələrdən
istifadə edib sosializmi məhv etmək və yeni, yaxud köhnə rəhbərləri
ələ almaqla onların vasitəsilə yeni azad bazarlar, istismar etməyə ərazi,
təbii ehtiyatlar və insanlar, pullarını artırmağa imkanlar əldə etsinlər,
həmin ölkələri zəif vəziyyətə salıb onları özlərindən asılı etsinlər.
62
Onları xammal göndərənə, satış bazarına çevirsinlər. Sosializmi nə
üçün onlar istəmirdilər, çünki sosializmi kommunist və sosialist
partiyalar qoruyurdu və kapitalist sistemi ilə rəqabət apararaq onların
gəlirini azaldırdı., Kapitalist dövlətdə isə daim 30% kasıb, 50 %
ortabab 20% varlı var idi. Bütün qanunvericilik və idarəetmə 80%
əhalinin hesabına bu 20%-n rifahına xidmət edirdi . Sosializmdə
kasıblıq və kənar varlılıq yox idi, o xalqlara bərabər və kafi həyat
şəraiti yaradaraq kapitalizmin mənəvi dayaqlarını sarsıdırdı.
Savaş kapitalizmi tərifləyən kitabında yazır ki, kapitalizmin tam
qələbəsi üçün hər şey özəl olmalıdır (13). O sübut etməyə çalışır ki,
bəs özəl olduqda müəsisələr, xidmətlər daha gəlirli olur və deməli
bütün ictimai müəsisələri özəlləşdirmək lazımdır. Tamamilə səhv və
sosial səmərəliliyi sübut olunmayan baxışdır. Onun məqsədi
müəsisələrin daha çox gəir almasıdır. Lakin cəmiyyətə isə gəlir yox,
yaşamaq ( qida, geyim, müalicə, təhsil, sanatoriya, kurort və s.)
lazımdır. Gəlin Savaşın özəl müəsisəsi ilə ictimai müəsisəni müqayisə
edək Savaş müəsisəsi az adamla çoxlu pul qazanır və bu pulun çoxunu
sahibkar mənimsəyir, insanlar kiçik maaşla saxlanır, təhlükəsizlik
qaydaları, sosial təmintalar əsasən icra olunmur, 30 % işçi ixtisar
olunur. Hər bir özəl müəsisə az adamla işləməyə çalışır, azad edilmiş
adamlar harada işləsin, necə yaşasın? Onlara işləmədən əlavə yardım
vermək daha pis seçimdir, nəiniki onların yerində qalıb işləməsi. Digər
tərəfdən Savaşın müəsisəsində insanlar Teylor metodu ilə tam fiziki,
zehni gücdən salınır, onun fikirləşməyə, istirahətə, mədəni tələbatlarını
ödəməyə vaxtı qalmır, insan vaxtından əvvəl qocalır və ölür. Təbii
ehtiyatlar vəhşicəsinə istismar olunur və təbiət korlanır. Ictimai
müəsisədə isə hamı işləyir, ixtisar yoxdur, təlükəszlik və sosial təminat
icra edilir, iş ağılla planlaşdırılır və bankrot olmaq təhlükəsi yoxdur.
Qiymətlər nəzarətdədir, şişirtmə, aldatma yoxdur. İnsanlar mədəni
tələbatlarını təmin edir, istirahət, dincəlmək tamamilə mümkündür.
Gəlir ədalətlə bölünür. Sahibkar yoxdur ki, özünə çox götürsün, bütün
qalan gəlir müəsisənin inkişafına və dövlət büdcəsinə gedir. Ictimai
müəsisədə də bütün proses nəzarət oluna bilər və o daha effektiv ola
bilər, onun xeyli potensialı vardır. Məgər, sovet ittifaqı 2-yerə
çıxmamışdı? Bu zaman hamı işləmiş, kasıb olmamışdır, hamının insan
kimi yaşamağa şəraiti olmuşdur ABŞ isə 1-ci yerə 30% əhalinin
kasıblığı, işsizliyi hesabına çıxmışdır.
Marks öz tədqiqatında müəyyən edir ki, dövlətdə hakim ideyalar
hakimiyətdə olan siniflərə məxsusdur və idarə formasından asılı
olmayaraq dövlət - istehsal vasitələrinə sahib olan hakim sinfin
diktaturasıdır. Bunu kəşv edəndən sonra Marks fəhlə sinfinin
63
diktaturası ideyasına gəlir (6, səh 516. Bəli bu belədir, lakin istehsal
vasitələrinə sahib olmaq vacib deyil. Sovetlərdə istehsal vasitələri
ictimai idi, guya fəhlə kəndli sinfinə məxsus idi. Lakin həmin sinif
hakimiyətə sahib deyildi, hakimiyət yenə də hər bir cəmiyyətdə tarix
ərzinə olduğu kimi fırıldaqçı, varlanmağa həris, şöhrətpərəst təbəqənin
əlində idi ki, bunlar hamısı kommunist partiyasına soxulmuşdular,
hansı ki ictimai mülkiyyət onlara da tabe deyildi. Bu təbəqə SSRİ də
kommunist
partiyasının
yuxarıdan
aşağıya
rəhbərləri-
funksionerlərindən ibarət idi. Adi kommunistlərə bunun dəxli yox idi,
onlar həmin güruh tərəfindən zorla aldadılaraq və ya vəzifə, imkanlarla
şirnikləndirilərək partiyaya üzv edilmişdilər. Məsələn, İranda da 1979-
cu ildə dini ruhanilik hakimiyəti əlinə aldı və indiyədək diktatutanı
davam etdirir. Bu iki fakt göstərir ki heç də hakimiyyəti ələ almaq
üçün mülkiyyətə malik olmaq vacib deyil. Istənilən hakimiyət
dəyişiliyində klassik fəhlə- kəndli sinfi, indi isə muzdlular adlanan
bütün zəhmətkeşlər fırıldaqçı və dələduzlar üçün vasitə rolunu
oynamışlar. Onlara heç nə düşməmişdir . Onlar həmişə qara işi
görmüş, xeyrini isə zirək fırıldaqçılar görmüşlər. Beləliklə Marks və
Engelsin tarixin analizi vasitəsilə əldə etdikləri nəticə dövlətin hakim
sinfin diktaturası olması və yeni ədalətli cəmiyyət qurmağa həmin
diktaturaya fəhlə sinfinin sahib olması yolu ilə çatmaq ideyası səhv
olmuşdur. Tarix sübut etmişdir ki, heç bir sinfin diktaturası xilas və
inkişaf yolu deyildir. Bəşəriyyət yeni yol axtarmalıdır. Hakimiyyəti
və idarəni siniflərə, qruplara bağlamamalıdır. Məhz onların həll edici
rolunu ləğv etməlidir ki , yalnız bu xilas üçün şans verərdi. Lakin sovet
təcrübəsi məsələni dərk etmək və səhvlər etməmək üçün qalmış
sosialist dövlətlərinə xeyli faydalıdır, əgər onlar düzgün anlasalar.
3.2 Qafqaz respublikaları Rusiya və NATO arasında rəqabətin
qurbanıdır
Hegemon dövlətlər, bizə məlum olan Rusiya və ABŞ
qeyd
etdiyim şeytani dövlət (evil state) formalaşdırmaq yolu ilə dünyada
region ölkələrini idarə etməyə cəhd edirlər. Məsələn, Qafqazda
Ermənistanı həm ABŞ həm Rusiya qara qüvvə kimi regionda sülhü
pozmaq və öz mənafelərini qorumaq, region ölkələrini idarə etmək
üçün istifadə edir. Yaxın şərqdə isə İsraildən region dövlətlərini
tabeçilikdə saxlamaq və istismar etmək üçün istifadə edir. Soruşmaq
lazımdır ki, bəs Ermənistan üçün bunun nə xeyri var? Heç bir xeyri,
erməni xalqı yeni torpaq qəsbləri ilə aldadılaraq onun susması təmin
edilir, halbuki ona heç bir özgə torpağı lazım deyil, etnik təmizlədiyi
64
öz ərazisindən və qəsb edilmiş torpaqlardan o heç bir xeyir götürmür,
20 ildən çoxdur boş qalıb bitkiləri heyvanalrı məhv edilir, yaşayış
məskənləri dağıdılır, meşələri çölləri vəhşicəsinə yandırlır. Erməni
xalqına düşünmək, müzakirə etmək, demokratiya verilməyərək ona
özünü dərk etməyə, başına açılmış bu problemi görməyə və bu qara işi
görən şeytan rolundan xilas olmağa imkan verilmir. Nə öz dövləti
tərəfindən nə manipulyator dövlətlər (ABŞ, Fansa, Rusiya) tərəfindən.
Erməni xalqı tarixən indiki Türkiyə ərazisində Van gölü ətrafında
yaşamışdır. Tarixin bir anında, Eradan əvvəl cəmi 70 il ərzində o ətraf
situasiyadan istifadə edərək ətraf torpaqları işğal etmişdir, eyni
zamanda indiki Azərbaycan ərazisini. Sonrakı tarix ərzində
dövlətçiliyini itirmişdir. Lakin 1920-ci ildə Lenin Azərbaycan xalqının
yaşadığı ərazidə hansı ki 90% olmuşdur, indiki Ermənistan
respublikasını yaratmış və ermənilərə dövlət vermişdir. Artıq 110
ildən çoxdur ki, Erməni xalqında qəribə bir sueverlik yaranmışdır.
Onun beyninə millətçi bir partiya belə ideya yeritmişdir ki, onlar
dənizdən dənizə, yəni Qara dənizdən Xəzər dənizinə qədər əraziləri
tutmalıdırlar, çünki 2 min il əvvəl onlar bunu qəsbkarlıq edərək
etmişlər. Onların beyninə belə bir fikir yeridilmişdir ki, onlar tarixi
təkrar
etməlidirlər.
Bu
əraziləri tutub başqa millətlərdən
təmizləməlidirlər. Bu millətlərə isə azərbaycanlılar, gürcülər, ruslar,
kürdlər aid edilmişdir. Ermənilərin niyə belə etməsinin izahını
Filosoflar Mokiy B.C.və Şeqay O.E. tədqiqatlarında müəyyən etmişlər
(14). Onlar yazırlar :”Yer kürəsi ərazilərini loskutlardan tikilmiş
odeyala oxşatmaq olar ki, burada bəzi zonalarda insanların beyninin
elektromaqnit ritmləri fərqlidir. Belə ritmlər əsasən uşaqlarda və
psixikası pozulmuş yaşlılarda olur. Belə ərazilərin insanları başqa
ərazilərin adamlarının sözlərinin həqiqi mənasını başa düşmək
qabiliyətini itirirlər. Yaşamaq üçün onlar özlərinə xüsusi dünyagörüş
və dini doqmaların xüsusi mənasını uydururlar. Belə neqativ təsirə
məruz qalan zona bütün dövləti əhatə edirsə onların dünyagörüşünün
mənəvi etik normaları dövlətin proqnazlaşdırla bilməyən daxili və
xarici siyasətini müəyyən edir. Belə zonanın adamları uşaq kimi
hərəkət edir və öz hərəkətlərinə hesabat vermirlər, özlərini psixi xəstə
kimi aparırlar. Bütün dövlətlərdə, harada ki daim sosial siyasi
gərginliklər vardır; silahlı münaqişələr, terrorizm, separatizm,
zorakılıq, başqa mədəniyyətləri, millətləri sevməmək ideologiyalarını
daşıyırlar, onlar hamısı neqativ zonalarda yerləşirlər. Belə davam
edərsə bəşəriyyət iki qrpa ayrılacaq: başa düşənlərə və başa
düşməyənlərə (невменяемые)”. Müəlliflər təklif edir ki, bütün
bəşəriyyət belə dövlətlərə münasibətdə xüsusi davranış seçməlidir. Bu
65
xalqların əvvəl beyinlərini müalicə etmək lazımdır ki, bunun üçün yeni
transdisiplinar yanaşma tələb olunur.
Göründüyü kimi xəstə bir təffəkkürün - faşist və Nazi rasist
ideyaları ilə bir kateqoriyaya uyğun olan millətçi bir ideya bu milləti
ağılla yaşamağa, dünya ilə qonşular ilə bir əməkdaşlıq etməyə imkan
vermir. Onların belə düşüncəsi və hərəkətləri bəşəriyyətin yaxşı
gələcəyinə, dünya dövləti və idarəsi qurmağa, sərhədlərin rolunun
itməsinə gölgə salır. Bu hərəkətlər bütün bəşəriyyətin gələcəyinə ziddir
və bunu güclü dövlətlər - ABŞ, Avropa ittifaqı, Rusiya, şübhəsiz,
anlayır və aqressoru noxtalamır. Nə üçün ? Çünki bu dövlətlər əslində
dünya gələcəyini, sülhü saxlamağı öz əsas məqsədləri hesab etmirlər,
onlar üçün birinci dəyər xristian dövlətlərinin müsəlman dövlətləri
qarşısında üstün maddi rifahı, daha çox əraziyə sahib olması,
konfliktlərin əbədi qalması və bunlardan öz mənafeyi üçün istifadə
etməkdir. Belə bir düşüncə hansı ki belə hegemonlar müdafiə edirlər,
bəşəriyyətə yaxşı heç nə vəd etmir. Görünür elə hegemonların əli ilə
planetdə insan sivilizasiyaları məhv olacaqlar. Hegemonları isə
hökmən kapitalist ictimai sistemi yetişdirir. Bunun axırı hara gedir? Bu
dövlətlər məhz sülhə məsul olduqlarını desələr də, yenə də xəbis
məqsədlərindən əl çəkmirlər. Konfliktlərin arxasında duraraq biri
dünyanın bir yerində öz şəxsi hegemonluğu üçün çalışır, digəri isə
bunu qəbul edir, digər yerdə isə özü belə hegemeonluq üçün
çalışır.Yəni dünyanı istismar ərazilərinə bölüb onun hesabına
yaşayırlar. Nəticədə hegemonların mənafeləri ödənir, hamısı razı
qalır. Məgər dünya zonalara bölünərək hegemonlara yem olmaq üçün
qurulub? Ermənilərin belə bir milli məqsədindən ətraf hegemon
qüvvələr ABŞ və Rusiya çox hiyləgərliklə istifadə edərək burada
yaşayan xalqları idarə etməyə, öz mənafeyinə tabe etməyə çalışır.
Maraqlıdır, bu dövlətlər terrorçuluğa qarşı mübarizə, sülhü qorumaq və
saxlamaq uğrunda proqramlar elan etsələr də, belə şeytan işləri
müdafiə edirlər. 2010 ildə yayılmış wikileaks internet səhifəsinin
məlumtları da bu fikirləri sübut edir. Bu faktlara əsasən deyə bilərik ki,
biz siyasi ikiüzlülüklə qarşılaşırıq, onların əsil məqsədləri elan etdikləri
deyil, yenə də dünyada dominantlığa sahib olmaqdır. Bütün
mütəfəkkirlərin müəyyən etdiyi bir fikir: bütün davranışlar siyasətlər
yalnız şəxsi(qrup) mənafeyə xidmət edir, elan edilən məqsədlər,
şüarlar, sözlər isə maska rolunu oynayır-daim düz çıxır. Məhz bu
həqiqəti bilərək, sülhpərvər bəşər dünyası effektiv, etibarlı
konstruksiya edilməlidir ki, bu hələ də yoxdur.
Ermənistanın eyni şeytan rolundan ABŞ (habelə Rusiya) Türkiyəyə
qarşı da istifadə edir. Halbuki ABŞ və Türkiyə ikisi də Natoya üzvdür.
66
Məsələn, 2009 il Avqustda Türkiyəni Ermənistanla sərhədləri açmağa
məcbur etmək üçün ABŞ rəsmiləri deyir: “əgər sən sərhədləri
açmasan mən erməni soyqırımını konqresdə müzakirəyə qoyacam”.
Türkiyə blok daxili belə xəyanətə nə üçün dözür? O şübhəsiz,
alternativ haqda düşünməlidir. Lakin artıq arxiv sənədləri sübut edir ki,
genosid olmamışdır və bu uydurma bəhanə dünyadan sui-istifadə
etmək , kömək almaq üçün uydurulmuşdur. Maraqlıdır, ABŞ işğalçı
Ermənistanı nə üçün müdafiə edir, hətta maliyyə yardımı edir, lakin
ondan işğal etdiyi Azərbaycan ərazisini tərk etməyi tələb etmir? Orta
şərqdə ABŞ İsraili maliyyə və silahlarla müdafiə edərək Orta Şərqin
jandarmı rolunu ona vermişdir və bununlıa müsəlman dünyasını idarə
etməyi, tabe və istismar etməyi həyata keçirir. Bu fakt və hədsiz digər
faktlar göstərir ki, ABŞ, elə Rusiya da dünyada sülhü birinci pozandır
və bəşəriyyətin gələcəyinə böyük təhlükədir. Onun məqsədi yalnız öz
dominantlığıdır və dünya üzərində ağalıq etmək xülyasıdır.
Amerikanın dünyadakı mənfi roluna kifayət qədər faktlar vardır.
Məsələn, Galtung Johan kitabında yazır: “1945-ci ildən bəri ABŞ 35
siyasi qətl, 11 işgəncə, 25 bombardman, 67 qlobal intervensiya, 11
dəfə seçkilərin saxtalaşdırlması olmaqla dünyada cəmi 161 siyasi
zorakılıq törətmişdir (Galtung, Johan. „ September 11, 2001:
diagnosis, prognosis, therapy”. http://www.transcend.org/. Bunlara
2003-cü ildən sonra İraq və Əfqanıstanı da əlavə etməliyik.Hələ yeni
qurbanlar planlaşdırılır. Buradan digər hegemonların Amerikan və
Rusiya dominantlığına qarşı əks tarazlıq yaratması zərurəti doğur. Bu
təsvirdən yenə də belə aşkar olur ki dini mənsubiyyət dünyanın məhz
birinci bəlasıdır. Dinlərinə görə dövlətlər bir - birinə qarşıdır. Əgər
hamının dini eyni olsaydı, onda dini amil meydana çıxmazdı. Yəni dini
fərqliyi aradan qaldırmaq üçün bəşəriyyətin universal yeni elmi - ruhi
dünyabaxışları qəbul etməsi və köhnə dinləri ləğv etməsi daha yaxşı
olardı. Böyük mütəfəkkirlərin göstərdiyi trendlər: a) dünya dövlətinin
yaranmasın doğru hərəkat , b) qlobalizasiya, c) bəşəriyyətin sistem
formasında daim qurulması və ticarətdə, iqtisadiyyatda, mədəniyyətdə,
elmdə inteqrasiyası, d) ümumi planet problemlərinin həlli və
ekologiyanın qorunması hərəkatı mövcuddur. Lakin bu faydalı
trendlərə qarşı əks trendlər, əks fəaliyyətlər də vardır ki, bizdə
ümidsizlik yaradır. Əks trend nasionalist, ənənəçilik, dini ayrılıq,
tribalizm, hegemonçuluq , izolyasionizmdir. Erməniləri Qafqazda,
İsrailin Orta şərqdə bəşəri prinsipləri və UN nizamnaməsini pozmaqla
davranışları: aqressiyası, mədəni sərvətləri məhv etməsi, çayları
zəhərləməsi, çölləri yandırması təbiətə qarşı vəhşiliyi dünyanın yaxşı
gələcəyə doğru inkişafına manedir. Hələ bir erməni intellektualı
67
meydana çıxmamışdır ki, ağılla erməni hərəkətlərinə qiymət verə
bilsin, bəşəriyyətə zidd olduğunu görsün, bəşəriyyətin inkişaf
trendlərini görə bilsin və ondan faydalı istifadə etmək üçün planlar irəli
sürsün, belə ki erməni xalqının böyük şansları vardır.
Ermənistan şeytan, dağıdıcı, araqarşıdırıcı roluna məhkum
edilmiş dövlət rolunu oynamağa məhkum edilmişdir. Kim onları
məhkum etmişdir? Şübhəsiz, özləri və xarici maraqlı dövlətlər -Rusiya
və ABŞ- bunu etmişlər, bəşəriyyətin irrasional idarə strukuruna malik
olması səbəbinə görə (onlara bu imkanı verdiyinə görə), planetdə vəhşi
bioloji qanunlarla işləyən yırtıcı hegemon dövlətlərin olmasına görə.
Bu da şübhəsiz, təbii qanuna uyğundur. Proqressiv qüvvələrə qarşı
daim reqressiv qüvvələr, inkişafın tormozları durur. Məsələ
burasındadır ki, müxtəliflik şəraitində məhz hegemonlar birtərəfli,
özlərinin inkişafını başqalarının isə geridə qalmasını istəyirlər.
Bəşəriyyyətin
ərazilərində, xalqlarında qeyri bərabər inkişaf
strategiyası hansı ki məqsədli olaraq edilir, məhz tormozların,
şeytanların –vasitələrin yaranmasına imkan verir. Deməli, ilkin olaraq
dövlətlərin bir- birinə mane olmasına, aqressiyalarına son qoymaq
zəruridir. Planet ərazilərinin elə bir birgə istifadəsi haqda müqavilə
bağlamaq lazımdır ki, narazılıqlar, konfliktlər yaranmasın, sərhədlər
formal, yalnız bəzi az miqdarda spesifik hallarda əhəmiyyətə malik
olsun. Buradan belə nəticə çıxır ki, bəşər sistemi, hər dövlətin idarə
sistemi dəyişlməli, qanun və qərar qəbulunda hegemon siniflər bütün
xalqla əvəz edilməlidir. Çünki bütün xalq varlı hakim siniflərdən fərqli
olaraq aqressiv, eqoist deyil, daha çox humanist, dinc yaşamaq
istəyən, planetə, yaşadığı əraziyə, gələcək nəslinə qayğı çəkən,
qoruyandır. Başqa yol yoxdur. Əgər bu dəyişmə olmasa bəşəriyyətin
xilası yoxdur, heç bir İsa, Mehdi, Budda gəlib onu xilas edə bilməz.
Lazımdır ki, insanların özləri belə müdrik olsunlar. İstənilən hegemon
dövlət digərinə qarşı atom silahı işlədə bilər, istənilən an qlobal
müharibə törənə bilər. 1969-cu ildə Sovet hökuməti Ussuri
konfliktində Çinə qarşı atom bombası işlətmək haqda qərar vermişdi
və ABŞ - ın neytrallığını saxlamaq haqda xahiş etmişdi. Lakin ABŞ
əvəzində belə etsə 124 Sovet şəhərinə atom bombası atacağı ilə
hədələyəndən sonra sovetlər bu ideyadan çəkindilər. Bu misal göstərir
ki, bəşəriyyətin hegemon siyasi strukturlarının ağlına istənilən
axmaqlıq gələ bilər, onları özbaşına buraxsan, onlar planeti də məhv
edərlər.
Yuxarıdakı təsvirdən xalqlara çox aydın bir məsləhət yaranır. Onlar
həqiqi
səbəbləri
anlayaraq hegemonların tələsinə, kökəsinə
uymamalıdırlar. Onlar özləri münaqişələri həll etməli, hegemonların
68
onlara sırıdığı baxışları rədd etməlidirlər. Ən yaxşı həll bütün kainat
varlıqlaının əks mənalı hissələrdən ibarət olduğu kimi, onların da
birləşməsi, yeni ittifaq yaratmasıdır. Bu təbii dünya qanununa uyğun
həlldir. Münaqişədə olan ölkələr və bütün zəif ölkələr özləri öz ağılları
ilə dünya bilik xəzinəsindən özlərinə optimal siyasi ictimai mədəni
quruluş, itisadi inkişaf, yeniləşmə, demokratiya və idarəetmə, dövlətə
nəzarət, qərar qəbulu, təhsil , səhiyyə, əməyin təminatı modelləri
seçməli və ya uyğun konstruksiya etməlidirlər
.
Bu dövlətlər
hegemonlar tərəfindən onlara təklif olunan hər təklifin arxasında nə
durduğunu araşdırmalı, öz strategiyalarını qurmalı və onlarla bu
strategiyaya uyğun, heç bir şərtsiz könüllü əməkdaşlıq qurmalıdırlar.
Adətən, ABŞ və qərb imperializmi, onların orqanı olan Dünya Bankı,
Valyuta fondu əməkdasşlıq etdikdə böyük siyasi şərtlər irəli sürür.
Belə şərtlərdən imtina etmək lazımdır və özünə güvənmək-yəni xalqlar
öz evlərində olan qızıl və zinət əşyalarını toplayıb onlarla öz
inkişaflarını maliyyələşdirməlidirlər , öz elm və texnikasını, istehsalını
inkişaf etdirmək, milli birliyə, əməksevərliyə, daxili ehtiyatlardan
istifadə etməyə çalışmaq lazımdır. Bütün münaqişədə olan ölkələr və
bütün orta və zəif ölkələrin xalqları lazımı maariflənmə, təşkilatlanma,
yeni düşüncə vasitəsilə öz hökumətlərini yaratmalı və bu hökumətlərə
nəzarət etməli , hökumətləri əlinə keçirmiş bütün zərərli və xalqı
faciəyə sürükləyən hakimiyyətdə olan n bütün diktatorları, müxtəlif
rasist, qəsbkarlıq, nasionalizm uyduran liderləri ifşa etməli, onları
hakimiyyətdən uzaqlaşdırmalıdırlar.
Xalqlar yol verməməlidirlər ki, siyasi hakimiyyəti hiylə ilə əlinə
alan sülalələr, hərbi, millətçi, dini qruplar onları başqa dövlətlərin
əlində oyuncağa çevirsinlər, onların sülh içindəki həyatlarına mane
olsunlar, xalqın xam maddi sərvətlərini vəzifədə qalmaq üçün
bağışlasınlar, ümumi mənafeyə zidd olaraq xam şəkildə satsınlar və
mənimsəsinlər, ölkəni hegemon dövlətlər üçün xammal mənbəyinə və
satış bazarına çevirsinlər. Bu bütün orta və zəif dövlətlər üçün ümumi
strategiya olmalıdır.
Hegemon dövlətlərin də xalqları sosialist, fəhlə, gələcək partiyaları
yaratmalı və hakimiyyətə varlı bosları buraxmamalıdırlar, özləri məhz
sülh və ədalət sevən orta təbəqədən ağıllı adamları rəhbərliyə
seçməlidirlər.
Dostları ilə paylaş: |