MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


 Cəmiyyətin təşkili  konstruksiyası   və  onun nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   2   3   4   5   6   7   8   9   ...   29

 
2.4. Cəmiyyətin təşkili  konstruksiyası   və  onun nəticələri   
 
     Tarix  və  bu  günün  reallığı  çox  aydın  göstərir  ki,  müxtəlif  sosial, 
siyasi,  həyat  tərzi    keyfiyyətləri,  ideologiya,  xoşbəxtlik  hissi    təsadüf  
deyil,  məhz  cəmiyyətin  müəyyən  təşkili  konstruksiyasından  asılıdır. 
Məsələn,  bir  ölkədə  azadlıqdır,  lakin  böyük  kasıblıq  və  varlılıq  var 
birində hamı toxdur, hamının işi var, lakin azadlıq ( söz, şəxsi, iqtisadi, 
siyasi) yoxdur. Birində totaliyarianizmdir, yəni insanların düşüncəsi və 
hərəkətləri  üzərində  total  dövlət  nəzarəti  var.  lakin  millət  mənəvi 
dəyərlərlə birləşmişdir və istənilən məqsədi  yerinə yetirməyə hazırdır.  
Birində  azadlıqdır,  lakin  bu  azadlıq  yalnız  dövlət  məmur  təbəqəsinin 
klanları və dostlarına aiddir və millət acdır, bir neçə kapitalist ağaya və 
məmurlara  xidmət  edir,  rüşvət  verir.  Birində  həyat  təhlükəsizdir  və 
fərdi  azadlıqlar  var,  lakin  avtoritayian  hökumət  altında  əzilir. 
Morqentau    yazır:  “Ədalət  və  demokratiya  bir  ölkədə  bir  məna  kəsb 
edir,  digər  ölkədə  başqa  məna”(4,  282).  Liberal  demokratlar  özlərinə 
aid  etmədən  yalnız  düşmən  cəbhəsi  üçün  yaratdıqları  totalitarianizm  
terminini də 2 növə ayırırlar: kommunizm və faşizm (2, s 654-655). Bu 
reallıqları  analiz  etdikdə  görürürk  ki,  doğrudan  da  hər  konkret  nəticə 

 
35 
üçün konkret təşkil modeli tələb olunur. Başqa sözlə hamının qarnının 
tox  və  işi  olması  üçün    daha  çox  ictimai  mülkiyyətin  lazımı  hədlərdə 
olması  və  dövlətin  müəyyən  hədlərdə  totalitar  idarəetməsi  lazımdır. 
Başqa  cürə  əsil  xaos  ola  bilər.  Xarici  qəsblərə  cavab  vermək  üçün 
totalitarizm  lazımdır.    Təkcə  20-30%  əhalinin  yaxşı  yaşaması  üçün   
qiymətlərin  azad  buraxılması,    istehlakçılıq,  azad  biznes  imkanları 
lazımdır.  Bu  modeldə  bəs  qalan  əhalinin  başına  nə  gələcəkdir?  Axı 
qalan  70-80%  əhali  bu  imkandan  sadəcə  istifadə  edə  bilməyəcəkdir. 
Hamı  ağa  olsa  inəkləri  kim  sağacaqdır?  Şübhəsiz,  onlar  həmin  30% 
biznesmenlər  üçün  işləməli,  istismar  olunmalıdırlar.  Belə  azadlıqda 
hamı qabaqda ola bilməz, hökmən ticarət və mübadilə vasitəsilə bütün 
maaşlar  biznesmenlərin:  tacirlərin,  istehsalçıların,  dəllalların, 
ruhanilərin 
və 
azca- 
dövlətin  əlinə  keçəcəkdir.  Birləşmə, 
təmərküzləşmə,  monopoliya  vasitəsilə  mülkiyyət,  torpaqlar,  ticarət, 
bizneslər  monopolların  -  az  adamların  əlinə  keçəcək,  qalan  əhali 
deməli, pis vəziyyətdə yaşamağa məhkum olacaq. Bu elə kapitalizmin 
mahiyyətidir.  Deməli,  bu    model  də  bütün  cəmiyyətə  faydalı  deyil.  
Ayrıca  indiyədək  olmuş  sosializm  modeli  də    müəyyən  eyiblərə 
malikdir. Lakin bu eyiblər olmadan o necə ola bilər? Deməli, yaratmaq 
istədiyimiz yeni ictimai modeldə yaxşı arzu etdiyimiz əsas cəhətlər və 
arzu  etmədiyimiz  lakin  əsas  cəhətlərə  görə  dözməli  olacağımız  eyib 
cəhətlərlə  birgə  layihə  etməliyik.  Belə  olduqda  biz  daim  eyib 
cəhətlərin  təsirini  ağıllı  idarəetmə  ilə  azalda,  yaxşı  cəhətlərlə 
balanslaşdıra bilərik.  
T
əsvir edilən baxışla bu gün deyə bilərik ki, hələ 
daha  yaxşı  cəmiyyət  qurulmayıb,  bütün  tarxi  nümunələrin  içində  heç 
biri yaxşı deyil. 
      Qərbdən  liberal  baxışla    baxanda  Çin  totalitar  ölkə  kimi  görünür. 
Nə  olsun  ki,  totalitar  olmasa  1,  5mlrd  əhalini  idarə  etmək,  yedirtmək 
mümkün olmazdı.  Optimal  ictimai  konstruksiya  bir az totalitarlıq, bir 
az azadlıq, bir az  aşkarlıq, bir az kollektiv iştirak, müəyyən qədər-azı 
70%  ictimai  istehsal  və  xidmətlər,  90  %  ictimai  torpaqlar,  elm  -
texnologiyanın  istifadəsi  və  s  faktorların  optimal  proporsiyasını  tələb 
edir.    Lakin  optimal  proporsiyada  da  bir  prioritet-  daha  çox  çəkiyə 
malik dəyər- əsas şərt olmalıdır. Bu dəyər bütün bəşəriyyətin  və milli 
dövlətlərin  təşkili  və  yaşaması  üçün  hansı  olmalıdır?    Şübhəsiz,  bu 
qrup  demokratiyası,  sinfi  ideoloji    (kapitalistlərin,  yaxud  dindarların, 
yaxud  hərbçilərin,  partiyaların)  idarəetmə,    yaxud  hakimiyyət,  30% 
əhalinin  varlı,  70%  -n  kasıb  olması  proporsiyası,  faşist  yaxud  digər  
partiyanın diktaturası ola bilməz.  
 Daha ağıllı təşkil modeli : 

 
36 
1)
 
yalnız  hər  bir  insana  iş,    həyat  şəriti,  səhiyyə,  təhsil    və  dinc 
sülh şəraiti qarantiya verən dəyərlərin əsasında qurula bilər. 
2)
 
Avtonomluq  prinsipini  qəbul  etməklə  ,  yəni  hər  kəs,  hər  icma 
özünü azad idarə edə bilsin  
3)
 
Hər  bir  ehtiyacların  prinsiplərin  ağılla  müəyyən  edilmiş 
rasional hədlərində olmasını təmin etməklə,  və 
4)
 
 Fasiləsiz  yeniləşməni,  təmizlənməni  sazlanmanı    təmin 
etməklə 
qurula  bilər.  Digər  şərtlər  isə  ölkənin  coğrafi  yerindən,  milli 
xüsusiyyətindən,  şüur  səviyyəsindən  asılı  olaraq      müəyyən 
edilməlidir.  Yəni  əsas  dəyərlər  ödənməklə  ölkə  müəyyən  qədər 
totalitarian, müəyyən qədər demokratik, müəyyən qədər azad,müəyyən 
qədər aşkar, müəyyən qədər tiran ola bilər. 
       Gəlin  düz  danışaq,  məgər  ABŞ  özünü  demokratiya  və  insan 
hüquqları  müdafiəçisi  adlandırsa  da    çox  hallarda  faşist  kimi 
davranmır?  Onun  nə  işinə  qalmışdır,  bir  bəhanə  ilə  İraqı  məhv  etdi, 
qeyri-sabitlik  yaratdı,  indi  də  Əfqanıstanda  döyüşür.  O  özünə 
məşğuliyyət tapa bilmir? Məgər qərb  çox orijinal, dinc, elə totalitarian 
üsullarla bütün ətraf dünyanı istismar etmir?  Məgər EU - Nato özünü 
kral kimi Kosovoda zorakı aparmadı? Həmin Nato digər qəsbkarlığa -
Ermənistanın  Azərbaycanı  işğal  etməsinə  sadəcə  etinasızlıqla 
yanaşmadı?  
      Bu  məntiq  bizim  bəşər  sisteminin,  elə  Avropa  ittifaqının  nə  qədər 
qeyri-təkmil olduğunu gösrtərir. 
Bütün  siyasətlər,  bütün  davranışlar  yalnız  öz  şəxsi,  sülalə  və  qrup 
mənafeyinə,  sinfi  mənafeyə  yönəlmişdir.  Yəni  yuxarıda  qeyd  etdiyim 
əsas olmalı dəyər  praktikada dövlətlər tərəfindən ikinci yerə keçirilir, 
qrup mənafeyi naminə, hegemonluq naminə, dini birlik naminə. Total 
baş  verən  bu  təcrübədən  bəşəriyyət  nə  vaxt  xilas  olacaq.  Sözlərdə 
demokratiya,  bərabərlik,  ədalət  deyən  hər  bir  siyasi  dövlət  praktikada 
yalnız  özünə  xeyirli  -başqasına  zərərli    siyasəti  güdür.  Bunun  səbəbi 
nədir? Səbəb hər cəmiyyətin təşkili strukturundadır. Harda ki partiya - 
qrup  hakimiyyəti  qüvvədədir  və  məhz  hakim  siniflər  yalnız  öz 
mənafeyi  üçün  siyasəti  qururlar,  ona  uyğun  davranırlar,  cəmiyyət  isə 
hansı  ki    yalnız  ədalət,  normal  həyat,  sülh  istəyir  -  qərar  qəbulundan 
uzaqda saxlanmışdır. 
      Son faktlara baxaq. 2011 il, Yanvar Tunisdə xalq kütlələri kasıblıq, 
rüşvərxorluq  və  qiymətlərin  artımına  kütləvi  etiraz  edir  və  ölkə 
prezidenti  ölkədən  qaçır.  Bu  hadisə  detonator  rolu  oynayır,  digər 
dövlətlərdə  də  Yəmən,  Albaniya,  İordaniya,  Misir,  Əlcəzair,  Suriya, 
Efiopiya  xalqları  da  etiraz  edərək  prezidentin  istefasını,  yeni  ictimai 

 
37 
sistemin qurulmasını tələb edirlər. Digər azı 170 dövlət də -Qafqazda 
Ermənistan, Azərbaycan və bir çox Asiya ölkələri, Afrika bütövlükdə, 
keçmiş sovet respublikaları, elə Rusiya bu gündədir, həmin xalqlar da 
öz rəhbərlərinə, prezidentlərinə və bütöv hakimiyyətə nifrət edirlər və 
onların  rədd  olmasını  arzu  edirlər.  Səbəb  nədir?  Səbəb  ictimai 
quruluşun  nadan  qurulması,  diktaturaya  xidmət  etməsi  və  xalqa  zidd 
siyasət  aparmasıdır.  İnsanları  işlə,  normal  həyatla  təmin  etməmək, 
rüşvətdir.  Niyə  bəs  bu  dövlətlərdə  də  qəfil  belə  etirazlar  baş  vermir. 
Ona görə ki, burada kəskin cəza tədbirləri polis, xəfiyyə güclü işləyir, 
etiraz  edənlər  sadəcə  fiziki  məhv  edilir,  cəmiyyət  miflərlə,  uydurma 
vədlərlə  aldadılır,  azad  sözə  imkan  verilmir.  Həqiqətin  deyilməsinə 
manelər  qoyulur,  həmkarlar  təşkilatlarını  dövlət  idarə  edir,  müxalifət 
sıradan  çıxarılmışdır,  intellektualların  ağzı  müxtəlif  üsullarla  -  vəzifə 
verməklə,  pulla  satın  almaqla,  qorxutmaqla  -  bağlanır.  Məsələn, 
Azərbaycanda  belədir,  böyük  neft  gəlirlərinə  baxmayaraq  cəmiyyət, 
xüsusilə  gənclər  işsiz,  müalicədən  məhrum,  işləyənlər  yaşamaq  üçün 
lazımi  qədər  maaş  almır,  rüşvətxorluq  dövlətin  bütün  strukturunun 
xarakteridir,  deputatları  prezident,  onun  qohumları  və  dostları  təyin 
edir,  seçkilər  əsil  sirk  tryukudur;  sosial  yardımlar,  işsizliyə  görə  cüzi 
və  bütün  işsizlərə  deyil,  onların  cüzi  hisəsinə    12  aya    verilən 
müavinətlərin yarısını məmur alır. Tunisdə başlanmış kütləvi etirazları 
inqilab  adlandırmaq  olar.  Güman  ki  bu  inqilab  geniş  yayılacaq,  hər 
xalq  öz  ağır  vəziyyətinin  səbəbini  dövlət  idarəsində,  hakim  sülalədə 
olduğunu anlayacaq və etirazlara başlayacaqdır. Daha ağıllı xalqlar isə 
ictimai  sistemin  qəsdən  xalqı  əzmək,  rüşvət  yığmaq  üçün,  nadan 
qurulmasında olduğunu anlayacaqlar. 
      Budur,  Münhendə  yerləşən  Marşall  fondu  hər  il  təqribən  100 
milyardlarla pul toplayır ki,  Afrikaya, aclığın ləğvinə və xəstəliklərin 
müalicəsinə  xərcləsin. Məgər pul xərcləməklə problem həll olunur? 50 
ildir  ki,  bu  iş  görülür  nə  üçün  problemlər  həll  edilməyib?  Məsələ 
orasındadır  ki,  əslində  fondun  məqsədi  köklü  problemləri  həll  etmək 
deyil.  Bir  neçə  il  əvvəl  problemlərin  prinsipal  həlli  haqda  məqaləmi 
həmin  fonda  göndərərkən  belə  cavab  aldım  ki,  məqalə  onların 
maraqlarına  uyğun  deyil,  ona  görə  çap  edə  bilməzlər.  Əgər  məqsəd 
problem  həll  etmək  deyilsə,  bəs  nədir?    Mən  deyərdim  ki,  problemi 
daha  da  kəskinləşdirmək,  böyük  əhali  kütləsini  daim  pis  vəziyyətdə 
saxlamaq,  2  və  3-cü  düny  ölkələrində  axmaqları  və  rüşvətxorları 
hakimiyyətdə  saxlamaq,  onların  özlərinin  məhsullar  istehsal  etməsinə 
yol verməmək, həmin ölkələri yalnız xammal təchicatçısı kimi istifadə 
etmək, bazarı aktiv saxlamaq və   1 dollar  yardıma  gələcəkdə  3 dollar 

 
38 
mənfəət  almaqdır.  Hansı  ki  mövcud  tədqiqatlar  bunu  müəyyən 
etmişdir.  
       Hər  şey  öz  hədlərində,    çoxluq  daxilində    digər  elementlərlə 
optimal 
proporsiyada 
olanda 
faydalıdır. 
Azadlığın 
və  
demokratiyanın  da  optimal  hədləri  və  uyğun  proporsiyaları  olmalıdır. 
Məsələn,  kim  deyə  bilər  ki,  bu  gün  məhdudlaşdırılmayan  davranış  və 
iqtisadi  azadlıq  müasir  kapitalist  dövlətlər  üçün,  əhali  üçün,  ədalət 
üçün yaxşıdır? Heç kim bunu deyə bilməz. Ona görə ki, məhz həmin 
dövlətlərin problemlərinin kökündə bu  hədləri olmayan ağılsız azadlıq 
durur.  Məgər    həmin  azadlıq  və  prinsiplər  nəticəsində  inflyasiya  və 
böhranlar  törəməsi,  bir  qrupun  böyük  miqdarda  insanları  istismar 
etməsi,  aldatması  pulları  öz  ciblərinə  toplaması,  qalan  əhalinin  isə 
daim  ehtiyac  və  problemlər  içində  olması,  gələcəyə,  sabaha  ümidi 
olmaması,  küçəyə  çıxmağa  qorxması    yaxşıdır?    Deməli,  yeni 
layihələndirilən  ictimai  konstruksiya    azadlıq  və  demokratiyanın 
hədlərini, nisbətlərini və optimal formasını müəyyən etməlidir.  
 
 
2.5. Dünya strukturu və dəyişiliklərinin xarakteri  
 
        Ölkələr  arası  əlaqələri  araşdırdıqda    beynəlxalq  siyasətin  əsil 
məqsədi  dominantlıq  olduğu  məlum  olur,  bu    ideyaların,  siyasətlərin, 
fəaliyyətlərin,  qüvvələrin  mübarizəsi  vasitəsilə  olur.  (4, 354-358). 
Hegemon  dövlətlər  dünya  siyasətinin  aparıcıları  olduğu  üçün  onların 
apardığı təbliğat, yardım, diplomatiya, “parçala və idarə et”, “kökə və 
şallaq”,    “qara  işi  görən  şeytani  dövlət  yarat  və  müdafiə  et”  - 
siyasətləri,  hərbi  silahlanma  və  hərbi  əməliyyatların,  ticarətin,  digər 
dövlətlərin  daxili  işinə  qarşımasının,  məsləhətinin  əsil  səbəbinin  
dominatlıq  əldə  etmək  və  rəqib  hegemonun    mövqeyini  zəiflətmək 
olduğu  məlum  olur.    Xalqlar  bilməlidirlər  ki,  onlara  sırınan 
demokratiya  təbliğatı  və  ya  azadlıq  ideyası,  müstəqillik,  suverenlik, 
yeni  demokratik,  informasiya,  postindustrial    cəmiyyət,  bərabərlik, 
ədalət    ideyalarının  məqsədi  həqiqətdə  onları  əldə  etmək  deyildir, 
onlara  fayda  vermək  deyildir.  Bunlar  hamısı  hegemon  dövlətin 
dominantlıq  əldə  etməsi  instrumentləridir,  öz  xeyri  üçündür,  nişana 
alınmış  dövləti  qonşu  ilə  arasını  vurmaq,  onların  birləşməsinə, 
əməkdaşlığına,  bütövlüyünə    qarşıdır,  həmin  dövlətin  malik  olduğu 
təhlükəsizlik  blokunu  dağıtmaq,  zəiflətmək  üçündür.    Bu  çox  dəhşətli 
bir reallıqdır,  siyasi davranışların üzəri maskalar ilə örtülmüşdür. Belə 
mühit  əsil  həqiqəti  görmək  və  öz  yolunu  düz  müəyyən  etmək  üçün 
böyük  qabiliyyət  tələb  edir.  Təsvir  edilən  məntiqdən  baxdıqda  bütün 

 
39 
müasir konfliktlərin məhz hegemon dövlətlərin  xarici siyasəti nəticəsi 
olması  məlum  olur.    Məsələn,  bütün  keçmiş    ayrılıqlar,  habelə  yeni 
münaqişələr:  İslam  dünyasının  parçalanması,    Amerikan  İngilis 
imperializminin  nəticəsidir,  Çin  -Tayvan  münaqişəsi,  Afrikanın  
sərhədlərinin    kolonistlərin  düz  bölməməsilə  əbədi  münaqişəyə  cəlb 
olunması,  Qafqazda  Ermənistan  -  Azərbaycan  münaqişəsi      və  digər 
sovet respublikaları arası və daxili münaqişələr Rusiya, ABŞ və digər 
xarici hegemonların siyasəti nəticəsidir.  
       Pakistan  –  Hindistan  -  Kəşmir  münaqişəsinə  baxaq.    Burada  da 
xarici  dövlət  -  UK  paz  rolunu  oynayaraq,  bu  problemi  yaratmışdır  ki 
Hindistan  və  Pakistan  arasında    əbədi  düşmənçilik  qalsın  ,  nəticədə 
ikisi  də  zəif  qalsın,  UK  isə  dominant  ola  bilsin.  Bunun  üçün  o  əvvəl 
19-20  əsrdə  bütöv  Hindistanı  milli  dini  düşmənçilik  yaradaraq 
hissələrə    bölmüşdür.  Həmin  ölkələr  üçün  əsas  məsələ  düşmənçiliyin 
səbəbini  anlamaq  və  bu  tələdən  öz  ağılları  ilə  çıxmaqdır.  Burada  hər 
iki  dövlətə  ən  optimal  məsələ  elə  siyasət  yeritməkdir  ki,  Kəşmir  
torpağının  münaqişə  edən  heç  bir  dövlətə  məxsus  olmasının 
əhəmiyyəti olmasın.  Bu  əraziyə  azad özünü idarə verilsin  və üçüncü 
ölkələrin buraya  siyasi  və hərbi protektoratlığına  yol verilməsin. Bu 
hər iki  dövlət bu ərazi özünüidarəsi və biznes dairələri ilə azad iqtisadi 
əməkdaşlıq etsin. Ən yaxşısı hər iki dövlətin və Kəşmirin konfederativ 
dövlətdə birləşməsi ola bilərdi.   
 
2.6. Kapitalizm konstruksiyasının tənqidi  
 
Feodalizmdən  kapitalizmə  keçid  momentinə  baxaq.  Bu  barədə  XVİİİ 
əsr  Fransız  maarifçiləri  çox  dəqiq  ifadə  edirlər.  Onlar  feodal 
quruluşunu  ağılsız  elan  edərək  onu    “təbii  qaydalara”  cavab  verən 
“ağıllı quruluşla” əvəz edilməli olduğu fikrini irəli sürürdülər (2 , səh 
217).  Maraqlıdır  ki,  onlar  bu  quruluşu  ən  mükəmməl  quruluş 
adlandırırdı.  Məsələn.  M.  Weber  hesab  edir  di  ki  “kapitalizm  ən 
mükəmməl  ictimiai  qtisadi  quruluş  formasıdır”  (8,  səh  424.      Müasir 
baxış aşkar edir ki, o yenə də “ağılsız” quruluşdur və təbii qaydalara - 
harmoniya  qanununa  uyğun  deyildir.  Eyni  hadisələr  quldarlıqdan 
feodalizmə  keçid  dövründə  də  olmuşdur.  Feodallar  da  ağıllı  quruluş 
qurmaq  istəyirdilər.  Lakin  kapitalist  burjua  nümayəndələri  və  bütün 
kəndli    və  sənətkarlar  feodal  quruluşunun  da  ağılsız  olduğunu  aşkar 
etdirlər.  Bu  iki  hadisənin  mahiyyəti  odur  ki,  hər  yeni  sinif  köhnə 
quruluşun ağılsız olmasını  görsələr də onun hamı üçün, hər şey üçün 
təbiət və gələcək üçün ağıllı quruluşa çevirməyi deyil, yalnız özlərinin 
mənafeyinə  uyğun  gələn  ağıllı  quruluşla  əvəz  etməyə  çalışırdılar. 

 
40 
Məhz bu səbəbə görə bu quruluşlar hamısı son nəticədə yenə də ağılsız 
olaraq  qaldı.  Çünki  həyat  sistemi  təkcə  yeni  varlı  siniflərdən  ibarət 
deyil  ki,  təkcə  onlar  üçün  quruluş  yaxşı  olsun,  burada  müxtəlif  
siniflər,  icmalar,  təbiət,    bütöv  cəmiyyət  var,  hamının,  hər  şeyin 
mənafeyi qorunmalıdır. 
       Mən kapitalizmə aşğıdakı tərifi  verirəm. 
“Kapitalizm  kasıblar  və  əxlaqla  yaşayanların  kasıblığı,  zəhməti  və 
daim  ehtiyaclı  həyatı,  bəzən  dilənçiliyi  üzərində  qurulmuş  bir  neçə 
varlının siyasi hakimiyyətidir” 
        Kapitalizmin özü də heç düzgün layihələdirilməmişdir. Yəni təbii 
iki  əks  sinfin:  idarə  edənlər  və  idarə  olunanlar  arasındakı  daimi 
mübarizənin nəticəsində o yaranmışdı. Marks  belə bir iqtisadi sistemi 
–“istehsal  münasibətləri  “anlayışı  yaradaraq  onu  bazis  adlandırmışdı, 
siyasi quruluşu isə ondan asılı və onu qoruyan üstqurum adı vermişdi. 
Lakin  bu  mənim  aşkar  etdiyimə  görə  həmişə  belə  olmur.  Iqtisadi 
prinsip  hər  bir  formasiyada  bazis  olmur.  Məsələn,  yeni  gözlənilən 
rasional cəmiyyətdə -  yaxud rasional sosializmdə iqtisadi sistem bazis 
deyil,  burada  həm  kapitalist  -şəxsi  həm  ictimai  mülkiyyətə  məxsus 
istehsal  və  xidmətlər  eyni  dərəcədə  inkişafın  əsasıdır.  Iqtisadi 
münasibətlərin  Marksın  ifadə  etdiyi  “istehsal  münasibətlərinin”  yeni 
rasional dövlətin idarə edilməsində heç bir rolu yoxdur- hər kəs ağlına 
görə, istəsə, idarədə iştirak edir.  
       Bu  iki  -  idarə  edənlər  və  idarə  olunanlar  -  tərəfləri  arasında 
mübarizə  əbədi  deyildir.  Mübarizənin  səbəbi  budur  ki,  idarə  edənlər 
cəmiyyətin  avamlığı  və  məlumatsızlığından,  məlumatı  gizlətmək 
imkanlarından istifadə edərək daim şəxsi mənafelərini güdürlər-deməli 
ədalətizlik  və  narazılıq  yaradırlar,  idarə  olunanlar  isə  ədalətli  düzgün 
idarə  istəyirlər.  Əgər  bu  şərt  təmin  olunsa  mübarizə  də  olmaz.  Bunu 
habelə  ibtidai  -icma,  quldarlıq,  feodalizm  üçün  də  demək  lazımdır. 
Tarixdən bəri cəmiyyətdə öz hüquqlarını başa düşənlər, bir az iqtisadi 
gücü  olanlar    hakimiyətdə  iştirak  edirdilər  (Onlar  yer  tələb  edirdilər, 
nəticədə  ağsaqallar,  zadəganlar,  məsləhətçilər  şuraları  sonra  isə 
parlament,  lordlar  palatası  yaradılmasına  nail  oldular)    və  öz 
mülkiyyətlərini  də  qoruyurdular,  özlərinə  xoş  qanunlar  yazırdılar; 
quldarlar,  feodallar,  kapitalistlər  belə  yarandı,  qalan  əhali  isə  vasitə 
kimi  istfadə  edilirdi.    Səhvlik  oradaydı  ki,  bu  cəmiyyətlər  real  maddi 
proseslərin  nəticəsində  evolyusiya  etdikcə  şüurları  -ağılları  artdıqca 
idarə  sistemi  eyni  qalırdı,  insanlar,  ailə,  icma,  kənd,  şəhər  və  dövlət 
arasında harmoniya və razılıq pozulurdu; zorakılıq, istismar, müharibə 
etmək  dövlətin  xarakterik  cəhəti  idi,  yerdə  qalan  əhali  əsasən  azad  
kəndlilər,  sənətkarlar  idi  ki,  onlar  da  getdikcə  xüsusi  siyasətlə 

 
41 
feodalların,  kapitalistlərin  ixtiyarına  keçdilər,  təhkimli  kəndliyə, 
nökərə,  sonra  isə  muzdlu  işçiyə  çevrildilər.  Istənilən  halda  istər 
quldarlıq,  istər  feodalizm,  istər  kapitalizm  adlansın,  cəmiyyətin  idarə 
edilməsində daim bu əsas prinsip saxlanmalıydı: Hər kəsin insan kimi 
yaşamağı,  bərabər  iqtisadi,  həyat  imkanları,  bütün  artıq  istehsal 
edilmiş  məhsul  ümumi  fonda  toplanaraq  ümumi  ehtiyaclara,  asayişə, 
işğaldan  qorunmağa,  yollar,  xəstəxanalara,  fəlakətlərin  dəf 
edilməsinə,  elmə-  sərf  edilməliyidi.  Lakin  belə  olmadı,  hər  quruluşda 
onun əsas iqtisadi qrupları maksimum səy göstərərək, ədaləti  pozaraq, 
qalan  insanları  istismar  etmək,  əzmək,  kasıb  və  xahiş  edən  licimində 
saxlamağı  seçdilər.  Əxlaq  normaları  məhz  quldarlıqda  yarandı  və 
kaptalizmə qədər çoxaldı, əvvəl isə ibtidai icmada ədalət hökmən əməl 
edildiyi  üçün  onu  pozmurdular  və  hər  şey  ədalətli-  normal  hesab 
edilirdi;  pozuntular  başlayan  kimi  ona  reaksiya  kimi  əxlaq  və  onun 
normaları  meydana  gəldi-  bunu  şübhəsiz,  varlılar  və  dövlət  deyil, 
əzilənlər, adi əhali yaratdı, irəli sürdü). Dövlətin meydana gəlməsilə bu 
əxlaq  normaları  hakim  siniflərin  mənafeyinə  uyğun  formaya  salındı, 
yeniləşdirildi və qanuniləşdirildi. 
       Axı  kapitalizmin  mahiyyəti  və  mənası  nədir?      Ona  həm 
sosializmi,  həm  kapitalizmi  görmüş    adam  kimi  belə  tərif  verirəm  : 
Kapitalizm    oğurluq,  hiyləgərliyi  və  aldatma  ilə  mənimsəməni 
qanunlaşdıran bir ictimai quruluşdur ki, onu məhz bu işləri görən oğru 
və  fırıldaqçılar  sinfi  idarə  edir, yenə  də cəmiyyəti aldatmaq və  ondan 
mandat  almaq  yolu  ilə.  Onun  əsas  prinsipi  nbudur:  “kim  nə  qədər 
aldadıb gəlir ala bilsə, o onun qanuni mülkiyyətidir”. 
       Kapitalizm    insan  eqoismini,  hiyləgərliyini,  dələduzluğunu  və 
yaradıcılığını  tam  həyata  keçirmək  üçün  yaxşı  düşünülmüşdür.  Lakin 
təkcə  bununla  optimal,  effektiv,  sülh  və  hamıya  xoşbəxtlik  verən  
cəmiyyət yaranmasına səbəb olmuşdurmu? Xeyr olmamışdır. Ona görə 
də kapitalizm mövcud forma və nümumələrdə bəşəriyyət üçün yararsız 
hesab  edilməlidir,  bir  neçə  istisnalar  şərtilə.  Bu  istisnalara  İsveç, 
Norveç,  Danimarka  və  digər  bir  neçə  ölkələr  aiddir  ki,  onların  tarixi 
mədəniyyəti  səbəbilə  hakimiyyət  insanlara  insan  kimi  baxaraq  onlara 
bütün normal yaşayışı (iş, sağlamlıq, ixtisas, təhsil)  təmin edir. Lakin 
bu  ölkələr  də  əbədi  dayanıqlı  hesab  edilə  bilməz,  çünki  elə  qruplar 
hakimiyətə gələ bilər ki, bütün sosial nailiyyətləri məhv edər. Bunu bu 
xalqlar 
yaddan 
çıxarmamalı,  daim  sosial  siyasi  aktivliyi 
saxlamalıdırlar.  Digər ölkələr, hansı ki dünyada 90% - qədərdir, hansı 
ki  tarixi  ənənələrdən  gələn  qəddarlıq,  despotizm,  hakimiyyətpərəstlik, 
hakimiyyət  postlarına    varlanmaq  məqsədilə  çatmaq  xarakterləri 
dəbdədir, əsil cəhənnəmdir.  

 
42 
Nəticə.  Cəmiyyət  yeni  prinsiplər altında intelektualların  kollektiv  ağlı 
və  ümumi  bəşəri  bilik  və  təcrübəni  tətbiq  etməklə  yenidən 
konstruksiya  edilməlidir.  Əsas  məsələ  şəxsi  və    ictimai  mülkiyyətin, 
demokratiya  və  avtokratiyanın,  ictimai  və  şəxsi  mənafenin,  yəni 
müxtəlif  əks  cütlərin  konkret    zaman  və    yerdə  optimal 
proporsiyalarının konkret balansını tapmaqdır.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin