1.2. Bəşəriyyətin ümumi sistem qanunları
Mövcud bəşər sistemini ən böyük təşkilat olan BMT təşkilatı təmsil
edir. Bundan əlavə bəşər sistemi BMT-yə daxil olmadan və ya onda
nümayəndəliyi olan müxtəlif əməkdaşlıq-təhlükəsizlik, iqtisadi, ticarət,
gömrük və s. məsələləri üzrə daha kiçik dövlət birliklərindən ibarətdir.
Bizim həyatımzın nəticəsinin birinci müəyyən edici amili öz
fəaliyyətimizdir, ikinci müəyyən edici amili isə ətraf təbiət və dünya
19
bəşər sistemidir. Dünya bəşər sisteminin keyfiyyətini mənim
fikrimcə, aşağıdakı xarakterik əlamətlərlə ifadə etmək olar:
1.
Bəşər sistemi müxtəlif regional: Avropa Birliyi (EU), ASEAN,
MDB, Valyuta Fondu(VF), İslam konfransı təşkilatı və qlobal
təşkilatlarda: BMT, Dünya Ticarət Təşkilatı (DTT) ,
Beynəlxalq Əmək təşkilatı(BƏT), birləşmişdir.
2.
Bəşər sistemi strukturu ierarxik güclüdən zəifə qədər pillərdə
yerləşmiş tetraedr piramidası formasında müxtəlif avtonom (
regional) birliklərdən ibarətdir ki, onları güclülər, ortabablar
və zəiflər qruplarına bölmək olar.. Bu Amerikan bloku.
Avropa, Rusiya bloku, Asean bloku, Afrika Bloku, İslam
bloku, Çin -Hindistan -Pakistan bloku. Hər blokun üzvləri
digər bloklarda da təmsil olunur. Hər blok iki əsas məqsədlər
1) hərbi təhlükəsizlik, 2) iqtisadi, elmi -texniki əməkdaşlıq
üzrə formalaşmışdır.
3.
Bəşər sistemi, habelə dünya baxışları- dinlər üzrə də böyük
bloklara parçalanmışdır, bu müsəlman, xristian: provoslav,
katolik və protestant ; taoist- konfuçi, buddist- hinduist
boklarıdır. Bunların hamısının daxilində elmi dünyabaxışları
qəbul edən və dini ehkamlara etinasız olan böyük hissələrdən
ibarət elmi intellektual baxışlı qruplar da vardır ki, yeganə
olaraq bu qrupları birləşdirə bilən fərqləri kənara qoya bilər və
onlar dünya vətəndaşı statusu almağa birinci namizəddirlər.
4.
Blokların strukturunun əsas prinsipi kiçiklərin, zəiflərin
böyüklərə tabe olması və könüllü əməkdaşlığı- hansı ki
böyükdən müdafiə və əməkdaşlıq, kömək alır- böyüklərin
mənafeyinə zidd hərəkət etməməsidir.
5.
Dünya bəşər sistemi strukturunun əsas skeleti müxtəlif
bloklardan ibarətdir. Hər bir blok bir hegemon və onun
ətrafında müəyyən ümumi məqsədləri birgə həll etmək üçün
olan üzv dövlətlərdən ibarətdir. Blok sistemi üzvləri sistem
daxilində və sistemlər(bloklar) arası sahədə hər biri uyğun
sahədə dominant olmağa çalışır və öz hegemonunu yetişdirir
6.
Tək- bloka qoşulmayan ölkənin forması və inkişaf strategiyası
də yalnız qonşu olan bir yaxud iki blokun razılığı ilə
mümkündür.
7.
Sistem əməkdaşlıq, rəqabət, mübarizə və biri digərindən
istifadə etməklə yaşayış prinsipini seçərək dominantların
hakim, müəyyən edici, idarəedici statusu; daha aşağı
səviyyəyə getdikcə zəiflərin isə daha çox istifadə edilmək,
idarə olunmaq statusu seçdiyi əsas prinsipi ilə yaşayır.
20
8.
Hər üst və alt sistem öz həyatını yaşamaq və nizamlamaq üçün
hüquq -qaydalar, müqavilələr müəyyən edir. Lakin bu hüquqi
normalar əsasən nisbi xarakter daşıyır və kifayət qədər deyildir.
Digər nizamlayıcı normalar: etika və əxlaq, mədəniyyət, adət
və dəblər icmalar arası münasitlərdə ötəri rol daşıyır.
Hüquqların üzvlərə tətbiqi və tətbiq edilməməsi isə qarşı-
qarşıya duran bloklara üzvlükdən asılı olaraq hər blokun
qarantı-hegemon başçısından asılıdır.
9.
Hegemon dövlət və təşkilatlar öz mənafeyini güdmək üçün
bütün etik ya qeyri –etik üsullardan istifadə edir.
10.
Beynəlxalq etika, ədalət, demək olar ki, yoxdur. Bu dəyərlər
yalnız dövlətlər daxilində bəzi hallarda və qismən mövcud olur.
Məhz lazımı etika və ədalətin yaradılması ilə rasional dünya
birliyinin formalaşması gözlənilir.
11.
Hər dövlət çalışır ki, digər dövləti istismar etsin, imkan olsa
işğal etsin, özünə vasitə etsin. Yaşamaq və irəli çıxmaq
məqsədlərini həyata keçirmək üçün hər bir dövlət müxtəlif
daxili idarələr və xarici mühitdən istifadə üçün kəşviyyat,
iqtisadi idarələr yaradır. Nəticədə hər dövlətdə baş verən
hadisələrə digər maraqlı dövlətlər təsir edir və onu özünə
faydalı istiqamətə yönəltməyə çalışır.
12.
Müasir dünyada konkret hegemonlar ierarxiyası müəyyən
olunmuşdur ki, onların içərisində ən böyüyü Amerika(ABŞ)
dövlətidir. Bu dövlət öz beynəlxalq siyasətini - birinci yerdə
İngiltərənin sonrakı yerlərdə isə Avropa İttifaqının və rəhbərliyi
ələ alınmış digər ölkələrin köməyi ilə həyata keçirir. Ona görə
də bu əməkdaşlıq dünyada Amerikan - ingilis imperializmi
adlanır.
Dünyanın əsas prinsiplərini biləndən sonra, hər bir dövlət-millət
bilməlidir ki, dünya tərəfindən ona hansı ssenari yazılmışdır, hansı
rolları verilmişdir. Ağılla idarə edilən millətlər öz avtonom mənafeləri
olduğu və şüurlu insan olduğu üçün onlar dünyanın mənafe və
məqsədlərindən istifadə edərək özləri özlərinə elə ssenari yazmalı-
düzgün strategiyanı müəyyən etməlidir ki, bu, ən asan olsun və ətraf
dünyadan öz strategiyası üçün vasitələr daxil etsin. Əgər sən
başqasından istifadə etməsən, səndən istifadə edəcəklər, və sən məcbur
olub yaşamaq üçün başqalarından hökmən istifadə edəcəksən. Əsas
prinsiplər içərisində dövlətin öz mənafeyi üçün qonşu və digər
dövlətlərdən istifadə vacib yer tutur. Demək, ən yaxşı halda elə ssenari
yazılmalıdır ki, bir qrup dövlətlərin məxsusi inkişaf ssenarilələrinə və
21
strategiyalarına zidd olmadan onlardan istifadə edərək dövlət öz
mənafeyini təmin etsin və onların köməyilə düşmənləri dəf etsin.
Əgər bir ölkənin inkişaf səviyyəsi zəifdirsə, ərazisi işğal olunubsa bu,
sadəcə göstərir ki, o düz seçimlər etməmişdir, düzgün idarə
etməmişdir,
problemin, həllinə gətirəcək lazımı partnyorlar
seçməmişdir və siyasətlər qurmamışdır.
Bəşər sisteminin əsas defekti odur ki, burada sistem bərabər
güclü bloklardan əmələ gəlməmişdir, ona görə də sistem ədalətsizlik,
dikriminasiya yaradır. Bu defekti düzəltmək üçün BMT- də dövlətlər
birbaşa üzv olmaqdan əvvəl onlar bərabər güclü bloklarda birləşməli,
sonra bu bloklar BMT-ni yaratmalıdırlar. Bunun adı artıq Birləşmiş
Bloklar Birliyi olacaqdır. Bu bütün canlı və cansız dünyanın olma
qanunudur, yəni hər şey özü kiçik tərkib hissələrdən daha böyük
hissələrin, onlardan isə daha böyük birliklərin birləşməsilə ierarxik
birliklər formasaında birləşərək , həmin şeyi əmələ gətirir. Bu mənada
hazırkı BMT-də dövlətlərin birbaşa üzv olması və səs vermə ilə nəyisə
həll etməsi dünyanın quruluş prinsipinə ziddir, ona görə də nəticə
vermir.
2. YER KÜRƏSI VƏ BƏŞƏRIYYƏTIN HAZIRKİ ÜMUMI
VƏZIYYƏTININ TƏSVIRI
BMT və bir çox elmi tədqiaqt institutları, ölkələrdəki sorğular
dünyanın böyük problemlər içində olduğunu göstərir. Təbii sərvətlərin
hədsiz miqdarda istismarı və istifadəsi təbiətdə böyük mənfi
dəyişiliklərərə səbəb olur. Məsələn, Millennium project qrupunun
məlumatına görə hazırda dünyada 15 ən böyük problem vardır. ( 3 )
Dünya reportları müxtəlif problemləri göstərir: yerin istiləşməsi,
səhralaşma, təbii ehtiyatların sürətlə sona çatması, su çatışmazlığı,
balıqların və bir çox növlərin məhv olması, demokratiyanın olmaması,
aclıq, qaçqınlıq, konfliktlərin daim olması və yeni müharibə
ehtimalının qalması.
Analiz .
Tarix göstərir ki, bütün həyatı dövründə insanlar müharibə etmişlər.
Yaşamaq uğrunda mübarizədə daim başqa yerləri tutmaq, daha çox
təbii sərvətlər əldə etmək, daha çox yemək, geymək, daha çox nemətlər
sərf etmək onların genlərinə həkk olunmuşdur və təbii instiktə
çevrilmişdir.
Bütün təbiətdə və canlılarda ən vacib birinci qanun var – bu
yaşamaq uğrunda çalışmaqdır; bu, yaşamaq üçün ətraf mühitdən
22
istifadə etməklə əldə edilir. Bu mərhələdə sadəcə sağ qalmaq məsələsi
həll edilir
Ictimai sistemdə ikinci qanun daha çox gücə, vara, üstünlüyə
(dominantlığa) malik olmaq adlanır. Bu qanun birinci qanunun
nəticəsi kimi yaranır. Bu hətta heyvanlarda da baş verir. Canavar,
sürüyə soxulduqda özünə lazım olduğundan daha çox heyvanı öldürür.
Mən deyərdim ki hətta bütün dünyanın, canlı və cansız, insan və
cəmiyyətin, makro və mikro dünyanın tarixini dominantlıq uğrunda
tarix adlandırmaq tamamilə düz olardı. Morgentau daha aydın olaraq
öz tədqiqatlarında aşkar edir ki hətta ailədə, ictimai təşkilatlarda,
cəmiyyətdə, iqtisadi qurumlarda və icmalarda , dövlətlərdə və onların
idarələrində - öz daxilində və bir - biri ilə münasibətlərdə daim
dominanlıq, yəni hakimiyyət- üstünlük uğrunda mübarizə prosesi
gedir. (4, səh 39)
Bəşəriyyətin ayrı-ayrı dəstələri meydana çıxandan sonra elə ki
qonşuluq yarandı, birinci qanuna görə bir qonşu digərini özünün
yaşamaq üçün vasitələri siyahısına əlavə etdi; ikinci qanuna görə icma
yaşayışını təmin edəndən sonra iki icma arasında dominantlıq uğründa
mübarizə başlandı.
Budur, müharibə gedir, bir xalq digərinin yaşadığı torpağı tutmaq,
insanları özünə qul etmək istəyir və yaxud bir xalqın yaşadığı ərazidə
bir qəbilə -tayfa digərlərini özünə tabe etmək onların hesabına
yaşamaq istəyir. Hər iki tərəf amansızlıqla döyüşür, ölümlər, yanğın,
dağıntılar törəyir. Bu tarix hələ bu günə - 2011 ilə kimi dünyanın bu ya
digər yerində davam edir. Böyük müharibələrdən sonra zorakılığın
sona çatdığı və yeni azad və dinc dövrün başlandığı güman olunsa da,
nə vaxtsa yenidən müharibələr, konfiktlər başlayır. Bu tarixi insanlığın
vəhşi tarixi dövrü adlandırmaq düz olardı. Belə arzuolunmaz tarix nə
vaxtsa sona çatacaqmı? Nə edilməlidir?
Lakin artıq görsənir ki, çox insanlar belə dövrdən bezmişlər,
onların şüurları irəliyə getmiş, ağılları artmışdır. Onların ağlı bu həyatı
yenidən dərk etməyə səbəb olmuşdur. Onlar başa düşmüşlər ki,
insanları konflikt və müharibələrə sürükləyən onların təşkilati-idarə
mexanizmidir, yəni ümumi təşkilat sistemidir. Lakin nadanlar hələ də
qalmaqdadır, zorakılıqla onlar gələcəyə qarşı durur, keçmişin
dəyərlərini- daha çox torpaq tutmaq, varlanmaq, daha çox istismar
etmək daha çox insana əzab vermək yolunu davam etdirirlər. Məsələn,
bəziləri- Ermənistan yenə də hansısa əsrdə zorla aldıqları qonşu
torpaqları-dövlətləri yenidən öz ərazisi hesab etməyə cəhd edir, qəsb
etmək istəyirlər. Halbuki keçmiş dəyərlər artıq öz vacibliyini
itirmişdir, varlanmaq üçün artıq çox torpaq tutmağa ehtiyac yoxdur.
23
Yaşamaq üçün də bir çox yaxşı ağıllı idarə olunan ölkələr vardır ki,
köçüb yaşamaq olar. Müasir münasibətlər- azad ticarət və biznes,
texnologiya, elm, ağıl keçmiş qəsbkarlıq mədəniyyətinə ehtiyac
qoymur. Bəzi dövlətlər son 100-150 ildə qəsb etdiyi torpaqları
qaytarmaq istəmir. Hansı ki işğal etdikləri xalqın yaşaması üçün
həlledici əhəmiyyətə malikdir. Hansısa etnik qrup daxil olduğu
dövlətdən çıxmaq, müstəqil olmaq istəyir. Bir tərəfdə isə ölkələr
könüllü suverenliyin bir hissəsindən imtina edib birləşmişlər, daha
effektiv, daha çox müdafiə olunan, təhlükəsiz bir kompleks dövlət
qurmuşlar Bu misallarda nə səbəbə sualını qoymaq lazımdır.
Bütün bunlar yaxşıdırmı? Bunlar hamısı müasir dövrdə konflikt və
müharibə mənbəyidir.
Problemlərin köklərini fərdlərdə axtarmalı, yoxsa cəmiyyətdə
?
Hindistan fəlsəfəsi bu problemin səbəbini fərdlərin qeyri -kamilliyində
görür və deyir ki, fərdləri kamilləşdirmək lazımdır. Doğrudanmı
fərdlər günahkardır? Fərdlər axı anadan olandan sonra hazır tam
xassəli cəmiyyət içinə düşür, cəmiyyətin bütün adətlərini, dəyərlərini
qəbul edir, o cəmiyyətin heç bir qaydasını dəyişmir. İnsan ictimai
sistem orqanlarının tələb etdiyini, yazdığını edir, verdiyi imkanlardan
istifadə edib yaşayır. Bu səbəbə görə fərdlərin heç bir günahı yoxdur.
Ümumi problemlərin səbəbi elə onların yaratdığı və ya zorla özünü
cəmiyyətə ağa emiş hökumətdir. Elə bir optimal bəşəri-qlobal sistem
və onun tərkib hissələri olacaq optimal ölkə (ərazi-mədəni) ictimai
sistem layihələndirilə bilərmi ki, bu problemlər olmasın. Ərazinin kimə
(hansı millətə, dövlətə) məxsusluğunun əhəmiyyəti olmasın. Hamı eyni
bir ailənin üzvü olsun. Şuluq eliyən üzvün hərəkətinin qarşısı alınsın.
Daha yaxşı həll varmı? Şübhəsiz var. Dünyanın inkişaf trendi məhz o
həllə aparır. Dünya birliyinin yaranması və ağılın hakimliyi bu
həllərdən biridir. Deyə bilərsiniz ki, indi də ağıl insanları və ölkələri
idarə edir, lakin dünya və ya milli dövlətlərin daxili həyatı düzəlmir,
pisləşmə periodik olaraq davam edir. Səbəb nədir? Səbəb odur ki,
dünyanı və ölkələri idarə edən ağıl bütün üzvlərin birgə ağlı deyil-
hegemon – hakim qrupların, siniflərin və ya hakim sülalənin ağlıdır.
Digər tərəfdən bu ağıl daha optimal, gələcəklə işləyən, cəmiyyət üçün
daha qiymətli dəyərlərlə işləyən ağıl deyil. Ona görə dünyamız
problemlər, bərabərsizlik, ədalətsizlik içindədir. O özü özünü həmin
qrupların əli ilə məhvə - xəstəliklərə, yaşamaq imkanlarının
azalmasına, insanların daim aclıq və əzab cəkməsinə, təbiətin
korlanmasına aparır. Belə baxış məhz nə etməli sualına çox aydın
24
cavab verir. Biz təcili transformasiya olunmalıyıq; öz strukturumuzu –
təşkilati idarə quruluşumuzu, dəyərlərimizi, fəaliyyət prinsiplərimizi,
iqtisadi modelimizi dəyişməliyik. Sonrakı fəsillərdə və hissədə bunu
necə etməli olduğumuz izah ediləcəkdir.
Gəlin araşdıraq görək bu müharibə və konfliktlərdə nə baş verir,
onların mahiyyəti necədir? Burada qəsbkarlıq müharibəsində əsas
hərəkətverici qüvvə bu döyüşü aparan tərəfin başçısıdır. Müxtəlif
vədlərlə şirnikləndirici təkliflə o dəstə –qoşun toplayaraqmüasir dördə
isə daimi orduya əmr verməklə qəsbkarlıq edir. Döyüşçülər qənimətə,
alacaqları torpağa, mükafata ümid edir, yaxud ideloji təbliğata
inanaraq şərəfli iş gördüklərinə inandırılırlar. Müasir müharibələr də
bu sxem üzrə gedir-hər hansı bir ölkənin başçısı öz istəyinə görə
müxtəlif məqsədlərlə əvvəl hərbi qüvvələrin beynini yuyur orada olan
əxlaqi etik prinsipləri silir. Yeni düşmən ideologiyası yaradır və onları
buna inandırır, bütün əhalinin ağlını oğurlayır, təbliğatla öz
məqsədlərinin düzlüyünə şərəfli olduğuna inandırır, sonra qəsbkarlıq
edir. ABŞ rəhbərliyi Buş , ardınca Obama məhz bu üsulla İraqda,
Əfqanıstanda hazırda müharibə aparır. İranı və Koreyanı yeni
müharibə planlarına daxil edir. Müxtəlif provokasiya ilə Şimali və
Cənubi Koreyanı bir - birilə müharibə etməyə yönəldir. Əvvəlki
prezidentlər isə Amerikaya dəxli olmayan Vyetnamda, Kambocada
Koreyada müharibə aparmışlar. Demək, burada təşkiledici, idarəedici
qüvvə başçıdır, başçının dayaqlarıdır, döyüşçülər və adi əhali sadəcə
onun vasitələridir, alətləridir.
Digər misal . Orta əsr. Ölkə idarəsində şah və ya kral dözülməz
vergi, rüsumlar yükü qoymuşdur və yeniləşməyə isə xeyli manelər
qoymuşdur, insanlar təzyiq altında pis yaşayırlar . Bütün yığılan pullar
şahın xəzinəsinə gedir, məmurlara maaş verilir. Müəyyən qoruyucu
qalalar, ictimai binalar, yollar irriqasiya qurğuları və s. tikilir,
döyüşçülərin təminatına, maaşına xərclənir. Tabe olanların heç bir sivil
siyasi, sosial, iqtisadi, mədəni hüquqları yoxdur. Bütün əhali şahın –
xanın mülkiyyətidir və döyüşçü, işləyən, məhsul yaradan, vergi verən
funksiyalarını icra edirlər. Bu prosesdə sistem belə işləyir: - həddən
artıq vergi yükü və pulsuz iş mükəlləfiyyəti altında insanlar dözə
bilmir, əzab çəkir, bəzən üsyan edirlər və bu amansızlıqla yatırılır.
Daim bu şah digər şahlığa hücum edir və ya digər şahlar bura hücum
edir. Şahın məqsədi daha böyük ərazidə daha çox insanlara ağalıq
etmək, vergi almaqdır- varlanmaqdır- güclənməkdir. Onlar başqa
dəyərlər görə bilmirlər. Vəhşi heyvan stadiyasından bəzi regionlarda
insanlıq təzəcə ayrılmışdır, ona görə elə vəhşi həyatın prinsiplərilə
yaşayır, ağılları hələ yaradıcı, istiqamətləndirici, optimal ictimai sistem
25
yaratmaq səviyyəsinə çatmamışdır. Onlar dinin təbliğatı və təlimlərinə
əsasən həyatın elə belə allahdan qurulduğunu qəbul edir, onu dəyişməz
hesab edirlər, əslində heç onu dəyişmək ağıllarına gəlmir. 20-ci əsrə
qədər varlanmaq və güclənmək yarışı, ətraf mühitə aqressiv münasibət
əsas dəyər olmuşdur. “Artıq 19-cu əsrdə aristokratik dövlətlə cəmiyyət
arasındakı aralıq məsafəsi yaxınlaşır”, zorakılıq və müəyyən sosial
tələbatları ödəməklə əvəz olunur (4 )
Elə bir təşikati quruluş yaradıla bilərmi ki, varlanmaq, güclənmək,
dominatlıq trendi təbii olaraq qalsın- bunlar olmasa cəmiyyət inkişaf
stimulundan məhrum olar- lakin bu zəruri olaraq məntiqi
bərabərsizliyə, ədalətsizliyə, müharibələrə gətirməsin.
Elə bir təşikati quruluş yaradıla bilərmi ki, onun yenə də mənfi -
müsbət və ya İn -Yan xarakteristikası qalsın, lakin ümumi nəticəsi
insanlar üçün irəliyə doğru inkişaf olsun. Axı quş da qanadı ilə bir-
birinin əksinə hava çırpanda irəliyə gedir. İnsan cəmiyyətində də iki
bərabər əks qüvvə layihələndirib işə salmaq olarmı ki, onların qarşılıqlı
əlaqələri- mübarizə və dialoqu nəticəsində hamı üçün yaxşı həyat
yaransın, cəmiyyət uğurla inkişaf etsin?
Bu ziddiyətli məsələni həll etmək lazımdır. Bunu həll etmək üçün
texniki ixtiraçılıq metodları həddən artıq həllər verir. Deyərdim ki,
həmin varlanmaq, güclənmək, dominantlıq dəyərlərinin hansı
dərəcədə, hansı məsələdə, hansı istiqamətdə, nədə? - sualları üzrə yeni
mahiyyətini tapmaqla və yeni kombinasiyada məsələ həll oluna bilər.
Lakin hər bir ərazidə məskunlaşmış məxsusi cəmiyyət üçün müəyyən
zamanda yalnız bir həll daha optimal düzgün ola bilər. Ona görə
gələcək fəsillərdə məsələnin ümumi həllini təklif edərkən sizlərə onun
spesifik ərazi milli xarakterə uyğun yeni elementlərlə təchiz etmək və
ya çıxarmaq lazım gələcəkdir.
Bu iki misalda hər iki qanun: yaşamaq uğrunda mübarizə və onun
ikinci fazası dominantlıq özünü göstərir. Yəni yaşamaq üçün zəruri
səviyyə əldə edilir- bu adi vasitələrlə əsasən dinc edilir, sonra
yaşamağın hər bir sahəsində, bəndində daha yaxşı üstün mövqelər əldə
etmək uğrunda mübarizə başlayır və şiddətlənir. Onun dalınca ərazidə
regionda, sonra dünyada hegemonluq və hegemonlar içərisində ən
böyük tək hegemon olmaq uğrunda mübarizə pillələri gəlir.
2.1. Dövlət idarəetmə sisteminin evolyusiyası
Dövlət, nəzəiyyəcə cəmiyyətin yaratdığı idarəetmə təşkilatıdır.
Dövlətin məqsədi həmi iqtisadiyyatı bu ya digər dərəcədə idarə etmək,
nizamlamaq, cəmiyyəti idarə etmək, təhlükəsizliyi və asayişi qorumaq
26
və müxtəlif ictimai – sosial, təhsil, səhiyyə və s. xidmətlər
göstərməkdir. Cəmiyyətin ilk təşkili quruluşu ibtidai icma – qəbilə,
tayfa olmuşdur ki, burada əvvəl a) ictimai qərar qəbulu sonra isə b)
qəbilə başçısının idarəsi - şamanın iştirakı və məsləhəti ilə - olmuşdur.
Sonrakı dövrdə Təkbaşçı idarə böyümüş, başçının köməkçiləri,
nəzarətçiləri, hesablayıcılarıəlavə edilmiş, nəhayət, bütöv idarə
bürokratiyasına çevrilmişdir. Idarəetmə müxtəlif böyük funksiyaları
ayrıca başçılara bölərək bir baş kralın, çarın, şahın rəhbərliyi altında
aparılmışdır. Idarəetmə spesifik formalar almışdır : Aristokratiya,
monarxiya, oxlokratiya, oliqarxiya, demokratiya, tiraniya.
18 –ci əsrdə politologiya - siyasi hiyləgərlik elmi yenidən
meydana çıxır və texniki elmlərin, fizikanın bütün yaradıcılıq ,
rasionalizasiya metodlarını, texnikasını siyasətə gətirir, onları siyasətin
alətləri edir. Qədim yunan “politika” –sını yazan Aristotel-Polibiy
siyasət nəzəriyyəsi yeni həyat əldə edir. Siyasət ictimai sistemlər
(dövlətlər) arasında və daxilində dominantlıq haqda nəzəri və praktiki
fəaliyyətə çevrilir və dövlətlərin əsas fəaliyyətinə yeni məna qatır.
Ağılın artması və politologiyanın aktiv təbliğatı və öyrənilməsinin
nəticələri 20-ci əsrdə özünü göstərir; 18-19 –cu əsrdəki açıq
qəsbkarlıq, qəddar müstəmləkəçilik siyasəti öz formasını dəyişir. 20 –
ci əsrin iki dünya müharibəsindən sonra rasional politikanizm
meydana gəlir. Bu termini mən irəli sürürəm və mənası dominantlıq və
varlanma uğrunda mübarizənin rasional üsullarla dinc, könüllü, üstü
örtülü davam etdirilməsi deməkdir. Müstəmləkələrə azadlıq verilir.
lakin mahiyyət dəyişmir, dövlətlər arası münasibətlərdə zorakılıqla
tabeçlik
ticarətlə,
mədəniyyəti
dəyişməklə
və
dominantın
mədəniyyətini ixrac etməklə, təbliğatla, təbii sərvətlər, enerji xətləri,
çay, dəniz, körfəz, boğaz yolları siyasətbazlığı ilə əvəz olunur. Məlum
olur ki, zorakılıqla deyil, köhnə üsula nisbətən könüllü əməkdaşlıq,
yəni birinin digərinə könüllü xidmətkarlığı daha faydalıdır. Nə şiş
yanır, nə kabab. Hər şey allahın gözündə ədalətli obrazını alır. Ən
optimal əlaqələr, ən yüksək dominantlıq məhz könüllü əlaqələr-
könüllü tabeçilik və diktatı könüllü qəbul etməklə yaranır.
Dostları ilə paylaş: |