MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


  SSRİ-də Sosialist təcrübəsi 1917 Oktyabr- 1991 dekabr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   2   3   4   5   6   7   8   9   ...   29

 
3.  SSRİ-də Sosialist təcrübəsi 1917 Oktyabr- 1991 dekabr.   
 
SSRİ-nin  dağılması  bir  hadisədir.  Lakin    sosializm    haqda  çox 
ziddiyyətli  fikirlər  vardır.  Xüsusilə,  qərbdə  onu  məhvə  məhkum  bir 
quruluş hesab edirlər. 
SSRİ- nin nailiyyətləri  
SSRİ  həm  sosialist  iqtisadiyyatlı  həm  formaca  demokratik  federal 
dövlət  idi.  Bütün  idarə,  qanunvericilik,  məhkəmə  Kommunist 
partiyasının komitələrinin rəhbərliyi altında idi.  
Böyük  çətinliklə,  müharibələrlə 
yaradılmış,  bütün 
əhaliyə 
repressiyalar,  xüsusilə  intellektualara  qarşı  təmizləmə  aparmış,    İİ 
dünya  müharibəsinə  dözmüş,  qalib  olmuş  və  bütün  Avropanı 
faşizmdən  xilas  etmiş  bu  dövlət    bütün  dövründə    sosializmin  maddi 
texniki bazasını yaratmaqla məşğul olmuşdur.  Bu sistem  bütün əhali 
kütlələrinə  iş,  sosial  qayğı,  pulsuz  yaşayış  imkanları,  səhiyyə,  təhsil 
təmin  edən  çox  yaxşı  sistem  olmuşdur.  Bərabərlər  cəmiyyəti 
yaradılmışdı, hamı təqribən eyni yaşamaq şəraiti, mümkün olan əmək 
haqqı, mükafatlar alırdı. Bir neçə il bir yerdə işləyənə ev verilirdi. Mən 
özüm  10  il  bir  istehsal  konstruktor  birliyində  işləyib  4  otaqlı  mənzil 
almışdım.  Dağılma  anında  mənim  bankda  2500  dollar  pulum  var  idi.  
Ictimai  əxlaqa  əməl  edilirdi,    yaşamaq,  yollar,  küçələr  təhlükəsiz  idi. 
Bu faydalı təcrübədən bütün ölkələr istifadə etməsi məsləhətdir.  
    1953-cü  ildə  Stalin  öləndən  sonra  azadlıq  artmağa  başladı,  böyük 
yeniləşmələr  dövrünə  qədəm  qoyuldu.  Artıq  70  -ci  illərdə  SSRİ 
dünyada  istehsalın  həcminə  görə  ABŞ-  dan  sonra  ikinci  yerdə  idi. 
Sistem  nəzəri  olaraq  imkan  verirdi  ki,  dünyada  ən  yüksək  həyat 
şəraitini, inkişafı əldə etsin. Bu istehsalda bütün əhali iştirak etmişdi və 
əmək haqqı  almışdı.  Lakin  ABŞ-ın  ümumi   istehsalında, şübhəsiz, az 
adam  iştirak etmişdi, etməyənlər, şübhəsiz, işsizlər idi. Müqayisə üçün 
demək  lazımdır  ki,  sovet  sistemini  bu  göstəricidə  üstün  hesab  etmək 
lazımdır,  çünki  hamı  yaşamağa  imkan  almışdı,  ABŞ  –da  isə  xeyli 
insanlar işsiz, kasıb, səfalət  içərisində  olmuşdur. Ola bilər ki onların 
bəziləri  hansısa  cüzi  yardımlar  almışlar,  lakin  onlar  razı  olmuşlarmı 
bununla? 

 
43 
       Nə  üçün  ABŞ  başda  olmaqla  bütün  Qərb  kommunizmə  qarşı 
soyuq müharibə aparırdı?
       
 
       Dünyada  gedən  prosesləri  başa  düşmək  üçün  bu  suala  cavab 
vermək lazımdır.  Sosializmin nəyi pis idi. Şübhəsiz, hər bir şeyin pis 
cəhətləri  var.  Kapitalizmi  narahat  edən  nə  idi?  Düşünürəm  ki, 
kommunizmə  qarşı  müharibə  adı  altında  ABŞ    sovet    sisteminin  
zəifləməsinə  çalışaraq    və  özünün    dünya  hegemoniyasına  yolunu 
açmasını istəyirdi.  Əslində  səbəbkar kommunizm  deyildi. Bu sistem 
təbii iqtisadi sosial şəraitdə zəruri olaraq meydana gəlmişdi. Və dünya 
tarixində  çox  faydalı  təcrübə  idi  və  indi  də  yaxşı  inkişaf  modelidir. 
Məhz sosialist ideyası və təcrübəsi kapitalizmi ölməkdən xilas etdi. Bu 
necə  oldu?    Cavab.  Kapitalist  mülkiyyətçilər  sosializmdən  öyrənərək, 
fəhlələrə    lazımı  maaş,  sosial  qarantiyalar,  işsizlik  müavinəti;  
iqtisadiyyatı  azad  edən,  monpoliyanı  aradan  qaldıran  çox  iş  yeri 
yaradan    lazımı  dövlət  siyasəti  apararaq  bu  xilasa  səbəb  oldu.    Real 
sosializm  qurulmasaydı,  onlar  bunu  başa  düşməyəcəkdilər,  istismarın 
zorakı üsullarını davam edəcəkdilər - və inqilabla qarşılacaqdılar, onda 
sosializm  qurulacaqdı.  Qeyd  etmək  lazımdır  ki,  bir  çox  ölkələrdə  də 
sosializm  quruldu,  lakin  inqilabsız,  anlayaraq  xoşluqla,  məsələn, 
Almaniya,  İsveç  ,  Finlandiya,  Norveç,  Fransada.  Belə  olduğu  halda 
sosializm    prinsipləri  ilə  mübarizə  etməyə  ehtiyac  varmı?  Bu  ölkələr 
sosializmin  ən  yaxşı  nümunələridir.  Onların  uğurunun  əsas  səbəbi 
sosializm və iqtisadi,siyasi və fikir azadlığı və demokratiyadır, hansı ki 
sosialist  prinsiplərini  tətbiq  edirdi,  lakin  demokratiyadan,  iqtisadi  və 
fikir  azadlığından  sovet  hökuməti  imtina  edirdi.   Bu  misal  sübut  edir 
ki,  sosializmə  qarşı  mübarizə  yalnız  Amerikanın  dünyada  hegemon 
olmaq  üçün    uydurması,  bəhanəsi    və  siyasəti  gizlətmək  üçün 
manipulyasiyası  idi.  Profesor  Morqentau  hətta  göstərir  ki,  bu 
mübarizənin  səbəbi  o  idi  ki  “Amerika    kommunizmin  kolonializmə 
alternativ olacağından qorxurdu”( 4, səh.374 ).  
       Mən  deyərdim  ki,  digər  böyk  səbəb  kapitalistləin  qurduğu 
dövlətlərin  başında  olan  amerikan  dövləti  sosializmə  qarşı  ona  görə 
mübarzə  aparırdı  ki,  sosializm  inkişaf  edərək  təkmilləşərək 
kapitalizmin  məhvinə  gətirə  biərdi,  yəni  kapital  sahiblərinin 
gəlirlərinin  əlindən  çıxmasına  cəmiyyətin  nəzarəti  altına  düşməsinə 
gətirərdi.  Kapitalist  ideoloqları  sosializmin  kütlələrin  işlə,  pulsuz 
səhyyə, pensiya, təhsil, yaradıcılıq, mədəniyyət, savadlılıq, sosial qayğı 
ilə  təmin olunmuş  göstəricilərinə  qarşı göydələnlərlə, 20 % əhalinin 
varlı  olması  ilə,  hədsiz  israfçılıqla  yaşayan  qudurmuş  həyatını 
qoyurdular.  Bu iki sistemi müqayisə etdikdə  yenə də sosializm daim 

 
44 
üstün  idi.  Çünki  o  daha  çox  adama,  yəni  hamıya  yaşamaq  imklanları 
verirdi.  Lakin  onun  eyibləri  hansı  ki  hakim    kommunist    partiyalar 
yaradırdı,  çox  asan  üsulla  demokratiyanın  lazımı  hədlərə  qədər 
artırılması ilə düzəldilə bilərdi. 
 
Dağılma.   Qərbdə çoxları belə düşünür ki, sosialist sistemin yaşamağa 
haqqı  yox  idi,  bu  səhv  ideya  idi,  ona  görə  axırı  dağılmalı  idi.  Lakin 
belə  deyil.    Məsələn,    Piter  Draker  yazır:    “Kommunizm  ...sərvət  və 
maddi  rifah  yaratmaq  əvəzinə  insanları  əzab  və  ehtiyaclar  içində 
boğaraq bədbəxtliyə düçar etdi. Marksizm bir dünyabaxış olaraq Yeni 
insan yaratmaqda uğursuzluğa düçar olduğundan dağıldı”(9, 215) 
       Drakerin  fikirləri  həddən  artıq  şişirdilmişdir.  Həqiqətdən  uzaqdır. 
Konkret  olaraq  sosialist  sistemi  insanları  əzab  və  ehtiyaclar  içində 
boğmamışdır,  əksinə  o  insanlara  iş,  çörək,  mənzil,  pulsuz  səhiyyə, 
təhsil  vermişdir,  digər  tərəfdən,  həm  də  yeni  insan  yaratmış  idi. 
Düşünürəm ki, Amerikan hökuməti nə qədər günahlar   edirdisə, sovet 
hökuməti  də  o  qədər  günahlar  edirdi,  həm  xaricdə,  həm  daxildə.  
Demək  istərdim  ki,  kommunizm  nəzəriyyəsində  səhvlər  var  idi,  onun 
qurulmasında  da  əvvəllər  1940-  cı  ilədək  çox  səhvlər  etdilər.  Lakin 
1970-cı  illərdə  kommunist  repressiyalar  artıq  yox  idi  və  mən  belə 
şeyləri  eşitmədim.  Sovetlərin  dağılmasında  əsas  rolu  Amerikan 
kəşviyyatı oynamışdır, əks halda o yaşayacaq və təkmilləşəcək idi. Bu 
təkmilləşmə prosesi 1985-ci ildən başladı və biz onun real nəticələrini 
görə  bildik.  Lakin  onun  dağılması  üçün  müəyyən    əsasları  elə 
kommunist  partiyası  özü  yaratmışdı:  Yeniləşmədiyi  üçün  insanların, 
elmin  təklifini  şəxsi  ambisiyalarına  qurban  verdiklər  üçün, 
demokratiyanı,  azadlılğı  vermədikləri  üçün  korrupsiyaya  düşdükləri 
üçün səhv planlaşdırma, səhv  idarəetmə üçün. Partiya öz rəhbərlərini 
qoruyurdu,  onlar  isə  rüşvətxorluq  edir,  axmaqları  vəzifəyə  gətirir, 
ağıllılıarı  kənarlaşdırırdılar.  Əlbəttə  onlara  batmaq  çətin  idi,  polis, 
məhkəmə onların əlində idi.  Perestroyka dövrü xeyli yeniliklər gətirdi 
və  bütün  problemlər  həll  olunmaq  üzrə  idi.  Lakin  görünür,  şəxsən 
Qorbaçov,  bu  zəif  bilikli  etibarsız  və  tanışlıqla  partiya  rəhbərliyinə 
soxulmuş  adam  ABŞ  kəşviyyatının  şirin  təkliflərinə  uydu  və 
dağılmağa  razılıq  verdi.  Qorbaçov  həm  sosializmi  perestroyka  ilə 
düzəltməyə doğru işlədi, həm də zəif iradəli olduğundan onu öz şəxsi 
xeyri  üçün  dağıtdı  -ABŞ-a  qurban  verdi.  Kəşviyyat  onun  xarakterini, 
rüşvət və şəxsi maraqlarını yaxşı öyrənmişdi, o  təslim oldu  əvəzində 
ona Nobel mükafatı verildi, fərdi fond yaratmaq, kitablarını çap etmək, 
milyarder olmaq imkanları verildi.  
 

 
45 
Nəzəri izahat. Istənilən ictimai sistem qurulanda və ya təbii olaraq baş 
verəndə,  məsələn,  feodalizm  ,yaxud  kapitalizm,  o  tam    ağılla  səhvsiz 
kamil  qurulmur.  Proses  nəticəsində  görünməyən,  yaxud  buraxılmış 
səhvlər  düzəldilir,  sistem  təkmilləşdirilir.  Onun  dağılmağına  səbəb 
olacaq amil elə onun yaranışından onun daxilində olur. İnsanın da daha 
çox  yaşamasına  imkan  verməyən,  onu  ölümə  gətirən  səbəb  elə  onun 
doğulmasından  onda  yaşayır.  Hər  şey  yalnız  inkişaf  etməklə  mövcud 
ola bilər; yeniləşməklə, təzələnməklə, təmizlənməklə daha çox yaşaya 
bilər. Bu əbədi aksiomadır. 
      Suala  cavab  verərkən    bunu  deməliyik  ki,  sovet  quruluşu  adekvat 
inkişafını,  zəruri  tələb  olunan  yeniləşməyini  davam  etdirmədi, 
nəzəriyyədə  buraxılmış  səhvləri  düzəltmədi  və  ya  nəzəriyyə  ilə  tələb 
olunan addımları - demokratiyanı həm dövlət idarəsində, parlamentdə 
və  partiya  orqanlarında  həyata  keçirmədiyi  üçün  dağıldı.  Lakin  bu 
vəziyyət  1980-cı  illərdən  sonra    artıq  dərk  olunmağa  başladı  və 
düzəldilə  bilərdi  və  doğrudan  da  düzəldilməyə  başladı.  İş  yerlərində 
administrasiya  üzərində  nəzarət  funksiyaları  ilə  əmək  kollektivi 
şuraları yardıldı və s.. 
       1985-ci  ildən  sonra  isə  ABŞ  və  Qərb  yenidənqurmadan  qorxaraq 
onu səhv istiqamətdə  əyməyə  çalışdılar. Sovet  partiya rəhbərlərini  ələ 
almaq  üçün  artıq  şərait  yetişmişdi.  Köhnə  kommunistlər  daha  çox 
sosializmə sadiq idilərsə,  yenilər əsil “tülkülər” və başsız icraçılar idi. 
Rüşvətlə rəhbərliyə qədər yüksəlmiş kommunist liderlər şəxsi mənafe 
əvəzində  istənilən  xəyanəti  xalqa  edə  bilərdilər  və  edirdilər  də.  Belə 
liderlər komandası Qorbaçov və onun komandası oldu. Bu komandada 
lazımı postları  erməni millətçiləri tutaraq onlar da özləri öz xalqı üçün 
işləməyə,  fürsətdən  sui  -istifadə  etməyə  başladılar.  Bir  tərəfdən  ABŞ 
kəşviyyatı  və  ölkə  daxilində  aparılan  təbliğatı  digər  tərəfdən  erməni 
millətçiləri  Qorbaçovu və onun qrupunu yoldan çıxartdılar. Dağıdılma 
planı  rəhbərləri  ələ  almaq  ,vədlər  vermək  və  milli  konflikitləri 
qızışdırmaq, insan hüquqları və demokrtiya haqda güclü təbliğatı daxil 
edirdi.  ABŞ  kəşviyyatı  konflikt  yaratmaq  və  ya  qızışdırmaq  üçün 
konfliktdə olan  hər iki tərəflə işləyirdi. 
      ABŞ-ın SSSR-ni dağıtması məqsədini gizli iclasda Klinton 1995-ci 
ildə  etiraf  etmişdir.  O  demişdir  ki  “Sonuncu  10  ildə  bizim  SSSR  -ə 
qarşı siyasətimiz sübut etdi ki, dünyada çox güclü bir dövləti və hərbi 
bloku ləğv etmək haqda bizim kurs düzgün olmuşdur. Trumenin atom 
bombası ilə edə bilmədiyini biz etdik, əlavə olaraq xammal bazası da 
əldə etdik” (10, səh 490).  
       SSRİ-ni  dağılması  və  sosializmin  bu  ərazilərdə  və  Avropada 
süqutuun  əsas  səbəblərindən  biri  də  Makiavfellinin  idarəedənlərin  şir 

 
46 
və  tülkü  keyfiyyətləri  haqdakı  ideyasına  əsaslanaraq  Paretonun  elita 
nəzəriyyəsində  göstrədiyi  şir  elitanın  tülkü  elita  ilə  əvəz  olunması  və  
onun  dövləti  idarə  etmək  qabiliyyətini  itirməsidir  (2,  səh  634). 
Paretonun ssenarisi  tam düz çıxdı. 
      Istərdim  öz  xatirələrimi,  gördüklərimi  burada  təsvir  etməklə 
oxucular,  xüsusilə  gənc  nəsil  və    ingilis  dilli  dünya  oxucuları    sovet 
sisteminin necə işlədiyini təsəvvür etsinlər və onun dağılmasına gətirən 
konkret  səbəbləri  görsünlər.  Sovet  sistemi  haqda  deyilən  yalanları 
kənara qoysunlar. 
      Amerikan siyasətinin nəticəsini  professor Xorev Rusiya üçün  belə 
qiymətləndirir:   “bu  günkü rejim  sadəcə  neft qaz sənayesi  və  xammal 
mafiyasıdır ki, qərbin xidmətində dayanmışdır”(11). 
 
Mənim sosializm haqda xatirələrimdən fraqmentlər. 
 
 8  Noyabr,  2008    zamam  gedir,  xatirələr  unudulur,  dövlət 
hakimiyyətini    elə  bu  xalqın  öz  “səsləri  “  ilə  əlinə  keçirmiş  bir  qrup 
cəmiyyətin  beyninə  yeritməyə  çalışır  ki,  bu  yeni  kapitalist  quruluşu 
yaxşıdır.  Yeni nəsil sosializmi görməmişdir və yalnız sosializm haqda  
yeni    kitablarda  və  siyasi  çıxışlarda    aldığı  səhv  və  qərəzli    verilmiş 
məlumatla kifayətlənməli olur. Həqiqət isə kənardadır. Gənclərə məhz 
həqiqəti  bilmək  lazımdır  ki,  onlar  dünəni  və  bu  günü  qiymətləndirə 
bilsinlər və həm gələcək ictimai həyatı, həm şəxsi həyatı  düzgün qura 
bilsinlər. Əks halda  onlar Azərbaycanda prezident tərəfindən zorla və 
cəmiyyəti aldadaraq,  cəmiyyətdən  razılıq almadan qurulmuş, əxlaq və 
mənəviyyatı,  ədaləti  unutmuş  yeni  kapitalist  sistemini    təbii  və 
alternativsiz qəbul etməli olacaqlar. Və kapitalizmin  diktə etdiyi kimi 
cəmiyyəti aldadan və onu istismar edən və rüşvət alan varlı- məmur  və 
kasıb  qruplara  bölünməli    olmasını  təbii,    narahat  olmadan 
qarşılayacaqlar. Daha doğrusu,  onlar bu cəmiyyətin  yaxşı yaşamaq və 
istismar  etmək  hüquqları  verilmiş  varlı  məmur  qrupuna,  və    istismar 
olunmaq və nökər omaq vəzifələri verilmiş ikinci sort insanlar qrupuna 
bölünməsini düzgün iş kimi qarşılayacaqlar. 
     Sovet kommunist partiyası və dövləti  vəd etmişdi ki, 1980 – cı ilə 
Kommunizm qurulacaqdır.  Gözlədiyimiz həmin tarixi ğündən bu günə 
(8  Noyabr,  2008)    düz  28  il  keçir.    O  günlər,  biz  keçmiş  sovet 
vətəndaşları  kommunizmi  görmədən ötdü.  Hələ    60, 70 ci  illərdə biz 
nə qədər sevinir, xoşbəxtliyə çatacağımızı, maddi nemətlər bolluğuna, 
problemlərin  olmayacağı  bir  zamanın  gəlməsini  həvəslə  gözləyirdik. 
Lakin  sən  demə  kommunist  rəhbərlər  bizi  utanmadan  aldadırmışlar. 

 
47 
Onlar etdikləri işləri açıq aşkar analiz etsəydilər, görərdilər ki, onların 
bu işləri, idarə stili kommunizmin qurulmasına gətirməyəcəkdir.  
      Əlbəttə Kommunizm anlayışı həddən artıq utopiya idi. Kim bilsə ki 
işləməsə  də  istədiyi  qədər  nemət  ala  bilər  işləmək  istəyərdi?  Lakin 
sosializm real anlayış idi. Burada əmək haqqın sənin işindən asılı idi. 
Bu sistem bütün istehsal və xidmətləri ictimai mülkiyyət  etmişdi. Hər 
bir  ailəyə  də  kənd  yerlərində    yarım  hektaradək  torpaq    vermişdi, 
üstəlik  hər  ailə  ev  heyvanları  və  quşları  saxlaya  bilərdi.  Planlaşdırma 
ilə  əlaqədar  dövlətin  kənddə  zorakılığı  var  idi,  məsələn,  kənd 
məhsullarını  çox  ucuz  almaq,  başqa  bitki  əkməyə  icazə  verməmək 
kolxoz  rəhbərliyini  cəmiyyətin  deyil,  partiyanın  təyin  etməsi,  öz 
məhsullarını  azad  bazarda  satmağa  ixtiyarı  olmaması  və  s.  Bu 
səbəblərə görə də təşəbbüskarlıq və yenilik və nəticədə həyatın inkişafı 
çətin baş verirdi. Kolxoz vasitəsilə insanlar yaşaya bilmirdilər, onların 
əsas gəlir mənbəyi yenə də həyətyanı sahə və ev heyvanları idi. Qeyd 
etməliyəm  ki,  bu  vəziyyət  ağıllı  idarəetmə  ilə  düzəldilə  bilərdi,  məhz 
hər  bir  yeniliyin,  səmərələşmənin  qarşısında  kommunist  partiyası 
dururdu.  Günahkar  sosializm  deyildi.  Kommunist  partiyası  ilə 
sosializmi  birləşdirmək  düz  deyildi.  Əslində  sosializm  kənddə  böyük 
imkanlar  açırdı-  kollektiv  əmək  və  idarə.  Əgər  kommunist  partiyası 
mane  olmasaydı,  hər  bir  kolxoz  böyük  gəlir  və  həyat  imkanı  əldə 
etmək  üçün  hər  imkana  malik  idi.  Əslində  sovet  ölkəsində  dövlət 
kapitalizmi  yaradılmışdı, bütün  kolxoz sovxoz və müəsisələr dövlətin  
istismar  obyekti  idi  və  toplanan  nemətlər  və  pullar  daha  pis,  qeyri  - 
bərabər bölünürdü, xaricə köməyə, silahlanmağa və  sənaye inkişafına, 
sosial  ehtiyaclara  sərf  olunurdu  və  ya  xarab  edilərək  və  səhv 
planlaşdırma və icra nəticəsində hesabdan silinirdi. 
      Kommunist liderlər- raykom və şəhər və ölkə komitələrinin üzvləri 
və  rəhbərləri    Marks  və  Leninin  ideyalarını  ehkama  çevirmişdilər  və 
qəti  olaraq  dəyişilməsinə,  səmərələşməsinə  imkan  vermirdilər. 
Məsələn,  onlar  öz  beyinlərinə  yerləşdimişdilər  ki  istehsal  vasitələri 
istehsalı  istehlak  vasitələri  istehsalından  artıq  olmalıdır.  Bu  səbəbə 
görə  ölkədə  gündəlik  istehlak  mallarının,    yaşayış  vasitələrinin    -  
ərzaq,  paltar,  ayaqqabı,  avtomobil  və.  s  qıtlığını  yaratmışdılar.  Bir 
lazımı köynək, ya palto, ya ayaqqabı axtarsaydın, onu tapa bilməzdin, 
halbuki maqazinlər belə lakin keyfiyyətsiz formasız şeylər ilə dolu idi. 
Maraqlıdır  ki,  1989-cu  ildə  Azərbaycan  -  İran  sərhəddi  bir  avantura 
nəticəsində  qısa  müddətli  açıq  olarkən  iranlılar  sərhəd  kəndlərinə 
gələrək  buradakı  bütün  malları  almışdılar.  Bu  onu  göstərir  ki,  bizim 
xoşumuz gəlməyən həmin mallar nə qədər iranlılar üçün dəyərli imiş, 
yəni  bizim  inkişaf  səviyyəmiz  İrandan  üstün  imiş.  Doğrudan  da 

 
48 
perestroyka  deyilən  dövrdə  1985-ci  ildən  sonra  SSRİ  –də  böyük 
inkişaf  başladı,  xalq  istehlak  malları  çeşidi  və  formaları  xeyli 
yaxşılaşdırıldı,  mallar  çoxaldı,  əmək  haqları  çoxaldı,  yaşayış  xeyli 
yaxşılaşdı.  Əvvəllər əgər dövlət kəmiyyətin çoxluğuna fikir verirdisə, 
indi  keyfiyyət  və  müxtəliflik,  müştərinin  tələbatının  ödənilməsi    əsas 
kriteriya oldu. 
        1992-2003  illər  dövrü  Azərbaycanda    sovet  müəsisələrinin  məhv 
edilməsi, kapitalizmə keçid dövrü oldu. Bu zaman xalq gerçəkliyi dərk 
etdi  və  biz  başa  düşdük  ki,  sovet  dövründə  böyük  inkişafa  çatmışdıq, 
yüksək həyat şəraitində yaşayırmışıq. Bəli, bütün xalq daha pisi  vəhşi 
kapitalizm  modelini-  hansı  ki  dövlət  qururdu,  xalqdan  razılıq  icazə 
almadan- görəndən sonra bunu anladı.  Marksın yazdığı kimi yalnız bir
 
neçə  (  20%  )  sahibkar  yarandı,  qalan  əhali  onların  xidmətçisi,  xahiş 
edən,  yaşamaq  üçün  onlardan  asılı,  xırda  alverçi  oldu.  Elmi  texniki 
tədqiqat və layihə institutları,  təhsil, səhiyyə məhv edildi. Əlbəttə  bu 
siyasət  xalqa  qarşı  xəyanət  idi.  Hələ  indiyədək  zorla  işsiz  edilmiş 
insanlar  var;  40  yaşından  yuxarı  insanları  işə  götürmürlər.  Dövlət 
səhvən  gözləyir  ki,  sahibkarlar  müəsisə  tikəcək,  onda  camahata  iş 
verəcəklər.  Sahibkar  olmaq  üçün  pul  göydən  düşmür,  bunu  dövlət 
yaxşı  bilir,  sahibkar  yaratmaq  üçün  dövlət,  məmurlarına  tam  ixtyar 
verilmişdir  ki,  rüşvət  alsınlar  və  kapitalistlərə  çevrilsinlər,  bununla 
dövlət  özünə  həm  iqtisadi,  həm  siyasi    dayaq  yaradır.  Halbuki  neft 
pullarını  hara  xərcləməyi  bilmir,  mənasız  işlərə  xərcləyir.  Elə  bu 
müsəsiələri  institutları  və  s.  özü  tikib  ictimai  idarəyə  verə  bilərdi. 
Məgər  dövlət  sektoru  işləyə  bilmir?  Yerli  dövlət  neft  şirkəti,  elə  hər 
ölkələrdəki  dövlət  şirkətləri,  Çin  iqtisadiyyatı,  Səudiyyə  krallığında 
olan 110 dövlət  müəsisəsi sübut edir ki,  ictimai  müəsisələr çox  yaxşı 
işləyə bilər(12). Məgər Sovet dövləti dünyada məhsul istehsalına görə 
ikinci yerə çıxmamışdı? 
      Kommunizm  nəzəriyyəsinin  kənd  və  şəhərlərin  səviyyəsinin 
yaxınlaşdırılması  və  fərqlərin  aradan  qaldırılması,  savadlılıq  üzrə 
müəyyən  proqres  əldə  olunmuşdu.  Kənd  yerlərində  də  lazımı 
infrastruktur: bağça, sex, yaxud zavod, fabrik  tikilirdi, klub, kitabxana, 
mədəniyyət  evi,  özfəaliyyət  dərnəkləri,  texniki  yaradıcılıq  evləri, 
xəstəxana,  ambulatoriya  məktəb,  ictimai  park  və  meydanlar 
yaradılmışdı.  Bilik  və  qabiliyyətlərdə,  praktiki  bacarıqlarda  bir  sovet 
mühəndisi 10 amerikan mühəndisini əvəz edə bilərdi. 
      1970-ci illərdə artıq ümumxalq dövləti və sovet xalqı anlayışı işə 
salındı,  elan  olundu  ki,  təkcə  kommunistlər  deyil,  bütün  xalq  idarədə 
iştirak  edir.  Lakin    sovetlər  əsasən  kommunistlərdən  təşkil  olunurdu, 
bu  siyahıya      bir  miqdar    kiçik  xidmətçi  peşələrindən  sağıcı,  çoban, 

 
49 
traktorçu daxil edirdilər. Sovet  xalqı tarixdə  yeni bir anlayış idi, bura 
bərabər  haqları  olan,  ümumi  mədəniyyəti  olan,  ümumi  dili  rus  olan 
daxilidə 15 milli dövlət olan təqribən 30 millət daxil idi. 
     Hələ  kommunizm  nədir  sualına    yeni  kommunistlər    cavab  tapa 
bilmirdilər, çox abstrakt və Marks və Leninin müəyyən nəzəri sözlərini 
əzbərdən  deməkdən  başqa  daha  aydın    bir  söz  deyə  bilmirdilər.  K. 
Marksın  sosialist  nəzəriyyəsi  geniş  demokratiyanı  tələb  etsə  də, 
praktikada  səhv  başa  düşülərək,  kommunist  diktaturası  ilə  nəticələndi 
və bu cəmiyyətin pulsuz səhiyyə, təhsil, sosial qayğı, zəmanət olunmuş 
iş  yeri  olmasına  baxmayaraq    narazılığına  gətirdi.    Sovet  dövründə  
xalqın iştirakı ilə deyil, indi tənqid edilən  inzibati  komanda adlanan 
idarə  üsulu  bərqərar  olmuşdu.  Bu  məsələdə  əsas  səbəb  şəxsi  mənafe 
idi,  yəni  idarə  edənlərin  insan  olmaları  və  onların  şəxsi  eqoya  malik 
olmaları, yəni hakimiyyətə başqalarını buraxmamaları idi.  
       Kommunist rəhbərlərin mənim fikrimcə kommunizm qurmaq üçün 
bir maraqları  da  yox idi, onlar üçün fərqi  yox idi, nəyi,  hansı  sistemi 
idarə edirlər. Onsuz da xalqdan – onun səsindən asılı deyildilər – özləri 
özlərini  vəzifələrə  təyin  edirdilər.  Vəzifədə  qalarkən  əsil  dağıdıcı, 
rüşvətxor  simaları  üzə  çıxırdı,  sonra  izləri  itirmək  üçün      vəzifə 
yerlərini  dəyişdirirdilər. Onlar vəzifələrindən istifadə edib xeyli pul və 
qızıl toplayırdılar, bütün ehtiyaclarını ödəyir, xidməti maşında gəzir və 
s  kef  edidilər.  Mən  deyərdim  ki,  hətta  onlara  hətta  heç  sosializm  - 
kommunizmin  birinci  fazası  da    lazım  deyildi-  sosializm  onların 
varlanmasına  müəyyən  dərəcədə  mane  olurdu,  onlar  müəyyən 
dərəcədə rahat yata bilmirdilər, hansısa rəhbər onları yoxlaya və işdən 
qova, həbs etdirə bilərdi.  Lakin əsas narahatçılıq bu deyildi, ən böyük 
problem  o idi ki, sosializm onlara yığdıqları pulu açıq istifadə etməyə, 
böyük  villalar  tikməyə,  şəxsi  biznesə  pul  qoymağa  mane  olurdu. 
Bundan  çıxış  yolu  kimi  onlar  maşın  və  evlərini  qohumlarının  adına 
yazdırırdılar. Sosializm sadə xalqa lazım idi, əgər rəhbərlər də əməyinə 
və ya xalqa verdiyi xeyirə görə əmək haqqı - mükafat alsaydılar, onlara 
da  sosializm  lazım  olardı,  məhz  bu  olmadığına  görə  onlar  şəxsən 
maraqlı  deyildilər-  onlar    rüşvət  formasında  hədsiz  gəlir  alırdılar. 
Demək  olar  ki,  elə  həyatın  özü  onlar  üçün  kommunizm  idi-  ictimai 
sərvətlərdən  istədikləri  qədər  istifadə  edir,  xüsusi  ərzaq,  səhiyyə 
təminata  malik  olur,  rəhbərlər  üçün  olan  xüsusi  müalicə  
mərkəzlərində,  sanatoriya  və  kurortlarda    müalicə  alır,  dincəlir  və 
gəzirdilər.  Onlar  sosializmin  qalmasında  maraqlı  olmayaraq  və  yalnız 
bu  haqda  nəzəri  bilikləri  əzbərliyib  anlamadan  nitqlər  söyləyir, 
xəlvətdə  isə  görürdülüər  ki,  arzu  olunan  maddi  nemətlər  bolluğu 
yarana  bilmir,  və  sakitcə  pul,  qızıl  yığmaqla  məşqul  olub    “ipin  “  nə 

 
50 
vaxt  qırılmağını  gözləyirdilər  ki,  başlarına  bir  çarə  tapsınlar.  
Düşünürəm  ki,  ilk  kommunistlər    hakimiyyəti  ələ  almaq  məqsədilə 
cəmiyyəti  inandırmaq  və  qüvvə  əldə  etmək  üçün    sadəcə  kommunist 
ideyasından  istifadə  etmişlər.  Sovet  hakimiyətinin  qurandan  sonra  isə 
bütün  etirazçıları,  başqa  cür  düşünənləri  qırmışlar.    1980  –cı  illərdən 
sonra isə onlar açıq  görürdülər ki,  səhv edirlər, lakin  ağılları  bu səhvi 
düzəltməyə  çatmırdı.  Onlar  yığdıqları  pulları,  qızılları  məhz  biznesə 
sərf  etmək  üçün  bu  sistemi  qorumadılar,  halbuki  bu  sistem  daha  çox 
zəhmətkeşlərə  sərfəli  idi.  Birinci,  özləri  tacirlərə,  biznesmenlərə 
çevrildilər,  başqalarına  isə  hakimiyətdə  qalaraq  bu  imkanları  az 
verdilər və ya imkan vermədilər.  
Sovet ittifaqı 1922 –ci ildə yaranması və dağılmasına -1991-ci ilə 
qədər    böyük  inkişaf  və  dəyişiliklərə  məruz  qaldı.  SSRİ  dağıldıqdan 
sonra onun  yerində  yaranmış  15 dövlət  kapitalizm  sisteminə  keçməyə 
başladılar.  
O dövrdə  şikayətləri, narazılıqları məhkəmələr deyil, dövlət idarə 
orqanları, zavod rəhbərləri, deputatlar, soveti sədri, partkomlar, rayon 
səhiyyə, təhsil idarələri və nazirlər şurası- özləri həll edirdilər.  
O  zaman  dövlət  idarəsilə  cəmiyyət  arasında  qüvvələr  balansı, 
anlaşma, böyük razılıq olmuşdur. Düzdür, bu məsələ dərin evolyusiya 
etmişdir. Getdikcə 80-ci illərin sonu cəmiyyətin şüuru yəqin ki azadlıq 
hədlərinin  artırılması-xarici  radioların  təbliğatı  nəticəsində    xeyli 
inkişaf  edərək  sistemdə  böyük  çatışmazlığın,  ədalətsizliyin  olmasını 
aşkar  etmişdir.
 
Bu  ədalətsizliyi  yaradan  elə  partiya  komitələrinin  
idarəsi  olmuşdur.  Partiya  və  onun  daxilində  dövlət  idarə  rəhbərləri 
böyük  ədalətsizliklərə  getdikcə  daha  çox  yer  verir,  ayrıseçkilik 
edirdilər. İnsanlar bunları aydın görməyə və danışmağa başladılar.  
Cəmiyyət  və  yuxarı  idarələr  daim  məmurlara  nəzarət  edir,  öz 
etirazlarını  edə  bilirdilər.  Belə  ki,  istənilən  şikayət  baxılır,  çox  halda 
ödənilirdi.  Məmurlara  cəza  verilirdi,  onlar  da  qorxurdular,  həm 
vətəndaşların  şikayət  edəcəyindən,  həm  yuxarıların  verəcəyi  cəzadan. 
Indiki, 1991 ildən sonrakı illərdə olduğu kimi insanlar
 
düzgün idarə və 
problemin  həllini  tələb  edəndə  həmin  məmurlar  demirdilər  ki,  “hara 
yazırsan,  yaz,  yaxşı  edirəm”.  Belə  deyən  hökmən  partiya  bürosunun 
iclasına  çağılar  və  yerində  oturdulardı.  Bir  də  belə  qələt  eləməzdi. 
Lakin  1922-ci  ildən  1953–cü  ilədək  dərin  böhranlı,  1941-1945  illərdə 
İİ  dünya  müharibəsində  iştirak,  şəxsiyyətə  pərəstiş,  kommunist 
repressiyaları dövrü də olmuşdur
.  
Kommunist  düşüncəsinin  də  böyük  evolyusiyası  baş  vermişdir. 
Əgər  1941-45  illər  müharibəsində  möhkəm  kommunist  ideyasına 
inanan  insanları  100%  hesab  etsək,  artıq  1980  –cı  ildə  bu  inam  30  % 

 
51 
idi.  Nəsillər  keçdikcə  inamlar  dəyişirdi,  bərk  komunistlərin  yerinə 
yumşaq,  prinsipsiz  yaltaq  “tülkü”,  oğru,  ikiüzlü,  rüşvətxor,  fırıldaqçı 
komunist gəlirdi. Məsələn, Sov İKP baş katibi Xruşşov öz xatirələrində 
yazırdı ki, o vəzifəyə gəlmək üçün kolxoz ferma müdirini necə tələyə 
salaraq  onu  qurban  vermiş,  özü  haqda  kolxoz  sədri  qarşısında  “yaxşı, 
düz” adam obrazı yaratmışdı və vəzifədə irəli çəkilmək üçün ilk pilləni 
belə  qalxmışdı.  Bu  metod  bütün  kommunist  elita  üçün  tipik  idi. 
Tədricən kommunist əxlaqı kodeksinin pozulması artırdı, bunu birinci 
elə  kommunist  elita  edirdi,  qanunlarda  cəzalar    ancaq  adi  adamlara 
tətbiq  olunurdu.  Vəzifəli  şəxslərə  isə  qanun  cəzası  o  vaxt  tətbiq 
olunurdu  ki,  onlar  partiya  məktəblərində  ideya  təlimi  alaraq  partiya 
vəzifələri tutarkən onlara elə gəlirdi ki, onlar kommunist prinsiplərinə 
əməl  etməli,  düz  işləməlidirlər.  Bu,  əvvəlki  kommunist  rəhbərliklə 
konfliktlərə  gətiridi,  yeni  hazırlanmış  kadrlar  rəhbərlərin  əmrini 
eşitməyə  çalışmır,  xalq  mənafeyini  güdməyə  üstünlük  verirdilər  və 
nəticədə    onlar  vəzifəli  partiya  rəhbərləri  tərəfindən  cəzalanırdı  və 
yerinə oturdulurdu. Sonda bütün partiya kadrları ali rəhbərlərin nökəri 
olurdu,  onlara  xidmət  edirdi,  sadəcə  onların  rüşvət  toplayıcıları 
səviyyəsinə yenirdi. 
Sovet dövründə  artıq Brejnevin dövrü başlanadan sonra 1964-cü il  
rüşvətxorluq,    idarə  dələduzluğu,  yerlibazlıq  və  ədalətsizlik,  büdcə 
pulunun  idarələr  tərəfindən  mənimsənilməsi,  insanlara  qarşı  məmur 
ayrıseçgiliyi  ölkə  kənarlarından  başlayaraq  ortaya  doğru  artmışdır. 
Belə  çıxır  ki,  ona  qədər-Stalinin  dövründə  və  Xruşşovun  dövründə 
məmurlar  qorxmuşlar,  ona  görə  əliəyriliyə  yol  verməmişlər  və  ya  az 
yol  vermişlər.  Bir  ya  bir  neçə  respublikada  tez,  çoxunda  isə  çox  gec 
korrupsiya başlamışdır
 , 
məhz bərabərlər cəmiyyətinin əsas prinsipinin 
pozulması baş vermişdir. Azərbaycan korrupsiyaya görə liderlik edirdi 
və  korrupsiyanı  yayan  bir  mənbə  idi.  Bunun  səbəbini  onun  saxtakar, 
mənəviyyatsız  rəhbərlərində  axtarmaq  lazımdır  ki,  onları  xalq 
seçmirdi, kommunist partiyası vasitəsilə saxta seçkilərlə özləri özlərini 
bu  vəzifələrə  təyin  edirdilər  və  özlərinə  sitayiş  yaradırdılar.  Belə 
respublikada bir çox  rəhbər işçilər, kommunist liderlər vəzifələri pulla 
satırdılar,  öz    başıboş  uşaqlarını  da  pul  və  ya  tapşırmaqla    ali 
məktəblərə,  xüsusilə  hüquq    fakultəsinə  yerləşdirirdilər,  nəsillikcə 
kommunist liderlər vəzifədə qalırdılar.   
Sovet  dövründə  bütün  sovet  dövləti  ərazisində  kommunist 
partiyası  tərəfindən  ruslaşdırma  və  bütün  millətlərin  milli 
mənsubiyyətlərinin,  milli  dəyərlərinin  unutdurulması,  vahid  sovet 
mədəniyyətinin  yaradılması  xarakterik  olmuşdur.    Bəzi  respublikalar 

 
52 
və  şəhərlər  öz  rəhbərləri  tərəfindən  bu  istiqamətdə  sanki  yarışmışlar. 
Lakin xalqlar öz mədəniyyətlərini saxlamışlar
.  
Ümumi  sovet  mədəniyyəti    xalqlara  faydalı  olmuşdur:  onların 
millətçilik  hissləri  və  davranışları  zəifləmiş,  böyük  bir  ərazidə  hər  bir 
millət yaşamaq, oxumaq, işləmək, səhiyyə, sosial müdafiə  imkanlarına  
bərabər  malik  olmuşlar.    Maraqlıdır  ki,  idarə  dili  Rus  dili  olmuş, 
millilik az qala itmişdir. Tarixdə Avropa ittifaqından əvvəl nadir sovet 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin