AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ


tətbiq etməklə özgənin əmlakını talama cinayətlərinə görə məsulyyətin



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
huq n aai 30 11 17

tətbiq etməklə özgənin əmlakını talama cinayətlərinə görə məsulyyətin 
hüquqi tənzimlənməsi” adlanır və üç yarımfəsildən ibarətdir.
Birinci yarımfəsil “Zor tətbiq etməklə özgənin əmlakını talama 
cinayət tərkiblərinin obyektiv əlamətləri” adlanır. Hüquq nəzəriyyəsində 
cinayət tərkibinin obyektiv əlamətləri dedikdə, müvafiq cinayətin obyekti 
və obyektiv cəhəti başa düşülür. Talama cinayətlərinin obyekti haqqında 
vahid mövqeyin olmadığı qeyd edilir. Müəllif talama cinayətlərin əsas qəsd 
obyekti mülkiyyət münasibətlərinin, predmeti kimi isə əmlakın 
fərqləndirilməsinin tərəfdarı kimi çıxış edir. Lakin zor tətbiq etməklə 
16 
özgənin əmlakını talama cinayətlərində mülkiyyət münasibətləri ilə yanaşı, 
əmlakın mülkiyyətçisinin və ya sahibinin şəxsiyyətinin toxunulmazlığı ilə 
də bağlı olan ictimai münasibətlər zərərə məruz qalır. Cinayət qanununda 
belə talama əməllərinə zorakı soyğunçuluq və quldurluq aid edilmişdir. 
Müəllif bura hədə-qorxu ilə tələb etmə cinayətinin də daxil edilməsinin 
tərəfdarı kimi çıxış edir. Beləliklə, zor tətbiq etməklə özgənin əmlakını 
talama cinayətləri mürəkkəb obyektli cinayətlər qrupuna aiddir. Bu növ 
cinayətlərdə əsas obyekt ilə yanaşı, əlavə obyekt də mövcuddur. Əlavə 
obyekt zəruri və fakultətiv keyfiyyətdə çıxış edə bilər. Fakultətiv əlavə 
obyektdən fərqli olaraq, zəruri əlavə obyekt cinayət tərkibinin əsas 
bilavasitə obyekti ilə yanaşı və bütün hallarda mövcud olur. Əlavə 
fakultətiv obyekt isə həmişə mövcud olmadığından cinayət məsuliyyətinin 
həlli zamanı onun müəyyən edilməsi tələb olunmur. Bilavasitə obyektlə 
yanaşı, əlavə zəruri obyekt cinayətin tövsifində həmişə iştirak edir. Tövsif 
zamanı cinayətlərin əlavə obyektlərinin fərqləndirilməsi asan olmasa da, 
cəza təyinində bu məqam nəzərə alındığından, onun bütün hallarda 
müəyyən edilməsi zəruri sayılır.
Azərbaycan Respublikasının qüvvədə olan CM-də talamanın 
törədilməsi üsullarından asılı olaraq aşağıdakı formaları fərqləndirilir: 
oğurluq, dələduzluq, mənimsəmə, israf etmə, soyğunçuluq və quldurluq. 
Zor tətbiq etməklə özgənin əmlakını talama cinayətlərinin obyektiv cəhətini 
mülkiyyətin və şəxsiyyətin toxunulmazlığı münasibətlərinə qəsd etmək 
təşkil edir. Aydındır ki, soyğunçuluq cinayəti özgə əmlakını açıq talamada 
ifadə olunur. CM-nin 180.2.4-cü maddəsi soyğunçuluğun insanların həyatı 
və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsini 
nəzərdə tutur. Cinayətin bu maddə ilə tövsif edilməsi üçün belə zorun 
əmlakın mülkiyyətçisinə və ya kənar şəxslərə göstərilməsinin əhəmiyyəti 
yoxdur. Qüvvədə olan cinayət qanununa əsasən həyat və ya sağlamlıq üçün 
təhlükəli olmayan zor işlətmək hədəsi ilə törədilən talama əməli sadə 
soyğunçuluq kimi tövsif edilir. Beləliklə, CM-nin 180.2.4-cü maddəsində 
təsbit olunmuş zorakılıq elementinə görə soyğunçuluq cinayətini təkcə 
oğurluqdan deyil, həm də zorakı olmayan soyğunçuluqdan fərqləndirmək 
mümkündür. Zorakılığın intensivliyi cinayətin ictimai təhlükəlilik dərəcəsi-
nin və xarakterinin göstəricisi sayılır və zorakı soyğunçuluq, quldurluq kimi 
oxşar cinayətlərin bir-birindən fərqləndirilməsinə imkan verir. Quldurluq 
cinayətinin əsas tərkibi obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə 
məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün 


17 
təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı 
olan basqında ifadə olunur. Burada əksini tapmış “basqın”, “əmlakını ələ 
keçirmə” və s. sözlər cinayətin tövsifi, onun başa catma anının müəyyən 
edilməsi, oxşar cinayətlər, xüsusən, banditizm, hədə-qorxu ilə tələb etmə 
cinayətlərindən fərqləndirilməsində çətinliklər yaradır. Odur ki, CM-nin 
181.1-ci maddəsinin dispozisiyasının aşağıdakı redaksiyada verilməsi təklif 
olunur: “Quldurluq, yəni həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq 
etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə özgənin əmlakını talama”. 
İkinci yarımfəsil “Zor tətbiq etməklə özgənin əmlakını talama 

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin