AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   ...   10   11   12   13   14   15   16   17   18
huq n aai 30 11 17

istintaq və 
məhkəmə təcrübəsində zor tətbiq etməklə özgənin əmlakını 
talama cinayətlərinin tövsifi problemləri” adlanır və üç yarımfəsildən ibarətdir. 
Birinci yarımfəsil “Zor tətbiq etməklə özgənin əmlakını 
talamaya görə məsuliyyət nəzərdə cinayət-hüquqi normaların əsas 
tərkiblərinin tövsifi məsələləri” adlanır. Burada məhkəmə təcrübəsinin 
materialları arasında zor tətbiq etməklə özgənin əmlakını talamaya görə 
məsuliyyət nəzərdə cinayət-hüquqi normaların əsas tərkiblərinin tövsifi 
məsələləri araşdırılır. Zərərçəkmiş şəxsin orqanizminə əmlakı talamaq 
məqsədi ilə zor tətbiq etmədən güclü təsir edən maddələrin daxil edilməsi 
əməllərinin, basqın elementinin mövcud olmaması əlamətinə görə
quldurluq cinayəti kimi tövsif edilməsinin düzgün olmadığı göstərilir. CM-
nin 181-ci maddəsində quldurluq cinayətinin əsas tərkibinin obyektiv 
əlamətlərinin təsvirinin, bəzi tövsifedici əlamətlərin məzmununun tam 
şəkildə açıqlanmadığı müəyyən edilir ki, bu da bəhs edilən cinayətlərin 
tövsifi zamanı müəyyən problemlər yaradır. Məhkəmə və istintaq 
orqanlarında quldurluq cinayətinin törədilmə üsulu, predmeti, məqsədi və s. 
ilə bağlı vahid təfsirin olmadığı müəyyən edilir. “Oğurluq, soyğunçuluq və 
quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan 
Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı 
Qərarı bu məsələlərə müəyyən dərəcədə kömək etsə də, bəzi məsələlərdə 
Ali Məhkəmənin mövqeyi tam aydın deyildir. Zor tətbiq etməklə özgə 
əmlakını talama əməllərində tamah, zor elementlərinin mövcudluğu həm 
20 
obyektiv, həm də subyektiv cəhətdən bu cinayətlərin bir-birindən və oxşar 
cinayət tərkiblərindən fərqləndirilməsində çətinliklər yaradır və cinayətlərin 
tövsifində səhvlərə yol verilməsinə gətirib çıxarır. Ona görə də bu növ 
cinayətlərin bir-birindən fərqləndirilməsi zamanı qəsdin obyekti, predmeti, 
zorakılığın xarakteri, tətbiq edildiyi vaxt, yer, şərait və məqsəd kimi 
meyarlardan istifadəyə üstünlük verilməsi məqsədəuyğun sayılır.
İkinci yarımfəsil “Zor tətbiq etməklə özgənin əmlakını talama 

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin