AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ


cinayət tərkiblərinin subyektiv əlamətləri”



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
huq n aai 30 11 17

cinayət tərkiblərinin subyektiv əlamətləri” adlanır. Zor tətbiq etməklə 
özgənin əmlakını talama cinayətləri subyektiv cəhətdən yalnız birbaşa 
qəsdlə xarakterizə olunur. Təqsirkar zor tətbiq etməklə özgənin əmlakını 
qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxslərin 
xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə maddi ziyan 
vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Bu 
növ talama cinayətlərində qəsdin əqli ünsürü subyektin əməlin obyektiv 
cəhətinin faktik hallarını dərk etməsini əhatə edir. İddiaçı ədəbiyyatlarda 
quldurluq cinayətində şəxsiyyətin toxunulmazlığına fiziki zərərin 
vurulmasına psixi münasibətin yalnız birbaşa qəsd ilə deyil, dolayı qəsd ilə, 
hətta ehtiyatsızlıqdan da mümkün ola bilməsinə dair bəzi müəlliflər 
tərəfindən irəli sürülmüş mövqelər ilə razılaşmır və bunu quldurluq 
cinayətində fəal, məqsədyönlü və zorakı hərəkətlər şəklində ifadə olunan 
basqın elementinin xarakterik əlamət kimi çıxış etməsi ilə əsaslandırır.
Təqsirdən başqa motiv və məqsəd də cinayətin subyektiv cəhətinə 
daxildir. CM-nin 181.1-ci maddəsində quldurluq cinayətinin məqsədi 
(özgənin əmlakını ələ keçirmə) bilavasitə təsbit olunmuşdur. Zor tətbiq 
etməklə törədilən talama əməllərinin subyektiv cəhətinin daha bir zəruri 
əlaməti tamah məqsədi sayılır. Tamah məqsədi təqsirkarın yalnız özünün 
deyil, həm də maddi vəziyyətlərində dəyişiklik yaratmaq arzusunda olduğu 
digər şəxslərin mənafeyi naminə cinayətin törədilməsini nəzərdə tutur. 
Məhkəmə-istintaq təcrübəsinə talama əməlinin təqsirkarın öz mənafeyi 
üçün deyil, başqa şəxslərin maddi vəziyyətini yaxşılaşdırmaq və ya 
müəyyən maddi öhdəliklərdən (borclardan) azad etmək etmək məqsədi ilə 
törədilməsinə dair çoxsaylı faktların məlum olduğu qeyd edilir. 
Azərbaycan Respublikası CM-nin 20.2-ci maddəsinə əsasən 
soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə 
məsuliyyət on dörd yaşdan yaranır. Bu əməllərə görə cinayət məsuliyyətinə 
18 
cəlb etməyə imkan verən yaş həddinin 14 yaşın tamam olmasından 
müəyyən edilməsi, həm bu cinayətlərin həyata keçirilməsi üsullarının 
yüksək ictimai-təhlükəliyə malik olmaları, həm də talamanın bu üsullarının 
əqli və fiziki cəhətdən 14 yaşlı şəxslər tərəfindən həyata keçirilməsinin 
mümkün olması ilə əsaslandırılır. 
İkinci fəslin sonuncu yarımfəsli “Zor tətbiq etməklə özgənin 

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin